Söhrab Tahir "Ata" Epos-poema II cild
439
Nədəndirsə indi ayrı qalıblar,
Tanrı gücdür, sudur, oddur, ocaqdır.
Qız dedi ki, on il qabaq, ata sən,
Dedin, haray quraqlığın əlindən,
Su axtardıq, üç gün, dörd gün onla mən,
Su tapmadıq, boş qayıtdıq yenidən,
Tanrı gücdür, sudur, oddur, ocaqdır.
Oğlan dedi:-Gəl gedməyək lap uzaq,
Bu yaxında əlimizlə yer qazaq,
Qaza-qaza biz taparıq bir bulaq,
Tanrı gücdür, sudur, oddur, ocaqdır.
Bir neçə gün eşələndik, əlləşdik,
Acıqlandıq, hərdən də bir dilləşdik,
Ev-eşiyi unudaraq çölləşdik,
Tanrı gücdür, sudur, oddur, ocaqdır.
Oğlan üç yol düşük düşdü, sağaldı,
Su göründü, sular artdı, çoxaldı,
Oğlan mənə söz demədən yoxaldı,
Tanrı gücdür, sudur, oddur, ocaqdır.
Tanrılaşdı, bulaqlaşdı o, deyən,
Hərdən gedib danışıram onla mən,
Bulaq sevir, mən bulağı ürəkdən,
Tanrı gücdür, sudur, oddur, ocaqdır.
***
Sayan qıza baxa-baxa saraldı,
Sevən oğlan bir az solar, saralar.
Qoca dedi:-Niyə belə dəyişdin,
Sevən oğlan bir az solar, saralar.
Qız da dedi:-Qonaq, niyə dəyişdin,
-Dəyişdim ki, görüm bu iş nə işdi,
Niyə bulaq sənə beş söz demişdi,
Sevən oğlan bir az solar, saralar.
-Yox mən onu diyə bilməm, soruşma,
Yaxşı olar sən bu işə qarışma,
Küsər bulaq, çətin olar barışmaq,
Sevən oğlan bir az solar, saralar.
Çox istəsən get özündən soruş sən,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
440
O söyləsə, sən beş sözü bilərsən,
And içmişəm, diyə bilməm bunu mən,
Sevən oğlan bir az solar, saralar.
Ata dedi, qız açmadı beş sözü,
Kövrələrək yaşla doldu göy gözü,
-Tanrı baxır, bağışlamaz o bizi,
Sevən oğlan bir az solar, saralar.
“Beş söz” yaman düşündürdü Sayanı,
Burda sevdi alaçığı obanı,
Sevdi, qızla gəzdi, onla hər yanı,
Sevən oğlan bir az solar, saralar.
Ata gördü Sayan ilə qızını,
Vurdu ora-bura qoca özünü,
Açammadı Buzbulağın sözünü,
Sevən oğlan bir az solar, saralar.
Hər gün Sayan baş əyərək bulağa,
Onun ilə verdi dodaq-dodağa,
Dedi, danış o beş sözü qonağa,
Sevən oğlan bir az solar, saralar.
Bulaq susdu, danışmadı, dinmədi,
Öz andından, öz sözündən dönmədi,
Öz tanrılıq zirvəsindən enmədi,
Sevən oğlan bir az solar, saralar.
***
Sayan qızı çox sevirdi ürəkdən,
Bizə sevgi bağışlayan ürəkdir.
Gəldi, ona sevgisindən söz açdı,
Bizə sevgi bağışlayan ürəkdir.
Sayan getdi bir ay sonra qayıtdı,
Yaz yetişdi, ilk sevgini ayıltdı,
Yenə gəlib o Tan-tana söz atdı,
Bizə sevgi bağışlayan ürəkdir.
Dedi:-Sənsən Mindiyarda tək varım,
Əkbitənə səni gəlin aparım,
Minel olsun sənin doğma diyarın,
Bizə sevgi bağışlayan ürəkdir.
Ata bunu eşidərək ağladı,
Ürəyində nə vardısa laxladı,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
441
Bu söz onun ürəyini oxladı,
Sonra yenə o, Sayanı yoxladı,
Bizə sevgi bağışlayan ürəkdir.
O yoxladı sevgisini Sayanın,
Gördü, qızı bu sevgidən oyanıb,
O, iki yol arasında dayanıb,
Bizə sevgi bağışlayan ürəkdir.
Dedi:-Sayan burda qalsın ərsayaq,
Qızım getsə, bu el-ocaq qalacaq,
Onda burda nələr-nələr olacaq,
Bizə sevgi bağışlayan ürəkdir.
Qıza dedi:-Sevgi iki başlıdır,
Diyən Sayan səndən bir az yaşlıdır,
Sevgi yolu tikanlıdır, daşlıdır,
Bizə sevgi bağışlayan ürəkdir.
Get Sayana, saxla, qalsın burada,
Sən harada, o da olsun orada,
Kəbinizi kəssin böyük yaradan,
Bizə sevgi bağışlayan ürəkdir.
Tan-tan dedi:-Könlüm mənə sus deyir,
Atam isə mənə doğru söz deyir,
Sevinərik biz evlənsək, düz deyir,
Bizə sevgi bağışlayan ürəkdir.
Axşam oldu, bulağ üstə yollandı,
Buzbulağın dörd yanına dolandı,
Sevgi üstə yeni sevgi qalandı,
Baxışları aşağıya sallandı,
Bizə sevgi bağışlayan ürəkdir.
Bulağ dedi:-Niyə belə tutqunsan,
Mən görürəm çox əzginsən, yorğunsan,
Diyən Tan-tan, sən Sayana vurğunsan,
Bizə sevgi bağışlayan ürəkdir.
Səni sevən oğlan gəlib, nə yaxşı,
Mən də ollam sənin bulağ qardaşın,
Sən böyüdün, mənsə qaldım az yaşlı,
Bizə sevgi bağışlayan ürəkdir.
Sənə görə mən burda sağ qalmışam,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
442
Sən böyüdün, mənsə uşaq qalmışam,
El-obaya sərin bulaq olmuşam,
Sevinirəm burada yurd salmışam,
Bizə sevgi bağışlayan ürəkdir.
***
Tan-tan sildi göz yaşını, ağladı,
İki sevgi yaşayanlar yazıqdır.
Dedi:-Səni çox sevirəm, Buzbulaq,
Iki sevgi yaşayanlar yazıqdır.
Sayan səni məndən də çox istəyir,
Belə oğul az tapılar, mində bir,
-Ürəyim yox, atam ona get deyir,
İki sevgi yaşayanlar yazıqdır.
Bulaq dedi:-Mən bulağam, tanrıyam,
Mən sevgidən, ev-eşikdən ayrıyam,
Mən səninçin ancaq belə duruyam,
İki sevgi yaşayanlar yazıqdır.
Mən səninçin bulaq oldum, çağladım,
Uşaq ikən sənə könül bağladım,
Tanrı bizim sevgimizi yoxladı,
İki sevgi yaşayanlar yazıqdır.
Qız bulağla sonda belə görüşdü,
Yalaşaraq, qucaqlaşdı, öpüşdü,
Sular coşdu, löhmə-löhmə qarışdı,
İki sevgi yaşayanlar yazıqdır.
Sayan getdi gecə yenə bulağa,
Çəkdi yenə o bulağı sınağa,
Döndü onun qabağında yumağa,
İki sevgi yaşayanlar yazıqdır.
***
Sayan üç yol Buzbulağa əyildi,
Gənci qorxmaz ər eləyən sevgidir.
Dedi, yenə mən gəlmişəm yanına,
Gənci qorxmaz ər eləyən sevgidir.
Dedi, bulağ, yalvarıram mən sənə,
Öz gücünü, öz sevgini ver mənə,
Məni də qoy yarıtanrı yerinə,
Gənci qorxmaz ər eləyən sevgidir.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
443
Bulaq dedi:-Sən çox yaxşı bir ərsən,
Mən bilirəm sən Tan-tanı sevirsən,
Bu sevgini mənə açıb deyirsən,
Gənci qorxmaz ər eləyən sevgidir.
Sənə çoxdur mənim böyük inancım,
Məndə duru inancdandır hər damcı,
Məndə qalır tanrımızın saxlancı,
Gənci qorxmaz ər eləyən sevgidir.
Qalır saxlanc bu suların altında,
Gizlədiblər onu yerin qatında,
O saxlancdır, böyük tanrı adında,
Gənci qorxmaz ər eləyən sevgidir.
Ancaq qazıb sən çıxarma saxlancı,
Qoy bilməsin nə acıqan, nə qancıl,
Toxunmasın ona oğru, yabançı,
Gənci qorxmaz ər eləyən sevgidir.
O Tan-tanın olmalıdır, bağışdır,
O, tək qızın sevgisində naxışdır,
Saxlanc deyil, toydur, görüş, barışdır,
Gənci qorxmaz ər eləyən sevgidir.
Tanrı özü gəlib suya girəcək,
O saxlancı Tan-tanqıza verəcək,
Onun gözəl qız toyunu görəcək,
Gənci qorxmaz ər eləyən sevgidir.
Qoca ata Sayanəri güdürdü,
Deyiləni bir-bir, söz-söz udurdu,
O, özünü tanrıyla bir tuturdu,
Gənci qorxmaz ər eləyən sevgidir.
Ata gecə qazdı, sökdü bulağı,
Saxlancyerə toxunanda ayağı,
Öldü, düşdü əlindəki çomağı,
Gənci qorxmaz ər eləyən sevgidir.
Sevgililər onu itmiş bildilər,
Bir-birinin göz yaşını sildilər,
Durub yenə bulağ üstə gəldilər,
Gənci qorxmaz ər eləyən sevgidir.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
444
Gördülər ki, bulaq suyu çəkilib,
Altındakı böyük saxlanc sökülüb,
Hər bir yana qızıl-gümüş tökülüb,
Gənci qorxmaz ər eləyən sevgidir.
Gördülər ki, qoca ölüb, yıxılıb,
Dar gövdəsi yumaq kimi yığılıb,
Şimşək vurub, döşü-başı dağılıb,
Gənci qorxmaz ər eləyən sevgidir.
***
Sevgililər ağladılar, susdular,
Saxlancların yiyəsi var, tanrıdır.
Buzbulaqda ağı yeri qurdular,
Saxlancların yiyəsi var, tanrıdır.
Bir səs gəldi, sevgililər, durmayın,
Ta qocaya ağı yeri qurmayın,
Ağı deyib özünüzü yormayın,
Saxlancların yiyəsi var, tanrıdır.
Mən tanrıyam, sizi yaxşı görürəm,
O saxlancı alıb sizə verirəm,
Buzbulaqdan al gül, çiçək dərirəm,
Saxlancların yiyəsi var, tanrıdır.
Ağac əkin Buzbulağın başında,
Su axacaq gecə, gündüz daşından,
O da tanrılaşıb körpə yaşından,
Saxlancların yiyəsi var, tanrıdır.
O saxlancla buğda, arpa, ot əkin,
Mindiyara uzun-uzun yol çəkin,
Başkənd salın, yaraşıqlı ev tikin,
Saxlancların yiyəsi var, tanrıdır.
***
On il keçdi, çoxlu bulaq çağladı,
Bulaq tanrı vergisidir, görgüsü.
Buzbulağın üstə ağac əkdilər,
Bulaq tanrı vergisidir, görgüsü.
On il keçdi, son qoyuldu ürküyə,
Sevgililər çevrildilər sevgiyə,
Çevrildilər bulaq kimi güzgüyə,
Bulaq tanrı vergisidir, görgüsü.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
445
Bura yeni ölkə oldu, el oldu,
Hər bir yanı tarla oldu, gül oldu,
Sevgi dönüb bir çağlayan dil oldu,
Bulaq tanrı vergisidir, görgüsü.
Tan-tan üç yol ana oldu, doğaraq,
İlk uşağa ad qoydular Buzbulaq,
Tanrı sevinc duydu hər gün baxaraq,
Bulaq tanrı vergisidir, görgüsü.
***
Harda suda bir yonulu daş gördün,
Buzbulaqdır,o uşağın yontası,
Durna görsən öz-özünə tək uçur,
Buzbulaqdır, onun sevgi durnası.
Harda suda üzən ağ quş görəndə
Bil,Tan-tandır, Sayanərin sonasi,
Harda bir tək ağac gördün yellənir
Odur körpə Buzbulağın anası.
Harda gördün döyüş-vuruş basarı,
O Tunqərdir, Sayanərin atası,
Harda gördün bolluq, dəniz, bağ, meşə
Nan-Sayandır, Mindiyarın ortası.
Bir qız görsən el toyunda oynayır
Buzbulaqdır, sayanərin artası.
***
Biri yaydır biri qışdır, yovuşur,
Bərki, boşu birləşdirən sevgidir.
Çox özünü atıb-tutma, əyil bir,
Yeri, göyü birləşdirən sevgidir.
Ağzı, burnu, qıçı, qolu üzülür,
Gözü çay tək,özü su tək süzülür,
Yaranışın, dolanışın özülü,
Bərki, boşu birləşdirən sevgidir.
Gizli sevir haradasa tanrı da,
Ceyran, maral, ayı, qurd-quş, arı da,
Gizli sevir susqun qoca, qarı da,
Suyu, odu birləşdirən sevgidir.
Qorxaq, varlı sevgisini gizlədir,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
446
Utancaqlar öz-özünü pisləyir,
Yuxuda da sevgisini səsləyir,
Yeri, göyü birləşdirən sevgidir.
Sevibsənsə çox gizlətmə,açıqla
Sevgisoylar öz-özünə arıqlar,
Sevgisindən ey utanan yazıqlar,
Suyu, odu birləşdirən sevgidir.
Göz yaşından çələng hörən sevgidir.
Güllənirsən üzdən, sevgi gələndə,
Sevinirsən ağlayanda, güləndə,
Tanrısoysan yaşayanda, öləndə,
Varı, yoxu birləşdirən sevgidir.
VIII Bölmə XXIII QAPI
Alanər söylənci
Ox dalınca Alan getdi Batıya,
Dörd bölgəyə bölünübdür yaranış.
Tanrı bölüb, günəş bölüb, bilinmir,
Dörd bölgəyə bölünübdür yaranış.
Soyuq, isti, quru nəmiş üz-üzə,
İki yanı gedib çıxır dənizə,
Bir yanda da dağlar verib diz-dizə,
Dört bölgəyə bölünübdür yaranış.
Getdi, beş yol düşdü qatı dumana,
Yenə getdi, çıxdı düzə, arana,
Çıxdı dikə o boylandı dört-yana,
Dörd bölgəyə bölünübdür yaranış.
Beş gün getdi, Balasqelə çatdı o,
Yenə getdi, bataqlığa batdı o,
Ayı günə, günü aya qatdı o,
Dörd bölgəyə bölünübdür yaranış.
Bir meşənin qırağında bir qarı,
Oturmuşdu dindirirdi otları,
Saçı kilkə, üzü-gözü sap-sarı,
Dörd bölgəyə bölünbdür yaranış.
Alan dedi ona:-Ay qız, günaydın,
Qarı dedi:-Yerindədir bu sayqın,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
447
Ərsən, düşüb mənə qonaq olaydın,
Dörd bölgəyə bölünübdür yaranış.
Evim də var,yerim də var,düş atdan,
Gəl yanıma, otur, dincəl, diz qatda,
Neçə söylənc deyim sənə elatdan,
Dörd böldəyə bölünübdür yaranış.
Alan düşdü, gəldi lap, lap yaxına,
Əl çəkərkən saqqalına, bığına,
Batdı qıçı bir dayaz su arxına,
Dörd bölgəyə bölünübdür yaranış.
Qarı güldü, dedi:-Kimsən, nəçisən,
Alan dedi:-Ovsunçusan deyəsən,
-Yox,kimsəsiz bir qarıyam,qızam mən,
Dörd bölgəyə bölünübdür yaranış.
-Ana,bacım,qarı nədir,qız nədir,
Sənin adın deyən qarı nənədir,
Deyən dilin öz içini göynədir,
Dörd bölgəyə bölünübdür yaranış.
Alan dedi:-Mən uzaqdan gələnəm,
Söylənc kimi maraqlıdır uzaqlar.
Mən Tunqərin,Mindiyarın oğluyam,
Söylənc kimi maraqlıdır uzaqlar.
Qarı dedi:-Məni dinlə, ay oğlan,
Mən qarıyam lap anadan olandan,
Məni belə yaradıbdır yaradan,
Söylənc kimi maraqlıdır uzaqlar.
Eşitmişəm Mindiyarı, Tunqəri,
Oyanlardır döyüş, vuruş yerləri,
Bəs sən niyə bir sümüksən, bir dəri,
Söylənc kimi maraqlıdır uzaqlar.
-Neçə aydır yol gəlirəm durmadan,
Yavaş-yavaş öz atımı yormadan,
Ondan,bundan yeri,yurdu sormadan,
Söylənc kimi maraqlıdır uzaqlar.
-Mən görürəm,ərsən,solğun yanaqlı,
Hündür boysan yaraşıqlı, maraqlı,
Göz çəkənsən, iri, köklü, budaqlı,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
448
Söylənc kimi maraqlıdır uzaqlar.
Qaralıbdır gözəl bığın, saqqalın,
Saçın gurdur, qap-qaradır, qap-qalın,
Qal mənimlə sənə gözəl qız alım,
Söylənc kimi maraqlıdır uzaqlar.
-Qız almağa gəlməmişəm buraya,
Gəlmişəm ki, işə, gücə yarayam,
Döyüş, vuruş olsa durum sıraya,
Söylənc kimi maraqlıdır uzaqlar.
-Döyüş, vuruş ərənisən, görürəm,
Qal mənimlə sənə yer, yurd verərəm,
Mən də sənlə döyüşlərə girərəm,
Söylənc kimi maraqlıdır uzaqlar,
Alan güldü, qarı durdu ayağa,
O əl atdı Alandakı yarağa,
Gözlər yandı, döndü isti ocağa,
Söylənc kimi maraqlıdır uzaqlar.
Dedi:-Mən də vuruşqanam, ərənəm,
Sənin kimi gələcəyi görənəm,
Mənim deyil bu görünüş, bu görkəm,
Söylənc kimi maraqlıdır yaranış.
***
Düşüncəyə daldı Alan dinmədi,
Oğul varki, ovsunlayır ovsunu.
Yarağını aldı onun əlindən,
Oğul var ki, ovsunlayır ovsunu.
-Vuruşqansan,ancaq qarı olmusan.
Niyə belə yumaqlanıb qalmısan,
Niyə belə yazıq görkəm almısan,
Bu meşədə gizli yer-yurd salmısan.
Oğul var ki, ovsunlayır ovsunu.
-Gedək, sənə danışaram çoxunu,
Nə bilibsən, oğul, ürkü-qorxunu,
Yeyib qorxu ürəyimin yağını,
Oğul var ki, ovsunlayır ovsunu.
Çox getdilər, atı çəkib dartdılar,
Gəlib kiçik daşağıza çatdılar,
Bir az yenə əyləşdilər, otdular,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
449
Oğul var ki, ovsunlayır ovsunu.
Bir sürü qurd lapdan çıxdı qabağa,
Sağ əlini Alan atdı yarağa,
Qarı qaçdı girdi bir daş bucağa,
Oğul var ki, ovsunlayır ovsunu.
Alan birdən yarağını tolladı,
Oturaraq qurdlar kimi uladı,
Sonra alıb sol əlini yaladı,
Oğul var ki, ovsunlayır ovsunu.
Sonra dedi bərkdən,“Bozqurd”,”Əyri diş”
Baş qurd yerə çökdü sürü gəlməmiş,
Yaraqlının kim olduğun bilməmiş,
Oğul var ki, ovsunlayır ovsunu.
Ağzı açıq qaldı Alan özü də,
Doğmalaşdı sanki qurdlar gözündə,
Qurdlar çökdü onun iki sözündən,
Oğul var ki, ovsunlayır ovsunu.
***
Qarı dedi:-Oğul, bu lap ovsundur,
Ovsunlamaq olar lap ac qurdu da.
Yoxsa bizi dağıtmışdı bu qurdlar,
Ovsunlamaq olar lap ac qurdu da.
-Qurdlar ovsun-zada bağlı deyillər,
Uluların adlarını bilirlər,
Desən, qurdlar sənə yaxın gələrlər,
Ovsunlamaq olar lap ac qurdu da.
Ağqurd Alpan, Tuncər, Bacar, Üstüağ,
Qurdlar ilə birgə, yaxın olaraq,
Qancıllara qarşı birgə duraraq,
Vuruşublar iyidsayaq, qurdsayaq,
Ovsunlamaq olar lap ac qurdu da.
Qurdlar geri çəkildilər, ötdülər,
Geri-geri sürünərək getdilər,
Meşəlikdə onlar gözdən itdilər,
Ovsunlamaq olar lap ac qurdu da.
Qarı evə qonaq etdi Alanı,
Bir ev idi üstü xolla qapalı,
Lığ qamışla örtülmüşdü hər yanı,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
450
Ovsunlamaq olar lap ac qurdu da.
Çölü yoxsul, evin içi bər-bəzək,
Çox çiçəkdən hörülübdür çox çələng,
Qablar var ki, çox bahalı, bər-bəzək,
Bu meşədə bu gizli ev nə demək,
Ovsunlamaq olar lap ac qurdu da.
Tağlar, damlar yontalanmış dirəkdən,
Hörgülər var qu tükündən, lələkdən,
Dil yorular gözəl-gözəl deməkdən,
Ovsunlamaq olar lap ac qurdu da.
Qarı dedi:-Bəyəndinsə, qalarsan,
İstəyincə öz qonağım olarsan,
Lap bəyənsən qızımı da alarsan,
Ovsunlamaq olar lap ac qurdu da.
Bir qız gəldi, döndü evə, döngədən,
Taysız idi gözəllikdə, gövdədə,
Sanki gülən çiçək idi ertədən,
Su istədi o qız qarı nənədən,
Ovsunlamaq olar lap ac qurdu da.
Çiçəklərin gülüşündən o üstün,
Onu güldən ayırmaq da çox çətin,
Evə işıq səpələyir büs-bütün,
Ovsunlamaq olar lap ac qurdu da.
***
Bəyənmədi Alan qızı, deyəsən,
Çox öyəndə gözdən düşür gözəl də.
Ana çox-çox öydü gözəl qızını,
Çox öyəndə gözdən düşür gözəl də.
Biri gödək, biri hündür, biri kök,
Biri yoğun, o birisi sür-sümük,
Biri incə, biri kötük, tör-tökük,
Çox öyəndə gözdən düşür gözəl də.
Qarı dedi:-Ərim olub yüzbaşı,
Mamırlanıb onun çoxdan başdaşı,
O yazığı öldürübdür minbaşı,
Çox öyəndə gözdən düşür gözəl də.
Onda mənə vurulmuşdu o qancıl,
Sevməyi də bacarmırdı yalançı,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
451
Məni tez-tez izləyirdi ardıcıl,
Çox öyəndə gözdən düşür gözəl də.
Qaçdım gəldim buralara mən ondan,
Məni gəzir, yenə güdür o qaban,
O əl çəkmir mənim gözəl qızımdan,
Çox öyəndə gözdən düşür gözəl də.
Qarılaşıb yayınmışam gözündən,
Bunca mənim zəhləm gedir özümdən,
Zəhləm gedir onun qaban üzündən,
Çox öyəndə gözdən düşür gözəl də.
Qarısayaq geyinirəm acıqdan,
Mən qızımı qoruyuram yoluqdan,
Yazıq qızım, utanıram yazıqdan,
Çox öyəndə gözdən düşür gözəl də.
Bax, beləcə qızıl odda yanıram,
Mən səni də görüb, duyub, qanıram,
Səni, Alan igid oğlum sanıram,
Çox öyəndə gözdən düşür gözəl də.
Oğlum, sənə tapşırıram qızımı,
Gəlib-gəlib sona çatıb dözümüm,
Dedim bunca sənə sözün düzünü,
Çox öyəndə gözdən düşür gözəl də.
Çox düşündü Alan, gecə yatmadı,
Deyilənlər heç başına batmadı,
Yazıq qancıl kimdir, ona çatmadı,
Çox öyəndə gözdən düşür gözəl də.
***
Hamı sevə bilməz parlaq gözəli,
Öz yönü var sevilənin, sevənin.
Nəyin yoxsa, sən də onu sevirsən,
Öz yönü var sevilənin, sevənin.
Gödək hündür, hündür gödək sevəndir,
Qara ağı, ağ qaranı sevəndir,
Gursaç seyrək saçlıları sevəndir,
Öz yönü var sevilənin, sevənin.
Susqun, azca deyingəni bəyənir,
Gözü xırda gözü iri bəyənir,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Dostları ilə paylaş: |