Söhrab Tahir "Ata" Epos-poema II cild
413
-Sən də el-el, yer-yer gəzən sarsaqsan,
Ağır sözdən qor götürür döyüşlər.
Qılınc endi, qalxan göyə tollandı,
Qılınc endi, qol keyəldi, sallandı,
Topbuz endi, Daryaş qana bulandı,
At dizəcən sarı quma quylandı,
Daryaş qalxan arxasından boylandı,
Bir də endi o,qalxanla çullandı,
Qaçdı, yenə Balasqelə yollandı,
Ağır sözdən qor götürür döyüşlər.
Qaçan görüb başçısını ellilər,
Yaraqları atdı yerə yerlilər,
Baş əydilər Tunqa başı yellilır,
Ağır sözdən qor götürür döyüşlər.
***
Balaşq, Sanna, Alan, Kumar, Eldəbir,
Ağır gündə göstərişi gözləmə.
Göstərişlər gözlənirdi Tunqərdən,
Ağır gündə göstərişi gözləmə.
Alan cumdu yaraqlılar içinə,
Gücü verdi qollarının gücünə,
Qılınc vurdu ikisinə, üçünə,
O başladı qılınc ilə biçinə,
Tunqər dedi:-Alan, dayan, kiçilmə,
-Gedim, ata, qoy Daryaşın dalınca,
Doğram-doğram edim onu qılıncla,
Ata dedi:-Getmə,bu yol boyunca,
Gizləniblər, gözləyirlər qancıllar,
Ağır gündə göstərişi gözləmə.
***
Daryaş çatdı Balasqelə üç günə,
Sınıq gedib sınıqçıya sığınar.
Ander yaxşı tanıyırdı Daryaşı,
Sınıq gedib sınıqçıya sığınar.
Üç yol idi o gəlirdi yardıma,
O, Parsdiyar, Parsel, Hindel adına,
Düşüb yenə Ander şahın ardına,
Sınıq gedib sınıqçıya sığınar.
Ander şahın Başevinin bəzəyi,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
414
Onun oddan, qordan gözü, bəbəyi,
Başlığında durudaşdan lələyi,
Qız, qadının sevinc dolu ürəyi,
Qızıllanıb boynu, döşü, biləyi,
Sınıq gedib sınıqçıya sığınar.
Çini qablar masa üstdə düzülü,
Yeməklərdən elə bil bal süzülür,
Sallanmalar qırçın-qırçın, qızılı,
Dörd bir yanda neçə dildə yazılı,
Bir bucaqda Daryaş durub büzülüb,
Sanki qatdaq, əyri boynu üzülür,
Sınıq gedib sınıqçıya sığınar.
O Daryaşa acı-acı söz atır,
-Niyə bir yol acıqana batmadın,
Tapşırdığım sözü, yolu tutmadın,
Yaraq verdim döyüşlərə qatmadın,
Buna görə istəyinə çatmadın,
Sınıq gedib sınıqçıya sığınar.
Daryaş deyir:-Verdiklərin heç oldu,
Tunqər vurdu, hər döyüşdə güc oldu,
Bizimkilər çaşdı, qorxdu, qıc oldu,
Sınıq gedib sınıqçıya sığınar.
Bizə, Ander, tunc, qatlanmaz tutaq ver,
Altı atlı, dörd təkərli yaraq ver,
Qırx min qancıl, gözü qanlı qoçaq ver,
Sınıq gedib sınıqçıya sığınar.
Onda Tunqa, Mindiyara bataram,
Əkbitəni Darvideli tutaram,
Mindiyarı Balasqelə qataram,
Sınıq gedib sınıqçıya sığınar.
***
Daryaş tez-tez udqunurdu nədənsə,
Basar olmaq güc istəyir, bicləmə.
Onu saya qoymayırdı qonaqlar.
Basar olmaq güc istəyir, bicləmə.
Düşünürdü Hindel toplum göndərər,
Tunqu üzü sonevinə döndərər,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
415
Onun sönməz alovunu söndürər,
Basar olmaq güc istəyir, bicləmə.
Bir qız tez-tez mahnı deyir, banlayır,
Ander yoğun qadınları yanlaylr,
Gəlib hərdən o, Daryaşı danlayır,
Yardım etsin gərək ona, anlayır,
Basar olmaq güc istəyir, bicləmə.
Daryaş deyir: -Bir də pis iş bulmayaq,
Minellini bu topluma salmayaq,
Keçmişdəki kimi basıq qalmayaq,
Basar olmaq güc istəyir, bicləmə.
Ander şahla Dəmirqizın döyüş söylənci
Qırx min qancıl yola düşdü yaraqla,
Çapqınçılıq döyüş deyil, oyundur.
Parselə yox, Manayyura yol aldı,
Çapqınçılıq döyüş deyil, oyundur.
Ancaq Ander aldadırdı hamını,
Gizlədirdi döyəcəyi qapını,
Manayyurda çapmaqdaydı atını,
Çapqınçılıq döyüş deyil, oyundur.
İstəyirdi çapıb, yığıb gətirsin,
İstəyirdi üzdə izi itirsin,
Bolluq yerdən bollu var-mal götürsün,
Çapqınçılıq döyüş deyil, oyundur.
Bircə bölük yola saldı Parselə,
Yüz bölüksə Manayyurda, Duzgölə,
Düşünürdü Nuhçatana güc gələr,
Çapqınçılıq döyüş deyil, oyundur.
Dəmirqızsa tutdu gecə çox yeri,
Duzgöl üstdə yaxaladı Anderı,
Dedi: -Ander, toplumunu çək geri,
Çapqınçılıq döyüş deyil, qırğındır.
Ander bu an ondan yürük dəbərir,
Toplum çıxır iki yandan irəli,
Çayı keçir neçə iki təkərli,
Minellilər basıq düşür ötəri,
Çapqınçılıq döyüş deyil, qırğındır.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
416
Dəmirqızsa gücü sağa döndərir,
Deyir:-Tunqər mənə yazı göndərib,
İstəyibsən aldadasan öndəri,
Yanlış yolla gəlibsənsə, gəl bəri,
Çapqınçılıq döyüş deyil, qırğındır.
-Döyüşmərəm sənin kimi qoduqla,
Nələr deyir üzündəki çapıqlar,
-Mən bilirəm nəyə gəlib yazıqlar,
Gözü aclar, ağzı, burnu yırtıqlar
Onu-bunu soyub qaçan qırıqlar,
Ac-yalavac, pal-paltarı, cırıqlar,
Çapqınçılıq döyüş deyil qırğındır.
-Get, ərini göndər gəlsin döyüşə,
Onda bir az bu üzləşmə dəyişər,
-Mənim ərim Tunqər, Alpər ayrıdır,
O,döyüşdə basılmayan tanrıdır,
-Gəlsə o da vuruşmağı öyrəşər,
Mənimkilər baxar, gülər, gərnəşər.
Dəmirqızın çıxdı qından qılıncı,
Ander şahın qaldı sözü yarımçıq,
Çapqınçılıq döyüş deyil qırğındır.
Vuruşdular, cingildədi yaraqlar,
Nəriltidən, səsdən batdı qulaqlar,
Danqıldadı, şapbıldadı tutaqlar,
Al boyaya döndü qanlı yanaqlar,
Kişnərtidən, səsdən qorxdu uzaqlar,
Çapqınçılıq döyüş deyil qırğındır.
***
Üç gün vuruş Ander şahı mələtdi,
Dözümlüdür, sanki qadın kişidən,
Ander şahın vuran qolu keyəldi,
Dözümlüdür sanki qadın kişidən.
Çoxu düşdü aclığından bayıldı,
Çox yaralı öldü bir də ayıldı,
Açıqanın sısqalığı duyuldu,
Basarlığın dib daşları qoyuldu,
Dözümlüdür qadın sanki kişidən.
Bu vuruşu üç gün sonra bildilər,
Balasqelli, minellilər gəldilər,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
417
Vuruşdular, Ander şahla, öldülər,
Öclərini gözlərindən sildilər,
Basarlığı Dəmirqızla böldülər,
Dözümlüdür qadın sanki kişidən.
Ander yenə əzgin çıxdı irəli,
Dedi:-Verin Balesqelə hələlik,
Əkbitəni, Manayyurdu, Parseli,
Tanrı özü biz deyəni düz bölüb,
Dözümlüdür qadın sanki kişidən.
Elə onda dağ-daş, yer-göy titrədi,
Yaraqlılar, atlar, ərlər büdrədi,
Tunqər gəldi, Mindiyarın öndəri,
Dözümlüdür sanki qadın kişidən.
Başladılar qanlı, qancıl savaşa,
Tanrı gücü gəldi birdən Balaşqa,
Yardı, qırdı Eldəbirlə o, qoşa,
Yer qalmadı daha bir də barışa,
Dözümlüdür sanki qadın kişidən.
Keçdi Tunqər Ander şahın yanından,
Topbuz dəydi Ander şahın boynundan,
Sonra dəydi iti qılınc alnından,
Qan fışqırdı onun ağız-burnundan,
Dözümlüdür sanki qadın kişidən.
O yandan da qırıb tökdü Eldəbir,
Döndü ölüm tanrısına elə bil,
“Sağ ol”dedi bacısına hərdən bir,
Dözümlüdür sanki qadın kişidən.
***
Ander şahı götürdülər basıqlar,
Ötgəm dilli ötgəm gücə basılar.
Çökdü yerə Manayyurda çatmamış,
Ötgəm dilli ötgəm ərə basılar.
Tunqər dedi:-Qoy götürüb getsinlər,
Sürün-sürün göz önümdən itsinlər,
Basıqlığı gözlərinə dürtsünlər,
Ötgəm dilli ötgəm ərə basılar.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
418
Dəmirqızı gətirdilər yaralı,
Əyni-başı, əli-qolu qaralıb,
Qan itirib, gültək solub, saralıb,
Ötgəm dilli ötgəm ərə basılar.
Daryaş qaçdı Parsdiyardan Hindelə,
O, Hindeldə olub, qalıb çox belə,
Gedib ordan güc gətirsın Parselə,
Ötgəm dilli ötgəm ərə basılar.
O bilirdi sınıb, köçüb minbaşı,
Tunqlaşıbdır onun Kumar yoldaşı,
Kimdir bir də tumarlaya Daryaşı,
Ötgəm dilli ötgəm ərə basılar.
Çox deyinmə dolanışın dalınca,
Dolanışın iki üzü olmayır.
O bir gözlə baxır elə hamıya,
Dolanışın iki üzü olmayır.
XXII QAPI. Alpislə Odərpay Söylənci
Üç yüz yaşa gəlib çatdı Odərpay,
Minellinin iç tanrısı ocaqdır,
Mindiyarın çöl tanrısı başraqdır.
Uzun ətək, saqqal, saç, ip yiyəsi,
Minellinin iç tanrısı ocaqdır,
Mindiyarın çöl tanrısı başraqdır.
Gecə-gündüz ocaq çırt-çırt yanırdı,
Ulduzlarsa tez-tez yanıb sönürdü,
Onlar hərdən yerə gizli enirdi,
Buna görə ocaq çırt-çırt yanırdı,
Enən ulduz yerdə közə dönürdü,
Onda tanrı ucalarda dinirdi,
Minellinin iç tanrısı ocaqdır,
Mindiyarın çöl tanrısı başraqdır.
Bu ocaqda şahlar kəsi kəsirdi,
Üztutmalar ölkə-ölkə gəzirdi,
Odərpayın kövrək səsi əsirdi,
Üztutmaya Alpis qulaq asırdı,
Ödərpaydan tez-tez dönüb küsürdü,
Öz-özündən, öz işindən bezirdi,
Çovğun olub Mindiyarı gəzirdi,
Ağacları yerdən, dibdən üzürdü,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
419
Minellinin iç tanrısı ocaqdır,
Mindiyarın çöl tanrısı başraqdır.
Bu yer böyük Ocaq yeri adlanır,
Pis Alpisin bundan qolu qatlanır,
Orda-burda o qıvrılır, atlanır,
Acığından neçə yüz il qartlanır,
Minellinin iç tanrısı ocaqdır,
Mindiyarın çöl tanrısı başraqdır.
Ahur, Aşa, Yasna, üztut, yalvarış,
Susub baxır Mindiyara dayanış,
Yer üzünü tutur göycül oyanış,
Tanrılara üztut deyir yaranış,
Ağ başrağın kölgəsidir dolanış,
Minellinin iç tanrısı ocaqdır,
Mindiyarın çöl tanrısı başraqdır.
***
Odərpayın üztutması səslənir,
Qulaq asır hərdən yerə tanrılar.
“Ayıryaman, bizə yardım, əltut ol,
Qulaq asır hərdən yerə tanrılar.
-Aşa olub bizə, Aşa Vaxıştan,
Aşa tanrı, Aşa yaxşı, barışqan,
Ahurmuzda yolundadır Minelli,
Aşa, Amen İspenda da sevimli,
Ahurmuzda, yararlı keç bu Qata,
Bolluq gəlsin bunca elə-elata,
Titrək səslə, kövrək səslə söylərəm,
Ayıryaman, bir də yardım dilərəm,
Qulaq asır hərdən yerə tanrılar”.
Alpis gəlir, bir az yanda dayanır,
Odərpayın gözlərindən yayınır,
Alpis deyir:-“-Az tanrını tut dilə,
Vayzaqlama, ocaqyerdə bir-belə,
Aclıq-qıtlıq göndərərəm Minelə,
Qulaq asır hərdən yerə tanrılar.
Mən Daryaşa güc verərəm,güc gələr,
Yanğın, qırğın göndərərəm, dikələr,
Əkbitəni yandıraram, küllənər,
Qulaq asır hərdən yerə tanrılar.
Mən Ahuru, Aşa, Yasna saymaram,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
420
Yaranışı bu qurumda qoymaram,
Qıtlıq, aclıq quraqlıqdan doymaram,
Qulaq asır hərdən yerə tanrılar”.
Odərata eşidirdi bunları,
Acığından saralmışdı, sap-sarı,
Söyləyirdi üztutları, qatları,
Qulaq asır hərdən yerə tanrılar.
O Alpisi saymayırdı, dözürdü,
Deyiləni ürəyinə yazırdı,
Yeddi tanrı göydə qulaq asırdı,
Qulaq asır hərdən yerə tanrılar.
***
Alpis dedi:-Nə deyəsən bu işə,
Bir yol diyən mən yaxşılıq etmişəm,
Mən Bacarla onda gəldim döş-döşə,
Mən göz yumdum Qizçiçəktək itmişə,
Onu gəlin göndərmişəm Üstyerə,
Hələ də mən öz-özümü pislərəm,
Çox vurnuxma keçmiş bir də qayıtmaz.
Odərata eşidirdi bunları,
Saralmışdı, üzü-gözü sap-sarı,
Saymayırdı o bu yersiz qır-qırı,
Odərata eşidirdi bunları,
Çox vurnuxma keçmiş bir də qayıtmaz.
Odərata Aşa, Aman deyirdı,
Hərdən “qardaş Odərboydan” deyirdi,
O kiməsə tez-tez yaman deyirdi,
Çox vurnuxma keçmiş bir də qayıtmaz.
Çoxalırdı üztutluğa gələnlər,
Kəsi kəsib onu pay-pay bölənlər,
Sevinənlər, göz yaşını silənlər,
Çox vurnuxma keçmiş bir də qayıtmaz.
Alpis küsüb soyumuşdu Altyerdən,
Öz-özünü qınayırdı o hərdən,
Acığını gizlədirdi, bəs nədən,
O Bacardan, Qızçiçəkdən, Gücərdən,
Çox vurnuxma keçmiş bir də qayıtmaz.
O gəzirdi, görünmürdü gözə o,
Çıxammırdı Qızçiçəktək üzə o,
Güc vermişdi deyinməyə, sözə o,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
421
Çox vurnuxma keçmiş bir də qayıtmaz.
Onun idi seldən-sudan qalmalar,
Uçuq evlər, yanan çöllər, tarlalar,
Çökən, aşan alaçıqlar, obalar,
Çox vurnuxma keçmiş bir də qayıtmaz.
Sevinirdi, ağrıyırdı hardasa,
Ağlayırdı harda bolluq vardısa,
Kor olacaq işıq görsə yarasa,
Çox vurnuxma keçmiş bir də qayıtmaz.
Alpislə Daryaşın görüş söylənci
Alpis gəzdi, bir gün gördü Daryaşı,
Dolanışın döşü eniş-yoxuşdur.
Gördü hərdən əl-qolunu dişləyir,
Dolanışın döşü eniş-yoxuşdur.
Dedi:”-Yenə dəli olub durubsan,
Mənlə yenə bağlantını qırıbsan,
Çox düşünüb öz-özünü yorubsan,
Dolanışın döşü eniş-yoxuşdur.
Dur ayağa, yaraq götür, çıx çölə,
Eldəbiri, Qızbaşını tut dilə,
Yalan, doğru çoxlu söz ver, söz elə,
Dolanışın döşü eniş-yoxuşdur.
Göndərərəm çörəklə ot qıtlığı,
Göndərərəm çoxlu gözü yırtığı,
Göndərərəm atım Şimşəkquyruğu,
Su yerinə yellə dolu tuluğu,”
Dolanışın döşü eniş-yoxuşdur.
Daryaş dedi:-Tanrı, mənə dayaq ver,
Yorulmayan qol ver, dəmir ayaq ver,
Əyilməyən, qırılmayan yaraq ver,
Dolanışın döşü eniş-yoxuşdur.
Bicləmələr məni yordu, soyutdu,
Kimi vurdum, vurum mənə qayıtdı,
Tunqər məni öz qanımla doyurtdu,
Vurdu məni, yaraladı, bayıltdı,
Dolanışın döşü eniş-yoxuşdur.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
422
-Sevinərəm el ölümə sarılsa,
Çox yaxşıdır çoxsayda çox qırılsa,
Çovqun olsa, evlər göyə sovrulsa,
Göy yırtılsa, bulud qat-qat yarılsa,
Dolanışın üstü eniş-yoxuşdur.
Alpis ona çox söz verdi, o ki, var,
Çox axtardı onu Daryaş, Parsdiyar,
Ancaq gözə görünməyir tanrılar,
Dolanışın üstü eniş-yoxuşdur.
Eşidənlər dedi, yeldir, küləkdir,
Ola bilsin devdir, quşdur, böcəkdir,
Ya hardasa sızıldayan tütəkdir,
Dolanışın üstü eniş-yoxuşdur.
Şimşəkquyruq söylənci
Bir gün Daryaş bir at görür Sakdağda,
At igidin yaraşığı, adıdır.
Quyruğundan şimşək qopur çapanda,
At igidin yaraşığı, adıdır.
Yaxınlaşmaq istəyəndə o qaçır,
Quyruğunun tüklərindən od saçır,
Tuta bilmir nə at tutan, nə atçı,
At igidin yaraşığı, adıdır.
Minik vermir Şimşəkquyruq heç kimə,
Baxmır bu at muşquruğa, deyimə,
Şındırpalaz, tunc, toxunma geyimə,
At igidin yaraşığı, adıdır.
İstəyirlər döl tutalar bu atdan,
Tumarlayır onu hərə bir adda,
Gözdən itir o dumanda, buludda,
At igidin yaraşığı, adıdır.
Ağız atır, şıllaq atır çoxuna,
Çoxlarını buraxmayır yaxına,
Yol verməyir kimsə ona toxuna,
At igidin yaraşığı, adıdır.
Ancaq bir gün Daryaş ona təpinir,
Alır onun şıltaqlıqla, kopünü,
Atır, çəkir ağ boynuna ipini,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
423
At igidin yaraşığı, adıdır.
Şimşəkquyruq oynaqlayır, kişnəyir,
Şaha qalxır, saya salmır heç nəyi,
Təkcə hərdən o, Daryaşı dinləyir,
At igidin yaraşığı, adıdır.
Minir Daryaş, olur dağlar çaparı,
Yorğa çapır, çapır başı yuxarı,
Yarır çəni, yala, döşə çıxarır,
At igidin yaraşığı, adıdır.
Ürəklənir, diləklənir kim görür,
Görən ona Şimşəkquyruq ad verir,
Bu at yerdən sıçraq qopur, dəbərir,
At igidin yaraşığı, adıdır.
***
Daryaş sanki bir də qalxdı,dirildi,
At yiyənin, yiyə atın dirisi.
Görmək üçün Atı gəldi el-oba,
At yiyənin, yiyə atın dirisi.
Daryaş dedi:-Mən basılmaz olmuşam,
Bu atı da mən tanrıdan almışam,
Yeni qana, yeni gücə dolmuşam,
At yiyənin, yiyə atın dirisi.
Gəlsin indi yüzlər, minlər, yüzminlər,
Gəlsin görsün gücümüzü Alp Tunqər,
Qabağımda qatdanacaq o kəhər,
At yiyənin, yiyə atın dirisi.
Mindiyardan Əkbitəni qoparram,
Parsdiyarı çox-çox uzaq aparram,
Şahlığımı Parsdiyarda yaparam,
At yiyənin, yiyə atın dirisi.
Bunu deyib çapdı,getdi uzağa,
O qaldırdı neçə eli ayağa,
Döndü yelə, quraqlığa, sazağa,
At yiyənin, yiyə atın dirisi.
Şimşəkquyruq başraq oldu çoxuna,
Yaraqlılar döndü coşqun axına,
O başladı orda, burda qırğına,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
424
At yiyənin, yiyə atın dirisi.
Darvidelli başraq tutub and içdi,
Nə qoşuldu, nə danışdı, nə köçdü,
Misirelə gizli yüz-yüz qız qaçdı,
At yiyənin, yiyə atın dirisi.
Sanna dedi:-Vuruşaram Daryaşla,
Çəkilərəm Sak dağına Balaşqla,
Aldadaram o sırtığı göz-qaşla,
At yiyənin, yiyə atın dirisi.
Qız toplumu, balasqelli, çuqçu var,
Oturacaq öz yerində Parsdiyar,
Ona kimi güc göndərər Mindiyar,
At yiyənin, yiyə atın dirisi.
Sanna çıxdı qabağına Daryaşın,
Qız toplumu, çuqçu, Balaşq, minbaşı,
Gördü Daryaş Darvidellə barışıb,
At yiyənin, yiyə atın dirisi.
Sak dağında döyüş söylənci
İlk döyüşdə Sanna, Balaşq çökürlər,
Güc atdadır, tanrıdadır, yaraqda.
Şimşəkquyruq şaha qalxır, kişnəyir,
Güc atdadır, tanrıdadır, yaraqda.
İlk döyüşdə qan qan üstə tökülür,
Sanna, Balaşq Sak dağına çəkilir,
Parsdiyarda Yerincevi sökülür,
Güc atdadır, tanrıdadır, yaraqda.
Bu güc, bu at, bu basarlıq haradan,
Qız toplumu, çuqçu çıxır sıradan,
Parsdiyara nə güc verib yaradan,
Güc atdadır, tanrıdadır, yaraqda.
Daryaş ilə qarşılaşır Eldəbir,
İlk vuruşda kürəyindən ox dəyir,
Yaraqlılar dənlənirlər birbəbir,
Güc atdadır, tanrıdadır, yaraqda.
Söyləyirlər bunu ana yerincə,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
425
O,işləri belə gilinc görüncə,
Gizli çıxır yola üç gün,üç gecə,
Güc atdadır, tanrıdadır, yaraqda.
Yerinc on gün düşmür yorğun atından,
Gəzir onu göyün yeddi qatında,
Tapır onu Sak dağının altında,
Güc atdadır, tanrıdadır, yaraqda.
Görür Daryaş “Sanna” deyib,dayanıb,
Qıza qarşı onda sevgi oyanıb,
Ana yerinc üzdən-gözdən yayınıb,
Qanlı gözü sanki qanda yuyunub,
Güc atdadır, tanrıdadır, yaraqda.
Daryaş qıza öz-özünü öyəndə,
“Sanna” deyib öz döşünə döyəndə,
Kürəyinə cüt qoşa ox dəyəndə,
O yıxılır “Sanna” “Sanna” deyəndə,
Atı yerə ayağını döyəndə,
Güc atdadır, tanrıdadır, yaraqda.
Dəmirqızla yaraqlılar yürüşdə,
Balasqelden gəlmələr də döyüşdə,
Daryaş çökür gözlənilməz görüşdən,
Göz bərələ qalıb sanki bu işdən,
Güc atdadır, tanrıdadır, yaraqda.
Ancaq bu an külək qalxır kəsərli,
Gəlir Alpis, gözü qanlı, təpərli,
Yürüşdədir dördatlı,dördtəkərli,
Qar ələyir, sazaq tökür yetərli,
Dəmirqızı itələyir təkəlli,
Güc atdadır, tanrıdadır, yaraqda.
***
Bunlar bir göz qırpımında baş verir,
Olay yeydir gözlənilməz olanda.
Alpis yıxır Dəmirqızı, alayı,
Olay yeydir gözlənilməz olanda.
Alpis küsüb sanki böyük tanrıdan,
O qıvrılır, pöştələnir ağrıdan,
O bağlanıb Daryaş yönə doğrudan,
Olay yeydir gözlənilməz olanda.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Dostları ilə paylaş: |