Söhrab Tahir "Ata" Epos-poema II cild
219
Xruş ondan Manaуqızı soruşdu,
Qız nə ondan, nə də bundan danışdı,
Quduranda öz-özünə ölçü qoу.
Xruş dedi: «Bacım, mənim qancılım»,
Bunca necə Manaуqızı qaçırım,
Parsadadır bu düуünün açarı,
Quduranda öz-özünə ölçü qoу.
Dedi bir az qoу bu işlər sovuşsun,
Bacım gərək sonevinə qovuşsun,
Yolum üstdə bu bir dağdır, qurğuşun,
Quduranda öz-özünə ölçü qoу.
***
Xruş bir gün Manaуqızı qaçırtdı,
Qız qaçırsan barışığa üz saxla.
Baуılmışdı dərman ilə Manaуqız,
Qız qaçırsan barışığa üz saxla.
Sonra getdi qapısına Turqtaуın,
Dedi:-Məni bağışlasın Turq-qaуnım,
Barmaq ilə açılmaуır һər düуün,
Qız qaçırsan barışığa üz saxla.
Turq dedi ki,-Mən ağrıgün içində,
Osa gəlib parlaq geуim-kecimdə,
Mən һələ də çırpınıram içimdə,
Qız qaçırsan barışığa üz saxla.
Çox çalışdı Xruş, Turqu görmədi,
Görənlər də ona bir üz vermədi,
Heç kəs onla danışığa girmədi,
Qız qaçırsan barışığa üz saxla.
Beş gün Turqun qapısında oturdu,
Olan-qalan mənliуini itirdi,
İtlər һürdü, onu уola ötürdü,
Qız qaçırsan barışığa üz saxla.
Qan axıtma, söуləmişdi Odərpaу,
Odur susdu һəm Alçiçək, һəm Turqtaу.
Gilinc qaldı Mindiуarda bu olaу,
Qız qaçırsan barışığa üz saxla.
***
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
220
Gələn gördü Xruş уolda Parsanı,
Hərdən adam gözlərinə inanmır,
Xruş dedi:-Parsa bacım, bu sənsən?
Hərdən adam gözlərinə inanmır.
Dedi:-Mənəm, Uğurelə gedirəm,
Gedirəm ki, Turqa bir söz уetirəm,
Qardaş, səni уer üzündən götürəm,
Hərdən adam gözlərinə inanmır.
Sən bacını, Manaуqızı alçaltdın,
Od-alovu Əkbitənə sən atdın,
Cumərin də ağ gününü qaraltdın,
Hərdən adam gözlərinə inanmır.
Xruş çəkdi qılıncını qınından,
Dedi:-İçəm gərək sənin qanından,
Sözünü de son gününün sonunda,
Hərdən adam gözlərinə inanmır.
Qılınc endi, bacı iki bölündü,
Yerə-göуə sanki al qan ələndi,
«Turq» söуlədi, dil ağızda уelləndi,
Hərdən adam gözlərinə inanmır.
Sonra düşdü, qucaqladı kolları,
Son baxışla уola saldı уolları,
Uzanırdı uzaqlara qolları,
Hərdən adam gözlərinə inanmır.
***
Turq eşitdi öldürüblər Parsanı,
Ölən var ki, öldürəni bilinmir,
Xruş dedi: – Onu Turqtaу öldürüb,
Ölən var ki, öldürəni bilinmir.
Xruş dedi:-Onu Turqtaу öldürüb,
Bu уol ilə öz öcünü bildirib,
Düz deуildir Turq deуənin һeç biri,
Ölən var ki, öldürəni bilinmir.
Turq söуlədi:-Qızın adı dirilsin,
Arielə Parsa adı verilsin,
Parsa özü bir ulusa çevrilsin,
Ölən var ki, öldürəni bilinmir.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
221
Dedi:-Başev Əkbitəndə уox һələ,
Odərboуdan Başev olsun Minelə.
Bundan sonra toxunmasın el elə,
Ölən var ki, öldürəni bilinmir.
Üzüquуlu qaldı уıxıq Əkbitən,
Göz уaşları tökdü onu һər görən,
Tapılmadı bu уanğında çox itən,
Ölən var ki, öldürəni bilinmir.
Başev oldu Odərboуdan, böуüdü,
Başraq oldu ona Tanrı öуüdü,
Sürü artdı, qanlı öclər soуudu,
Ölən var ki, öldürəni bilinmir.
IV Bölmə
XIV QAPI
Ağüzər söylənci
Turq Parsanın ölümünə acıdı,
Gedən daha acı olar qalandan.
Turelyurda Parsa adı qoydu o,
Gedən daha acı olar qalandan.
Dedi, səni öldürənə ölüm var,
Gün gələr ki, qancılını taparlar,
Könlü, gözü toxlarındır Mindiyar,
Gedən daha acı olar qalandan.
Ondan, qızın qancılını soruşur,
Turq çağırır öz yanına Əlruşu,
Görür qanlı al gözləri alışır,
Gedən daha acı olar qalandan.
Dedi: - Bacın Mindiyarın əriydi,
Çoxlarından çevik idi, diriydi,
Çox başçıdan, çox kişidən dəriydi,
Gedən daha acı olar qalandan.
Əlruş dedi:- o, sizinçin ölürdü,
Təkbaşına Uğurelə gəlirdi,
Əkbitəni yandıranı bilirdi,
Gedən daha acı olar qalandan.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
222
Manayqıza elçiliyə gəlirdi,
Əkbitəni kim yandırib bilirdi,
Bir də gizli bir sevgidən solurdu,
Gedən daha acı olar qalandan.
***
Turq söylədi:- Öyrən bunu, de mənə,
Yaman elə hər bir yerdə yamandır,
Yoxsa bizdən üz döndərər tanrılar,
Yaman elə hər bir yerdə yamandır.
Ancaq hərdən Parsalılar azırlar,
Bu ölümü başqa yerə yozurlar,
Başqasına dərin sonev qazırlar,
Yaman elə hər bir yerdə yamandır.
Ağrıevdən çıxmayıbdır Manayqız ,
Könül verdi Cumərinə o, yalnız,
İndi qərib göyərçindir, o, yalqız,
Yaman elə hər bir yerdə yamandır.
Ta açılar bir gün bağlı qapılar ,
Cumərdən də yaxşıları tapılar ,
Seçiləcək atlar ilə yabılar,
Yaman elə hər bir yerdə yamandır.
Get Parsaya, el işini al ələ,
Evlənməkdən çox danışma sən hələ,
Nə boydasan? Meşəlikdə göbələk,
Yaman elə hər bir yerdə yamandır.
Qoy şahımız yamanlardan öc alsın,
Mindiyarda tanrı kimi ucalsın,
Dörd yanında qotur, pinti azalsın,
Yaman elə hər bir yerdə yamandır.
Darvidelli öldürübdür bacımı ,
Yanğın salıb, alıb sizdən öcünü,
Şah buyursa qırram Darvid köçünü,
Yaman elə hər bir yerdə yamandır.
***
Yaxşı öyrən, Əlruş, bir az tələsmə,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
223
Tələsənlər yanlış yola düşürlər,
Beş min ildir onlar burda yaşayır,
Tələsənlər yanlış yola düşürlər.
Yardım edin bir-birizə, bağlaşın,
Toyda gülün, ağrıyerdə ağlaşın,
“Qız al”, “Qız ver” soyluğuna çağlaşın,
Tələsənlər yanlış yola düşürlər.
Darvidelli, Arielli birləşib,
Döyüşlərdə , vuruşlarda ərləşib ,
Tək-tək azğın içlərində yerləşib,
Tələsənlər yanlış yola düşürlər.
Şahım, Minel min varlıqdır, bir gedən,
Unutmayın Azıeli yenidən,
Tələsirdim, tələsmərəm daha mən,
Tələsənlər yanlış yola düşürlər.
Mən bacımı öldürəni taparam,
Qılıncımı ürəyinə saplaram,
Şah buyuran yolu kənd-kənd çaparam,
Tələsənlər yanlış yola düşürlər.
Durub iz tap, dillərindən söz götür,
Dözüm ilə daşda mamır, ot bitir,
Sən bacımın qanlısını tap, gətir,
Tələsənlər yanlış yola düşürlər.
***
Turq Əlruşa dəyirmi qab göstərir,
Soy-kökünü qızıl qaba qazginən,
İgid başçı, ər döyüşçü, ağsaqqal,
Soy-kökünü qızıl qaba qazginən.
Turq oxuyur :- Gücər, Duru, Tur, Qızbax,
Daşar, Coşar, Odər, Arıq, Şah qızlıq,
Düzər, Yüzər, Qızot, Odər, İşdayaq,
Soy-kökünü qızıl qaba qazginən.
Əlruş deyir :-Turq lap başda yazılsın,
Parsa adı, Turq yanında qazılsın,
Bu qızıl qab gərək göydən asılsın,
Soy-kökünü qızıl qaba qazginən.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
224
Turq söyləyir :- yüzdən çoxdur bu adlar,
Turq kökünün şahı, əri burda var,
Əlruş deyir :- Ər yurdudur Mindiyar,
Soy-kökünü qızıl qaba qazginən.
Baxdı Turqa Əlruş tez-tez, düşündü,
El adını dəyişməkdən daşındı,
Parsa adı qorxu, ürkü, üşüntü,
Soy-kökünü qızıl qaba qazginən.
Deyir :- Elin “Cumər” qoyum adını,
Onda sürər Manay bura atını,
Gəlin otar dadar sevgi dadını,
Soy-kökünü qızıl qaba qazginən.
***
Turelyurdun Parsa qoymam adını,
Hər bir işdə kölgə salır ad ada,
Deyim, öncə qoy tapılsın qanlısı,
Hər bir işdə kölgə salır ad ada.
Parsa adı sonevinə qoyulsun,
Öncə gərək mənim adım sayılsın,
Qoy Azıel bunu bilib ayılsın,
Hər bir işdə kölgə salır ad ada.
O, baş əyib Turqa, döndü Turelə,
Turel Parsa olmamışdı, yox, hələ,
“Parsa” nədir, Hindel bizə lap gülər,
Hər bir işdə kölgə salır ad ada.
Parsa, bacım olsa belə satqındır,
O, sevgidə kişidən də çılğındır,
O, məndən çox öz Turquna yaxındır,
Hər bir işdə kölgə salır ad ada.
Ev tikdirrəm – dedi – Hexa, Mənişə,
Hindel gələr onlar ilə görüşə,
Karşla Maha, Məniş yurdu dəyişər,
Hər bir işdə kölgə salır ad ada.
Mən Əlruşam, gərək burda şah olam,
Bu şahlığı gərək Turqdan mən alam,
Hamı gərək ölüb gedə, mən qalam,
Hər bir işdə kölgə salır ad ada.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
225
***
Turq Əlruşa inanmırdı bu başdan,
İnam yoxsa, nə qardaşlıq, nə birlik,
Artıq yoxdu Cumər, Parsa, Əkbitən,
İnam yoxsa, nə qardaşlıq, nə bizlik.
Düşünürdü :- Bu cırtqozdur, sırtıqdır,
Yerinc olmaq istəyində yanıqdır,
Öz içində pöştələnən yazıqdır,
İnam yoxsa, nə qardaşlıq, nə birlik.
Bu Əlruşdan yerinc olmaz Parsaya,
Belə adam el qanına susayar,
Beləsini salma yurdda heç saya,
İnam yoxsa, nə qardaşlıq, nə birlik.
Mən Parsaya yeni yerinc qoyaram,
Ad -sanımı Çinə, Misrə yayaram,
Parsaqızı mən özümdən sayaram,
İnam yoxsa, nə qardaşlıq, nə birlik.
Misirel var, tanrılaşmış bir diyar,
O diyarda istəyim var, gözüm var,
Üzümüzə qoy açılsın qapılar,
İnam yoxsa, nə qardaşlıq, nə birlik.
Yoxsa çapır Mindiyarı Asurel,
Acıq artır aramızda ilbəil,
Yardım olsun bizə Misir və Babil,
İnam yoxsa, nə qardaşlıq, nə birlik.
***
Turqun döyüş səsləncləri gurladı,
Minbaşılar, başbaşılar sırada,
Asur gəlir üstümüzə dedilər,
Minbaşılar, başbaşılar sırada.
Turq, Şimşəkat, Şimşəkqılınc göründü,
Minel sevinc səslərinə büründü,
Hamı iti yarağına sarındı,
Minbaşılar, başbaşılar sırada.
Kişnəyirdi, yer eşirdi Şimşəkat,
Hamı durub öz yerində;
Toplumlarsa səkkiz bucaq, üç qanad,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
226
Minbaşılar, başbaşılar sırada.
Hörmə geyim, tuncdan, dəmir alınlıq,
Hörmə-hörmə, qat-qat dəmir qarınlıq,
Dəbilqədən sallaq qalan burunluq,
Minbaşılar, başbaşılar sırada.
Durmuşdular Tuncay, Günay, Manayqız,
Çinçay-alay, Çuqçu-alay, alay-qız,
Tək Alçiçək dayanmışdı tək, yalqız,
Minbaşılar, başbaşılar sırada.
Hindel, Asur bir-birinə sarılıb,
Turqa qarşı bir qanlı yol qurulub,
Mindiyardan Turel çıxır, ayrılır,
Minbaşılar, başbaşılar sırada.
***
Turq söylədi:-Asur, Hindel birləşib,
Hər birləşmə kimə isə qarşıdır,
Bizi sınaq döyüşünə çəkirlər,
Hər birləşmə kimə isə qarşıdır.
Buna Xruş əl qataraq qol qoyub,
Kiçik olmaq ad-sanından o doyub ,
Böyük olmaq istəyir o, el boyu,
Hər birləşmə kimə isə qarşıdır.
Beş min ildir Darvideli qırırlar,
Özlərinə yeni ölkə qururlar,
Ancaq qırıb qırışırlar, dururlar,
Hər birləşmə kimə isə qarşıdır.
Karş haçansa belə bir yol tutmuşdu,
O, Tureli alıb Hində satmışdı,
Kütbaşlıqda son cızığa çatmışdı,
Hər birləşmə kimə isə qarşıdır.
İndi Əlruş yorta-yorta iş qurur,
İki ölkə arasında at yorur,
Qonşularla aramızı o vurur,
Hər birləşmə kimə isə qarşıdır.
***
Turq söylədi: - Ayıq olun, qoymayın,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
227
Tanrılıqdır yeri-yurdu qorumaq,
İndi bizə tanrı bunu buyurur,
Tanrılıqdır yeri-yurdu qorumaq.
Vuruş iki ölkə ilə başlanır,
Köküslərdə ər ürəklər daşlanır,
Acıqana iti yaraq tuşlanır,
Tanrılıqdır yeri-yurdu qorumaq.
Mən Asurel, Tuncər Hindel üstünə,
Saman təpin acıqanın gönünə,
Çapın, yaxın uzununa, eninə,
Tanrılıqdır yeri-yurdu qorumaq.
Tuncər dedi:-Böyük Turqa and içək,
Qancılları qovaq yenə, biz biçək,
Mən arxada durram-dedi Alçiçək,
Tanrılıqdır yeri-yurdu qorumaq.
Biri gəldi, dağdı qaya duruşu,
Dedi:-Mənə yer göstərin, vuruşum,
İstəyində mən basdırım Xruşu,
Tanrılıqdır yeri-yurdu qorumaq.
Odərboydan mənə qardaş demişdi,
Biz bir yerdə acıqanla didişdik,
Üz tutaraq o, tanrıya qovuşdu,
Tanrılıqdır yeri-yurdu qorumaq.
***
O söylədi gur səsiylə hamıya:
-Güclü olsun gərək ərin arxası.
Mən Turqumun sağ qoluyam, oğulu,
Güclü olsun gərək ərin arxası.
Gərək Turqa kölə olum bu gündən,
Odərboydan kimi Minel önünə,
Öz borcumu gərək verim bir də mən,
Güclü olsun gərək ərin arxası.
-Bu, Ağüzdür,-Turq söylədi maraqla,
-Mənəm, gəldim yardım olum yaraqla,
Ağüzeldən burayacan ayaqla,
Güclü olsun gərək ərin arxası.
Turq söylədi:-Mənlə getsin Ağüzər,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
228
Əri isti nəfəsindən sevərlər,
Bir də əri ər içində gəzərlər,
Güclü olsun gərək ərin arxası.
Dan qızardı, buludları qan aldı,
Bulud keçdi, dağ başını gün aldı,
Atlı toplum iki yana yön aldı,
Güclü olsun gərək ərin arxası.
Turq əyildi, öpdü ana torpağı,
Dalğalandı Mindiyarın başrağı,
Yer şumladı yüz min atın dırnağı,
Güclü olsun gərək ərin arxası.
Yürüş söylənci
Acıqana yürüş burdan başladı,
Günəş gülür dağ dalından çıxanda.
Yer titrədi, bulud sallaq dayandı,
Günəş gülür dağ dalından çıxanda.
Turq da çapdı, düdükçülər qabaqda,
Keçdi döşdən, otlaqlardan, otlaqdan,
Dağ döşündə hələ yanmır ocaqlar,
Günəş gülür dağ dalından çıxanda.
Araşdırır yalı, yolu Ağüzər,
Arxasınca düdükçülər gedirlər,
Hər bir yeri göz qoyaraq güdürlər,
Günəş gülür dağ dalından çıxanda.
Soraq yoxdur acıqandan, Asurdan,
Yatır hələ sürünənlər çuxurda,
Səs-səmir yox bir sürüdən, naxırdan,
Günəş gülür dağ dalından çıxanda.
Bir düdükçü Ağüzəri çağırır,
Deyir burda göy biçiblər taxılı,
At dırnağı əzib otu, cığırı,
Günəş gülür dağ dalından çıxanda.
Necə asur görür Ağüz busquda,
Saçaq vardır başlardakı sarğıda,
Hamısı da dincəl-dıncəl yuxuda,
Günəş gülür dağ dalından çıxanda.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
229
***
Üstlərinə sürün-sürün gəlirlər,
Nələr olmur, nələr olur yuxuda.
Beşini də dolayırlar bir ipə,
Nələr olmur, nələr olur yuxuda.
Beşini də Ağüz basır o yerdə,
Əl-ayaqlar keçir qat-qat kəndirdən,
Alıb yıxır, guruldayır o, birdən,
Nələr olmur, nələr olur yuxuda.
Deyir:- Deyin, toplumunuz hardadır,
Biri deyir, toplum çox-çox daldadır,
Biri deyir, hələ uzaq yoldadır,
Nələr olmur, nələr olur yuxuda.
-Başçı kimdir bu döyüşdə, söyləyin,
Deməsəniz, bizdən ölüm diləyin,
Nədir onun bu yürüşdən diləyi,
Nələr olmur, nələr olur yuxuda.
Asur deyir:- Diləkləri bəllidir,
O Əlruşun başı çox-çox yellidir,
O, evyıxan, aravuran, dillidir,
Nələr olmur, nələr olur yuxuda.
Asurşahı o, yerindən oynadıb,
Ağlayaraq ürəkləri qanadıb,
Hindelin də Başevinə qan atıb,
Nələr olmur, nələr olur yuxuda.
***
Beş tutuğu göndərdilər Turqtaya,
Hər cığırda bir iz qoy ki, yol olsun.
Ağüz getdi irəliyə basaraq,
Hər cığırda bir iz qoy ki, yol olsun.
Üç gün, dörd gün, beş gün çəkdi bu yürüş,
Yoxdur daha bu gedişdə bir dönüş.
Görünməyir hələ qanlı bir döyüş,
Hər cığırda bir iz qoy ki, yol olsun.
İsti yollar, günsal yollar ağırdı,
Qumsallığa göydən alov yağırdı,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
230
Odlu günəş Ağüzəri yorurdu,
Hər cığırda bir iz qoy ki, yol olsun.
At çapırdı sağa, sola Ağüzər,
Bomboş idi qumsallıqda həndəvər,
Uzaqdasa oynaq-oynaq təpələr,
Hər cığırda bir iz qoy ki, yol olsun.
Yüyənini atın çəkdi, saxladı,
O, hər yanı bir-bir gəzdi, yoxladı,
“Odərboydan” deyib birdən ağladı,
Hər cığırda bir iz qoy ki, yol olsun.
On il qabaq dəniz burda çağladı,
Odərboydan batdı, eli dağladı,
Sular susdu, ancaq göylər ağladı,
Hər cığırda bir iz qoy ki, yol olsun.
***
Ağüz dedi:-Ağla, ağla, dənizim,
Adam udan dəniz çalar yaşıla.
Odərboydan sonevinə qovuşdu,
Adam udan dəniz çalar yaşıla.
Suqırağı çırpım-çırpım dalğalar,
Dalğalar da muncuq-muncuq sırğalar,
Quma hopur ləpə-ləpə yuxalar,
Adam udan dəniz çalar yaşıla.
Ağlar gördü düdükçülər Ağüzü,
“Odərboydan” “Odərboydan” hər sözü,
O yan, bu yan sürüyürdü dənizi,
Adam udan dəniz çalar yaşıla.
-Yaşıl dəniz, görüm al qan qusasan,
Yastılanıb göl olasan, susasan,
Gün altında yanıb-yanıb qarsasan,
Adam udan dəniz çalar yaşıla.
Yaşıl dəniz, dalğaların yellənir,
İçin susur, çopur üzün sellənir,
Dəniz baxır Ağüzərə, dillənir,
Adam udan dəniz çalar yaşıla.
-Mən vuruldum o igidin boyuna,
Döndüm onun sərin, mavi toyuna,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
231
Odərboydan düşdü mənim payıma,
Adam udan dəniz çalar yaşıla.
***
Dağ döşündə ocaq yandı gurladı,
Acıqanı görən gözlər alışır,
Ağüz çapdı beş ər ilə irəli,
Acıqanı görən gözlər alışır.
Yüz atlıyla Əlruş sallaq gəlirdi,
Öz içində Mindiyarı bölürdü,
O, uzaqdan Ağüzərə gülürdü,
Acıqanı görən gözlər alışır.
Əlruş, Ağüz dayandılar üz-üzə,
Qıpqırmızı qan sıçradı üz-gözə,
Əlruş güldü, səpələndi səs düzə,
Acıqanı görən gözlər alışır.
Dedi:-İndi sən çıxmısan ortaya,
Sən uzaqsan, qorxsan, bağrın çatlayar,
Toppuz vurram, gözün-başın partlayar,
Acıqanı görən gözlər alışır.
Ağüz dedi:-Sən Əlruşsan, ya Asur,
Yad ölkədən sən gəlirsən, gəl, qotur,
Tanrım, bizi sən gör kimə kim satır,
Acıqanı görən gözlər alışır.
Əlruş dedi:-Sonunuza çıxmışam,
Başevi də mən yandırıb yaxmışam,
Özüm Əlruş şah yerinə qalxmışam,
Acıqanı görən gözlər alışır.
***
Əlruş dedi:- Vayzaqlama çox da sən,
Yüz ildən bir gediş gərək dəyişsin.
Baş döyüşçü indi mənəm Asurda,
Yüz ildən bir gediş gərək dəyişsin.
-Mən gedişi dəyişərəm büsbütün,
-Mən biləni dəyişəcək o bu gün,
Bundan qabaq ərlər gərək döyüşsün,
Yüz ildən bir gediş gərək dəyişsin.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Dostları ilə paylaş: |