Söhrab Tahir "Ata" Poema-epos


Söhrab Tahir                                "Ata" Epos-poema II cild



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə41/69
tarix17.04.2017
ölçüsü6,34 Mb.
#14318
1   ...   37   38   39   40   41   42   43   44   ...   69

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

517 


 

Tanrıların səsi sanki çağladı, 

Onlar bir də yaranışı yoxladı, 

Ana ata doğuş ilə ölməzdir. 

                   *** 

Turq söylədi, gedim hardan süd tapım? 

Anlaqlıdır dilsizlərlə dillilər, 

Yoxsa ölər uşaq bu gün acından, 

Anlaqlıdır dilsizlərlə dillilər. 

 

Süd gəzərək Turq lap düşdü ayaqdan



Gəldi gördü uşaq  yoxdur qundaqda, 

Bir səs gəlir ancaq lap-lap uzaqdan, 

Çapdı gəldi, baxdı, gördü qıraqda, 

Qurd süd verir o körpəyə bayaqdan, 

Anlaqlıdır dilsizlərlə dillilər. 

 

Dedi:- Tanrım, qurdda nədir bu anlaq, 



Nədir  o diş, o ürəklə o qırtlaq, 

Nə olacaq qalsa belə bu uşaq, 

Gələcəyi onun necə olacaq, 

Anlaqlıdır dilsizlərlə dillilər. 

Bir səs gəldi buludlardan, töküldü, 

Buludların bağrı, döşü söküldü, 

Səs dağlara, meşələrə çəkildi, 

Ana qurd da səs yönünə dikəldi, 

Anlaqlıdır dilsizlərlə dillilər. 

 

Tanrı dedi, “Uşaq öndə olacaq, 



O, meşədə, dağda yaşa dolacaq, 

Çox  dillini gedib dildən salacaq, 

Ürəksizə qarşı qılınc çalacaq, 

Yaranışda başraq kimi qalacaq, 

Misireli, Çineli də alacaq, 

Anlaqlıdır dilsizlərlə dillilər. 

 

Turq baş əydi ana qurda, uşağa, 



Yola düşdü qartal ilə uzağa, 

Döndü yenə yarıtanrı qonağa, 

Anlaqlıdır dilsizlərlə dillilər. 

                *** 

Şimşəkatın boşalmışdı quşqunu, 

Düşərlikdir boşluq ilə əyrilik. 

Pis qorxulu yönə səni aparar, 

Düşərlikdir boşluq ilə əyrilik. 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

518 


 

Turq yol üstü bərkidəndə quşqunu

Tanış üzdə gördü bir tək qaçqını, 

Özü kimi o da yollar yorğunu, 

Düşərlikdir boşluq ilə əyrilik. 

 

Bir də baxdı, o, kişiyə yan aldı, 



Turqun səsi yerdən göyə ucaldı, 

Kişininsə solğun üzü saraldı, 

Düşərlikdir boşluq ilə əyrilik. 

 

Dedi:- Sənsən, mənim qızım Elçiçək, 



Buralarda olmaq  nədir, nə gərək, 

Bu geydiyin ər paltarı nə demək, 

Düşərlikdir boşluq ilə əyrilik. 

 

Sənə, bala, yaraşmayır bu paltar, 



Söylə görüm oralarda nələr var, 

Tunq necedir, Mindiyarla Parslıyar, 

Düşərlikdir boşluq ilə əyrilik. 

 

“Ata” deyib sanki ana sarsıldı, 



Utanaraq, qızararaq qısıldı, 

Atasının sağ qolundan asıldı, 

“Ata” dedi bir də, bir də bayıldı, 

Düşərlikdir boşluq ilə əyrilik. 

 

Ayılarkən – dedi – Ata, bağışla, 



Döyməsən də məni ancaq qarqışla, 

Burda məni saraldıbdır yağışlar, 

Düşərlikdir boşluq ilə əyrilik. 

 

Gəlinimiz gizli sorağ yollayıb, 



Yazıb, ana, uşağımız olmayır, 

Olur ancaq ildən artıq qalmayır, 

Düşərlikdir boşluq ilə əyrilik. 

 

Gedim dedim, bunca Alandiyara, 



Gül qurusu aparıram onlara, 

Tez sağalır bunla həm çor, həm yara, 

Söylə, ata bura hara, sən hara, 

Düşərlikdir boşluq ilə əyrilik. 

 

-Bala, mən də dolanıram hər yanı, 



Axtarıram yaxşı ilə yamanı, 

Göstərirəm elə tanrı yazanı, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

519 


 

Düşərlikdir boşluq ilə əyrilik. 

 

Ata baxdı Elçiçəyə tutuldu, 



Ağ qaşları düyünləndi, çatıldı, 

Nədən isə boynu, çiyni dartıldı, 

Düşüncəsi düşüncəyə qatıldı, 

Düşərlikdir boşluq ilə əyrilik. 



    Türbə qızın söylənci 

 

 

Bunca bir səs eşidildi yaxından, 

İnam, inanc düşərliyi sağaldar. 

“Ölüm - dirim ayağında şah qızı”, 

İnam, inanc düşərliyi sağaldar. 

 

“Kim sağaltdı qızı varlı olacaq, 



Böyük şahın baş evində qalacaq, 

Şahdan çox-çox qızıl, gümüş alacaq!”, 

İnam inanc düşərliyi sağaldar. 

 

Coşdu, daşdı bir anlığa Elçiçək, 



Dedi:- Ata, gedək qıza baş çəkək, 

Şah qızını mən sağaldım, mən gərək, 

İnam, inanc düşərliyi sağaldar. 

 

Turq dedi:- Get, sən bu işdə yapıqsan, 



Uşaqlıqdan gül çiçəklə tanıqsan, 

Atan kimi, anan kimi sayıqsan, 

İnam, inanc düşərliyi sağaldar. 

 

Elçiçəyi qarşıladı şah özü, 



Ona dedi, gizli yalan çox sözü, 

Dedi, qızım ölür, gedir, lap düzü, 

İnam, inanc düşərliyi sağaldar. 

 

Dedi, anacaq sən sağaltsan, kişisən, 



Dedi:- Şahım sən kişisən nə demək, 

Dedi, şahım, mən qadınam, Elçiçək, 

Mən qadınam sağalt-qadın Elçiçək, 

Görünəydim bu paltarda mən gərək

Çıxdım yola buraları gəzərək, 

İnam, inanc düşərliyi sağaldar. 

 

Yoxladılar onu qızlar qadınlar, 



Ağlamaqdan üzü gözü solğunlar, 

Ana bacı, qız gəlinlər, yaxınlar, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

520 


 

İnam inanc düşərliyi sağaldar. 

Qız soruşdu:- kimsən qonaq, nəçisən, 

Bu baş evdə sən sağaltsan, elçisən, 

Haralısan, incilərdən incisən, 

İnam, inanc düşərliyi sağaldar. 

 

Qonaq qıza dedi olan- qalanı, 



Gördü qızın gözü tez- tez sulanır, 

Ürəyinə ağrı, acı qalanır, 

Qız tez duyur sanki düzü, yalanı, 

İnam, inanc düşərliyi sağaldar. 

 

Düşər qızın ürəyinə girdi o, 



Çox danışdı, sanki qızı yordu o, 

Elçiçəyi olduğutək gördü o, 

Öz özünə ürək-dirək verdi o, 

Elçiçəkdən inanc gülü dərdi o, 

İnam, inanc düşərliyi sağaldar. 

                      *** 

Qız dedi ki:- Mənim adım Türbədir, 

Adda-sanda gəzmə düzü, yalanı. 

Mən sevgimin tutuğuyam, düşəri, 

Adda-sanda gəzmə düzü, yalanı. 

 

Sevdiyim də doğma əmim oğludu, 



Əmim isə şah atamdan dağlıdır, 

Kimsə bilmir bu nə ilə bağlıdır, 

Adda-sanda gəzmə düzü, yalanı. 

 

O da məni sevir, məndən də artıq, 



Uşaqlıqdan sevişmişik qalmışıq, 

Bu sevgidə o atıqdır, mən atıq, 

Adda-sanda gəzmə düzü, yalanı. 

 

Atam bilsə mən tutuğam sevgiyə, 



Baxmaz heç də doğmalığa, çəkiyə, 

Qılınc ilə məni bölər ikiyə, 

Adda-sanda gəzmə düzü, yalanı. 

 

Mən tutuğam, mən qorxağam, mən yazıq, 



Qalmayıbdır məndə solğun yaraşıq, 

Mənə ağı versə biri bir qaşıq, 

Mən ölərəm sevgim ilə qarışıq, 

Öndə ölüm gəlir, ya da barışıq, 

Add-sanda gəzmə düzü, yalanı. 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

521 


 

 

Lap yavaşdan dedi ona Elçiçək, 



-Bir işləyək, bir düşünək biz gərək, 

Oğlan ilə gündə bir yol görüşək, 

Adda-sanda gəzmə düzü, yalanı. 

 

Mən verərəm sənə bir dağ gülünü, 



İyləyərsən, o dirildər ölünü, 

Dəlilikdən o ayıldır dələni, 

İtgin qoyur doğmaları böləni, 

Dağ gülünün yer-yurdunu biləni, 

Adda-sanda gəzmə düzü, yalanı. 

 

                     *** 



Türbə dedi:- Mən qorxuram bu işdən, 

Qorxu boğur istəkləri yamanca. 

Dedi, atam bilsə məni öldürər

Qorxu boğur istəkləri yamanca. 

 

Qorxma:- dedi sağalt ana, bu işdən, 



Mən baş ollam bu qorxulu gedişdə, 

Sevinərsən sevgilinlə görüşdə, 

Heç bir iş də bil, qorxusuz ötüşməz, 

Sevgililər bir birinə yetişməz, 

Qorxu boğur istəkləri yamanca. 

 

Qız söylədi anasına gizlicə, 



Qonaq qalsın sağalt mənə bu gecə, 

Gözəl olur belə görüş, əyləncə, 

Danışığ güc artıracaq, gör, necə, 

Qorxu boğur istəkləri bəlkə də. 

 

O sağaldıb məni bir az elə bil, 



Deyir səndə bu düşərlik çor deyil, 

Deyir ki, get gəzintiyə sən bir il, 

Qorxu boğur istəkləri bəlkə də. 

Ata dedi:- qalsın qonaq yanında, 

Alsın bütün qorxuları qanından, 

Mən qorxuram bu işlərin sonundan, 

Qorxu boğur istəkləri yamanca. 

 

Ata bildi qız sağalır, sevindi, 



Dedi, Gərək bağış verim mən indi, 

Elçiçəyin sağaltlığın bəyəndi, 

Öz qızıyla, qonağıyla öyündü, 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

522 


 

Qorxu boğur istəkləri bəlkə də. 

 

Bir gün, beş gün, on gün gəlib sovuşdu, 



Türbə toya, qonaqlığa yovuşdu, 

Elçiçəyin deməyinə uyuşdu, 

Düşüncədə istəyinə qovuşdu, 

Qorxu boğur istəkləri bəlkə də. 

                 *** 

Gülqurusu öz işini görürdü, 

Sevgi ərklə, ilk addımla bağlıdır. 

Sevgililər bir-birini görmədən, 

Bir-birilə on gündən bir yazışdı, 

Sevgi ərklə, ilk addımla bağlıdır. 

 

Elçiçəyin yazıları yol aldı, 



Yazılarda sevgi sözü bol oldu

Hər bir sözsə könül açan dil oldu, 

Sevgi ərklə, ilk addımla bağlıdır. 

 

Yazıları yazmaqdaydi Elçiçək 



Hər iki yan yazı alıb təkbətək, 

Onu ondan gələn yazı bilərək, 

Oxuyurdu, ağlayırdı uşaqtək, 

Sevgi ərklə, ilk addımla bağlıdır. 

 

                  *** 

 

“Əmim qızı, əllərini öpürəm, 



Göz yaşıdır sevgi, dəli ağrıdır. 

On yaşından səni sevdim, gözlədim, 

Göz yaşıdır sevgi, dəli ağrıdır. 

Sevgim sənsən, sevgim böyük Tanrıdır, 

İstək özgə, sevgi isə ayrıdır, 

Mənim sevgim bulaqdan da durudur, 

Göz yaşıdır sevgi, dəli ağrıdır. 

 

Yola getmir bir birilə böyüklər, 



Biz budağıq, onlar isə kötüklər, 

Dəli sevgim məni sizə sürüklər, 

Göz yaşıdır sevgi, dəli ağrıdır. 

 

Kəsi olum dolu, solğun ayıma, 



Kəsi olum sənin nazlı boyuna, 

Sıralanan kipriklərin sayına, 

Qara, çatma qaşlarının yayına, 

Sevgi düşüb mənim şahlıq soyuma, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

523 


 

Göz yaşıdır sevgi, dəli ağrıdır. 

 

Yazıb qoşan sənin “Dağlar sevgilin”   

               Yazı söylənci 

 

Yazı gəlib çatdı gözəl Türbəyə, 

Hər yazıda giley də var sevgidən. 

Elçiçəyin quru gülü içində, 

Hər yazıda giley də var sevgidən. 

 

Yazı gəlib çatdı gözəl Türbəyə, 



Göz yaşları döndü gözdə sürməyə, 

Damcıları düyün düyün düyməyə, 

Hər yazıda giley də var sevgidən. 

 

Gül iyindən keçdi qızın ürəyi, 



Qatlaq qaldı qanadının lələyi, 

Qanad açdı ilk sevginin çiçəyi, 

Hər yazıda giley də var sevgidən. 

 

Sağalt gəldi, yazısını oxudu, 



Çox sözləri lap özündən toxudu, 

Qızda ona inanc- inam çox idi, 

Hər yazıda giley də var sevgidən. 

Sağalt baxdı, əl ayağa düşdü o, 

Bu yazını görüb sanki çaşdı o, 

Yalan-yalan ora, bura qaçdı o, 

Hər yazıda giley də var sevgidən. 

 

Yazı ilə gözlərini sildilər, 



Öpüşdülər, sayıqlama güldülər, 

Gülüşmədən dirildilər, öldülər, 

Gələn yazı sevincini böldülər, 

Hər yazıda giley də var sevgidən. 

 

Beş gün, on gün, danışdılar güldülər 



Bu sevgini şaha  yaxın bildilər, 

Aradakı incikliyi sildilər

Hər yazıda giley də var sevgidən. 

 

Qız yazısı gedib çatdı oğlana, 



Son qoyuldu bunla olan qalana, 

Deyilənlər çıxdı heçə, yalana, 

Hər yazıda giley də var sevgidən. 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

524 


 

                  *** 

Oğlan gilə getdi çıxdı Elçiçək, 

Düşərliyi bilən yarı tanrıdır. 

Sağalt ana sevən qızı sağaltdı, 

Düşərliyi bilən yarı Tanrıdır. 

 

Sağlamlığı güdən yarı tanrıdır, 



Sağaldan var, ayaq üstə qoyan var, 

Sağaldan da qaldıran da Tanrıdır, 

Düşərliyi bilən yarı Tanrıdır. 

 

Dağlar idi adı sevən oğlanın, 



Qarşıladı gülər üzlə ananı, 

Bom-boş idi içi böyük komanın, 

Qara olsun üzü pisin, yamanın 

Sağaldan var, ayaq üstə qoyan var, 

Sağaldan da qaldıran da Tanrıdır. 

 

Dedi:- Niyə tutulubsan sən nədən, 



Sənə sorağ gətirmişəm Türbədən, 

Yazı yazmaq öyrətmişəm ona mən, 

Yazı qopur hər adamın əlindən 

Sağaldan var, ayaq üstə qoyan var, 

Sağaldan da qaldıran da Tanrıdır. 

 

Bu yazını sənə Türbə göndərib, 



O baş evi gül evinə döndərib, 

O yazıyla dağı daşı dindirb, 

Düşərliyi bilən yarı Tanrıdır. 

Sağlamlığı güdən yarı Tanrıdır. 

 

Qurugülün iyi basdı komani, 



Yırtdı onun gözlərində dumanı, 

O unutdu çox olanı, yalanı, 

Düşərliyi bilən yarı Tanrıdır. 

 

Sağlamlığı güdən yarı Tanrıdır. 



Qaçdı öpdü əmi oğlu yazını, 

Yazı qırdı ürəyinin buzunu, 

O yazıda gördü əmi qızını, 

Düşərliyi bilən yarı Tanrıdır. 

Sağlamlığı güdən yarı Tanrıdır. 

Sağaldan var, ayaq üstə qoyan var, 

Sağaldan da qaldıran da Tanrıdır. 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

525 


 

      İkinci yazı söylənci 

 

“Əmi oğlu, könlüm, gözüm, işığı, 

Yaranışın ilk Tanrısı sevgidir. 

Mən sevginin tutuğuyam on ildir, 

Yaranışın ilk Tanrısı sevgidir. 

 

Mən on ildir gözləyirəm, düz on il, 



Dustaqdayam, baş evdə yox, elə bil, 

Mən düşərlik içindəyəm son beş il, 

Düşərliyi bilən yarı Tanrıdır. 

Yaranışın ilk Tanrısı sevgidir. 

Biz sevirik, sən oğlansan, mən qızam, 

Bu sevgidə sən dənizsən, mən duzam

İkilikdə sən payızsan, mən yazam, 

Kimdir, görən, sevgilərdən çox yazan, 

Dil açmamış sevgiləri pis yozan, 

Yaranışın ilk Tanrısı sevgidir. 

 

Bu yaranış Tanrı evi, biz qonaq, 



Gedək Tanrı evimizə biz qonaq, 

Harda gül var, sevgi gülü, biz qucaq, 

Soy kökümüz birdir, bir od, bir ocaq, 

Gül, istəsən göyə qalxaq, quşlaşaq, 

Buludların üzərində biz uçaq, 

Yaranışın ilk Tanrısı sevgidir. 

 

Əmi oğlu, gözləyirəm yazını, 



Gözləyirəm sevgilimin özünü, 

Gözü yolda qoyma əmi qızını, 

Yaranışın ilk Tanrısı sevgidir. 

Yazan qoşan əmi qızı dağlardır. 

“Yazan-qoşan əmi qızı çağlardır”. 

 

                *** 



Sağalt ana – Elçiçəyin yazısı, 

Yazı qalır yazanları yaşadır. 

Qurugülün iyi əsdi baş evdə, 

Yazı qalır, yazanları yaşadır. 

 

Gah komaya, gah Baş evə getdi o, 



Yazı olub ilk sevgidə bitdi o, 

Gah da qırx gün yurda gedib itdi o, 

Yazı qalır, yazanları yaşadır. 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

526 


 

Şah gördü ki, qız sağalıb büs-bütün, 

Bağça-bağa çıxır gəzir o hər gün, 

Nə sözündə, nə alnında bir düyün, 

Yazı qalır, yazanları yaşadır. 

 

Hər aydan bir susqun, gizli, dalbadal, 



Döydü sevgi qapısını yazılar, 

Çiçək açdı ürəklərdə arzular, 

Yazı qalır, yazanları yaşadır. 

 

Sağalt ana yazı oldu ellərə, 



Bu yazılar gəzdi, düşdü dillərə, 

Onlar uçub çatdı uzaq illərə, 

Yazı qalır, yazanları yaşadır. 

 

Sorağ gəldi doğdu sənin gəlinin, 



O uzatdı Tanrı yönə əlini, 

Yaşat dedi:- Tanrım, o dağ gülünü, 

Yazı qalır, yazanları yaşadır. 

 

                 *** 



Şaha dedi sağalt ana Elçiçək: 

-Hər düşərin dərmanı var, tapılsa. 

Qardaşınla barış, qıza toy elə, 

Hər düşərin dərmanı var, tapılsa. 

 

Bir gün bağda görüşdülər qız, oğlan, 



Bayıldılar, yıxıldılar, yanbayan, 

Bu sevgidir, ya düşərlik, Yaradan, 

Gəlsin, görsün, sağalt ana, harada, 

Yazı dönüb sevgi olub burada, 

Yazı yazan getdi, çıxıb aradan, 

Hər düşərin dərmanı var, tapılsa. 

 

Yetmələri belə görüb qardaşlar, 



Əl çəkdilər gizli, yersiz savaşdan, 

Sona çatdı aradakı tutaşlar, 

Hər düşərin dərmanı var, tapılsa. 

 

Oyatdılar bayqın qalan “Dağları”, 



Bürüdülər zərxaraya “Çağları”, 

Bayqın qaldı bu sevgiyə çoxları, 

Hər düşərin dərmanı var, tapılsa. 

Şah soruşdu:- Yazıları kim yazıb, 

Bu sevgidə oğlan azıb, qız azıb, 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

527 


 

Bu Baş evi xoşagəlim iy basıb, 

Hər düşərin dərmanı var, tapılsa. 

 

Qız oğlanla bilmir yazı işini, 



Kim veribdir irəliyə döşünü, 

Yazı yazıb, belə işi düşünüb, 

Yazı yazıb qoşa- qoşa, beşini, 

Hər düşərin dərmanı var, tapılsa. 

 

Biri dedi:- Göydən düşən yazıdır, 



Yazı deyil, bu, yuxudur, yozudur, 

Bu, göylərdən qopub gələn düzüdür, 

Bu düzülər olanmazın özüdür, 

Bu. Tanrının görünməyən üzüdür, 

Sağalt ana- Elçiçəyin sözüdür, 

O qız bizim Turq atanın qızıdır, 

Hər düşərin dərmanı var, tapılsa. 

 

     Yallı Qaplan söylənci 



 

Turq Qartalla gəldi çıxdı Hindelə, 

Nə gördünsə gördüyündən yararlan. 

İki yallı Qaplan gördü qapıda, 

Nə gördünsə gördüyündən yararlan. 

 

Onlar ağac evcikdəydi, qapalı, 



Şahın Başev qapısından aralı, 

Kök gövdəli ancaq, xırda qafalı, 

Nə gördünsə gördüyündən yararlan. 

 

Turq dörd yandan alınmışdı üzüyə 



Bağlanmışdı qolu, qıçı, kötüyə, 

Şah gözündə o dönmüşdü ürküyə, 

Nə gördünsə gördüyündən yararlan. 

 

-Qoca kimsən, kimliyini açıqla, 

Bura tez-tez gəlir gözü qıpıqlar, 

Qaplan yemi olub çox-çox yazıqlar, 

“Mənəm” deyir bizə ağzı yırtıqlar, 

Turqdan, Tunqdan qalan yersiz qalıqlar, 

Nə gördünsə gördüyündən yararlan. 

 

-Şahım, - dedi, Turq – ovçusayağam, 



Qocayamsa siz deyəndən uzağam, 

Bu yerlərə mən ötəri qonağam, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

528 


 

Nə gördünsə gördüyündən yararlan. 

 

-Ovçusansa bura qaplan oylağı, 



Buyur, bu gün sən ol qaplan qonağı, 

Qoy açsınlar belindəki yarağı, 

Nə gördünsə gördüyündən yararlan. 

 

Bu qaplanlar adam yeyir, donquz yox, 



Qılınc odur, ox çeynəyir, toppuz yox, 

Yırtıcıdır, amansızdır, quduz yox, 

Nə gördünsə gördüyündən yararlan. 

 

-Mən buraya gəlməmişəm vuruşa, 



Qaplanlarla girim qanlı savaşa, 

Gəlmişəm ki. şahdan bir söz soruşum, 

Nə gördünsə gördüyündən yararlan. 

 

Şah buyurdu, - Qaplanları buraxın, 



Çəkin ağac evcikdəki darağı, 

Gedib onlar iyləsinlər qonağı, 

Nə gördünsə gördüyündən yararlan. 

                 *** 

Yaxınlaşdı Turqa yallı qaplanlar, 

Tanrı soydur yarı Tanrı olanlar. 

İylədilər onu, yerə çökdülər, 

Tanrı soydur yarı Tanrı olanlar. 

 

Turq yerindən tərpənmədi, qalxmadı, 



Dönüb çökən qaplanlara baxmadı, 

Xaqan kimi o özündən çıxmadı, 

Tanrı soydur yarı Tanrı olanlar. 

Xaqan dedi:- Qaplanları öldürün, 

Acığımı quduzlara bildirin, 

Qanlarını bu Baş evdən sildirin, 

Tanrı soydur yarı Tanrı olanlar. 

 

Turq söylədi:- Xaqan, yaman cılızsan, 



Qaplanlar yox, sanki özün quduzsan, 

Onlar deyil, sən yiyəsiz ağızsan, 

Tanrı soydur yarı Tanrı olanlar. 

 

Onlar məni tanıdılar, durdular, 



Sənin böyük mənliyini qırdılar, 

Dilsiz, dilsiz mənlə birlik qurdular, 

Tanrı soydur yarı Tanrı olanlar. 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

529 


 

 

Xaqan, göylər mənə belə buyurur: 



“Ana qaplan onun üstə yüyürüb, 

O qaplana qanlı qılınc sıyırıb, 

Cüt körpəni anasından ayırıb, 

Tanrı soydur yarı Tanrı olanlar«. 

 

Xaqan birdən sıçraq durur ayağa, 



Qılınc çəkir o acıqdan qonağa, 

Qaplanlarsa diş qıcıbdır yarağa, 

Qovub şahı təpir onu bucağa

Xaqan dönür bir burmaca yumağa, 

Tanrı soydur yarı Tanrı olanlar. 

 

Biri dedi:- Qapalanı mən oxladım, 



Xaqan yana gələn yolu bağladım, 

Mən Xaqana çəpər oldum, saxladım, 

Ana Qaplan son anında ağladı, 

Tanrı soydur yarı Tanrı olanlar. 

 

Turq söylədi:- Qaçın gedin, qaplanlar, 



Sizə qarşı qan, qan olub olanlar, 

Öcə qalar dilsizdən öc alanlar, 

Gedin, getsin bu Başevdən yalanlar, 

Eli sizə yem eyləyən Xaqanlar, 

Tanrı soydur yarı Tanrı olanlar. 

Qaplanlarsa çökdü yerə getmədi, 

Bunun ilə qorxu, ürkü bitmədi, 

Göylər yerdə olanları örtmədi, 

Küsən, qalan, yalan gözdən itmədi, 

Xaqanın da öc acığı ötmədi, 

Tanrı soydur yarı Tanrı olanlar. 

 

Xaqan dedi:- Qoca, kimsən, nəçisən, 



Ola bilsin sən tanrıdan elçisən, 

Ya göylərdən gələn ölçü- biçisən, 

Tanrı soydur yarı Tanrı olanlar. 

 

Qal bizimlə, burda yarı tanrı ol, 



Bu ölkənin tükənməyən varı ol, 

İstəyirsən lap Xaqanlaş, ayrı ol, 

Tanrı soydur yarı Tanrı olanlar. 

 

Turq at minib uzağa yol alınca, 



Qaplanlarsa getdi onun dalınca, 

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 


Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin