71
Onlar qidanın əvəzolunmaz komponentləridir. Vitaminlərin
çoxusu insan və
heyvan orqanizmində sintez olunmurlar. Bitkilərdə və mikroorqanizmlərdə amin-
turşulardan (triptofan, β-alanin, valin, serin və s.), karbohidratlardan (qlükoza,
qalaktoza və s.) və qeyri-üzvi birləşmələrdən sintez olunurlar. Vitaminlər bir çox
fermentlərin
tərkibinə daxildir, bioloji katalizdə mühüm rol oynayır. Onlar
orqanizmdə fermentlərin zülal olmayan hissələrinin-koferment və prostetik
qruplarının qurulmasında iştirak edir.
Onlar bitkilərin, heyvanların və insanların
boy və inkişafında da mühüm rol oynayır.
Vitaminlərin mübadiləsi (biosintezi, parçalanması) bitkilərin və heyvanların
orqanlarında müxtəlif intensivlikdə getməklə onların yaşından, xarici mühit
amillərindən (günün uzunluğu,
temperatur, havanın rütubəti, təzyiq, şüalanma və
s.) və onların orqanizmindən də asılıdır.
Viataminləri
öyrənən elm sahəsi
vitaminologiya
adlanır. Hazırda 50-yə
qədər vitamin müəyyən edilmişdir. Onların əksəriyyəti bitkilərdən süni surətdə
sintez üsulu ilə alınmışdır.
Struktur və funksyaları yaxşı öyrənilmiş vitaminlərdən əlavə
vitaminəbənzər
maddələr də mövcuddur. Onların bioloji rolu hələlik yaxşı tədqiq edilməmişdir.
Belə maddələrə xolin, inozit,
linol turşusu, I-vitamini (S-metilmetionin), B
15
-
vitamini (panqam turşusu), orot turşusu, ubixinon,
paraaminbenzoy turşusu,
karnitin, linol, linolein, araxidon turşuları aiddir. Müəyyən edilmişdir ki, onların
qidada çatışmazlığı bir sıra xəstəliklərin yaranmasına şərait yaradır.
Dostları ilə paylaş: