Söhrab Tahir "Ata" Poema-epos


Söhrab Tahir                                "Ata" Epos-poema II cild



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə32/69
tarix17.04.2017
ölçüsü6,34 Mb.
#14318
1   ...   28   29   30   31   32   33   34   35   ...   69

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

400 


 

Hamı hər gün nəyi isə gözləyir. 

Görünür ki bir iş gəlib başına, 

Hamı hər gün nəyi isə gözləyir. 

 

Gecə düşür, Balaşq gedir qayıtmır, 



Öyüd-möyüd, bunlar Turqu ovutmur

Açıqlıdır, söz-möz onu soyutmur, 

Hamı hər gün nəyi isə gözləyir. 

Günçıxmadan Tunqər çıxır ovlağa, 

O uzanır ala-yaşıl otlağa, 

Göz gəzdirir dörd-bir yana, qoruğa, 

Söz ataraq yoldan keçən qonağa, 

-Hardan belə -deyir- bizim torpağa, 

Hamı hər gün nəyi isə gözləyir. 

 

-Gəlirəm ki, qucum doğma yerimi, 



Ancaq yolda aparırlar birini, 

Sürütdəyə-sürütdəyə ərini, 

Ağlar qoyur qızı belə görəni, 

Balasqsayaq dindirirlər hərəni, 

Hamı hər gün kimi isə gözləyir. 

 

Tunqər deyir:-Bu Balaşqdır,Sannadır, 



Köçün üzü deyən Balasq yanadır, 

Söylə, qardaş, bu yol üzü haradır, 

Hamı hər gün nəyi isə gözləyir. 

 

-Balasqeldir, bax, görünür uzaqdan, 



Tunqər qalxır, tutur iti yaraqdan, 

Çil-çil atla birdən qopur torpaqdan, 

Azqınları yaxalayır cınahdan, 

Hamı hər gün nəyi isə gözləyir. 

 

Deyir:-Durun, tutuqları buraxın, 



Qoyun yerə əlizdəki yarağı, 

“Yox” deyənin kəsiləcək qırtlağı, 

Hamı hər gün nəyi isə gözləyir. 

 

Balasqelli yaraqlılar yeddi yüz, 



Tunqərinsə ovçuları yüz əlli, 

Sıralanıb dayanırlar üz-bəüz, 

Hamı hər gün nəyi isə gözləyir. 

 

Balaşq, Sanna yara içrə tanınmaz, 



Kimlikləri, ad-sanları anılmaz, 

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

401 


 

Azqınlarsa quldurlardır, danılmaz, 

Bunca yaxın tanış-tunuş yanılmaz, 

Hamı hər gün nəyi isə gözləyir. 

                  *** 

Tunqər deyir:-Buraxınız yerınci, 

Başçılara  yaraşmayır oğurluq, 

Kimdir burda oğrubaşı, söyləyin, 

Başçılara yaraşmayır oğurluq. 

 

Tunqər deyir:- Ahay, yeygin, qarıncıl, 



Burax tutuq apardığın yerinci, 

Ya da dad bu qoşaağız qılıncı, 

Başçılara yaraşmayır oğurluq. 

 

Tunqər deyir:- Kəs, qır batman qılıncım, 



Bu toplumdan qalsın ancaq sonuncu, 

Yaralılar yerdə yalın, yarımçıq, 

Başçılara yaraşmayır oğurluq, 

 

Qoşaağız  qılınc kəsir, doğrayır, 



Eldəbirlə Kumar ara saxlayıb, 

Oxu, yayı, bizucları yoxlayır, 

Yüzbaşının yekə başı laxlayır, 

Bir qılıncla yerə düşür, ağnayır, 

Daryaş yenə basıqlığa uğrayır, 

Başçılara yaraşmayır oğurluq. 

 

Sanna dedi:- Mənim işim qarışdı, 



Mən gəlirdim, yolda yolum dolaşdı, 

Burda duran örtüküzlü Daryaşdı, 

Daryaş  gəlib daldan məndən yapışdı, 

O, başıma palaz-xurcun atmışdı, 

Tunqər, gəlib yaxşı bizə yanaşdın. 

Tunqər, Daryaş  durdu qarşı-qarşıya, 

-Mən qancılam -dedi- Minminbaşıya, 

Odur yardım gəlir Parsel qonşuya, 

Başçılara yaraşmayır oğurluq. 

 

Bunu deyib o,Turqərdən yapışdı, 



Qılınc, bizuc, topbuz ilə çarpışdı, 

Sonra onla yaxalaşdı, dartışdı, 

 

Soyunaraq, güləşərək qarpışdı, 



Qan, tər, palçıq bir-birinə qarışdı, 

Nəsə gücü onun qat-qat artmışdı. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

402 


 

Yeni toplum gəlib artıq çatmışdı, 

Başçılara yaraşmayır oğurluq. 

 

Tunqər, Sanna, Kumar, Balaşq, Eldəbir, 



Görək kimlər görək kimə güc gəlir, 

Ancaq Balasq atlıları çox ölür, 

Başçılara yaraşmayır  oğurluq. 

 

                 *** 



Üç gün döyüş gedir, aclıq, susuzluq, 

Döyüşdə say üstün gəlir, ya qılınc. 

Balaşq  düşür, son anını yaşayır, 

Döyüşdə say üstün gəlir, ya qılınc. 

 

Tunqun gücü, öcü, hayı azalır, 



Qızıl qanı üz-gözündə qızarır, 

Saralaraq üzü-bənzi sozarır. 

Döyüşdə say üstün gəlir, ya qılınc. 

 

Nərildəyir qaplan kimi yaralı, 



“Ölüm” diyə o düşünür qapalı, 

“Su” söyləyir, hərdən gözü qaralır, 

Döyüşdə say üstün gəlir, ya qılınc. 

 

Daryaş görür onda kirpikəsdini, 



Baxışında acı küsdü-küsdünü, 

Quzqun kimi alır başı üstünü, 

Döyüşdə say üstün gəlir, ya qılınc. 

 

-Mən Daryaşam,-Deyir bərkdən Tunqərə, 



Sonda, ərən, gəlib çıxdın bu yerə, 

Mindiyarı gəlin bölək üç yerə, 

Balasqelə, Parsdiyara, Hindelə, 

Döyüşdə say üstün gəlir, ya qılınc. 

 

 

Silkələnib Tunqər qalxır ayaqa, 



O, əl atır yenə qanlı yaraqa, 

Birdən bir səs gəlir çatır qulağa, 

Səs yayılır dalğa-dalğa uzağa, 

Döyüşdə say üstün gəlir, ya qılınc. 

 

Qız toplumu haray-haray yetişir, 



Dəyişdirir bu gəlişlə gedişi, 

Vurur, yıxır, kəsir qanlı döyüşü, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

403 


 

Daryaş görür üstünlüklər dəyişib, 

Əl saxlayır, dayandırır döyüşü, 

Döyüşdə say üstün gəlir, ya qılınc. 

 

Qızlar tək-tək, dolu kimi yağırlar, 



Qancıllara şimşək olub çaxırlar,  

On-on, yüz-yüz ön sıraya çıxırlar, 

Acıqandan yaraqları yığırlar, 

Döyüşdə say üstün gəlir, ya qılınc. 

 

Əkbitəndən toplum gəlir, düzülü, 



Balasqelin könlü bağrı, üzülür, 

Bu gəlişdə böyük vuruş sezilir, 

Daryaşınsa laxlam-laxlam özülü, 

Üz-gözündə qanlı qorxu sezilir, 

Acığından ağzı-burnu büzülür, 

Döyüşdə say üstün gəlir, qılınc yox. 

 

       Döyüş söylənci 

 

Balasqelin yolu dolu atlıdır, 

Hər üzləşmə on min ölüm deməkdir. 

Bulud-bulud yaraqlıdır, sürünür, 

Hər üzləşmə on min ölüm deməkdir. 

 

Üç təkərli, dörd təkərli qoşqular, 



Qoşa atlı, altı atlı daşqalar, 

Minellilər, Balasqlaşan başqalar, 

Sıyrılmadır çox qılınclar, şoşqalar, 

Yüzər, Düzər, Qızod, Odər-qalınclar, 

Qalınclardan törəmələr, qorunclar, 

Minellidən üz döndərən qorxunclar, 

Hər üzləşmə on min ölüm deməkdir. 

 

Bu toplumlar gəlir qanlı duruşa, 



Mindiyarla, Minelliylə vuruşa, 

Göydə oxlar bənzər seyrək yağışa, 

Hər üzləşmə on min ölüm deməkdir. 

 

Balaşq bilir, Balasqelin dilini, 



Yey tanıyır elatını, elini, 

Yaşayıbdır orda otuz ilini, 

Hər üzləşmə on min ölüm deməkdir. 

 

İki toplum bir-birinə dirənir, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

404 


 

Öncə çıxır ortalığa Eldəbir, 

Deyir:-Gəlsin qabağıma, kim gəlir! 

Balasqelcə Balaşq neçə söz deyir, 

Deyir: -Balasqeldən gələn Minelli, 

Anlamadan bizə qarşı gələli, 

Biliniz ki, biz qardaşıq sizinlə, 

Qılınc tutub, vuruşmayın bizimlə, 

Minellidən törəyənlər, ayılın! 

Dədələriz Mindiyarlı sayılır, 

Kökləriniz bu soy üstə qoyulub, 

Hər üzləşmə on min ölüm deməkdir. 

 

Bizuc, topbuz, qılınc, tutaq toqquşur, 



Minellilər bir-biriylə tapışır, 

Balasqelin toplumundan qopuşur, 

Mindiyarın başrağından yapışır, 

Hər üzləşmə yüz min ölüm deməkdir. 

 

Tunqər qovur ortalığa Çil-çili, 



Çil-çil bilir döyüşlərdə hər dili, 

Qoşaağız qılınc ilə təkəlli, 

Bir vurumla yerdə qalır beş ölü, 

Hər üzləşmə yüz min ölüm deməkdir. 

                *** 

Mindiyarın səsləncləri gurlayır, 

Hər yürüşdə başraq əl-əl öndədir, 

Balasqelin öncülləri qırılır, 

Hər yürüşdə başraq əl-əl öndədir. 

 

Kimdir geri üz tutaraq qaçanlar, 



Kimdir qanlı torpaqları qucanlar, 

Kimdir yeni,yeni yollar açanlar, 

Kimdir dillə özgəsini sancanlar, 

Hər yürüşdə başraq əl-əl öndədir. 

 

Haradasan,ahay, Balaşq yüzbaşı, 



Axtar gətir həndəvərə Daryaşı, 

O başlayıb bu on günlük savaşı, 

Hər yürüşdə başraq əl-əl öndədir. 

 

Ölənləri, qazın, yüz-yüz basdırın, 



Yaralıya su çatdırın, susdurun, 

Sonevləri tutuqlara qazdırın, 

Quzqunları qovalayın, azdırın, 

Kimlər kimdir, bir bucağa yazdırın, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

405 


 

Hər yürüşdə başraq əl-əl öndədir. 

 

Daryaş yoxdur, hara qaçıb, yoxlayın, 



Atlı salın, yalı, yolu bağlayın, 

Yaralının yarasını dağlayın, 

Innən belə ayıqlığı saxlayın, 

Hər yürüşdə başraq əl-əl öndədir. 

 

Tunqun hər bir göstərişi acıqlı, 



İçi,çölü, gözü,könlü yanıqlı, 

Tutuq düşən yaraqlılar qılıqlı, 

Hər yürüşdə başraq əl-əl öndədir. 

 

Kumar deyir:-Balasqeli çapax biz, 



O Daryaşı orda gəzib tapaq biz

Üzə çıxaq, Balasqeldən qabaq biz, 

 

Yerlərini bir-bir alaq, tutaq biz, 



Qarış-qarış Mindiyara qataq biz, 

Hər yürüşdə başraq əl-əl öndədir. 

 

Balaşq deyir: -Yerim-yurdum ordadır, 



Doğma anam, yoxsul atam dardadır, 

Bir qardaşım qalıb orda, xırdadır, 

Hər yürüşdə başraq əl-əl öndədir. 

 

                     *** 



“Anam-bacım, qız qardaşım, Elçiçək, 

Tanrısoydur  sevgi; sevil, tanrılaş. 

Sən də mənim tanrım oldun sevgilim, 

Tanrısoydur  sevgi; sevil, tanrılaş. 

 

Heç bilmədim oğlum oldu, ya qızım, 



Heç bilmədim necələşdin sən özün, 

Tanrı boyda bir sevgimiz var bizim, 

Tanrısoydur  sevgi; sevil, tanrılaş. 

 

Biləcəksən niyə dönüb gəlmədim, 



Körpəmizi gəlib görə bilmədim, 

Sənlə güldüm, sənsiz, gülüm, gülmədim, 

Tanrısoydur  sevgi; sevil, tanrılaş. 

 

Gec gəlsəm də, gülüm, acıq saxlama, 



Yaraşığa, vara könül bağlama, 

Qız sevgili-sevgisini yoxlamaz, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

406 


 

Ayrı düşsə ayrılıqdan laxlamaz, 

Sən yerincsən, yerinc acıq saxlamaz, 

Tanrısoydur  sevgi; sevil, tanrılaş. 

 

Körpəmizi dindir mənim yerimdə, 



Gec dönsəm də sən incimə ərindən, 

Mən sevirəm səni lap-lap dərindən, 

Tanrısoydur sevgi; sev, öl tanrılaş.” 

 

Tunqər düşdü çil-çil atı yalladı, 



Yazı yazdı, göyərçinlə yolladı, 

Göyərçini özü göyə tolladı, 

Öz özündən küsdü, dodaq salladı, 

Tanrısoydur  sevgi; sevil, tanrılaş. 



 

  VII Bölmə   XXI QAPI 

         Görüş söylənci 

 

Ağüz getdi Nuhçatana, Duzdağa, 



Görüş, səni bitgin edir görüşlər. 

Dəmirqızla görüş-öpüş könlündə, 

Görüş, səni bitgin edir görüşlər. 

 

Gün batırdı o, Duzdağa çatanda, 



Dağətəyi sazağ, şaxta artanda, 

Gecə yerə zil örtüyün atanda, 

Bu yerlərdə qır atını yortanda, 

Dağ evində sevgi gülü çırtanda, 

Görüş, səni bitgin edir görüşlər. 

 

Dəmirqızın küsü, sözü bol idi, 



Yerinc olmaq çox-çox ağır yol idi, 

Elə bil ki, o ərli yox, dul idi, 

Şah budaqda sınıx-sallaq xol idi, 

Görüş, səni bitgin edir görüşlər. 



 

Qaymaq öpüş, soyuq öpüş, qız öpüş, 

Birdən birə ordan-burdan yüz öpüş, 

Marçıldayır hər bal dadan duz öpüş, 

Dodaqlarda donub qalan buz öpüş, 

Görüş, səni bitgin edir görüşlər. 



 

Yerinc nədir, qancılları bəyirtmək, 

Qancıl üstə tez-tez atı səyirtmək, 

Uşaq doğub özgə əldə böyütmək, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

407 


 

Öz içində öc-acığı əritmək, 

Özünü yox, ölkəsini diriltmək, 

Başrağını uca tutmaq, böyütmək, 

Görüş, səni bitgin edir görüşlər. 

 

Uşaqlaşır sevişəndə yerinclər, 



Gülünc gəlir ona kiçik gilinclər, 

Yan ötüşür ondan çox-çox sevinclər, 

Görüş, səni bitgin edir görüşlər. 

 

Görüşdülər iki başçı, bax, belə, 



Yanqı sevgi könüllərdə çox hələ

Sevgi üstə dağ-dağ evlər tikilər, 

Görüş, səni bitgin edir görüşlər. 

 

                     *** 

Elçiçəkdən söz açdılar, ər-arvad, 

Sevinərsən oğlun ata olanda, 

Öyünərsən qızın ana olanda. 

Ağüz dedi:-Oğlu olub Tunqərin, 

Sevinərsən oğlun ata olanda, 

Öyünərsən qızın ana olanda. 

 

Dedi:-Yaxşı ad qazanıb gəlinin, 



Öyrənibdir el, elatın dilini, 

Bacarığı işindən də bilinir, 

Sevinərsən oğlun ata olanda, 

Öyünərsən qızın ana olanda. 

 

Sevinirəm, indi o da qızımdır, 



Yaxşı, pisi, nəyi varsa bizimdir, 

Ilk sevgisi batdı, getdi, gizlindir, 

Bu sevgisi daha doğru, düzgündür, 

Sevinərsən oğlun ata olanda, 

Öyünərsən qızın ana olanda. 

 

Yerinc ana baxıb qulaq asırdı, 



Düşünürdü, daşınırdı, susurdu, 

Ürəyini hərdən qorxu basırdı, 

Sevinərsən oğlun ata olanda, 

Öyünərsən qızın ana olanda. 

 

 

Düşünürdü, ilk sevginin öcü var, 



Ölənəcən onun tanrı gücü var, 

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

408 


 

Hər sevənin ilk sevgiyə borcu var, 

Küllü, közlü soyumamış içi var, 

Sevinərsən oğlun ata olanda, 

Öyünərsən qızın ana olanda. 

 

Dəmirqızı o ilk sevgi eşirdi, 



Gizli-gizli alışırdı, daşırdı, 

Bu sevgiyə bir çox adlar qoşurdu, 

Ölçü-biçi cızığını aşırdı, 

Sonra yenə öc-acıqdan düşürdü, 

Sevinərsən oğlun ata olanda, 

Öyünərsən qızın ana olanda. 

 

Qırx il idi düşünürdü bu sayaq



Qırx il idi o gəzirdi utancaq, 

Daha solub sozarmışdı al yanaq, 

Özü yerinc, özü yerli, ər qonaq, 

Bunun sonu görən necə olacaq, 

Sevinərsən oğlun ata olanda, 

Öyünərsən qızın ana olanda. 

 

                    *** 



Ancaq yürük dəyişirdi dayanış, 

Öz içində susqun qalıb boğulma. 

Hər gilincdən neçə çıxış yolu var, 

Öz içində susqun qalıb boğulma. 

 

Ağüz Turqu hər bir yerdə gəzirdi, 



Hərdən qalıb yolda,yalda busurdu, 

Meşəliyə, çaya qulaq asırdı, 

Ancaq meşə, dağ, düzənlik susurdu, 

Öz içində susqun qalıb boğulma, 

Düşgünlükdən çürüyərək dağılma. 

 

Ucalırdı yavaş-yavaş Əkbitən, 



Düşünürdü özlüyündə o hərdən, 

“Başev gərək Başev ola yenidən, 

Bir başbilən gəlsin bura hər eldən, 

Soraq tutsun hər iş, hər kim, hər nədən, 

Öz içində susqun qalıb boğulma, 

Düşgünlükdən çürüyərək dağılma”. 

 

Düşünürdü, “yığcam olaq biz gərək, 



Gəlsin bura Dəmirqızla Elçiçək, 

Çətinlikdə əl-əl, dil-dil birləşək, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

409 


 

Dən saxlamaz yoxsa iri, gen ələk, 

Elat-elat biz Başevdə birləşək, 

Öz içində susqun qalıb boğulma, 

Düşgünlükdən çürüyərək dağılma.” 

 

Turqla birgə uzaq düşən nələr var



Gilinc olub Duzdağ, Muğel, Parsdiyar, 

Yığışsalar öz yerini söz tapar, 

Öz içində susqun qalıb boğulma, 

Düşgünlükdən çürüyərək dağılma. 

 

Düşünürdü,”Gərək yığış keçirək, 



Qurultayda səslə seçək, seçilək, 

Yasa yazaq, onun ilə ölçülək, 

Yasa ilə biz yenidən biçilək”, 

Öz içində susqun qalıb boğulma, 

Düşgünlükdən çürüyərək dağılma. 

 

Turq ucalıb yarımtanrı olmuşdu, 



Mindiyarda tanrı adı almışdı, 

Işıq olub ürəklərə dolmuşdu, 

Öz içində susqun qalıb boğulma, 

Düşgünlükdən çürüyərək dağılma. 

 

      Yığış   söylənci 

 

Əkbitənin səsləncləri gurladı, 



“Qurultaydır birəşdirən gücləri. 

Qurultaya gəlmişdilər elçilər, 

Qurultaydır birləşdirən gücləri. 

Oturmuşdu neçə-neçə minbaşı, 

İlk sırada minminbaşı, başbaşı, 

Oturmuşdu elatbaşı, yurdbaşı, 

Şahın qızıl başdolağı yaraşıq, 

Üzərində durudaşı, aldaşı, 

Göyə çalır dənizdaşı sudaşı, 

Oturmuşdu Dəmirqızla, Elçiçək, 

Ağüz, Tunqər, Odərpayla yanaşı, 

Qurultaydır birləşdirən gücləri. 

 

Daşdayaqlar bəzənmişdi ipəklə, 



Söykənclərsə palaz, dəri örtüklə, 

Mərmər yerlər ağ, sarı, al çiçəklə, 

Parlayırdı gümüş, mərmər dirəklər, 

Sayrışırdı sevinc dolu bəbəklər, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

410 


 

Qurultaydır birləşdirən gücləri. 

 

İlk söz dedi, Ocaqbaşı Odərpay, 



Dedi:-Bizi birləşdirir qurultay, 

Bizi el-el birləşdirən tanrıdır, 

Oddan ötgəm, sudan, aydan arıdır, 

Onun yeri, Turqun yeri ayrıdır, 

Qurultaydır birləşdirən güclərı. 

 

Ağüz dedi:-Yığılmışıq danışaq, 



Görüləcək çox işlərdən yapışaq, 

Muğel boyu at səyirdir quraqlıq, 

Uğureldə hər gün toydur,qonaqlıq, 

Duzdağ on min döyüş atı istəyir, 

Parsel bizdən “diyar” adı istəyir, 

Mindiyarda min-min ac var, yoxsul var, 

Bir az qolay dəbərsinlər varlılar, 

Artsın otlaq, əkin-biçin, malqara, 

Çatmır arpa, saman, yonca atlara, 

Muğər deyir əlli min at bizdə var, 

Qoy Muğelə gəlsin dayça alanlar. 

 

-Basar toplum gərək çapınc gətirsin, 



El-obaya ondan pay-puş yetirsin, 

Yaralara onu təpinc eləyək, 

Çapqınçıya biz də sağol söyləyək. 

Qurultaydır birləşdirən gücləri. 

 

-Bir az da çox vergi alaq varlıdan, 



-Çox vergini varlı versin haradan, 

Varı verir el yox, böyük yaradan

-Dağda-daşda tapınc yeri arayaq, 

-Bu sözlərdən təpinc olmaz yaraya, 

Qurultaydır birləşdirən gücləri. 

 

Qurultayda səs ucalır, səs artır, 



Üç yol belə gecə düşür, gün batır, 

El-obaya gedib yer-yer söz çatır, 

Qurultaydır birləşdirən gücləri. 

 

Biri deyir:-Tanrılaşıb Turq ata, 



Görən indi o hardadır, o harda, 

O gəlseydi qurultayı görərdi, 

Baş başlığı Ağüzərə verərdi. 

Qurultaydır birləşdirən gücləri. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

411 


 

 

Hamı sanki bu sözləri bəyənir, 



Hamı bunca Odərpaya  güvənir, 

Ağüzəri alqışlayır qurultay, 

Baş Başlığı verir ona qurultay, 

Qurultaydır birləşdirən gücləri, 

Qurultaydır birləşdirən elləri, 

 

    Ander,  Daryaş  söylənci 



 

Qırx il bunca şahlıq edir Ağüzər, 

Şah ölkənin umu-küsü yeridir. 

Qocalanda Tunqər alır şahlığı, 

Şah ölkənin umu-küsü yeridir. 

 

Alp Ər Tunqun Dörd oğlu var,üç qızı, 



Oğlanlar nər,qızlar göylər ulduzu, 

Şah olmaqdır hamısının yanqısı, 

Şah ölkənin umu-küsü yeridir. 

 

Sayan, Alan, Çatan,Qaplan,-adları, 



Hamısı da Mindiyarın qurdları, 

Uçar, sıçraq, qıvraqqanad atları, 

Şah ölkənin umu-küsü yeridir. 

 

İş-gücləri izləməkdir Daryaşı, 



Parsdiyarın yorulmayan başbaşı, 

Olub yazıq Parsdiyarın baş daşı, 

Şah ölkənin umu-küsü yeridir. 

 

Ata qoymur oğulları döyüşə, 



Basarlaşa çox vuruşa, yürüşə, 

Daryaş ilə özü çıxır döyüşə, 

Şah ölkənin umu-küsü yeridir, 

 

Alandadır parsdiyarın açarı, 



Daryaşlını Yerincyerdən qaçırır, 

Sanna ilə vurub, yıxır uçurur, 

Şah ölkənin umu-küsü yeridir. 

 

Qız toplumu,Sanna,bir də Balaşqər, 



Çox artıbdır burda yorğa yerişlər, 

On gündən bir gedir qanlı döyüşlər, 

Şah ölkənin umu-küsü yeridir. 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

412 


 

Tunqər yenə qarşılaşdı Daryaşla, 

O əyilib dedi, ona yavaşdan: 

-Sən dönüksən,satqın,qaçqın bu yaşda

Şah ölkənin umu-küsü yeridir. 

 

Daryaş dedi:-Qocalıbsan,düşübsən, 



Parsdiyara yenə gəlib çaşıbsan, 

Alanı da bu işlərə qoşubsan, 

Şah ölkənin umu-küsü yeridir. 

Daryaş çapdı, o yan, bu yan ox atdı, 

Çil-çilatın yalmanını qanatdı, 

Tunqun dörd yan-yövrəsini daraltdı, 

Şah ölkənin umu-küsü yeridir. 

 

Dedi:-Çoxdan şah olmusan,nə yaxşı, 



Mənsə burda, Parsdiyarda minbaşa, 

Sənə deyil,mənə şahlıq yaraşır, 

Şah ölkənin umu-küsü yeridir. 

 

Tunqər dedi:-Yekə-yekə danışma, 



Yerinc, ölkə işlərinə qarışma, 

Yoxsa ellər bir-biriylə barışmaz, 

Şah ölkənin umu-küsü yeridir. 

 

Diyar olsa Mindiyardan qopanlar, 



Xərac verə onda gərək Parsdiyar, 

Əlinizdən çıxar  olan qalanlar, 

Başınızın üstün kəsər yamanlar, 

Şah ölkənin umu-küsü yeridir. 

                 *** 

O qışqırdı, bu bağırdı ucadan, 

Ağır sözdən qor götürür döyüşlər, 

O, söz atdı, ağız dolu, bu söydü, 

Ağır sözdən qor götürür döyüşlər. 

 

Söyüşdülər, səsdən batdı qulaqlar, 



İşə düşdü ən kəsərli yaraqlar, 

Bir-birini qamarladı caynaqlar, 

Səslənc ilə dalğalandı bayraqlar, 

Boğazlarda xarıldadı qırtlaqlar, 

Ağır sözdən qor götürür döyüşlər. 

 

-Sən mənimçin lap dünənki uşaqsan, 



-Sən bəyirən qoyun kimi inaqsan, 

-Baş aparma, sən üç günlük qonaqsan,- 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 


Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin