MəruzəÇİ: dos. Həşimov Xalıq Məhəmməd oğlu MÖvzu giRİŞ. Qİda kimyasi fəNNİ, MƏQSƏd və VƏZİFƏLƏRİ


Karbohidratların aralıq mübadiləsi



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə85/102
tarix17.09.2023
ölçüsü1,92 Mb.
#144728
növüMühazirə
1   ...   81   82   83   84   85   86   87   88   ...   102
Qida-kimyas-

3. Karbohidratların aralıq mübadiləsi
Karbohidratların həzm aparatında 
qlükozaya qədər parçalanması aralıq mübadilənin başlanğıcı hesab olunur. Aralıq 
mübadilə iki mərhələdə gedir. Onlardan biri anaerob, digəri aerob mübadilə 
adlanır. Anaerob mübadilənin son məhsulu süd turşusu, aerob mübadiləninki isə 
karbon qazı və sudur.
Anaerob mübadilə qlikogendən başlayırsa qlikogenoliz, qlükozadan başla-
dıqda Embden – Meyerhof – Parnas (EMP) yolu və ya qlikoliz adlanır. Qlikolizin 
ümumi tənliyinin sxemi belə yazılır:
ATF
COOH
CHOH
CH
ADF
PO
H
O
H
C
2
2
2
2
3
4
3
6
12
6





Burada 50 kkal enerji ayrılır. Onun 20 kkalorisi (2 molekul) ATF-də toplanır 
və 30 kkalorisi isə istilik enerjisi şəklində çıxır. Beləliklə, qlikolizin energetik 
faydalılığı təxminən 35% təşkil edir.
Qlikogenolizdə qlikolizdən fərqli olaraq 3 molekul ATF əmələ gəlir. Çünki 
qlikogenolizdə qlükoza-6-fofatın əmələ gəlməsinə ATF istifadə olunmur.
Toxumalarda qlikogen ilk mərhələdə fosforoliz yolu ilə parçalanaraq qlüko-
za-1-fosfata ayrılır.
Qlikogen +H
3
PO
4
⎯⎯⎯⎯⎯⎯⎯
Qlükoza-1-fosfat + Qlikogen 
(n-qalıq) (n-1) qalıq 
Qlükoza -1-fosfat qlükoza-1,6 difosfat kofermentinin iştirakı ilə fosfoqlüko-
mutaza fermentinin təsirindən qlükoza-6-fosfata çevrilir.


144 
Bu qarışıq birləşmədə 95% qlükoza-6-fosfat olur. Bu reak-siya qaraciyərin 
fosfoqlükomutaza reaksiyasının məhsulu adlanır. Qlükoza 6-fosfat qaraciyərdə 
qlükoza-6-fosfataza fermentinin iştirakı ilə sərbəst qlükozaya və fosfat turşusuna 
parçalana bilər.
Həmçinin qlükoza-6-fosfat qlikoliz prosesinə qoşula bilər.
Esterləşmə (efirləşmə) reaksiyasına daxil olmamış qlükoza qana daxil olur 
qan vasitəsilə toxumalara daşınaraq energetik material kimi istifadə olunur. 
Qlükoza-6-fosfat isə bir çox toxumalarda (əzələ və beyin toxumasından başqa) 
ATF-in regenerasiyasına və enerjinin çıxarılmasına (ayrılmasına) sərf olunur.
Qlükoza-6-fosfatın orqanizmdə parçalanması iki istiqamətdə:
1) Dixotomik istiqamət (anaerob çevrilmə) bu istiqamətdə molekula tən 
yarıya bölünür.
2) Apotomik parçalanma – molekula birinci karbon atomunu itirir.

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin