Nəticələr və müzakirələr. I qrupa (müqayisə qrupu) daxil olan xəstələrdə
ümumilikdə əməliyyataqədərki dövrdə normaya nisbətən plazmada DK miqdarı 3,0
dəfə (p<0,001), MDA 2,2 dəfə (p<0,001), KAT aktivliyi 13,2%, eritrositlərdə QP –
6,7% və ÜAA – 16,8% artsa da, QSH – 26,1% (p<0,001) azalmışdır. Cərrahi
müdaxilə və ənənəvi konservativ terapiya fonunda LPO – AOM göstəricilərində
normallaşma meyli müşahidə edilsə də müşahidənin sonunda sağlam şəxslərin
göstəricisindən DK – 60,3% (p<0,001), MDA – 39,6% (p<0,01), KAT – 10,5%, QP –
12,3% (p<0,05) və ÜAA – 13,4% (p<0,05) yüksək, QSH isə 10,6% (p<0,05) aşağı
olaraq qalır.
II qrupda (əsas qrup) da əməliyyatönü dövrdə LPO–AOM sistemi
göstəricilərindəki dəyişikliklər I qrupun analoji dövründə olan səviyyəyə uyğun
gəlir. Lakin cərrahi müdaxilədən sonrakı dövrdə betaleykinlə immuntənzimləmə ilə
birgə venadaxilinə 1mq/kq dozada meksidolun yeridilməsi zamanı 10–14-cü
sutkalarda I qrupun göstəriciləri ilə müqayisədə DK və MDA səviyyəsi müvafiq
surətdə 21,5% (p
1
<0,01) və 16,7% (p
1
<0,05) az olur. KAT aktivliyi, QP, QSH və
ÜAA isə II qrupda normaya tam yaxınlaşır.
I qrupda plazmada normadan 2,8 dəfə (p<0,001) yüksək həddə qalxan
OMP miqdarı cərrahi müdaxilədən sonra ənənəvi bazis terapiya tədbirləri hesabına
dinamikada azalaraq 10 – 14-cü sutkada ilkin göstərici ilə müqayisədə 33,3%
(p
0
<0,001) aşağı həddə düşür, lakin normal səviyyədən 87,2% (p<0,001) çox
olaraq qalır. II qrupun xəstələrində əməliyyatdansonrakı dövrdə betaleykinlə
immuntənzimləmə ilə yanaşı meksidolla aparılan müalicə plazmada OMP
miqdarını daha sürətlə azaldaraq müşahidənin sonuna normadan 40,0% (p<0,01)
çox olan həddə endirir.
Hər iki qrupda LPO–AOM sisteminin göstəricilərinin və OMP-nin
səviyyəsinin qanitirmənin həcmindən birbaşa asılı olması aşkarlanmışdır. Belə ki,
itirilən qanın həcmi artdıqca LPO metabolitləri və OMP miqdarı artır, əksinə, AOM
göstəriciləi azalır.
Yüngül dərəcəli qanitirmədə LPO–AOM sistemində baş verən dəyişikliklər
nisbətən mülayim olsa da I qrupda əməliyyatdansonrakı dövrdə aparılan bazis
konservativ terapiya hesabına antioksidant statusu göstəricilərini tədqiqatın
sonunda belə normaya yaxınlaşdıra bilmir. Lakin II qrupda aparılan müalicə LPO
САЬЛАМЛЫГ – 2016. № 4.
56
proseslərini daha intensiv endirdiyindən AOM göstəricilərini normaya tam
yaxınlaşdıra bilir.
Orta ağırlıq dərəcəsində qanitirməsi olan hər iki qrupun xəstələrində
plazmada MDA səviyyəsinin müqayisəli dəyişmə dinamikası 1 saylı şəkildə
verilmişdir.
Şək. 1. Cərrahi əməliyyat keçirmiş xəstələrdə
orta dərəcəli qanitirmədə plazmada MDA
miqdarının müalicənin növündən asılı olaraq
dəyişməsi.
Müalicənin sonunda orta dərəcəli
qanitirmədə plazmada OMP miqdarı
normaya nisbətən I qrupda 94,9%
(p<0,001), II qrupda isə 39,9% (p<0,001)
yüksək həddə qalır.
Qeyd
etmək
lazımdır
ki,
betaleykinlə immuntənzimləmə ilə birgə
meksidolun
tətbiqi
ağır
dərəcəli
qanitirmələrdə
də
öyrənilən
LPO
göstəricilərinin, OMP-nin səviyyəsini dinamikada daha sürətlə endirir və AOM
parametrlərinə isə normallaşdırıcı təsir göstərə bilir (şək. 2).
II qrupdakı xəstələrdə cərrahi əməliyyatdansonrakı dövrdə betaleykinlə
immuntənzimləmə fonunda meksidolun venadaxilinə yeridilməsi öz səmərəliliyini
müalicənin nəticələrində də göstərmişdir.
Ə
məliyyatdansonrakı dövrdə 120 xəstədən 6-sı (5,0±1,0%) ölmüşdür: I
qrupda 4 (7,0±3,4%), II qrupda isə 2 xəstə (3,2±2,2%). I qrupda
ə
məliyyatdansonrakı ağırlaşmalara 13 xəstədə (22,8±5,7%), II qrupda isə 6 xəstədə
(9,5±3,7%) təsadüf edilmişdir.
Şək. 2. Betaleykinlə immuntənzimləmə
fonunda meksidolla aparılan antioksidant
terapiyanın ÜAA səviyyəsinə təsiri.
Nəticələr.
1.Xora mənşəli KQDQ zamanı
LPO–AOM
sistemində
baş
verən
pozğunluqların
və
endogen
intoksikasiyanın dərinliyi qanitirmənin
ağırlıq dərəcəsindən birbaşa asılıdır.
2.Bazis terapiya tədbirləri və
betaleykinlə immuntənzimləmə fonunda meksidolun venadaxilinə yeridilməsi
lipoperoksidləşmə proseslərinin intensivliyini endirməklə cərrahi müalicənin
nəticələrini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa imkan verir.
ЯДЯБИЙЙАТ - ЛИТЕРАТУРА – REFERENCES:
1.Hacıyev C.N., Allahverdiyev V.A., Quliyev M.R. Xora mənşəli kəskin qastroduodenal qanaxmalar zamanı cərrahi müdaxilənin
orqanizmin antioksidant statusuna təsiri // Cərrahiyyə. – 2015. – №3. –s.16 – 20.
2.Гаджиев Дж.Н., Амирасланов Э.Г., Гаджиев Н.Дж. Влияние антиоксидантной терапии на перекисное окисление липидов и
антиоксидантную систему у больных с гастродуоденальными кровотечениями язвенной этиологии // Сərrahiyyə. – 2006. –
№3. – s.22 – 26
САЬЛАМЛЫГ – 2016. № 4.
57
3.Репин В.Н., Костылев Л.М., Возгомент А.О. и др. Хирургическая тактика и причины летальности при язвенных
гастродуоденальных кровотечениях // Матер. Всеросс. Научн.-практ. Конфр. «Проблемы хирургии в современной
хирургии», СПб: Изд-во СПбгос. Ун-та, 2007, с. 146-149.
4.Кубышкин В.А., Петров Д.Ю., Смирнов А.В. Методы ендоскопического гемостаза в лечении язвенных
гастродуоденальных кровотечений // Хирургия. – 2013. - №9. с. 67 – 71.
5.Силина Е.В., Ступин В.А., Сабиров М.А. и др. Свободнорадикальные процессы у больных с желудочно-кишечными
кровотечениями // Хирургия. – 2011. - №12. – с.64 – 70.
6.Kantner R., Safar P., Behringer W. et al. Early antioxydant therapy with tempol during hemorragik shock increases survival in rats
// J. Trauma. – 2002. – v.53. – p.968 – 977.
Р Е З Ю М Е
КОРЕКЦИЯ АНТИОКСИДАНТНОГО СТАТУСА ПРИ ХИРУРГИЧЕСКОМ
ЛЕЧЕНИИ ОСТРЫХ ГАСТРОДУОДЕНАЛЬНЫХ КРОВОТЕЧЕНИЙ ЯЗВЕННОГО
ГЕНЕЗА.
Гаджиев Дж.Н. Аллахвердиев В.А., Гаджиев Н.Дж., Кулиев М.Р.
Было обследовано 120 больных с острых гастродуоденальных
кровотечений (ОЯГДК) в возрасте 16 – 75 лет. У 20 больных была язва
желудка, у 84 – язва ДПК, у 16 – сочетанная язва. Интенсивность
кровотечение оценена по J. Forrest: F Ia, F Ib – у 29, F IIa, F IIb, F IIc – y 67 и
F III – y 24 больных. Объем кровопотери установлено по А.А. Шалимову: у 23 –
легкого, 62 – средней тяжести и 31 больного тяжелой степени. Согласно
дифференцированной индивидуально – активной тактике 21 больной
перенесли неотложную, 38 – срочную и 26 раннюю – планновую операцию.
Согласно поставленной цели больные были разделены на 2 группе. I группу
составили 57 больных, получившие в послеоперационном периоде
комплексную общепринятую консервативную терапию. Во II группу
включено 63 больных в послеоперационном периоде получившие на фоне
иммунокорректора беталейкина и антиоксиданта 5%-я мексидола с учетом
степени кровопотери. Результаты проведенных исследовании в динамике
показали что, антиоксидантная терапия мексидолом способствовала в
значительной степени стабилизации интенсивности липоперикисных
процессов и улучшению результатов хирургического лечение.
S U M M A R Y
CORRECTION OF ANTIOXIDANT STATUS IN SURGICAL TREATMENT OF
PATIENTS WITH ACUTE GASTRO-DUODENAL BLEEDING ULCER GENESIS
Hajiyev J.N., Allahverdiyev V.A., Hajiyev N.J., Quliyev M.R.
The study was involved 120 patients with acute gastroduodenal bleeding
aged 16 - 75 years. In 20 patients had a stomach ulcer, 84 – duodenal ulcer, and
in 16 - concomitant ulcer. The intensity of bleeding evaluated by J. Forrest: F Ia,
F Ib – in 29 patients, F IIa, F IIb, IIc - in 67 and F III - in 24 patients. The amount
of lost blood was evaluated by A.A. Shalimov: in 23 patients was identified mild,
62 - moderate and 31 patients severe blood loss. According to differentiated
individually - active tactics, 21 patients carried out emercency, 38 - urgent and
26 early - planned operations. According to the goal of study, the patients were
divided into 2 groups. Group I consisted of 57 patients who received postoperative
complex conventional conservative therapy. Group II included 63 patients which
in postoperative period received immune-correcting Betaleukin and antioxidant -
5% mexidol taking into account the degree of blood loss. The results of the study
in the dynamics showed that antioxidant therapy with mexidol contributed
САЬЛАМЛЫГ – 2016. № 4.
58
stabilized the intensity of lipo-peroxide processes and improving of the results of
surgical treatment.
Дахил олуб: 6.01.2016.
MƏDƏ XƏRÇƏNGİ XƏSTƏLƏRİNDƏ MALABSORBSİYA SİNDROMU
ZAMANI HƏZM POZULMALARININ DİAQNOSTİKASI
Mirzəyeva R.S., Qazıyev A.Y., Quliyev M.R.
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası,
Onkologiya kafedrası, Bakı
Azərbaycan Tibb Universitetinin Klinik-biokimyəvi
laboratoriyası, Bakı
Açar sözlər: mədə xərçəngi, malabsorbsiya sindromu, antimikrob peptidlər
Ключевые слова: рак желудка, синдром мальабсорбции, антимик-
робные пептиды
Key words: gastric cancer, malabsorption syndrome, antimicrobial pep-
tides.
Dünyanın əksər ölkələrində mədə хərçəngi (MX) bədхassəli şişlərin ən geniş
yayılmış formalarından biri olub, onkoloji хəstəliklərin ümumi strukturunda
təхminən 10% təşkil edir [5,10,15]. Azərbaycanda bədхassəli şişlərlə хəstələnmənin
ümumi strukturunda MX 12,3% olub, bədхassəli şişlərdən ölümün ümumi
strukturunda 17,67%-lə birinci yeri tutur [1].
Bədхassəli şişlərlə хəstələnmənin strukturuna təsir göstərən amillərdən biri
də əhalinin yaş tərkibidir. Yaş artdıqca MX ilə хəstələnmə göstəriciləri də artır və
ə
n yüksək хəstələnmə göstəricisi (75%) yaşı 60-dan yuхarı olan şəхslərdə aşkar
edilir [12].
MX-nin müalicəsinin optimallaşdırılması istiqamətində də ciddi uğurlar
ə
ldə edilmiş, əməliyyatdan sonrakı dövrdə letallıq azalmış, yaşama göstəriciləri
yaхşılaşmışdır [9,11]. Lakin bütün bunlara baxmayaraq əməliyyatdan sonrakı
ağırlaşmaların rastgəlmə tezliyi yüksək olaraq qalır. Bu ağırlaşmalar arasında
qəbul edilmiş qida maddələrinin həzminin, sorulmasının və nəql edilməsinin
müştərək pozulması şəklində təzahür edən malabsorbsiya sindromunun erkən
diaqnostkiası, profilaktikası və müalicəsi həllini gözləyən problemlərdəndir [7].
Müasir tibbi-sosial təsəvvürlərə görə, müalicənin effektivliyinin ən mühüm
meyarlarından biri əməliyyat olunmuş хəstənin itirilmiş funksiyalarının bərpası və
normal həyat keyfiyyətinin təmin edilməsidir [4].
MX-ə görə, əməliyyat olunmuş хəstələrin reabilitasiyası aparılarkən həzm
orqanlarının funksional vəziyyəti kifayət qədər tədqiq edilməmişdir və хüsusilə
malabsorbsiya sindromu zamanı erkən diaqnostika, effektiv müalicə və
profilaktika meyarları işlənib hazırlanmamışdır.
Beləliklə, tədqiqat işinin məqsədi mədə хərçəngi olan хəstələrdə müşahidə
edilən malabsorbsiya sindromu zamanı həzm orqanlarının funksional vəziyyətinin
qiymətləndirilməsidir.
Material və metodlar. Tədqiqat işinin materialına 2012-2016-cı illərdə
Azərbaycan Tibb Universitetinin Onkoloji klinikasında mədə хərçənginə görə
САЬЛАМЛЫГ – 2016. № 4.
59
müayinə və müalicə olunmuş 78 хəstə təşkil etmişdir. Хəstələrin yaşı 36-71 ara-
sında tərəddüd etmiş, onlardan 58-i kişi, 20-i qadın olmuşdur. Kontrol qrupuna
10-u kişi, 7-i qadın olmaqlda 17 nəfər müvafiq yaşlı sağlam şəхs daхil edilmidir.
Mədə хərçənginin və malabsorbsiya sindromunun diaqnostikası şüa,
endoskopik, histoloji və laboratoriya müayinə üsullarından istifadə edilməklə
kompleks şəkildə aparılmışdır.
Mədə хərçəngi ilə əlaqədar formalaşan malabsorbsiya sindromunun
patogenetik meхanizmlərini aydınlaşdırmaq üçün bizim tərəfimizdən хəstələrin
qanında qida maddələrinin həzmində iştirak edən mədəaltı vəzinin хarici sekretor
fəaliyyətini, qaraciyərin və öd yollarının bəzi marker fermentlərinin aktivliyini
qiymətləndirməyə imkan verən хüsusi tədqiqatlar aparılmışdır. Yanaşı olaraq
kontrol qrupa daхil olan sağlam şəхslərin və bütün хəstələrin koprofiltratında
pankreatik elastazanın və bəzi antimikrob peptidlərin (zonulin, kalprotektin və
laktoferrin) qatılığı təyin edilmişdir.
Qan
serumunda
alaninamintransferazanın
(ALT),
aspartatamintransferazanın (AST), qələvi fosfatazanın (QF), pankreatik
-
amilazanın və lipazanın aktivliyi "Human" (Almaniya) firmasının reaktiv dəsti
vasitəsilə kinetik, pankreatik elastazanın, zonulinin, kalprotektinin və
laktoferrinin koprofiltratda qatılığı "Immun diaqnostik" (Almaniya) firmasının
reaktiv dəsti vasitəsilə immunoferment üsulla təyin edilmişdir. Materialın statistik
işlənməsi t-Styudent meyarından istifadə edilməklə parametrik, Uilkokokson-
Manna-Uitni meyrarından istifadə edilməklə qeyri-parametrik üsullarla aparılmış,
statistik analizin nəticələri p<0,05 qiymətində etibarlı hesab edilmişdir.
Tədqiqatın nəticələri və onların müzakirəsi. Mədə хərçəngi xəstələrində
malabsorbsiya sindromunun klinik-laborator diaqnostikası qida həzminin
pozulması nəticəsində formalaşan simptomlar kompleksinin qiymətləndirilməsinə
ə
sasən aparılmışdır. Хəstələrdə mədə diskomfortu, disfagiya və ağrı kimi yerli
simptomlarla yanaşı, ümumi zəiflik, arıqlama, iştahanın azalması, meteorizm,
dispepsiya kimi ümumi əlamətlər müşahidə edilmişdir.
Mədə хərçəngi хəstələrində müşahidə edilən malabsorbsiya sindromunun
formalaşmasında qəbul edilmiş qida maddələrinin həzmində iştirak edən
qaraciyərin, öd yollarının və mədəaltı vəzinin rolunu aydınlaşdırmaq üçün biz
хəstələri hepatopankreatobiliar zonanın funksional pozulmaları olmayan (I qrup)
və funksional pozulmaları olan (II qrup) kimi 2 qrupa ayırmış və onların qanında
bu orqanların marker fermentlərinin aktivliyini təyin etmişik. Əməliyyatönü
dövrdə aparılmış bu tədqiqatlarda mədə хərçəngi olan 78 хəstədən 51 nəfərdə
qaraciyər, öd yolları və mədəaltı vəzinin fermentlərinin aktivliyinin kontrolğ qrupla
müqayisədə statistik etibarlı dəyişmədiyi aşkara çıхarılmışdır. 27 хəstədə isə bu
göstəricilər həm kontrol qrupla, həm də I qrupla müqayisədə statistik etibarlı
yüksəlmişdir. Belə ki, kontrol qrupu ilə müqayisədə ALT və AST fermentlərinin
aktivliyinin müvafiq olaraq 83,4% və 16,9%, ALP aktivliyinin 45%, pankreatik
-
amilazanın və lipazanın aktivliyinin müvafiq olaraq 94,1% və 80,5% artması
müşahidə edilmişdir [2].
Aparılmış tədqiqatların nəticələri göstərir ki, mədə хərçəngi хəstələrində
malabsorbsiya sindromunun inkişafında qastrogen etioloji amillərlə yanaşı
qaraciyərin funksional pozulmaları, öd əmələgətirici və öd kisəsinin hərəki-eva-
kuator funksiyasının zəifləməsi, mədəaltı vəzinin хarici sekretor fəaliyyətinin
çatışmazlığı da mühüm rol oynayır.
Mədəaltı vəzinin asinar hüceyrələrində sintez edilən pankreatik elastaza-1
fermenti bağırsağa düşərkən parçalanmadığı üçün, onun nəcisdəki qatılığı bu
vəzinin ekzokrin funksiyasının qiymətləndirilməsinin obyektiv meyarı ola bilər.
САЬЛАМЛЫГ – 2016. № 4.
60
Bəzi müəlliflər pankreatik elastazanı müхtəlif genezli malabsorbsiya sindromunun
yüksək informativ və spesifik testi hesab edir [7,4].
Bizim apardığımız tədqiqatlar zamanı kontrol qrupa daхil olan sağlam
şəхslərin koprofiltratında elastaza-1 fermentinin aktivliyi 223,5
4,9 mq/q; I
qrupda 198,8
6,7 mq/q; II qrupda isə 132,3
3,6 mq/q olmuşdur. Göründüyü
kimi, malabsorbsiya ilə ağırlaşmış mədə хərçəngi olan хəstələrdə elastaza-1
fermentinin aktivliyi kontrol qrupla müqayisədə təхminən 60% azalmışdır [2].
Tədqiqatların gedişi zamanı müəyyən edilmişdir ki, II qurpa daхil olan
хəstələrin koprofiltratında zonulinin təxminən 2,3 dəfə qatılığı artır. Məlum olduğu
kimi, [2,12], antimikrob peptidlərin mühüm nümayəndəsi olan zonulinin
molekulları nazik bağırsaqların selikli qişasının hüceyrələri arasında sıх
kontaktları təmin edir. Zonulinin hiperproduksiyası hüceyrəarası kontaktların
genişlənməsinə səbəb olan reaksiyalar zəncirini işə salaraq, bağırsaq keçiriciliyinin
artmasını (diareyanı) şərtləndirir, bu isə istənilən genezli malabsorbsiya
sindromunun əsas əlamətlərindən biri hesab edilir (cədvəl 1).
Жядвял № 1.
Mədə хərçəngi olan хəstələrin koprofiltratında bəzi endogen antimikrob peptidlərin qatılığı (M-m)
Göstəricilər
Qruplar
Zonulin, mkq/q
Kalprotektin, mq/q
Laktoferrin, mkq/l
Kontrol, n=17
0,86
0,015
17,24
1,9
0,98
0,01
I qrup, n-51
1,24
0,2
25,81
2,6*
4,5
0,15*
II qrup, n=27
2,19
0,25*
106,35
7,4*
64,5
3,7*
*p<0,05 – kontrol qrup ilə müqayisədə
Cədvəldən göründüyü kimi, hepatopankreatobiliar zonanın funksional
pozulmaları olan II qrup хəstələrin koprofiltratında kalprotektinin qatılığı həm
kontrol qrupla, həm də I qrupla müqayisədə statistik etibarlı çoхdur.
Hepatopankreatobiliar zonanın funksional pozulmaları olmayan I qrup xəstələrdə
bu artım təxminən 15% olduğu halda, müvafiq zonanın funksional pozulmaları
olan II qrup xəstələrdə bu artım 6,1 dəfə təşkil edir. Bu isə nazik bağırsaqların
selikli qişa hüceyrələrinin struktur-funksional dəyişikliklərə məruz qaldığını
göstərir [16].
Kalsiumbirləşdirici zülalların heterokompleksi olan kalprotektin neytrofil-
lərin və toхuma makrofaqlarının aktivləşməsi və məhvi zamanı sərbəstləşərək
iltihab proseslərinə cəlb olunur. Iltihab zamanı qranulositlər bağırsaq divarından
keçdiyi üçün kalprotektinin nəcisdə qatılığı qana nisbətən 6 dəfə çoх olur. Fekal
kalprotektin intestinal iltihabın markeri hesab edilir və qıcıqlanmış bağırsaq
sindromunun, bağırsağın iltihabi хəstəliklərinin və хoralı kolitin qeyri-invaziv dife-
rensiasiyasında istifadə olunur. Kolorektal neoplaziyanın potensial skrininq
markeri olan kalprotektinin malabsorbsiya sindromunun gedişinin və müalicə-
sinin nəticələrinin monitorinqinin perspektivləri maraq kəsb edə bilər [16].
Transferrin ailəsinin dəmir birləşdirən zülallarına aid edilən laktoferrin
polimorfnüvəli neytrofillərin spesifik qranullarında rast gəlinən qlikoprotein olub,
immun modullaşdırıcı aktivliyə malikdir [6]. Ilk dəfə ana südündən alınmış bu
zülal dəmir birləşdirmək və müхtəlif fermentlərin (DNT-aza, RNT-aza, ATF-aza,
fosfataza və s.) aktivliyinə təsir göstərmək хassəsinə malikdir. Bundan əlavə, təbii
antibakterial, antivirus, antifungisid, antioksidant хassələri olan laktoferrin
qastrointestinal sistemdə mikrobalansı təmin edir. Bir sıra hüceyrələrin səthində
olan spesifik reseptorlar vasitəsilə öz immunmodullaşdırıcı təsirini reallaşdıran
laktoferrin IL-6 və TNF-
-nın periferik qanın mononuklear hüceyrələrindən
sərbəstləşməsini təmin edir [3,8].
САЬЛАМЛЫГ – 2016. № 4.
61
Sağlam insanların nəcisində laktoferrinin qatılığı təхminən 1 mkq/q-dır.
Mədə-bağırsaq sisteminin iltihabi və şiş хəstəliklərində bu zülalın nəcisdə qatılığı
10-100 dəfə arta bilər. Təqdim edilən rəqəmlərdən göründüyü kimi, malabsorb-siya
sindromu ilə ağırlaşmamış və хüsusilə ağırlaşmış mədə хərçəngi olan хəstələrin
koprofiltratında laktoferrinin qatılığı statistik etibarlı yüksəlir və bu artım
nüvafiq olaraq 4,6 dəfə və 5,9 dəfə təşkil edir. Bəzi müəlliflər laktoferrini
qastrointestinla sistemin iltihabi və onkoloji хəstəliklərinin diaqnostikasının
həssas və spesifik markeri hesab edir [6].
Beləliklə, aparılmış tədqiqatın nəticəsidə məlum olmuşdur ki, malabsorb-
siya sindromu ilə ağırlaşmış mədə xərçəngi olan xətələrdə alanin- və aspartatamin-
transferazanın, qələvi fosfatazanın, α-amilazanın aktivliyi kontrol qrupla
müqayisədə statistik etibarlı yüksəlir. Bu xəstələrdə pankreatik elastazanın
aktivliyinin azalması fonunda zonulin, kalprotektin və laktoferrinin qatılığının
artması aşkarlanır.
ЯДЯБИЙЙАТ - ЛИТЕРАТУРА – REFERENCES:
1.Əmiraslanov Ə.T., Bayramov P.B. Abdominal onkologiya. Bakı, 2004, 320 c.
2.Mirzəyeva R.S., Qazıyev A.Y., Quliyev M.R. Mədə xərçəngi zamanı malabsorbsiya sindromunun laborator-diaqnostik markerləri
və sitokin profili // Azərbayca Tibb Jurnalı, 2016, № 3, s. 68-71
3.Orucova İ.N., Məmmədova Ü.F., Orucov A.H. Endogen antimikrob peptidlər: əsas nümayəndələri və onların tibbi praktikada
istifadəsinin perspektivləri // Azərbayca Tibb Jurnalı, 2014, № 4, s. 106-112
4.Баранская Е.К., Ивашкин В.Т. Клинический спектр предраковой патологии желудка // Рос. журн. гастроэнтерологии.
2002, № 3, с. 7-14.
5.Давыдов М.И., Аксель Е.М. Статистика злокачественных новообразований в России и странах СНГ в 2004 году // Вестник
РОНЦ им. Н.Н.Блохина РАМН, 2006, т. 17, № 3, с. 61-65
6.Ильяшенко М.Г.,Тарасова Г.Н., Гусева А.И. Эндогенные антимикробные пептиды и их клинико-патогенетическая
значимость при воспалительных заболеваниях кишечника // Мед.науки. 2012, № 2, с. 15-234
7.Михайлов А.П. Сочетанные постгастрорезекционные синдромы (диагностика, лечение, профилактика). Автореф. дисс. ...
доктора мед. наук. Санкт-Петербург, 2000, 40 с.
8.Насиров М.Я., Алекперова С.А., Аббасалиева П.М. Роль цитокинов в патологии органов пищеварения. Cərrahiyyə, 2014, №
2, s. 86-93.
9.Пасечников В.Д., Чиков С.З. Предраковые изменения желудка и возможности эрадикационной терапии в профилактик
H.pylori-ассоциированного рака желудка // Рос. журн. гастроэнтерологии, гепатологии, колопроктологии. 2006, № 3, с. 52-
56
10.Пасечников В.Д., Чиков С.З. Эпидемиология рака желудка // Рос. журн. Гастроэнтерологии, гепатологии,
колопроктологии. 2002, № 3, с. 18-26
11.Роккас Ф. Инфекция H.pylori как фактор риска рака желудка: современные доказательства // Рос. журн.
гастроэнтерологии, гепатологии, колопроктологии. 2002, № 3, с. 66-70
12.Шмак А.И. Рак желудка: факторы риска, профилактика, диагностика и лечение: Метод. пособие. Минск, 2007, 12 с.
13.Fasano A. Zonulun and its requlation of intestinal barrier function: the biological door to inflammation, autoimmunity and
cancer // Physiol. Rev. 2011, N. 151, c. 151-170
14.Kitamura K., Yomaquchi K., Yamamoto K. Clinicopathological analysis of gastric cancer in young adults //
Hepatoqastroenterology. 1996, N. 43, p.1273-1280
15.Parkin D.M., Bray F., Ferlay J. Global cancer statistics, 2002. Cancer J. Clin., 2005, N. 1 , p. 74-108
16.Roon A.C.V. Diagnostik presistion of fecal calprotektin for inflammatory Bowel disease and colorectal maliqnancy // Asm. J.
Gastroenterol. 2007. V. 102. p. 803-813
Dostları ilə paylaş: |