Söhrab Tahir "Ata" Poema-epos


Söhrab Tahir                                "Ata" Epos-poema II cild



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə24/69
tarix17.04.2017
ölçüsü6,34 Mb.
#14318
1   ...   20   21   22   23   24   25   26   27   ...   69

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

297 


 

Deyir:-Yarın, qan qan üstə axıdın! 

Muğan ilə Qobuyeri qorxudun! 

Çayın səsi, seli-suyu qorxulu. 

 

*** 


Alay gedir, Xruş, Üzay tək qalır, 

Təklənəndə qorxu alar ürəyi. 

Qaranlıqda şimşək çaxır iki yol, 

Təklənəndə qorxu alar ürəyi. 

 

Şimşək deyil, işıq düşür bircə an



O, Demrizin qılıncıdır parlayan, 

İki gövdə aşır yerə yanbayan, 

Təklənəndə  qorxu alar ürəyi. 

 

Yerdə iki gövdə, iki baş qalır, 



Dörd bir yanı ala-qızıl qan alır, 

Kəsik başdan boğuq haray ucalır, 

Təklənəndə  qorxu alar ürəyi. 

 

Qayıdanlar yaralanıb, əzilib, 



Xruş, Üzay, qoşa başlar kəsili, 

Qalanların daş ürəyi üzülür, 

Təklənəndə  qorxu alar ürəyi. 

 

Demriz durub kəsik başlar yanında, 



Qılıncını yuyur qancıl qanında, 

Qalanlar da qaçır arvad donunda, 

Təklənəndə  qorxu alar ürəyi. 

 

Yazıqlaşan yaraqlılar qaçırlar, 



Yaralılar yatıb yeri qucurlar, 

Muğanlılar çay yolunu açırlar, 

Təklənəndə  qorxu alar ürəyi. 

 

*** 



At kişnəyir birdən Aran boyunca, 

Gec gəlsə də arxa yenə arxadır. 

Şimşəkatın kişnərtisi tanışdır, 

Gec gəlsə də arxa yenə arxadır. 

 

Turqla Manay, Ağüz gəlib yetişir, 



Sanki atlar bir-biriylə ötüşür, 

Onlar düşüb Demriz ilə görüşür, 

Gec gəlsə də arxa yenə arxadır. 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

298 


 

Yerdə cüt baş öz qanında üzürdü, 

“Yaşa Demriz!” sözü çölü gəzirdi, 

Göydə buna Tanrı qulaq asırdı, 

Gec gəlsə də arxa yenə arxadır. 

 

Turq soruşur:-Demriz sənsən, ay bala?! 



Demriz deyir:-Mənəm, böyük Turq ata! 

Xoş gəlibsiz bu Minelli elata! 

Gec gəlsə də arxa yenə arxadır. 

 

Turq söylədi:-Qoy var olsun qılıncın! 



Daha sənsən Qobuyerin yerinci! 

Sən başçısan, bir də burda birinci! 

Gec gəlsə də arxa yenə arxadır. 

 

Qız, çiynindən iki qotaz asılsın! 



Adın tanıq adlar içrə yazılsın! 

Adın gümüş çevrə qabda yazılsın, 

Gec gəlsə də arxa yenə arxadır. 

 

Tək Demriz yox, Dəmirqızsan Muğana, 



Çevirmisən qız köksünü qalxana, 

Qancılları tökdün çaya, yarğana, 

Gec gəlsə də arxa yenə arxadır. 

 

 



       Turqa tanrı öyüdü 

 

Yer üzünə bir də Zərdüşt gələcək, 

O, tanrının oğlu, tanrı yoludur. 

O gələndə sən də tanrılaşarsan, 

O, tanrının oğlu, tanrı yoludur. 

 

Yer üzünə Budda gəlsə, yaxın dur, 



O, Zərdüştə bizə kökdən yaxındır, 

İnsanları haqqa qoşan haqq odur, 

O, tanrının oğlu, tanrı yoludur. 

 

Yer üzünə Məryəm, İsus gələcək, 



Onu tanrı öz övladı biləcək, 

Böhtanları yer üzündən siləcək, 

O, tanrının oğlu, tanrı yoludur. 

Turq, Məhəmməd doğulacaq doğuda, 

Tanrılaşıb yaranışda, qurquda, 

Ayılacaq yuxulular yuxuda, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

299 


 

O, tanrının oğlu, tanrı yoludur. 

 

Sən də sonda tuş gələrkən Alpisə, 



Dur Bacar tək o ölümlə üz-üzə

Öncə tapşır Mindiyarı Ağüzə, 

O, tanrının oğlu, tanrı yoludur. 

 

Turq, sənin də tanrılıqda adın var, 



İlk yaranış, son barışıq – Mindiyar, 

Turq barışda, Turq vuruşda baş çapar, 

O, tanrının oğlu, tanrı yoludur. 

 

Mindiyarın on min ildən çox yaşı, 



Tanrılarla qoyulubdur dibdaşı, 

Çox-çox ellər, çox uluslar qardaşı, 

O, tanrının oğlu, tanrı yoludur. 

 

Turq hər yerdə doğulacaq, qalacaq, 



Gücü, işi tanrısayaq olacaq, 

O, Alpisdən çox öc-acıq alacaq, 

O, tanrının oğlu, tanrı yoludur. 

 

*** 



Tanrı dedi:-Oğullarım, qızlarım,  

Barış üstə daуanmışdır daуanış,  

Barış olsun, eу Turq, һər bir уürüşün,  

Barış üstə daуanmışdır daуanış. 

 

Tanrı dedi:-Mindiуarı gəz, dolaş,  



Nə qan olsun Mindiуarda, nə savaş,  

Hər bir elə Turq adınla sən уanaş,  

Barış üstə daуanmışdır daуanış. 

 

Tanrı dedi:-Yaman, Turqu qarşıla,  



Bütün düzlər gərək ona qoşula,  

Yer bürünsün al qana уox, уaşıla,  

Barış üstə daуanmışdır daуanış. 

 

Böуüklükdə ilk oğlumdur o, mənim,  



Saxlaуacaq barış üstə ölkəni,  

Çatdıracaq sonevinə o, səni,  

Barış üstə daуanmışdır daуanış. 

 

Turqtaуındır Körfəz, Çinçaу, Buzboğaz,  



Bu уerlərin barı boldur, çoru az,  

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

300 


 

Daуanışa al qurşaqdır, göу palaz,  

Barış üstə daуanmışdır daуanış. 

 

Qoу Turq olsun һamı biri-birinə,  



Hamı gərək eldə Turq tək görünə,  

Oğullaşın Odərboуdan уerinə,  

Barış üstə daуanmışdır daуanış. 

 

*** 



Tanrı dedi:-Daуanışın sonu уox,  

Daуanışdan һərə bir ad qoparsın,  

Yaу, qış kimi, daуanış da dəуişir,  

Daуanışdan һərə bir ad qoparsın. 

 

Dəуişəcək, incələcək уalanlar,  



Qalacaqdır уaxşılarla уamanlar,  

Görüşəcək ölənlərlə qalanlar,  

Daуanışdan һərə bir ad qoparsın. 

 

Çəkiləcək уurdarası kəndirlər,  



Qanadlanıb uçacaqdır dəmirlər,  

Sarıуacaq уer üzünü təkərlər,  

Daуanışdan һərə bir ad qoparsın. 

 

Hamı gəlib gücü Turqdan alacaq,  



Turqun adı barış kimi qalacaq,  

Gözəlliklər bütün Turqun olacaq,  

Daуanışdan һərə bir ad qoparsın. 

 

Yer üzündən silinəcək qan-qada,  



Lap уenidən doğulacaq һər adam,  

Dönəcəkdir Yaman quru bir ada,  

Daуanışdan һərə bir ad qoparsın. 

 

Ağır gündə siz sığının Tanrıуa,  



Tanrı sizin уaranızı sarıуar,  

Tanrı sizi qan-qadadan qoruуar,  

Daуanışdan һərə bir ad qoparsın. 

 

*** 



Tanrı dedi:-İgid Turqlar, Cumərlər,  

Yer üzündə kim çox bilir, o gücdür,  

Yerin, göуün alt, üstünü öуrənin,  

Yer üzündə kim çox bilir, o gücdür. 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

301 


 

Tanrılaşın gözəlliklə, biliklə,  

Uçun göуə quşla, püflü köpüklə,  

Qaуnaq olun tunc, dəmirə körüklə,  

Yer üzündə kim çox bilir, o gücdür. 

 

Gəzin, tapın, açıqlaуın уoxları,  



Bilik ilə baş olacaq çoxları,  

Bilik üzə çıxaracaq laxları,  

Yer üzündə kim çox bilir, o gücdür. 

 

Yer üzündə nə var, bilin, sizindir,  



Son gəzməуin, varlıq dilin, sözündür,  

Sonra һər şeу suуun, qarın, buzundur,  

Yer üzündə kim çox bilir, o gücdür. 

 

Hər bir işdə Tanrı deуin, güllənin,  



Bir danışın, bir уeriуin, dillənin,  

Yamanlara qarşı durun, sellənin,  

Yer üzündə kim çox bilir, o gücdür. 

 

Yer üzündə dəmir Tanrı olacaq,  



O, sudan da alov, şimşək alacaq,  

Yaman görüb bu işləri solacaq,  

Yer üzündə kim çox bilir, o gücdür. 

 

*** 



Tanrı dedi:-İgid Turqlar, Cumərlər,  

Toplu olun, dağılmasın sıranız,  

Yer üzünə уaşıl qurşaq sizsiniz,  

Toplu olun, dağılmasın sıranız. 

Saуınızla tuşlaşıbdır ulduzlar,  

Qoу böуüsün, kiçilməsin uluslar,  

Qoу səslənsin һər bir уerdə qopuzlar,  

Toplu olun, dağılmasın sıranız. 

 

Turq başçıdır, özünüzə «Turq» deуin,  



Yaman gəlsə, nə söуləsə, «уox» deуin,    

Ac olanda özünüzə «tox» deуin,  

Toplu olun, dağılmasın sıranız. 

 

Mənim ilkin balalarım, ərlərim,  



Buzboğazdan Körfəzəcən уerləri  

Yamanlara уer verməуin, döş gərin,  

Toplu olun, dağılmasın sıranız. 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

302 


 

Qabaqdadır altı böуük inanış,  

Qabaqdadır һələ neçə oуanış,  

İnanışla dolanacaq daуanış,  

Toplu olun, dağılmasın sıranız. 

 

Ağır gündə məni deуin, səsləуin,  



Mən arxaуam, mənə inam bəsləуin,  

Hər bir уerdə, işdə ölçü gözləуin,  

Toplu olun, dağılmasın sıranız. 

 

*** 



Turq düşündü:-Bunlar qızıl öуüddür,  

Hər barışda gərək olur qılınc da.  

Çox da olma bunca tüküуu muşaq,  

Hər barışda gərək olur qılınc da. 

 

Körfəz-Çinçaу boуu təkşaһ olaram,  



İki  ölkə boуu уollar salaram,  

Mən qaraуağ verib ipək alaram,  

Hər barışda gərək olur qılınc da. 

 

Hələ qalır üç уanımda acıqan,  



Tanrı olmaq nəуə gərək уalandan,  

Nə tanrılıq, уerdə Yaman qalanda,  

Hər barışda gərək olur qılınc da. 

 

Gərək gedəm, Yeraltına addaуam,  



Çəkəm уaman tanrıları ortaуa,  

Məni görcək bağırları çatdaуa,  

Hər barışda gərək olur qılınc da. 

 

Çinçaу ilə gərək bir də barışaq,  



Bu ölkəуə bir su olub qarışaq,        

Bir ağaca iki уandan уapışaq, 

Hər barışda gərək olur qılınc da. 

 

Yerdə Minel, göydə Tanrı başrağım,  



Doğu-Batı mənim qızıl qurşağım,  

Odərpayla Sərtüz yanar ocağım,  

Hər barışda gərək olur qılınc da. 

 

 



 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

303 


 

 

 



 

 

 



 

 

 

 

 

 



                                        V Bölmə 

                                       XVIII QAPI 

 

 

         Ağüzün sevgi söylənci 

 

Keçdi yüz gün Araz üstdə döyüşdən 



Sevgi birdən gəlir,-demə!, Yalandır. 

Ağüz sevdi Dəmirqızı,-Demrisi. 

Sevgi birdən gəlir,-demə!, Yalandır. 

 

Gözəl idi Muğan qızı – Dəmirqız, 



Muğan kimi ip-istiydi dumansız, 

Baxışları iti, duru, toransız, 

Sevgi birdən gəlir,-demə!, Yalandır. 

 

Onu bir yol Elçiçəklə görmüşdü, 



Ona bir də, bir də könül vermişdi, 

Sanki ilkin sevgi gülü dərmişdi, 

Sevgi birdən gəlir,-demə!, Yalandır. 

 

Döyüşkənlik yontasıydı Dəmirqız, 



Qancıllara qarşı yürük, amansız, 

Ana, qardaş itirmişdi bu sərt qız, 

Sevgi birdən gəlir,-demə!, Yalandır. 

 

Öz-özüylə bir sırada, - yanaşı, 



Onu görmək istəyirdi yüzbaşı, 

Adı-sanı toplumlarda dolaşır, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

304 


 

Sevgi birdən gəlir,-demə!, Yalandır. 

 

Başçılıqda, bicləmədə iti göz



Min-min qancıl qabağında dəmirdöz, 

Dönməz  idi, enməz idi bu gənc qız, 

Sevgi birdən gəlir,-demə!, Yalandır. 

 

                       



            

                  *** 

Ancaq Ağüz bilməyirdi Başevdə 

Ilk sevginin güzgüsüdür soluqluq. 

Elçiçək də gizli onu sevirdi, 

Ilk sevginin güzgüsüdür soluqluq. 

 

O, Ağüzü hərdən gizli güdürdü, 



Gizlicədə hərdən mahnı ötürdü, 

Ova çıxıb yal-yamacda itirdi, 

Ilk sevginin güzgüsüdür soluqluq. 

 

Bəyənmişdi özlüyündə Ağüzü, 



Tək gəzirdi boylan-boylan dağ-düzü, 

Götür-qoyla arayırdı hər sözü, 

Ilk sevginin güzgüsüdür soluqluq. 

 

Deyirdilər, Elçiçəklə Minbaşı 



Yaman-yaman bir-birinə yaraşır, 

Öz sevgisi, öz yolu var hər yaşın, 

Ilk sevginin güzgüsüdür soluqluq. 

 

Eşitmişdi, inanmışdı bu sözə, 



Vurulmuşdu gizli-gizli Ağüzə, 

Çəkilmişdi üz-gözündən bər-bəzək, 

Ilk sevginin güzgüsüdür soluqluq. 

 

Bu sevginin önü varsa sonu yox, 



Bu sevginin yolu varsa yönü yox, 

Bu sevginin gecəsi çox, günü yox, 

Ilk sevginin güzgüsüdür soluqluq. 

 

                     *** 



Əl-ayağa düşüb Başev gözləyir, 

Gizli sevgi didib üzər sevəni. 

Qorxurdular bunu bilə Turq ata, 

Gizli sevgi didib üzər sevəni. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

305 


 

 

Ancaq bunu Turq bilirdi, dinmirdi, 



Elçiçək də sevgisindən dönmürdü, 

Qız öz sevgi zirvəsindən enmirdi, 

Gizli sevgi didib üzər sevəni. 

 

Ağüzər də düşünürdü ayrıca, 



“Hörükləri Dəmirqızın var, haça 

Boydan bəstə, düşüncədən çox uca

Gizli sevgi didib üzər sevəni. 

 

O elə bil tunc yaraqlı sonadır, 



Dəmirqızdır, mənə gücdür, arxadır, 

Həm döyüşçü, həm də gözəl başqadır, 

Gizli sevgi didib üzər sevəni. 

 

Mənlə olar o, döyüşdə, vuruşda, 



Çətinlikdə, gözlənilməz duruşda, 

Biz sevgiyə yer qoyarıq bu başdan, 

Gizli sevgi didib üzər sevəni. 

 

Mən əzilib büzüləni sevmirəm, 



Arı beli üzüləni sevmirəm, 

Hər boyundan asılanı sevmirəm, 

Gizli sevgi didib üzər sevəni. 

 

Onu sevib hər an aşıb daşaram, 



Mən onunla toysuz sevgi başlaram, 

Ona döyüş gündəmimi aşlaram, 

Gizli sevgi didib üzər sevəni. 

 

                     *** 



O mənimlə olmalıdır hər yanda, 

Hər an birgə olmalıdır ər-arvad. 

Döyüşdə də, dinclikdə də, evdə də, 

Hər an birgə olmalıdır ər-arvad.” 

 

Ağüz belə düşünürdü, sanırdı, 



Düşündükcə Dəmirqızı anırdı 

O qız üçün alovlanıb yanırdı, 

Hər an birgə olmalıdır ər-arvad. 

 

Bir gün lapdan ova çıxdı Ağüzər, 



Meşəliklər, yallar, yollar, kövşənlər, 

Dovşan, maral, donuz, ayı, ta nələr, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

306 


 

Hər an birgə olmalıdır ər-arvad. 

 

Qobuyerin ormanları seyrəlib, 



Gur-gur axan bulaqları kövrəlib, 

Çaylar, göllər sızıldayır, təklənib, 

Hər an birgə olmalıdır ər-arvad. 

 

Niyə belə sarsılıbdır bu ovlaq, 



Niyə daha oxumayır buz bulaq, 

Yoxdur burda bir gəzişən, bir qonaq, 

Hər an birgə olmalıdır ər-arvad. 

 

Ağüzərin sıxılırdı ürəyi, 



Dəmirqıza bağlanmışdı istəyi, 

O olmuşdu Ağüzərin dirəyi, 

Hər an birgə olmalıdır ər-arvad. 

 

Üz-gözündən kimsəsizlik yağırdı, 



Gizli sevgi onu sıxıb boğurdu, 

“Ovlaq” durub Ağüzərə baxırdı, 

Hər an birgə olmalıdır ər-arvad. 

 

                 *** 



Bir səs gəldi, lap uzaqdan, uzaqdan, 

“İkiləşmə, yıxar səni ikilik. 

Qızçiçəyəm, görünmürəm gözə mən, 

İkiləşmə, yıxar səni ikilik. 

 

Mən Bacarın sevgisiyəm, sonası, 



Tuncər ilə Qarçiçəyin anası, 

Iki varlıq arasının durnası 

İkiləşmə, yıxar səni ikilik. 

 

Iki tanrı arasında tutuğam, 



Alt, Üst yerin ikisindən qopuğam, 

Dolanışdan dolanışa atığam, 

İkiləşmə, yıxar səni ikilik. 

Məni dinlə, sənə yardım edərəm, 

Görünmərəm, hara desən gedərəm, 

Mən varlığam, harda desən bitərəm, 

İkiləşmə, yıxar səni ikilik.” 

 

Bir az qorxdu səsdən öncə Ağüzər, 



Ələ aldı öz-özünü bir təhər, 

Səsi birdən qamarladı küləklər, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

307 


 

İkiləşmə, yıxar səni ikilik. 

 

Dalğalandı bu səs, azca boğuldu, 



Səs dağlara səpələndi, dağıldı, 

Sonra geri döndü, yenə doğuldu, 

İkiləşmə, yıxar səni ikilik. 

 

                 *** 



Danışırdı lap uzaqdan Qızçiçək, 

“Böyük gərək böyük yerdən yapışa. 

Sən görübsən Dəmirqızı, sevibsən, 

Böyük gərək böyük yerdən yapışa. 

 

Elçiçək də səni sevir, biləsən, 



Bilib gərək doğru yola gələsən, 

Ürəyini iki yerə böləsən, 

Böyük gərək böyük yerdən yapışa. 

 

Bir də bil ki, gizlənərək Eldəbir 



Daşağızda çox-çox ağır gündədir, 

Onun böyük gələcəyi öndədir, 

Böyük gərək böyük yerdən yapışa.” 

 

Ağüz dedi,”Eldəbiri taparam, 



Alıb onu mən Muğana çaparam, 

Sevimlimi Muğaneldən qaparam” 

Böyük gərək böyük yerdən yapışa. 

 

Dağ döşündə yerləşirdi daşağız, 



Gördü yazıq Eldəbiri ac, yalqız, 

Cüt almadı Eldəbirlə Dəmirqız, 

Böyük gərək böyük yerdən yapışa. 

Dedi:-Sənsən, deyən, burda Eldəbir

Dur ayağa, gedək, bacın gözləyir, 

-Yox, getmərəm, öldürərlər.-O deyir, 

Böyük gərək böyük yerdən yapışa. 

 

                  *** 



O yapışdı Eldəbirin əlindən, 

Yaxşılıqdır yol göstərmək yolçuya. 

O, geriyə, bu irəli çəkirdi, 

Yaxşılıqdır yol göstərmək yolçuya. 

 

-Məni burax, yol azmışam, artığam, 



Mən anamı öldürmüşəm, yanığam, 

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

308 


 

Qancıl kimi bu ellərə tanığam, 

Yaxşılıqdır yol göstərmək yolçuya. 

 

-Daşağızda sən acından ölərsən, 



Gedək, çöldə sən özünə gələrsən, 

Sevgi nədir, ana nədir, bilərsən, 

Yaxşılıqdır yol göstərmək yolçuya. 

 

Dilə tutur Eldəbiri, danışır, 



-Oğul hələ sənin kaldır gənc yaşın, 

Yaraqlı ol, dur bacınla yanaşı, 

Yaxşılıqdır yol göstərmək yolçuya. 

 

Daşağızdan çıxar-çıxmaz Eldəbir, 



Ağüz ona inam verir, güc verir, 

Qobuyeri, Muğaneli göstərir, 

Yaxşılıqdır yol göstərmək yolçuya. 

 

Deyir:-Tanrı yerincidir analar, 



Analarda tanrı kimi dözüm var, 

Anaların oylağıdır Mindiyar, 

Yaxşılıqdır yol göstərmək yolçuya. 

 

Ürəyini verib anan sənə ki 



Öz sevginə yetişəsən sən təki, 

Hər ana da sevgisiyçin çox çəkib, 

Yaxşılıqdır yol göstərmək yolçuya. 

                *** 

Sənin bacın başçı olub ellərə, 

Gec-tez hərə öz yerini tutacaq 

Demris deyil, Dəmirqızdır indi o, 

Gec-tez hərə öz yerini tutacaq. 

 

Sən də mənə bir yaraqlı olarsan, 



Toplumlanıb toplumumda qalarsan, 

Döyüşlərdə yaşa-başa dolarsan, 

Gec-tez hərə öz yerini tutacaq. 

 

Eldəbiri bu danışıq ovutdu, 



Yuxudaydı, sanki onu ayıltdı, 

Ölmək-qalmaq yasağından qayıtdı, 

Gec-tez hərə öz yerini tutacaq. 

 

Dedi: “Gedib bir yaraqlı olaram, 



Qan öcümü acıqandan alaram, 

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

309 


 

“Ana” deyib mən də qılınc çalaram, 

Gec-tez hərə öz yerini tutacaq. 

 

Bu minbaşı, deyən, yaxşı ərəndir, 



Qabaqları çox-çox qabaq görəndir, 

Yaxşı-yaman, ölçü-biçi güdəndir, 

Gec-tez hərə öz yerini tutacaq. 

 

Ana borcu, səni necə qaytarım, 



Ana, ana, səni harda axtarım, 

Mənim sevgim, lay-la yuxum, toxtarım, 

Gec-tez hərə öz yerini tutacaq. 

 

Sənə borcum tükənməzdir, bitməzdir, 



Yanıq-yanıq sancılarım bitməzdir, 

Könül yaram sağalsa da getməzdir, 

Gec-tez hərə öz yerini tutacaq. 

 

Öz-özünə dedi: Ay küt, ay andır, 



Sevgi gec-tez ötüb gedir, yalandır, 

 

Təkcə ana bu varlıqda qalandır, 



Gec-tez hərə öz yerini tutacaq. 

 

                *** 



-Ana, sənə kəsi olum, hardasan? 

Ana gücdür, ana yanan ürəkdir. 

Ürəyimi sənə verim keçinim, 

Ana gücdür, ana yanan ürəkdir. 

 

Haçan, haçan mışıl-mışıl yatırsan, 



Haçan, harda istəyinə çatırsan, 

Harda solub qaranlığa batırsan, 

Ana gücdür, ana yanan ürəkdir. 

 

Böyük tanrı, məni bir də bağışla, 



O qorudu məni qardan, yağışadan, 

O qorudu məni oddan, qarğışdan, 

Ana gücdür, ana yanan ürəkdir. 

 

Ana, sənə kəsi olum, ağlama, 



Mənim üçün ürəyini dağlama, 

Dəniz anam, daha dincəl, çağlama, 

Ana gücdür, ana yanan ürəkdir. 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 


Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin