80
cuların tələbi ödənilmir.
Heyvan toxumalarında pantoten turşusunu parçalayan fermentlərə təsadüf
edilməmişdir. O orqanizmdən sidiklə xaric olunur.
Atın yeminin hər kiloqramında 3,2 mq, cücələrinkində isə 9 mq pantoten
turşusu olduqda onların orqanizminin tələbi ödənilir.
Pantoten turşusu ən çox bitkilərin yaşıl hissəsində, yarpaqlarda və mayalarda
olur.
Bundan başqa, düyü kəpəyində (1,5 – 2 mq%), buğdada (1 mq%), buğda
kəpəyində (2,5 mq%), kartofda, kələmdə (0,4 mq%), otda (1,2 mq%), dənli bitki-
lərin qabığında mövcuddur. Bu vitaminə qaraciyərdə, ətdə, yumurtada və süddə də
çox rast gəlinir.
B
5
vitamini (və ya PP)
- Bu vitamin nikotin turşusu və onun amidindən
ibarətdir.
B
5
vitamini, yaxud niasin, su və spirtdə yaxşı həll olan, zəif turş dada malik,
temperatura davamlı, ağ kristallik maddədir.
Nikotin turşusu 236
0
C-də, nikotinamid isə 129
0
С-də əriyir.
Bu vitamin
nikotinamid formada oksidoreduktaza fermentlərində koferment: nikotinamidade-
nindinukleotid (NAD) və nikiotinamid-adenindinukleotidfosfat (NAOF) funksya-
sını yerinə yetirir, yəni anaerob dehidrogenazanın
tərkibində olur, bioloji
oksidləşmə reaksiyalarını sürətləndirir, karbohidratların və yağ turşularının,
fosfatidlərin parçalanmasında iştirak edir. PP vitamini donuzda, itdə, quşlarda və s.
heyvanlarda triptofandan da əmələ gəlir. Nikotin turşusunun biosintezi kövşəyən
heyvanların işkənbəsində və cücələrin bağırsağında daha intensiv gedir.
B
5
vitamini çatışmadıqda insanlarda pellaqra xəstəliyi əmələ gəlir. Bu da
dərinin açıq yerlərində (sifətdə, əllərdə, ayaqlarda) simmetrik yaraların
əmələ
gəlməsi və sinir pozğunluqları (qısa müddətli huşsuzluq-demensiya) ilə xarakter-
lənir. Bu xəstəliyə körpə və yaşlı donuzlar, ev quşları daha çox həssasdır.
Ərzaq məhsullarında nikotin turşusu olmadıqda toxuma tənəffüsündə iştirak
edən bir sıra fermentlərin sintezi pozulur. Bu vitamin karbohidrat mübadiləsində
iştirak edir. Bundan əlavə nikotin turşusu azot mübadiləsinə,
qanda xolesterinin
miqdarına, yağ turşularının sintezinə təsir göstərir. Bu vitamin qan yaranmada
iştirak edir.
Bu vitamin dənli bitkilərin toxumunda, qabıq hissəsində çoxdur. Buğdanın
qabığında 15-30 mq %
,
dənində isə 5-7 mq %, noxudda 2 mq %, kartofda 1 mq %
PP vitamini vardır.
N
─
COOH
Dostları ilə paylaş: