Söhrab Tahir "Ata" Poema-epos


Söhrab Tahir                                "Ata" Epos-poema II cild



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə37/69
tarix17.04.2017
ölçüsü6,34 Mb.
#14318
1   ...   33   34   35   36   37   38   39   40   ...   69

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

465 


 

Dedilər ki, gözəl yoxdur, lap düzü, 

Bir gözəl var, o da gözəl şah qızı, 

Həm gözəldir, həm göyərçin, həm quzu, 

Ölkəsinə tanrı ola şah gərək. 

Şah tutuldu, qız yeridi irəli, 

-Biz bilikli-dedi-ancaq çay dəli

Ata, bu gün qızın kəsi getməli, 

Ölkəsinə tanrı ola şah gərək. 

                 *** 

Sellər şişdi, gəlib çatdı Başkəndə, 

Seldə, suda, odda ölçü-biçi yox. 

Ata, ana qara geydi, ağladı, 

Seldə, suda, odda ölçü-biçi yox. 

 

Ağlar gözlə bəzədilər Saranı, 



Sara kimi gözəl hanı,qız hanı, 

Sara gəlib yarğan üstdə dayanır, 

Seldə, suda, odda ölçü-biçi yox. 

 

Hamı yerdə el-obalar haylanır, 



Gəlir hamı yarğan yönə boylanır, 

Ağı deyir hamı, küyə quylanır, 

Seldə, suda, odda ölçü-biçi yox. 

 

Balıqçılar gəlir qızı görməyə, 



Son üztutu qorxmaz qıza verməyə, 

Şah qızıyla danışığa girməyə, 

Seldə, suda, odda ölçü-biçi yox. 

 

Sel də baxdı qıza, deyən udqundu, 



Udqunaraq güldü, güldü, uğundu, 

Tökdü göydən boz buludlar yağıntı, 

Seldən, sudan, yerdə uçuq, dağıntı, 

Seldə, suda, odda ölçü-biçi yox. 

 

Çatan gəldi lap yaxına qarmaqla, 



Baxdı qıza ürkək-ürkək maraqla, 

Qara saçlar, ağ üz, alma yanaqlar, 

Seldə, suda, odda ölçü-biçi yox. 

 

Sara gördü ona baxır bir oğlan, 



Acıqlandı, atdı özün yarğandan, 

Boylanaraq gördü bunu yaradan, 

Seldə, suda, odda ölçü-biçi yox. 

Çatan dedi:-Dayan, böyük Nil çayı, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

466 


 

Dedi, dayan, çox gözəldir qız payın, 

Dedi, səni qancıl sayım, çay sayım, 

Seldə, suda, odda ölçü-biçi yox. 

 

Sanki bir an sel dayandı, sel yatdı. 



Bu səs bütün el-obanı oyatdı, 

Tanrı gördü bunu o əl uzatdı, 

Seldə, suda, odda ölçü-biçi yox. 

 

Çatan baxdı, cod qaşları çatıldı, 



O sıçrayıb yatan selə atıldı, 

Dalğaların axarına qatıldı, 

Seldə, suda, odda ölçü-biçi yox. 

                   *** 

Çatan dedi:-Sara,qorxma,gəlirəm, 

Kim görmürsə tanrı görür bunları, 

-Nil çayının yöndəmini bilirəm, 

Kim görmürsə tanrı görür bunları. 

 

Çatan üzdü burulqana qarışdı, 



Burulqanlar dalğalarla çarpışdı, 

Çatdı qıza qoltuğundan yapışdı, 

Dalğalarla yumruqlaşdı, qarpışdı, 

Kim görmürsə tanrı görür bunları. 

 

Sel onları atdı, tutdu, oynatdı, 



Baş-gözünü, qol-qıçını qanatdı, 

Gah gur yerə təpdi, gah da yan atdı, 

Kim görmürsə tanrı görür bunları. 

 

Sel onları atdı, tutdu yüz kərə, 



Övkələdi, çırpdı, sürtdü düzlərə. 

Sonra atdı hərəsini bir yerə, 

Bir adaydı, bürünmüşdü lillərə, 

Kim görmürsə tanrı görür bunları. 

 

Çatan qalxdı, gəzdi ora-buranı, 



Gəzdi lildə, kol-koslarda Saranı, 

Sara isə sınıq-salxaq, yaralı, 

Kim görmürsə tanrı görür bunları. 

Pal-paltarı didilmişdi əynində, 

Neçə yara açılmışdı çiynində, 

Şah qızıydı, ancaq yazıq nə gündə, 

Kim görmürsə tanrı görür bunları. 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

467 


 

Qışqıraraq Sara tez-tez bayıldı, 

Səsi seltək dörd bir yana yayıldı, 

Üç gün keçdı, Sara bir də ayıldı, 

Kim görmürsə tanrı görür bunları. 

                      *** 

Çoxdan köpü yatmış idi sel-suyun, 

Bərk kükrəyən selin köpü tez yatar, 

Nil boyunca löhmə, palçıq, lil, kötük, 

Bərk kükrəyən selin köpü tez yatar. 

 

Keçdi sel-su qorxusundan düz bir ay, 



El-obanı sarsıtmışdı bu olay, 

Sara, Çatan ikisi də ölüvay, 

Axtarırdı ölüləri üç alay, 

Bərk kükrəyən selin köpü tez yatar. 

 

Qırxıncı gün tapıldılar adada, 



Qurudular, qorundular qadadan, 

Çox sevindi, toy çaldırdı şah ata, 

Bərk kükrəyən selin köpü tez yatar. 

 

Çatan dedi:-Mən də şahın oğluyam, 



Soykökümlə Mindiyara bağlıyam, 

Kim olsam da mən sel-sudan dağlıyam, 

Şah sevgimdə gərək ötəm, çağlayam, 

Şah sevgimi gərək bir də yoxlayam

Sara ilə birgə güləm, ağlayam, 

Bərk kükrəyən selin köpü tez yatar. 

 

Ata gəldi ər oğlunun toyuna, 



Daş-qaş, qızıl düzdü qızın boyuna, 

Nəyi vardı qatdı oğul payına, 

Bir ox qoydu at quyruğu yayına, 

Atdı,-dedi:-gedək minel soyuna, 

Bərk kükrəyən selin köpü tez yatar. 

Balıqçılar şahdan bağış aldılar, 

Yeyib, içib toyda səs-küy saldılar, 

Neçə gün də şaha qonaq qaldılar, 

Bərk kükrəyən selin köpü tez yatar. 

                     *** 

Sevgi nədir, isinişmə, öyrənmə, 

Sevgi öncə ilk baxışdan başlanır. 

Bir də baxır, yüz də baxır gözaltı, 

Sevgi öncə ilk baxışdan başlayır. 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

468 


 

Çox sevgilər öldü,getdi,qalmadı, 

Barış, küsü oldu, sevgi olmadı, 

Üzlər soldu, ancaq sevgi solmadı, 

Sevgi öncə ilk baxışdan başlayır. 

 

Çox özünü atma o yan, bu yana, 



Üstünlük ver ilk sevgini duyana, 

Onun ilə hər yer sarı boyanar, 

Sevgi öncə ilk baxışdan başlayır, 

 

Sevirsənsə göstər onu, utanma, 



Dözümlü ol,susqun olma,usanma, 

Soyuqluqdan od götürüb odlanma, 

Sevgi öncə ilk baxışdan başlayır. 

 

Çox tələsmə, ayrılıq var, görüş var, 



Soyuqluqla, ayrılıqla vuruş var, 

Gündə-gündə yüngül küsü,barış var, 

Sevgi öncə ilk baxişdan başlayır. 

 

      Qaplanər   söylənci 

 

Qaplan getdi ox dalınca uzağa, 



Gedən yeri, yolu gərək biləsən. 

Dağlar aşdı, çöllər keçdi, meşələr, 

Gedən yeri, yolu gərək biləsən. 

 

Bir ay getdi, nə el gördü, nə elat, 



Diz qatdadı yorularkən yorğun at, 

Bulud gəldi göy üzünə neçə qat, 

Gedən yeri, yolu gərək biləsən. 

Tutularaq toranlaşdı göy üzü, 

Çən bürüdü yavaş-yavaş dağ,düzü, 

Böyrü üstə döndü sanki ay özü, 

Gedən yeri, yolu gərək biləsən. 

 

Quşlar susub bir-birinə qısılıb, 



Bulud yerdən,yer buluddan küsülü, 

Ağac göydən sallanıbdır, asılı, 

Gedən yeri, yolu gərək biləsən. 

 

Quşlar göydə dalı-dalı uçurlar, 



Quyruqlular dalı-dalı qaçırlar, 

Baş-ayaqdır burda, orda nə ki var, 

Gedən yeri, yolu gərək biləsən. 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

469 


 

 

Qaplan dedi:-“Gəl bu yoldan dön geri, 



Baş-ayaqdır bu yerlərin hər yeri, 

Nə görünür, nə də biri səs verir”, 

Gedən yeri, yolu gərək biləsən. 

 

Birdən çıxdı qabağına bir arvad, 



Quş kimidir,ancaq yoxdur tük,qanad, 

Üz dərisi, döş dərisi neçə qat, 

Gedən yeri,yolu gərək biləsən. 

 

Dedi:-Qaplan gəldiyin yer Altyerdir, 



Altyer, Üstyer nə ikidir, nə birdir

Burda hər şey daşdır, tuncdur, dəmirdir, 

Gedən yeri, yurdu gərək biləsən. 

 

Qapıçıyam bu qapısız Altyerə, 



Gəlib sənin soyköklərin bu yerə, 

Səndən suvay bura gələn yox hələ, 

Gedən yeri, yurdu gərək biləsən, 

 

Bacar gəlib Turqər gəlib gediblər, 



Tanrılarla vuruşublar, ötüblər, 

Qızçiçəklə, Şimşəkatla itiblər, 

Gedən yeri, yurdu gərək biləsən. 

 

Qaplan dedi:-Mən anadan olanda, 



Qızçiçəyi eşitmişəm atamdan, 

Gəlin olub o qız bizə yalandan, 

Gedən yeri, yurdu gərək biləsən. 

                     *** 

Baş apardı, baş tovladı qapıçı, 

-Böyük tanrı Hörmüz deyil, Alpisdir. 

Sən gəlibsən Qızçiçəyi görməyə, 

Böyük tanrı Hörmüz deyil, Alpisdir. 

 

Qapıçıyam, dörd bir yanda gözüm var, 



Tanrımızda dəmir kimi dözüm var, 

Mənim kimi burda min-min yüzü var, 

Biz basarıq, bunun geci, tezi var, 

Böyük tanrı Hörmüz deyil, Alpisdir. 

 

Baş apardı, baş tovladı qapıçı, 



Bir səs gəldi uzaqlardan gur, açıq, 

Qapıçının sözü qaldı yarlmçıq, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

470 


 

“Böyük tanrı Alpis deyil, Hörmüzdür”. 

 

-O qapıçı, Qaplan, səni aldadır, 



Gözlə məni, böyük nənən yoldadır, 

Giriş qapı orda deyil, daldadır, 

Böyük tanrı Alpis deyil, Hörmüzdür. 

 

Mən tutuğam bu Altyerdə Alpisə, 



Salınmışam mən bir hopuq təlisə, 

Gözlə məni, mən gəlirəm, nə isə... 

Böyük tanrı Alpis deyil, Hörmüzdür. 

 

Qaplan qaçdı qapıçının dalınca, 



Sağ əlini atdı iti qılınca, 

O yox oldu onu qılınc alınca, 

Böyük tanrı Alpis deyil, Hörmüzdür. 

 

Çıxdı onun qabağına bir dəvə, 



Dəvə deyil, çox yekə bir heyvərə, 

Şişdi, şişdi, döndü ətdən çəpərə: 

“Böyük tanrı Hörmüz deyil, Alpisdir”. 

Qadın durdu, tərs-tərs baxdı Qaplana, 

O hərləndi od püskürdü hər yana, 

At diskindi, çaşdı, çapdı od yana, 

Böyük tanrı Alpis deyil, Hörmüzdür. 

 

Qaplan düşdü oda, atı çağırdı, 



Qatı tüstü atı alıb boğurdu, 

Qaplan vurdu heyvərəni bağırtdı, 

Böyük tanrı Alpis deyil, Hörmüzdür. 

 

O, qılıncla od, alovu dağıtdı, 



Öz atını çəkib oddan çıxartdı, 

Gələnləri qılıncıyla qorxutdu, 

Böyük tanrı Alpis deyil, Hörmüzdür. 

 

                    *** 



Getdi, ancaq bilmədi ki hayana, 

Güc artırar sənə yeri tanımaq. 

O baş qoydu atın yalı üstünə, 

Güc artırar sənə yeri tanımaq. 

 

Ölüb yerə çökmüş idi heyvərə, 



İnanmırdı bir qılıncla gəbərər, 

Bir də durdu, bir də aşdı son kərə, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

471 


 

Güc artırar ərdə yeri tanımaq. 

 

Birdən attək kişnədilər buludlar, 



Bir quş gəldi, vurdu onu qanadla, 

Qaplan aşdı ağzı üstə boz atla, 

Güc artırar ərdə yeri tanımaq. 

 

Qızçıçək də dedi boğuq bir səslə, 



-Yaxındadır tanrı, ondan güc istə, 

Hərlə, hərlə qılıncını baş üstə, 

Güc artırar ərdə yeri tanımaq. 

 

Qaplan dedi:-Tanrım, güc ver Qaplana, 



Tut üzünü sən üstyerdən bu yana, 

Basar elə onu pisə, yamana, 

Güc artırar ərdə yeri tanımaq. 

Quş qılıncı gördü, yerə oturdu, 

Vurdu quşu Qaplan, işin bitirdi

Qızçiçək də özün ona yetirdi, 

Güc artırar ərdə yeri tanımaq. 

 

Aldı Qaplan Qızçiçəyi tərkinə, 



Baxdı onun gözlərinin təkinə, 

Bürmələdi nənəsini kürkünə, 

Güc artırar ərdə yeri tanımaq. 

 

Dedi:-Böyük Mindiyarın vurğunu, 



Kim qaraldıb gözlərinin ağını, 

Nədir bu göz  yaşlarının axını, 

Güc artırar ərdə yeri tanımaq. 

 

Dedi:-Oğul, mən Alpisdən uzağam, 



Üç min ildir bu Altyerdə dustağam, 

Ayrılmışam Mindiyardan qırağam, 

Bunlar mənə, mən bunlara yasağam, 

Üç min ildir mən ölmüşəm,mən sağam, 

Güc artırar ərdə yeri tanımaq.  

      


                  *** 

Üç min ildir mən tutuğam Alpisə, 

Pis olarsan pisdiklilər içində, 

Yaxşı oldum mən Üstyerdə neçə il, 

Pis olarsan pisdiklilır içində. 

 

Güc qalmayıb məndə, oğul, ölürəm, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

472 


 

Bu ölməyi mən Bacardan bilirəm, 

O gözləyir məni, de ki, gəlirəm, 

Pis olarsan pisdiklilər içində. 

 

Qaplan tutqun, atı isə yüyürək, 



Danışırdı keçmişləri Qızçiçək, 

Çırpınırdı, tələsirdi üç ürək, 

Pis olarsan pisdiklilər içində. 

 

Birdən çıxdı qara ayı qarşıya, 



Nənə dedi:-Qoyma onu başlaya, 

Qoyma onu daşı bizə tuşlaya, 

Daş götürüb ayı bizi daşlayar, 

Pis olarsan pisdiklilər içində. 

 

Onu gərək hərləyəsən, yorasan, 



Önu gərək göbəyindən vurasan, 

Gövdəsini gərək iki yarasan

Pis olarsan pisdiklilər içində. 

 

Bir vurumla ayı yerə sərildi, 



Bir də vurdu, bir də öldü, dirildi, 

Yarılaraq tükü göyə sovruldu, 

Pis olarsan pisdiklilər içində. 

 

Nənə dedi:-İrəli get sən ancaq, 



Qabaqda da heyvərələr olacaq, 

Kəl qartallar qarşımızı alacaq, 

Pis olarsan pisdiklilər içində. 

 

Düz get, dayan, biz onları güdərik, 



Ordan sağa yol dəyişib gedərik, 

Sonra sola, sonra gözdən itərik, 

Pis olarsan pisdiklilər içində. 

 

Yol getdilər beş gün, qıçlar süründü, 



Yol getdilər, dağ-daş çənə büründü, 

Altyer, üstyer bir-birinə dirəndi, 

Göy açıldı, ayla günəş göründü, 

Pis olarsan pisdiklilər içində. 

 

Nənə dedi:-Qaplan,oğlum,kötükçəm, 



Burda dayan, atını da qoy dincə, 

Mənim yolum, bax, burada bitəcək, 

Öləcəyəm, məni basdır bu gecə, 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

473 


 

Tanrı verib sənə böyük gələcək, 

Mindiyara de ki, öldü Qızçiçək, 

Pis olarsan pisdiklilər içində. 

                *** 

Sonevində yatdı nənə Qızçiçək, 

İki yanlı iki yandan qalacaq. 

O, Tuncərin, Qarçiçəyin anası, 

İki yanlı iki yandan qalacaq. 

 

-Altyer, Üstyer, tanrılıqdır, yaxşı, pis, 



Üz-üzədir, bu Hörmüzdür, o Alpis, 

Görüşürük ikisiylə gündə biz, 

Qızçiçəyi burda ortaq sayız siz, 

İki yanlı iki yandan qalacaq. 

 

İki yanın ilk yurddaşı sən oldun, 



İki yanın ölməz adı sən oldun, 

Dörd min ildən sonra düşdün,qocaldın, 

İki yanlı iki yandan qalacaq. 

 

Yat Mindiyar torpağında,yuxla sən, 



Əkbitənə gəl hərdən bir qonaq sən

Deyən dirrik dəyişəcək yenidən, 

İki yanlı iki yandan qalacaq. 

 

O bilmirdi Alpis durub qıraqda, 



Tutqun baxır bu sonevə bayaqdan, 

Şimşəkquyruq vurnuxurdu uzaqda, 

İki yanlı iki yandan qalacaq. 

                   *** 

Belə dedi Alpis ona qıraqdan, 

Yaxşı olsan pislik yenə azalmaz, 

Şimşəkquyruq atı çapdı irəli, 

Yaxşı olsan pislik yenə azalmaz. 

 

-Sən Sannanı sevmiş idin, ay oğlan, 



Qardaşların gül dərdilər o qızdan, 

Sevgi yalan,qardaş yalan,sən yalan, 

Yaxşı olsan pislik yenə azalmaz. 

 

Al bu atı, min get, orda şah ol sən, 



Al Sannanı qardaşların əlindən, 

Yardım ollam,yazıq Qaplan,sənə mən, 

Yaxşı olsan pislik yenə azalmaz. 

Qaplan bunu bilən kimi inandı, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

474 


 

Onda qısqanc düşüncələr oyandı, 

Mindi atı, bir az getdi, dayandı, 

Yaxşı olsan pislik yenə azalmaz. 

 

Dedi:-Kimdir bu sözləri söyləyən, 



Haradasan, gizlənibsən niyə sən, 

Düş qabağa, məni çıxar bu yerdən, 

Yaxşı olsan pislik yenə azalmaz. 

 

-Mən Alpisəm, pisdiklilər tanrısı, 



Mənimkidir dayanışın yarısı, 

Üstyerlinin sonu, qorxu, ağrısı, 

Yaxşı olsan pislik yenə azalmaz. 

 

Qaplan dedi:-Sənsən yolu bağlayan, 



Qızçiçəyı min il tutuq saxlayan, 

Sevgiləri, ürəkləri dağlayan, 

Yaxşı olsan pislik yenə azalmaz. 

 

-Mənəm-dedi-Alpis iyid Qaplana, 



Şahlıq edən hər ölümə, yalana, 

Qardaşların Sayan, Alan, Çatana, 

Yaxşı olsan pislik yenə azalmaz. 

 

Qaplan oxu qoydu yaya, dartdı o, 



Dörd bir yana oxla, bizuc atdı o, 

Dörd yanını bir-birinə qatdı o, 

Yaxşı olsan pislik yenə azalmaz. 

 

Alpis güldü, səsi düşdü ormana, 



Bulud gəldi, şimşək çaxdı Qaplana, 

Qaplan yandı,döndü tüstü,dumana, 

Yaxşı olsan pislik yenə azalmaz. 

 

Alpis dedi:-Üstyerə at çaparam, 



Üç qardaşı harda olsa taparam

Onlara da şimşək ölüm yaparam, 

Yaxşı olsan pislik yenə azalmaz. 

 

Yer üstündə qalın kölgə göründü , 



Görünərək duman kimi süründü, 

Alpis idi boz tüstüyə büründü, 

Yaxşı olsan pislik yenə azalmaz. 

 

              XXIV QAPI 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

475 


 

    Dörd  yüz  yaşlı Odər Söylənci 

 

Alpis gəzdi, üç qardaşı tapmadı, 



Min yaşayar pis tanrıdan yayınan. 

Gəldi yenə Odərpayın yanına, 

Min yaşayar pis tanrıdan yayınan. 

 

Dedi:-Odər, hayandadır üç qardaş, 



Dördü bir qız sevən o üç yekəbaş, 

Sanna küsüb, ağlar qalıb o göz-qaş, 

Min yaşayar pis tanrıdan yayınan. 

 

Onları mən çağırıram barışa, 



Bir qız üstə qardaşları yarışa, 

Bunca çox iş bir-birinə qarışar, 

Min yaşayar pis tanrıdan yayınan. 

 

Odər dedi:-Görünmürsən niyə sən, 



Tanrısansa çox iş gəlmir əlindən, 

Söyləyirəm sənə tanrı dilində, 

Min yaşayar pis tanrıdan yayınan. 

 

Əlin çatmaz qardaşlara bir daha, 



Qardaşları görməz nə sən, nə Sanna, 

Baş vursan da dayanışda hər yana, 

Min yaşayar pis tanrıdan yayınan. 

 

Sən yenə də tanrılıqdan küsübsən, 



Dağıtmaqdan,yandırmaqdan bezibsən, 

Pisliyini, heçliyini sezibsən, 

Min yaşayar pisliklərdən yayınan. 

 

At bu işi, vuruş olma, barış ol, 



Pis tanrısı Alpis olma, alqış ol, 

İki güclü arasında yarış ol, 

Min yaşayar pis tanrıdan yayınan. 

Alpis dedi:-Mən yoxluğa varıram, 

Sısqaları, gücsüzləri qırıram, 

Varlıqları varlığımla yarıram, 

Ölüm-itim tanrılığı qururam, 

Min yaşayar mən tanrıyla yaşayan, 

 

Odər dedi:-Yaxşılıqlar artacaq, 



Pisdiklilər hər gün solub qartacaq, 

Yaranmışlarsə ölümləri yartacaq, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

476 


 

Pis nə varsa hamısını atacaq, 

Tanrılaşıb tanrılığa çatacaq, 

Onda Alpis orda,burda yortacaq, 

Min yaşayar pis tanrıdan yayınan. 

 

                  *** 



Danışdılar, deyişdilər neçə gün, 

Dayanışda ikiliklər yox olmaz, 

Odər dedi, Alpis dedi, bitmədi, 

Dayanışda ikiliklər yox olmaz. 

 

-Mən taparam üç qardaşı,vuraram, 



Qovub, qovub mən onları yoraram, 

Ayıraram mən onları qıraram, 

Dayanışda ikiliklər yox olmaz. 

 

Ölüm, qırğın göndərərəm Minelə, 



Yaraqlılar min-min aşar, min ölər, 

Onda Daryaş şahlığına tuş gələr, 

O güclənər, çox yaşayar, çox bilər, 

Dayanışda ikiliklər yox olmaz. 

 

-Bizim də öz tanrımız var, nə olar, 



Çox döyüşdən basar çıxıb Mindiyar, 

Tanrıların ürəyində kökü var, 

Olanları yox etməyib olanlar, 

Mindiyarı yaşadacaq qalanlar, 

Dayanışda ikiliklər yox olmaz. 

 

Alpis çıxıb getdi ocaq yerindən, 



Köks ötürdü nədən isə dərindən, 

Bir tutan əl, yer görmədi birindən, 

Dayanışda ikiliklər yox olmaz. 

 

Odər dedi:-Mən-mən deyir bu çoxdan, 



Tanrım bizi qoru bu var, bu yoxdan, 

Birdən bir səs gəldi sanki torpaqdan, 

Ağır ayaq səsi gəldi uzaqdan, 

Bir də gördü Turq oturub ocaqda, 

Ona baxır  Turq elə bil bayaqdan, 

“Ata “ deyib Odər qalxdı Ocaqdan. 

Dayanışda ikiliklər yox olmaz. 

 

Turqər dedi:-Oğlum,niyə solubsan, 



Niyə belə boşalıbsan, dolubsan, 

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

477 


 

Niyə ürkək düşüncəyə dalıbsan, 

Dayanışdan ikiliklər yox olmaz. 

 

Bil ki,Turqam,ölməmişəm,mən sağam, 



Yaxındayam, yuxuda da oyağam, 

Mən hər yerdə Mindiyara dayağam, 

Dayanışdan ikiliklər yox olmaz. 

                   *** 

Turqər dedi:-Alpis bizi qorxudur, 

Pis tanrının son dayağı qorxudur. 

Çovğun, yanqın, hay-küy, qıtlıq, quraqlıq, 

Pis tanrının son yarağı qorxudur. 

 

O, Daryaşı bir də çəkir sınağa, 



Neçə əldə Daryaş dönüb sınağa, 

Tunq əl atsa qoşa ağız yarağa, 

Yeli yatar, dönər bir boş tuluğa

Pis tanrının son yarağı qorxudur. 

 

Sən tanrıdan Mindiyara güc istə, 



Kəsi kəsdir, qoy güc gəlsin güc üstə, 

Yaraq bizdə, toplum bizdə, güc bizdə, 

Pis tanrının son yarağı qorxudur. 

Bir düşərlik gəlsə, önü alınsın, 

Hər toplumda çoxlu ocaq qalansın, 

Yaraqlılar ocaq üstdə dolansın, 

Soğan yesin hamı, daş duz yalasın, 

Pis tanrının son yarağı qorxudur. 

 

Mən də sizə lap son,lap son dayağam, 



Mindiyara yenilməyən başrağam, 

Gecə, gündüz dağda, düzdə oyağam, 

Mən tanrıya ildə bir yol qonağam, 

Şimşək atlı, Şimşəkqılınc yarağam, 

Pis tanrının son yarağı qorxudur. 

 

Odər durub baş əyəndə ataya, 



Bir də baxdı, gördü yoxdur Turq ata, 

Dönüb yelə, dönüb qoşa qanada, 

Pis tanrının son yarağı qorxudur. 

                  *** 

Əkbitənin  səsləncləri gurladı, 

Yaraqlını ərləşdirən inamdlr, 

Daryaş yenə toplum çəkib gəlmişdi, 

Yaraqlını ərləşdirən inamdır. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 


Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin