MəruzəÇİ: dos. Həşimov Xalıq Məhəmməd oğlu MÖvzu giRİŞ. Qİda kimyasi fəNNİ, MƏQSƏd və VƏZİFƏLƏRİ



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə83/102
tarix17.09.2023
ölçüsü1,92 Mb.
#144728
növüMühazirə
1   ...   79   80   81   82   83   84   85   86   ...   102
Qida-kimyas-

ƏDƏBİYYAT 
 
1. Həşimov X.M, Həsənova S.Ə, Qida kimyasi, Bakı 2010, 478 c. 
2. Həşimov X.M, İbrahimova D.Ə, Ramazanov V.S., Bioloyi kimyadan
laboratoriya məşğələləri. Dərs vəsaiti, Bakı, 2012, 240 s. 
3. Xəlilov Q. B. Heyvan biokimyasının əsasları. Bakı. 1987. Maarif.
4. Həsənov Ə. C., Rzayev N. A., İslamzadə F. Q., Əfəndiyev A. M. Bioloji kimya. 
Bakı 1989. 
5. Кольман Я., Рем К. Г. Наглядное биохимия –Москва. Мир, 2000. 
6. Северин Е. С., Алейникова Т. Л., Осипов Е. В. Биохимия. - Москва. 
Медицина. 2003. 
7. Ковалевский Н. И. Биологическая химия. Москва. Академия 2008. 
Gen – requlyator operator 






→ Quruluş gen 
↓ ↑ ↓ 
repressor (b) a + b mRNT 

↓ 
Metabolit Zülal sintezi


140 
Qida kimyasından mühazirələr. 
MƏRUZƏÇİ: dos.Həşimov Xaliq Məmməd oğlu 
MÖVZU 12. KARBOHİDRATLARIN MÜBADİLƏSİ. ANAEROB VƏ AEROB 
PARÇALANMA. KARBOHİDRATLARIN BİOSİNTEZİ 
 
 
 
P L A N
 
 
 
1. Karbohidratların mübadiləsi haqqında ümumi məlumat 
2. Karbohidratların həzm sistemində çevrilməsi 
3. Karbohidratların aralıq mübadiləsi 
4. Karbohidratların dixotomik yolla (anaerob) qlükoza – 6 – fosfata 
parçalanması 
5. Spirtə qıcqırma 
6. Karbohidratların aerob parçalanması 
7. Karbohidratların biosintezi 


141 
1. Karbohidratların mübadiləsi haqqında ümumi məlumat:
Karbohidrat 
mübadiləsi maddələr mübadiləsində aparıcı yerlərdən birini tutur. Karbohidratların 
parçalanmasından və oksidləşməsindən orqanizmdə əmələ gələn enerjinin rolu 
əvəzsizdir. İnsan orqanizminin həyat fəaliyyəti ərzində sərf etdiyi enerjinin 70%-ə 
qədəri karbohidratların parçalanması və oksidləşməsi nəticəsində yaranır. Bu 
enerjinin istifadə olunmayan hissəsi makroergik rabitələrdə ATF molekulunda 
ehtiyat şəklində toplanır. Otyeyən heyvanların enerji balansı karbohidratların 
mübadiləsi hesabına qurulur.
Karbohidratlar energetik materialdan başqa, onların parçalanma məhsulları 
yağların, piylərin, aminturşuların və qeyri-birləşmələrin sintezində, bəzi nümayən-
dələrindən tikinti materialı kimi (nukleotidlər və s.), müdafiə məqsədilədə (əks 
cisimlərin əmələ gəlməsində) istifadə olunur.
Karbohidrat mübadiləsi bir-birilə üzvi sürətdə əlaqəli olan ardıcıl 
proseslərdən ibarətdir. Bunlara aşağıdakılar aiddir: 1) karbohidratların qida vasitə-
silə qəbulu; 2) mürəkkəb karbohidratların həzm sistemində parçalanması; 3) 
monosaxaridlərin bağırsaqlardan sorulması; 4) sorulmuş monosaxaridlərin toxuma 
və orqanlara daşınması; 5) toxumalarda karbohidratların parçalanması və onlardan 
digər maddələrin sintezi; 6) karbohidratların parçalanmasının son məhsullarının 
orqanizmdən xaric edilməsi. 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin