FOYDALANILGAN ADABIYOTLAR:
1.
Ўзбекистон Республикаси Президенти
Шавкат Мирзиёев
нинг Халқаро
бахшичилик санъати фестивали очилишига бағишланган тантанали
маросимдаги нутқи. 06.04.2019. https://president.uz/uz/2476
2.
Оқ олма, қизил олма. Ўзбек халқ қўшиқлари / Тўпловчи
Музайяна
Алавия
. – Тошкент: Фан, 1972. – 232 б.
3.
Толстов. С.П.
Древний Хорезм. – Москва, Ленинград: Наука, 1948. – 352с.
4.
Бўриев О.
Наврўз тарихидан лавҳалар. – Тошкент: Ўзбекистон,1990. -63 б.
5.
Жўраев М.
Наврўз байрами. – Тошкент: Фан, 2009. – 230 б.
6.
Турдимов Ш.
“Гўрўғли”достонларининг генезиси ва тадрижий
босқичлари”. – Тошкент: Фан. 2010 .
7.
Турдимов Ш.Г.
Бойчечак маросими // Мактабгача тарбия. – Тошкент,
1992. -№ 3-4. – Б. 40–41
8.
Турдимов Ш.Г, Ж. Эшонқулов.
Наврўз нашидаси. Наврўз байрами билан
боғлиқ қўшиқлар, ғазаллар, шеърлар (Тадқиқот мажмуа) – Тошкент: Фан,
2009. – 260 б.
9.
Турдимов Ш.Г.
“Гўрўғли” туркумида Хизр образи // Ўзбек
фольклоршунослиги масалалари. 1-китоб. – Тошкент: Фан. 2006. – Б. 53-59.
10.
Турдимов Ш.
“Гўрўғли” достонларининг генезиси ва тадрижий
босқичлари. – Т.: Фан, 2011. – 240 б.
11.
Турдимов Ш.
“Гўрўғли” достонларининг генезиси ва тадрижий
босқичлари. – 240 б.
12.
Жабборов Ф.
Янги қуёш байрами // Маънавий ҳаёт. 2022, №1. Б.26–29.
“ƏŞRƏF BƏY VƏ ZÖHRƏ XAN” DASTANI HAQQINDA
Hacıyeva Könül Həmid qızı,
filologiya üzrə fəlsəfə doktoru, dosent
AMEA, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
(Azərbaycan)
Xalq ədəbiyyatı türk xalqlarının keçdiyi mənəvi inkişaf yolunu, yaradıcı
xüsusiyyətlərini, düşüncə tərzini əks etdirmə baxımından böyük əhəmiyyətə
malikdir. Folklor nümunələrinin, “Oğuznamə”lərin, mahnı və bayatıların da
33
ədəbiyyata əhəmiyyətli dərəcədə təsiri olmuştur. Ədəbiyyatşünas alim
A.Rustəmova Azərbaycan ədəbiyyatının zənginliyinin qaynaqlandığı mənbələrdən
bəhs edərkən yazırdı: “Bu qaynaqlardan biri Qədim və Orta Şərqdəki yazılar, tarixi
abidələr və sənədlərdirsə, digəri və daha vacibi xalqın şifahi ədəbiyyatı, möcüzəvi
təsir qudrətinə malik olan folklor nümunələridir.”[3, 290] Bu mənada dastanlar da
tarixi, etnoqrafik, milli mədəniyyət məsələlərini işıqlandırmaq baxımından mühüm
əhəmiyyətə malikdir. Tarixi və ədəbi şəxsiyyətlərlə bağlı yaranmış xalq dastanları
daim tədqiqatçıların diqqətini cəlb etmişdir. Folklorşünas alimlər M. Təhmasib, M.
Qasımlı, B.Abdullayev, İ. Abbasov və digərlərinin bu sahədə geniş tədqiqatları
mövcuddur. Dastanlar bir çox hallarda tarixi şəxsiyyətləri onların həyat və
fəaliyyəti ətrafında yaradılan miflər, xalq tərəfindən onlara şamil edilən möcüzəvi
məqamlar fonunda təsvir edir. Hər hansı hökmdarı, sərkərdəni, el sənətkarını və ya
şairi qəhrəmanlaşdırmaq xalq dastanlarımızın mövzu və motivlərinin başlıca
xəttini təşkil edir.
“Əşrəf Bəy ilə Zöhrə Xan” da belə dastanlardandır. Maraqlıdır ki, dastanın
Türkiyədə bir neçə variantının mövcud olmasına baxmayaraq, məzmunca
Azərbaycanla əlaqədar olan bu xalq hekayəsi Azərbaycanda tanınmamışdır.
Dastanın Türkiyədə nəşr olunmuş elmi-tənqidi mətnində XVII yüzillikdən bəhs
edən bu xalq dastanı dərin və əhatəli şəkildə təhlil edilir. Araşdırmada indiyə qədər
bilinməyən bir xalq hekayəsinin nəql edilmə tərzi, dili, üslubu, sənətkarlıq
xüsusiyyətləri sistemli olaraq tədqiqata cəlb edilmiş, müqayisələrə əsaslanılan
mühüm qənaətlər əldə olunmuşdur. Dastan tarixi, dini, mifoloji, sosial, mədəni
məqam və cəhətləri ilə diqqəti çəkir ki, bu da ədəbiyyatda izlənilən haldır.
Görkəmli tədqiqatçı F. Köprülü istər, yazılı, istərsə də şifahi ədəbiyyatın cəmiyyətə
təsir edən hər sahə ilə bağlı şəkildə inkişaf etdiyini vurğulayaraq yazır: “Hakikaten
bir milletin coğrafi çevresiyle, sonra dini, iktisadi, hukuki, ahlaki, bedii, siyasi
hayatiyle edebiyatı arasındaki bağlantılar o kadar açıktır ki, bu hususta izahatı bile
fazla görüyoruz
.
”[1,27]Bəhs etdiyi dövrlə bağlı bir çox vacib məlumatların da
olduğu bu xalq hekayəsində daha çox orta əsrlər Azərbaycan şəhərlərinin və
bölgələrinin adı çəkilir. Dastanda hadisələr Gəncə xanlığına qarşı çıxan Murad adlı
üsyançı bir gəncin ətrafına yığdığı qaçaqlarla çevriliş edərək xanlığı ələ keçirməsi
və xanlığın aid olduğu Səfəvi dövlətinin hökmdarı Şah Abbasın da bu vəziyyətlə
razılaşmalı olması ilə başlayır. Gəncə xanlığının XV-XIX yüzilliklərdə
Ziyadoğulları sülaləsi tərəfindən idarə edildiyini bilirik. Sonuncu Gəncə xanı
Cavad xanın ulu babalarından biri Murad adında bir Qarabağ sancaqbəyisi
olmuşdur. Bu baxımdan dastandakı Murad xanın prototipinin tarixdəki həmin
Murad adlı şəxs olduğunu ehtimal etmək olar. Murad xanın oğlu Əşrəf bəyə daim
yardım edən Həbib bəy də dastanın müsbət obrazlarındandır. Tarixdən də Həbib
bəy adlı bir şəxsin Şah Abbasın dövründə Türk Hind imperatorluğundan alınmış
34
Qəndahara xan təyin edildiyi məlum olur. Göründüyü kimi, dastandakı obrazların
bir çoxu tarixən mövcud olmuş şəxsləri əks etdirir. Dastanda hadisələr Murad
xanın oğlu Əşrəf bəyin ətrafında cərəyan edir. Onun röyasında Şiraz xanının qızı
Zöhrə xanımı görüb aşiq olması və ona qovuşmaq uğrunda qarşılaşdığı çətinliklər
dastanın əsas mövzusunu təşkil edir. Burada daha iki məhəbbət hekayəsindən bəhs
olunur. Fikrimizcə, dastanı nə sırf məhəbbət dastanı, nə də tam bir qəhrəmanlıq
dastanı adlandırmaq olmaz. Belə ki, burada məhəbbət və qəhrəmanlıq motivləri
eyni dərəcədə üstünlük təşkil edir. Burada “Tahir və Zöhrə”, “Aşıq Qərib”,
“Mahmud və Nigar”, “Şah İsmayıl” “Yaralı Mahmud” kimi dastanlarla mövzu və
süjet yaxınlığını da görmək mümkündür ki, bu da dastan yaradıcılığında sıx-sıx
rast gəlinən haldır. Dastan boyu Azərbaycan dilində daha çox işlənmə tezliyinə
malik olan, sırf Azərbaycana məxsus söz və ifadələrin qarşımıza çıxması dastanın
ilk qaynaq variantının azərbaycanlı aşıqlar tərəfindən yaradıldığını və bu variantın
Azərbaycan ərazisində meydana gəldiyini deməyə əsas verir. Belə ki, burada
müasir türk dilində işlənməyən və bu səbəbdən də dinlənərkən yanlış yazıya alınan
bir çox sözlərə təsadüf etmək mümkündür. Dastanda “qol-boyun olaq” ifadəsinin
“yol boyun olaq” şəklində, “hərəsi” sözünün “herisi”, “oğrun” sözünün “uğrun”
olaraq yazılması, “xəzəl”, “ayıltmaq” kimi dilimizdə çox işlənən kəlmələrin
mövcudluğu onun Azərbaycana aid olduğuna şübhə yeri qoymur. Təəssüflə qeyd
etmək lazımdır ki, varlığını ehtimal etdiyimiz, Ş. Kuzucuların da “ana qaynaq”
adlandırdığı ən qədim variant hələlik əldə olunmayıb. Əsərin mövcud beş variantı
üzərində dərin və geniş müqayisəli bir araşdırma aparan ədəbiyyatşünas alim
Şahamettin Kuzucular məlum variantlar arasındaki gözəçarpan fərqlilikləri, diqqət
çəkən mühüm məqamları üzə çıxararaq dastanla müxtəlif yöndən tanış olmağımıza
şərait yaratmışdır. Variantların hər biri müxtəlif el ozanlarının dilindən yazıya
alınmışdır. Dastanı söyləyən hər bir aşıq da öz növbəsində bu məhəbbət hekayəsini
daha əvvəl yaşamış el sənətkarlarından eşidib öyrəndiyini qeyd etmişdir. Aşıq
sənətinin müasir dövrümüzə qədər gəldiyi inkişaf yolunda nələrdən məhrum
olduğu, bu dünyanın keşməkeşləri içərisində hansı mühüm keyfiyyətləri itirdiyini
bu sözlər daha aydın ifadə edir: “Artık hikayelerimiz ezgisi unutulmuş bir türkünün
sözlerine, fotoğrafında jestleri, mimikleri, ses tonu görülmeyen ölü bir meddaha
benzer. Çalmayı bilmediğimiz “sedefli doğrama saz”, kokusu mazide kalan “misk-i
anber”, artık içemediğimiz “engürü şerbetleri” kibidir.”[2, 218] Tədqiqatçıların da
vurguladığı kimi, aşıq sənətində mövcud olan dastan danışma ənənəsi əsrlər öncə
daşıdığı əhəmiyyəti, rəngi qoruya bilməmiş, saz-söz sənəti çağdaş günümüzdə
müəyyən dərəcədə öz xüsusiyyətlərini dəyişdirmiştir.
Müqayisə və qarşılaşdırmalar zamanı yalnız Sivas Çongar variantında diqqət
və marağımıza səbəb olan bir məsələ də vardı ki, bu da Füzuli şeirinə nəzirə sayıla
biləcək xüsusiyyətlərə malik bir şeir nümunəsinin mövcudluğu idi.
35
Yıxıl, yalan dünya yıxıl
Sən Əşrəfi etdin səfil
Məni zəmm eyləyən cahil
Yarın Haqqdan utanmazmı?[2, 94]
Göründüyü kimi, şeir Füzulinin məlum “Məni candan usandırdı, cəfadan yar
usanmazmı?” qəzəli ilə uslub və ifadə tərzi baxımından bənzərlik təşkil edir. Bir
çox hallarda Füzulinin həmin şeirinin bəzi ədəbiyyatşünaslar tərəfindən qəzəl yox,
xalq ədəbiyyatı nümunəsi olan “gəraylı” tərzində yazılması fikrinin önə
sürüldüyünün də şahidi oluruq. Füzuli şeiri ilə yaxınlıq təşkil edən bu şeir
parçasına bir xalq dastanında təsadüf edilməsi də həmin ədəbiyyat tədqiqatçılarının
qənaətlərində haqlı olduqlarına bir sübutdur.
Dastanın bütün variantlarında Şah Abbasın ədalətli, mərhəmətli, xalqını
düşünən adil bir hökmdar olaraq qarşımza çıxması onun tarixdəki prototipi ilə
uyğunluqdan xəbər verir. Dastanda tez-tez adı çəkilən Gəncə şəhərində bu gün də
xalqın sevgi və ehtiramla ziyarət ettiği Şah Abbas məscidi mövcuddur. Diqqəti
cəlb edən başqa bir cəhət də odur ki, dastanda adlarına rast gəldiyimiz bütün
şəhərlər “Tarixi İpək Yolu”nun üzərindədir. Bu haqda oxuyuruq: «В XIV-XVIII
вв. роль городов Азербайджана, расnоложенных на Великом Шелковом
Пути, еще более возросла. Это произошло благодаря развитию торгового
пути - Волга-Каспий, освоенного русскими и английскими торговцами. В
этот период, например, такие города как
Шемаха
, Дербент,
Баку
, Ардебиль,
Тебриз, Марага,
Гянджа
,
Нахичевань
становятся центрами перевозки, где
складывались товары, привезенные из Востока и Европы. Торговцы из
России, Европы, Турции, Центральной Азии и Дальнего Востока собирались
именно здесь.» [4] Dastan boyunca tacirlərdən, ipək, qumaş, ədviyyat, musiqi
alətləri, qızıl, gümüş və s. qiymətli mallardan bəhs edilməsi, Gəncə, Qəndəhar,
Şiraz kimi şəhərlər arasında ticarət karvanlarının hərəkət etdiyinin vurğulanması
İpək Yolunun hələ XVII yüzilliyin sonlarınadək ticarət və mədəniyyət baxımından
böyük əhəmiyyət daşıdığını göstərir. Dastanın baş qəhrəmanı Əşrəf bəyə gəldikdə,
onun bir şair-xalq aşığı olduğu məlum olur. Bildiyimiz kimi, xalq dastan və
rəvayətlərinin bir çoxu ədəbiyyat tarixində də tanınan, bilinən şairlər haqqında
yaradılır. Lakin aparılan axtarış və araşdırmalar tarixdə Əşrəf adlı belə bir şairin
olduğu haqqında hər hansı bir məlumat əldə etməyə imkan vermədi. Dastandakı bir
çox cəhətlər bu xalq hekayəsinin Osmanlı torpaqlarında deyil, Azərbaycan və İran
ərazisində yarandığını göstərir. Başqa sözlə, Türkiyədə dastanın beş variantının
məlum olmasına baxmayraq, orada cərəyan edən hadisələrin Azərbaycanla
bağlılığı daha çoxdur. Dastanın Şah Abbasın zamanından bir qədər sonra yarandığı
güman oluna bilər. Elmi tənqidi mətni hazırlayan ədəbiyyatşünas Ş.Kuzucular
dastanın azərbaycanlı “qüdrətli” aşıq Abbas Tufarqanlı tərəfindən təsnif edilə
36
biləcəyi ehtimalını irəli sürmüşdür. Azərbaycanda yeni tanınmaqda olan bu xalq
dastanının qəhrəmanları Murad, Əşrəf və digərlərinin tarixi və ədəbi kimlikləri ilə
bağlı araşdırmalarımızın gələcəkdə daha qənaətbəxş nəticələr verəcəyinə ümid
edirik.
Dostları ilə paylaş: |