Саьламлыг  здоровье



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə13/29
tarix14.04.2017
ölçüsü5,03 Kb.
#14041
1   ...   9   10   11   12   13   14   15   16   ...   29

Müzakirələr:  Aparılmış  tədqiqatlarda  VEGF  endotel  hüceyrlerinin 
apoptozunun  qarşısını  almaqla,  onları  qoruma  xüsusiyyətinə  malik  olduğu 
göstərilmişdir/13/.  Hiperglikemiya,  hipoglikemiya  ve  dislipidemiya  VEGF 
səviyyəsinə  təsir  göstərə  biləcək  vəziyyətlərdir  və  buna  görə  də  araşdırmaya  HŞD 
olan qadınlar daxil edildi və kontrol qrupu ilə müqayisələr aparıldı. 
HŞD-lə  əlaqəli  olan  ağırlaşmalar:  preeklampsiya,  tromboemboliya, 
anadangəlmə anomaliyalar, makrosomiya, çiyinin distoziyası, qeysəriyyə kəsiyinin 
sayının  artması.  Uşaqlarda  rast  gəlinən  uzun  müddətli  ağırlaşmalar  arasında 
şəkərli diabet və piylənməni qeyd etmək olar.  
Nəzarətdə  HŞD  olan  qadınlarda  hamiləlik  dövründə  çəkilərindəki  artış 
kontrol qruptakı hamilələrlə müqaisədə daha az qeyd edilmişdir. Bunun səbəbi də, 
HŞD  olan  qadınlar  daima  mama-ginekoloq,  endokrinoloq  və  dietoloqun 
müşahidəsində  olmasıdır.  Həmin  xanımlar  orqanizmin  günlük  kaloriyə  olan 
ehtiyaclarını  lazım  olduğu  qədər  alaraq,  artıq  kalori  verəcək  qidalardan 
qorunmuşlar.  Beləliklə,  dietasına  nəzarət  etməyən,  HŞD  olmayan  hamilələr 
nisbətən  nəzarətsiz  qidalanmaya  məruz  qalaraq  daha  çox  çəkilərində  fərq 
yaratmışlar.  VEGF  səviyyəsinin  azalması  HŞD  olan  hamilələrdə  yüksək  riskli  bir 
patologiya  olduğunu  göstərir.  VEGF  səviyyəsinin  hamiləlikdə  yüksəlməsinin  döl 
üçün  qoruyucu  bir  mexanizm  olduğu  düşünülür  (3).  Əgər  bu  mexanizmin  HŞD 
olan  qadınlar  kimi  riskli  hamiləliklərdə  pozulduğunu  təxmin  etsək,  bu  xəstələrə 
hamiləlik  dövründə  VEGF  verilməsi  qəfil  və  səbəbi  bilinməyən  döl  ölümünü  və 
andangəlmə malformasiyaları azalda biləcəyini təxmin etmək olar.  
Doppler  ultrasəs  müayinəsi  döldə  baş  verə  biləcək  bir  çox  patologiyaların 
diaqnostikasında  aparıcı  rol  oynayır/12/.  Bu  müayinə  vasitəsilə  dölün  böyük 
damarları  müayinə  edilir  və  bir  çox  patoloji  vəziyyətlərin  yaranması  zamanı  bu 
damarlarda olan dəyişiklikləri dəyərləndirməklə aşkar oluna bilir.  
Beləliklə, aparılmış araşdırma zamanı uşaq dünyaya gəldikdən sonra onun 
damarlarındakı VEGF səviyyəsi ilə hamiləlik zamanı edilmiş doppler müayinəsinin 
Doppler göstəriciləri 
p* 
Orta serebral arter. pik sistolik axım sürəti 
0,422 
Orta serebral arter. pulsatillik indeksi 
0,986 
Orta serebral arter. rezistentlik  indeksi 
0,821 
Umbilikal arter. pulsatillik indeksi 
0,098 
Umbilikal arter. rezistentlik indeksi 
0,110 
Uşaqlıq arter. pulsatillik  indeksi 
0,454 
Uşaqlıq arter. rezistentlik indeksi 
0,593 

САЬЛАМЛЫГ – 2016. № 4.
 
 
89 
nəticələri müqayisə edilmiş və aparılmış analizlərə əsasən, bu göstəricilər arasında  
statistik əhəmiyyətli bir əlaqə aşkar edilməmişdir.  
 
ЯДЯБИЙЙАТ - ЛИТЕРАТУРА – REFERENCES: 
 
1. Eskes TKAB: Introduction. In Nijhuis J (ed): Fetal Behavior. New York, Oxford University Press, 1992,p xv. 
2.American College of Obstetricians and Gynecologists: Perinatal and infant mortality statistics. Committee Opinion 167, December 
1995. 
3.Z.  Yang,  X.  Mo,  Q.  Gong,  et  al.  Critical  effect  of  VEGF  in  the  process  of  endothelial  cell  apoptosis  induced  by  high  glucose. 
//Apoptosis 2008;13:1331–1343 
4.World Health Organization: Neonatal and perinatal mortality. Country, regional and global estimates. Geneva, Switzerland 2006 
5.ACOG Clinical Management guidelines for obstetricians-gynecologists. ACOG practice bulletin. Management of stillbirth. Obstet 
Gynecol. 2009; 113:748-761. 
6.Sun WJ, Yang HX. Maternal and fetal outcomes in pregnant women with abnormal glucose metabolism. //Chin J ObstetGynecol 
(Chin) 2007; 42: 377-381 
7.American Diabetes Association. Gestational diabetes mellitus. ObstetGynecol 2005; 105: 675-84 
8.Gabbe SG. Diabetes mellitus in pregnancy. Have all problems been solved. //Am J Med 1981;70:613-618 
9.Buchanan  TA,  Metzger  BE,  Freinkel  N,  Bergman  RN.  Insulin  sensitivity  and  beta-cell  responsiveness  to  glucose  during  late 
pregnancy in lean and moderately obese women with normal glucose tolerance or mild gestational diabetes.  //Am J Obstetgynecol, 
1990;162:1008-1014 
10.ACOG  Practice  bulletin.  Clinical  management  guidelines  for  obstetrician-gynecologists.  Gestational  diabetes.  ObstetGynecol 
2001;30:525-538 
11.American Diabetes Association. Diagnosis and classification of diabetes mellitus. Diabetes Care 2006;29:49-55 
12.Filkins K, Koos BJ. Ultrasound and fetal diagnosis. CurrOpinObstetGynecol 2005;17:185-195 
13.Gupta K. Kshirsagar S, Li  W  et  al. VEGF prevents apoptosis of human  microvascular endothelial cells via opposing effects on 
MAPK/ERK and SAPK/JNK signaling. Exp Cell Res 1999;247:495-504 
 
Р Е З Ю М Е 
 
 ВЛИЯНИЕ ГЕСТАЦИОННОГО САХАРНОГО ДИАБЕТА НА ЭНДОТЕЛИЙ 
ИНТИМЫ СОСУДОВ ПЛОДА 
 
Джанбахишов Т.Г. 
Университет Доггуз Эйлюль, Кафедра акушерства и гинекологии, Измир, 
Турция 
 
Ключевые  слова:  беременность,  гестационный  сахарный  диабет, 
допплеровскиe измерения, фактор роста эндотелия сосудов (VEGF). 
Введение:  Состояние  здоровья  беременной  жещины  оказывает 
влияние  на  внутриутробное  развитие  плода.  Такое  заболевание,  как 
гестационный  сахарный  диабет,  оказывает  отрицательное  влияние  на 
течение  беременности,  в  том  числе  увеличивает  риск  внезапной 
внутриутробной гибели плода. 
Цели и задачи: Основная цель этого исследования - изучить состояние 
интимы  сосудов  плода  у  беременных  женщин,  у  которых  был  выявлен 
гестационный  сахарный  диабет.  В  этом  исследовании  был  проведен 
иммунногистохимический  анализ  фактора  роста  эндотелия  сосудов  (VEGF) 
интимы  пупочной  вены  для  сравнения  с  показателями  беременности  и 
данными допплеровского обследования плода. 
Всех участниц разделили на две группы: одна группа, включающая 13 
женщин с диагнозом гестационного сахарного диабета и контрольная группа 
с 46 женщинами без каких-либо заболеваний с нормальным весом тела. 
Результаты:  У  больных  с  гестационным  сахарным  диабетом  был 
выявлен  пониженный  уровень  фактора  роста  эндотелия  сосудов  (VEGF)  по 
сравнению с контрольной группой (4.1±2.38 и 5.05±2.68, соответственно).  

            
САЬЛАМЛЫГ – 2016. № 4. 
90 
Заключение:  Беременные  женщины  с  гестационным  сахарным 
диабетом,  вероятно,  подвержены  наиболее  повышенному  риску  развития 
сосудистых патологий у плода. 
 
S U M M A R Y 
 
INFLUENCE OF GESTATIONAL DIABETES MELLITUS ON FETAL VASCULAR 
STRUCTURES 
 
Janbakhishov T.G. 
Dokuz Eylul University School of Medicine, Department of Obstetrics and 
Gynecology Izmir, Turkey. 
 
Key words: Pregnancy, Gestational Diabetes Mellitus, Doppler examination, 
Vascular Endothelial Growth Factor. 
Introduction:  General  health  condition  of  a  pregnant  woman  has  a  great 
influence  on  a  fetal  developmentand  intrauterine  growth.  Such  pathology  as 
Gestational Diabetes Mellitus may have a negative impact on pregnancy and even 
lead to a sudden intrauterine fetal death. 
Material  and  Methods:  The  main  objective  of  this  study  is  to  investigate 
the  changes  in  the  endothelial  cells  of  vessels  of  pregnant  women  with 
Gestational  Diabetes  Mellitus.  Immunohistochemical  staining  method  was  used 
to  detect  VEGF  expression  in  the  endothelial  cells  of  umbilical  vein  and  the 
relationship  between  these  findings  and  pregnancy  outcome  as  well  as  Doppler 
study  results  was  determined.  All  women  in  the  study  gave  birth  via  Cesarean 
section in order to eliminate the negative impact of a normal delivery process on 
fetal vessels. Participants were devided into two groups: the first group included 
13 pregnant women with the diagnosis of Gestational Diabetes Mellitus and the 
control  group  included  46  pregnant  women  without  any  pathology  and  with 
normal body weight.  
Results:  Women  with  Gestational  Diabetes  Mellitus  had  lower  levels  of 
VEGF when compared to control group (4,1 + 2,38 and 5,05 + 2,68, respectively).  
Conclusion:  Pregnant  women  with  Gestational  Diabetes  Mellitus  are 
probably at high risk for developing pathological processes in fetal vessels.  
 
Дахил олуб:  16.02.2016. 
 
 
SEREBRAL İFLİCLİ XAYALARI ENMƏMİŞ UŞAQLARDA QANDA LH 
GÖSTƏRİCİLƏRİNİN YAŞ XÜSUSİYYƏTLƏRİ 
 
Hüseynov F. R. 
 
Ege Universiteti, Tibb Fakultəsi, Uşaq Cərrahiyyəsi kafedrasi 
 
Uşaq serebral iflici bətndaxili və doğulduqdan sonrakı dövrdə, həmmçinin 
həyatın  ilk  aylarında  beyin  strukturlarının  inkişaf  etməməsi  nəticəsində  əmələ 
gələn  hərəki  dəyişikliklər,  bədən  vəziyyəti,  nitq  və  ruhi  pozulmalar  ilə  xarakterizə 
olunan baş beynin xəstəliklərini özündə birləşdirir [2]. Serebral iflic başlıca olaraq 
bətndaxili  patologiya  və  doğuş  zamanı  beynin  zədələnməsi  səbəbindən  meydana 
gəlir  [4].  Bətndaxili  dövrdə  beynin  zədələnməsinə  səbəb  olan  amillər  müxtəlif 

САЬЛАМЛЫГ – 2016. № 4.
 
 
91 
xarakterli  olur  [1].  Bunlara  ananın  qrip,  məxmərək,  toksoplazmoz  və  s.  kimi 
infeksion  xəstəliklər,  ürəyin  anadangəlmə  qüsurları,  xroniki  ağciyər  xəstəlikləri, 
şəkərli diabet, hipo- və hipertireoz kimi somatik və endokrin xəstəliklər, hamiləlik 
toksikozları,  ciftin  və  göbəyin  patologiyaları,  ana  və  dölün  immunoloji 
uyğunsuzluğu,  zərərli  peşə  amilləri,  alkoqolizm  və  s.  aiddirlər  [7].  Sinir 
sistemindəki  dəyişikliklər  beynin  funksiyasına  və  inkişafına  birbaşa  və  vasitəli 
(pozulmuş  metabolizm  məhsulları  hesabına)  təsir  göstərən  metabolik  pozulmalar 
və hipoksiya ilə əlaqədardır [5].  
Serebral  iflic  zamanı  rast  gəlinən  bir  sıra  pozulmalar  arasında  xayaların 
enməsində  yaranan  problemlər  xüsusi  statusa  malikdirlər.  Serebral  iflic  özü 
birbaşa  xayalara  təsir  mexanizmlərinə  daha  az  malikdir,  o  əsasən  yuxarıda  qeyd 
etdiyimiz  kimi  mübadilə  yolu  ilə  xayalara  təsir  göstərir  [6].  Serebral  iflic  zamanı 
beynin  cinsiyyət  sisteminə  təsir  göstərən  müxtəlif  hormonların  ifrazına  təsir 
göstərir.  Serebral  iflic  və  xayaların  enməməsi  arasındakı  əlaqələrini  öyrənən 
məlumatlar  olduqca  məhduddur  və  köhnə  məlumatlar  isə  bu  xəstələrin 
müalicəsinin  planlaşdırılmasında  da  problemlər  yaratmaqdadır.  Serebral  iflicli 
xəstələrdə  xayaların  enməməsinin  səbəbinin  hipotalamus-  hipofiz-  gonadal 
mərkəzin pozulması ola biləcəyi güman edilir. FSH (follikul stimuləedici hormon), 
LH  (lüteinləşdirici  hormon),  sərbəst  testosteron  və  ümumi  testosteron 
hormonlarının  xayaların  enməsində  və  sonrakı  həyat  dövründə  spermatogenezə 
cavabdeh olduğu məlumdur[3]. 
Tədqiqatın məqsədi: Serebral iflicli xayaları enməmiş uşaqlarda qanda LH 
göstəricilərinin yaş xüsusiyyətlərinin müəyyən edilməsi. 
Tədqiqatın material və metodları: Bu məqsədlə tərəfimizdən 2012 –ci ilin 
mart ayından iyul ayına kimi Ege Univeristeti Tibb Fakultəsi Uşaq Nevrologiyası, 
Sağlam  Uşaq  və  Uşaq  Cərrahiyyəsi  Poliklinikalarına  və  İzmir  Təpəcik  Tədris 
Araşdırma  Xəstəxanasının  Uşaq  Nevrologiyası  Poliklinasına  müraciət  etmiş  60 
nəfər  yaşı  15  -ə  kimi  olan  serebral  iflicə  düçar  olmuş  oğlan  uşaqlar  müayinələrə 
cəlb  olunmuş  və  onlar  yaşı  9,8-dən  aşağı  və  9,8-15  arasında  olmaqla  yaş 
qruplarına  bölünmüşlər  və  qruplar  üzrə  LH–un  (lüteinləşdirici  hormon)  hansı 
səviyyədə  olduğu  aydınlaşdırılmışdır.  1  yaşdan  kiçik  uşaqlar  tədqiqata  daxil 
edilməmişdir.  Bütün  xəstələr  poliklinika  şəraitində  valideynlərinin  müşayiətilə, 
normal  otaq  temperaturunda  müayinələr  cəlb  olunmuşlar.  Serebral  iflicli 
xəstələrdən alınan qan nümunələri xayaların enməsinə təsiri olan LH səviyyələrinin 
yoxlanılması  üçün  Ege  Universiteti  Tibb  fakultəsinin  Endokrin  laboratoriyasına 
göndərilmişdir.  Həmin  laboratoriyada  LH  üçün  AİS  hLH  REF  33510  üsulu  ilə 
analiz aparılmşdır. Kateqoriyalar üzrə verilənlərin paylanması tezlik cədvəllərindən 
istifadə edilməklə təqdim olunmuşdur. LH göstəricilərinin  (norma yaxud anormal) 
kateqorik  paylanmalarının  yaşa  görə  və  serebral  iflicin  olması  baxımından 
statistiki  olaraq  qiymətləndirilməsində  “FİSHER  Tam  Ehtimal  Testindən”  istifadə 
olunmuşdur.  Qeyd  edək  ki,  Ümumdunya  Səhiyyə  Təşkilatının  (ÜST)  statistiki 
göstəricilərinə görə 1-9 yaş arasında qanda LH miqdarı 0,02-0,3 mIU/mL, 10-15 
yaş  arasında  0,2  -5,0  mIU/mL  arasında  tərəddüd  etdikdə  normal  hesab 
olunmuşdur, kənara çıxmalar isə “anormal” hal kimi qiymətləndirilmişdir. 
Tədqiqatın nəticələri və müzakirəsi: Tədqiqat nəticəsində yaşı 9,8 -ə qədər 
olan  ümumi  45  nəfərlik  serebral  iflicli  uşaqlardan  38  nəfərində  qanda 
Luteinləşdirici  hormonun  miqdarları  anormal  vəziyyətdə  olmuşdur  ki,  bu  da 
onların 63,33% -ni təşkil etmişdir.  Yaşı 9,8 –a kimi olan serebral iflicli uşaqların 
isə cəmi 7 nəfərində yəni 11,67% -ində qeyd olunan hormonunun miqdarı normal 
çərçivələr  daxilində  olmuşdur.  Qeyd  edək  ki,  ümumi  müayinə  olunan  60  nəfərlik 
serebral  iflicli  şəxslərdən  45  nəfəri  9,8  yaşdan  aşağı  qrupu  əhatə  etmişdir  (cədvəl 
1). Müayinələrə cəlb olunmuş 60 serebral iflicli uşaqların 15 nəfəri yaxud 25% -i 

            
САЬЛАМЛЫГ – 2016. № 4. 
92 
9,8-15  yaş  arasında  tərəddüd  etmişdir.  Bu  15  nəfərdən  əksəriyyətində,  12 
nəfərində yəni ümumi müayinələrə cəlb edilənlərin 20% -ində qanın LH göstəriciləri 
normalar  daxilində  tərəddüd  etsə  də,  3  nəfərində  yaxud  5%  oğlan  uşaqlarında 
anormal  göstəricilərlə  müəyyən  edilmişdir.  Ümumilikdə  isə  müayinə  olunan  60 
nəfər  serebral  iflicli  uşaqlardan  cəmi  19  nəfərdə,  yəni  31,67%  xəstələrdə  qanda 
lüteinləşdirici hormonun göstəriciləri normalar daxilində, 41  nəfərdə yəni 68,33% 
xəstələrdə isə anormal xarakterli olmuşdur.  
Жядвял  № 1. 
LH-ın 9,8 yaşa kimi və 9,8 -15 yaş arasında olan serebral iflicli uşaqlarda göstəriciləri 
Yaş 
LH göstəriciləri 
 
Anormal 
Normal 
Ümumilikdə 
9,8-15 arası 
3 (5%) 
12 (20%) 
15 (25% 
<9.8 
38 (63,33%) 
7 (11,67%) 
45 (75%) 
Ümumilikdə 
(p=0,001) 
41  
68,33% 
19  
31,67% 
60  
100% 
 60  serebral  iflicli  oğlan  uşaqlarından  36  nəfərində  yaxud  da  60%-ində 
xayaları  xayalığa  enməmiş,  24  nəfərində  yaxud  da  40%  -ində  xayalar  enmiş 
vəziyyətdə  aşkar  edilmişdir.  Serebral  iflicli  uşaqlarda  xayaların  vəziyyəti  ilə  LH 
göstəricilərinin  qandakı  vəziyyəti  arasındakı  asılılığın  müəyyən  edilməsi  üzrə 
aparılan statistiki araşdırma zamanı isə xayaları normal vəziyyətdə aşkar edilmiş 
36 nəfər serebral iflicli uşaqlardan 13 nəfərində yaxud ümumi uşaqların 21,6% -
ində  qanda  lüteinləşdirici  hormonun  göstəriciləri  normalar  çərçivəsində  olsa  da, 
yerdə  qalan  23  nəfərdə  yaxud  total  iflicli  uşaqların  38,3%  -ində  isə  anormal 
göstəricilərdə qeydə alınmışdır (cəd.2). Xayaları xayalığa enməmiş 24 nəfər serebral 
iflicli  uşaqlardan  isə  cəmi  6  nəfərində  başqa  sözlə,  ümumi  müayinə  olunanların 
10%  -ində  qanın  LH  göstəriciləri  normalar  daxilində  olmuşdur.  Qalan  serebral 
iflicli  və  xayaları  enməmiş  18  nəfərdə  isə  anormal  xarakterli  göstəricilər  əldə 
olunmuşdur ki, bu uşaqların da sayı ümumi müayinə olunanların sayının 30% -
ni əhatə etmişdir.  
Жядвял  № 2. 
Xayaları enməmiş uşaqlarda LH göstəricilərinin xüsusiyyətləri. 
Xayaların vəziyyəti 
LH göstəriciləri 
 
Anormal 
Normal 
Ümumilikdə 
Xayaların enməməsi (-) 
23 (38,3%) 
13 (21,6%) 
36 (60%) 
Xayaların enməməsi (+) 
18 (30%) 
6 (10%) 
24 (40%) 
Ümumilikdə 
(p=0,410) 
41 
68,33% 
19 
31,67% 
60 
100% 
 
Tədqiqat  zamanı  müayinədə  serebral  iflicli  və  xayaları  enməmiş  24  nəfər 
oğlan  uşaqlarından    yaşı  9,8-dən  az  olanlar  19  nəfər  olmaqla  ümumi  uşaqların 
79,17%  -ni,  yaşı  10-15  arasında  olanlar  isə  5  nəfər  olmaqla  ümumi  uşaqların 
20,83% -ni təşkil etmişlər (cəd.3). Yaşı 9,8-dən az olan 19 nəfərlik yaş qrupundan 
3 nəfərdə yaxud serebral iflicli və xayaları enməmiş uşaqların 12,5% -ində qanda 
LH göstəriciləri norma intervalında, 16 nəfərində yaxud ümumi xayaların enməmiş 
uşaqların 66,67% -ində isə anormal xarakterli olmuşdur.  
 

САЬЛАМЛЫГ – 2016. № 4.
 
 
93 
Жядвял  № 3. 
Serebral iflicli və xayaları enməmiş uşaqlarda yaş və qanda LH göstəriciləri arasında əlaqə 
Yaş qrupları 
LH göstəriciləri 
 
Anormal 
Normal 
Ümumilikdə 
<9.8 
16 (66,67%) 
3 (12,5%) 
19 (79,17%) 
9,8-15 
2 (8,33%) 
3 (12,5%) 
5 (20,83%) 
Ümumilikdə 
p=0,0785 
18 
75% 

25% 
24 
100% 
 
Yaşı  9,8-15  arasında  tərəddüd  edən  həmserebral  iflicli,  həm  də  xayaları 
enməmiş  uşaqlardan  3  nəfərində,  digər  sözlə  ümumi  bütün  yaş  qrupları  üzrə  24 
uşağın  12,5%-ni  əhatə  edən  pasiyentlərdə  qan  nümunələrində  LH  hormonunun 
göstəriciləri  normalar  çərçivəsində,  2  nəfərində  yəni  ümumi  müayinələrə  cəlb 
edilmiş  serebral  iflicli  inpalpabl  uşaqların  cəmi  8,33%  -ni  əhatə  edən  hissədə  isə 
qeyd  olunan  hormonun  qandakı  miqdarı  anormal  xarakterli  aşkar  edilmişdir. 
Alınmış  nəticələr  serebral  iflicli  uşaqlarda  xayaların  enməməsində  hormonal 
amillərin  mühüm  rola  malik  olduğunu,  LH  hormonun  qandakı  miqdarlarının 
xayaların  enməməsində  yaş  dövrlərinə  görə  təsir  xüsusiyyətlərinə  malik  olduğu 
göstərir. 
 
ЯДЯБИЙЙАТ - ЛИТЕРАТУРА – REFERENCES: 
 
1.Acerini CL, Miles HL, Dunger DB, et al.. The descriptive epidemiology of congenital and acquired cryptorchidism in a UK infant 
cohort.Arch Dis Child, 94: 868, 2009. 
2.Barthold JS, González R. The Epidemiology of Congenital Cryptorchidism, Testicular Ascent and Orchiopexy J Urol, 170: 2396, 
2003. 
3.Schneck FX, Bellinger MF. Abnormalities of the testes and scrotum and their surgical management. In: Campbell-Walsh Urology. 
Wein AJ, Kavoussi LR, Novick AC, Partin AW, Peters CA (editors). Ninth Edition. Philadelphia, Saunders, 2007;3761-98 
4.Tekgül S, Riedmiller H, Gerharz E et al. Guıdelınes On Paediatric Urology. EAU  Elder JS. Ultrasonography is Guıdelıne, Mar 
341, 2011.İ EŞE ETO EST unnecessary in evaluating boys with a nonpalpable testis. Pediatrics, 110: 748, 2002. 
5.Tasian GE, Yiee JH, Copp HL. Imaging use andcryptorchidism: determinants of practicepatterns. J Urol, 185:1882, 2011.]. 
6.Tekgül S, Riedmiller H, Gerharz E et al. Guıdelınes On Paediatric Urology. EAU Guıdelıne, Mar 341,2011.]. 
7.Wagner-Mahler K, Kurzenne JY, Delattre I et al. Prospective study on the prevalence and associated risk factors of cryptorchidism 
in 6246 newborn boys from Nice area, France. Int JAndrol. 34: 499, 2011. 
 
S U M M A R Y 
 
 
AGE CHARACTERISTICS OF LH PARAMETERS IN THE BLOOD IN CHILDREN 
WITH CEREBRAL PALSY AND UNDESCENDED OVARIES 
 
Guseynov F.R. 
EGE University, Medical Faculty, Department of Pediatric Surgery 
 
Cerebral palsy in the unborn baby and the period after birth, consisting of 
motor changes, body condition, are included when the brain disease with speech 
and mental deterioration. Inplapabl in children with cerebral palsy and research 
was  conducted  to  determine  the  properties  of  blood  LH  with  age.  The  results 
showed that hormonal factors play an important role in the onset of testicles in 
children with cerebral palsy. 
 
 

            
САЬЛАМЛЫГ – 2016. № 4. 
94 
Р Е З Ю М Е 
 
ВОЗРАСТНЫЕ ХАРАКТЕРИСТИКИ ПОКАЗАТЕЛЕЙ LH В КРОВИ У ДЕТЕЙ С 
ЦЕРЕБРАЛЬНЫМ ПАРАЛИЧОМ И НЕОПУСТИВШИМИСЯ ЯИЧНИКАМИ 
 
Гусейнов Ф.Р. 
Университет ЕГЕ,  медицинский факультет, кафедра детской хирургии 
 
Церебральный  паралич    у  ребенка  в  пренатальный  период  и  период 
после  рождения  объединяет  в  себе  такие  заболевания  головного  мозга,  как 
двигательные  изменения,  изменения  в  состоянии  организма,  речевая  и 
умственная  деградация.  Было  проведено  исследование  с  целью  определения 
возрастных  показателей  LH  в  крови  у  детей  с  церебральным  параличом  и 
неопустившимся яичником. Результаты показали, что гормональные факторы 
играют важную роль в неопущения яичек у детей с церебральным параличом. 
 
Дахил олуб:  3.06.2016. 
 
 
UŞAQLIQ BOYNU PATOLOGİYALARININ MÜALİCƏSİNƏ MÜASİR 
YANAŞMA 
 
Quliyeva K.D., Bayramova G.M.,Quliyeva Ş.V., Məhərrəmov N.S. 
 
ET Mamalıq və Ginekologiya Institutu. 
 
Uşaqlıq  boynu  patologiyaları  çox  rast  gəlinən  ginekoloji  xəstəliklərdən 
biridir. Vaxtında qoyulan diaqnoz və adekvat müalicə uşaqlıq boynunun onkoloji 
xəstəliklərinin  profilaktikası  hesab  olunur  (2).  Müasir  təbabətin  yüksək 
nəaliyyətlərinin  olmasına  baxmayaraq  uşaqlıq  boynu  xərçəngi  ginekologiyanın 
aktual problemlərindən biridir və onkoginekoloji xətəliklərin strukturunda 2ci yeri 
tutur və təəssüf ki, ilbəil müxtəlif yaş qruplarında miqdarı artmağa meyllidir. 
Uşaqlıq boynunun vaginal hissəsində patoloji vəziyyətlərin yaranması uzun 
və  mürəkkəb  prosesdir.  Tədqiqatlara  əsasən  bədxasssəli  proseslər  leykoplagiya, 
servisit  kimi  fon  xəstəlikləri  əsasında  yaranır.  Uşaqlıq  boynunun  fon  xəstəlikləri 
iltihabi,  hormonal,  travmatik  mənşəli  xoşxassəli  proseslərdir.  Onlar  xərçəngönü 
vəziyyət deyil, lakin bu xəstəliklərin fonunda uşaqlıq boynu epitelində proliferativ 
dəyişikliklər  inkişaf  edir.  Displastik  prosesin  erkən  mərhələsində  maliqnizasiya 
riski  yüksək  deyil,  III  dərəcəli  displaziya  isə  invaziv  xərçəngə  transformasiya 
edir(1).  Buna  görə  də  proqnostik  markerlərin  axtarışı  uşaqlıq  boynunun 
xərşənginin patogenezinin tədqiqatında vacib istiqamətdir (2).  
Xərçəngönü  xəstəliklərin  etiologiyasında  açar  rolu  insan  papillamatoz 
virusu  (  İPV  )  oynayır.  İPV  ilə  uşaqlıq  boynu  displaziyası  arasındakı  əlaqə  geniş 
epidemioloji  tədqiqatlarla  sübut  olunmuşdur  (3).  Tədqiqatlara  əsasən  İPV 
displaziyalarda  19-90%  halda,  epiteldaxili  karsinomlarda58-89%  rast  gəlinir  (4). 
ÜST-nın  məlumatına  görə  dünyada  hər  gün  1300-ə  qədər  qadın  İPV-  nu  ilə 
yoluxma  nəticəsində  əmələ  gələn  uşaqlıq  boynunun  xərcəngi  ilə  xəstələnir.  Bu 
təhlükəli  xəstəliyin  qurbanları  daha  cox  reproduktiv  yaş  dövründə  olan 
qadınlardır. Hər il 240000-dən artıq qadın uşaqlıq boynu xərcəngi nəticəsində ölür 
(5).  

САЬЛАМЛЫГ – 2016. № 4.
 
 
95 
İPV  uşaqlıq  boynunun  yalnız  bazal  qatının  proliferə  edən  epitel 
hüceyrələrini  infeksiyalaşdırır.  Əksər  hallarda  İPV  digər  cinsi  yolla  ötürülən 
xəstəliklərlə  birlikdə  rast  gəlinir.  Urogenital  traktın  infeksiyaları  xüsusilə 
xlamidioz,  ureoplazmoz,  mikoplazmoz,  herpetik  və  sitomeqalovirus  infeksiyaları, 
disbiotik  vəziyyətlər  İPV  ilə  yoluxmanın  xronikiləşməsinə,  daha  dayanıqlı  və 
müalicəyə  çətin  tabe  olan  iltihabi  dəyişikliklərin  yaranmasına  səbəb  ola  bilər 
(6,4,7). 
Nəzərə alsaq ki,yalnız İPV-na təsir edən spesifik preparatlar hələ ki mövcud 
deyil,  virusun  orqanizmdən  tamamilə  itməsini  təmin  etmək  mümkün  deyil. 
Müalicənin  əsas  məsələsi  İPV  infeksiyasının  klinik  və  subklinik  formalarının 
ləğvinə yönəlməlidir (5).  
Müalicə  prinsiplərinin  kriterisi  xəstəliyin  formasından  aslıdır.  İPV 
yoluxmasın klinik və subklinik formalarının  CİN I və CİN II-də xəstə ginekoloqda 
müalicə  alır,  CİN  III  və  uşaqlıgın  boynu  xərçəngində  onkoloqda  müalicə  alır. 
Müalicə taktikasında ən vacib hər iki partnerun birgə müalicəsidir. İPV-nin latent 
formasında  immunomodulyator  preparatların  qəbulun  əsaslanmamışdır.  İPV  ilə 
xəstələnmənin  subklinik  formasında  dispanser  nəzarət,  sistem  və  yerli  virus 
ə
leyhinə müalicə məsləhət  görünür (4,8).  
Klinik CİN I-II-də kombinə olunmuş müalicə tətbiq olunur. 
Anogenital  kondilomların  göturülməsi  məqsədilə  çox  saylı  metodların 
olmasına baxmayaraq, istənilən metodun tətbiqindən sonra residivlərin yaranması 
tezliyi  yüksəkdir-  30-90%.  Residiv  problemi  müalicə  metodunun  növündən  asılı 
deyil , bu daha çox infeksiyanın reaktivasiyası ilə əlaqədardır. 
Daha optimal müalicə metodunun seçilməsi zamanı 4 əsas prinsipə nəzarət 
etmək  lazımdır:  məhz  bu  patologiyada  effektin  alınması,  müalicədən  sonra 
residivin  yaranması  tezliyi,  müalicənin  yan  təsirlərinin  minimum  olması, 
prosedurun aparılmasının sadəliyi (9,10). 
İPV ilə yoluxmada müalicədə aşağıdakı taktika təklif olunur:  
1.Papilomatoz ocaqların dağıdılması  
2.Virus əlehinə immunitetin stimulyasiyası ( yerli və ümumi ) 
3. Residiv əmələ gətirən faktorların aradan götürülməsi.  
Müalicə  vaxtı  nəzərə  alınmalıdır  ki,  bazal  qatın  sanasiya  olunmadan 
epidermisin götürülməsi xəstəliyin rezidivləşməsi ilə nəticələnir.  
Usaqlıq  boynu  hormonal  asılı  orqan  olduğuna  görə  qadınlarda    endokrin 
sistemin  vəziyyətini  araşdırmışıq.  Belə  ki,  16  (13%)  qadında  qalxanvari  vəzin  
xəstəlikləri  (hipo-,  hipertireoz  və  s.),  22(18,3%)  qadında  reproduktiv  sistemin 
xəstəlikləri,  10  (8,3%)  qadında  şəkərli    diabet  aşkarlanmışdır.  Uşaqlıq  boynu 
patologiyalarının yaranmasına səbəb olan risk faktorları müəyyən olunmuşdur ki, 
onlar da ekzogen və endogen olmaqla 2 qrupa bölünmüşdür. 
Ekzogen  risk  faktorlarına  aid  edilmişdir:  erkən  menarxe  –9  (7,5%)  xəstə, 
erkən  cinsi  həyat  –  16  (13%)  xəstə,  pis  vərdişlər  (siqaret  çəkmə)-3  (2,5%)  xəstə, 
uşaqliq  boynunun  travmaları  (abortdan  və  ya  doğuşdan  sonrakı)-  22  (18,3%) 
xəstə,  kiçik  çanaq  orqanlarının  iltihabi  xəstəlikləri  –  25  (20,8%)  xəstə,  xronoki 
anovulyasiya-  12  (10%)  xəstə.  Endogen  faktor:  mioma-  18  (15%)  xəstə, 
endometrioz-  12  (10%)  xəstə,  endometriyanin  hiperplastik  xəstəlikləri-  7  (5,8%) 
xəstə, disfunksional uşaqlıq qanaxmaları  - 10 (8,3%) xəstə. 
UBP  (uşaqlıq  boynunun  patologiyası)  olan  qadınların  müayinə  protokolu 
tərtib edilmişdir.  
Buna əsasən 95 (79%) qadın doğmuş, onlardan 65 (54%) qadın təbii yolla, 
30  (25%)  qadın  cərrahi  yolla  doğuşu  başa  vurmuşdur.  56  (46,6%)  qadında  1  və 
daha  artıq  abort,  10  (8,3%)  qadında  doğuşda  uşaqlıq  boynunun  cırılması  kimi 

            
САЬЛАМЛЫГ – 2016. № 4. 
96 
ağırlaşmalar  olmuşdur.  22  (18,3%)  qadında  menstrual  tsiklin  pozulması 
olmuşdur. 
78 (65%) qadın ilkin, 42 (35%) qadın təkrar müraciət etmişdir. 
9 (7,5%) qadında uşaqlıq boynunun deformasiyası, 6 (5%) qadında uşaqlıq 
boynunun  hipertrofiyası,  65  (54%)  qadında  servisit,  46  (38%)  qadında 
psevdoeroziya, 9 (7,5%) qadında uşaqlıq boynunun polipi müəyyən edilmişdir. 
II. İnfeksiyon skrininq-İPVgenotiplənməsi aparılmışdır. 
İPV 87 (72,5%) qadında neqativ, 33(27,5%)  qadında pozitiv olmuşdur. 
Onlardan 12 (10%) qadında aşağı riskli genotip, 11 (9,2%) qadında yüksək 
riskli genotip aşkarlanmışdır. 
İPV pozitiv olan qadınlar sonrakı etapda sitoloji müayinə olunmuşlar. 
III.  Sitoloji  müayinə  CİN  və  Betestd  sistemilə  aparılmışdır.  Aşağıdakılar 
müəyyən  edilmişdir.  Betesd  terminoloji  sisteminə  görə  (The  Bethesda  System- 
TBS) 
1. Norma- ASCUS (Atypical squamaus cells of undertermned significance)-
(atipik yastı epitel hüceyrələri aydın olmayan ) -17 (14%) qadın 
2.  LSİL  (Low  grade  squamous  intraepithelial  lesion)  asağı  dərəcəli 
zədələnmiş intraepitelial yastı hüceyrələr- 12 (10%) qadın   
3.HSİL  (High  grade  squamous  intraepithelial  lesion)  yüksək  dərəcəli 
zədələnmə-3   (2,5%) qadın. 
4. Karsinoma 1(0,8%) qadın 
IV. Kolposkopik müayinə olunmuş 12 (10%) qadında yastı epitel, 3 (2,5%) 
qadında kobud mozaika,  3 (2,5%) qadında nazik leykoplagiya , 1 (0,3%) qadında 
qalın punktasiya, 14 (11,6%) qadında skvamoz epitel müəyyən edilmişdir.  
İPVİ  –nın  müsbət  olduğu  hallarda  aşağıdakı    formalar  (Handley  və 
müəl.görə) ayırd olunmuşdur:  
1.  Klinik  formalar  (itiuclu  gözlə  görünən,  vulqar  kondiloma,  simptomatik, 
CİN erkən mərhələlərdə koylositoz, diskeratoz displaziya əlamətləri olmadan – yastı 
kondiloma) 8 (6,6%) qadın 
2. Subklinik   formalar (gözlə görünməyən, simptomsuz yalnız kolposkopik 
ve  sitoloji  ve  ya  histoloji  muayinədə  askarlanan  asimptomatik  CİN  (koylositoz  və 
diskeratoz, displaziya olmadan) 8 (6,6%) qadın 
3.  Latent  formalar  (Morfoloji  ve  histoloji  dəyişikliklər  yoxdur  PVİ-DNT 
olmasına baxmayaraq) 17(14%) qadın 
İPV  müəyyən  olunmuş  33(27,5%)  qadından  histoloji  müayinədə  HSİL 
(3(2,5%)  qadın)  və  karsinoma  (1(0,8%)  qadın)  diaqnozlaşdırılan  xəstələr  onkoloji 
klinikaya yönəldilmişlər.  
UBP olan 116 qadın öz klinikamızda kompleks müalicə almışlar. İPV-nun 
klinik  forması  olan  8(6,8%)  qadında  elektrokoaqulyasıya  ilə  yanaşı  virusəleyhinə 
preparatlar  sitotoksik,  antioksidant  və  immunoloji  müalicə  tətbiq  olunmuşdur. 
Subklinik formalı 4(3,4%) qadına virusəleyhinə və immunkorektəedən preparatlar, 
yerli iltihabəleyhinə, antioksidant müalicə aparılmışdır. Latent formalı 17 (14,6%) 
qadına yerli və immunkorektə edən preparatlarla müalicə aparılmışdır. 
Ektopiyalı  46(38,3%)  qadından  22(18,3%)  qadına  elektrokoaqulyasiya,  20 
(16,6%)  qadına  kriodestruksiya,  4  (3,3%)  qadına  solkovaginlə  sanasiya 
aparılmışdır.  Sadə  leykoplagiyalı  26  (21,6)  qadına  yalnız  yerli  antioksidant 
(vagimin samı) tətbiq ounmusdur. Uşaqlıq boynunun ektopiya deformasiyası olan 
9  (7,5%)  qadında  yerli  konservativ  müalicə  və  deformasiya  zonasının 
elektrocərrahi  kəsilməsi  icra  olunmuşdur.  Ektopiya  və  hipertofiya  olan  6  (5%) 
qadına  yalnız  yerli  konservativ  müalicə  (solkoseril  mazı  və  soleplus  şamı)  təyin 
olunmuşdur.  

САЬЛАМЛЫГ – 2016. № 4.
 
 
97 
Beləliklə,  uşaqlıq  boynu  patologiyalarının  rast  gəlmə  tezliyinin  yüksək 
olmasını nəzərə alaraq kompleks müayinə metodlarının tətbiqi və erkən müalicəsi 
atipik proseslərin profilaktikasında böyük praktik əhəmiyyət kəsb edir. 
 
Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin