Söhrab Tahir "Ata" Epos-poema II cild
271
Dedi:-Gedin, ana qurdu gətirin,
Onu mənə, onu mənə yetirin,
Sağalmışam, bu yatağı götürün,
Qurd uladı, yatanları oyatdı.
Dedi:-Gedin, tapın onu, səsləyin,
Bir ev tikin, onu orda bəsləyin,
O, tanrıdır, tanrılığın gözləyin,
Qurd uladı, yatanları oyatdı.
Dedi:-Məni o qurtardı ölümdən,
O ayrıldı sürüsündən, elindən,
Döyüşlərdə o yapışdı əlimdən,
Qurd uladı, yatanları oyatdı.
***
Turq sağaldı, qopdu ölüm əlindən,
Ölüm hər an dörd yanında gəzişir.
O geyindi döyüş-vuruş geyimi,
Ölüm hər an dörd yanında gəzişir.
Bir gün səhər tezdən ova gedirdi,
Şimşəkatla küləkləri ötürdü,
Hərdən seyrək meşəlikdə itirdi,
Ölüm hər an dörd yanında gəzişir.
Bir qazıntı gördü, atı saxladı,
Düşdü baxdı, o, qazmanı yoxladı,
Nə gördüsə, Turqun içi laxladı,
Ölüm hər an dörd yanında gəzişir.
Qurdu gördü, burda yuva salmışdı,
Evdən qaçıb deyən bura gəlmişdi,
Sonev qazıb öz-özünə ölmüşdü,
Ölüm hər an dörd yanında gəzişir.
***
Turq oturdu, baxdı, baxdı, ağladı,
Çox kişilər hər ölənə ağlamır.
Turq ağladı bu ağrılı ölümə,
Çox kişilər hər ölənə ağlamır.
Dedi:-Sənsən altı bala anası,
Beşi öldü, altıncı-mən-qalası,
Ana qurdum, mənim köksüm parası,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
272
Çox kişilər hər ölənə ağlamır.
Qızılcanı sən yalayıb udubsan,
Sən onunla bu çuxurda yatıbsan,
Alıb onu bu sonevə qatıbsan,
Çox kişilər hər ölənə ağlamır.
Ana qurdum, mənim tanrım, inancım,
Öldü getdi sənin ilə o qancıl,
Göyərməsin daha o pis yabançı,
Çox kişilər hər ölənə ağlamır.
Mən ağlaram sənin üçün, yaraxlım,
Aramızda olmayacaq uzaqlıq,
Nə meşəlik, nə yamaclıq, nə dağlıq,
Çox kişilər hər ölənə ağlamır.
***
Turq götürdü dəbilqəni başından,
Tunc dəbilqə igidlərə yaraşır.
Qoydu qurdun sonevinin üstünə,
Tunc dəbilqə igidlərə yaraşır.
Gecə qaldı Şimşəkatla orada,
Hərdən durub o ağladı arada,
Dedi:-Qurdu yenə dirilt, yaradan,
Tunc dəbilqə igidlərə yaraşır.
Torpaq tökdü, ana qurdu quyladı,
Sonra özü durub qurd tək uladı,
Meşələri, ormanları hayladı,
Tunc dəbilqə igidlərə yaraşır.
XVI QAPI
Ana ürəyi söylənci
Odərpaya, Odərboya çəkməyib,
Doğrusayaq yığan idi Elçiçək,
Öldürməyi, öc almağı sevmirdi,
El qoruyan qalxan idi Elçiçək.
Çəkməyirdi ürəyini, gözünü
Boya-boya yun, ip, ipək geyimlər.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
273
Sarsıdırdı onu eldə deyilən
Doğrusayaq, inancqurşaq deyimlər.
İstəyinin qanadıyla uçurdu
Doğrusayaq, inancqurşaq düzlərə,
El- obada qucağını açırdı
Ürək açan, könülyaxan sözlərə.
O sevirdi danışığı, söylənci,
Hərəsində yeni tutum tapırdı.
O gəzdikcə hər deyimdən bir inci,
Hər mahnıdan bir gözəllik qapırdı.
Gələ-gələ Uğurelə çatmışdı,
Döyüşlərin, basarların oylağı.
Sevinclərə, çiçəklərə batmışdı
Odərboyun gözəl-göyçək qonağı.
***
Bir ay qaldı, ordan getdi Duzdağa,
Yaranışa sorğu olur gəzənlər.
Hər ölkədə nələr-nələr görürdü,
Yaranışa sorğu olur gəzənlər.
Duzdağdan da endi gəldi Muğana,
Muğandan da gəldi Odərboydana.
Göz zillədi, o boylandı hər yana,
Yaranışa sorğu olur gəzənlər.
Eşitdilər, qonaq gəlib şah qızı,
Bəzədilər yurdu, eli, dam, düzü,
Varda, yoxda, ye-içməkdə yox gözü,
Yaranışa sorğu olur gəzənlər.
O göz qoyur yurdun hər dam-daşına,
Doğruyalan, yalandoğru yığır o,
Eşitdilər, ürəyinə, başına
Qoşma-qoşma ağı-ağrı yığır o.
Yığışdılar, el-obadan gəldilər,
Elçiçəklə danışdılar, güldülər,
Şah qızının yazdığını bildilər,
Yaranışa sorğu olur gəzənlər.
***
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
274
Biri qoşma, biri söylənc söylədi,
Söylənc-qoşma keçmişidir ellərin.
Doğrusayaq, yalandoğru dedilər,
Söylənc-qoşma keçmişidir ellərin.
Biri çıxdı, od-alovlu danışdı,
Göy gözləri ulduz kimi sayrışdı,
Göz yaşları sözlərinə qarışdı,
Söylənc-qoşma keçmişidir ellərin.
Dedi:-Gözəl, yapışıqlı Elçiçək,
Bir olmuşu sənə deyim mən gərək,
Danışırdı o, tələsik, o, titrək,
Söylənc-qoşma keçmişidir ellərin.
Bir söylənc var, eşidibdir bu Muğan,
Bu Muğanı qoruyubdur yaradan,
Bir anayla bir qız olub, bir oğlan,
Söylənc-qoşma keçmişidir ellərin.
Qızın adı Demriz, oğlan Eldəbir,
Buralarda söylənc belə söylənir,
Bir gün bu ev başçısını itirir,
Söylənc-qoşma keçmişidir ellərin.
***
Ana qalır çox-çox çətin ayaqda,
Ev-eşiyi dolandıran kişidir.
Təkbaşına uşaqları böyüdür,
Ev-eşiyi dolandıran kişidir.
Çiçək kimi solur, gedir uşaqlar,
Heyvasayaq, sarı-sarı yanaqlar,
Kimə gərək susuz qalan budaqlar,
Ev-eşiyi dolandıran kişidir.
Kimsə saymır elə bil ki onları,
Dolanışın baxışları sapsarı,
Hər kişinin öz köçü var, öz varı,
Ev-eşiyi dolandıran kişidir.
Oğlan qoçaq, atası tək dik olur,
Ac olsa da üzü kökdür – dop-dolu,
Zəngin arıq, yoxsul nədən kök olur?
Ev-eşiyi dolandıran kişidir.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
275
Ova gedir, dərz bağlayır, ot çalır,
Hər yüz dərzə o, bircəcik dərz alır,
Ancaq yenə o, dərz kimi saralır,
Ev-eşiyi dolandıran kişidir.
***
Eldəbirə tanrı ürək vermişdi,
Yaşayasan necə təkcə ürəklə.
Ancaq ona böyük ürək vermişdi,
Yaşayasan necə təkcə ürəklə.
Eldəbirin enli köksü, kürəyi,
Yumuşaqdan lap yumuşaq ürəyi,
Oyuncaqdır onun gənclik istəyi,
Yaşayasan necə təkcə ürəklə.
O sevirdi, bəyənirdi hamını,
Bir bilirdi hər bir evi, qapını,
Bir görürdü ağı, göyü, sarını,
Yaşayasan necə təkcə ürəklə.
Çox sevirdi öz oğlunu anası,
O olmuşdu gözün ağı-qarası,
Sevilirdi el içində balası,
Yaşayasan necə təkcə ürəklə.
Ana onla sevinirdi, gülürdü,
Öz oğlunu göy adamı bilirdi,
Onun üçün dirilirdi, ölürdü,
Yaşayasan necə təkcə ürəklə.
***
Yaz gəlmişdi, gülüşürdü çiçəklər,
Yaz ürəyə sevgi-sevinc gətirir.
Sanki daş da sevib-sevmək istəyir,
Yaz ürəyə sevgi-sevinc gətirir.
Bir gün dağlar arxasından Eldəbir
Ürək açan mahnı səsi eşidir.
Nədir bu səs, görən o qız nə deyir,
Yaz ürəyə sevgi-sevinc gətirir.
Alçiçəklər verib bu gün qol-qola,
Qor səpilib elə bil ki, yol-yala,
Bu mahnını oxuyan qız kim ola,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
276
Yaz ürəyə sevgi-sevinc gətirir.
Nə gözəldir, nə incədir bu mahnı,
Alıb bu səs hər qulağı, hər yanı,
Niyə bu qız görünməyir, o, hanı,
Yaz ürəyə sevgi-sevinc gətirir.
Bu səs niyə salıb məni uyğuya,
Çəkib mənim ürəyimi yanğıya,
Sanki mən də bir mahnıyam, duyğuyam,
Yaz ürəyə sevgi-sevinc gətirir.
***
-Ana, bu səs hardan gəlir, nə səsdir,
-Oğlum, yazdır, bu, quşların səsidir.
-Ana, o qız necə gözəl oxuyur,
-Oğlum, yazdır, bu, quşların səsidir.
Ana gördü Eldəbiri səs alıb,
Mahnı səsi ürəyinə yurd salıb,
Səs yönünə o boylanır, ucalır,
-Oğlum, yazdır, bu, quşların səsidir.
Ana bir az ürəkləndi, sevindi,
Dedi, duyur gizlinləri o, indi,
Balasının duyğusunu bəyəndi,
-Oğlum, yazdır, bu, quşların səsidir.
Eldəbiri mahnı səsi kəsirdi,
O mahnıdan könlü kal-kal əsirdi,
Ana baxıb sevinirdi, susurdu,
-Oğlum, yazdır, bu, quşların səsidir.
-Tanrı səsi duymaqdayam səsdə mən,
Bizə sarı gəlir bu səs deyəsən,
Məni niyə çağırmaqda o, hərdən,
-Oğlum, yazdır, bu, quşların səsidir.
***
Üç aşırım, üç dağ, üç kənd arada,
Çəkir səni yatımlı səs, incə səs.
Hərdən gedib qayıdırdı Eldəbir,
Çəkir səni yatımlı səs, incə səs.
-Kimsən, gözəl, niyə belə küsülü,
Sanki yolun hər bir yandan kəsilib,
Elə bil ki, için sapdan asılıb,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
277
Çəkir səni yatımlı səs, incə səs.
Bil ki, anam olmasaydı gələrdim,
İstəyini öyrənərdim, bilərdim,
Göz yaşını göz yaşımla silərdim,
Çəkir səni yatımlı səs, incə səs.
Gözəl, niyə sən bu sayaq dolubsan,
Sızlayırsan, kimdən yara alıbsan,
Haralarda gizli yuva salıbsan,
Çəkir səni yatımlı səs, incə səs.
Təkliyini təkliyimə qataram,
Harda olsan gəlib sənə çataram,
Çatıb, ay qız, əllərini tutaram,
Çəkir səni yatımlı səs, incə səs.
***
Gəzdi qızı, çiçəklərdən soruşdu,
Sevgi dili bilir çox-çox çiçəklər.
Dedi, onu tanıyırsan, ağ çiçək,
Sevgi dili bilir çox-çox çiçəklər.
Çiçəkləri bir-bir, yer-yer dindirdi,
Üzlərini səs yönünə döndərdi,
Hərdən ona yaz öpüşü göndərdi,
Sevgi dili bilir çox-çox çiçəklər.
Ay qaranquş, ay kəpənək, ay arı,
Mənə deyin ora gedən yolları,
Siz göstərin o səs gələn diyarı,
Sevgi dili bilir çox-çox çiçəklər.
O, bir səsdir, gəlib dolub beynimə,
O, qoxudur, gəlib hopub əynimə,
O, bir quşdur, gəlib qonub çiynimə,
Sevgi dili bilir çox-çox çiçəklər.
Mən gedirəm, gəlin mənim dalımca,
Yol gedərəm ondan soraq alınca,
Mən taparam onu gücüm qalınca,
Sevgi dili bilir çox-çox çiçəklər.
***
Yola düşdü, getdi vurğun Eldəbir,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
278
Sevgi nədir, sevgi şirin yuxudur.
Yuxuluydu, tutuluydu elə bil,
Sevgi nədir, sevgi şirin yuxudur.
Bir kəpənək dağa sarı gedirdi,
Hərdən-birdən görünürdü, itirdi,
Başı üstdən qaranquşlar ötürdü,
Sevgi nədir, sevgi şirin yuxudur.
Döşlər yaşıl otlaqlara bürünüb,
Sarı dişli sərt qayalar görünür,
Çökəklərdə ağ buludlar sürünür,
Sevgi nədir, sevgi şirin yuxudur.
Səs gəlirdi uzaqlardan hərdənbir,
Çöl yuxuda danışırdı elə bil,
Hər ağacdan, hər koldan bir səs gəlir,
Sevgi nədir, sevgi şirin yuxudur.
Çayın sərin şırıltısı yuxulu,
Göyün bulud gurultusu qorxulu,
Axmaz göllər baxır dili sorğulu,
Sevgi nədir, sevgi şirin yuxudur.
***
-Ay göz çəkən mahnı səsi, hardasan?
İçi tel-tel tarım çəkən mahnıdır.
Ay qız, girdin ürəyimə səsinlə,
İçi tel-tel tarım çəkən mahnıdır.
O gedirdi, aşırımlar aşırdı,
O dolmamış sevgi ilə daşırdı,
Gedə-gedə hərdən mahnı qoşurdu,
İçi tel-tel tarım çəkən mahnıdır.
O gedirdi, meşə, yamac, dağ, çökək,
Yollar içrə öz yolu var sevginin.
Gözlərinə sanki heç nə görünmür,
Yollar içrə öz yolu var sevginin.
Mahnı səsi ağaclıqdan qalxırdı,
Gülə-gülə bir qız ona baxırdı,
Ürkək idi, nədən isə qorxurdu,
Yollar içrə öz yolu var sevginin.
Gözəl idi, göz çəkirdi gözüylə,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
279
Aya bənzər, süddən də ağ üzüylə,
Danışırdı hərdən-birdən özüylə,
Yollar içrə öz yolu var sevginin.
***
-Bu, gözəllik tanrısıdır, ay ana,
Gözəl gördün, sal başını aşağı.
Belə gözəl görməmişəm hələ mən,
Gözəl gördün, sal başını aşağı.
Ağ göyərçin, ağ sonadır, ağ quzu,
Bu Duzdağın güzgüsüdür, ağ duzu,
Bu göylərin ən işıqlı ulduzu,
Gözəl gördün, sal başını aşağı.
Ancaq yağar bulud kimi tutqundur,
Ağlamaqdan, oxumaqdan yorğundur,
Üzü günəş, baxışları solğundur,
Gözəl gördün, sal başını aşağı.
Eldəbirin saralmışdı yanağı,
Qızı görüb pozulmuşdu anlağı,
Söz tutmurdu onun dili, dodağı,
Gözəl gördün, sal başını aşağı.
Qız görəndə Eldəbiri bu sayaq,
Yarı bayqın, dilsiz, vurğun, utancaq,
Dedi:-Qorxma, lap yaxına gəl, qonaq,
Gözəl gördün, sal başını aşağı.
***
Yaxınlaşdı o gözələ Eldəbir,
Gözəl elə uzaqdan da gözəldir.
Onu daha gözəl gördü yaxından,
Gözəl elə uzaqdan da gözəldir.
Qız dedi ki: -Ay utancaq, söylə sən,
Buralara necə, nə üçün gəlibsən,
Yoxsa məni öz tay-tuşun bilibsən?
Gözəl elə uzaqdan da gözəldir.
Eldəbirin bir an dili dolaşdı,
Utanaraq yanaqları allaşdı,
Səsi birdən şirinləşdi, ballaşdı,
Gözəl elə uzaqdan da gözəldir.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
280
Dedi:-Çoxdan vurulmuşam səsinə,
İndi görüb vurulmuşam özünə,
Kəsi ollam saçlarına, üzünə,
Gözəl elə uzaqdan da gözəldir.
Mənim adım Eldəbirdir, gəncəm mən,
Sənə görə ayrılmışam elimdən,
Mənə tanrı olub yapış əlimdən,
Gözəl elə uzaqdan da gözəldir.
***
Qız dedi ki:-Mənim adım Üzaydır,
Yazıq olur çox-çox gözəl sevənlər.
Mən ölkənin gözəliyəm, çiçəyi,
Yazıq olur çox-çox gözəl sevənlər.
Məni sevib igid olmaq istəsən,
Onda gərək hara desəm gedəsən,
Bu sevgiyə inanaram onda mən,
Yazıq olur çox-çox gözəl sevənlər.
Acı keçib mənim gənclik illərim,
Qorxub ana-bacısından gənc ərim,
Onlara yox, o, tək mənə döş gərib,
Yazıq olur çox-çox gözəl sevənlər.
Gündə üç yol döyülmüşəm mən azı,
Döyüb məni qaynanamla baldızım,
Sən başa düş mən yazığı, yalqızı,
Yazıq olur çox-çox gözəl sevənlər.
Ərə getdim, beş ay qaldım, boşandım,
Keçmişimə nə acıdım, nə yandım,
Nələr gördüm, çox acıdım, çox yandım,
Yazıq olur çox-çox gözəl sevənlər.
***
İstəyirsən sənə ürək bağlayım,
Gətir mənə ürəyini ananın.
Məni belə günə qoydu qaynanam,
Gətir mənə ürəyini ananın.
Onda səni mən də sevib oxşaram,
Sənin ilə bir istəkdə yaşaram,
Oxuyaram, sənə mahnı qoşaram,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
281
Gətir mənə ürəyini ananın.
Bağışlaram sənə nəyim qalıbsa,
Unudaram mənə nələr olubsa,
Məni gərək qoruyasan, alasan,
Qancılımı qırğı kimi çalasan,
Tüklərini bir-bir, tək-tək yolasan,
Gətir mənə ürəyini ananın.
İnanaram onda sənə, Eldəbir,
Dincəl-dincəl yaşayarıq onda biz,
İkilikdə yaşayarıq ikimiz,
Gətir mənə ürəyini ananın.
Mən də səni yuxularda görmüşəm,
Ürəyimi sənə gizli vermişəm,
Yuxularda ürəyinə girmişəm,
Gətir mənə ürəyini ananın.
***
Sevgisinə inanırdı Eldəbir,
İnam çəkir dağa-daşa adamı.
Qaça-qaça dönüb evə qayıtdı,
İnam çəkir dağa-daşa adamı.
Dedi:-Ana, qız gözəldi, maraldı,
Bir yol gördüm, sevgisindən saraldım,
Onu görcək, ana, gözüm qaraldı,
İnam çəkir dağa-daşa adamı.
Dedi mənə, biz gəlmişik döş-döşə,
Səni çox-çox yuxularda görmüşəm,
Göndərirəm səni ağır bir işə,
İnam çəkir dağa-daşa adamı.
Dedi, onda inanaram sənə mən,
Öz ananın ürəyini dibindən
Çıxarasan, gətirəsən mənə sən,
İnam çəkir dağa-daşa adamı.
Ana gördü dəli olub Eldəbir,
Danışan da o deyildir, sevgidir,
O, götür – qoy eləsə də birbəbir,
İnam çəkir dağa-daşa adamı.
***
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
282
Dedi:-Neynək, təki ağgün olasan,
Balasına ağ gün dilər analar.
Ağgünlərin qucağında qalasan,
Balasına ağ gün dilər analar.
Ürəyimi öz köksümdən alaram,
Əlidolu səni yola salaram,
Ürəksiz yox, oğul, sənsiz qalaram,
Balasına ağ gün dilər analar.
Bir az keçdi, ana birdən bağırdı,
Sonra oğlu Eldəbiri çağırdı,
Qan köksündən şorultuyla axırdı,
Balasına ağ gün dilər analar.
Çırpınırdı ürək ovcu içində,
Qana batmış iri armud biçimdə,
Ana güldü dolanışdan köçəndə,
Balasına ağ gün dilər analar.
Qapdı ana ürəyini Eldəbir,
Dalda qoydu cığırları birbəbir,
Ah, gör, ürək nə danışır, nə deyir,
Balasına ağ gün dilər analar.
***
Hərdən ürək danışırdı, dinirdi:
-Oğul, ana ürəyini unutma.
Hərdən ona pıçıldayıb deyirdi:
-Oğul, ana ürəyini unutma.
Eldəbirin qabağına qurd çıxır,
Qurdun qara gözlərindən yaş axır,
Deyir, ana ürəyindən qan yağır,
-Oğul, ana ürəyini unutma.
Deyir, getmə, o qız səni aldadır,
Onun qancıl yalanları daldadır,
Niyə sənə acılıqlar bal dadır?
-Oğul, ana ürəyini unutma.
Bir quş qonur yol üstündə bir daşa,
Nə deyəcək Tanrı bu kal dikbaşa?
Tanrı çətin bu sevgiylə barışa,
-Oğul, ana ürəyini unutma.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
283
***
Qaçır gedir əldə ürək, Eldəbir,
Çox şeyləri görmür, duymur sevənlər.
Getmə deyir kollar, otlar, ağaclar,
Çox şeyləri görmür, duymur sevənlər.
Cinlər gəlir, yolu-yalı tuturlar,
Ürək deyir:-Çıxın yoldan, qoturlar,
Siz ki sevgi dadmayıbsız, qatırlar,
Çox şeyləri görmür, duymur sevənlər.
Nərildəyib qaplan baxır qıraqdan,
Getmə, deyir şırıldayan bulaqlar,
Sən bu yolda düşəcəksən ayaqdan,
Çox şeyləri görmür, duymur sevənlər.
Qan qusaraq deyir ana ürəyi,
-Eldəbirin düzdür yolu, diləyi,
Onun könlü incə arı çiçəyi,
Çox şeyləri görmür, duymur sevənlər.
Yolu üstə çıxır çobanyastığı,
Deyir:-Daha oyan, bəsdir yatdığın,
Ürək deyir, bəsdir ara qatdığın,
Çox şeyləri görmür, duymur sevənlər.
***
Çatır qıza yorğun-arğın Eldəbir,
Nədən sevgi gənc yaşlarda tələsir.
Ağzı üstə o yıxılır torpağa,
Nədən sevgi gənc yaşlarda tələsir.
Ürək deyir:-Anan ölsün, Eldəbir,
Haran daşa dəydi, bala, söylə bir,
Güc qalmayıb səndə, döşün təntiyir,
Nədən sevgi gənc yaşlarda tələsir.
Yaralanıb onun dizi, dirsəyi,
İkiəlli qıza verir ürəyi,
Deyir:-Budur sənə böyük istəyim,
Nədən sevgi gənc yaşlarda tələsir.
Qız deyir ki, qalx, Eldəbir, ayağa!
Lap yaxın gəl, gəl bir az da qabağa,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Dostları ilə paylaş: |