Саьламлыг  здоровье



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə16/29
tarix14.04.2017
ölçüsü5,03 Kb.
#14041
1   ...   12   13   14   15   16   17   18   19   ...   29

S U M M A R Y 
 
TREATMENT OF CHILDREN WITH OVERACTIVE BLADDER PHYSICAL 
FACTORS. 
 
Abdullayev  K.I, Kuliev CH.B, Soltanov  R.S. 
 
The  article  shows  the  results  of  treatment  of  86  children  with  overactive 
bladder pharmacotherapy and physical factors. The authors  concluded that the 
treatment  of  overactive  bladder,  and  the  combined  use  of  electrostimulation 
naphthalene  application  with  drugs  (Driptan),  enhances  the  effectiveness  of 
pharmacotherapy.  In  young  children  (under  5  years)  use  only  physical  factors, 
without pharmacotherapy, it has a good holinoliticheskoe effect. 
 
 
Дахил олуб:  1.03.2016. 
 
KLİNİK FUNKSİONAL SİNİFİNDƏN ASILI OLARAQ, XRONİK 
DESTRUKTİV VƏRƏMLİ XƏSTƏLƏRDƏ ÜRƏK RİTMİNİN VƏ 
KEÇİRİCİLİYİNİN POZULMASI. 
 
Vəliyeva Ş.M., Baxşəliyev A.B., İsmayılzadə C.M.,Bayramov R.İ.  
 
Azərbaycan Tibb Universiteti, Ağciyər xəstəlikləri kafedrası. 
 
Açar  sözlər:  klinik-funksional  sinif  (KFS),  xarici  tənəffüs  funksiyası  (XTF), 
sağ mədəciyin ön-arxa divarının ölçüsü (SM, ÖADÖ) 
Xronik  destruktiv  ağciyər  vərəmi  olan  xəstələrdə  ürək  ritminin  və 
keçiriciliyinin  pozulması  bu  kateqoriyaya  aid  olan  şəxslərdə  ağciyərdən  kənar 
ölüm səbəbləri riskinin böyük olması müasir təbabətin  aktual problemlərindəndir 
[1,2,5].  Ədəbiyyat  məlumatlarına  görə  ağciyər  vərəmli  xəstələrdə  dizritmogenezin 
aritmiya  topikasının  rastgəlmə  tezliyi  bir-birinə  zidd  və  köhnəlmişdir    [2,3,4].  Bu 
məsələnin öyrənilməsi bizim tədqiqatın əsasını təşkil edir.   
Xronik  destruktiv  ağciyər  vərəmi  olan  xəstələrdə  ürək  ritminin  və 
keçiriciliyinin  KFS-dən  asılı  olaraq  təyin  edilməsi  üçün  biz  Bakı  şəhəri  4  saylı 
vərəm  əleyhinə  dispanserdə    müalicə  olunan  80  nəfər  xroniki  destruktiv  ağciyər 
vərəmi  olan  xəstədə  24  saat  ərzində  Xolter  üsulu  ilə  EKQ  monitorlaşdırma 
aparmışıq.  Xronik  destruktiv  ağciyər  vərəmi  olan  xəstələrin  müxtəlif  klinik 
funksional  sinfə  aid  olunma  kriteriyaları  bunlardır:  nəzərəçarpma  dərəcəsi,  SM  
hipertrofiya  və  dilatasiya  əlamətləri.  I  KFS-ə  14  xəstə  daxil  edilmişdir.  Onlarda 

САЬЛАМЛЫГ – 2016. № 4.
 
 
111 
ürək  fəaliyyətinin  disfunksiyası  yaranmamış,  ağciyər  əlamətləri  üstünlük  təşkil 
etmişdir.  II  KFS-də  XTF    pozulması  və  ağciyər  vərəmi  əlamətləri  ilə  xarakterizə 
olunan  30  xəstə,  III  KFS-də  isə  eyni  zamanda  sağ  mədəciyin  hipertrofiyası  və 
dilatasiyası əlamətləri ilə müşahidə olunan 36 xəstə üzərində tədqiqat aparılmışdır.  
KFS-dən  asılı  olaraq  xronik  destruktiv  ağciyər  vərəmi  olan  xəstələrdə  XTF 
göstəricilərinin müqayisəli qiymətləndirilməsi cədvəl 1-də və 2-də göstərilmişdir. 
Жядвял  № 1. 
KFS-dən asılı olaraq, xronik destruktiv ağciyər vərəmi olan xəstələrdə XTF-nin göstəriciləri: 
XTF 
göstəriciləri 
I KFS 
(n=14) 
II KFS 
(n=30) 
III KFS 
(n=36) 
P I-II 
P I-III 
P II-III 
VC,% 
92,42±4,92 
67,62±2,43 
59,87±2,662 
0,0021 


FVC,% 
92,42±4,60 
65,32±2,53 
49,52±2,79 
0,0032 


FEV
1
 
90,77±3,73 
65,8±2,06 
47,8±3,34 
0,0017 


MEF
25
,% 
80,0±7,77 
45,86±2,31 
30,27±1,95 



MEF 
50
,% 
88,75±4,71 
53,6±2,95 
33,25±2,76 
0,03 

0,0008 
MEF
75
,% 
106,±7,24 
55,75±2,74 
38,65±3,18 



Tiffno indeksi 
73,91±3,21 
69,26±2,41 
52,97±2,47 
0,2553 

0,0001 
 
Cədvəldən göründüyü kimi xronik destruktiv ağciyər vərəmi olan xəstələrdə 
klinik-funksional sinfin ağırlıq dərəcəsinə uyğun olaraq XTF göstəricilərinin aşağı 
düşməsi  tendensiyası    və  hətta  nəzərə  çarpacaq  dərəcədə  pozulması    qeyd 
olunmuşdur.  
Tərəfimizdən I KFS-dən III KFS-ə kimi VC (norma >80%) və FVC (norma > 
80%)  kəskin  azalması  qeyd  olunmuşdur  (p  I-II=0,0021;  p  I-III=0;  p  I-II=0).  Eyni 
zamanda  FEV

(norma=78%)  göstəricilərinin  I  KFS-ə  nisbətən  III  KFS-də  kəskin 
azaldığı qeydə alınmışdır (p I=II=0,0017; p I-III=0; p II-III=0).  Bundan başqa I-II 
KFS istisna olmaqla Tiffno indeksinin (n≥70) aşağı düşməsinin də əhəmiyyəti var 
(p=0,2553). Cədvəldən görünür ki, I KFS-dən III KFS-dək bronxial obstruksiyanın 
ə
həmiyyəyli  dərəcədə  artması  qeyd  olunmuşdur  ki,  bu  da  xüsusi  statistik 
ə
həmiyyət  daşıyır.  Xronik  destruktiv  ağciyər  vərəmi  olan  xəstələrin  KFS-dən  asılı 
olaraq exokardioqrafik müayinəsinin nəticələri cədvəl 2-də göstərilmişdir.  
Жядвял  № 2. 
Xronik destruktiv ağciyər vərəmi olan xəstələrdə KFS-dən asılı olaraq exokardiqrafik müayinənin 
nəticələri 
ExoKQ 
 
I KFS 
(n=14) 
II KFS 
(n=30) 
III KFS 
(n=36) 
P I-II 
P I-III 
P II-III 
AF,% 
63,69±1,01 
59,76±1,03 
54,23±0,63 
0,0125 

0,0001 
AAST, mm.c.sut 
14,37±0,80 
29,43±1,03 
31,63±2,19 
0,0026 
0,0001 
0,0001 
SM, ÖADÖ, mm 
21,95±0,94 
24,78±0,51 
31,01±0,59 
0,0129 


SM divarının qalınlığı 
4,08±0,13 
4,46±0,12 
5,77±0,14 
0,039 


SLM, SSÖ, mm 
30,06±1,40 
32,38±0,77 
36,1±0,84 
0,0007 

0,0075 
SLM, SDÖ 
45,27±2,1 
50,6±0,86 
52,0±1,19 
0,1549 
0,0012 
0,0024 
MAAQ, mm 
8,17±0,43 
10,45±0,32 
11,69±0,31 
0,0285 
0,0113 
0,6548 

            
САЬЛАМЛЫГ – 2016. № 4. 
112 
Təqdim  olunan  cədvəldən  göründüyü  kimi  I-II  KFS-ə  aid  olan  xəstələrdə 
SM-ön arxa ölçüsü normaya uyğun olsa da, II  KFS-də normanın yuxarı həddinə 
yaxın  olmuşdur  (SM,ÖADÖ=24,78±51mm)  (norma  1,85-3,3  sm).  Eləcə  də  bu 
qrupa  daxil  olan    xəstələrdə  sağ  mədəciyin  ön  divarının  qalınlığı  normaya  yaxın 
olmuşdur,  lakin  II  KFS-də  onun  ölçüsü  normanın  yuxarı  sərhədləri  həddində 
dəyişmişdir.  Xəstələrin  müəyyən  KFS-ə  aid  edilməsində  məhz  bu  iki  kriteriya 
aparıcı  yer  tutmuşdur.  III  KFS-də  sağ  mədəciyin  hipertrofiyası  və  dilatasiyası 
ə
həmiyyətli dərəcədə artmışdır. 
MAAQ  (n-0,75-1,1sm)  I  KFS-də  norma  daxilində  olmşdur,  II-KFS-dən  III 
KFS-dək  onun  hipertrofiyası  artmış  və  bu  göstəricinin  siniflərarası  müxtəlifliyi 
statistik  dürüst  dəyişmişdir  (p-  I-II-0,0285;    p-  I-III=0,0113).  Bu  qrupda  SLM 
SDÖ-ü (norma -46-5,7sm) orta hesabla normaya uyğun olmuşdur. I KFS-dən III 
KFS-dək  bu  göstəricinin  artma  tendensiyası  qeydə  alınmışdır.  Göstəricilər 
arasındakı  müxtəliflik    cədvəl  2-də  öz  əksini  tapmışdır.  SLM  SSÖ  (norma  -3,1-
4,3sm)  III  KFS-də  normadan  yüksək  olmuş  və  I    KFS-dən  III  KFS-dək  bu 
göstəricinin  artma  tendensiyası  qeydə  alınmışdır.  KFS-lər  arasında  bu 
göstəricilərinin  müxtəlifliyi  statistik  dürüstdür  (p-  I-II=0,0007,  p-  I-III=0;  p-  II-
III=0,0075). Bunula yanaşı I KFS-dən III KFS-dək AF (norma 55-70%) əhəmiyyətli 
dərəcədə azalmışdır, III KFS-ə daxil olan xəstələrdə bu göstərici əhəmiyyətli dərəcədə 
azalaraq  54,23±0,63%  təşkil  etmişdir.  Göstəricilərin  siniflərarası  müxtəlifliliyinin 
dürüstlüyü  qeydə  alınmışdır  (p  I-III=0).  Xronik  destruktiv  ağciyər  vərəmi  olan 
xəstələrdə    müxtəlif  KFS  arasında  AAST-ın  (norma  23-26  mm.c.süt.)  yüksək 
rəqəmlərə  çatmasına  rast  gəlmədik.  Lakin  I  KFS-dən  III  KFS-dək  bu  göstəricinin 
artması qeyd olunmuşdur (p I-III=0,0001).  
I KFS-dən III KFS-dək SNH-nin azalması, bronxial obstruksiyanın və AAST 
artması qeydə alınmışdır. 
Xronik  destruktiv  ağciyər  vərəmi  olan  xəstələrdə  Xolter  üsulu  ilə  EKQ 
monitorlaşdırmanın  KFS-dən  asılı  olaraq  alınan  nəticələri  cədvəl  3-də  təqdim 
olunmuşdur.  
Bu  cədvəldən  göründüyü  kimi  bütün  xəstələrdə  sutkalıq  monitorlaşdır-
manın  nətcələrinə görə ürək keçiriciliyinin və ritminin müxtəlif dəyişikliklərinə rast 
gəlinmişdir.  
I KFS-də ritm pozğunluğuna 10 (71,4%) xəstədə rast gəlinmişdir. Onlardan 
8-də nadir monotop supraventrikulyar ekstrasistola (SE), 2 nəfərdə nadir monotop 
mədəcik ekstrasistolaları (ME) müşahidə olunmuşdur. 1 xəstədə biz mədəcikdaxili 
blokada tipində keçiricilik pozğunluğu aşkarlamışıq. Bu KFS-də aid olan xəstələrin 
3-də  (21,4%)  kombinə  olunmuş  dəyişikliklər  qeydə  alınmışdır.  Belə  ki,  2  halda 
nadir  monotop  SE  və  ME-sının  kombinasiyası,  1  xəstədə  Hiss  dəstəsinin  sağ 
ayaqcığının  blokadasının  nadir  monotop  SE  ilə  birlikdə  rast  gəlinməsi  müşahidə 
edilmişdir. Bu qrupda 2 (14,3%) xəstədə ritm pozğunluğu aşkar edilməmişdir. 

САЬЛАМЛЫГ – 2016. № 4.
 
 
113 
Жядвял  № 3. 
KFS-dən asılı olaraq Xolter monitorlaşmasının nəticələrinə görə ürək ritminin və keçiriciliyinin 
pozulmasının aşkarlanma tezliyi. 
 
II  KFS-ə  aid  olan  xəstə-
lərdə  yaranan  ritm  pozğunluq-
larının təhlili zamanı SE (52,7%) 
ilə  müqayisədə  ME  (22,2%)  daha 
az  rast  gəlinmişdir.  Supravent-
rikulyar  ritm  pozğunluqlarından 
6  xəstədə  nadir  monotop  SE,  3 
xəstədə  alloritmiya  epizodları  ilə 
müşayiət 
olunan 
bi- 
və 
trigeminiya  tipli  sıx  monotop  SE 
rast 
gəlinmişdir. 
Müayinə 
olunanların  2  nəfərində  sıx 
politop  SE  qeydə  alınmışdır.  1 
xəstədə  qrupşəkilli  və  cüt  SE 
müşahidə olunmuşdur. 3 xəstədə 
monofokuslu  supraventrikulyar 
qaçış  olmuş,  lakin  davamlı 
xarakter daşımamışdır.  
itmin mədəcik pozğunluq-
larından  4  (3,3%)  xəstədə  I  sinif 
ME, 

xəstədə 
alloritmiya 
epizodları  ilə  müşayiət  olunan 
tez-tez  rast  gəlinən  monotop  ME 
qeydə  alınmışdır.  2  xəstəyə 
politop  ME,  2  xəstəyə  qrupşəkilli 
və  cüt  ME  diaqnozu  qoyulub.  1 
xəstədə  səyrici  aritmiyanın  qısa 
paroksizmi  qeydə  alınıb.  Ürək 
keçiriciliyinin  pozğunluğu  4  (3,3%)  xəstədə  qeydə  alınmışdır:  1  xəstədə  I  dərəcəli 
keçici  atriventrikulyar  blokada,  3  xəstədə  Hiss  dəstəsinin  sağ  ayaqcığının 
monofassikulyar  mədəcikdaxili  blokadası  (HDSA).  Birləşmiş  ritm  pozğunluğu 
müayinə olunanların 11-də (36,6%) qeydə alınmışdır. Onalrdan 4 nəfərində nadir 
monotop SE I dərəcəli  ME ilə, 1 (5,3%) xəstədə nadir politop ME-sı nadir politop 
SE  ilə  birlikdə  rast  gəlinmişdir.  Bundan  başqa  digər  kombinasiya  variantları  da 
qeydə  alınmışdır:  nadir  ME  və  nadir  politop  SE  ilə;  nadir  politop  ME  ilə  I  sinif 
monotop SE, nadir monotop SE və ME fonunda qeyri-müntəzəm suprentrikulyar 
taxikardiya  paroksizmləri:  qrupşəkilli  və  politop  SE  cüt-cüt  və  qrupşəkilli  ME  ilə 
birlikdə.  
III KFS-ə aid olan bütün xəstələrdə müxtəlif ritm və  keçiricilik pozğunluq-
ları  qeydə  alınmışdır.  19  xəstədə  (52,7%)  supraventrikulyar  pozğunluqlar 
müşahidə  olunmuşdur.  8  xəstədə  (22,2%)  mədəcik  tipli  ritm  pozğunluqları 
müşahidə  olunmuşdur.  Nadir  monotop  SE  11,1%,  alloritmiyta  epizodları  ilə  sıx 
rast  gəlinən  monotop  SE  8,3%  hallarda  qeydə  alınmışdır.  II  KFS-ə  nisbətən  9 
xəstədə  politop  və  qrup  şəkilli  SE  daha  çox  rast  gəlinmişdir.  Supraventrikulyar 
paroksizmal  taxikardiya  epizodları  2  xəstədə  (5,5%)  aşkarlanmışdır.  1  xəstədə 
daimi  formalı  qulaqcıq    fibriliyasiyası  (səyirici  aritmiya)  müşahidə  olunmuşdur. 
EKQ-dəki dəyişikliklər 
I KFS 
(n=14) 
II KFS 
(n=30) 
III KFS 
(n=36) 
Supraventrikulyar 
pozğunluqlar 

15 
19 
Nadir monotop SE 



Sıx monotop SE 



Politop SE 



 Qrupşəkilli və cüt SE 



Supraventrikulyar 
taxikardiya 



Qulaqcıqların səyirməsi 



Mədəcik pozğunluqları 



Nadir monotop ME 



Sıx monotop ME 



Politop ME 



Qrupşəkilli və cüt  ME 



Mədəcik taxikardiyası 



Keçiricilik pozğunluğu 



AV  blokadalar  



Mədəcikdaxili blokada 



Birləşmiş pozğunluqlar 

11 
19 

            
САЬЛАМЛЫГ – 2016. № 4. 
114 
Ritmin  mədəcik  pozğunluqları  arasında  yüksək  dərəcəli  ekstrasistoliyalar 
üstünlük  təşkil  etmişdir:  3  xəstədə  (8,3%)  -  politop  ME.  1  xəstədə  (2,7%) 
maksimum  10  kompleksdən  ibarət  olan  mədəcik  taxikardiyasının  qısa 
paroksizmləri  aşkarlanmışdır.  9  xəstədə  (25%)  əsasən,  monofassikulyar 
mədəcikdaxili  blokadalar  olmuşdur  ki,  Hiss  dəstəsinin  sağ  ayaqcığının  və  Hiss 
dəstəsinin sol ayaqcığının ön şaxəsinin blokadasına eyni nisbətdə rast gəlinmişdir. 
2 xəstədə bifassikulyar mədəcikdaxili blokada aşkarlanmşdır.  19 xəstədə (83,3%) 
aritmiya və blokadaların müxtəlif növlərinə birlikdə rast gəlinmişdir. Politop  SE ilə 
yüksək  dərəcəli  ME,  qrupşəkilli  SE  ilə  politop  ME  və  mədəcikdaxili 
monofassikulyar blokadalara daha çox rast gəlinmişdir. 
Beləliklə, apardığımız tədqiqat belə nəticəyə gəlməyə imkan verdi ki, KFS-in 
dərəcəsi  artdıqca  dizritmogenez  də  yüksəlir:  I  KFS-85,7%, II KFS-94,1%,  III  KFS-
100,0%. I KFS-də nadir monotop supraventrikulyar və mədəcik ekstarsistolalarına 
rast  gəlinmişdir  ki,  burada  nadir  monotop  supraventrikulyar  ekstrasistolalar 
üstünlük  təşkil  etmişdir.    II  KFS-ə  aid  olan  xəstələrdə  SE  sayı  artmış,  sıx  rast 
gəlinən  yüksək  dərəcəli  ME  üzə  çıxmışdır,  lakin  proqnozu  qənaətbəxş  olan 
aritmiyalar  dominantlıq təşkil etmişdir. Tərəfimizdən III KFS-də SE və ME (52,7% 
və  22,2%)  demək  olar  ki,  müxtəlif  faiz  nisbətində  qeydə  alınmışdır  və  rastgəlmə 
tezliyinə  görə  eyni  sayda  yüksək  və  aşağı  dərəcəli  ME  aşkarlanmışdır. 
Supraventrikulyar  taxikardiyanın  rastgəlmə  tezliyi  artmışdır.  Artan  hipoksiya  və 
metabolik  pozğunluqlarla  bağlı  olan  mədəcikdaxili  monofassikulyar  blokadalar 
qeydə  alınmışdır.  I  KFS-dən  III  KFS-dək  xəstələrdə  müxtəlif  aritmiya  və 
blokadaların birlikdə rastgəlmə tezliyi artmışdır. 
 
ЯДЯБИЙЙАТ - ЛИТЕРАТУРА – REFERENCES: 
 
1.Дитятков  А.Е.,  Тихонов  В.А.,  Радзевич  А.Е.,  Григорьев  Ю.Г.  Хроническое  легочное  сердце  в  клинике  туберкулеза. 
//Медицина и жизнь. – 2001. – С.53. 
2.Задионченко  В.С.,  Гринева  З.О.  Нарушения  ритма  сердца  у  больных  хроническими  обструктивными  болезнями  легких.  
//Пульмонология. – 2003. - № 2. – С. 88-92. 
3.Зарубин  Ф.Е.  Вариабельность  сердечного  ритма:  стандарты  измерения,  показатели,  особенности  метода.  //Вестник 
аритмологии. - № 10. – С. 25-29. 
4.Матовский С.К., Перлей В.Е. Сократительная способность миокарда правого желудочка при декомпенсации ХЛС. // Сов. 
медицина.- 1988.-№6.- С.6-8. 
5.Bernardi  L.  Physical  activity  influence  heart  rate  variability  and  very-low-frequency  components  in  Holter  electrocardiograms. 
//Cardiovasc. Res. – 1996. – Vol. 32. - №2. – P. 234-237. 
 
Р Е З Ю М Е 
 
НАРУШЕНИЯ РИТМА И ПРОВОДИМОСТИ СЕРДЦА У БОЛЬНЫХ ХРОНИЧЕСКИМ 
ДЕСТРУКТИВНЫМ ТУБЕРКУЛЕЗОМ ЛЕГКИХ В ЗАВИСИМОСТИ ОТ КЛИНИКО-
ФУНКЦИОНАЛЬНОГО КЛАССА 
 
Велиева Ш.М., Байрамов Р.И., Бахшалиев А.Б., Исмаилзаде Дж.М. 
Азербайджанский Медицинский Университет 
Кафедра Легочных Заболеваний 
 
Были изучены результаты 24 часового холтеровского мониторинга ЭКГ 
у 80 больных хроническим туберкулезом легких, находившихся на лечении в 
ПТД №4. Эти больные были поделены  на 3 клинико-функциональных класса 
(КФК).  
I  КФК-  входили  14  больных,  имеющие  респираторные  нарушения  без 
функциональных изменений сердца.   

САЬЛАМЛЫГ – 2016. № 4.
 
 
115 
II  КФК-  составили  30  больных  с  симптомами  легочного  туберкулеза  с 
быстропроходящими нарушениями сердечного ритма.  
III  КФК-  вошли  30  больных,  у  которых  отмечались  функциональные 
нарушения  дыхания  с  выраженными  нарушениями  ритма  и  сердечной 
проводимости,  сопровождающиеся  дилатацией  и  гипертрофией  правого 
желудочка сердца. 
 
 
 
S U M M A R Y 
 
RHYTHM  DISORDERS and CARDIAC DYSFUNCTION in  PATIENTS with 
CHRONIC DESTRUCTIVE LUNG TUBERCULOSIS  ACCORDING to CLINICAL 
FUNCTIONAL CLASSIS. 
 
Veliyeva Sh.M., Bayramov R.I., Baxshaliev A.B., Ismailzade C.M. 
 
Thus, the results of our research have allowed come to the conclusion that 
growth  of  CFC  (clinical  and  functional  class)  increased  the  percentage  of  
dysrhythmogenesis:  I  CFC-85,7%,  II  CFC-94%,  CFC-100%.  In  the  I  CFK  only 
rarely founded the monotop supraventricular and ventricular extrasystoles with a 
predominance of the first.  
In the patients with II CFC was increased the number of supraventricular 
extrasystoles  and  frequrnt  appearance  high  grade  of  monotop  ventricular 
extrasystoles (VE) but, dominated proqnostically the favorable arrhythmias.   
In  the  III  CFC  revealed  VE  with  the  same  frequency  of  high  and  low 
grades. 
Also  increases  the  frequency  of  supraventricular  tachycurdia.  We  often 
registered  intraventricular  monofascular  blockades  that  may  have  been 
associated an increase the  hypoxia and metabolic disorders.  
From the I to the III CFK grew the number of patients with a combination 
a variety of arrhythmias and blockades.   
 
Дахил олуб:  26.05.2016. 
 
 
KATAMENİAL EPİLEPSİYALI XƏSTƏLƏRDƏ REPRODUKTİV 
SAĞLAMLIĞIN VƏZİYYƏTİ 
 
Mahalov Ş.İ., Əliyev Z.M., Tağıyeva N.C., Mehdiyeva Ş.N. 
 
 Azərbaycan Tibb Universiteti. Nevrologiya və tibbi genetika 
kafedrası. Bakı. 
 
Açar sözlər: katamenial epilepsiya, reproduktiv status, menstrual pozğunluqlar 
Epilepsiya  nevroloji patologiyalar arasında aktual problemlərdən biri kimi 
həmişə  diqqət  mərkəzindədir.  Bu  baxımdan  epilepsiyalı  qadınlarda  reproduktiv 
sağlamlığın zərər görməsi xüsusi qeyd edilməlidir. Belə ki, ümumi populyasiya ilə 
müqayisədə  epilepsiyalı  qadınlarda  menstrual  pozulmalara  (MP)  daha  çox  rast 
gəlinməsi  müəyyən  edilmişdir.  Məlum  olmuşdur  ki,  MP  epilepsiyalı  qadınların  
33%-də  aşkarlandığı  halda,  ümumi  populyasiyada  cəmi  12-14%-i  əhatə  edir  [1]. 
Sonsuzluğun,  miqrenin,  emosional  pozğunluqların  və  qadın  cinsiyyət  üzvlərinin 

            
САЬЛАМЛЫГ – 2016. № 4. 
116 
xərçənginin  yaranmasında  risk  amili  hesab  olunan  yüksək  tezlikli  epileptik 
tutmalar və anovulyator sikllərlə müşaiyyət olunan MP klinik-nevroloji baxımdan 
da diqqət mərkəzindədir [2]. Epilepsiyanın reproduktiv sağlamlığa  və bununla da 
dermoqrafik göstəricilərə təsir etməsi onun yalnız tibbi deyil, daha geniş - ictimai- 
iqtisadi bir problem olması göstərir. Epilepsiya zamanı reproduktiv disfunksiyalar 
xəstələrdə  özünü  daha  çox  MP-lar  şəklində  və  20%  hallarda  isə  yumurtalıqların 
polikistozu  sindromunun  klinik-biokimyəvi  əlamətlərinin  meydana  çıxması  ilə 
biruzə verir [1,3,4]. Bütün bunlar qadınlarda epilepsiya, o cümlədən onun xüsusi 
bir  forması  kimi  baxılan  katamenial  epilepsiya  (KE)  zamanı  reproduktiv 
funksiyalarda  baş  verə  biləcək  mümkün  dəyişikliklərin  öyrənilməsinin  mühüm 
ə
həmiyyət daşıdığını göstərir. 
Məlumdur  ki,  10-14  yaş  arası  olan  dövr  qadınlarda  epilepsiya  üçün 
proqnozu  xoş  olmayan  -  böhran  dövr  hesab  olunur  [5,6].  Aparılan  tədqiqatlar 
ə
saslı  olaraq  KE-nın  menstrual  siklin  (MS)  fazalarından  asılı  olaraq  meydana 
çıxmasını  göstərmişdir.  Bu  zaman  epileptik  tutmaların  debütu  ilk  menstruasiya 
ilə  üst-üstə  düşə  və  ya  mensturasiya  fazalarının  sabitləşməsindən  dərhal  sonra 
baş  verə  bilər.  Sonrakı  tutmaların  dа  menstruasiya  fazaları  ilə  müəyyən  bağlılığı 
müşahidə  edilir  [7,8,9,10].  Bəllidir  ki,  KE-nın  başlanması  adətən  orqanizmin  fəal 
hormonal    yenidən  qurulması  ilə  əlaqədar  olur.  65%  hallarda  menstruasiyanın 
başlanmasındаn,  12,5%  hallarda  isə  doğuş  və  abortdan  sonra  müşahidə  edilir 
[11].  Pubertatdan  əvvəl  ki,  dövrlə  müqayisədə  pubertat  dövründə  yeniyetmə 
qızlarda epileptik tutmaların əhəmiyyətli dərəcədə artması müşahidə edilir [12,13]. 
Qadınlarda  reproduktiv  endokrin  pozulmaların  (REP)  səbəbi  kimi  limbik 
strukturlara epileptik boşalmaların yayılması göstərilir ki, nəticədə qonadotropin- 
rilizinq hormonun pulsativ sekresiyası dəyişir, bu da REP-a gətirib çıxarır. REP və 
epilepsiyanın yaranmasının etioloji faktoru eyni ola bilər [14,15,16]. Onu da qeyd 
etmək lazımdır ki, pubertat yaş dövründə hipotalamo-hipofizar-qonodal sistemdə 
ardıcıl  olaraq  baş  verən  dəyişikliklər  epilepsiyanın  o  cümlədən  KE-nın 
patogenezində müstəsna rol oynayır [17,18].  
KE-nın  rast  gəlmə  tezliyi  çox  geniş  diapazonda  dəyişir.  Belə  ki,  ABŞ-da 
epilepsiyalı  1,3  mil.  qadından  təxminən  400  mini  fəal  reproduktiv  yaş  dövründə 
KE-dan  əziyyət  çəkir  [12].  Ümumiyyətlə  araşdırmalar  hər  3  epilepsiyalı  qadından 
birinin KE-lı olduğunu göstərən və üstünlük təşkil edən bir fikiri dəstəkləyir [10]. 
Bütün  bu  qeyd  edilənlər  KE  zamanı  xəstələrdə  reproduktiv  sferada  baş  verən 
dəyişikliklərin araşdırılmasının mühüm elmi-praktik əhəmiyyət daşıdığını göstərir. 
Tədqiqatın 
məqsədi. 
Katamenial 
epilepsiya 
zamanı 
qadınlarda 
reproduktiv sağlamlığın öyrənilməsi  
Material  və  metodlar.  Müşahidələr  13-36  yaşlarında  olan 40  katamenial 
və  40  qeyri-katamenial  olmaqla,  80  epilepsiyalı  xəstə  üzərində  aparılmışdır. 
Xəstələrin seçilməsində onlarda KE və qeyri-KE diaqnozunun təsdiq olunması əsas 
götürülmüşdür.  
Reproduktiv  sistemin  vəziyyəti  MS-də  pozulmaların  olması  ilə 
qiymətləndirilmişdir.  MS-də  pozulmaların  əlamətlərini  aydınlaşdırmaq  məqsədilə 
hər  tərəfli  anamnestik  məlumatlar  toplanılmışdır:  MS-in  21-35  gün  çəkməsi, 
aybaşı  müddətinin 3-7 gün davam etməsi, bu zaman itirilən qanın həcmi 30-80 
ml  olması,  xəstələrin  ümumi  vəziyyətin  pozulmaması  və  müxtəlif  xarakterli 
ağrıların  olmaması  normal  MS  olaraq  qəbul  edilmişdir.  Sikl  arası  müddətin  35 
gündən  çox  olması  -  oliqomenoreya,  21  gündən  az  olması  -  polimenoreya, 
menstruasiyanın ən azı 3 ay olmaması isə amenoreya kimi qəbul edilmişdir. Bəzən 
sikllərin  21  gündən  qısa,  bəzən  isə  35  gündən  artıq  olması  irrequlyar  -  nizamsız 
menstruasiya  kimi  qiymətləndirilmişdir.  Menstrual  ifrazatın  çox  olması  - 
hipermenoreya, az olması - hipomenoreya, aybaşı günlərinin sayının az olması - 

САЬЛАМЛЫГ – 2016. № 4.
 
 
117 
opsomenoreya və aybaşının ağrılı olması - alqodismenoreya hesab edilmişdir. 
Tədqiqata cəlb olunmuş xəstələr öz növbəsində menzisin debüt yaşına görə 
hər  bir  qrup  daxilində  yarımqruplara  ayrılmışlar:  I  yarımqrup  -  menzisin 
başlanması 10-12 yaşda olanlar, II - menzisin başlanması 13-14 yaşda olanlar, III 
- menzisin başlanması 15-16 yaşda olanlar 
Ümumdünya Səhiyyə Təşkilatının yaş dövrlərinin təsnifatına (1977) uyğun 
olaraq  epilepsiyanın  debüt  yaşına  görə  xəstələr  3  yarımqrupa  bölünmüşdür:  I  - 
debut yaşı 1-9 yaş - pubertata qədər ki, II- debüt yaşı 10-18 yaş - pubertat, III - 
debüt  yaşı  19  yaşdan  yuxarı  -  pubertatdan  sonrakı  yaş  dövrləri.  Epileptik 
tutmaların  debütü  KE  zamanı  5-23,  qeyri-KE-lı  xəstələrdə  isə  5-27  yaşlarda 
müşahidə  edilmişdir.  KE-lı  xəstələrin  5(12,5%)-i  I  yarımqrupun,  -  27(67,5%)-i  II-
nin, - 8(20%)-i III-nün payına düşmüşdur. Qeyri-KE-da isə müvafiq olaraq I-də -
9(22,5%)-ni, II-də - 18(45,0%)-ni, III-də - 13(32,5%)-ni əhatə etmişdir. 
Xəstələr yaşa görə də yarımqruplara ayrılmışlar: I yarımqrup - 18 yaşadək 
olan xəstələr, II - 19-29 yaş arasında olanlar, III - 30 yaş və daha yüksək olanlar.  
KE-da I yarımqrupda - 8(20%), II-də - 22(55%), III-də - 10 (25,0%); qeyri-KE-da isə 
müvafiq olaraq - 11(27,5%), - 20(50,0%), - 9(22,5%) xəstə olmuşdur. 
Epileptik  tutmaların  tezliyi  (TT)  son  6  ay  ərzində  gündəlik  müşahidələrə 
ə
saslanaraq müəyyən edilmişdir və xəstələr hər qrupda 4 yarımqrupa bölünmüşlər: 
TT1 - tutmaların olmaması, TT2 - tək-tək tutmalar - tutmaların ayda bir dəfədən 
az,  TT3  -  tezləşmiş  tutmalar  -  ayda  1-4  dəfəyədək,  TT4  -  çox  tez-tez  tutmalar  - 
ayda  5  və  ya  həftədə  1  dəfədən,  gündə  1  və  daha  çox.  Tutmaların  tezliyinə  görə 
xəstələr aşağıdakı kimi paylanmışdır: KE-lı xəstələrdə - TT1 - 3 xəstə (7,5%), TT2 - 
4  xəstə  (10%),  TT3  -  26  xəstə  (65,0%),  TT4  yarımqrupunda  7  xəstə  (17,5%) 
olmuşdur.  Qeyri-KE  zamanı  bu  göstəricilər  müvafiq  olaraq  xəstələrin:  TT1  - 
6(15,0%), TT2 - 11 (27,5%), TT3 - 12(30,0%), TT4 - 11(27,5%)-ni əhatə etmişdir. 
Xəstəliyin davam etmə müddətinə görə xəstələr 3 yarımqrupa bölünmüşlər: 
I yarımqrup - davam etmə müddəti 1-4 il, II - davam etmə müddəti 5-9 il və III - 
xəstəliyi  10  il  və  daha  artıq  davam  edənlər.  KE-lı  xəstələrdə  I  yarımqrupda  -  8 
(20,0%)  xəstə,  II-də  -  15  (37,5%),  III-də  -  17(42,5%)  xəstə  müəyyən  edilmişdir. 
Qeyri-KE-lı  xəstələrdə  isə:  I-də  -  10(25,0%),  II-də  -  16(40,0%),  III-də  -  14(35,0%) 
olmuşdur.  Görundüyü  kimi  hər  iki  qrupda  xəstələrin  əksəriyyətində  -  I  qrupda 
23(57,5%)-də,  II  qrupda  26(65,0%)-də  xəstəliyin  müddətinin  1-9  il  olmaqla 
dəyişməsi üstünlük təşkil etmişdir. 
Katamenial və qeyri-KE-lı xəstələrdə yuxarıda göstərilən klinik-anamnestik 
məlumatların ayrı-ayrı qruplar və yarımqruplar üzrə göstəriciləri müqayisə edilərək 
araşdırılmışdır.  Aparılan  müşahidələr  nəticəsində  əldə  edilən  məlumatlar  statistik 
işlənərək Vilkokson-Mann-Uitnin U - meyarına görə dəyərləndirilmişdir.  
Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin