Саьламлыг  здоровье


QANDABƏNZƏR-ƏNG YARIĞININ ANATOMO-TOPOQRAFİK



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə20/29
tarix14.04.2017
ölçüsü5,03 Kb.
#14041
1   ...   16   17   18   19   20   21   22   23   ...   29

QANDABƏNZƏR-ƏNG YARIĞININ ANATOMO-TOPOQRAFİK 
XÜSUSİYYƏTLƏRİ 
 
 
Şadlinski V.B., İsayev A.B., Quliyeva K.C. 
 
 
Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası kafedrası. 
 
Açar sözlər: kraniometriya, qandabənzər-əng yarığı, forma, yaş xüsusiyyətləri 
Ключевые слова: краниометрия, крыловидно-верхнечелюстная щель, форма, 
возрастные особенности 
Key words: craniometry, pterygo-maxillary fissure, shape, age peculiarities 
 
Morfologiyanın  vəziyyətinin  təhlilinə  həsr  olunmuş  Beynəlxalq  Morfoloqlar 
Assosiasiyasının  IX  konqresinin  (Buxara,  14-17  may,  2008)  son  qərarında 
birmənalı  şəkildə  qeyd  olunur  ki,  istər  prenatal,  istərsə  də  postnatal  ontogenezin 
müxtəlif  mərhələlərində  orqanların  quruluş  variantları,  tipoloji,  yaş  və  fərdi 
dəyişkənliklərinin  morfometrik  göstəriciləri  hələ  də  kifayət  qədər  öyrənilməmiş    və 
bu  problemə  yenidən  baxlıması  tələb  olunur.  Ona  görə  də  məsuliyyət  hissi  ilə 
orqanların,  orqanlar  sistemi  və  bütövlükdə  insan  orqanizminin  quruluşunun 
fərdi,  yaş  və  cinsi  xüsusiyyətlərinin  öyrənilməsini  müasir  anatomiyanın  ən 
perspektivli istiqamətlərindən biri kimi qeyd etmək olar. 
Kəllənin  və  onun  çətin  əldə  olunan  strukturlarının  patologiyaları  zamanı 
həmin törəmələrin quruluşu, variasiyaları, cinsi, yaş, tipoloji və fərdi xüsusiyyətləri 
haqqında  dəqiq  məlumat  olmadan  müasir  tibbi  diaqnostika  və  cərrahi 
müdaxilələrin imkanlarından istifadə etməyin çox böyük çətinliklər törətməsi də bu 

САЬЛАМЛЫГ – 2016. № 4.
 
 
139 
qəbildən  olan  və  həllini  gözləyən  problemləedəndir  [5;7;11;12;13].  Ədəbiyyat 
mənbələrinin təhlili bir daha sübut edir ki, aparılan elmi-tədqiqat  işləri ya təsfiri, 
ya  da  qısa  eksperimental  xarakterli  olub  kəllənin  çətin  əldə  olunan  strukturları 
haqqında  nəzəri  və  ümumiləşmiş  məlumatlar  verə  bilmir  [4;6;10;11].  Şübhəsiz, 
qeyd  olunanları  qanadabənzər-damaq  çuxuru  (QDÇ)  və  onun  damar-sinir 
dəstələri, eləcə də adı çəkilən törəmənin qonşu anatomik strukturlarla əlaqəsi üçün 
“giriş qapısı” rolunu oynayan qanadabənzər - əng yarığına (QƏY) da aid etmək olar 
[10;15]. 
Ə
dəbiyyat  mənbələrində  QƏY-in  formaları,  morfometriyası,  rastgəlmə 
tezliyi, kəllənin beyin və üz şöbəsinin ayrı-ayrı tipləri ilə qarşılıqlı əlaqəsi haqqında 
yaşlılarda  bu  və  ya  digər  dərəcədə  məlumat  xarakterili  tədqiqatlarla  qarşılaşmaq 
mümkün  olsa  da  [2;8],  qeyd  olunan  anatomik  strukturun  ontogenezin  müxtəlif 
mərhələlərində xətti ölçüləri, forması, fərdi, cinsi və tipoloji  xüsusiyyətlərini özündə 
ə
ks etdirən statistik cəhətdən dürüst faktlara rast gəlmək olmur. 
Beləliklə, ədəbiyyat mənbələrinin geniş və hərtərəfli tıhlili göstərir ki, kəllənin və onun çətin 
ə
ldə olunan strukturlarının müxtəlif mənşəli patologiyaları zamanı onların düzgün diaqnostikası və 
cərrahi müalicəsi üçün ontogenezin müxtəlif mərhələlərində həmin törəmələrin forması, cinsi, fərdi 
və  yaş  xüsusiyyətlərini,  qonşu  sümük  törəmələrlə  olan  münasibətini  özündə  əks  etdirən 
parametrlərin  nəinki  klassik,  eləcə  də  müasir  texnologiyanın  imkanlarından  istifadə  etməklə 
müəyyən olunması müasir tibbin nəzəri və praktik sahəsi üçün əvəzolunmazdır.   
Tədqiqat işinin məqsədi ontogenezin müxtəlif mərhələlərində QƏY-in anatomo-topoqrafik 
xüsusiyyətlərini öyrənməkdən ibarət olmuşdur.  
Tədqiqatın  material  və  metodları.  Tədqiqat  obyekti  kimi  ATU-nun  insan  anatomiyası 
kafedrasının  fundamental  muzeyində  saxlanılan  pasportlaşdırılmış    insan  kəllələrindən  istifadə 
olunmuşdur. Eyni zamanda QDÇ və onun “qapısı” rolunu oynayan QƏY haqqında artıq bəlli olan 
anatomo-topoqrafik  məlumatları  bir  daha  təstiq  etmək  məqsədilə  makro-mikroskopik  təşrih 
üsulundan da istifadə olunmuşdur.  
İşin  gedişi  zamanı  müxtəlif  yaş  qruplarını  əhatə  edən  masserasiya  olunmuş  130  insan 
kəlləsi və makroskopik tədqiqat məqsədilə 30 meyit tədqiq olunmuşdur. Bu zaman keçmiş SSSRİ 
Pedaqoji  EA-nın  1965-ci  ildə  yaş  morfologiyası,  fiziologiyası  və  biokimyasının  problemlərinə  həsr 
olunmuş VII Ümumittifaq  konfransında qəbul olunmuş yaş dövrlərindən istifadə olunmuşdur.  
Qarşıya  qoyulan  məqsədə  çatmaq  üçün  kraniometriya,  fotometriya  və  kəllənin  polimer 
preparatlarının hazırlanması üsullarından istifadə olumuşdur. Ölçüləri apararkən kraniologiyada 
geniş  tətbiq  olunan  üsullara  [1;3;16]  istinad  olunmaq  şərtilə,  millimetrlik  bölgüləri  olan  yoğun 
sirkuldan və ştangenpərgardan istifadə olunmuşdur.   
Qanadabənzər-əng yarığının kraniometrik xüsusiyyətlərini öyrənmək  üçün (yan görünüş) 
norma lateralis - dən istifadə etdik. Yan görünüşdə yarığın hündürlüyü və enini, qanadabənzər-əng 
yarığı  ilə  ona  yaxın  olan  damağın  böyük  kanalı  arasındakı  məsafəni,  eləcə  də  damağın  böyük  və 
kiçik dəliklərinin morfometrik göstəricilərini təyin etdik.  
Yarığın hündürlüyünü onun yuxarıda yerləşmiş ən uzaq nöqtəsi ilə aşağı bucağı, enini isə 
onun orta hissəsində ön və arxa divarları arasındakı məsafəni ölçməklə təyin etmək olar.  
Qanadabənzər-əng  yarığının  formasını  və  ölçülərini  düzgün  təyin  etmək  üçün  digər 
metodlarla  yanaşı,  kəllənin  polimer  preparatlarının  hazırlanması  üsulundan  da  istifadə  etdik. 
Alınmımış  modelin  əldə  olunmasını  asanlaşdırmaq  üçün  əvvəlcədən  qanadabənzər-damaq 
çuxurunu yad cisimlərdən təmizləmək şərtilə həmin çuxurun divarlarına vazelin yağı çəkdik. Daha 
sonra xüsusi iynəsi olan şprislə silikon kütləsini qanadabənzər-damaq çuxuruna yeritdik. Bir neçə 
dəqiqədən  sonra  alınmış  polimer  kütləni  ehtiyatla  əlimizlə  həmin  çuxurdan  çıxardıq.  Qeyd  etmək 
lazımdır  ki,  bu  yolla  alınmış  polimer  preparatlar  kraniometruyada  kəllənin  çətin  əldə  olunan 
strukturlarının  dəqiq  relyefini  yaratmaqla  daha  obyektiv  və  informativ  məlumatların  əldə 
olunmasını asanlaşdırır.   
Tədqiqatın  nəticələri  və  müzakirəsi.  Aparılan  makro-mikroskopik  tədqiqatlar  bir  daha 
göstərdi ki, QDÇ və onun “qapısı” rolunu oynayan QƏY üzün dərin nahiyyəsində yerləşir və kəllənin 

            
САЬЛАМЛЫГ – 2016. № 4. 
140 
çətin  əldə  olunan  strukturlarına  aiddir.  QƏY  gicgahaltı  və  qanadabənzər-damaq  çuxuru  arasında 
yerləşərək  damar-sinir  dəstələri,  habelə  ağır  patoloji  proseslər  zamanı  irinin  yayılması  üçün  yol 
təşkil  edir.  QDÇ  -  nin  içəri  divarını  damaq  sümüyünün  perpendikulyar  səfhəsi,  yuxarı  divarını 
ə
sas sümüyü cisminin aşağı səthi, ön divarını əng sümüyü cisminin arxa səthi, arxa divarını əsas 
sümüyün böyük qanadları üzərindəki əng səthi və qanadabənzər çıxıntıların ön səthi əmələ gətirir. 
QDÇ  və  QƏY  aşağıya  doğru  böyük  damaq  kanalına  keçir.  Bu  kanal  isə  öz  növbəsində  sümük 
damaq üzərində ağız boşluğuna açılır. QDÇ və QƏY bir sıra sümük törəmələrlə əhatə olunmuşdur; 
o öndən göz yuvasının aşağı yarığı vasitəsilə göz yuvası, içəri tərəfdən əsas-damaq dəliyi ilə burun 
boşluğu,  arxadan  girdə  dəliklə  kəllənin  orta  çuxuru,  qanadabənzər  kanal  vasitəsilə  kəllənin  xarici 
ə
sası ilə birləşir. Təqdim olunan çuxurun möhtəviyyatını əng arteriyası, qanadabənzər kələfə açılan 
və aşağı göz venası ilə anastomozlaşan əng venası, əng siniri, qanadabənzəər - damaq düyünü və 
bu törəmələri əhatə edən piy toxumasından ibarətdir. Qeyd olunan damar-sinir dəstəsinin şaxələri 
ə
sas  -  damaq  dəliyi  ilə  burun  boşluğunda,  göz  yuvasının  aşağı  yarığı  ilə  göz  yuvasında,  böyük 
damaq kanalı vasiyəsilə sərt və yumşaq damaqda şaxələnərək həmin nahiyyələrin qidalanmasında 
və  innervasiyasında  iştirak  edir.  QDÇ-nin  damar-sinir  dəstəsi  üçün  diqqəti  cəlb  edən 
xüsusiyyətlərindən  biri  də  onların  ön  və  arxa  hissələrə  ayrılmasıdır;  adətən  ön  tərəfdə  damarlar, 
arxa tərəfdə isə sinirlər yerləşir.  
Tədqiqatımızın nəticələri ədəbiyyat mənbələrinin verdiyi məlumatlara uyğun gələrək QƏY-in 
formasının,  eni  və  hündürlüyünün  əsas  sümüyün  qanadabənzər  çıxıntılarının  və  əng  qabarının 
vəziyyətindən  asılı  olduğunu  göstərdi  [4;6;9;12;14].    Eyni    zamanda  tədqiqatlarımızla  o  da  təsdiq 
olundu ki, yarığın uzunluğu kiçik olduqca böyük damaq kanalının uzunluğu artır, qanadabənzər 
çıxıntılar  və  əng  qabarı  bir-birinə  yaxın  olduqca  QƏY-in  aşağı  bucağı  iti  olur.  Yarığın  yuxarı 
kənarında yerləşən sümük hündürlük QDÇ-yə müdaxilə zamanı oriyentir rolunu oynaya bilər.   
Uşaqlarda  qanadabənzər  çıxıntıların  əngin  alveol  çıxıntılarına  nisbətən  daha  erkən 
formalaşmasını  da  kəllənin  çətin  əldə  olunan  nahiyyələrinin  yaş    xüsusiyyətlərinə  aid  etmək  olar. 
Belə ki, ilkin uşaqlıq dövründə qanadabənzər çıxıntıların aşağı ucu əngin alveol çıxıntısından 2,2-
5,7  mm  aşağıda  yerləşir.  Bu  o  deməkdir  ki,  yaşla  əlaqədar  olaraq  nəinki  tədqiq  olunan  obyekti 
ə
mələ  gətirən  sümüklər  və  ya  onların  hissələri  dəyişikliklərə  uğrayır,  eləcə  də  həmin  sümüklərin 
formalaşdırdığı törəmələr də yaş və fərdi dəyişkənliyə məruz qalır.   
Müəyyən  olunmuşdur  ki,  yenidoğulmuşlarda  ən  çox  rast  gəlinən  aypara,  üçbucaq, 
orağabənzər formalardır. Üçbucaq forma sağ tərəfdə, aypara forma isə solda üstünlük təşkil edir. 
1-3  yaşlı  uşaqlarda  da  həmin  formalar  üstünlük  təşkil  edir.  Ancaq  unutmaq  olmaz  ki, 
həmin  yaş  dövründə  əng  sümüyü  və  onun  hissələri,  əsas  sümüyün  qanadabənzər  çıxıntıları  və 
çeynəmə  əzələlərində  baş  verən  dəyişikliklər  QƏY-in  formalarının  rastgəlmə  tezliyinə  öz  təsirini 
göstərir;  orağabənzər  forma  aypara  və    oval  forma,  üçbucaq  forma  pazabənzər  forma  ilə  əvəz 
olunmağa başlayır. Çeynəmə əzələlərinin inkişafı ilə əlaqədar yarığın arxa kənarında qanadabənzər 
çıxıntı  üzərində  sümük  daragın  əmələ  gəlməsilə  əlaqədar  yeni  bir  formanın  –  tam  olmayan 
düzbucaqlı formanın da aşkar olunduuğunu görmək olur.  
Yaşlı  insan  kəllələri  üzərində  aparılan  müayinələr  kişi  və  qadın  kəllələrində  üçbucaq, 
aypara,  tam  olmayan  düzbucaqlı,  oval  və  pazabənzər  formaların  aşkar  olunmasına  imkan  verdi. 
Kişilərdə hər iki tərəfdə üçbucaq forma daha çox aşkar olundu. Aypara və tam olmayan düzbucaqlı 
formaya  üçbucaq  formaya  nisbətən  bir  qədər  az  rast  gəlmək  olur.  Oval  və  pazabənzər  formalar 
üçün  göstəricilər  daha  az  olub,  hər  iki  tərəfdə  demək  olar  ki,  bir-birinə  yaxındır.  Tərəfləri  nəzərə 
almasaq üçbucaq forma 40,0%, aypara forma – 20,7%, tam olmayan düzbucaqlı forma isə 16,4% 
təşkil edir. Oval və pazabənzər formalar birlikdə 22,9% təşkil edir.  
Tədqiqatın  nəticələrinə  görə  qadınlarda  da  üçbucaq,  aypara  və  tam  olmayan  düzbucaqlı 
formalar sayca üstünlük təşkil edir. Lakin kişilərdən fərqli olaraq qadınlarda aypara formaya daha 
çox rast gəlinir. Tam olmayan düzbucaqlı və üçbucaq formalara aypara formaya nisbətən bir qədər 
az rast gəlinsə də bu formalar oval və pazabənzər formalarla müqayisədə üstünlük təşkil edir. Əgər 
tərəfləri  nəzərə  almasaq  aypara  formaya  -  32,5%,  tam  olmayan  düzbucaqlı  formaya  -  22,5%, 
üçbucaq  formaya–  19,2%  rast  gəlmək  olur.  Qadınlar  üçün  oval  və  pazabənzər  formalar  birlikdə 
25,8% təşkil edir.  

САЬЛАМЛЫГ – 2016. № 4.
 
 
141 
İşin  gedişi  zamanı  QƏY-i  əhatə  edən  kanal  və  dəliklərin  də  forma  və    ölçülərinə  diqqət 
yetirməyi  məqsədəuyğun  hesab  etdik.  Beləliklə,  yenidoğulmuşlarda  damağın  böyük  kanalının 
(DBK)  uzunluğu  sağ  tərəfdə  (4,4mm)  sol  tərəfə  nisbətən  bir  qədər  böyükdür  (4,0mm).  Kanalın 
istiqaməti düz və çəp olub bütün yaş qruplarında özünü göstərə bilir.  
Tədqiq  olunan  preparatların  sayını  müqayisə  etdikdə  düz  istiqamətli 
kanalın  rastgəlmə  tezliyi  çəp  istiqamətli  kanala  nisbətən  çoxdur.  Həmin  fikri 
kanalın  uzunluğuna  da  aid  etmək  olar.  Onu  da  qeyd  etmək  lazımdır  ki, 
öyrəndiyimiz preparatların üçündə kanalın distal ucu obliterasiya olunduğundan 
ə
n  nazik  iynə  ilə  kanaldan  qanadabənzər-damaq  çuxuruna  keçmək  mümkün 
olmadı.  
Damağın  böyük  kanalı  aşağıda  damağın  böyük  dəliyi  vasitəsilə  sümük 
damaq  üzərində  qurtarır.  Dəlik  oval  və  ellipsəbənzər  formada  olub  diametri  orta 
hesabla hər iki tərəfdə 1,2mm-dir.  
Tədqiq  olunan  preparatların  yarısında  damağın  böyük  dəliyindən  arxada 
bir, bəzən iki ədəd damağın kiçik dəliyinə rast gəlmək mümkündür. Həmin dəliklər 
yumşaq  damağa  məxsus  sinir  dəstələrinin  keçməsinə  məxsusdur.  Damağın  kiçik 
dəlikləri  nazik  kanalcıqlar  şəklində  davam  edərək  yuxarıda  damağın  böyük 
kanalına  açılır.  Damağın  böyük  və  kiçik  kanallarının  istiqamətində  olan 
müxtəlifliklər,  eləcə  də  dəliklərin  sayı  və  vəziyyətindəki  ərqlər  damaq  anestteziyası 
zamanı  bir  sıra  çətinliklərin  ortaya  çıxmasına  səbəb  ola  bilər.  Qeyd  olunan 
problemin yaranmasında damağın böyük kanalının obliterasiya olunmuş forması 
da əhəmiyətli dərəcədə rol oynaya bilir.   
Çeynəmə  aparatında  və  qanadabənzər  çıxıntıların  ölçü  və  vəziyyətində  baş 
verən dəyişikliklər 1-3 yaşlı uşaqlarda DBK-nın uzunluğunun yenidoğul-muşlarla 
müqayisədə  əhəmiyyətli  dərəcədə  artdığını  göstərdi;  bu  ölçü  sağda  1,7  dəfə,  solda 
isə  1,9  dəfə  artaraq  7,3mm  və  7,6mm-ə  bərabər  olur.    Damağın  böyük  dəliyinin 
diametri  sağ  və  sol  tərəflər  üçün  1,7mm  və  1,6mm  təşkil  edir.  4-7  yaşlı  uşaqlar 
üçün  DBK-nın  uzunluğu  sağ  tərəfdə  11,0mm,  sol  tərəfdə  11,2mm,  8-16  yaşlı 
uşaqlar üçün isə həmin göstərici sağda 16mm, solda 15,8mm-ə bərabər olur. 4-7 
yaş üçün damağın böyük   dəliyinin diametri 1,9mm və 2,0mm, 8-16 yaş üçün isə 
2,5mm və 2,6mm təşkil  edir.   
DBK-nın uzunluğu yaşlılarda bir qədər də artaraq sağda 25,0mm, solda isə 
23,0mm  təşkil  edir.  Bu  halda  damağın  böyük  dəliyinin  diametri  uyğun  olaraq 
qarşı tərəflərdə 3,7mm və 3,5mm-ə bərabər olur.  
Beləliklə,  insan  kəllələri  üzərində  aparılan  tədqiqatların  nəticələri  QƏY-in 
formasının,  eni  və  hündürlüyünün  əsas  sümüyün  qanadabənzər  çıxıntılarının  və 
ə
ng  qabarının  vəziyyətindən  asılı  olduğunu  göstərdi.  Üçbucaq,  aypara,  tam 
olmayan  düzbucaqlı  formalar  yarığın  daha  çox  rast  gəlinən  formalarıdır.  İşin 
gedişi zamanı o da təsdiq olundu ki, yarığın hündürlüyü kiçik olduqca damağın 
böyük kanalının uzunluğu artır. Kanalın istiqaməti daimi olmayıb düz və çəp olur. 
Morfometrik tədqiqatlar bir daha göstərdi ki, qanadabənzər-əng yarığı və ona yaxın 
strukturların formalaşması qanunauyğun şəkildə insanın bütün həyatı boyu baş 
verir.  
  
 
 
ЯДЯБИЙЙАТ - ЛИТЕРАТУРА – REFERENCES: 
 
1. Алексеев В.П., Дебец Г.Ф. Краниометрия: Методика антропологических исследований. М., Наука, 1964, 128 с. 
2.  Аникин,  Ю.М.,  Колесников  JI.JI.,  Цыбулькин  А.Г.  Индивидуальные  и  возрастные  различия  в  строении  крыловидно-
небной ямки черепа человека   /  Материалы научной конференции  «Проблемы современной краниологии», СПб., 1993, С. 
16-17 
3. Бунак, В.В. Антропология: Краткий курс. М.: Учпедгиз.,  1941, С. 5-12 

            
САЬЛАМЛЫГ – 2016. № 4. 
142 
4.  Гафарова  Р.А.  Морфологические  и  топографо-анатомические  особенности  крылонебного  узла  в  различные  возрастные 
периоды дисс. … соиск. на ученой степени к.м.н., Баку, 2002, 177стр. 
5. Зайченко, А.А Типы конструкционной устойчивости мозгового черепа человека // Макро- и микроморфология, Саратов, 
2005, С. 25-30 
6.  Закиев  И.И.  К  типологии  деталей  крыловидно-небной  ямки,  /  Материалы,  III  Закавказской  конференции,  Ереван,  1982, 
с.77-78 
7. Золотарева, Т.В., Топоров Г.Н. Хирургическая анатомия головы, М.: Медгиз, 1968, 227 с. 
8. Костоманова, Н.Г. К морфологии крыло-нёбной ямки / Тр. Сарат.мед. ин-та, Саратов, 1971, Т.75(92),  С. 51-60 
9.  Петров  Б.А.  Возрастные  и  индивидуальны  особенности  костно-мышечных  структур  глубокой  области  лица  и  их 
использование в стоматологии, Автореф. ученой степени на соискание к.м.н., Москва, 2009, 25 стр.  
10. Полкокова И.А., Морфология крыловидно-верхнечелюстной щели при различной форме черепа у взрослых людей дисс. 
… канд. мед. наук, Саратов, 2009, 130стр.  
11.  Сперанский,  B.C.,  Зайченко  A.A.,  Анисимова  Е.А.  Состояние  и  перспективы  медицинской  краниологии  //  Макро-  и 
микроморфология: Межвузовский сб. науч. трудов, Саратов, 1999, № 4, С. 81-85 
12.  Шадлинский,  В.Б.  К  анатомии  крылонёбного  узла  /  Мат.  юбил.  науч.  конф,  посвящ.  100-летию  каф.  норм,  анатомии 
СПБГМУ им. И.П. Павлова «Фундаментальные и прикладные аспекты современной морфологии »,1997, Т. 2, c.147-150 
13. Alfieri A., Jho H., Schettino R., Tschabitscher M. Endoscopic endonasal approach to the pterygopalatine fossa: anatomic study // 
Neurosurgery, 2003, Vol. 52, № 2, P. 374-380  
14. Ferre J. C., Helary . J., Luminean J., Legoux R. A study of the structure of the mandible hased on modern engineering methods // 
Anat. clin., 1982, Vol. 4, P. 197-204  
15.  Flynn,  P.,  Shadaba  A.  Management  of  posterior  epistaxis  endoscopic  clothing  of  the  sphenopalatine  artery    //  J.  Otolaryngol., 
2000,Vol. 2 5 ,   P .  374-377 
16. Martin R. Kraniometrische Technik: A Kraniologie // Lehrbuch der Anthropologie in systematischer Darstellung, 1928, №. 2, Р. 
579-991 
 
Р Е З Ю М Е 
 
АНАТОМО-ТОПОГРАФИЧЕСКИЕ ОСОБЕННОСТИ КРЫЛОВИДНО-
ВЕРХНЕЧЕЛЮСТНОЙ ЩЕЛИ 
 
Шадлинский В.Б., Исаев А.Б., Гулиева К. Дж. 
Кафедра анатомии человека Азербайджанского Медицинского Университета  
 
В  ходе  работы  были  изучены  130  мацерированных  черепов  разных 
возрастных групп, и макроскопически  исследовано 30 трупов. Применялись 
методы краниометрии, фотометрии и приготовление полимерных препаратов 
черепа.  Результаты  показали  особую  роль  костей  в  формировании 
крыловидно-верхнечелюстной  щели.  Выявлено,  что  у  новорожденных  чаще 
встречается  полулунная,  треугольная,  серповидная,  очень  редко  овальная 
форма крыловидно-верхнечелюстной щели. У взрослых наряду с полулунной, 
треугольной  и  овальной  формами  встречаются  клиновидная  и  неполная 
четырехугольная формакрыловидно-верхнечелюстной щели. Также выявлены 
возрастные, индивидуальные иполовые особенности. 
 
S U M M A R Y 
 
ANATOMO-TOPOGRAPHICAL PECULIARITIES OF THE PTERYGO-MAXILLARY 
FISSURE 
 
Shadlinski V.B., Isayev A.B., Quliyeva K. J. 
Department of Human Anatomy of Azerbaijan Medical University 
 
The  investigation  was  performed  on  130  macerated  skullsof  different  age 
groups,  and  macroscopicallyon  30  cadavers.  Craniometrical,  photometrical  and 
relief  methods  were  used.  The  study  has  showna  role  of  the  bones  in  formation 

САЬЛАМЛЫГ – 2016. № 4.
 
 
143 
ofthe  pterygo-maxillary  fissure.  In  newborns  the  lunate,  triangular,  falciform 
shapes of pterygo-maxillary fissure are more often, and oval shape is very rare. In 
adults  there  are  lunate,  triangular,  oval  shapes  and  wedge-shaped,  incomplete 
quadrangular  shape  of  pterygo-maxillary  fissure.  Age,  individual  and  sex 
peculiarities of pterygo-maxillary fissure were revealed.  
 
Дахил олуб:  4.07.2016. 
 
 
SİÇOVULLARDA ƏMƏLİYYATDAN SONRAKI YIRTIQLARIN 
BİRİNCİLİ BƏRPASINDA DİSBA-01 MADDƏSİNİN İSTİFADƏSİNİN 
YARA SAĞALMASINA VƏ EKSTRASELLULƏR MATRİKSƏ TƏSİRİ 
 
İsmayilov
1
İ.Y., Yüksel
1
 O.,Bayramov
2
 N.Y., Ersoy
1
 E.,T. T. 
Türkmenoğlu
3
 T. T.  
 
Gazi UniversitetiTibb Fakultəsi, Ümumi Cərrahiyyə Kafedrası
1

Ankara ; 
Azərbaycan TibbUniversiteti,I Cərrahi Xəstəlikləri Kafedrası
2

Bakı; 
Dışkapı Yıldırım Beyazıt Təhsil və Araşdırma Xəstəxanası, 
Patologiya Kafedrası
3
,Ankara. 
 
Son  yüz  ildə  icra  olunan  abdominal  cərrahi  müdaxilələrin  artması  ilə 
bərabər əməliyyatdan sonrakı yırtıqların (ƏSY) tezliyi də artmaqdadır (10). ƏSY-ın 
yaran  masında  kəsik  tipinin  növü,kəsiyin  tikilmə  şəkli  və  istifadə  olunan  tikiş 
materialları  çox  önəmli  yer  tutur.  Abdominal  müdaxilələrdən  sonra  10-12  % 
nisbətində  yırtıq  əmələ  gəldiyi  göstərilir  (10).  ƏSY-ın  bərpası  ilə  birlikdə  yaranan 
böyük maliyələr və əlavə olunan çox ağırlaşma əsas problem olaraq qarşımıza çıxır 
(1,2).  Son  zamanlar  çox  sayda  sintetik  və  qeyri-sintetik  protez  materiallar 
cərrahların istifadəsinə veril mişdir.Hər bir yamanın özünə məxsus xeyri və ziyanı 
görülməkdədir.  Bu  səbəbdən  də  hələ  də  qəbul  edilmiş  ideal  bir  protez  materialı 
təsdiqlənməmişdir.  Protez  ma  teriallardan  başqa  istifadə  ediləcək  tikiş 
materialı,tətbiq  ediləcək  cərrahi  müdaxilə  və  hətta  materialın  istifadə  ediləcəyi 
təbəqə    belə  mübahisəlidir  (4,5).  Yama  materialının  ƏSY  bərpasında  çox 
istifadəsinə  baxmayaraq,kiçik  ölçülü  yırtıqların  müalicəsində  1-li  onarım  özünü 
yaxşı  tərəfdən  göstərməkdədir.  Aparılan  çox  saylı  araşdırmalar  nəticəsində  yırtıq 
ə
mələ  gəlməsində  kollagen  metabolizmının  rolu  haqqında  məlumat  lar  yer 
almaqdadır.Kollagen metabolizmasındakı pozulma larınyırtıq əmələ gəlməsində ya 
da təkrarlama ilə əlaqəli olduğu bildirilir(7,9). Son dövrlərdəki çalışmalarda, yırtıq 
patofizyologiyasinda  kollagen  metabolizmı  ilə  bərabər  MMP-lərin  də  rolu 
göstərilməkdədir.  Kolagen,  ekstrasellulər  matriksin  (ECM-in)  ana  maddə 
lərindəndir  və  gərilmə  qüvvəsini  yaradan  başlıca  proteindir.Tip-1kollagen  matürə 
və ən stabil kollagen formasıdır,tip 3 kollagen isə qeyti-matürə formadır ki, bu da 
Ə
SY və qasıq yırtığı olan xəstələrin ECM-də daha çox görülməkdədir (6).Abdominal 
yırtıqlı  xəstələrin  konnektif  olanlarında  tip1/3  kollagen  nisbətinin  azalması,ya 
kollagen  sintezindəki    1-li  qusurlardan  ya  da  kollagen  ekspresyasının  nizamsız 
ECM  degredasyası  səbəbiylə  nizamlanmasından  qaynaqlanir.MMP-lər  ECM 
degredasya  sında  yer  alan  ən  önəmli  fermentlərdəndir  (7).  MMP-lərmis 
metalloproteinaz ailəsindən olub, endopeptidazaktivasiyası olan ana ekstrasellulər 

            
САЬЛАМЛЫГ – 2016. № 4. 
144 
proteinlərdir  və  sayısız  funksional  bioloji  təsirə  malikdir(hüceyrə  böyüməsi, 
apoptozunizamlama  və  immun  sistem  üzərinə  olan  təsirlər  və  s.).MMP-lər 
kollagenolitik aktivasiyalar səbəbi ilə abdominalyırtıqların patofizyalogiyasında yer 
alır.Abdominal  yırtıqlı  xəstələrin  apanevrozlarındakı  pozulmuş  tip1/3kollagen 
nisbəti,kollagen  degredasyasının  MMP-nin  daha  çox  ekspresyası  səbəbi  ilə 
nizamlanmış  olmasına  bağlıdır(11).Jelatinaza  2A  olaraq  məlum  olan  MMP-2  16 
q13  gen  nahiyyəsində  olan  17  kDa  bir  peptidazdır.  Tip  1-5  və  9  kollagenlər  də 
daxil  ECM-in  bir  çox  molekulunu  parçalayır,  bu  səbəblə  maksimum  aktivliyini 
sekretor  hüceyrələrdə  və  ya  yaxınlarda  göstərdiyi  düşü  nülür  (9).Son 
məlumatlarda  MMP-2-nin  birbaşaqasıq  yırtığın  fiziopatologiyasındakı  əhəmiyyətli 
proteolitik  həlledici  faktor  olduğu  göstərilir  (11).  1-li  yırtığı  olan  xəstələrlə 
müqayisə  edildikdə,  1-li  qasıqy  ırtığı  olan  xəstələrin  köndələn  fassiya  ların  da 
MMP-2-nin  əhəmiyyətli  ölçüdə  çox  olduğu  göstərilmişdir  (10,11).  Kollagen  meta 
bolizmasının önəmini nəzərə alaraq biz də bu istiqamətdə tədqiq apardıq. 
Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin