Söhrab Tahir "Ata" Epos-poema II cild
310
Bir səs gəlir uzaqlardan, anadır,
Bir söz ötür qulaqlarda, anadır,
Titrəyişdir dodaqlarda anadır,
Ana gücdür, ana yanan ürəkdir.”
Düşünürdü, ağlayırdı Eldəbir,
At aşırdı dağ yolunu birbəbir,
Ana elə hərbir, hər bir yerdədir,
Ana gücdür, ana yanan ürəkdir.
Muğanel söylənci
Muğanelin yerincliyi Aranda,
Hər bir yerin başbiləni yerincdir.
Muğanelin ilk yerinci Dəmirqız,
Hər bir yerin başbiləni yerincdir.
Qarşıladı Ağüzəri sevinclə,
Ağüzər də qucaqlaşdı yerinclə,
Ellər gəldi, gülər üzlə,ölç-biçlə,
Hər bir yerin başbiləni yerincdir.
Geyinmişdi qız al-ipək, alxara,
Gözəl saçlar, bir də qaşlar qap-qara,
Iki daraq sancılmışdı saçlara,
Hər bir yerin başbiləni yerincdir.
Qarayanız, dadlı-duzlu Dəmirqız,
Çəkir gözü yanaq, dodaq, dil ağız,
Dilə gəlir dinqır, dohol, saz qopuz,
Hər bir yerin başbiləni yerincdir.
Bacı baxır, qardaşını tanımır,
Üzü-gözü, əl-ayağı his, çamır,
Batıb gedib Eldəbirin hay-hayı,
Hər bir yerin başbiləni yerincdir.
Ağüz deyir:-Qardaşındır, Eldəbir,
-Nə söylədin, nə buyurdun, bu kimdir?!
-Söylədim ki, qardaşındır, Eldəbir,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
311
Hər bir yerin başbiləni yerincdir.
***
Lap yaxına getdi, baxdı Dəmirqız,
Yanlış sevgi baş-gözü də dəyişər.
Bir də baxdı, tanımadı qonağı,
Yanlış sevgi baş-gözü də dəyişər.
Tanıyanda bacı sanki bayıldı,
Bu səs, hay-küy dörd bir yana yayıldı,
Bir an keçdi, yerinc bacı ayıldı,
Yanlış sevgi baş-gözü də dəyişər.
-Ah, Eldəbir, sənsən, qardaş,mən bacın,
-Ah, bacı! Mən bir qancılam, yabançı!
Mənəm qansız! Aldadılmış yalançı!
Yanlış sevgi baş-gözü də dəyişər.
Bacı, qardaş qucaqlaşdı, ağladı,
Göz yaşları ürəkləri dağladı,
Oxa döndü, hər baxanı oxladı,
Yanlış sevgi baş-gözü də dəyişər.
Ağüzərin yaddan çıxdı sevgisi,
Artdı onda Dəmirqızın çəkisi,
Parıldadl göz yaşının güzgüsü,
Yanlış sevgi baş-gözü də dəyişər.
Dedi:-Qardaş, olan olub keçibdir,
Ana çoxdan dolanışdan köçübdür,
Indi hərə öz yolunu seçibdir,
Yanlış sevgi baş-gözü də dəyişər.
Get Başevə, üst-başını dəyişdir,
Burda hamı yaxın tanış-bilişdir,
Mən bilmədim bu sınaqdır, nə işdir,
Yanlış sevgi baş-gözü də dəyişər.
***
Ağüz dedi “Mindiyarım, Minelim,
El oğula, oğul elə dayaqdır.
Mən gəlmişdim öz sevgimin dalınca
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
312
El oğula, oğul elə dayaqdır.
Qız ayrıdır, mən də ondan ayrıyam,
Gərək hələ sevgimə çox yarayam,
Qılıncımla bu ölkəni qoruyam,
El oğula, oğul elə dayaqdır.
Mən tələsdim, sən tələsmə ürəyim,
Sən dilə tut, ovut, yaşat istəyi,
Sən də bir az döz, yuxalma, diləyim,
El oğula, oğul elə dayaqdır.
Dəmirqızın burda yerinc adı var,
Onu burda tanrı bilir adamlar,
Muğaneldən çox iş umur Mindiyar,
El oğula, oğul elə dayaqdır.
Bu sevgini öncə gərək Turq bilə,
Turq adıyla mənim sevgim yüksələ,
Gərək bunca çox gözləyim mən hələ,
El oğula, oğul elə dayaqdır.
Yazıq sevgi, odsan, yaman bəlasan,
Düz yol getsən soysan, toysan, qolaysan,
Yox kal olsan, toy yox, qanlı olaysan,
El oğula, oğul elə dayaqdır.
***
Toy-düyündə, çalhaçalda Muğanel,
Bir günlükdür hər sevinci elatın.
Çıxdı gözəl bir geyimdə Eldəbir,
Bir günlükdür hər sevinci elatın.
Ancaq bir az baş-aşağı, utancaq,
Gözlərində qorxaq, əzgin qanacaq,
O, yüz il də “ana” deyib yanacaq,
Bir günlükdür hər sevinci elatın.
Soyuq baxır ona ellər, obalar,
Soraq gəlir bu an, “Yolda atlı var”,
Yaxınlaşır Ağüzərə bir çapar,
Bir günlükdür hər sevinci elatın.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
313
Yazı verir minbaşıya yaraqlı,
Turq göndərib çox tələsik, qaytaqlı,
Ölkə ilə, Parsa ilə o bağlı,
Bir günlükdür hər sevinci elatın.
“Qız toplumu yürüş edib Parselə,
Darvidellə Parsel verib əl-ələ,
Çatan kimi yerincliyi al ələ
Bir günlükdür hər sevinci elatın.
Uğureldə Tuncər ağır gündədir,
Ordan ora yollanarsan, gör, nədir?
Pis yoldadır Muğelin də öndəri,
Bir günlükdür hər sevinci elatın.
Dəmirqızı ordan göndər Duzdağa,
Vergi üstə çoxu qalxıb ayağa,
Dönməsələr qoy əl atsın yarağa,
Bir günlükdür hər sevinci elatın.
***
Qalxdı Ağüz dedi:-Tələs Dəmirqız,
Tələs geri qalma, işə gecikmə.
Turq buyurur, sən gedəsən Duzdağa,
Tələs geri qalma, işə gecikmə.
Mən Parselə, Uğurelə, Muğelə...
Yazılıda çox göstəriş var hələ,
Sevinc bitdi, sevgi bitdi, bax, belə,
Tələs geri qalma, işə gecikmə.
Eldəbiri aparıram özümlə,
Döyüşkəndir, çıxmaz mənim sözümdən,
Sənin kimi olar işdə, dözümdə,
Tələs geri qalma, işə gecikmə.
Bir də sənə deyiləsi sözüm var,
Qalsın hələ sonralara qalanlar,
Sən özündən muğayat ol gülyanaq,
Tələs geri qalma, işə gecikmə.
Vergi üstə savaş gedir Duzdağda,
Sözlə anlat, tez yapışma yaraqdan,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
314
Uğur yarat, mən sevinim uzaqdan,
Tələs geri qalma, işə gecikmə.
Çaptı getdi uzaq yola üç atlı,
Atlar sanki quş oldular, qanadlı,
Üç minelli, mindiyarlı, elatlı,
Tələs geri qalma, işə gecikmə.
Uğureldə vuruş söylənci
Uğureldə səngimirdi döyüşlər,
Keçmişlərdən qalıb ayıq-sayıqlıq.
Bacaroğlu Tuncər yaman düşmüşdü,
Keçmişlərdən qalıb ayıq-sayıqlıq.
Hindel tez-tez Uğurelə yürüşdə,
Daşıyırdı göydaş, qızıl gümüşlə,
Güc gəlirdi Tuncər ilə döyüşdə,
Keçmişlərdən qalıb ayıq-sayıqlıq.
Vecsiz görüb danışığı, duruşu,
Orda-burda vecsiz, saysız vuruşu,
Bir səs gəlir, Qızçiçəkdir, soruşur,
Keçmişlərdən qalıb ayıq-sayıqlıq.
-“Oğlum, Tuncər, niyə belə düşübsən,
Düşüb sanki öz-özündən küsübsən,
“Çiçək” olum, toplumlara səpilim,
Keçmişlərdən qalıb ayıq-sayıqlıq.
Tuncər dedi:-Ana bunu eləmə,
O, son sözdür, onu öncə söyləmə,
Vuruşaram, ölməmişəm hələ mən,
Keçmişlərdən qalıb ayıq-sayıqlıq.
“-Ağüz gəlir, turqun min-minbaşısı,
Hindelin də alınacaq qarşısı,
O olacaq uğurelin başçısı,
Keçmişlərdən qalıb ayıq-sayıqlıq.
***
Gəzdi bir-bir toplumları Qızçiçək,
Bir hay, bir səs döyüş günü arxadır.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
315
Dedi:”-Vuruş Bacar kimi, yaraqlı,
Bir hay, bir səs döyüş günü arxadır.
Qızçiçəyəm, mən Alt yerdən qaçmışam,
Quş olmuşam, Uğurelə uçmuşam,
Tanrıları sözlərimlə sancmışam,
Bir hay, bir səs döyüş günü arxadır.
Oğlum Tuncər bir az solub, düşübdür,
Əl-ayağı, üzü-gözü şişibdir,
Qancıl görüb bunu azğınlaşıbdır,
Bir hay, bir səs döyüş günü arxadır.
Ağüz gəlir, on min toplum başında,
O ərəndir, başçı, yetgin yaşında,
Bu gün axşam olacaqdır qarşında,
Bir hay, bir səs döyüş günü arxadır.
Elə bu an eşidildi gurultu,
Nəriltiylə, haray-həşir, xarıltı,
Dağ döşündə bulud-bulud qaraltı,
Bir hay, bir səs döyüş günü arxadır.
Ağüzərlə on min atlı gəlirdi,
Gələ-gələ qanı qanla silirdi,
Hindellilər beş-beş, on-on ölürdü,
Bir hay, bir səs döyüş günü arxadır.
Ağüz tez-tez soruşurdu Tuncəri,
Tuncərinsə yaralıydı hər yeri,
Vuruşurdu ölgün-ölgün ötəri,
Bir hay, bir səs döyüş günü arxadır.
***
Bir səs gəldi:-Ahay,ahay, Hindelli!
Mindiyarın göbəyidir Uğurel!
Acgözlükdən, qan-qadadan çəkin, get!
Mindiyarın göbəyidir Uğurel.
Səs deyildi, nəriltiydi, qorxulu,
Hindellilər ye-içməkdə, yuxulu,
Yuxulular böyrü üstə yıxılıb,
Mindiyarın göbəyidir Uğurel.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
316
Qılıncını endərdikcə Ağüzər,
Sərilirdi qanlı yerə ölənlər,
Sıraları yarmaqdaydı “dördtəkər”,
Mindiyarın göbəyidir Uğurel.
Dördtəkərli vurub, keçib, yıxırdı,
Yaralının üzərinə çıxırdı,
Qılınc, balta ildırımtək çaxırdı,
Mindiyarın göbəyidir Uğurel.
Yaralıydı sağ çiynindən Eldəbir,
O yenə də ön sırada, öndədir,
Acıqanın kürəyində ox əkir,
Mindiyarın göbəyidir Uğurel.
-Mən bilməzdim döyüş oyunsayaqdır,
Axır qanlar, sanki çaydır, bulaqdır,
Təkcə dişlər, gözlər burda düm ağdır,
Mindiyarın göbəyidir Uğurel.
Uğurelin dirçəlmişdi toplumu,
İgidlərin ürəkləri qor dolu,
Almışdılar acıqandan yol-yalı,
Mindiyarın göbəyidir Uğurel.
Tuncər isə bayılırdı hərdənbir,
Son gününü yaşayırdı elə bil,
Boşalırdı acıqandan Uğurel,
Mindiyarın göbəyidir Uğurel.
Ox şıdırğı yağış kimi yağırdı,
Şimşəkqılınc şimşək kimi çaxırdı,
Qancılları öz qanında boğurdu,
Mindiyarın göbəyidir Uğurel.
***
Eldəbirdi Qızçiçəkdi Ağüzər,
Səs uzaqdan dinlənərkən yatımlı.
Nərildəyib vuruşurdu, deyirdi:
Səs uzaqdan dinlənərkən yatımlı.
Alınmışdı Yaşıldaşlar yarğanı,
Bu yerlərin qalın, sıx-sıx ormanı,
Qayıtmışdı Uğurelə ad-sanı,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
317
Səs uzaqdan dinlənərkən yatımlı.
Arxasınca yeriyirdi Eldəbir,
Ona tez-tez bizuc verir, ox verir,
Ağüzərsə, hərdən yavaş söyləyir,
Səs uzaqdan dinlənərkən yatımlı.
Tuncər bir də yıxılarkən bayıldı,
Bu, səs getdi, uzaqlara yayıldı,
O, bir aydan sonra evdə ayıldı,
Səs uzaqdan dinlənərkən yatımlı.
O soruşdu:-Hanı böyük Ağüzər?!
Dedilər ki, Muğ-muğelə getdilər,
O yer ayaq üstə durub bir təhər,
Səs uzaqdan dinlənərkən yatımlı.
Dedilər ki, ölüb gözəl Qarçiçək,
Əri qalıb təklik ilə təkbətək,
Bir özüdür, bir atıdır, bir köpək,
Səs uzaqdan dinlənərkən yatımlı.
Qıtlıq söylənci
Altı günə çatdı Ağüz Muğelə,
Atı qovub, yorub yabı eləmə.
İstəsəydi lap üç günə gedərdi,
Atı qovub, yorub yabı eləmə.
Şimşəkatın ombaları çıxmışdı,
Döyüş-vuruş atı yorub sıxmışdı,
Ağüz onun cilovunu yığmışdı,
Atı qovub, yorub yabı eləmə.
Saralmışdı otlar, kollar, yarpaqlar,
Saralmışdı eldə al-al yanaqlar,
Sönmüş idi evdə çox-çox ocaqlar,
Atı qovub, yorub yabı eləmə.
Bu quraqlıq, aclıq görən nədəndir,
Dedilər ki, ötəridir, ötəndir,
Ağac, yarpaq, ot yenidən bitəndir,
Atı qovub, yorub yabı eləmə.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
318
Çox gəzdilər, tapmadılar Muğəri,
Axtardılar hər ocağı, hər yeri,
Bilmədilər o ölüdür, ya diri,
Atı qovub, yorub yabı eləmə.
Muğel bütün saralmışdı, solmuşdu,
Qarçiçəksiz eli aclıq almışdı,
Qan ayğırma burda yuva salmışdı,
Atı qovub, yorub yabı eləmə.
***
Çox düşündü, yol aradı Ağüzər,
Təkbaşına el qorumaq çətindir.
Eldəbirlə qapı-qapı gəzdilər,
Təkbaşına el qorumaq çətindir.
Çox qapılar bağlı idi, qalan yox,
Qalanlardan evdə, işdə olan yox,
Çörək vardı, arpa vardı, alan yox,
Təkbaşına el qorumaq çətindir.
Ağüz dedi:-Gedim gecə Çinçaya,
Haraylayım Çinçayeli haraya,
İşləkləri alıb gəlim buraya,
Təkbaşına el qorumaq çətindir.
Onu görüb bir qız durdu ayağa,
Dedi:-İlxı dünən çıxdı yaylağa,
Onlar girib dağətəyi ovlağa,
Təkbaşına el qorumaq çətindir.
“-İlxı, qımıs süd deməkdir körpəyə,
Bir də döyüş sursatıdır ölkəyə,
İlxı köklü süd-çörəkdir bölgəyə,
Təkbaşına el qorumaq çətindir.”
O yollandı “Muğər” deyə yallara,
Yaşıllıqda itib batan yollara,
Baxdı hələ qurumamış kollara,
Təkbaşına el qorumaq çətindir.
Bir səs gəldi bu an yaxın qaladan,
“-Gir Muğərin qış evinə bacadan,
Bir saxlanc var, orda, dolu buğdadan,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
319
Təkbaşına el qorumaq çətindir.
***
Qarçiçəyəm, görünməzəm gözlərə,
Dolanışda bir sevinc var, sevgidir.
Qız artamı itirmişəm, gedirəm,
Dolanışda bir sevinc var, sevgidir.
Qızçiçəyəm, yer üstündə yasağam,
Üç yüz ildir yatmamışam, oyağam,
Qarçiçəktək gedəriyəm, qonağam,
Dolanışda bir sevinc var, sevgidir.
Qızçiçəyəm, görünməzəm, ötəri,
İtirmişəm Qarçiçəyi, Tuncəri,
İtib gedir daha tanrı dəyərim,
Dolanışda bir sevinc var, sevgidir.
Qıtlıqları Alpis tanrı törədir,
Yanqınları, qan tökməyi öyrədir,
Bu da bizdən öc almağa görədir,
Dolanışda bir sevinc var, sevgidir.
Ağüz dedi:-Sən gedəri deyilsən,
Külək kimi sən ötəri deyilsən,
Yaxşılıqsan, sən itəri deyilsən,
Dolanışda bir sevinc var, sevgidir.
Qal bizimlə, Mindiyara yardım ol,
Qal bizimlə, bizə sevgi andı ol,
Adamlara arxa dayan, yatım ol,
Dolanışda bir sevinc var, sevgidir.
***
Muğər gəldi at üstündə bükülü,
Yaratmaqdır, yaşatmaqdır yaşamaq.
Dedi:-Kimdir min-min başı, Ağüzər?
Yaratmaqdır, yaşatmaqdır yaşamaq.
Ağüz dedi:-Mənəm gələn Başevdən,
Soldum,qaldım bu yerləri görəndə,
-İlxıları otarırdım dağda mən,
Yaratmaqdır, yaşatmaqdır yaşamaq.
-Niyə belə?
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
320
-Necə?
-Qıtlıq, quraqlıq?
-Düz deyirsən, bura qumluq, açıqlıq,
Doğmalaşıb bizə çoxdan bu varlıq,
Yaratmaqdır, yaşatmaqdır yaşamaq.
-Biz il boyu, bax, beləcə yoxsuluq,
Görməyirik nə çal-çağır, nə bolluq,
Tanrı bizi yoxsul qoyub bir yolluq,
Yaratmaqdır, yaşatmaqdır yaşamaq.
Odur gənclər burdan qaçır, qalmayır,
Burda dörday, beş ay çörək olmayır,
Taxıl bitir, ancaq içi dolmayır,
Yaratmaqdır, yaşatmaqdır yaşamaq.
Buğdam vardır, saxlamışam pis günə,
Burda yoxdur yurdla, ellə öyünən,
Boş vurğudur ürəklərdə döyünən,
Yaratmaqdır, yaşatmaqdır yaşamaq.
***
Ağüz baxdı, azca soldu, saraldı,
Hər ölkəyə yöndəm verən tanrıdır.
Dedi:-Boldur, diribaşdır atların,
Hər ölkəyə yöndəm verən tanrıdır.
Dedi:-Güc ver atçılığa, qamçıya,
İldə min at göndər gəlsin başçıya,
Üstünlük var orda ata, atçıya,
Hər ölkəyə yöndəm verən tanrıdır.
Muğər sanki dəyişildi, qımışdı,
Iki əlli Ağüzərdən yapışdı,
Sonra yorğun bir sevinclə danışdı,
Hər ölkəyə yöndəm verən tanrıdır.
-Belə olsa, dolanarıq, minbaşı,
Atlar çöldə özbaşına dolaşır,
Boş-boşuna təpikləşir, qapışır,
Hər ölkəyə yöndəm verən tanrıdır.
Sonra qoca köks ötürdü dərindən,
Dedi:-Ağüz, nə alarıq yerində?
Varsa alaq quru balıq yerində!
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
321
Hər ölkəyə yöndəm verən tanrıdır.
Ağüz dedi:-Buğda, arpa, geyimlər,
Yerə salmaq üçün gəbə, ceçimıər,
Yazı, oxu, bir də ölçü-biçilər,
Hər ölkəyə yöndəm verən tanrıdır.
***
Muğər dedi:-Yaxşı olar, dirillik,
Dirilikdən doğur dirrik, yaranış.
Yoxsa gənclər oğurluğa gedirlər,
Dirilikdən doğur dirrik, yaranış.
Ağüz dedi:-Atçılığa giriş sən,
O tutacaq burda sənin əlindən,
Tanrı belə buyurubdur əzəldən,
Dirilikdən doğur dirrik, yaranış.
-Demək belə...
-Biz danışdıq.
-Yaxşı yol.
-Ala, bu da bir az quruş, ağ qızıl,
Get Çinçaydan otuz təlis düyü al,
Gələcəkdir otuz günə dalısı,
Onlar bir də görüşdülər yol üstü,
Yollar bürkü, düzlər ilğım, yer isti,
***
Kimsə mahnı oxuyurdu uzaqda,
Əl çatmayan nə vardırsa arzudur.
Mahnı sanki titrəyirdi, itirdi,
Əl çatmayan nə vardırsa arzudur.
Qızçiçəyin səsi idi sanki səs,
Təklikdə tük ürpəşdirir belə səs,
“-Tuncər öldu! Ağüz, tələs, çıx, tələs!”
Əl çatmayan nə vardırsa arzudur.
“-Bacarımı, Tuncərimi itirdim,
Qarçiçəyi sonevinə ötürdüm,
Üzərimə ən ağır yük götürdüm,
Əl çatmayan nə vardırsa arzudur.
Mən iki tay arasında durnayam,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
322
İki yandan üz döndərən anayam,
Yeddi bacı toplumunda sonayam,
Əl çatmayan nə vardırsa arzudur.
Qızçiçəyəm, görünməzəm, ölməzəm,
Orda-burda ağlamsaram, gülməzəm,
Mən Bacardan özgə nə var bilməzəm,
Əl çatmayan nə vardırsa arzudur.
***
Ağüz döndü Uğurelə birbaşa,
Özlüyündə itir nəsə itirən.
Onu ağlar qarşıladı çoxları,
Özlüyündə itir nəsə itirən.
El Tuncəri itirmişdi bir yolluq,
Uğurelli gözü yaşlı, səs tutuq,
Hamılıqda baxış donuq, üz donuq,
Özlüyündə itir nəsə itirən.
Ağüz dərdi uduğunu, tutuldu,
Qara qaşlar qoşa yaytək dartıldı,
Ağıyerə doğma kimi qatıldı,
Özlüyündə itir nəsə itirən.
Ürəyindən bir səs qopdu, inilti,
Qulağında “Tuncər” sözü,-pıçıltı,
Boğazında bir yaralı sızıltı,
Özlüyündə itir nəsə itirən.
Dedi:-Tanrım, Mindiyara dözüm ver,
Bu Tuncərdən beş yox, on yox, yüzün ver,
Versən, bizə yüzünün də yüzün ver,
Özlüyündə itir nəsə itirən.
Dedi:-Tanrım, qoy doğulum yenidən,
Odərboydan, Tuncər olum Tura mən,
Qoy yaşasın bir də, bir də ər ölən,
Özlüyündə itir nəsə itirən.
Yerinclik söylənci
Turq qocaldı, çatdı neçə yüz yaşa,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Dostları ilə paylaş: |