ЯДЯБИЙЙАТ - ЛИТЕРАТУРА – REFERENCES:
1.Кира Е.Ф., ,,Бактериальный вагинозʻʻ.-С.Петебург. Нева-Люкс. 2001-364;
2.Кира Е.Ф.,Берлев И.В. ,,Биологические свойства влагалища у женщин при физиологически протекающей беременностиʻʻ.
//Рус.мед.журнал 2006.Т.3 №6-с.325-331;
3.Макаров И.О. ,,Бактериальный вагинозʻʻ. Практическое руководство по клинической гинекологии по ред. И.С.Сидоровой,
Т.В.Овсянниковой. 2006-448с.,с.280-300;
4.Тютюнник В.Л. ,,Патогенез,диагностика и методы лечения бактериального вагинозаʻʻ. Фарматека-2005.№2(с.98),с.20-24;
5.Прилепская В.Н. ,,Этиопатогенез,диагностика и современные направления в лечении бактериального вагинозаʻʻ.
Рус.мед.журн.2002.,Т.10,№18 с.705-797;
6.Centers for Disease Control:,,Sexually transmitted diseasesʻʻ. MMWR.,1998. 28(4);61-63;
7.Thomason J.L.,Gelbard S.M.,Scaglione N.J. ,,Bacterial vaginosis: currentrewiew with indications for asymptomatic therapyʻʻ.
//Amer J.Obstet Gynecol.2001.,165(4):1210-1217;
8. Koumfuns E.H. Markowitz L.E., Hogon V. ,,Bacterial vaginosisʻʻ. Clin.Infect.Dis.-2002. Vol.15, S.2-P.152-172;
9.Verboon-Maciolek M.A.,Gerards L.J.,Stoutenbeek P.,Van Loon A.M. ,,Congenital infections:diagnostic serology of the mother not
always definitiveʻʻ. Ned Tijdschr Gennesd.2001.,145(4):153-156;
10.Grossi S.G. ,,Effect of periodontal infection on systemi health and well-beingʻʻ. S.G Grossi, B.L.Mea-Ley,L.F.Rossi st.Louis-
2004.,Vol.34-P.123-129;
11.Olmsted S.S.,Meyn L.A.,Roban L.G.,Hiller S.L. ,,Glycosidase and proteinase activity of anaerobic gram-negative bacteria
isolated from woman with bacterial vaginosisʻʻ. //Sex.Transm.Dis.-2003,30(3):257-61;
12.Koumans E.H.,Steruberg M.,Bruce C. et al. ,,The prevalence of bacterial vaginosis in the United States 2001-2004: associations
with symptoms,sexual behaviors and reproductive healthʻʻ . Sex.Transm.Dis. 2007.,34:864-9;
13.Keelon J.A.,Blumenstein M.,Hellikwell R.J. et al. ,,Cytokine ,prostaglandins and parturition-a rerieuʻʻ. //Placenta 2003.(24 suppl
A):s33-s46;
14.Macones G.A.,Parry S.,Ekonsy M. et al. ,,A polymorphism in the promoter region of TNF and bacterial vaginosis:preliminary
eridence of gene-enviroument interaction in the etiology of spontaneous preterm birthʻʻ.
// Am. J.Obstet Gynecol.2004. 190:1504-8;
15.Mc.Gregor J.A.,French J.İ.,Jones W. et al. ,,Bacterial vaginosis is associated wth prematurity and vaginal fluid mucinase and
sialidase:results of a controlled trial of topical clyndamycin creamʻʻ. //Am.J.Obstet Gynecol.1994. 170-1048-59.
Р Е З Ю М Е
БАКТЕРИАЛЬНЫЙ ВАГИНОЗ И ЕГО ОСЛОЖНЕНИЯ
Агаева Н.А., Гусейнова Н.Б.
Кафедры Микробиологии и иммунологии, Баку.
Бактериальный вгиноз –клинический синдром с полимикробный
этиологией потологии экосистемы влагалища. Главная причина развития его
ускоренный рост аэробных и анаэробных бактерий и снижение количества
представителей нормальной микрофлоры-Лактобактерий. У женщин при
репродуктивном периоде, а также у беременных женщин под влиянием
различных эндогенных и экзогенных факторов бактериальный вагиноз
сопровождается формированием ряда нежелательных явлений, что приводят
к развитию некоторых патологических процессов в половых органах у
женщин, нарушению течения беременности и плода.
Ключевые слова: Бактериальнй вагиноз, Лактобактерии, полимикроб-
ная этиология.
САЬЛАМЛЫГ – 2016. № 4.
168
S U M M A R Y
BACTERİAL VAGİNOZİS AND İTS COMPLİCATİONS
Aqaeva N.A., Huseynova N.B.
Department of microbiology and immunology, Baku
Bacterial vaginosis is pathology of ecosystem in vagina with polymicrobial
clinical syndromes. The major reason of its development is increasing of aerobic
and anaerobic bacteria growing and is reducing quantity of lactobacteria as a
representative of normal microbial flora. Bacterial vaginosis by influence of
different as a endogen and exogenous factors is accompanied to form some
undesirable phenomena’s which is accompanied forming a difference pathologic
processes in genital organs of women in the reproductive period and in the
pregnant, at the same time can accrue pathological process of genital organs, also
can destroy the study of pregnancy and development of fetus.
Key words: Bacterial vaginosis, lactobacteria, polymicrobial etiology.
Дахил олуб: 7.04.2016.
UŞAQLARDA QƏBİZLİYİN MÜALİCƏSİNDƏ LAKTULOZA
PREPARATININ EFFEKTİVLİYİ.
Hüseynova N.M., Qaragözova A.A., Rəşidova Ş.M., Bəylərova R.R.,
Bağırova M.H.
Azərbaycan Tibb Universitetinin Uşaq yoluxucu xəstəlikləri
kafedrası Bakı.
Qəbizlik bir çox illərdir ki, müasir terapevtik qastroenterologiyanın aktual
problemi olaraq qalır və ildən-ilə uşaq xəstəlikləri arasında artmaqdadır. Aparılan
epidemioloji tədqiqatlar göstərir ki, 1999-2009-cu illərdə uşaq xəstəlikləri arasında
yayılmasına görə 0,7-34% təşkil etmişdir (1). 95% hallarda funksional xarakter
daşıyır (2). 2006-cı ildə qəbul edilmiş Rim kriteriyalarına əsasən, 4 yaşdan 18
yaşa qədər olan uşaqlarda, 6 ay ərzində həftədə 3dəfə defekasiya aktı baş verməzsə,
nəcis bərk möhtəviyyat şəklində olarsa, funksional-xroniki qəbizlik adlanır.
Hazırki dövrə qədər qəbizliyin dəqiq klassifikasiyası olmadığına görə,
pediatrlar arasında qəbizlik diaqnozunun qoyulmasında defikasiya aktının sayı
ə
sas götürülür. Lakin müasir şəraitdə belə hesab etmək olmaz. Bu problemin əsas
həlli qəbizliyin müasir klassifikasiyasının hazırlanmasıdır. Çox vaxt Н.Л. Куш
(1976) tərəfindən yazılmış klassifikasiya əsas götürülür- alimentar, funksional və
üzvi qəbizlik. 1994-cü ildə A.И. Xавкин uşaqlarda xroniki qəbizliyin təsnifatını
təqdim etmişdir. Bu təsnifata əsasən qəbizlik gedişinə görə, əmələgəlmə
mexanizminə görə, gedişinin dövrlərinə görə (konpensə, subkompensə,
dekompensə olunmuş) etioloji və patogenetik əlamətlərinə görə təsnif olunmuşdur.
Hər bir həkim-pediatr öz gündəlik işində qəbizliyin müxtəlif formaları ilə
rastlaşa bilər. Ona görə də düzgün anamnez toplanılmalı və anamnezin əsasında
uşağa müalicə taktikası seçilməlidir. Lakin çox zaman həkimlər belə uşaqlardan
dəqiq anamnez toplamırlar və onları cərraha yönəldirlər. Qəbizlik simtomu ilə
irriqoqrafiya aparılmış uşaqların 78%-in də rentgenoloji müayinənin cavabı
САЬЛАМЛЫГ – 2016. № 4.
169
dolixosiqma, meqadolixosiqma və ya dolixokolon olur.Bundan belə nəticəyə gəlmək
olar ki, bu uşaqların hamısında qəbizlik orqanizmin anatomik quruluşu ilə
ə
laqədardır. Belə halda qəbizliyə səbəb çanaq əzələlərinin disfunksiyası da ola bilər
(4).
Uşaqlarda qəbizliyin kompleks müalicəsi necə aparılmalıdır:
İlk növbədə işlədici dərman preparatlarının istifadəsi düzgün aparılmalıdır.
Eləcə də bu preparatlardan istifadə edərkən, onların verdiyi effektlərlə yanaşı baş
verə biləcək fəsadlarda nəzərə alınmalıdır. Ona görə də, zəif absorbə edici
preparatlardan, polisaxaridlərdən, simbiotiklərdən, eləcə də bağırsaq möhtəviy-
yatını çoxaldan maddələrdən və makroqollardan geniş istifadə olunmalıdır (5).
Laktuloza tərkibli dərmanlar uşaqlarda qəbizlik zamanı istifadə olunan
ə
sas preparatdır.Bu preparat 1959-cu ildən uşaqlarda qəbizliyin müalicəsində
geniş istifadə olunur. Laktuloza oliqosaxaridlər sinfinə, disaxaridlər yarımqrupuna
aiddir, onun molekulu qalaktoza və fruktoza qalıqlarından ibarətdir. Laktuloza
metabolizmə uğramır, nazik bağırsaqda absorbə olunmur (6). Çünki fermentlər
qalaktoza və fruktoza molekulları arasında olan əlaqəni dağıda bilmir, nəticədə
laktuloza yoğun bağırsağa parçalanmış vəziyyətdə düşür. Yoğun bağırsaqda
bakterial fermentlərin təsirindən laktuloza parçalanır, qısa zəncirli yağ turşuları
(süd, sirkə, propion və s.) əmələ gəlir.Yüksək osmotik aktivliyə malik olan üzvü
turşular suyun ekskresiyasını sitimulə edərək, yoğun bağırsaqda mayenin
miqdarını artıraraq, parçalanmış qalıq maddələrin bağırsağın selikli qişasından
sorulmasına mane olur. Nəticədə suyun ləngiməsi ilə bağırsaq mənfəzində təzyiq
yüksəlir, nəcis kütləsi artır, peristaltika və bağırsağın motor funksiyasının artması
və bağırsağın boşalması baş verir.
Bundan əlavə laktulozanın prebiotik effekti var ki, bu da yoğun bağırsağın
normal mikroflorasını artırır. Ədəbiyyatda laktulozanın yüksək effektivliyi,
təhlükəsizliyi, bütün yaşlarda istifadəsi, hətta hamiləlik zamanı işlədilməsidə çox
miqdarda aparılan elmi-tədqiqat işlərində göstərilmişdir (8).
Bizim tədqiqatın məqsədi laktuloza tərkibi dərmanlar uşaqlarda xroniki
qəbizliyin müalicəsində effektivliyinin öyrənilməsidir. (rentgeloji olaraq yoğun
bağırsaq quruluşu anamaliyası zamanı). Müşahidələrimiz altında 2-14 yaşlarda
xroniki qəbizliyi-yoğun bağırsaqda anatomik dəyişikliyi olan 37 uşaq olmuşdur.
Bütün müayinələr Ə.F. Qarayev adına 2 saylı uşaq kliniki xəstəxanasında
ambulator müşahidələr altında aparılmışdır. Anamnestik, klinik, laborator
müayinələr olunmuşdur. Belə ki, qanın,sidiyin, nəcisin ümumi analizi, qanın
biokimyəvi analizləri, daxili orqanların ultra səs müayinəsi, rentgenoloji müayinə
- irriqoqrafiya aparılmışdır.
37 uşaq yaşa uyğun dozada 2 həftə ərzində laktuloza tərkibli preparat
(normaze) preparatı almışdır. 2 həftə ərzində normaze preparatı qəbul olunduqdan
sonra xəstələrdə klinik yaxşılaşma az olarsa, onların qidasına qida lifləri ilə zəngin
olan qidalar əlavə edilmişdir. Bu xəstələr 2 həftə ərzində müşahidə olunmuşdur.
Nəcisin xarakteri Bristol şkalası üzrə qiymətləndirilmişdir. Statistik
tədqiqat Microsoft Eksel 2003 üzrə aparılmışdır. Müalicədən əvvəl 24 xəstədə (65%)
defekasiya aktı 3-4 gündən bir 1 dəfə, 10 uşaqda (27%) defekasiya 5-7 gündən bir
1 dəfə olmuş, 3 xəstədə (8%) isə sərbəst defekasiya qeyd olunmamışdır. Bütün
uşaqlar dekonpensə olunmuş stulun ləngiməsi qrupuna aid edilmişdir.Bu
uşaqlarda stul periodik olaraq imalə vasitəsi ilə başa çatmışdır.
28 uşaqda (76%) praktiki olaraq güclü gücənmə müşahidə olunmuş, 12
uşaqda nəcis yumru-yumru bərk formalı, 19 uşaqda əzilmiş yığıntılar şəklində
olmuşdur. 8 uşaqda isə ikincili sfinkter pozğunluğu, anus ətrafı nəcis bulantısı
ə
laməti halında daima müsahidə olunmuşdur.
САЬЛАМЛЫГ – 2016. № 4.
170
Bir çox uşaqlarda dispeptik pozğunluqlar-meteorizim, defekasiya aktından
ə
vvəl qarında ağrıların olması müşahidə olunmuşdur.
Valideyinlərdən uşaq haqqında anamnez topladıqda, uşaqlarda defekasiya
aktını saxlama simptomunun olması müəyyən edilmişdir.
V.F. Privorotski və N.E. Luppovay elmi işlərində Rim kriteriyalarının həzm
sistemində gedən müxtəlif dəyişikliklərin anlaşılması sistemi olduğu qeyd
edilmişdir. Lakin bu sistemi pediatriyada istifadə etmək düzgün deyildir. Çünki,
qəbizlik diaqnozu ilə anamnez toplanarkən, usaqlar verilən suallara lazımı
cavablar verə bilmədiklərinə görə həkim vacib diaqnostik informasiyası ala bilmir.
Bağırsağın rentgenoloji müayinəsi nəticəsində (irriqoqrafiya) 87,3%
uşaqlarda dolixosiqma, 12,7%-də isə dolixokolon olmuşdur. Bütün uşaqlarda
bağırsağın tam boşalmaması müşahidə edilmişdir. Laktuloza (normaze)
qəbulunun başlanğıcından uşaqlara termokontrast imalələr təyin olunmuşdur ki,
bu da yoğun bağırsağın peristaltikasını artırmaq məqsədi ilə dərmanla yanaşı
aparılmışdır. 2 həftə aparılan müalicə nəticəsində 27,9% uşaqlarda gündəlik
defekasiya aktı müşahidə olunmuşdur.
Beləliklə, biz güman edirik ki, bağırsağın motorikasında gedən dəyişikliklər
qəbizliyin əmələ gəlməsində əsas səbəblərdəndir. Ona görə uşaqlarda qəbizliyin
kompleks müalicəsi bu səbəbin aradan götürülməsinə yönəlməlidir. Müalicə ilə
yanaşı laktulozadan əlavə qida lifləri zəngin olan qidalardan da geniş istifadə
olunmalıdır.
ЯДЯБИЙЙАТ - ЛИТЕРАТУРА – REFERENCES:
1. Baker S.S, Liptak G.S, Colletti R.B., etal Constipation in infants and children:evalution and treatment. A
medical position statement of North American Sosiety for Pediatric Gastroenentology and Nutrion. L.
Pediatr. Gastroenterol. Nutr. 1993; 29: 6 12 -626
2. Баранов А.А. Климанская Е.В. ред. Заболевания органов пищеварения у детей (тонкая и толстая
кишка). Ь. РАМН, 1999:210 с.
3.Баранов В.А. Хавки А.И. Изачук Ю.А. Функциональные заболевания органов пищеварения у детей.
Пять альтернативного чтения: Алма – Аты; Казанская правда 1994; 191 с.
4.Садоничая А. собенности клинической картины хронических заморов у детей домашнего возраста
города Ставрополя Мат. Контр педагогов России М.2005
5. Комарова Е.В. Петрова А.В. Потанов А.С. и др. арушение моторики толстой кишки при
храническихзампорах у детей. Российский педиатрический журнал. 2007;428 -30.
6. Дубровская М.И. Паришина П.В. Актуальные вопросы развития заморов у детей подходы к терапии.
Вопросы современной педиатрии. 2012; 11(1): 76 -82
7.Кущ.Н.Л. Запоры у детей.Киев:Здоровья, 1976: 176 с.
8. Хавкин А.И. функциональные нарушения желудочко- кишечного тракта у детей раннего возраста.
М. Правда 2000, 72 с.
Р Е З Ю М Е
ЭФФЕКТИВНОСТЬ ПРЕПАРАТА ЛАКТУЛОЗЫ У ДЕТЕЙ ПРИ ЗАПОРАХ
Гусейнова Н.М., Гарагёзова А.А., Рашидова Ш. М., Бейлярова Р.Р.,
Багирова М.Х.
Кафедра Детских инфекционных болезней
Азербайджанскoгo Медицинскoгo Универститетa Bakу.
В статье обсуждается проблема запоров у детей. Авторы приводят
статистические данные о частоте встречаемости запоров в детском возрасте.
Представлены различные варианты классификаций запоров в детском
возрасте.
Обсуждается проблема использования различных видов слабительных
средств и в частности, лактулозы при различных вариантах симптома
запора. На примере использования лактулозы у 37 детей показана
эффективность данного лекарственного средства, что позволяет говорить о
САЬЛАМЛЫГ – 2016. № 4.
171
преимущественного имеющихся функциональных растройствах моторики
при формировании запоров у детей.
S U M M A R Y
EFFICIENCY OF PREPARATION OF A LAKTULOZA AT CHILDREN AT LOCKS.
Huseynova N.M., Garagozova A.A., Rashidova Sh.M., Beylarova R.R.,
Bagırova M.H.
Departmen of Children
,
s infecsions diseases, Azerbaijan Medical University
The article discusses the problem of constipation in children. The authors
give the statistics on the frequency of constipation occurrence in children.
Different classifications of constipation in children are presented. The problem of
the use of different laxatives and in particular, lactulose in different variants of
the symptom of constipation in pediatric practice of discussed. For example, the
use of lactulose in 37 children demonstrated the efficacy of this medicine, that
allows to speak about predominantly intestine dismotility in the formation on
constipation in children.
Дахил олуб: 20.10.2015.
UŞAQLARDA BRONXOBSTRUKSİYANIN MÜALİCƏSİ ZAMANI
NEBULAYZER TERAPİYASININ EFFEKTİVLİYİ
Sultanova N.H., Qabulov H.H.
Azərbaycan Tibb Universiteti, «II Uşaq xətəlikləri» kafedrası.
Açar sözlər: uşaqlar, bronxobstruktiv sindrom
Ключевые слова: дети, бронхообструктивный синдром
Keywords: children, bronchial obstruction
Uşaqlarda kəskin respirator virus infeksiyalarının (KRVİ), obstruktiv
bronxitin, bronxial astmanın (BA) geniş yayılması onların müalicəsinə dair
yanaşmaların təkmilləşdirilməsini diktə edir [1]. Tənəffüs yollarının bronxobstruk-
siyası uşaq yaşlarında tez-tez rast gələn və təcili yardım tələb edən vəziyyətlərdən
sayılır. Bu zaman müalicənin effektivliyi dərman preparatının seçiminin
adekvatlığından və onun tənəffüs yollarına yeridilməsi üsulundan asılıdır. Məhz
xəstənin klinik vəziyyətindən və yaşından asılı olaraq onun yeridilməsi üsulunun
optimal variantı bu kateqoriyadan olan xəstələrin müalicəsinin effektivliyinə təsir
göstərir.Dozalayan aerozol inhalyatorların vasitəsilə və hətta speysorların,
aeroçamberlərin və s. tətbiqi ilə xolinolitiklərin və b2-aqonistlərin inqalyasiyası heç
də həmişə gözlənilən nəticəni vermir. Nebulayzer vasitəsilə dərman preparatlarının
yeni üsulla yeridilməsi imkanı əmələ gəldikdə isə vəziyyətin xeyli dəyişildiyi bir çox
ə
dəbiyyatlarda öz əksini tapır [2-4].
Nebulayzer dərman preparatlarının püskürdülməsi üçün inhalyasiya
qurğusu olub, optimal ölçüsü 1 mkm-dan 5 mkm-ə qədər hissəciklərdən ibarət
xırdadispersli aerozol əldə etməyə imkan verir. Xırdadispersli dərman aerozolları
kiçik bronxlara, həmçinin bronxiollara və alveollara sərbəst şəkildə nüfuz edirlər
[2].
«Nebulayzer» termini latın «nebula» sözündən götürülərək, «duman»,
«bulud» demədir. Nebulayzerlər haqqında ilk məlumatlar 19-cu əsrin sonunda
САЬЛАМЛЫГ – 2016. № 4.
172
meydana çıxmışdır – belə ki, duru dərman maddəsini aerozola çevirən qurğu belə
adlandırılmışdır.
Müasir nebulayzerlər duru dərman maddəsini sıxılmış havanın (şırnaqlı və
ya kompressor, nebulayzer) və ya ultrasəs dalğalarının (ultrasəs) təsiri altında
aerozola çevirirlər [3]. Ultrasəs nebulayzerlərdən əsas etibarilə yuxarı tənəffüs
yollarının xəstəliklərinin müalicəsində istifadə edilir.
Aşağı tənəffüs yollarının və xüsusəndə bronxial astmanın müalicəsində
ultrasəs nebulayzerləri istifadə edilmir, çünki onlar qatı mayeləri praktik olaraq
aerozola çevrilmirlər, həmçinin ultrasəsin təsiri altında bir çox dərman
preparatları, o cümlədən kortikosteroidin suspenziyasının tərkib hisəsi dağılaraq
inaktivləşə bilirlər [1].
BA ilə xəstələrin müalicəsində şırnaqlı nebulayzerlərdən istifadə edilir ki,
onların iş prinsipi aşağıdakı kimidir: xüsusi boru vasitəsilə sıxılmış hava
rezervuara (konteynerə) verilir, oraya isə dərman maddəsinin məhlulu tökülür,
qurğunun çıxışında isə aerozol əmələ gəlir və o, xəstəyə maska və ya müştük
vasitəsilə inhalyasiya edilir [5].
Nebulayzer müalicəsinin məqsədi preparatın terapevtik dozasının qısa
müddət ərzində patoloji prosesin baş verdiyi yerə aerozol formada
çatdırılmasından ibarətdir. Bəzi hallarda bronxların keçiriciliyini tamamilə bərpa
edilməsi mümkün olmadığı üçün nebulayzer əlavə təsirlər olmadan daha tez
yaxşı nəticələr əldə etməyə imkan verir [3].
Nebulayzer müalicəsinin üstün cəhətləri aşağıdakılardan ibarətdir:
onların tətbiqi rahatdır ;
tənəffüsü və dərman maddələrinin daxil olmasını koordinasiya etməyə
lüzum yoxdur, bu isə çox kiçik yaşlı uşaqlarda (həyatının 1-ci aylarından)
metodun istifadəsini asanlaşdırır;
tənəffüs yollarında dərman maddəsinin yüksək qatılığının yaradılması
sayəsində klinik effektivliyin müsbət olması;
aerozolun tərkibində tənəffüs yollarının selikli qişasını qıcıqlandıran freon
və propellentlər (həlledicilər və ya qazları daşıyanlar) olmaması;
parenteral manipulyasiyalar aparmadan bronxların keçiriciliyinin bərpa
edilməsi imkanının olması;
daha qoruyucu qeyri-invaziv metodika ilə xəstə və onun yaxınları ilə
müsbət anlaşmanın əldə edilməsinə səbəb olur [3].
Ə
gər xəstə müştükdən nəfəs ala bilirsə, onda məhz ondan istifadə etməsi
məqsədəuyğundur, çünki maskanın tətbiq edilməsi müalicənin effektivliyini
azaldaraq, preparatın bir hissəsi (təqribən yarısı) onun sifətində çökməsinə və ya
preparatın gözə düşməsi ehtimalarını artırır. Bu faktorlar nebulayzerlə aparılan
müalicənin düzgün olmadığında xəbər verir.
Şırnaqlı nebulayzerin effektivliyi aerozolun hissəciklərinin ölçüsündən
asılıdır. 5-8 mkm ölçüyə malik hissəciklər burun-udlaqda, qırtlaqda və traxeyada,
2-4 mkm ölçüdə – aşağı tənəffüs yollarında (orta və kiçik bronxlarda), 0,5-2 mkm
alveollarda çökürlər. Lakin 0,5 mkm-dən kiçik ölçüyə malik hissəciklər
ağciyərlərdə çökmürlər, çünki şırnaqlı nebulayzerlərdə hissəciklərin ölçüsünə işçi
qaz axınının sürəti təsir göstərir [4].
Nebulayzer müalicəsinin tətbiqi aşağıdakı xəstəliklər zamanı aparılır:
bronxial astma, ağciyərlərin xronik obstruktiv xəstəliyi, yuxarı tənəffüs yollarının
xəstəliyi (KRVİ, rinitlər, faringitlər, tonzillitlər, traxeitlər, laringitlər), aşağı tənəffüs
yollarının xəstəlikləri (kəskin və xronik bronxit, obstruktiv bronxit, pnevmosist və
mikotik pnevmoniya), mukovissidoz, uşaqlarda viruslu bronxiolit, bronxoektaziya
xəstəliyi, uşaqlarda ağciyərlərdə irinli xəstəliklər [3].
Nebulayzerdən istifadə qaydaları:
САЬЛАМЛЫГ – 2016. № 4.
173
inhalyasiya oturaq vəziyyətdə aparılır, nebulayzeri bilavasitə öz qarşı-
sında tutmaq və prosedur zamanı danışmamaq tövsiyə olunur;
həlledici qismində steril fizioloji məhluldan istifa etmək lazımdır (distillə
olunmuş və ya qaynadılmış su yararlı deyildir);
inhalyasiya məhlulunun doldurulması zamanı steril iynə və şprislərdən
istifadə edilir;
nebulayzerin doldurulması bilavasitə inhalyasiyadan əvvəl həyata keçirilir;
nebulayzerin kasasının 2-5 ml-ə qədər doldurulması tövsiyə olunur;
işçi qaz axının dəqiqədə 6-10 l həcmində istifadə olunması məsləhət
görülür, kompressordan istifadə etdikdə optimal parametr artıq verilmişdir,
yüksək axın sürətində hissəciklərin ölçüsü kiçik və inhalyasiya vaxtı qısadır;
inhalyasiya zamanı xəstə dərindən, yavaş-yavaş, ağız vasitəsilə nəfəs
almalıdır. Bu, xüsusilə maskadan istifadə etdikdə vacibdir, maska xəstənin
sifətinə sıx yapışmalıdır: məsafənin artması inhalyasiyanın effektivliyini xeyli
azaldır;
xəstəyə hər nəfəsvermədən əvvəl 1-2 saniyə ərzində tənəffüsü dayandırması
(əgər bu, mümkündürsə) tövsiyə olunur;
kortikosteroid preparatların və antibiotiklərin inhalyasiyasından sonra
ağızı səylə yaxalamaq (maskadan istifadə etdikdə göz nahiyəsinə toxunmadan
yuyunmaq) lazımdır;
inhalyasiyadan sonra nebulayzeri təmiz su ilə yumaq, qurutmaq lazımdır.
Nebulayzerin tez-tez yuyulması preparatların kristallaşmasının və qurğunun
bakterial çirklənməsinin qarşısını almaq üçün lazımdır. Əgər bir nebulayzerdən
bir neçə şəxs istifadə edirsə, onda hər istifadədən sonra təlimatda göstərildiyi kimi,
maksimal ehtiyatlılıqla nebulayzerin təmizliyini və dezinfeksiyasını aparmaq
lazımdır;
hava filtrini vaxtında dəyişmək lazımdır;
mayenin kompressora düşməsinə yol verməmək və iş vaxtı kompressorun
üstünü örtmək lazımlır.
Nebulayzer kameralarının xidmət müddəti müxtəlifdir (3 aydan 3 ilə
qədər). Nebulayzerin birləşən hissələrinin uzun müddət yararlı qalması üçün
onların sökülmüş vəziyyətdə saxlanması tövsiyə olunur [4].
Nebulayzer vasitəsilə aşağıdakı preparatlar təyin edilə bilər:
nebulayzerlər üçün bronxolitiklər (nebulalarda ventolin, berotek, berodual
və atrovent məhlulu və s.);
–nebulayzerlər üçün inhalyasion kortikosteroidlər (pulmikort, fliksotid);
–nebulayzerlər üçün kromonlar (kromoheksal);
–nebulayzerlər üçün mukolitiklər (lazolvan və ya ambrobene, ambroheksal,
inhalyasiya üçün ampulalarda fluimusil);
kombinə olunmuş preparat - fluimusil antibiotiki; antibiotiklər və
antiseptiklər (dioksidin);
fizioloji məhlul [4].
Nebulayzer vasitəsilə aşağıdakıları inhalyasiya etmək məsləhət olunmur:
yağlı məhlullar qəti qadağandır.
sistem hormonal preparatları (deksazon, hidrokortizon, prednizolon) –
inhalyasiya texniki olaraq işlədilməsi mümkündür, lakin onların təsiri yerli
olmayaraq, sistem xarakter daşıyacaqdır (venaya yeridildiyi kimi);
qarışıqlar (onlara bitkilərin həlimləri aiddir) – qarışıqların hissəcikləri
nebulayzerdə əmələ gələn aerozol hissəciklərinə nisbətən iridirlər [5].
Obstruktiv bronxit, bronxiolit zamanı müşahidə edilən bronxobstruktiv
sindromun müalicəsində nebulazer vasitəsi ilə aşağıdakı dərmanlardan istifadə
edilir:
САЬЛАМЛЫГ – 2016. № 4.
174
- ventolin (salbutamol) 0,1 mq/kq bədən çəkisinə (nebulada 2,5 ml-də 2,5
mq) 1 saat ərzində hər 20 dəq-dən bir (3 dəfə), sonra gün ərzində 3 dəfə.
- berodual (fenoterol hidrobromid + ipratropium bromid) bu məhlullarda: 6
yaşa qədər – inhalyasiya üçün 10 damcı gündə 3 dəfə, 6 yaşdan yuxarı –
inhalyasiya üçün 10-20 damcı gündə 3-4 dəfə. Təyin olunmuş doza nebulayzerin
kamerasında 2-3 ml-ə qədər fizioloji məhlulla həll edilir;
- fliksotid (dozanı xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq fərdi təyin
edirlər);
- fluimusil (3 ml-də 300 mq asetilsistein olan ampulalar, 10%-li məhlul,
gündə 1-2 dəfə ½ – 1 ampula).
- ambrobene (1 ml-də 7,5 mq inhalyasiya üçün məhlul): 2 yaşa qədər – 7,5
(1 ml) gündə 2 dəfə; 2-5 yaş – 1 ml gündə 3 dəfə; 5-12 yaş – 2 ml gündə 2-3 dəfə.
atrovent (ipratropium bromid) flakonlarda: 1 yaşa qədər - inhalyasiya
üçün 5-10 damcı gündə 3 dəfə, 1 yaşdan yuxarı uşaqlar - inhalyasiya üçün 10-
20 damcı gündə 3 dəfə 3 r/d;
berotek (fenoterol) məhlulda (1 ml-də - 1 mq fenoterol hidrobromid): 6
yaşa qədər – 5 damcı gündə 3 dəfə; 6-12 yaş – 0,25-0,5 ml (məhluldan 5-10 damcı)
– gündə 3 dəfə; 12 yaşdan yuxarı – 0,5 ml berotek gündə 3 dəfə [5].
Bronxial astma tutmasının aradan qaldırınmasında qısa təsirli inhalyasion
β
2
-aqonistlər (salbutamol, ventalin, terbutalin, berotek, retafil, durofilin, eufilonq)
daha effektivdir. Bu preparatları portativ dozalaşmış inhalyatorların, toz şəkilində
buraxılan inhalyatorların, inhalyasion maskaların köməyi ilə, həmçinin maye
formalı bronxospazmolitiklərin inhalyasiya üçün istifadı olunan nebulayzerlərin
vasitəsilə orqanizmə yeritmək olar.
Bronxial astmanın ağırlıq dərəcələrindən asılı olaraq müalicə alqoritmi
aşağıdakı kimidir [6]:
Yüngül persistə edən BA-nin tutmasının müalicə alqoritmi
Aşağıdakı bronxospazmolitik preparatlardan birinin inhalyasiyası həyata
keçirilir:
– b2-aqonist (salbutamol, berotek);
– ipratropium bromid (atrovent);
– kombinə olunmuş preparat (b2-aqonist və ipratropium bromid) –
berodual (xüsusən erkən yaşlı uşaqlarda məsləhətlidir) [6].
Uşaq nebulayzer vasitəsilə preparatdan 1-2 doza nəfəs alır və ya spayser,
aeroçamberdən istifadə edir. Nebulayzer olmadıqda dozalanmış aerozol tətbiq
edilir. Müalicənin effektivliyi 20 dəqiqədən sonra qiymətləndirilir. Nebulayzer
müalicəsinin klinik effektivliyinin öyrənilməsi zamanı, bizim fikrimizcə, hətta
berotek və ya berodualın 6-8 dəqiqə ərzində bir dəfə inhalyasiyası bronxobstruk-
siya vəziyyətinin yox olmasına və xəstələrin 50%-də çətinləşmiş tənəffüs
tutmalarının dayanmasına gətirib çıxarır.
Nebulayzer və ya dozalayan inhalyator vasitəsilə bronxospazmolitik
preparatın inhalyasiyasından sonra ilk 20 dəqiqə ərzində lazımi effekt əldə
etmədikdə prosedur 1 saat ərzində hər 20 dəqiqədən sonra (3 dəfə) təkrarlanır [6].
Bizim müşahidəmizə əsasən, xəstələrin 90%-də bu metodika onların
vəziyyətinin yaxşılaşmasına imkan vermişdir. Növbəti günlər 24-48 saat ərzində
hər 4-6 saatdan sonra b2-aqonistlərlə bronxospazmolitik müalicə aparılmışdır.
Yüngül kəskin tutmanın ləğv edilməsindən sonra əgər uşaq bazis müalicəsi
(natrium nedokromil, natrium kromoqlikat, inhalyasion kortikosteroidlər) alırsa,
preparatın qəbulunu davam etdirmək lazımdır. Bazis terapiyanın məqsədi –
kəskinləşmələrin, ağırlıq və tezliyini, bronxların hiperreaktivliyini azaltmaqla
xəstəliyin remissiyasına nail olmaq və ağ ciyərlərin funksiyasını yaxşılaşdırmaqdır.
Bazis terapiyada istifadə olunan preparatlara iltihabəleyhinə qeyri-steroid
САЬЛАМЛЫГ – 2016. № 4.
175
preparatlar (kromonlar) – natrium kromoqlikat (intal), nedokromil natrium
(tayled), inhalyasion qlükokortikoidlər, monoterapiya şəklində ya uzun müddətli
β
2
-aqonistləri ilə kombinasiya şəkildə, sistem kortikosteroidlər və leykotrien
reseptorların aqonistləri (sinqulyar, akolat) aiddir.
Qənaətbəxş nəticə almadıqda və xəstənin funksional müayinələrinin
göstəricilərinin daha da kəskinləşdiyi zaman xəstəliyin ağırlıq dərəcəsini orta-ağır
persistə edən bronxial astma kimi qiymətləndirmək lazımdır.
Orta-ağır persistə edən BA- nın tutmasının müalicə alqoritmi:
Bronxospazmolitik preparatlardan birinin 1-2 dozada inhalyasiyası:
b2-aqonist (salbutamol, ventolin, berotek);
Dostları ilə paylaş: |