Söhrab Tahir "Ata" Poema-epos


Söhrab Tahir                                "Ata" Epos-poema II cild



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə26/69
tarix17.04.2017
ölçüsü6,34 Mb.
#14318
1   ...   22   23   24   25   26   27   28   29   ...   69

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

323 


 

Ər qocalsa öz yerinə ər qoyar. 

O, Ağüzü qoydu şahlıq yerinə 

Ər qocalsa öz yerinə ər qoyar. 

 

Ağüz aldı Dəmirqızı, toy oldu, 



O, Turqtaya, o Turərə tay oldu, 

Elçiçəyin göz yaşları çay oldu, 

Ər qocalsa öz yerinə ər qoyar. 

 

Elçiçəyin yalqızlaşdı ürəyi, 



Xırdalaşdı qızın qoşa bəbəyi, 

Sındı qılınc qanadının lələyi, 

Ər qocalsa öz yerinə ər qoyar. 

 

Bunu bilib Manayqızla Turq ata, 



Apardılar qızı uzaq Elata, 

Qoymadılar el-obaya bu çata, 

Ər qocalsa öz yerinə ər qoyar. 

Parsaeldə onu yerinc saydılar, 

Ad-sanını hər bir yana yaydılar, 

Yığıncaqda Turq yerinə qoydular, 

Ər qocalsa öz yerinə ər qoyar. 

 

O dinmədi, göz yaşını qurutdu, 



Ürəyini, sevgisini ovutdu, 

Bu yer onun acığını soyutdu, 

Ər qocalsa öz yerinə ər qoyar. 

 

                  *** 



 “-Anam, bacım, sevgi, əl çək könlümdən, 

Sevgi gəldi, bir də geri dönməyir. 

Məndən əl çək, soyu, yazıq, ölüşgə, 

Sevgi gəldi, bir də geri dönməyir. 

 

Çox çəkmədi, qızın könlü dəyişdi, 



O, gecələr öz-özüylə döyüşdü, 

Yuxularda Dəmirqızla çəkişdi, 

Sevgi gəldi, bir də geri dönməyir. 

 

“-Ağüz məni almalıydı, onu yox, 



Bu sevgidir, onun yönü-yanı yox, 

Dolanışda, yaranışda sonu yox, 

Sevgi gəldi, bir də geri dönməyir. 

 

Sevgim qayıt, qayıtmasan boğ məni, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

324 


 

Tanrım, götür, sən yenidən doğ məni, 

Anam-bacım yırğalama çox məni, 

Sevgi gəldi, bir də geri dönməyir. 

 

Mən burada qala bilməm, gedəri, 



Gedərilər sevir, ancaq ötəri, 

Yoxdur belə sevgilərin dəyəri, 

Sevgi gəldi, bir də geri dönməyir. 

 

Şah qızıyam, bu gedişlə barışmam, 



Sevənlərin sevgisinə qarışmam, 

O cütlüyün dam-daşına sarmaşmam, 

Sevgi gəldi, bir də geri dönməyir. 

                   *** 

 “-Anam-bacım, sevgim, gedək mənimlə, 

Dilsiz sevgi yara olur ürəkdə. 

Gedim, söylənc, “deyim “yığım ölkədən, 

Dilsiz sevgi yara olur ürəkdə. 

 

Nə olsun ki, evim vardır, qızıldan, 



Mən şah qızı sayılıram azından, 

Qal mənimlə, illər boyu sızılda, 

Dilsiz sevgi yara olur ürəkdə. 

 

Söylənc yığım, sevgi dili bilim mən, 



Yalan, yoluq sevgilərə gülüm mən, 

Gedim sevgi yollarında ölüm mən, 

Dilsiz sevgi yara olur ürəkdə. 

 

Ahay, yollar, yollar üstü daxmalar, 



Ahay, məni özgə sayan doğmalar, 

Ahay, ordan-burdan gələn yığmalar, 

Dilsiz sevgi yara olur ürəkdə. 

 

Yola salın məni boğuq sevgilər, 



Gözü batıq, saçı yoluq sevgilər, 

Sevgilidən uzaq, qopuq sevgilər, 

Dilsiz sevgi yara olur ürəkdə. 

 

Ta ağlama, yazıq sevgim, gəl, gedək, 



Gedək, gedək, çox gözlərdən biz itək, 

Gedək uzaq ucqarlara təkbətək, 

Dilsiz sevgi yara olur ürəkdə. 

 

                 *** 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

325 


 

Manay dedi:-Getmə sınar Turq ata, 

Sınıqların kövrək olur dözümü. 

Gedim söylənc yığım-dedi Elçiçək, 

Sınıqların kövrək olur dözümü. 

 

Manay dedi:-Qal burada yerinc ol, 



Ata, ana ürəyinə sevinc ol, 

Mənim ağlar göz yaşıma təpinc ol, 

Sınıqların kövrək olur dözümü. 

 

Şah qızısan, tək yollanma yollara, 



Tək dırmaşma kənd yolunda yallara, 

İlişərsən tikanlara, kollara, 

Sınıqların kövrək olur dözümü. 

 

Çox yalvardı, Manay, ancaq olmadı, 



Acıqlı qız Parsaeldə qalmadı, 

Öyüd-möyüd heç vecinə almadı, 

Sınıqların kövrək olur dözümü. 

 

Yola düşdü, o yanıqlı, o dağlı, 



Üstü-başı tanınmazdır, üz bağlı, 

Arxasınca gizli neçə yaraqlı, 

Sınıqların kövrək olur dözümü. 

 

Öz-özündən qaçmaqdaydı Elçiçək, 



Söylənc yığan güllər üstdə kəpənək, 

Hər bir güldə sevgi, deyim bir ətək, 

Sınıqların kövrək olur dözümü. 

 

                   *** 



Çox el, çox yurd, çox-çox yollar keçdi o, 

Söylənc topla, keçmişləri dirilt sən, 

Dinclik tapdı təkcə Uğureldə o, 

Söylənc topla, keçmişləri dirilt sən. 

 

Söylənc, deyim, qoşma, öyüd, bayatı, 



El dilində nələr vardır, nə yatıb, 

Sevgi dolu mahnılar var, qanadlı, 

Söylənc topla, keçmişləri dirilt sən. 

 

Uğurelin Başevi var, başçı yox, 



Başçı yoxdur, ancaq boş-boş işçi çox, 

Soyuqlaşıb burda gözlər, çox soyuq, 

Söylənc topla, keçmişləri dirilt sən. 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

326 


 

 

Elçiçəyin baxışları gözəldi, 



Qaş çatıldı, göz alışdı, bərəldi, 

Ölü idi, sanki birdən dirildi, 

Söylənc topla, keçmişləri dirilt sən. 

 

Dedi:-Hanı Bacar, Tuncər, Qızçiçək, 



Bu Başevə əltut olum mən gərək, 

Yaraqlılar şişib,olub göbələk, 

Söylənc topla, keçmişləri dirilt sən. 

 

Yazı yazdı atasına “Turq ata, 



Yardım elə, yerinc göndər buraya, 

Yoxsa alar buraları çor, qada”, 

Söylənc topla, keçmişləri dirilt sən. 

 

                  *** 



Elçiçəyi görüb hamı sevindi, 

Eldə gərək başçı olsun, baş olsun. 

Bu ad gedib çatdı uzaq kəndlərə, 

Eldə gərək başçı olsun, baş olsun. 

 

Ellər gəldi, dağı, yalı aşdılar, 



Urumçuda dinib, deyib daşdılar, 

Elçiçəyə, Turqa mahnı qoşdular, 

Eldə gərək başçı olsun, baş olsun. 

 

Ağüz gəldi, Dəmirqızla Eldəbir, 



Niyə belə boşalıbdır bu kəndir? 

Uğurelin susqunluğu nədəndir? 

Eldə gərək başçı olsun, baş olsun. 

 

Qız Ağüzü görüb azca qımışdı, 



Gözü-başı bir-birinə qarışdı, 

Iki baxış üzləşərək tapışdı, 

Eldə gərək başçı olsun, baş olsun. 

 

Ağüz dedi:-Baş əyirəm Sizə mən, 



Mən deyirəm Turq atanın dilindən, 

 

Seçilmisən Uğurelə yerinc sən! 



Eldə gərək başçı olsun, baş olsun. 

 

Üstəlik də Eldəbiri götürdüm, 



Onu Sizə bir yardımçı gətirdim, 

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

327 


 

Tapşırığı bunca Sizə yetirdim, 

Eldə gərək başçı olsun, baş olsun. 

 

                 *** 



Elçiçəyin başı sanki fırlandı, 

Baş-göz susur sevgilini görəndə. 

Ələ aldı o, bir anlıq özünü, 

Baş-göz susur sevgilini görəndə. 

 

Üz saraldı, döndü sarı heyvaya, 



Yanaqları bayaz, solğun almaya, 

Yara dəydi, yara üstən yaraya, 

Baş-göz susur sevgilini görəndə. 

 

Elçiçəyi belə görüb o qorxdu, 



Necə oldu, Ağüz belə karıxdı, 

Qızçiçəyi düşünərək doluxdu, 

Baş-göz susur sevgilini görəndə. 

 

Bir yol ona söyləmişdi Qizçiçək, 



Səni sevir mənim balam Elçiçək, 

Qız sevgidən solğunlaşıb, nə bilmək, 

Baş-göz susur sevgilini görəndə. 

 

Elçiçəyin könlü birdən sıxıldı, 



Ayaq üstə valayladı, yıxıldı, 

Dörd yanına yaxınları yığıldı, 

Baş-göz susur sevgilini görəndə. 

 

Ağsaqqallar söylədilər:-Yerincdir! 



Yerinc olmaq qıza böyük sevincdir, 

Sevincdənsə ürəkaxdı gülüncdür, 

Baş-göz susur sevgilini görəndə. 

 

                 *** 



Gəlib gördü bu olayı Dəmirqız, 

Tanrı, nələr bacarmayır dolanış. 

Üç adama bəlli idi bu sevgi, 

Tanrı, nələr bacarmayır dolanış? 

 

Dəmirqızı çəkdi Ağüz qırağa, 



Dedi:-Daşma, bu yaraşmaz qonağa, 

O, bir azdan qalxacaqdır ayağa, 

Tanrı, nələr bacarmayır dolanış? 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

328 


 

Danışığı ikibaşlı görüncə, 

Dəmirqızı aldı dərin düşüncə, 

Baxdı bir də o bayılan yerincə, 

Tanrı, nələr bacarmayır dolanış?! 

 

“-Görən niyə belə deyir minbaşı? 



Niyə belə bərk qolumdan yapışıb? 

Baxışları bir-birinə dolaşıb, 

Tanrı, nələr bacarmayır dolanış?! 

 

                  *** 



Onlar Turqu soruşdular gəlindən, 

-Turq tanrıdır, neçə qucaq işıqdır. 

Bunu dedi gələnlərə Dəmirqız, 

-Turq tanrıdır, neçə qucaq işıqdır. 

 

Qocalsa da “Minel” düşmür dilindən, 



Ağır qılınc, sallan-sallaq belindən, 

Tutaq, toppuz, bizuc hələ əlində, 

Turq tanrıdır, neçə qucaq işıqdır. 

 

Gedir ova, çıxır dağa, örüşə, 



Gedir hərdən “Ana qurd”-la görüşə, 

Hərdən Başev işlərinə girişən, 

Turq tanrıdır, neçə qucaq işıqdır. 

 

Qocalmayır tanrı, osa qocalır, 



Qocalsa da tanrılaşır, ucalır, 

Üç yüz yaşa çatmağına az qalır, 

Turq tanrıdır, neçə qucaq işıqdır. 

 

Biz hamımız onu tanrı sanırıq, 



Biz onunla yaşayırıq, yanırıq, 

Üstüağı, İşdayağı anırıq, 

Turq tanrıdır, neçə qucaq işıqdır. 

 

                 *** 



Bir ağsaqqal çıxdı, belə söylədi, 

Başsız qalan el hər səsdən diskinir. 

Göydən gələn səsdən qorxur el-oba, 

Başsız qalan el hər səsdən diskinir. 

 

Qızçiçəkdir, gəlir tez-tez bağırır, 



Bacarını, Tuncərini çağırır, 

Bu səs eldə qorxu, hürkü doğurur, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

329 


 

Başsız qalan el hər səsdən diskinir. 

 

Deyən yoxdur bacım, anam, nə olub, 



Biri gəlir, biri gedir, dağılır, 

Adam ölür, gedir bir də doğulur, 

Başsız qalan el hər səsdən diskinir. 

 

Deyən yoxdur, toxda bir az, kiri sən, 



Bu yaşında neynəyirsən əri sən, 

Bacar, Tuncər öldü, sənsə dirisən, 

Başsız qalan el hər səsdən diskinir. 

 

Bilsəm məni eşidər o, söylərəm, 



İş-gücünü alqışlaram, küylərəm, 

Birdən məni lağa qoysa neynərəm, 

Başsız qalan el hər səsdən diskinir. 

 

                  *** 



Ağüz dedi:-Yerinc olub Elçiçək, 

Qızlar yerdə göyün tanrı kölgəsi. 

Qızçiçəyin doğmasıdır Elçiçək, 

Qızlar yerdə göyün tanrı kölgəsi. 

Elçiçəyin duyğuları ipəkdir, 

Səsi, sözü ipəkdən də titrəkdir, 

Söyləncləri dinləyərkən kövrəkdir, 

Qızlar yerdə göyün tanrı kölgəsi. 

 

O, dil töküb Qızçiçəyi susdurar, 



Onu səslər Altyerindən azdırar, 

Bacarlaşan sevgisini basdırar, 

Qızlar yerdə göyün tanrı kölgəsi. 

 

Toxdayacaq onda bir az Qızçiçək, 



Altyerindən qopub bura gələcək, 

O qalacaq bizlə, bizdə itəcək, 

Qızlar yerdə göyün tanrı kölgəsi. 

 

Dəmirqızı incik saldı Ağüzər, 



Elçiçəyi bəyəndirən bu sözlər, 

O duydu ki, kül altında var közlər, 

Qızlar yerdə göyün tanrı kölgəsi. 

 

                   *** 



Qızçiçəyin səsi lapdan gurladı: 

-Tanrı bütün səsi, sözü eşidir! 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

330 


 

Eşidirəm mən də sizi uzaqdan, 

Tanrı bütün səsi, sözü eşidir 

 

Qoy kimsəsiz səsim elə yayılsın, 



Qızçiçəyəm Üstyer yurdum sayılsın, 

Qoy Uğurel igidləri ayılsın, 

Tanrı bütün səsi, sözü eşidir. 

 

Mən Ağüzdən, Dəmirqızdan küsürəm, 



Uğureldən ayağımı kəsirəm, 

Acığımdan bunca tir-tir əsirəm, 

Tanrı bütün səsi, sözü eşidir. 

 

Mən Bacarın sevgisiyəm, ölmərəm, 



Mən Bacarsız sevinmərəm, gülmərəm, 

 

Mən sevgisiz yaşaya da bilmərəm, 



Tanrı bütün səsi, sözü eşidir. 

 

Qızçiçəyəm, kimsəsizəm, ortada, 



Altyer, Üstyer içrə qaldım arada, 

Qoy yer versin mənə böyük yaradan, 

Tanrı bütün səsi, sözü eşidir. 

 

                  *** 



Bir ağlamaq səsi gəldi uzaqdan, 

Kimsəsizlik harayıdır ağlamaq. 

Ağlayırdı uzaqlarda Qızçiçək, 

Kimsəsizlik harayıdır ağlamaq. 

 

Ağüz dedi:-Qızçiçəksən, anamsan, 



Uğurelə tanrı kimi yanansan, 

Sən küləksən, sən yağışsan, dumansan, 

Kimsəsizlik harayıdır ağlamaq. 

 

Bu ağlamaq, bu sızlamaq de nədən? 



Sən ana ol, sənə oğul olum mən, 

Gəl bizlə qal, bizlə yaşa yenidən, 

Kimsəsizlik harayıdır ağlamaq. 

 

Sən anasan, çevrilibsən tanrıya, 



Yardım əli uzadırsan hamıya, 

Sən anasan mənə,Turqa, Tanıya, 

Kimsəsizlik harayıdır ağlamaq. 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

331 


 

Gəl yerüstdən düşərliyi qovginən, 

Qancılların burunların ovginən, 

Mindiyara tanrı səsi yayginən, 

Kimsəsizlik harayıdır ağlamaq. 

 

               *** 



Elçiçəyin səsləncləri gurladı, 

El inanır yeni gələn yerincə. 

Uğureli dinqir səsi bürüdü, 

El inanır yeni gələn yerincə. 

Bəyəndilər Ağüzərin sözünü, 

Görsələr də görünməzin özünü, 

Unutdular onun çılğın səsini, 

El inanır yeni gələn yerincə. 

 

Bir ay sonra Çinə getdi Elçiçək, 



O danışdı Xaqan ilə təkbətək, 

Qonşulaşdı qara yağla al ipək, 

El inanır yeni gələn yerincə. 

 

Çin, Uğurel dartım ipək yol oldu, 



Qara yağın adı Çinə yayıldı, 

Qardaşlığın dib daşları qoyuldu, 

El inanır yeni gələn yerincə. 

 

Elçi gəldi Əkbitəndən, Xançudan, 



Qız verdilər, qız aldılar qonşudan, 

Yaşadılar qardaş kimi yanbayan, 

El inanır yeni gələn yerincə. 

 

                  *** 



Tikin yeni Əkbitəni!-dedi-Turq, 

Yıxılanı, uçulanı qaldırın! 

Başev yandı, o, yenidən tikilsin, 

Yıxılanı, uçulanı qaldırın! 

 

Ağüz dedi:-Qoy ucalsın ağ başraq, 



Başev artıb Odərboydan olacaq, 

Asur, Balasq bizdən ipək alacaq, 

Yıxılanı, uçulanı qaldırın! 

 

Ağüz dedi:-Az olsa da az yaşı 



Eldəbiri qoyaq burda yüzbaşı, 

Olsun burda Elçiçəyin qardaşı, 

Yıxılanı, uçulanı qaldırın! 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

332 


 

 

Qızçiçəyin səsi düşdü uzağa, 



-Mən gedirəm-dedi-uca Duzdağa, 

 

Nuhçatanı qaldıraram ayağa, 



Yıxılanı, uçulanı qaldırın! 

 

                *** 



Buludların səsləncləri gurladı, 

Göy səslənib gurlayanda yer susar, 

Tanrı dedi:-Yaşayacaq Mindiyar, 

Göy səslənib gurlayanda yer susar. 

 

Dedi:-Yaşa Minel ilə Mindiyar, 



Ad qoyublar burda şahlar, başçılar, 

Bu ölkədə tanrılaşan Tur-Bax var, 

Göy səslənib gurlayanda yer susar. 

 

Dəmirqızın səsi gəldi Başevdən: 



-Mən boyluyam min-minbaşı Ağüzdən, 

Mən anamı doğacağam yenidən, 

Göy səslənib gurlayanda yer susar. 

 

Eldəbir də öz-özünə söylədi, 



Anasıtək o da bala dilədi, 

“Ana”  deyib gizli-gizli mələdi, 

Göy səslənib gurlayanda yer susar. 

 

Göyə tutdu tək əlini Alçiçək, 



Dedi:-Tanrım, çox yaşasın Turq gərək, 

Manay qızdır, qocalmasın qız gərək, 

Göy səslənib gurlayanda yer susar. 

 

 



 

       

     Turqa tanrı öyüdü söylənci 

 

Yer üzünə bir də Zərdüşt gələcək, 



O, tanrının oğlu, tanrı yoludur. 

O gələndə sən də tanrılaşarsan, 

O, tanrının oğlu, tanrı yoludur. 

 

Yer üzünə Budda gəlsə, yaxın dur, 



O, Sərtüzə bizə kökdən yaxındır, 

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

333 


 

İnsanları haqqa qoşan haqq odur, 

O, tanrının oğlu, tanrı yoludur. 

 

Yer üzünə Məryəm, İsus gələcək, 



Onu tanrı öz övladı biləcək, 

Böhtanları yer üzündən siləcək, 

O, tanrının oğlu, tanrı yoludur. 

 

Turq, Məhəmməd doğulacaq doğuda, 



Tanrılaşıb yaranışda, qurquda, 

Ayılacaq yuxulular yuxuda, 

O, tanrının oğlu, tanrı yoludur. 

 

Sən də sonda tuş gələrkən Alpisə, 



Dur Bacar tək o ölümlə üz-üzə, 

Öncə tapşır Mindiyarı Ağüzə, 

O, tanrının oğlu, tanrı yoludur. 

 

Turq, sənin də tanrılıqda adın var, 



İlk yaranış, son barışıq – Mindiyar, 

Turq barışda, Turq vuruşda baş çapar, 

O, tanrının oğlu, tanrı yoludur. 

 

Mindiyarın on min ildən çox yaşı, 



Tanrılarla qoyulubdur dibdaşı, 

Çox-çox ellər, çox uluslar qardaşı, 

O, tanrının oğlu, tanrı yoludur. 

 

Turq hər yerdə doğulacaq, qalacaq, 



Gücü, işi tanrısayaq olacaq, 

O, Alpisdən çox öc-acıq alacaq, 

O, tanrının oğlu, tanrı yoludur. 

 

                 *** 



 

Tanrı dedi:-Oğullarım, qızlarım, 

Barış üstə daуanmışdır daуanış, 

 

Barış olsun, eу Turq, һər bir уürüşün, 



Barış üstə daуanmışdır daуanış. 

 

Tanrı dedi:-Mindiуarı gəz, dolaş, 



Nə qan olsun Mindiуarda, nə savaş, 

Hər bir elə Turq adınla sən уanaş, 

Barış üstə daуanmışdır daуanış. 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

334 


 

 

Tanrı dedi:-Yaman, Turqu qarşıla, 



Bütün düzlər gərək ona qoşula, 

Yer bürünsün al qana уox, уaşıla, 

Barış üstə daуanmışdır daуanış. 

 

Böуüklükdə ilk oğlumdur o, mənim, 



Saxlaуacaq barış üstə ölkəni, 

Çatdıracaq sonevinə o, səni, 

Barış üstə daуanmışdır daуanış. 

 

Turqtaуındır Körfəz, Çinçaу, Buzboğaz, 



Bu уerlərin barı boldur, çoru az, 

Daуanışa al qurşaqdır, göу palaz, 

Barış üstə daуanmışdır daуanış. 

 

Qoу Turq olsun һamı biri-birinə, 



Hamı gərək eldə Turq tək görünə, 

Oğullaşın Odərboуdan уerinə, 

Barış üstə daуanmışdır daуanış. 

 

                     *** 



 

Tanrı dedi:-Daуanışın sonu уox, 

Daуanışdan һərə bir ad qoparsın, 

Yaу, qış kimi, daуanış da dəуişir, 

Daуanışdan һərə bir ad qoparsın. 

 

Dəуişəcək, incələcək уalanlar, 



Qalacaqdır уaxşılarla уamanlar, 

Görüşəcək ölənlərlə qalanlar, 

Daуanışdan һərə bir ad qoparsın. 

 

Çəkiləcək уurdarası kəndirlər, 



Qanadlanıb uçacaqdır dəmirlər, 

Sarıуacaq уer üzünü təkərlər, 

Daуanışdan һərə bir ad qoparsın. 

 

Hamı gəlib gücü Turqdan alacaq, 



Turqun adı barış kimi qalacaq, 

Gözəlliklər bütün Turqun olacaq, 

Daуanışdan һərə bir ad qoparsın. 

 

Yer üzündən silinəcək qan-qada, 



Lap уenidən doğulacaq һər adam, 

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

335 


 

Dönəcəkdir Yaman quru bir ada, 

Daуanışdan һərə bir ad qoparsın. 

 

Ağır gündə siz sığının Tanrıуa, 



Tanrı sizin уaranızı sarıуar, 

Tanrı sizi qan-qadadan qoruуar, 

Daуanışdan һərə bir ad qoparsın. 

 

                   *** 



Tanrı dedi:-İgid Turqlar, Cumərlər, 

Yer üzündə kim çox bilir, o gücdür, 

Yerin, göуün alt, üstünü öуrənin, 

Yer üzündə kim çox bilir, o gücdür. 

 

Tanrılaşın gözəlliklə, biliklə, 



Uçun göуə quşla, püflü köpüklə, 

Qaуnaq olun tunc, dəmirə körüklə, 

Yer üzündə kim çox bilir, o gücdür. 

 

Gəzin, tapın, açıqlaуın уoxları, 



Bilik ilə baş olacaq çoxları, 

Bilik üzə çıxaracaq laxları, 

Yer üzündə kim çox bilir, o gücdür. 

 

Yer üzündə nə var, bilin, sizindir, 



Son gəzməуin, varlıq dilin, sözündür, 

 

Sonra һər şeу suуun, qarın, buzundur, 



Yer üzündə kim çox bilir, o gücdür. 

 

Hər bir işdə Tanrı deуin, güllənin, 



Bir danışın, bir уeriуin, dillənin, 

Yamanlara qarşı durun, sellənin, 

Yer üzündə kim çox bilir, o gücdür. 

 

Yer üzündə dəmir Tanrı olacaq, 



O, sudan da alov, şimşək alacaq, 

Yaman görüb bu işləri solacaq, 

Yer üzündə kim çox bilir, o gücdür. 

 

                  *** 



Tanrı dedi:-İgid Turqlar, Cumərlər, 

Toplu olun, dağılmasın sıranız, 

Yer üzünə уaşıl qurşaq sizsiniz, 

Toplu olun, dağılmasın sıranız. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 


Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin