Söhrab Tahir "Ata" Poema-epos



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə29/69
tarix17.04.2017
ölçüsü6,34 Mb.
#14318
1   ...   25   26   27   28   29   30   31   32   ...   69

         Kumar söylənci 

 

Qız toplumu meşəlikdə busurdu, 



Min yaraqlı gizlənmişdi susurdu, 

Hamı durub səsə qulaq asırdı, 

Qılınc, qalxan vuruşması döyüşdür. 

 

Bu, döyüş yox, basqın idi deyəsən, 



Qılınc qalxan toqquşması döyüşdür. 

Yerincliyi tutmaq hələ döyüş yox, 

Qılınc qalxan toqquşması döyüşdür. 

 

Kumar oxla daldan vurdu Tunqəri, 



Aşdı bu an Çilçilatın yəhəri,  

Yatdı yerə Yerincliyin çəpəri,  

Qılınc qalxan vuruşması döyüşdür. 

Qılınc çəkib Daryaş çıxdı qabağa, 

Dedi: Tunqər, əl at indi yarağa, 

Tunq da düşüb atdan endi torpağa, 

Qılınc qalxan vuruşması döyüşdür. 

 

Qılınc qalxdı, bunu Daryaş bilmədi, 



Qılınc endi, o yıxıldı, ölmədi, 

Kumar qorxdu, çox qabağa gəlmədi, 

Qılınc qalxan vuruşması döyüşdür. 

 

Tunqər döndü, ona bərkdən qabardı, 



-Sənin adın, mən biləni Kumardır, 

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

362 


 

Burda ox yox, iti qılınc basardır, 

Qılınc qalxan vuruşması döyüşdür. 

 

Qılınc qalxdı, qılınc endi aşağa, 



“Vay “ deyərək Kumar düşdü torpağa, 

Daryaş daha əl atmadı yarağa, 

Qılınc qalxan vuruşması döyüşdür. 

 

Balaqlılar Tunqər üstə cumdular, 



Qılınc dəydi, qan oldular , damdılar, 

Yüzü öldü, ağız açıb yumdular, 

Qılınc qalxan vuruşması döyüşdür. 

 

Dağdan enən yaraqlılar yürüşdə, 



Qız toplumu nərildədi döyüşdə, 

Qılınc  tutan ağ əlləri gümüşdən, 

Qılınc qalxan vuruşması döyüşdür. 

 

Balaqlılar qaça-qaça söyürdü, 



Parsellilər hindellini döyürdü, 

“Tunqər” deyib hamı onu öyürdü, 

Qılınc qalxan vuruşması döyüşdür. 

 

                  *** 

Yaralıydı Kumar tutuq düşəndə

Toplum çökür  tutuq düşsə minbaşı. 

Saxlanıldı o, tavansız dustaqda, 

Toplum çökür  tutuq düşsə minbaşı. 

Dustaqlandı o hay-küydən uzaqda, 

Manayqızın saxlandığı dustaqda, 

İplə qat-qat sarılmışdı bucaqda, 

Toplum çökür  tutuq düşsə minbaşı. 

 

Kumar dedi:- Mən yanlış yol tutmuşam, 



Toplumumu satqınlara satmışam, 

Tunqun ağır qılıncını dadmışam, 

Toplum çökür  tutuq düşsə minbaşı. 

 

Yalvarıram tutuq kimi sat məni, 



Öldür, apar qurda-quşa at məni, 

İpə sarı, öz ardınca dart məni, 

Toplum çökür  tutuq düşsə minbaşı. 

 

Ancaq məni sən qaytarma Hindelə, 



Saxla elə dustaqlıqda, bax, belə, 

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

363 


 

Qoyma danlaq çoxluğunda mən öləm, 

Toplum çökür  tutuq düşsə minbaşı. 

 

-Sən haradan tanıyırdın Daryaşı, 



Deyir, odur mənim ögey qardaşım, 

Ancaq sənə heç oxşamır göz-qaşı, 

Toplum çökür  tutuq düşsə minbaşı. 

 

-Düzdür, mən də bunlardanam, mən yazıq, 



Min il qabaq bunlar köçdü, biz qaldıq, 

Min il bizi ayırmışdır ayrılıq, 

Toplum çökür  tutuq düşsə minbaşı. 

 

Dedim, mənə doğmadırlar, amandır, 



Ayrılıblar yurdlarından haçandır, 

Pislik ötər, yaxşılıqsa qalandır, 

Nə bileydim bunlar quduz qabandır, 

Toplum çökür  tutuq düşsə minbaşı. 

 

Gəldim, gördüm, dolanışıq yaxşıdır, 



Qudurmuşlar yaxşılığa qarşıdır, 

Başçıları düşüncədən naşıdır, 

Toplum çökür  tutuq düşsə minbaşı. 

Tunq Kumarın sözlərinə inandı, 

İnanmaq yox, inandırmaq çətindir. 

Onu alıb qoydu orda onbaşı, 

İnanmaq yox, inandırmaq çətindir. 

 

Dedi, olsun “baş” özündən özünə, 



Dedi, hamı baxsın onun sözünə, 

Dedi, düşsün qoy işlərin izinə, 

İnanmaq yox, inandırmaq çətindir. 

 

Kumar yerinc işlərinə qatıldı, 



Çoxu dedi, o, Tunqərə satıldı, 

Qara qaşlar düyünləndi, çatıldı, 

İnanmaq yox, inandırmaq çətindir. 

 

Tunqər bunu acığından elədi, 



Çoxlarının kal içini bellədi, 

Hellənmişi yuvasına hellədi, 

İnanmaq yox, inandırmaq çətindir. 

 

Ancaq Kumar Tunqu gördü, vuruldu, 



Bulanmışdı, inanc tapdı, duruldu, 

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

364 


 

Mindiyarda inanc üstə quruldu, 

İnanmaq yox, inandırmaq çətindir. 

 

Bu bicləmə nədir, vuruş, barışıq, 



Aldatmaqla aldanmaqdır, qarışıq, 

Çox da bunu anlamırdı onbaşı, 

İnanmaq yox, inandırmaq çətindir. 

 

Çuqçubaşı dönüb gəldi Parselə, 



Dedi, getdim, tutuq oldum Hindelə

Yiyələndim ancaq orda çox dilə, 

İnanmaq yox, inandırmaq çətindir. 

 

Öz yerinə gizli qoydu Tunq onu, 



O artırdı yaraqlının sayını, 

Bunla bitdi Daryaş-Kumar oyunu, 

İnanmaq yox, inandırmaq çətindir. 

          

         Ana söylənci 

 

Bir gün Tunqər anasıyçin darıxdı, 



Çox yaraya toxdaq-dərman anadır. 

Görməmişdir Dəmirqızı bir ildir, 

Çox yaraya toxdaq-dərman anadır. 

 

Duzdağ əski Nuhçatanın bölgəsi. 



Deyirdilər ona Daşduz ölkəsi, 

İsti yayı, ancaq sərin kölgəsi, 

Çox yaraya toxdaq-dərman anadır. 

 

Yerinc idi bu torpaqda Dəmirqız, 



Burda idi duz yatağı, daşağız, 

Tükənməzdi burda lay-lay qaya duz, 

Çox yaraya toxdaq-dərman anadır. 

 

Duz gedirdi burdan tez-tez Çinelə, 



Gəmilərlə daş duz böyük Hindelə, 

Duzdağ, Daşduz deyirdilər bu elə, 

Çox yaraya toxdaq ata-anadır. 

 

-Ana, gəldim səni görüm, günaydın, 



Bu yollarda sürünürəm biraydır, 

-Gəlibsənsə üç ay burda qalaydın, 

Çox yaraya toxdaq ata-anadır. 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

365 


 

Eşitmişəm istəyirsən bir qızı, 

Bilmirəm ki bunu bilir qız özü, 

O böyükdür səndən neçə yaş düzü, 

Çox yaraya toxdaq ata-anadır. 

 

-Nə olsun ki, böyük olsun ya kiçik, 



Mən sevirəm, sevgi yaşda biz birik, 

Qız da bilir, ancaq dinmir hələlik, 

Çox yaraya toxdaq ata-anadır. 

 

Görüşməyib görməsə də Tunq nədən, 



Vurulmuşdu Elçiçəyə ürəkdən, 

Yorulmuşdu o Elçiçək deməkdən, 

Çox yaraya toxdaq ata-anadır. 

O bilmirdi qız sevirmiş Ağüzü, 

Ağüzünsə Elçiçəkdə yox gözü, 

O saymayıb çox sevgini, çox sözü, 

Çox yaraya toxdaq ata-anadır. 

 

Tunqər isə çox oxşayır ataya, 



Ona oxşar olub çıxıb ortaya, 

İstəyib ki atasını addaya, 

Çox yaraya toxdaq ata-anadır. 

 

Dəmirqızı bunlar yaman göynədir, 



Deyir, bunlar sevgi deyil, heç nədir, 

Çox sözləri öz oğlundan gizlədir, 

Çox yaraya toxdaq ata-anadır. 

 

                  *** 

Nə düşübsən şellən-şellən gəzirsən, 

İstəyirsən sağ  qalasan sayıq ol. 

Toplum gəlir Nuhçatanın üstünə, 

İstəyirsən sağ qalasan sayıq ol. 

 

Belə dedi Tivə kənddə bir kişi, 



Ayıq saldı kənddə tanış-bilişi, 

Axsaq idi, sınıq idi yerişi, 

İstəyirsən sağ qalasan sayıq ol. 

 

-Özüm gördüm yaraqlını,altı yüz, 



Başçı təndir şişi kimi dübbədüz, 

Altı yüz baş qızmış-qızıx bir öküz, 

İstəyirsən sağ qalasan sayıq ol. 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

366 


 

Dəmirqıza çatdırıldı bu sözlər, 

“Daraşıblar Duzdağelə öküzlər 

Yekəbaşlar, şiş udmuşlar, iblislər, 

İstəyirsən sağ qalasan sayıq ol. 

 

Yüz atlıyla Yerinc çıxdı Duzdağa, 



“Dayan” dedi çağrımamış qonağa, 

Qızıxmışlar əl atdılar yarağa, 

İstəyirsən sağ qalasan sayıq ol. 

-Siz kimsiniz, bura duzdağ elidir, 

Nuhçatandır, bu hamıya bəllidir, 

Başçınızın başı deyən yellidir. 

İstəyirsən sağ qalasan sayıq ol. 

 

-Kimliyimiz alnımızda yazılıb, 



Qılıncımız üzərində qazılıb, 

Kirpiklərdən oxlarımız asılıb, 

İstəyirsən sağ qalasan sayıq ol. 

 

-Baş apama, çıx ortaya yarışaq, 



-Yaxşı olar vuruşmadan barışaq, 

Sən qadınsan, geyinibsən ərsayaq, 

İstəyirsən sağ qalasan sayıq ol. 

 

-Mən qadınam, sən kişidən qabağam, 



Döyüşlərdə Mindiyara dayağam, 

Əyilməyən, kütləşməyən yarağam, 

İstəyirsən sağ qalasan sayıq ol. 

 

-Mən qadına əl qaldıra bilmərəm, 



Qadın vursa, qanım axsa silmərəm, 

O, başımı kəssə belə ölmərəm, 

İstəyirsən sağ qalasan sayıq ol. 

 

                    ***  

Bir səs gəlir birdən-birə uzaqdan, 

Arxa, söykənc güc gətirir ürəyə. 

-Ana, gözlə, mən gəlirəm, tələsmə, 

Arxa, söykənc güc gətirir ürəyə. 

 

Altı yüzə qarşı yüz ər çox azdır. 



Şeşələnmək bunca oynaq qotazdır, 

Hamı bilir şeşələnən dayazdır, 

Arxa, söykənc güc gətirər ürəyə. 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

367 


 

Tunqdur. Gəlir yardımına ananın, 

Tunqdur, bu gün yuxudan gec oyanıb, 

Kimdir bitən burda ottək yabanı 

Arxa, söykənc güc gətirər ürəyə. 

Tunqu görüb hamı çaşır, tutulur, 

Dəmirqızın yay qaşları çatılır, 

Oxlu yaylar sona kimi dartılır, 

Arxa, söykənc güc gətirər ürəyə. 

 

Ana deyir:-Tunq, burdayıq, elliyik, 



Biz danışıq aparırıq hələlik, 

Bu üzləşmə tanışlıqdır, gileylik, 

Arxa, söykənc güc gətirər ürəyə. 

 

Düşür atdan boyun əyir yüzbaşı, 



Gülür onun dolu üzü, göz-qaşı, 

Danışığı sıralarda dolaşır, 

Söykənc, arxa güc gətirər ürəyə. 

 

Deyir: -Tunqər, biz gəlmişik görüşə, 



Gəlməmişik sizlə duraq döş-döşə, 

Gəlməmişik  vuruşmağa, döyüşə, 

Söykənc,  arxa güc gətirər ürəyə. 

 

Bizik Balasq toplumunun qopuğu, 



Keçmişlərin, olmuşların qalığı, 

Biz olmuşuq Balasqelin atığı, 

Söykənc, arxa güc gətirər ürəyə. 

 

Hər bir yerdə sınıqların sınığı, 



Soyuqluğun, saymazlığın yazığı, 

Biz olmuşduq Mindiyarın yanığı, 

Bizik onun bayrağının sayığı, 

Biz olmuşduq artıqların artığı, 

Ancaq Minel ölkəsinin ayığı, 

Bizik  Düzər,Yüzər, Odər qoruğu

Qan hayqıran yaraların ovuğu, 

Söykənc, arxa güc gətirər ürəyə. 

 

Biz ayrıldıq Balasqeldən bir təhər, 



İllər boyu alçaldılmış beş yüz ər, 

Biz çox idik qol-budaqlı ərənlər, 

Söykənc, arxa güc gətirər ürəyə. 

 

Balasqeldən bizi yer-yer qovublar, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

368 


 

Üç min ildir bizi artıq sayıblar, 

Onlar ölkə başçısına uyublar, 

Bizi belə yersiz, yurdsuz sayıblar, 

Söykənc, arxa güc gətirər ürəyə. 

 

Biz gəlmişik Mindiyara yaşayaq, 



Mindiyarın  bayrağını daşıyaq, 

Bizim qorunc yerimizdir bu başraq, 

Söykənc, arxa güc gətirər ürəyəş 

 

Tunqər dedi:-Gəlibsiniz, göz üstə, 



Bizim ölkə doğma elə doğmadır. 

Yal-yaraqla gəlmisiniz, nədəndir, 

Bizim ölkə doğma elə doğmadır. 

 

Tunqər dedi:-Sizi işdə görərik, 



Onda sizə yer-yurd, inanc verərik, 

Onda böyük döyüşlərə girərik, 

Bizim ölkə doğma elə doğmadır. 

 

-Gələ-gələ orda-burda döyüşdük, 



Çapdıq, soyduq, qancıllarla deyişdik 

Yaraq tapdıq, yaraqlandıq vuruşduq, 

Bizim ölkə doğmalara doğmadır, 

 

İndi bizə iş buyurun, qulluq yox, 



Döyüşçü tək baxın bizə, tutuq yox, 

Vuruşqanıq, yaraqlıyıq, yazıq yox, 

Bizim ölkə doğmalara doğmadır. 

 

Tunqər dedi: -Çəkinməyin heç nədən, 



Uğurelə apararam sizi mən, 

Çiçək iyi duyarsınız o yerdə, 

Bizim ölkə doğmalara doğmadır. 

 

Tivi kəndi yüz qoyunu bəyirtdi, 



Qonaqlara qulluq etdi, yedirtdi, 

Üç min illik ayrılığı  kiriltdi, 

Sızıltının buzlarını əritdi,  

Bizim ölkə doğmalara doğmadır. 

Tunq sonra da çəkinməyib heç nədən

Atasına, anasına demədən, 

Yola düşdü Uğurelə kənbəkənd 

Bizim ölkə doğmalara doğmadır. 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

369 


 

Arxasınca getdi onun on takım, 

Sevgisinə doğru idi hər addım, 

Uzun yollar sevgisini çoxaltdı, 

Bizim ölkə doğmalara doğmadır. 

 

      Görüş söylənci 



 

Uğureldə yerinc idi Elçiçək, 

Qıtlıq olmur qadın yerinc olanda. 

On beş ildə dəyişmişdi elatlar, 

Qıtlıq olmur qadın yerinc olanda. 

 

El çox işi özü görüb keçirdi, 



Sulu yeri, yalı əkib biçirdi, 

Gah yaylağa, gah qışlağa köçürdü, 

Qıtlıq olmur qadın yerinc olanda. 

 

Elçiçək də baş çəkirdi yurdlara, 



Alaçıqdan, aullardan kəndlərə, 

Əl çəkirdi çiçəklərə, otlara, 

Qıtlıq olmur qadın yerinc olanda. 

 

Onu hərdən hort qoyurdu ilmələr, 



Yaylıqlarda incə-incə tikmələr, 

Daş yazmalar,daş üstündə çəkmələr, 

Qıtlıq olmur qadın yerinc olanda. 

 

Soyumuşdu sevgi, sevinc içində, 



Yanılmışdı ölçü bilməz seçimdə, 

O tapmadı daha Ağüz biçimdə, 

Qıtlıq olmur qadın yerinc olanda. 

 

Çox elçilər gəlib getdi on ildə, 



Çinel, Minel, Hindel, bir də Muğeldən, 

Boş döndülər, səs çıxmadı tək əldən, 

Qıtlıq olmur qadın yerinc olanda. 

Başı uca, Alnı açıq Uğurel, 

Nə yaxşı ki, yerincimiz “şort” deyil, 

Eşidirdi olmuşları anagil, 

Qıtlıq olmur qadın yerinc olanda. 

 

Ancaq hərdən kövrələrək, gülərək 



Ana olmaq istəyirdi Elçiçək, 

Körpə iyi, bağırtısı, yaş bələk, 

Qıtlıq olmur qadın yerinc olanda. 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

370 


 

 

Ağsaqqallar yağlı dilə uymuşdu, 



Öyüd-möyüd söyləməkdən doymuşdu, 

Hərdən qızı öyüb tanrı saymışdı, 

Bunu bütün Uğurelə yaymışdı, 

Qıtlıq olmur qadın yerinc olanda. 

 

                    ***  

Kimi isə gözləyirdi Elçiçək, 

İlk sevginin ilk qorudur gözləmək. 

Ancaq kimi, nəyi bu qız gözləyir,  

İlk sevginin ilk qorudur gözləmək. 

 

Biri vardı, Yerincevi busurdu, 



Elçiçəyə tez-tez qulaq asırdı, 

Sevgisini deyə bilmir, susurdu, 

İlk sevginin ilk qorudur gözləmək. 

 

O kim idi, neçə kəndin yiyəsi, 



Qırx sürüsü, beş naxırı, pəyəsi, 

Sözü vardı Elçiçəyə deyəsi, 

İlk sevginin ilk qorudur gözləmək. 

 

Yerincevdə minbaşıydı, çox çevik, 



Əlindəydi on beş takım, beş bölük, 

Ancaq içi-çölü yaman örtülü, 

İlk sevginin ilk qorudur gözləmək. 

 

Azdan, çoxdan varıb, dönüb gülüncə 



Sevgisini bildirmişdi yerincə, 

“ Yerinc, səni sevəcəyəm ölüncə” 

İlk sevginin ilk qorudur gözləmək. 

Çopur idi, atar idi ad-sanı, 

Yerincevin yolu üstə ormanı, 

Ovlaq idi ormanının hər yanı, 

İlk sevginin ilk qorudur gözləmək. 

 

Yerinc deyib Atar sanki ölürdü, 



Çoxdan idi yerinc bunu bilirdi, 

Altdan-altdan bu sevgiyə gülürdü, 

İlk sevginin ilk qorudur gözləmək. 

 

O bilirdi Atar sulu yer tutub, 



Yerlərinə yeni-yeni yer qatıb, 

Orda-burda gizli-gizli yer satır, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

371 


 

İlk sevginin ilk qorudur gözləmək. 

 

                    ***  

Uğurelin səsləncləri gurladı, 

Səslənc inam, qorxu-ürkü yaradır. 

Döyüş, vuruş sorağıdır bu səslənc, 

Səslənc inam, qorxu-ürkü yaradır. 

 

Soraq gəldi, beş yüz atlı, minbaşı, 



Dayanmadan yoxuş aşır, dağ aşır, 

Tələsmədən Uğurelə yanaşır, 

Səslənc inam, qorxu-ürkü yaradır. 

 

Yerinc dedi: -Gedin, görün kim ola, 



Yol azıblar, çıxıbdılar bu yola, 

Yol verməyin eldə qorxu yayıla, 

Səslənc inam, qorxu-ürkü yaradır. 

 

Beş takımla  Atar çapdı ovlağa, 



Qılınc çəkib o yeridi qabağa, 

Qorxu-ürkü gəldi  gələn qonağa

Tunqu görcək o çevrildi yumağa, 

Səslənc inam, qorxu-ürkü yaradır. 

 

Tunqər dedi: -Sən nəçisən, ay qotur, 



-Mən Elçiçək yaraqlısı, şah odur. 

Yerinc odur, bu ovlağı o tutub. 

-Yavaş danış, ay dombagöz, ay qotur, 

Səslənc inam, qorxu-ürkü yaradır. 

Hər sözündən salxım-salxım buz qopur. 

Səslənc inam, qorxu-ürkü yaradır. 

 

-Mən Elçiçək vurğunuyam,Tunqərəm, 



Mən gəlmişəm öz sevgimi  göstərəm, 

Çəkil yoldan, buyururam son kərə, 

Səslənc inam, qorxu-ürkü yaradır. 

 

Atar baxdı, domba gözlər oynadı, 



Ürəyində açıq coşub qaynadı, 

Çapdı birdən Tunqər üstə o atı, 

Səslənc inam, qorxu-ürkü yaradır. 

 

-Elçiçəyə qara yaxma! O deyir, 



Eldən başqa o heç kəsi sevməyir, 

Bu ovlaqlar onunkudur, çap geri! 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

372 


 

Səslənc inam, qorxu-ürkü yaradır. 

 

Qılıncların şaqqıtısı qopanda, 



Bir-birinin üstə ərlər çapanda, 

Eldəbir də daşı qoyub sapanda, 

Gələnlərin üstlərinə atanda 

Tunqər vurdu, Atar aşdı atından, 

Bir səs gəldi sanki bulud qatından,: 

-Eldəbirəm, Sarıqaya ardında, 

Səslənc inam, qorxu-ürkü yaradır. 

 

-Sən kimsənsə, qılıncını at yerə. 



Çox özünü oxşadırsan Tunqərə, 

Qoyma sənə sapand daşı göndərəm, 

Səslənc inam, qorxu-ürkü yaradır. 

 

-Mən Tunqərəm, minminbaşı, minbaşa, 



-Mən Eldəbir,  sənin ana qardaşın. 

-Onda gəlin bir-birizlə barışın. 

Səslənc inam, qorxu-ürkü yaradır. 

 

 



Görüşdülər Tunqər ilə Eldəbir, 

Tanrı gülür görüşəndə yaxınlar. 

Ordan-burdan deyib soraq tutdular, 

Tanrı gülür görüşəndə yaxınlar. 

 

Elçiçəyin ilk sevgisi dəbərir



O görəndə dağ gövdəli Tunqəri. 

Ürəyində yeni sevgi göyərir 

Tanrı gülür görüşəndə yaxınlar. 

 

Baş əyirlər Elçiçəyə birbəbir, 



Tunqər, Balaşq, Atar, bir də Eldəbir, 

Tanrı özü sevgi payı göndərib 

Uğureli toy yerinə döndərib, 

Tanrı gülür tapışanda yaxınlar. 

 

Tunqər baxır qıza gözlər alışır, 



Elçiçəyin baxışları sayrışır. 

İki ürək bir sevgidə tapışar, 

Tanrı gülür görüşəndə yaxınlar. 

 

O sevinir, bu uğunur, sevincək, 



Sözlər incə, baxış incə, bel incə, 

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

373 


 

Hamı baxır Tunqər ilə Yerincə, 

Tanrı gülür öpüşəndə yaxınlar. 

 

Qız itirir sanki bir az özünü, 



O çəkməyir Tunqdan bir an gözünü, 

Bu görüşdən tükənərkən dözümü, 

Çəkinməyib açıq deyir sözünü, 

Tanrı gülür sevişəndə yaxınlar. 

 

Birdən deyir o utana-utana: 



-Sən necə də oxşayırsan atana, 

Ərənlikdə bənzəyirsən anana. 

Tanrı gülür sevişəndə yaxınlar. 

 

Tunqər deyir: -Mənim sevgim tükənməz, 



Dağ püskürər, sönər gedər, Tunq sönməz, 

Tanrı dönsə Elçiçəkdən o dönməz, 

Tanrı gülür sevişəndə yaxınlar. 

Mən buraya sənin üçün gəlmişəm, 

Ürəyimə səni yaxın bilmişəm, 

Hələ səni görməmişdən sevmişəm, 

Tanrı gülür sevişəndə yaxınlar. 

 

                  *** 

Çox  çəkinmə, ana sevgi, şəngül ol, 

Sevgi yaşa, işə, gücə baxmayır. 

Yaşlı olsa bir-birini sevənlər, 

Sevgi yaşa, işə gücə baxmayır. 

 

Tunqər Yerinc bir-birinə vuruldu, 



Gözlərinin güzgüləri duruldu, 

İçlərində “neynim” sözü qırıldı, 

Sevgi yaşa, işə gücə baxmayır. 

 

Onlar atla tez-tez ova çıxdılar, 



Bulaq kimi sızıb, çay tək axdılar, 

Gün tək çıxıb, bulud kimi yağdılar, 

Qoltuq dolu çöl çiçəyi yığdılar, 

Düzə enib yenə dağa qalxdılar, 

Sevgi yaşa, işə, gücə baxmayır. 

 

Hərdən maral, ceyran, cüyür gördülər, 



Qurdla, tülkü, ayı, qaplan gördülər, 

Meşələrdən alma, armurd dərdilər, 

Sevgi yaşa, işə, gücə baxmayır. 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 


Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin