Söhrab Tahir "Ata" Poema-epos



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə39/69
tarix17.04.2017
ölçüsü6,34 Mb.
#14318
1   ...   35   36   37   38   39   40   41   42   ...   69

 

 IX Bölmə   XXV QAPI 

 

Birinci qardaş söylənci 

 

Oğulların bir-bir adın çəkərək, 



Ağı deyib ağlayırdı Elçiçək, 

Ağı desən ağrıların toxdayar, 

Ağı deyib ağlayırdı Elçiçək. 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

491 


 

 

Bu ayrılıq uzanaraq dağ oldu, 



Yavaş-yavaş ağlamalar lağ oldu, 

Gəzib dedi, “oğullarım yox oldu”, 

Ağı deyib ağlayırdı Elçiçək. 

 

-Siz üz tutub hayanlara getdiniz, 



Bəlkə küsüb bizdən acıq etdiniz, 

Kimisəsizlik qucağında itdiniz, 

Ağı deyib ağlayırdı Elçiçək. 

 

Ağ günləriz qaralıbdır olmaya, 



Al yanağız saralıbdır olmaya, 

Bəbəkləriz daralıbdır olmaya, 

Ağı deyib ağlayırdı Elçiçək. 

-Ana könlüm uçar-uçar quş olub, 

Ağlamaqdan ağ balışım yaş olub, 

Dönün, gəlin anaz başda-baş olub, 

Ağı deyib ağlayırdı Elçiçək. 

 

Özünüzü siz qoruyun Alpisdən, 



Gəlir tez-tez, əl çəkməyir o bizdən, 

O, Daryaşa çox oxşayır üz-gözdən. 

Ağı deyib ağlayırdı Elçiçək. 

 

Bacı doğdum sizə, öldü, qalmadı, 



Uçdu getdi, bir yaşı da olmadı, 

Küsdü getdi burda yuva salmadı, 

Ağı deyib ağlayırdı Elçiçək. 

 

Ölməyəydim, toyunuzu görəydim, 



Hər balamdan bir bala da dərəydim, 

Bal balama nənə borcu verəydim, 

Ağı deyib ağlayırdı Elçiçək. 

 

Döş yırtırdı, saç yolurdu bir ana, 



İstəyirdi at səyirtsin dörd yana, 

Baş çəkərək dağa-daşa, ormana, 

Dörd oğlunu tapıb dönsün Turana, 

Çatsın Sayan, Alan, Çatan, Qaplana, 

Ağı deyib ağlayırdı Elçiçək. 

 

İyləyirdi pal-paltarı, köynəyi, 



Çağırırdı yardımına küləyi, 

Ayrılıqdan titrəyirdi ürəyi, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

492 


 

Ağı deyib ağlayırdı Elçiçək. 

 

                  *** 



Biri dedi, onu dağda görmüşəm, 

Nə söz desən çıxa bilər ağızdan, 

Biri dedi, şələ bığda görmüşəm, 

Nə söz desən çıxa bilər ağızdan. 

 

Deyilənlər sarsıdırdı ananı, 



Yuxularda görməkdəydi Qaplanı, 

İzləyirdi ondan qaçan Alanı, 

Çağırırdı sayan ilə Çatanı, 

Nə söz desən çıxa bilər ağızdan. 

 

Yalan deyən, nağıl deyən çox idi, 



Deyilənə görə onlar sağ idi, 

Yer – yurdunu göstərənlər yox idi, 

Nə söz desən çıxa bilər ağızdan. 

 

Atlı getdi dallarınca beş kərə, 



Neçə atlı səpələndi çöllərə, 

Baş çəkdilər doğma, özgə ellərə, 

Nə söz desən çıxa bilər ağızdan. 

 

Yola düşdü gizli getdi Eldəbir



Yelçəkəni gəzdi kənd kənd birbəbir, 

Görən qırx il bu ayrılıq nədəndir, 

O yoxladı yurdu eli birbəbir, 

Onu başa düşən vardı təkdə bir, 

Nə söz desən çıxa bilər ağızdan. 

 

Bir qız gördü qırçın yaxa qız donu, 



Dedi:-Qardaş, tanıyıram mən onu 

Sənin, dedi, yeddi kökün –Turq, Tanı, 

Damarında axır Turqla Tunq qanı, 

Nə söz desən çıxa bilər ağızdan. 

 

Qal burada mənə yaxın qonaq ol, 



Gedək mənlə toya, mənlə ayaq ol 

Qorxma məndən bir az diri, qoçaq ol, 

Nə söz desən çıxa bilər ağızdan. 

 

Gecə qaldı qıza qonaq Eldəbir, 



Gördü gecə yarı olcaq qız itir, 

Kənddə yoxdur bir hənirti səs- səmir 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

493 


 

Ancaq lap-lap uzaqlardan arabir, 

Azca, güclə eşitdilən səs gəlir, 

Nə söz desən çıxa bilər ağızdan. 

Gəldi gördü çalhaçaldı toy düyün, 

Qız oturub bir kişiylə qolboyun, 

Dörd yanında mələşmədə qoç, qoyun, 

Nə söz desən çıxa bilər ağızdan. 

 

Bunu görüb o sarsıldı, saraldı, 



Geri döndü, qaranlığa yan aldı, 

Gördü qızı qucaqlayan ər deyir: 

-Əlimizdə qızıl vardır “Eldəbir”, 

Apararıq, satıb qızıl eylərik, 

Nə söz desən çıxa bilər ağızdan. 

 

                  *** 



Dan yerində gəlib yatdı Eldəbir, 

Özü aşıb yıxılanlar ağlamaz. 

O düşmüşdü bir çıxılmaz quyuya, 

Özü aşıb yıxılanlar ağlamaz. 

 

Qız gələndə ondan bərk-bərk yapışdı, 



Qız başına gələnləri danışdı, 

Dedi:- Sənin üzün mənə tanışdır, 

Mənim adım bil ki, üzdə Ağuşdur, 

Nə yaxşı ki, mən səninlə tapışdım, 

Özü aşıb yıxılanlar ağlamaz. 

 

Mən oxunmaz, mən açılmaz yazıyam, 



Mən Nileldə böyük varlı qızıyam, 

Ancaq burda oğurlanmış quzuyam, 

Özü aşıb yıxılanlar ağlamaz. 

 

Oğurlayıb məni oğru beş aydır, 



Oğru mənə nə sevgili, nə yardır, 

Mən nişanlı, oğrularsa subaydır, 

Özü aşıb yıxılanlar ağlamaz. 

 

Oğru məni aparacaq satacaq, 



Təzə şənlik toy-düyünə batacaq, 

Gəlin edib məni toya qatacaq, 

Özü aşıb yıxılanlar ağlamaz. 

 

Mənə yardım etsən sənə qul ollam, 



Qurtar məni, sənə gözəl qız allam, 

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

494 


 

Burdan qaçsam nişanlıma qız qallam, 

Özü aşıb yıxılanlar ağlamaz. 

 

                       *** 



Eldəbirsə susdu, çox çox düşündü, 

Gözəl olur düzə bənzər yalanlar. 

Dedi:- Ağuş, nə istəsən elərəm, 

Gözəl olur düzə bənzər yalanlar. 

 

Ağuş dedi: Andım başa çatacaq



Oğru məni qullarına qatacaq, 

Misirelə aparacaq, satacaq, 

Səsim, sözüm, andım, sevgim batacaq, 

Gözəl olur düzə bənzər yalanlar. 

 

Mən açaram gecə səni qandaldan, 



Sən qaçarsan satılarkən satalda, 

Nileldədir, sarayımız – Ağyalda, 

Şərif xanı soruşarsan satalda, 

De, satdılar Ağuş qızı qul halda. 

Gözəl olur düzə bənzər yalanlar. 

 

Ağ mərmərdim, saralmışam solmuşam, 



Qaralmışam, qara mərmər olmuşam, 

Acığımdan saçlarımı yolmuşam, 

Gözəl olur düzə bənzər yalanlar. 

 

Mən də sənə yardım ollam el boyu, 



Mən taparam axtardığın Turqtayı, 

Toy etdirəm sənə ona dolayı, 

Gözəl olur düzə bənzər yalanlar. 

 

Eldəbirsə inanaraq Ağuşa, 



Söz verdi ki, bu işdən bərk yapışar, 

Bu yolla da dörd qardaşlar tapışar, 

Gözəl olur düzə bənzər yalanlar. 

                  *** 

Gün çıxarkən gəldi atlı oğrular, 

Tutuq oldun günün, üzün qaradır, 

Tutuqları at döşünə saldılar, 

Tutuq oldun günün, üzün qaradır. 

 

Öncə yeyib, yeyib-içib doydular, 



Öncə yazıq Eldəbiri döydülər, 

Döyə-döyə yaman günə qoydular, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

495 


 

Onu, qızı baha tutuq saydılar, 

Hey vurdular, kəndə hay-küy saldılar 

Geyimini, var-yoxunu soydular 

Tutuq oldun günün, üzün qaradır, 

 

Gün altında qum çölündən ötdülər 



Ağ dəvələr axşamacan yortdular 

At, eşşəyi dalarınca dartdılar, 

Gecələri gündüzlərə qatdılar, 

Iki gunə satal yerə çatdılar, 

Tutuq oldun günün, üzün qaradır, 

 

Biri gəldi Eldəbiri dindirdi, 



Dəyərini lap aşağı endərdi, 

Alıb onu daş işinə göndərdi, 

Tutuq oldun günün, üzün qaradır. 

 

İplərinin düyünləri boş idi, 



Ağuş qızın qara gözü yaş idi, 

Tutuqçunun qançıl könlü daş idi, 

Eldəbirin ayaqları şiş idi, 

Tutuq oldun günün, üzün qaradır. 

 

Sildi Ağuş gözlərinin yaşını, 



Sonra dikdi aşağıya başını, 

O qıcıtdı tutuqçuya dişini, 

Eldəbirə qoşdu könül quşunu, 

Tutuq oldun günün, üzün qaradır. 

Eldəbirsə gördü bütün bunları, 

Ağuş qızın üzü gözü saraldı, 

Qarşıdaydı Misir, Nilel diyarı, 

Ağ gədiyə yollar başı yuxarı, 

Gərək vurub aşıraydı çaparı, 

Gərək atla dırmaşaydı yolları, 

Tutuq oldun günün, üzün qaradır. 

 

Çapar aşdı at kükrədi quş oldu, 



Qum çaparın gözlərinə sovruldu, 

O bağırdı, bir az qaçdı yolları, 

Qum çölləri sanki yer yer yarıldı, 

Tutuq oldun günün, üzün qaradır. 

 

Ağ gədikdən enməkdə idi Şərif xan, 



Acıqlı idi  itib-batan qızından, 

Tutuq görcək at üstündə çapağan, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

496 


 

Eldəbiri göndərmişdi yaradan, 

Sanki göylər atlısıydı bu oğlan, 

Dedi:- Oğul, haralısan, haradan, 

Tutuq oldun günün, üzün qaradır. 

 

                     *** 



“Ağuş” deyib sorağ verdi Eldəbir, 

Ata hər gün yarı candır qızı üçün. 

Hər bir şeyi o danışdı ataya, 

Ata hər gün yarı candır qızıyçün. 

 

Xan biləndə qızı qul tək satılır, 



Oxa dönüb o yay kimi dartılır, 

Eldəbirlə irəliyə atılır, 

Ata hər gün yarı candır qızıyçün. 

 

Yaraqlandı qılınc ilə iki ər, 



Qaçır çoxu, aşır, ucur çöl - çəpər, 

Sarsılırlar gələnləri görənlər, 

Ata hər gün yarı candır qızıyçün. 

 

Satal döndü qan gölünə, qızardı, 



Qız oğrusu qansız qaldı, sozardı, 

Ağ buludlar göy üzündə bozardı, 

Ata hər gün yarı candır qızıyçün. 

 

“Ata” deyib Ağuş aşdı bayıldı, 



Qılınc səsi hər bir yana yayıldı, 

Oğrulardan satal yer-yer yuyuldu, 

Ağuş bir də öz evində ayıldı, 

Ər Eldəbir burda igid sayıldı, 

Ata hər gün yarı candır qızıyçün. 

 

Ağ gədikdə evlər döndü bayrama, 



Sevinc quşu qondu sanki hər dama, 

Paypuş verdi Şərif çox-çox adama, 

Ata hər gün yarı candır qızıyçün. 

                    *** 

Sorağ aldı dörd qardaşı Eldəbir, 

Bayram olar itən bunca tapılsa. 

O danışdı dörd qardaşın işindən, 

Bayram olar itən bunca tapılsa. 

 

Şərif dedi:- Mindiyardan biri var, 



Onu igid bilər burda adamlar, 

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

497 


 

Nağıl olub burda Minel, Mindiyar, 

Bayram olar itən bunca tapılsa. 

 

Şah qızını verib ona öyünclə, 



Qız da gedib balıqçıya sevinclə, 

Oğlan igid üzgüçüdür, qız incə, 

Bayram olar itən bunca tapılsa. 

 

Adı Çatan, özü igid bir oğlan, 



Bu Nileldə sevilibdir o yaman

Qızı sel-su caynağından qopardan, 

Bayram olar itən bunca tapılsa. 

 

Eldəbirin səsi tutur hər yanı, 



Deyir:- Mənə göstəriniz Çatanı, 

Danışırlar ona bir-bir olanı, 

Bayram olar itən bunca tapılsa. 

O söyləyir:- qoy var olsun eliniz, 

Çatan mənim qardaşımdır, biliniz, 

Nə gözəldir adamlığız, diliniz, 

Bayram olar itən bunca tapılsa. 

 

Ağuş deyir: Mən Sarayla tanışam, 



O ulduzdur, ulduzlar tək sayrışar, 

Eldəbirlə Çatan bu gün tapışar, 

Bayram olar itən bunca tapılsa. 

 

                     *** 



Görüşdülər Çatan ilə Eldəbir 

Şah olanda sanki daş da dəyişir, 

Eldəbiri tanımadı Çatan şah, 

Şah olanda göz də, qaş da dəyişir, 

Düşüncə də, üz də, baş da dəyişir. 

 

O şah idi, qızıldandı toqqası, 



Duru daşdan burun, qulaq sırğası, 

Parlayırdı iri al daş cıqqası, 

Sallanırdı dizə kimi çuxası, 

Yanındaydı gözəl-köyçək Sarası, 

Parlaq geyim içindəydi arxası, 

Şah olanda göz də, qaş da dəyişir 

Düşüncə də, üz də baş da dəyişir. 

 

Dedi: - Çatan, Eldəbirəm, minelli, 



Sənin ilə bir yurddanam, bir dilli, 

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

498 


 

Gəldim səni axtarmağa könüllü, 

Sizdən sonra ana qalıb tək əlli, 

Elçiçəyin boynu, beli bükülü, 

Şah olanda göz də, qaş da dəyişir, 

Düşüncə də, üz də, baş da dəyişir. 

 

Çatan baxdı, dedi:- Qoçaq Eldəbir, 



Bu əyin-baş nədir qardaş,gün nədir, 

Dəmirqızın qardaşısan bunu bil, 

Şah olanda göz də, qaş da dəyişir, 

Düşüncə də, üz də, baş da dəyişir. 

Onlar birdən qucaqlaşdı, öpüşdü, 

Çatan ona olanları danışdı, 

Anasını, atasını soruşdu, 

Toya döndü başev, ara qarışdı, 

Şah olanda göz də, qaş da dəyişir, 

Düşüncə də, üz də baş da dəyişir. 

 

Eldəbir də olanları danışdı, 



Ölənləri, qalanları danışdı, 

Alpis deyən yalanları danışdı, 

Mineldə lov salanları danışdı, 

Şah olanda göz də, qaş da dəyişir, 

Düşüncə də, üz də, ba da dəyişir. 

 

Çatan dedi:- Mən yurduma gələrəm, 



Anam üçün on yol, yüz yol ölərəm, 

Uğurumu mən anamdan bilərəm, 

Mən atama böyük şahlıq dilərəm, 

Şah olanda göz də, qaş da dəyişir, 

Düşüncə də, üz də, başda dəyişir. 

 

Bu görüşlə çox sevindi Nileli, 



Nil elliylə bağlaş oldu Minelli, 

Ağuş, Sara yaxın oldu, sevimli, 

Ikisi də gözəl, parlaq geyimli, 

Şah olanda göz də, qaş da dəyişir. 

Düşüncə də, üz də, baş da dəyişir. 

 

Sorağ aldı Alpis bu toy-düyündən, 



Öc alaram, dedi bu kal  kəbindən, 

Nil çayını daşdıraram dərindən, 

Fironları oynadaram yerindən, 

Şah olanda göz də, qaş da dəyişir. 

Düşüncə də, üz də, baş da dəyişir. 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

499 


 

 

Özüm ollam burda böyük başbaşı, 



Oturdaram burda yersiz Daryaşı, 

Şah olarıq ikimiz də yanaşı, 

Şah olanda göz də, qaş da dəyişir. 

Düşüncə də, üz də, baş da dəyişir. 

Çevrilərəm şaxta, yanğın, dumana 

Mən baxmaram hər yaxşıya, yamana, 

Mindiyarı səpələrəm dörd yana, 

Şah olanda göz də, qaş da dəyişir. 

Düşüncə də, üz də, başda dəyişir. 

                   *** 

“Çatan” deyib ata ana sevindi, 

Çox gücünü Tanrı verib anaya. 

Dedi: - gedim gəlinimlə görüşüm, 

Çox gücünü Tanrı verib anaya. 

 

Tunqər Alpan öz oğluyla öyündü, 



Dağ ürəyi çırpım-çırpım döyündü, 

Qoca ata uşaq kimi sevindi, 

Çox gücünü Tanrı verib anaya. 

 

Elçiçəyi qucaqladı,ağladı, 



Ayrılıqlar dib daşından laxladı, 

Eldəbiri bir də, beş də yoxladı, 

Sonra ata çəkisini saxladı, 

“Alpis” dedi, o qancili dağladı, 

Çox gücünü Tanrı verib anaya. 

 

   İkinci qardaş söylənci 

 

Tunqər Alpan Eldəbiri soruşdu, 



Hər uğuru dəyərləndir, bacarsan. 

İstəyirdi ona yeni ad verə

Hər uğuru dəyərləndir, bacarsan. 

 

Dedilər ki,o bir aydır yox olub, 



Ola bilsin yeni yola yol alıb, 

Deyən o da kövrəkləşib, qocalıb, 

Hər uğuru dəyərləndir, bacarsan. 

 

Eldəbir də bal uğuru dadmışdı, 



Bunun üçün iş gücünü atmışdı, 

O on günə Təbətelə çatmışdı, 

Qardaşların son yolunu tutmuşdu, 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

500 


 

Gecəsini gündüzünə qatmışdı, 

Elçiçəyə iç yanğısı artmışdı, 

Yorularaq daşlar içrə yatmışdı, 

Hər uğuru dəyərləndir, bacarsan. 

 

Yuxusunda anasını görürdü, 



Ana ona yenə öyüd verirdi, 

Bulud ana güllərdən şeh dərirdi, 

Hər uğuru dəyərləndir, bacarsan. 

 

Deyirdi ki, oğul, bu yol uzaqdır, 



Bundan sonra yollar dardır, yasaqdır, 

Getmə, yollar burda qardır, buzlaqdır, 

Təkcə Sayan, Tantan burda qonaqdır, 

Burda qızıl, gümüş qalaq-qalaqdır, 

Burda çox şey tanrılaşmış uşaqdır, 

Hər uğuru dəyərləndir, bacarsan. 

 

O diksinib ayılarkən yuxudan, 



Gördü ona durub baxır bir oğlan, 

Ona deyir:- Sən gəlibsən haradan, 

Mənim adım Buzbulaqdır nə vaxtdan, 

Bu dağların adı qalıb Tantansan 

Hər uğuru dəyərləndir, bacarsan. 

 

-Mənim adım Eldəbirdir, Eldəbir, 



Dedi:- qardaş mən gəzirəm bir ildir, 

Tapacağam mən onları birbəbir, 

Hər uğuru dəyərləndir, bacarsan. 

 

-Qardaşların adı nədir söylə sən, 



-Sayan, Alan, Qaplandırlar, bir də mən, 

-Olmaya sən, Mindiyardan gəlmisən, 

Sayan burda baş başıdır biləsən, 

Hər uğuru dəyərləndir, bacarsan. 

                  *** 

Elə bu an göründülər ovçular, 

Tanrı bizə hər şey verir verəndə. 

Sayan başda, Tantan onun yanında, 

Tanrı bizə hər şey verir verəndə. 

Bir birini tanıdılar, güldülər, 

Öpüşməkçün lap-lap yaxın gəldilər, 

Kövrələrək göz yaşların sildilər, 

Ata, ana eldən sorağ bildilər, 

Tanrı bizə hər şey verir verəndə. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

501 


 

 

Sayan dedi:- Sağdır anam Elçiçək, 



Gedim düşüm ayağına mən gərək, 

Gecələri  o yuxuma girərək, 

Öyüd verir mənə anam bir ətək 

Tanrı bizə hər şey verir verəndə. 

 

-Çox nəzilib ürəyinin bağları, 



Oğul deyir, bala deyir, ağlayır, 

Hər il sizə bayram payı saxlayır, 

Tanrı bizə hər şey verir verəndə. 

 

Bu an qaplan səsi gəldi uzaqdan, 



O Sayanı izləyirdi bayaqdan, 

Sayan tutdu iki əlli yaraqdan, 

Tantan bərk-bərk yapışmışdı tutaqdan, 

Atlar qorxub düşmüşdülər ayaqdan, 

Tanrı bizə hər şey verir verəndə. 

 

Sayan dedi:- o Alpisdir, veyllənir, 



Toyuq kimi orda-burda küllənir, 

Hərdən birdən sel-su kimi sellənir, 

Qasırğalı çovğun olub yellənir, 

Tanrı bizə hər şey verir verəndə. 

                 *** 

İrəliyə cumdu birdən Eldəbir, 

Olacağın qabağında dik dayan. 

Sıyrılaraq parıldadı qılıncı, 

Olacağın qabağında dik dayan. 

 

Sıçrayaraq irəliyə yüyürdü, 



Toz-torpağı yolda göyə sovurdu, 

O qaplanı izləyərək qovurdu, 

Hər uğuru dəyərləndir, bacarsan. 

At çapırdı qaplan üstə Sayan da, 

Yaraqlılar qovur onu hər yandan, 

Bunu görüb dəyişildi qaplan da, 

Külək oldu, o uladı yalandan, 

Olacağın qabağında dik dayan. 

 

Külək oldu, şaxta oldu, sel oldu, 



Hərdən dönüb uğuldayan yel oldu, 

Sonra göyə sovrularaq kül oldu, 

Çaylar, göllər, göy axmazlar lil oldu, 

Ağacların budaqları qıl oldu, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

502 


 

Olacağın qabağında dik dayan. 

 

Birdən dindi lap ucadan Buzbulaq, 



Dedi, sonda o bir yumaq olacaq

Tanrı onu pis günlərə salacaq, 

Olacağın qabağında dik dayan. 

 

Bulaq ollam, yaraqlılar su içər, 



Sərinləyər iş üstündə çölçülər, 

Dəyişilər Alpis qoyan ölçülər, 

Hər şey, hər iş yaxşılıqla seçilər, 

Olacağın qabağında dik dayan. 

                   *** 

Alpis qaçdı Tanrı bulaq dinəndə, 

Yaxşılıq et, yaxşı yarım Tanrıdır. 

Acıq gəlir o pisdikli Alpisə, 

Yaxşılıq et, yaxşı yarım Tanrıdır. 

 

Yaraqlılar su içdilər bulaqdan, 



Qovrularaq Alpis baxdı uzaqdan, 

Gözəl Tantan əl götürüb yaraqdan, 

Buzbulaqla əylənirdi bayaqdan, 

Olanları soruşurdu qonaqdan, 

Yaxşılıq et, yaxşı yarım Tanrıdır. 

 

Elçiçəkdən danışırdı Eldəbir, 



Tantan gülüb ağlayırdı hərdən bir, 

Gah qaynana, gah qaynata söyləyir, 

Yaxşılıq et, yaxşı yarım Tanrıdır. 

Təbətelə qırıx gün qonaq qaldı o, 

Çox öyüncül, çox sevincək oldu o, 

Çoxlarından qızıl bağış aldı o, 

Elçiçəkdən, Mineldən söz saldı o, 

Yaxşılıq et, yaxşı yarım Tanrıdır. 

 

Sorağ aldı Alpis bu toy düyündən, 



Öc alaram dedi bu kal kəbindən, 

Təbəteli silkələrəm dərindən, 

Mən Sayanı oynadaram yerindən, 

Yaxşılıq et, yaxşı yarım Tanrıdır. 

 

Özüm ollam burda böyük başbaşı, 



Oturdaram burda yersiz Daryaşı, 

Şah olarıq hər ikimiz yanaşı, 

Yaxşılıq et, yaxşı yarım Tanrıdır. 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

503 


 

 

Çevrilərəm şaxta, yanğın, dumana, 



Mən baxmaram hər yaxşıya, yamana, 

Mindiyarı səpələrəm dörd yana, 

Yaxşılıq et, yaxşı yarım Tanrıdır. 

                    *** 

Nə gözəlsən, sərt sayaqsan Təbətel, 

Gözəllər də incə olur, sərt olur, 

Incə gülün çiçəkləri titrəkdir, 

Gözəllər də incə olur, sərt olur. 

 

Qar saxlayır zirvəsində dağların, 



İldə üç yol bəzəklənir bağların, 

Gözəl olur sənin yay qış çağların, 

Gözəllər də incə olur, sərt olur. 

 

Şahlıq edir burda daşlar, qayalar, 



Yüzdür, mindir güllərdəki boyalar, 

Duyğuludur burda qızlar, analar, 

Gözəllər də incə olur, sərt olur. 

 

Dağ çayların ürəklərə axırmış, 



Yağışların od sevgiyə yağırmış, 

Qar zirvələr Mindiyara baxırmış, 

Elin-oban buludları sağırmış, 

Gözəllər də incə olur, sərt olur 

 

Dayanışı, hündür damı, zirvəsi, 



Qara bulud gözlərinin sürməsi, 

Dağ çayları hörüyünün hörməsi, 

Gözəllər də incə olur, sərt olur. 

                  *** 

Bunu bilcək ana, ata srvindi, 

Öz gücünü Tanrı verib ataya, 

Dedi, gedim, gəlinimlə görüşüm, 

Öz gücündən Tanrı verib ataya. 

 

Tunq Ər Alpan Sayan ilə öyündü, 



Dağ ürəyi çırpım-çırpım döyünd. 

Qoca ata uşaq kimi sevindi, 

Öz gücündən Tanrı verib ataya. 

 

Elçiçəyi qucaqladı, ağladı, 



Ayrılıqlar dib daşından laxladı, 

Eldəbiri bir də, üç də yoxladı, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 


Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin