4.6. Əhalinin və əmək ehtiyatlarının perspektiv sayının müəyyən edilməsi Bəzi hallarda müxtəlif hesablamaları aparmaq üçün yaxın, yaxud da
uzaq perspektivdə əhalinin və əmək ehtiyatlarının sayında baş verə bilə
cək dəyişikliklərin müəyyən olunması zəruriliyi meydana çıxır. Bu məq
sədlə onlarm perspektiv sayı haqqında proqnozlar hazırlanır. Əhalinin və
116 əmək ehtiyatlarının sayının dəyişməsinə isə müxtəlif amillər təsir edir.
Bunların içərisində əhalinin təbii artımı və miqrasiyası xüsusi yer tutur.
Əhalinin və əmək ehtiyatlarının perspektiv sayı haqqında hazırlanan
proqnozun etibarlılığını təmin etmək üçün aşağıdakıları nəzərə almaq
lazımdır: 1) mövcud əmək ehtiyatlarının ümumi sayı; 2) əhalinin ümumi
sayında əmək qabiliyyətli əhalinin xüsusi çəkisi; 3) əmək qabiliyyətli
yaşda olan əhalinin ümumi sayında əmək qabiliyyətli əhalinin xüsusi
çəkisi; 4) əhalinin ümumi sayında əmək qabiliyyətli əhalinin, işləyən
yeniyetmələrin və pensiya yaşında olan şəxslərin xüsusi çəkisi.
Birinci göstərici əmək qabiliyyətli yaşda olan əhalinin sayı ilə işləyən
yeniyetmələrin və pensiya yaşında olan şəxslərin sayını cəmləməklə
müəyyən edilir. Bu göstəricini aşağıdakı kimi də hesablamaq olar:
Əhalinin ümumi sayı - əmək qabiliyyətli yaşda olmayan əhali - əmək
qabiliyyətli yaşda olub, əmək qabiliyyəti olmayan əhali + işləyən yeniyet
mələr + pensiya yaşında olan şəxslərin sayı.
İkinci göstərici əmək qabiliyyətli yaşda olan əhalinin sayım əhalinin
ümumi sayma bölüb, 100-ə vurmaq yolu ilə hesablanır.
Üçüncü göstəricini hesablamaq üçün isə əmək qabiliyyətli əhalinin
sayını 100-ə vurub, əmək qabiliyyətli yaşda olan əhalinin sayına bölmək
lazımdır.
Dördüncü göstəricini hesablamaq üçün əmək qabiliyyətli əhalinin,
habelə işləyən yeniyetmələrin və pensiya yaşında olan əhalinin sayı ilə
əhalinin ümumi sayı müqayisə edilir.
Bu göstəricilərdən bəziləri mütləq, bəziləri isə nisbi kəmiyyətlə ifadə
olunur.
Əmək ehtiyatlarının sayının dəyişməsində əmək qabiliyyətli əhalinin
sayı həlledici rol oynayır. Proqnozlaşdırılan dövrün hər ili üzrə əmək
ehtiyatlarının perspektiv sayının müəyyən edilməsi üçün isə gələcəkdə
əhalinin ümumi sayının, yaşa görə strukturunun necə dəyişəcəyi və onun
elmi cəhətdən əsaslandırılması çox böyük əhəmiyyətə malikdir.
Qarşıya qoyulan vəzifədən, yəni əhalinin ümumi, yaxud da yaş
qrupları üzrə sayının müəyyən edilməsindən asılı olaraq hər hansı bir
zaman kəsiyindən sonra onlarm mümkün olan sayının müəyyənləş-
dirilməsində müxtəlif metodlardan istifadə olunur. Məsələn, hər hansı bir
dövrün əvvəlinə əhalinin sayı məlumdursa və ümumi artım əmsalı (Əü.a. =
Əd - Əö + втекал.) hesablanmışdırsa, t qədər ildən sonra əhalinin
perspektiv sayı aşağıdakı sadə düsturun köməyi ilə hesablana bilər: