Söhrab Tahir "Ata" Poema-epos


Söhrab Tahir                                "Ata" Epos-poema II cild



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə38/69
tarix17.04.2017
ölçüsü6,34 Mb.
#14318
1   ...   34   35   36   37   38   39   40   41   ...   69

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

478 


 

 

O durmuşdu Qanlı gədik boyunca, 



Yaraqlilar neçə on min sayınca, 

Ot, arpası, su, qorğası doyunca, 

Yaraqlını ərləşdirən inamdır. 

 

Parsel yenə inanmışdı Daryaşa, 



O gəlmişdi Əkbitənlə savaşa

İnanmırdı ta hay-küyə, qarqışa, 

Yaraqlını ərləşdirən inamdır. 

 

   Qanlı Gədik vuruşu  söylənci 



 

Tunqər şahlıq kürkü geydi əyninə, 

Şahdan da çox minminbaşı güclüdür. 

Getdi yüz min yaraqlıyla gədiyə, 

Şahdan da çox minminbaşı güclüdür. 

Çilçil atın çölü ipək palazdan, 

Yal, quyruğu çiçək-çiçək qotazda, 

Çapır gedir ala-ilıq ayazda, 

Şahdan da çox minminbaşı güclüdür. 

 

Hər addımda güdməkdədir busqular, 



Dəmirdəndir sıralarda qayğılar, 

Sağ,solunda yer titrədir qöşqular, 

Şahı didir öz içində sorğular, 

Şahdan da çox minminbaşı güclüdür. 

 

“-Niyə Daryaş durub Qanlı gədikdə, 



Orda sazaq əsir, keçir ilikdən, 

Deyən artıb Daryaş bir az bilikdə, 

Nə gözləyir görən toplum bu dikdə, 

Şahdan da çox minminbaşı güclüdür. 

 

Yaraqlılar dağı, döşü aşırlar, 



Yeltək əsib, dəniz-dəniz coşurlar, 

Gedə-gedə Tunqa mahnı qoşurlar, 

Şahdan da çox minminbaşı güclüdür. 

 

Tunq toplumu bölüb düp-düz üç yerə, 



Hərəsini paylaşdırıb dinc yerə, 

On min orda, on min burda, üç birə, 

Şahdan da şox minminbaşı güclüdür. 

 

Daryaş dedi:-Tunq indidən ölübdür, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

479 


 

Dedi, bizi o oyuncaq bilibdir

Odur kiçik bir toplumla gəlibdir, 

Şahdan da çox minminbaşı güclüdür. 

 

Diş qıcıdıb üzləşdilər ərənlər, 



Qımışdılar üstünlüyü güdənlər, 

Silkələnib sıçramlandı gödənlər, 

Şahdan da çox minminbaşı güclüdür. 

 

Tunqər dedi:-Alpis hanı, yoldaşın, 



Tək qoyub o deyən qansız Daryaşı, 

İndi sənsən Parsdiyara başbaşı, 

Ancaq Daryaş kimə qarşı savaşır, 

Şahdan da çox minminbaşı güclüdür. 

 

                   *** 



-Biz bir idik, qardaşıydıq, yanaşı, 

Yanılırlar qardaşı dost bilənlər. 

Mən gəlmişəm Alpis ilə vuruşum, 

Yanılırlar qardaşı dost bilənlər. 

 

Biz yer verdik Məniş qıza, Hexaya, 



Hexa döndü minel üçün arxaya, 

Sənsə gəlib girdin qanlı çuxaya, 

Lap dönübsən iti buynuz buğaya, 

Bənzəyirsən lap uyuşmaz qarğaya, 

Yanılırlar qardaşı dost bilənlər. 

 

-Biz gəlmişdik, yer də aldıq, torpaq da, 



Tunqər, sizdən yemək, geyim, yaraq da, 

Sizə borclu bizim çox-çox qabalar, 

Min ildən çox biz qonağıq bu bağda, 

Ancaq gərək dinc yaşasın qonaq da, 

Yanılırlar qardaşı dost bilənlər. 

 

-Çəkil dala, göstər mənə Alpisi, 



Vuruşdurur, döyüşdürür o bizi, 

Görən Alpis niyə belə tələsir, 

Yozub, yozub oynaşdırır hər sözü, 

Daşla yaşıd tanrıların hərəsi, 

Yanılırlar qardaşı dost bilənlər. 

 

-Alpis burda, öncə vuruş Daryaşla, 



Caynaqlaşsın bir də qardaş qardaşla, 

Kim üstündür biz anlayaq dalaşla, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

480 


 

Əkbitəni biz alarıq savaşla, 

Yanılırlar qardaşı dost bilənlər. 

 

Şimşəkquyruq şimşək səpdi Tunqərə, 



İsti düşdü, sonra şaxta çöllərə

Sonra Alpis gücü verdi yellərə, 

Yanılırlar qardaşı dost bilənlər. 

 

Tunqər birdən qılıncına əl atdı, 



Vurdu onun sol qolunu qanatdı, 

Yaralını ağrı, sancı ulatdı, 

Yanılırlar qardaşı dost bilənlər. 

                     *** 

Daryaş döşdən yaralıydı, Tunq əldən, 

Hər vuruşda bir basar var, bir basıq. 

Şimşəkquyruq şimşək çaxıb gedirdi, 

Hər vuruşda bir basar var, bir basıq. 

 

Topbuzlaşmaq, qılınclaşmaq, oxlaşmaq, 



Gücdə, sözdə, vurumlarda bağlaşmaq, 

Dərin yara alıb lapdan yoxlaşmaq, 

Hər vuruşda bir basar var, bir basıq. 

 

Daryaş vurur, bizuc dəyir, əyilir, 



Tunqər vurur, Daryaş bir də bəyirir, 

Tunq yıxılır, qıpıq gözlər səyirir, 

Hər vuruşda bir basar var, bir basıq. 

 

Tunqər durur, deyir:-Düş, gəl, güləşək, 



Basar, basıq bu yerləri bölüşək, 

Sözü ataq ortalığa, dilləşək, 

Hər vuruşda bir basar var, bir basıq. 

 

Güləşirlər, boğuşurlar ortada, 



Tunqu tutub kimsə çəkir arada, 

Tunq yıxılır, çıxır yenə sıradan, 

Hər vuruşda bir basar var, bir basıq. 

 

Daryaş çıxır, yara almış, döş üstə



Qara quzğun qonur sanki leş üstə, 

Deyir:-Tunqər, istəyirsən, nə istə, 

Hər vuruşda bir basar var, bir basıq. 

Bax, sonevin olacaqdır bu gədik, 

Son qoyulur tutuqluğa min illik, 

Söylə, indi sən dönüksən mən dönük, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

481 


 

Hər vuruşda bir basar var, bir basıq. 

 

Vurur, ancaq gücü çatmır, yıxılır, 



Aşır yerə, ilan kimi yığılır, 

Qan daşlanır boğazından, boğulur, 

Hər vuruşda bir basar var, bir basıq. 

 

Tunqər qalxır, o, Alpisə söz atır, 



Deyir:-Alpis sazaq, çovğun yaradır, 

Layla söylə, qardaşlığın, bax, yatır, 

Hər vuruşda bir basar var, bir basıq. 

                   *** 

Daryaş yırtıq boğazıyla bağırdı, 

Son döyüşdə başraq qalır basardan. 

-Parsel, Hindel, balasqelli irəli! 

Son döyüşdə başraq qalır basardan. 

 

Daraşdılar bir-birinə qoçaqlar, 



Toqquşdular bir-birinə yaraqlar, 

Qovuşdular qanlı arxlar, bulaqlar, 

Son döyüşdə başraq qalır basardan. 

 

İlk cummada Minel vurdu dağıtdı, 



Hay-küy salıb parsellini qorxutdu, 

Ox, bizucla qancılları bağırtdı, 

Vurdu, yıxdı, yırtdı, qanlar axıtdı, 

Son döyüşdə başraq qalır basardan. 

 

Ancaq Parsel irəliyə yeridi, 



Tunqərlilər üzərinə yürüdü, 

Minellini qanlı yerdən kürüdü, 

Bilinmədi kim ölüdü, diridi, 

Son döyüşdə başraq qalır basardan. 

 

Tunqər durdu, o da bərkdən bağırdı, 



Sağ, sol güdük bölmələri çağırdı, 

Girdi qana, qanı qanla yoğurdu, 

Son döyüşdə başraq qalır basardan. 

İki bölmə daldan girdi döyüşə, 

Alpis, Daryaş donquldandı bu işə, 

Susqun qaldı döyüşdəki dönüşə, 

Son döyüşdə başraq qalır basardan. 

 

Od yağırdı göydən, yerdə buz, sazaq, 



Qarpışmadan doğur palçıq, tozanaq, 

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

482 


 

Hər bir yerdə bağırtı var, boğanaq, 

Son döyüşdə başraq qalır basardan. 

 

Alpis minib çovqunları çapırdı, 



Ağac, dam-daş öz yerindən qopurdu, 

Minellinin son gücünü qapırdı, 

Son döyüşdə başraq qalır basardan. 

 

Yaraqlılar bir-birini didirdi, 



Minellilər vurub, yıxıb ötürdü, 

Parsellilər qaçıb gözdən itirdi, 

Qorxusundan düşüb yerə, yatırdı, 

Laxta-laxta qan gölünə batırdı, 

Son döyüşdə başraq qalır basardan. 

                   *** 

Alpis baxır, inanmayır gözünə, 

Tanrılardan güclü varsa, inamdır. 

O qapırdı tez-tez sağ, sol çiynini, 

Tanrılardan güclü varsa, inamdır. 

Tanrı özü elə böyük inamdır. 

 

Minellilər inanırdı Turqərə, 



Arxaydılar arxalaşan Tunqərə, 

Belə döyüş görmüşdülər yüz kərə, 

Tanrılardan güclü varsa, inamdır. 

Tanrı özü elə böyük inamdır. 

 

Bu döyüşdə öldü qırx min yaraqlı, 



Yaraqlının çoxu arvad-uşaqlı, 

Yüz min uşaq gözü yaşlı, yanıqlı, 

Tanrılardan güclü varsa, inamdır. 

Tanrı özü elə böyük inamdır. 

Alpis bir də öz gücünü sınadı, 

Sonra durub öz-özünü qınadı, 

Kimliyini başa düşdü, anladı, 

Öz içində pöştələndi, qaynadı, 

Tanrılardan güclü varsa, inamdır. 

Tanrı özü elə böyük inamdır. 

 

Turqər gəldi baxdı lap-lap uzaqdan, 



O baxırdı döyüşlərə bayaqdan, 

Yapışmışdı o qılıncdan, tutaqdan, 

Dodaq altı söyləyirdi, düz-yalan, 

“-Çovğun, şaxta salıb eli ayaqdan”, 

Tanrılardan güclü varsa, inamdır. 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

483 


 

Tanrı özü elə böyük inamdır. 

 

Gördü Alpis çapır Şimşəkquyruğu, 



Səpir yerə quraqlığı, qıtlığı, 

Yanqınlara çəkir böyük varlığı, 

O yandırır meşələri, otluğu, 

Tanrılardan güclü varsa, inamdır. 

Tanrı özü elə böyük inamdır. 

 

Tunqər yenə yaralıydı, soyuqdu, 



Ancaq çox qan itirsə də, ayıqdı, 

Döyüşlərin gedişində sayıqdı, 

Hər bir səsə, sızıltıya duyuqdu, 

Yaraqlılar arasında qoruqdu, 

Tanrılardan güclü varsa, inamdır. 

Tanrı özü elə böyük inamdır. 



 

       Quraqlıq  söylənci 

 

Qanlı gədik vuruşları bitmişdi, 



Sınıq, qırıq, çapıq qalır vuruşdan. 

On il qıtlıq, quraqlıq da üstəlik, 

Sınıq, qırıq, çapıq qalır vuruşdan. 

 

Quraqlıqla qıtlıq vurdu torpağı, 



O bürüdü Əkbitəni, Duzdağı, 

Batdı yerin suyu, gölü, bulağı, 

O qurutdu yaşıl-yaşıl otlağı, 

Çatdaq-çatdaq oldu sulu batlağı, 

Laxlam qaldı ot, yem, çörək tabağı, 

Quru qaldı elin ağzı, qırtlağı, 

Sınıq, qırıq, çapıq qalır vuruşdan. 

Yer-yurd, baxış, göz acıqlı, alışqan. 

 

On il ötdü, qıtlıq, aclıq ötmədi, 



Quraqlığın quru yeli bitmədi, 

Qurd-quş köçdü, burdan ot-su güdmədi, 

Ancaq Minel burdan köçüb getmədi

Sınıq, qırıq, çapıq qalır vuruşdan. 

Yer-yurd, baxış, göz acıqlı, alışqan. 

 

                   *** 



Parseli də tutdu aclıq, quraqlıq, 

Qıtlıq gəlir hamılığa,  gələndə. 

Parsel sanki Mindiyardan qopmuşdu, 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

484 


 

Qıtlıq gəlir hamılığa,  gələndə. 

 

O Savanı, Qamı, Sakı bürüdü, 



Atlar köpdü, adamlarsa qurudu, 

Çoxu qaçdı, batıyerə yürüdü, 

Sürüsünü dağlıqlara sürüdü, 

Uşağını ot koküylə qorudu, 

Qıtlıq gəlir hamılığa,  gələndə. 

 

Daryaş dedi:-Alpis bizi tollayıb, 



Hələ çaşıb bizə qıtlıq yollayıb, 

Şimşəkquyruq atını da yallayıb, 

O, atı da yalan ilə çullayıb, 

İldırımla, şimşək ilə nallayıb, 

Çıxıb, gedib ağız-burun sallayıb, 

Qıtlıq gəlir hamılığa,  gələndə. 

 

Niyə bizi hamı, hamı aldadır,  



Niyə Parsel düşüb belə, daldadır, 

Niyə hər şey ağı dadır, su dadır, 

Qıtlıq gəlir hamılığa,  gələndə. 

                *** 

Tanrı dedi:-Daha otur yerində, 

Əl-qol atma, əlin-qolun uzanar. 

Yaxşılığı qarışdırma pisliklə, 

Əl-qol atma, əlin-qolun uzanar. 

 

Yaranmışlar işə, gücə yaranıb, 



Ancaq indi o yarağa sarınıb, 

Cumur, tutur, alır ora-buranı, 

O tutsa da, qopartsa da haranı, 

Pozur ölkə, el içində aranı, 

Əl-qol atma, əlin-qolun uzanar. 

 

Kəsi elə varın varsa varını, 



Əltut elə ağsaqqalı, qarını, 

Yaşa, yaşat yaxşılıqla durumu, 

Əl-qol atma, əlin-qolun uzanar. 

 

Tanrınındı torpaq, onu paylaşın, 



Hamı soylar birdir, gedin soylaşın, 

Atın getsin yaraqları, savaşı, 

Qardaşlaşın, sevin bacı, qardaşı, 

Əl-qol atma, əlin-qolun uzanar. 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

485 


 

                  *** 

Daryaş dedi:-Tanrı, məni bağışla, 

Yaranmışlar elə tez-tez yanılır. 

Yaranmışa yer veribsən, var da ver, 

Yaranmışlar elə tez-tez yanılır. 

 

Sən yox elə o basılmaz Tunqəri, 



Mindiyarda hər gün bir Tunq göyərir, 

Yoxdur mənim Mindiyarda dəyərim, 

Yaranmışlar elə tez-tez yanılır. 

Mənə güc ver, basar olum, basım mən, 

Tunqərlərə hər gün sonev qazım mən, 

Gəlmir daha başqa bir iş əlimdən, 

Yaranmışlar elə tez-tez yanılır. 

Böyük artır, kiçik isə danılır. 

 

İzin versən, son döyüşə gedərəm, 



Parsdiyarı Pars ölkəsi edərəm, 

Mən şah ollam, şahlığıma yetərəm, 

Yaranmışlar elə tez-tez yanılır. 

Böyük artır, kiçik isə danılır. 

 

                *** 



Uğurelə köçdü getdi onçular, 

Susuz qalsa torpaq, aclıq olacaq. 

Çörəkçilər köçdü, getdi Çinçaya, 

Susuz qalsa torpaq, aclıq olacaq. 

 

Qobuyerdən köçdü, getdi yurd, oba, 



Çox evlərdə nə buğda var, nə arpa, 

Ac günləri say, muncuqtək düz sapa, 

Bir xurcunluq saman, ot da yox tapan, 

Susuz qalsa torpaq, aclıq olacaq. 

 

Hər gün dolub, boşalırdı ocaqlar, 



Susuzluqdan qurumuşdu dodaqlar, 

Üztut deyib ağlayırdı uşaqlar, 

Qup-quruydu arxlar, göllər, bulaqlar, 

Susuz qalsa torpaq, aclıq olacaq. 

 

Turqər, Tunqər, Ağüz, Manay, Dəmirqız, 



Qılıncları atın yerə hamınız, 

Kimə gərək indi qılınc, ox, topbuz, 

Qan içində ölənləri anınız, 

Qan tökmənin budur sonu, bu yalnız, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

486 


 

Susuz qalsa torpaq, aclıq olacaq. 



 

 

 Tanrıyla görüş söylənci 

 

Üz tutmuşdu tanrılara Odərpay, 



Qıtlıq olur çəkişəndə tanrılar. 

O gedirdi ayaq yalın başaçıq, 

Qıtlıq olur çəkişəndə tanrılar. 

 

O gedirdi Qobuyerin düzüylə, 



Gedə-gedə danışırdı özüylə, 

Küləklərin, buludların iziylə, 

Qıtlıq olur çəkişəndə tanrılar. 

 

Bulud hara, o da ora, o yönə, 



Gedib çatdı dağ çayına yüz günə, 

Əl uzadıb üztut dedi o yenə, 

Qıtlıq olur çəkişəndə tanrılar. 

 

Əl-üz yudu, onu yuxu apardı, 



Gördü birdən çay suları qabardı, 

Bir qanadlı onu yerdən qopartdı, 

Qıtlıq olur çəkişəndə tanrılar. 

 

Sıx dumanlıq döndü işıq selinə, 



Dəydi əli kimin isə əlinə, 

“Böyük tanrı” sözü gəldi dilinə, 

Qıtlıq olur çəkişəndə tanrılar. 

                  *** 

Bir səs gəldi, sular, çaylar titrədi: 

“-Yaxşılıqla bu dolanış dolanır. 

Üç yüz ildir sən Odərsən ocaqda, 

Yaxşılıqla bu dolanış dolanır. 

 

Bu qan-qırğın, bu vur-aşır nəyçündür, 



Çox şey, hər şey elə bilmə gücündür, 

Yaxşı, ya pis, bu sonuncu seçimdir, 

Yaşayışsa qısa, bircə içimdir, 

Yaxşılıqlar mənim ölçüm-biçimdir, 

Yaxşılıqla bu dolanış dolanır. 

Bil, ikinci Sərtüz sənsən Üstyerdə, 

Sənsən keçmiş böyük Sərtüz dəyərdə, 

Sənsən yeni yaranışı göyərdən, 

Yaxşılıqla bu dolanış dolanır. 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

487 


 

 

Yorulmayın kəsi, tanrı deməkdən, 



Bol olacaq su da, yer də, çörək də, 

Bunlar doğur işdən, əldən, biləkdən, 

Yaxşılıqla bu dolanış dolanır”. 

 

Bu gür səsdən çaylar, göllər daşdılar, 



Gurladılar, dağı, düzü aşdılar, 

Çovqun, qıtlıq, quraqlıqlar qaçdılar, 

Dolanışa yeni yollar açdılar, 

Yaxşılıqla bu dolanış dolanır. 

 

                *** 



Tanrılıqda on il çəkdi çəkişmə

Çəkişmədən düz yol seçə bilməzsən. 

Biri qıtlıq dedi, biri yaşıllıq, 

Çəkişmədən düz yol seçə bilməzsən. 

 

Odər-Sərtüz öyüd verdi ərlərə, 



Qonaq getdi uzaq-uzaq yerlərə, 

Üztut, kəsi qam elədi min kərə, 

Çəkişmədən düz yol seçə bilməzsən. 

 

Ağüz, Tunqər inanmadı Sərtüzə, 



Dedilər ki, inanmırıq hər sözə, 

Biz durmuşuq qancıllarla üz-üzə, 

Çəkişmədən düz yol seçə bilməzsən. 

 

Dedilər ki, Daryaş yenə gələcək, 



Bu yol onu qabaqlıyaq biz gərək, 

Əsəcəkdir yenə çovqun, buz külək, 

Çəkişmədən düz yol seçə bilməzsən. 

 

Dedilər ki, gələr yenə Balasqel, 



Yenə Hindel,Çinel,Parsel,Darvidel, 

Odər-Sərtüz, sən deyənlər düz deyil, 

Çəkişmədən düz yol seçə bilməzsən. 

Yardım olsun tanrı bizə bir azca, 

Üstün olaq acıqandan yaraqca, 

Qarşılayaq qancılları qabaqca, 

Çəkişmədən düz yol seçə bilməzsən. 

 

Dedilər ki, bizi yıxan barışdır, 



Barış-vuruş, bu bitməyən yarışdır, 

Bizdən yürüş, Sərtüzdənsə duruşdur, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

488 


 

Çəkişmədən düz yol seçə bilməzsən. 

 

Sərtüz dedi, Ağüz dedi, çəkişdi, 



Tunqər qaldı, öz sözündə bərkişdi, 

Sərtüz qaldı Ocağında təkləşdi, 

Çəkişmədən düz yol seçə bilməzsən. 

                   *** 

Daryaş yenə çəkib dartdı ipləri, 

Ola bilməz dəlisovdan tanrısoy. 

-Əkbitənlə Qobu -dedi- bizimdir, 

Ola bilməz dəlisovdan tanrısoy. 

 

Dedi:-Köçsün Buzboğaza Mindiyar, 



Bu yanlarda bizə qalsın qalanlar, 

Toplu, saxlanc, qızıl, gümüş, nə ki var, 

Ola bilməz dəlisovdan tanrısoy. 

 

Sərtüz getdi onu tez-tez yanladı, 



“Mənəm, mənəm” deməyini danladı, 

Daryaş yenə orda, burda banladı, 

Ola bilməz dəlisovdan tanrısoy. 

 

Sərtüz dedi:-Tanrım hamı dəyişib, 



Qapış-qapış hamı, hər gün deyişir, 

Yaxşıyla pis qan-qan deyir, döyüşür, 

Ola bilməz dəlisovdan tanrısoy. 

 

Səs gəlmədi yerdən, göydən, tanrıdan, 



Tək qalmışdı Sərtüz yerdə doğrudan, 

Qıvrılırdı, açılırdı ağrıdan, 

Ola bilməz dəlisovdan tanrısoy. 

    Sakras üzləşməsi söylənci 

 

Tunqər, Daryaş üzləşdilər Sakrasda, 



Gözləmirdi bu döyüşü tanrılar. 

Gurlayırdı səslənc, gup-gup, nağara, 

Gözləmirdi bu döyüşü tanrılar. 

 

Iki yanda yüz min ər var lap azı, 



Yaraqlılar yeyir quru yarpızı, 

Yalayırlar su yerinə daş-duzu, 

Gözləmirdi bu döyüşü tanrılar. 

 

Tunqər dedi:-Daryaş, çatıb son döyüş



Get alt yerdə Alpisinlə sən görüş, 

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

489 


 

Görək kimdə qalıb dəmir, dağ duruş, 

Gözləmirdi bu döyüşü tanrılar. 

 

Daryaş dedi:-Susuzluqdan ölmüşük, 



Tərimizi qanımızla silmişik, 

Əkbitəni aramızda bölmüşük, 

Gözləmirdi bu döyüşü tanrılar. 

 

Öncə qılınc, sonra topbuz, sonra ox, 



Sonra yumruq, sonra təpik, sonra xox, 

Bu doyüşdə ölçü-biçi var, ya yox, 

Gözləmirdi bu döyüşü tanrılar. 

 

Çəkişmələr, güləşmələr qurtardı, 



Diz çökmələr acıqları artırdı, 

Sonra yenə dəmir yaylar dartıldı, 

Gözləmirdi bu döyüşü tanrılar. 

 

Yaraqlılar iki yandan dəbərdi, 



Acıqanlar bir-birinə döş gərdi, 

Yaralılar gün altında gəbərdi, 

Gözləmirdi bu döyüşü tanrılar. 

 

Hərə qovub qancılını yorurdu, 



Bıçaq ilə damarından vururdu, 

Tutub onun şor qanını sorurdu, 

Sorub-sorub o, ayağa dururdu, 

Gözləmirdi bu döyüşü tanrılar. 

Tunqər oxu qoydu yaya, gözlədi, 

O Daryaşı atdım-atdım izlədi, 

Oxu onun ürəyinə düzlədi, 

Gözləmirdi bu döyüşü tanrılar. 

 

Çəkdi, atdı ox sancıldı kürəyə, 



Kürəkdən də vurdu, keçdi ürəyə, 

Daryaş aşdı, döndü qanlı köpüyə, 

Qanlı döşü döndü qanlı körüyə, 

Gözləmirdi bu döyüşü tanrılar. 

 

                   *** 



Parsellidən çox qırıldı, az qaldı, 

Ölüm deyil, köçdür böyük qırğınlar. 

Birdən bulud gəldi, göylər gurladı, 

Ölüm deyil, köçdür böyük qırğınlar. 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

490 


 

Yağış yağdı, çöllər yaşıl ot oldu, 

Qan-qadalar qopub göyə sovruldu, 

Gözsüz qalmış qanlı gözlər duruldu, 

Odər gəldi, hamı ona sarıldı, 

Ölüm deyil, köçdür böyük qırğınlar. 

 

-Tanrı mənə belə dedi görüşdə, 



Dedi, daha əl götürün döyüşdən, 

Əkin, biçin, yaxşı olun hər işdə

Ölüm deyil, köçdür böyük qırğınlar. 

 

Mindiyarın öz başrağı, öz adı, 



Parsdiyarın yaxşı eli, elatı, 

Böyük tanrı bizi belə yaradıb, 

Ölüm deyil, köçdür böyük qırğınlar. 

 

Bundan sonra gəlin, birgə yaşayaq, 



Ağır yükü, günü birgə daşıyaq, 

Yeni günü hamı birgə başlayaq, 

Ölüm deyil, köçdür böyük qırğınlar. 

                   

                  *** 

Yağış yağdı, şimşək çaxdı, yaz oldu, 

Yeri silib varlandıran yağışdır. 

Tarlaları, çölü, düzü göyərtdi, 

Yeri silib varlandıran yağışdır. 

 

Göy vergisi yerə qardır, yağışdır, 



Dolanışda yağış yeni doğuşdur, 

Yağış Alpis pisdikliyə qarğışdır, 

Yeri silib varlandıran yağışdır. 

 

Çıxın daha, çəkinməyin, çiçəklər, 



Buludları minin, gəlin, küləklər, 

Süd iyinə qoy bələnsin bələklər, 

Yeri silib varlandıran yağışdır. 


Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin