Саьламлыг  здоровье


Tədqiqat  işinin  məqsədi



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə11/29
tarix14.04.2017
ölçüsü5,03 Kb.
#14041
1   ...   7   8   9   10   11   12   13   14   ...   29

Tədqiqat  işinin  məqsədi:    Böyrək  patologiyasi  olan  hamilələrə  aid  cift 
nümunələrinin histopatoloji xüsusiyyətlərin öyrənilməsi olmuşdur. 
Tədqiqat  işinin  material  və  metodları:  Tədqiqata  cəlb  edilən  ciftlər 
ümumilikdə  2  qrupa  bölünmüşdür:  I  qrup  (nəzarət  qrupu)  –  hamiləlik  dövründə 
hər  hansı  bir  somatik  xəstəliyi  olmayan,  ağırlaşma  müşahidə  edilməyən,  normal 
hestasiya  müddətini  tamamlamış,  normal  fiziloji  (vaginal)  doğuş  keçirmiş,  doğuş 
zamanı  ağırlaşma  baş  verməyən,  diridoğulma  ilə  nəticələnən,  tək  döllü 
hamiləliklərdən  əldə  edilən,  cəmi  20  cift  nümunəsi  daxil  edilmişdir;  II  qrup  (əsas 
qrup)  –  hamiləlik  dövründə  hər  hansı  bir  böyrək  patologiyası  aşkarlanan,  buna 
uyğun  xarakterik  klinik-laborator  əlamətləri  olan,  müvafiq  müalicə  tədbirləri  ilə 
korreksiya edilən, hestasiya müddətini tamamlayan və ya tamamlamayan, fizioloji 
(vaginal)  və    ya  cərrahi  doğuş  keçirmiş,  diridoğulma  ilə  nəticələnən,  tək  döllü 
hamiləliklərdən  əldə  edilən,  ümumilikdə  45  cift  nümunəsi  daxil  edilmişdir. 
Histopatoloji  müayinə  məqsədi  ilə  hər  bir  ciftin  disk  hissəsindən  nümunələr 
alınmışdır.  Alınan  nümunələr  ilkin  olaraq  10  %`li  formalin  məhlulunda  fiksə 
edilmişdir.  Sonrakı  mərhələlərdə  bu  nümunələrin  susuzlaşdırılması  məqsədi  ilə 
müxtəlif qatılıqlı spirtlərdən istifadə olunmuşdur. Növbəti mərhələdə tikələr ksilolda 
şəffaflaşdırılmış və parafinləşdirilərək blok halına gətirilmişdir. Bloklardan manual 
mikrotom  (Leica  RM  2125  RTS,  Almaniya)  vasitəsilə  3-5  mikronluq  kəsiklər  əldə 
edilmişdir.  Kəsiklər  hematoksilin  və  eozin  boyaları  (Merck,  Almaniya)  ilə 
boyanmışdır.  Hazırlanan  preparatlar  işıq  mikroskopu  (Leica  DM  750,  Almaniya) 
ilə  mikroskopik  müayinədən  keçirilmişdir.  Aşkarlanan  dəyişikliklər  mikroskopa 
ə
lavə edilən rəqəmsal kamera (Leica ICC 50, Almaniya) ilə qeydə alınmışdır. 
Tədqiqata  cəlb  edilən  nümunələrdə  cift  xovlarında,  onların  stromasında, 
trofobastlarda və digər strukturlarda baş verən dəyişikliklər nəzərdən keçirilmişdir. 
Bu  parametrlərin  hər  biri  öz  növbəsində  intensivliyinə  görə  4  dərəcə  ilə 
qiymətləndirilmişdir.  Belə  ki,  hır  hansı  bir  parametrin  ümumiyyətlə  müşahidə 
olunmaması sıfır (0), zəif dərəcədə təzahür etməsi bir (1), orta dərəcədə təzahürü iki 
(2), şiddətli olması üç (3) şəklində ifadə edilmişdir. Əldə edilən göstəricilər üzərində 
müxtəlif  xarakterli  statistik  hesablamalar  aparılmışdır.  Belə  ki,  müxtəlif 
parametrlər üzrə göstəricilərin orta ölçüsü (M), onların orta standart nöqsanı (m) 
təyin edilmişdir.   
Tədqiqat  işinin  nəticələri  və  müzakirəsi.  Tədqiqata  cəld  edilən  hamilə 
qadınlara aid ciftlərin disk hissəsi histopatoloji müayinəyə cəlb edilmişdir. Bütün 
nümunələr  eyni  parametrlər  üzrə  qiymətləndirilmişdir.  Tədqiqata  alınan 
nümunələrin  hamısında  amnion  qişası  aydın  seçilir.  Bu  qişa  bazal  membran  və 
onun üzərində yerləşən təkqatlı epitel hüceyrələrindən ibarətdir.  Bazal membranın 
altında birləşdirici toxumadan təşkil olunmuş qalın təbəqə müəyyən edilir. Amnion 
qişanın  epitel  qatı  isə  təkqatlı  uniform  epitel  hüceyrələrindən  təşkil  olunmuşdur. 
Ayrı-ayrı  nümunələrdə  kubabənzər,  yastı,  cəmi  6  nümunədə  (2  nümunə  I  qrup 
(10%), 4 nümunə isə II qrupdan (8,88%) isə sekretor aktivliyə malik epitel tiplərinə 
rast gəlinmişdir. Amnion epitelində çox az sayda mi-tozlar görünmüşdür. Cəmi 3 
nümunədə  (1  nümunə  I  qrup  (5%),  2  nümunə  isə  II  qrupdan  (4,44%)  çoxnüvəli 
hüceyrələr  qeydə  alınmışdır.  Xüsusən  də  göbək  ciyəsinə  yaxın  hissələrdən  alınan 
nümunələrdə  (6  nümunə  I  qrup  (30%),  11  nümunə  II  qrupdan  olmaqla  cəmi  17 
nümunədə (24,44%) amnion epitelində çoxqatlı yastı epitel metaplaziyası müəyyən 
edilmişdir.  Nümunələrin  bir  çoxunda  (11  nümunə  I  qrup  (55%),  20  nümunə  II 
qrupdan (44,44%) amnion epitelində lokal hiperplaziya sahələri görülmüşdür. Bu 

            
САЬЛАМЛЫГ – 2016. № 4. 
76 
zaman  amnion  epitelinin  çoxqatlı,  hüceyrələrin  oval  və  girdə  formada  olması, 
nüvələrdə cüzi böyümə qeydə alınmışdır (Şək.1).  
 
Şək.
1.  Böyrək  patologiyası  olan  hamilə  qadına 
aid cift toxumasında amnion qişanı örtən epiteldə 
fokal  hiperplaziya  (boyaq:  hematoksilin-eozin; 
böyütmə: ×100)
 
Spontan  olaraq  (II  qrupa  aid  2 
nümunədə  (4,44%))  amnion  epitelində 
eroziv-xoralı  dəyişikliklər  -  mikroskopik 
olaraq  epitelin  olmaması,  onun  yerində 
isə  qan  laxtaları  və  fibrin  liflərinin 
çöküntüsü; amnion qişanın altında bu zaman periferik qan elementləri, hemolizə 
uğramış  eritrositlər  və  hemosiderin  toplantıları  aşkar  edilmiş-dir.  Amnion 
epitelində degenerativ dəyişikliklər I qrupa aid 5 hadisədə (25%), II qrupa aid 12 
hadisədə  (26,66%)  qeydə  alınmışdır.  Bu  hadisələrdə  epitelin  sitoplaz-masında 
hematoksilin-eozinlə  boyanmayan  qranullar  görünmüşdür.  Yenə  sadəcə  bəzi 
nümunələrdə  insidental  olaraq  amnion  qişa  üzərində  papula  və  düyünlərə  rast 
gəlinmişdir.  Bu  strukturlar  hüceyrəsiz  detrit  kütlələri  və  ya  nekrotik  hüceyrə 
qalıqlarından  ibarətdir.  Aparılan  statistik  hesablamalarda  I  və  II  qrup  arasında 
amnion qişasında baş verən dəyişikliklər üzrə hər hansı bir dürüst fərq müəyyən 
edilmə-mişdir.  Nümunələrin  hamısında  amnion  qişanın  bazal  membranının 
altında  sıra  ilə  kompakt,  fibroblastik  və  süngərəbənzər  təbəqələr  aydın  seçilir.  Bu 
təbəqələr fibro-blastlardan ibarətdir və hər bir təbəqədə hüceyrələrin sıxlığı fərqlidir. 
Nümunələrin  əksəriyyətində  süngərəbənzər  təbəqədə  fibroblastlarla  yanaşı 
makrofaqlara  da  rast  gəlmək  mümkündür.  Heç  bir  nümunədə  kompakt  və 
fibroblastik  təbəqələrdə  dəyişiklik  müşahidə  edilməmişdir.  Süngərəbənzər  təbəqədə 
isə  sadəcə  bir  neçə  nümunədə  (II  qrupa  aid  3  nümunədə  (6,66%)  ödem 
aşkarlanmışdır.  Amnion  epite-lindən  başlayaraq  bazal  membran,  kompakt  və 
fibroblastik  təbəqələr,  həmçinin  sün-gərəbənzər  təbəqə  daxil  olmaqla  bu  hissənin 
qalınlığı  nümunələrdə  0.24-8.3  mm  (orta  hesabla  0.37  mm)  arasında  tərəddüd 
edirdi. Bu qalınlıq I və II qrupda təqribən eyni göstəriciyə malik idi və iki göstərici 
arasında əhəmiyyətli fərq aşkar edilməmişdir. Nümunələrin hamısında xorion qişa 
komponentləri  aydın  şəkildə  təyin 
edili (Şək.2). 
 
Şək.
  2.  Böyrək  patologiyası  olma-
yan  hamilə  qadına  aid  cift  toxumasında 
normal  trofoblastik  X  hüceyrələr  (boyaq: 
hematoksilin-eozin; böyütmə: ×100) 
Bütün  nümunələrdə  xorio-
nun 
xovlu 
hissəsi 
(chorion 
frondosum)  və  xorionun  xovsuz 
hissəsi (chorion leave) mövcuddur. Ümumi baxış zamanı xovsuz hissədə kompakt 
yerləşmiş  bir  neçə  təbəqə  seçilir.  Xovlu  hissə  isə  çoxsaylı  damarlar  və  funksional 
xovlar  görünür.  Xovsuz  hissəyə  baxış  zamanı  ilk  olaraq  xorionun  səthi  təbəqəsi 
olan  tamamlanmamış  hüceyrələr  zonası  müəyyən  edilir.  Nümunələrdə  bu  hissə 

САЬЛАМЛЫГ – 2016. № 4.
 
 
77 
ə
sasən  lifli  strukturlardan  ibarətdir.  Bəzi  nümunələrdə  az  miqdarda  yetişməmiş, 
primitiv quruluºlu, böyük nüvələri olan və lifli strukturlardan fərqlənən hüceyrələr 
qeydə alınır. Bu təbəqədən xaricdə nisbətən qalın, retikular təbəqə müəyyən edilir. 
Retikular  təbəqə  çox  sayda  sıx  yerləşmiş  fibroblastlardan  və  makrofaqlardan 
ibarətdir.  Ayrı-ayrı  nümunələrdə  makrofaqların  miqdarı  fərqlidir.  Bu  təbəqədən 
xaricdə  yalançı  bazal  membran  görünür  və  bu  hissə  kompakt  yerləşmiş  lifli 
strukturlardan ibarətdir. Habelə nümunələrin hamısında bu hissənin sərhəddində 
trofoblastik  x  hüceyrələr  (aralıq  trofoblastlar)  təbəqəsi  görünür.  Trofoblastik  x 
hüceyrələrin  sitoplazması  eozinofilik  və  danəlidir.  Nüvələri  nisbətən  solğundur. 
Hüceyrə  membranları  və  ümumilikdə  hüceyrələrin  sərhədi  çətin  ayırd  edilir.  I 
qrupa  aid  yalnız  bir  nümunədə  trofoblastik  x  hüceyrələr  zonasında  kiçik  kistoz 
boşluqlar  qeyd  edilir.  Kistalar  daxildən  trofoblastik  x  hüceyrələri  ilə  örtülüdür 
(Şək.3).  
 
Şək.  3.  Böyrək  patologiyası  olmayan 
hamilə  qadına  aid  cift  toxumasında 
trofoblastik  x  hüceyrələr  zonasında  kiçik 
kistoz  boşluq  (boyaq:  hematoksilin-eozin; 
böyütmə: ×100)
 
Nümunələrdə  xorionun  xovlu  hissə-
sində  xovların  təşkil  olunduğu  qan  damarları,  onları  əhatə  edən  fibroblastlar, 
onun səthini örtən sitotorfoblastlar və sinsitotrofoblastlar aydın şəkildə seçilir (Şək. 
4). 
 
  Şək. 4. 
Böyrək patologiyası olmayan 
hamilə qadına aid cift toxumasında normal cift 
xovları  (boyaq:  hematoksilin-eozin;  böyütmə: 
×100)
 
Ə
sas  (lövbər)  xovlar  kiçik 
xovlardan daha qalın və geniş olmaları 
ilə  fərqlənirlər.  Əsas  xovlardan  ayrılan 
kiçik (ikincili) xovlarların miqdarı ayrı-
ayrı  nümunələrdə  dəyişkəndir.  Kiçik 
xovların 
özəyində 
kövşək 
lifli 
birləşdirici  toxuma  və  qan  damarları 
müəyyən edilir. Bəzi nümunələrdə kövşəklifli birləşdirici toxuma lifləri arasında az 
sayda saya əzələ lifləri və faqosit qabiliyyətinə malik böyük girdə nüvəli, iri ölçülü 
Hofbauer  hüceyrələrinə  də  rast  gəlinir.  Buradakı  qan  damarları  çox  incə  divara 
malikdir  və  incə  endotel  qatı  ilə  örtülüdür.  Nümunələrdə  həmin  damarların 
mənfəzində az sayda dölə aid nüvəli eritrositlər tapmaq mümkündür. Kiçik xovlar 
xaricdən  təkqatlı,  eyni  quruluşa  malik,  hiperxrom  nüvəli,  sıx  yerləşmiş 
hüceyrələrdən  ibarət  sinsitotrofoblast  təbəqəsi  ilə  örtülüdür.  Sinsitotrofoblastik 
hüceyrələr  bəzi  nümunələrdə  bir  yerə  toplanıb  kiçik  düyünlər  əmələ  gətirir.  Eyni 
zamanda bu tip düyünlərə xovlararası sahələrdə sərbəst şəkildə də rast gəlinir. 

            
САЬЛАМЛЫГ – 2016. № 4. 
78 
Həm  I,  həm  də  II  qrup  nümunələrinin  böyük  əksəriyyətində  (13  nümunə I 
qrup,  28  nümunə  II  qrupdan)  az  sayda  kiçik  xovda  sinsitotrofoblast  təbəqəsinin 
altında  sitotrofoblast  (Lanqans)  təbəqəsi  də  müəyyən  edilir.  Həmin  təbəqə  aydın 
görünən bazal membran üzərində yerləşmiş iri nüvəli, zəif boyanan hüceyrələrdən 
ibarətdir.  Hüceyrələrin  sitoplazmasında  çoxsaylı  vakuollar  və  əlavələr  qeyd  edilir. 
Qeyd  edilən  dəyişiklik  yalnız  spontan  olaraq  tək-tək  xovlarda  görünür  və 
hadisələrin heç birində generalizə olunmuş formada rast gəlinmir. Kəskin toxuma 
zədələnməsinin  xarakterik  əlamətlərindən  biri  də  hüceyrə  ölümünü  xarakterizə 
edən  nekrozdur.  Bu  parametr  zədələyici  amilin  gücündən,  eləcə  də  təsir 
müddətindən  asılı  olaraq  ayrı-ayrı  nümunələrdə  müxtəlif  intensvilikdə  ola  bilir. 
Geniş  həcmli  nekrotik  dəyişikliklər  cift  nümunələrinin  makroskopik  müayinəsi 
zamanı  ağımtıl-qəhvəyi  rəngli,  dəqiq  sərhədlərə  malik  sahələr  şəklində  görünür  və 
asanlıqla  təyin  edilir.  Mikroskopik  olaraq  isə  hematoksilin  və  eozin  ilə  boyanmış 
kəsiklərdə  nekrotik  sahələr  homogen,  açıq  çəhrayı  rəngli  sahələr  şəklində 
görünürlər.  Bəzi  nümunələrdə  nekroz  sahələrinin  içində  qan  dövranı  pozğunluğu 
ilə  əlaqədar  yayılmış  qansızmalar,  hemosiderin  toplantıları  və  makrofaqlar    da 
müəyyən  edilir.  Eyni  zamanda  nekroz  sahəsi  əksər  vaxtlar  iltihab  hüceyrələri, 
xüsusən  də  neytrofillər  ilə  infiltrasiya  olunur.  Tədqiqatımızda  cift  nümunələrində 
müşahidə  edilən  nekroz  intensivliyinə  görə  aşağıdakı  kimi  qiymətləndirilmişdir: 
ciftdə heç nekroz sahəsi rast gəlinməyən hallar 0 bal; ciftin 15%`dən az hissəsində 
nekroz  sahəsinin  təyin  edilməsi,  eyni  zamanda  yalnız  mikroskop  ilə  təyin  edilə 
bilən fokal nekroz ocaqları 1 bal; ciftin 15-30%`ni əhatə edən nekroz prosesi 2 bal; 
ciftin 30%`dən çox hissəsini təşkil edən nekroz prosesi isə 3 bal. Fibroz toxumanın 
yaranması  və  kolagen  liflərin  proliferasiyası  qiymətləndirilən  zaman  bu 
parametrlərin  olmadığı  nümunələr  0;  cift  stromasının  10%-ə  qədər  hissəsinin 
kollagen  liflərdən  ibarət  olduğu  nümunələr  1;  cift  stromasının  10-50%-nin 
kollagen  liflərdən  ibarət  olduğu  nümunələr  2  cift  stromasının  50%-dən  çox 
hissəsinin  kollagen  liflərdən  ibarət  olduğu  nümunələr  isə  3  bal  şəklində 
hesablanmışdır.  Venoz  qanın  damarlarda  toplanması  nəticəsində  toxumalarda 
hipoksiya  və  buna  müvafiq  olaraq  işemik  dəyişikliklər  yaranır.  Bu  səbəbdən 
toxumada  damarların  vəziyyəti  mühüm  morfoloji  əlamət  hesab  edilir.  Doluqanlı 
damarlar  hematoksilin  və  eozin  ilə  boyanmış  preparatlarda  ciftin  stromasında, 
mənfəzində narıncı rəngli eritrositlər olan, ətrafında çəhrayı rəngli damar divarı ilə 
ə
hatə olunmuş strukturlardır. Arterial damarlardan fərqli olaraq venaların divarı 
daha incə olması ilə fərqlənir (Foto 5). 
    
 
Şək.  5 
A  -  Böyrək  patologiyası  olmayan  hamilə  qadına  aid  cift  toxumasında  bəzi  venoz 
damarlarda  zəif  dərəcli  doluqanlılıq  (boyaq:  hematoksilin-eozin;  böyütmə:  ×100);  B  –  Böyrək 
patologiyalı hamilə qadına aid cift nümunəsində ekatatik genişlənmiş venoz damarlar, damarətrafı 
fibroz və fokal nekroz sahəsi (boyaq: hematoksilin-eozin; böyütmə: ×40). 

САЬЛАМЛЫГ – 2016. № 4.
 
 
79 
Venoz  doluqanlılıq  da  digər  parametrlər  kimi  4  dərəcə  ilə  qiymətləndirilir: 
venoz doluqanlılıq qeydə alınmayan nümunələr 0; bəzi venalarda dolqanlılıq olan 
nümunələr 1 (Foto 7A); əksər venalarda doluqanlılıq olan nümunələr 2 (Foto 7 B); 
ə
ksər  venalarda  doluqanlılıq  olan,  bununla  yanaşı  damarətrafı  qansızmalar  və 
hemosiderin topantıları qeydə alınan nümunələr isə 3 bal ilə qiymətləndirilmişdir. 
 
ЯДЯБИЙЙАТ - ЛИТЕРАТУРА – REFERENCES: 
 
1.Захарова Е.В. Нефрологические аспекты беременности (диагностика, тактика, прогноз) // Гинекология,  2008; №6, с. 42—
65 
2.Милованова  А.П.,  Серова  О.Ф.  Причины  и  дифференцированное  лечение  раннего  невынашивания  беременности.  М: 
Студия МДВ,  2011; 216с. 
3.Орджоникидзе  Н.В.,  Емельянова  А.И.  Беременность  и  роды  при  заболеваниях  мочевыводящих  органов.  Под  ред.  Г.Т. 
Сухих. М., 2009; 431с. 
4.Шрайер Р.В. Руководство по нефрологии. Пер. с англ. Под ред. Н.А. Мухина. М: ГЭОТАР-Медиа,  2009; 547с. 
5.Arck P.C., Rücke M., Rose M. et al. Early risk factors for miscarriage: a prospective cohort study in pregnant women // Reprod. 
Biomed. Online., 2008,  Vol. 17 (1), р.101–113 
6.Badawy  A.M.,  Khiary  M.,  Sherif  L.S.  et  al.  Low-molecular  weight  heparin  in  patients  with  recurrent  early  miscarriages  of 
unknown aetiology // J. Obstet. Gynaecol., 2008, Vol. 3, р.280–284 
7.Briner V.A., Berl T., Schrier R.W.  Renal function in pregnancy // In Schrier RW (Ed): Renal and Electrolyte Disorders, 4th edition 
/ Boston, Mass, Little, Brown, 2010, р. 635–680 
8. Cornelis T., Odutayo A., Keunen J., Hladunewich M. The kidney in normal pregnancy and preeclampsia // Semin. Nephrol., 2012, 
р 31–35 
9.Gyselaers  W.,  Mesens  T.,  Tomsin  K.,  Molenberghs  G.,  Peeters  L.  Maternal  renal  interlobar  vein  impedance  index  is  higher  in 
early-than in late-onset pre-eclampsia // Ultrasound Obstet Gynecol. , 2010, № 36(1), р.69–75. 
10.Moulin B., Hertig A., Rondeau E. Kidney and preeclampsia. Ann Fr Anesth Reanim., 2010, № 29(4), р.83-90  
11.Piccoli G.B., Attini R., Vasario E. et al. Pregnancy and chronic kidney disease: a challenge in all CKD stages // Clin. J. Am. Soc. 
Nephrol., 2010, Vol. 5, р. 844–855 
12.Spaan J.J., Ekhart T., Spaanderman M.E., Peeters L.L. Reduced renal function after preeclampsia does not result from accelerated 
age-dependent renal function loss. Acta Obstet Gynecol Scand., 2010, № 89(9), р.1202–5 
 
Р Е З Ю М Е 
 
ГИСТОПАТОЛОГИЧЕСКИЕ ОСОБЕННОСТИ ПЛАЦЕНТЫ У БЕРЕМЕННЫХ С 
ПОЧЕЧНОЙ ПАТОЛОГИЕЙ 
 
Кадимова Ш. Г. 
Кафедра акушерства и гинекологии II Азербайджанского Медицинского 
Университета. 
 
Приведенные данные показали, что при гистопатологических исследо-
ваниях  в    образцах  плаценты  у  беременных  с  почечной  патологией  в 
сравнении  с  беременными  без  почечной  патологии  выявлены  значительные 
статистически  достоверные  разницы  в  изменениях  гистопатологических 
параметров.  
Так,  в  образцах  плаценты  у  беременных  с  почечной  патологией 
выявлены  в  значительной  степени  некротические  изменения  в  плаценте, 
развитие  фиброзной  ткани,  массивное  отложение  межворсинчатого  
фибриноида,    отек  стромы  ворсин,  гиалиноз  и  признаки  интенсивных 
компенсаторных  реакций.  Эти  показатели  указывают  на  поражающее 
действие  патологии    и  функциональных  нарушений  почек    на  плаценту  у 
беременных.  При  анализе    изменений,  произошедших  в  плаценте  при 
почечной  патологии  в  основном  выявлены  гипоксические    изменения    и  
нарушения  кровообращения  по  хроническому  альтеративно-  дегенератив-
ному типу.   
 
 

            
САЬЛАМЛЫГ – 2016. № 4. 
80 
S U M M A R Y 
  
HISTOPATHOLOGICAL FEATURES OF PLACENTA IN PREGNANT WOMEN WITH 
RENAL DISEASE 
 
Kadimova Sh.G. 
Department of Obstetrics and Gynecology II Azerbaijan Medical University 
 
These  data  showed  that  when  histopathological  studies  in  placental 
samples  from  pregnant  women  with  renal  disease  in  comparison  with  pregnant 
without  significant  kidney  pathology  revealed  statistically  significant  differences 
in  change  of  histopathological  parameters. For  example,  in  samples  of  the 
placenta in pregnant women with renal disease found largely necrotic changes in 
the  placenta,  the  development  of  fibrous  tissue,  massive  deposition  of  fibrinoid 
intervillous, villous stromal edema, hyalinosis and signs of intense compensatory 
reactions.  These  indicators  point  to  the  damaging  effect  of  diseases  and 
functional  disorders  of  the  kidneys  in  the  placenta  in  pregnant  women.  When 
analyzing  the  changes  in  the  placenta  in  renal  pathology  is  mainly  identified 
hypoxic changes and circulatory disturbances by alterative chronic degenerative 
type. 
 
Дахил олуб:  3.05.2016. 
 
 
ЭНДОКРИННАЯ ФУНКЦИЯ ОРГАНИЗМА - ВЛИЯНИЕ НА 
ВЫРАЖЕННОСТЬ КЛИМАКТЕРИЧЕСКОГО СИНДРОМА 
 
Фаталиева Г.Р., Сафарова С.С., Таривердиева Р.Р.,  
Сафарова С.С. 
 
АМУ, II лечебно-профилактический факультет, кафедра 
внутренних болезней III и кафедра акушерства и 
гинекологии I. 
 
Ключевые слова: гипотиреоз, климакс, гиперпролактинемия 
 
Менопаузу  называют  переходным  периодом,  своего  рода  ступенью  в 
жизни  женщины,  когда  на  фоне  возрастных  процессов  и  эндокринных 
перестроек  организм  переключается  на  иной  режим  существования, 
устанавливается иной гомеостаз [1]. 
Выключение репродуктивной функции и выпадение женских гонад из 
сложного  ансамбля  эндокринных  желез,  долгое  время  разнопланово 
воздействующих на все органы и системы, способно стимулировать развитие 
патологических процессов в организме женщины [3, 6]. 
Применительно 
к 
климактерическому 
периоду 
наибольшую 
клиническую  значимость  имеют  нарушения  функции  щитовидной  железы 
(ЩЖ),  на  долю  которых  приходится  40-45%  всех  случаев  эндокринных 
заболеваний в этой возрастной группе [2,8].  

САЬЛАМЛЫГ – 2016. № 4.
 
 
81 
При  физиологическом  течении  климактерического  периода,  главным 
образом  в  пременопаузе,  у  практически  здоровых  женщин  ЩЖ  начинает 
гипертрофироваться, нередко наблюдается легкий тиреотоксикоз. 
Возрастная  гипертрофия  щитовидной  железы  в  пременопаузе  может 
клинически маскироваться под климактерический синдром (КС) и в будущем 
становится  причиной  взаимоотягощающих  последствий.  Если  упустить  эти 
изменения, то в постменопаузе гипертрофия щитовидной железы постепенно 
прогрессирует,  у  большинства  женщин  появляются  и  постепенно 
усиливаются признаки гипотиреоза [7].  
Сниженный  уровень  гормонов  щитовидной  железы  по  принципу 
«обратной  связи»  вызывает  гиперпродукцию  тиролиберина,  что  приводит  к 
усиленной  секреции  ТТГ  и  пролактина  [5].  В  литературе  имеются 
многочисленные  сообщения  о  случаях  гиперпролактинемии  при  легких  и 
даже  субклинических  формах  гипотиреоза.  По  мнению  (Bohnet  и  соавт.) 
[4,7,10]  повышенная  секреция  пролактина  может  быть  маркером 
субклинических форм гипотиреоза. 
Наличие  тиреоидной  гипофункции  сочетающейся  с  гиперпролак-
тинемией  в  постменопаузе  увеличивает  частоту  и  выраженность  сердечно-
сосудистой  патологии,  метаболических  нарушений,  постменопаузального 
остеопороза, ухудшающих как качество жизни, так и являющихся причиной 
летального исхода [9].  
Следует  также  отметить,  что  в  условиях  йоддефицита  компенсаторно 
гиперплазированная  щитовидная  железа  лишь  на  время  поддерживает 
эутиреоидное  состояние,  а  в  дальнейшем  развивается  гипотиреоз.  Данная 
проблема  особо  актуальна  для  пациентов  нашей  республики,  учитывая 
климатогеографические  особенности  Азербйджана.  Часть  территории 
Республики 
занимают 
горы 

йоддефицитные 
регионы. 
Йодная 
недостаточность  является  постоянным  фактором  и  характеризуется  низким 
природным  содержанием  йода  в  почве,  воде  и  соответственно  в  пищевых 
продуктах [1]. Учитывая важную роль пролактина и заболеваний щитовидной 
железы  в  развитии  нарушений  возникающих  у  женщин  на  фоне  климакса, 
изучение данного симптомокомплекса приобретает особую актуальность.  
Целью  представленного  исследования  является,  изучение  влияния 
гиперпролактинемического  гипогонадизма  при  субклиническом  первичном 
гипотиреозе на течение климактерического синдрома у женщин.  
Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin