Söhrab Tahir "Ata" Poema-epos


Söhrab Tahir                                "Ata" Epos-poema II cild



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə40/69
tarix17.04.2017
ölçüsü6,34 Mb.
#14318
1   ...   36   37   38   39   40   41   42   43   ...   69

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

504 


 

Sonra ata çəkisini saxladı, 

“Alpis” dedi, dildə onu dağladı, 

Öz gücündən Tanrı verib ataya. 



 

  Üçüncü qardaş söylənci 

 

Üç Ay keçdi, yoxa çıxdı Eldəbir, 

İş götürdün sona çatdır işini. 

Atı çapdı getdi uzaq Batıya, 

Iş götürdün sona çatdır işini. 

 

Balasqeldə kəsdi Alpis yolunu



O yağdırdı üzərinə dolunu, 

Qamarladı ağ atının yalını, 

-Kəsəcəyəm, dedi,- iki qolunu, 

İş götürdün sona çatdır işini. 

Öldürmüşəm mən alt yerdə Qaplanı, 

Qızçiçək də onun üstə qalanıb, 

Bu dolanış mənlə gün gün dolanır, 

Göndərərəm sənə pisi, yamanı, 

Dərinizə dolduraram samanı, 

İş götürdün sona çatdır işini. 

 

Eldəbiri bürüyərkən qaranlıq, 



Dedi:- Nədir bu qancıllıq, bu acıq, 

Tanrısansa yoxdan sıçra üzə çıx, 

Döyüşərik qılınc ilə biz acıq, 

Yoxsa nədir bu qaçarlıq, qırıqlıq, 

İş götürdün sona çatdır işini. 

 

Alpis ona çovğun, şaxta püflədi, 



Yel Ağ atı dağa daşa hellədi, 

O şaxtadan o istidən ləhlədi, 

İş götürdün sona çatdır işini. 

 

Eldəbiri şaxta, çovğun dondurdu, 



Alov çıxdı birdən onu yandırdı, 

Kimsə gəldi bu alovu söndürdü, 

İş götürdün sona çatdır işini. 

 

Ana idi, Eldəbirin anası, 



Ana əli duydu onun balası, 

Əli onun pambıq bulud cunası, 

İş götürdün sona çatdır işini. 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

505 


 

Ana dedi:- Ağ buludam, şehəm mən, 

Yara alıb mənim balam köksündən, 

Dedi oğlum, yıxılıbsan yenə sən, 

Ağ buluda bürün, iç gül şehindən, 

Sağalarsan, ucalarsan yenidən, 

İş götürdün sona çatdır işini. 

 

Bulud gəldi, yavaş yavaş süründü, 



Pambıq kimi Eldəbirə büründü, 

Bir cüt isti göz yaşları göründü, 

Bunu gördü Alpis, lapdan ərindi, 

Qıvrılaraq öz üzünə dirəndi, 

İş götürdün sona çatdır işini. 

                 *** 

Ayılarkən gördü təkdir Eldəbir, 

Saxla, oxşa yarı tanrı ananı, 

Göydə bulud, yerdə şeh də yox idi, 

Saxla, oxşa yarı tanrı ananı. 

 

“Ana” dedi, o sıçradı ayağa, 



Göz gəzirdi o yaxına, uzağa, 

Qaçdı ora bura düşüdü sorağa, 

Çəkilmişdi ana göyə, oylağa, 

Saxla, oxşa yarı tanrı ananı. 

 

Ana bir cüt göz yaşına dönmüşdü, 



Şaxtalıqlar od alovlar sönmüşdü, 

Gül çiçəklər dikəlmişdi çönmüşdü, 

Saxla, oxşa yarı tanrı ananı. 

 

Gedə gedə axtarırdı hər yanı, 



Axtarırdı ölkə ölkə Alanı, 

Alan qardaş ölməyibsə bəs hanı, 

O Alpisə oxşadırdı qabanı, 

Yola çökən sisi çəni, dumanı, 

Ölməyibsə Alan qardaş bəs hanı, 

Saxla, oxşa yarı tanrı ananı. 

 

Gəlib çatdı geniş qanlı bir düzə, 



Gördü düzdə parçalanıb yüz yüzə, 

İki toplum vuruşurdu üz üzə, 

Yaralılar bənzər qanlı dənizə, 

Qıvrılaraq onlar dönüb ilbizə, 

Saxla, oxşa yarı tanrı ananı. 

                   *** 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

506 


 

O, soruşdu:- kimdir burda vuruşan, 

Hər damla qan bir adamlıq dənizdir. 

Gördü öndə haray çəkən Alandır, 

Hər damla qan bir adamlıq dənizdir. 

Qılınc çəkib o da girdi savaşa, 

Vura-vura, yıxa-yıxa bir başa, 

Gəlib çatdı o döyüşkən qardaşa, 

Alan baxdı, dedi:- kimsən savaşan, 

Dedi:- mənəm girişmişəm vuruşa, 

Səni gəzən yer üzünü dolaşan, 

Eldəbirəm, kəsi gəldim qardaşa, 

Hər damla qan bir adamlıq dənizdir. 

 

Eldəbiri tanımadı o öncə, 



Dedi:- Döyüş ola bilməz əyləncə, 

Sən döyüşü döndərirsən gülüncə, 

Dur qıraqda, məni salma gilincə, 

Hər damla qan bir adamlıq dənizdir. 

 

Solda vuruş- dedi:- sol yan çökməsin, 



Onlar bizim sıraları sökməsin, 

Onlar burda öc göyərdib əkməsin, 

Bir ölkəyə iki çəpər çəkməsin, 

Hər damla qan bir adamlıq dənizdir. 

 

Eldəbirin vurumları ağırdı, 



Qılınc çəkdi, qancıl üstə bağırdı, 

O hamını ön sıraya çağırdı, 

Üzərinə oxla bizuc yağırdı, 

Alan ona hərdən dönüb baxırdı, 

Ona qarşı onda inam doğurdu, 

Hər damla qan bir adamlıq dənizdir. 

 

Üç gün çəkdi vuruş, hamı sarsıldı, 



Acıqanlar Alanərə basıldı, 

Basıq, tutuq gəlib ona qısıldı, 

Hər damla qan bir adamlıq dənizdir. 

 

Eldəbirin qolu, başı yaralı, 



Qan üzündə quruyaraq qaralıb, 

Dedi:- İgid, sən hardansan, haralı, 

Qanın gedib, üzün-gözün saralıb, 

Hər damla qan bir adamlıq dənizdir. 

Dedi:- Alan, Eldəbirəm mineldən, 

Gəzib gəzib axtarırdım səni mən, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

507 


 

Alan gəlib tutdu onun əlindən

Dedi:- Necə gəlib çıxdın bura sən, 

Atam, anam gəlməyiblər bəs nədən, 

Sən qardaşsan, həm də yaxşı döyüşkən, 

Hər damla qan bir adamlıq dənizdir. 

 

Danışdılar, öpüşdülər, coşdular, 



Hərdən gülüb dəniz kimi daşdılar, 

Oynadılar, ölçüləri aşdılar, 

Min ellini öyüb mahnı qoşdular, 

Hər damla qan bir adamlıq dənizdir. 

 

                    *** 



Alançılar basar çıxdı döyüşdən, 

Yaman baha başa gəlir basarlıq. 

Ölmüş idi min iki yüz yaraqlı, 

Yaman baha başa gəlir basarlıq. 

 

Basıqların istəkləri heç oldu, 



Qazandığı Alaneldən köç oldu, 

Bu basıqlıq ürəklərdə öç oldu, 

Yaman baha başa gəlir basarlıq. 

 

Bu ölkəni tutmaq üçün gələnlər, 



Alan eli iki yerə bölənlər, 

Heçə döndü neçə yüz yüz ölənlər, 

Yaman baha başa gəlir basarlıq. 

 

Ana gəldi qarşıladı qonağı, 



Nədən isə solmuş idi yanağı, 

Heç gülmürdü, tərpənmirdi dodağı, 

Yaman baha başa gəlir basarlıq. 

 

Ana doğa bilməmişdi hələ də, 



Sevgiləri qalmamışdı elə də, 

Utanırdı çıxmayırdı çölə də, 

Yaman baha başa gəlir basarlıq. 

               *** 

Bir ay qaldı, qonaq oldu Eldəbir, 

Soyuq olur ev uşaqsız olanda. 

Danışdılar olanları birbəbir, 

Soyuq olur ev uşaqsız olanda. 

 

Sınıq idi ər arvadın ürəyi, 



Evdə yoxdur uşaq iyi, bələyi, 

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

508 


 

Dadsız idi evin dadlı çörəyi, 

Soyuq olur ev uşaqsız olanda. 

 

Dağlar, çöllər, güllər niyə soyuqsan, 



Yayqın baxış, qulaq yaman duyuqsan

Sınıq ürək sən quşdan da ayıqsan, 

Yorğun sevgi çox çox ayıq-sayıqsan 

Soyuq olur ev uşaqsız olanda, 

 

Tanrı, nədir bu düzən yer, soyuq yer, 



Tanrı yazıq uşaqsıza uşaq ver, 

Tanrı, igid məğrurları özün gör, 

Soyuq olur ev uşaqsız olanda. 

 

Tanrı, qurtar yer üzündən Alpisi, 



Qırır, çatır, boğur atır o bizi, 

Yaxın elə gecə ilə gündüzü, 

Soyuq olur ev uşaqsız olanda. 

                   *** 

Sorağ tutdu ata ana alandan, 

Dolanışı yey göstərən sevincdir. 

Dedilər ki, gedək onla görüşə, 

Dolanışı yey göstərən sevincdir. 

 

Tunq Ər Alpan Alan ilə  öyündü, 



Dağ ürəyi çırpım-çırpım döyündü, 

Qoca ata uşaq kimi sevindi, 

Dolanışı yey göstərən sevincdir. 

 

Elçiçəyi qucaqladı, ağladı, 



Ayrılıqlar dib daşından laxladı, 

Eldəbiri bir də, beş də yoxladı 

Dolanışı yey göstərən sevincdir. 

Sonra ata çəkisini saxladı, 

Alpisliyin əl qolunu bağladı, 

Uşaq kimi oynaq, oynaq çağladı, 

Dolanışı yey göstərən sevincdir. 

 

                       Turqa Tanrı tapşırığı söylənci 



 

Tanrı Turqa tapşırmışdı ağır iş, 

Dolanışda barış-duruş yarat sən, 

Vuruş, döyüş, ölüm itim olmasın, 

Dolanışda barış-duruş yarat sən. 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

509 


 

Turq gəzirdi ölkə ölkə, elbəel, 

Tanrılığı çoxalırdı ilbəil, 

İz qoyurdu kənd-kənd, yurd-yurd evbəev, 

Dolanışda barış-duruş yarat sən. 

 

Anlamışdı, böyük Tanrı, nədənsə, 



Qoyub onu Alpis ilə üzüzə, 

Tanrı kimi qancıl ola Alpisə, 

Əltut ola o, yaxşıya, o pisə, 

Gah görünə, görünməyə o gözə, 

Dolanışda barış-duruş yarat sən. 

 

Alçiçəkdən sonra iç-iç sınırdı, 



Arzuları, sevgiləri sönürdü, 

Şahlığının kəhərindən enirdi, 

Sönüb gedən sevgisinə yanırdı. 

 

Hərdən birdən Elçiçəyi anırdı, 



Hərdən birdən gizli evə dönürdü, 

Ana iti süd anası sanırdı, 

Dolanışda barış-duruş yarat sən. 

 

Yarı Tanrı deyirdilər adına, 



Yemək-içmək düşməyirdi yadına, 

Yem vermirdi çox da Şimşək atına, 

Baş vururdu göyün-yerin qatına, 

Dolanışda barış-duruş yarat sən. 

                  *** 

Düşünürdü, düşünürdü Turq ata, 

Keçmiş səni gələcəyə çatdırır. 

Düşünürdü ata, ana, bacını, 

Keçmiş səni gələcəyə çatdırır. 

 

Hərdən Yanğu, Dinti, Parsa deyirdi, 



Sən mənimlə, Parsa, varsan deyirdi

Sən mənimçün isti qarsan deyirdi, 

Keçmiş səni gələcəyə çatdırır. 

 

Yanğu mənim, Tanrı sevgim, ölməzim, 



Qıyıq gözlü, ölməz dili bilməzim, 

Öz yolundan, zirvəsindən dönməzim, 

Keçmiş səni gələcəyə çatdırır. 

 

Hardasınız, Gucər, Qızbax, Tur, Qızağ, 



Sizə necə mən yaxınam, mən uzaq, 

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

510 


 

Hərdən mənlə yuxulaşır İşdayaq, 

Keçmiş səni gələcəyə çatdırır. 

 

Hanı mənim Bölgəmisim, qan soyum, 



Hanı sənin boy- buxunun, dağ boyun, 

Ölməzlikdən gələn səsin hay- huyun, 

Keçmiş səni gələcəyə çatdırır. 

                     *** 

O gedirdi, dindirirdi hər yeri, 

Doğma olsan doğmalaşar yol sənə. 

Gah görünür, gah görünməz olurdu, 

Doğma olsan doğmalaşar yol sənə. 

 

Bir quş gördü, yolda sallaq qanadı, 



Dedi:- gözəl, nədir sənin quş adın, 

Tanrı səni necə gözəl yaradıb, 

Doğma olsan doğmalaşar yol sənə. 

 

Dedi, quşum, niyə belə sallaqsan, 



Bir az tutqun, bir az sınıq sayaqsan, 

Hardan gəlib, hara gedən qonaqsan, 

Doğma olsan doğmalaşar yol sənə. 

Dedi, quşum, qanadların qayçıdır, 

Səni üzən nədir, deyən sançıdır, 

Çöldə sancı, qorxu yaman acıdır, 

Quş dinmədi, elə bildi ovçudur, 

Doğma olsan doğmalaşar yol sənə. 

 

Birdən çıxdı atlı meşə yolundan, 



Yüz-yüz tutuq çıxdı dağın dalından, 

Yaraqlılar vardı sağı solunda, 

Yaralıydı çoxu qıçla qolundan, 

Ağlaşırdı çoxu dağın yalında, 

Doğma olsan doğmalaşar yol sənə. 

 

Satallara daşınırdı tutuqlar, 



Başı, üzü, qıçı, qolu qopuqlar

Satdıq idi ordu, döşü batıqlar, 

Ağlar idi alnı, başı çapıqlar, 

Doğma olsan doğmalaşar yol sənə. 

 

İnləyən kim, son gününü soran kim, 



Soruşan kim, ağlayan kim, hürən kim, 

Çağlayan kim, ölümünü görən kim, 

Son gücünü itirən kim, verən kim, 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

511 


 

Doğma olsan doğmalaşar yol sənə. 

 

Son sırada qız-qadınlar gəlirdi, 



Gözlərini qolları ilə silirdi, 

Satallarda satılacaq, bilirdi, 

Doğma olsan doğmalaşar yol sənə. 

 

                    *** 



Başçı gəldi durdu, Turqun önündə, 

Saysız gəlir görməmişi qudurdur. 

Dedi:- niyə yol üstündə durubsan, 

Saysız gəlir görməmişi qudurdur. 

 

Turq soruşdu:- Ət yüküylə sən hara, 



-Ət deyildir, işçidirlər, mal-qara, 

Sınıq salxaq, ölü diri, yap-yara, 

Saysız gəlir görməmişi qudurdur. 

Aparıram satallara atıram, 

Mələşdirib sürülərə qatıram, 

Alansansa, buradaca satıram, 

Saysız gəlir görməmişi qudurdur. 

 

-Qız, qadını lap ölümcül görürəm, 



Burax getsin, nə istəsən verərəm, 

-Quruşun var, mən alverə girərəm, 

Saysız gəlir görməmişi qudurdur. 

 

Quruşum var, burax getsin əyalı, 



Aç qollardan dəmir ağac qandalı, 

Elə burda qur sən uzaq satalı, 

Saysız gəlir görməmişi qudurdur. 

 

Turq üç bağlı qızıl gümüş çıxartdı, 



Başçı ona gözün, dişin ağartdı, 

Verdiyini Turq bur az da çoxaltdı, 

Saysız gəlir görməmişi qudurdur. 

 

Başçı dedi:- Çox varlısan qoca, sən, 



Söylə kimsən, nə iş gəlir əlindən

Bir az da ver səni başçı qoyum mən, 

Saysız gəlir görməmişi qudurdur. 

 

Turq söylədi:- hər iş gəlir əlimdən, 



Danışıram sənlə Minel dilində, 

Gəl qurtaraq tutuqları ölümdən, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

512 


 

Bollu gəlir görməmişi qudurdar. 

 

Başçı Turqu itələdi arxaya, 



Yaraqlılar onu aldı araya, 

Bir çaxnaşma düşdü seyrək sıraya, 

Bollu gəlir görməmişi qudurdar. 

 

Başçı dedi:- Onu tutun, saxlayın, 



Qıçlarına dəmir qandal bağlayın, 

Qoltuğunu yəhərini yoxlayın, 

Bollu gəlir görməmişi qudurdar. 

Turq əl atdı qılıncını sıyırtdı, 

Neçə kərə nərildədi, bağırdı, 

Tutuqları yardımına çağırdı, 

Yaraqlıda bu səs qorxu doğurdu, 

Bollu gəlir görməmişi qudurdar. 

 

Başçı dedi:- Yaman səsküy salırsan, 



Bax, bu gündən sən də tutuq olursan, 

Bax, onlarla bir sırada qalırsan, 

Bollu gəlir görməmişi qudurdar. 

 

Turq qılınçı başı üstdə hərlədi, 



Şimşək çaxdı, qılınc göytək gurladı, 

Başçı qaçdı, öz başını girlədi, 

Bollu gəlir görməmişi qudurdar. 

 

Turq atılıb sıçraq mindi atını, 



Qılınc səpdi dörd-bir yana odunu, 

O ayırdı yana qızı-qadını, 

Tutuqlara dedi Turq soy adını, 

Sonra dedi, yarı Tanrı adını, 

“Mən barışa, mən duruşa elçiyəm, 

Mən Tanrılar Tanrısının gücüyəm, 

Qan deyənə qancıl, qanlı sancıyam, 

Kimə balam, kimə isə acıyam, 

Çəkişmədə düzgün ölçü biçiyəm, 

Turq atayam yaranışın qılıncı, 

Tanrıların yer üzündə görüncu! 

 

Göy gurladı, şimşək çaxdı bu yerdə, 



Yağış yağdı, əsdi sərin yel hərdən, 

Turq at çapdı, belə dedi o birdən: 

“Bollu gəlir görməmişi qudurdar” 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

513 


 

Turq başçını vurdu, sərdi torpağa, 

Yaraqlılar döndü gülünc yumağa, 

Tutuqlular sarıldılar yarağa, 

Bollu gəlir görməmişi qudurdar. 

O döyüldü uzununa, eninə, 

Tutuq saman təpdi onun gönünə, 

Tutuqbaşı qaldı tutuq gününə, 

Bollu gəlir görməmişi qudurdar. 

                  *** 

Quşcığazı Turq götürdü torpaqdan, 

Yerdə deyil, quş göylərdə uçmalı. 

Sığalladı quşu, dillə oxşadı, 

Yerdə deyil, quş göylərdə uçmalı. 

 

Gördü bu quş yerdə yuva salıbdır, 



O qartaldır, düşüb burda qalıbdır, 

Quşlar onun tüklərini yolubdur, 

Yerdə deyil, quş göylərdə uçmalı. 

 

Geri baxdı gördü qaçır tutuqlar, 



Gəlib ona yaxınlaşır atıqlar, 

Yalvarırlar gözü, ağzı yırtıqlar, 

Yaralılar, bir də gözü qıpıqlar. 

 

Turq onlara öyüd verir, dindirir, 



Ağızlarda alovları söndürür, 

Dilə tutur, dörd bir yana göndərir, 

Üzlərini işə-gücə döndərir, 

Quş yerdə yox, quş göylərdə uçmalı. 

 

Biri deyir:- Hara gedim, çaparım, 



Sel vuraraq evimizi aparıb, 

Kəndimizi lap dibindən qoparıb, 

Quş yerdə yox, quş göylərdə uçmalı. 

 

Biri deyir:- Mən kimsəsiz oğlanam, 



Yoxdur evim, yoxdur atam, yox anam, 

Mənə iş ver, mən hər şeyi qananam, 

Quş yerdə yox, quş göylərdə uçmalı. 

 

Turq söylədi:- Sən gəl mənim dalımca, 



Dolanışı dolanışdan alınca, 

Sarıl oxa, sarıl ata, qılınca, 

Ey kimsəsiz, ey ac susuz yalıncaq, 

Quş yerdə yox, quş göylərdə uçmalı. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

514 


 

Qız qadınlar, ər oğlanlar, sınıqlar, 

Çətinliyin qabağında qırıqlar, 

Yazıq deyil, yazıqlanan yazıqlar, 

Qoşul Turqa yerdən göydən yaynıqlar, 

Quş yerdə yox, quş göylərdə uçmalı. 

                    *** 

Turq onları çay üstünə gətirdi, 

Sudur, otdur, iş elliyin dib daşı. 

Dedi:- gəlin buralarda kənd salaq, 

Sudur, otdur, iş elliyin dib daşı. 

 

Qol çırmadı, çay daşları daşıdı, 



Yoxdu burda qoca Turqun yaşıdı, 

O daş yonan, o tikinti başıdı, 

O tutuqa, tutuqluğa qarşıdı, 

Turq ev tikdi, həm də ki dibdaşıdı, 

Sudur, otdur, iş elliyin dib daşı. 

 

Dedi:- Qızlar, kişilərə əl tutun, 



Dedi, ərlər çox işləyin, az yatın, 

Yönlü olun, dilinizə duz qatın, 

Ata olmaq istəyizə tez çatın, 

Sudur, otdur, iş elliyin dib daşı. 

 

Ev tikdilər evləndilər, qaldılar, 



Arvad-uşaq yiyəsi də oldular, 

Meşəliyə, çölə səsküy saldılar, 

Sudur, otdur, iş illiyin dib daşı. 

 

Turq dedi ki, mən gedirəm sağ olun, 



Mindiyardır bura, burda siz qalın, 

Bir-birizə əltut olun, əl olun, 

Sudur, otdur, iş elliyin dib daşı. 

                  *** 

Turq yol getdi, qartal uçdu onunla, 

Yol gedəndən, yol göstərən böyükdür, 

Yol olmamış cığırların yolu var, 

Yol gedəndən, yol göstərən böyükdür. 

 

Gah getdilər, gah uçdular düz yolu



Yol izlərlə, burumlarla dop- dolu, 

Hər yolun da yüz cığırı, yüz qolu, 

Yol gedəndən, yol göstərən böyükdür. 

 

Yol da çıxır yoldan, hərdən sağ- sola, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

515 


 

Sənin yolun mənim yolum qol- qola, 

Bu iki yol sonda çıxır bir yola, 

Çıxır qalxır yol gədigə, yol yala, 

Yol gedəndən yol göstərən böyükdür. 

 

Böyük yollar yeni yollar doğurlar, 



Onun alın qırışıdır cığırlar, 

Əl uzadıb ulduzları sağırlar, 

Gülüb yolsuz buludlara baxırlar, 

Yol saymayır ilxı, sürü, naxırlar, 

Yol gedəndən yol göstərən böyükdür. 

 

Qartal Turqa yol göstərir arada, 



Bu birliyə baxır hərdən yaradan, 

Turq düşünür, bu quş gəldi haradan, 

Şimşək atla uçur gedir yanbayan, 

Yol gedəndən yol göstərən böyükdür. 

 

                     *** 



İki sözdür “alver” bircə anlayış, 

Alver üstə durub qoca dolanış. 

Alır verir, verib alır adamlar, 

Alver üstə durub qoca dolanış. 

 

Dolandıran odur min-min dördlüyü, 



Dördlüklərin odur dərin kötüyü, 

Yerdə qalannarsa kökün örtüyü, 

Alver üstə durub qoca dolanış. 

 

Bacarmadın onu, tutuq olursan, 



Öz evində belə artıq olursan, 

Diri ola-ola yazıq olursan, 

Alver üstə durub qoca dolanış. 

Güdür iki yanın satış dəyərin, 

O dəyişir ölçülərin çəpərin, 

Çəkişməyə çəkir çox çox öndəri, 

O yoxlayıb satallarda təpəri, 

Alver üstə durub qoca dolanış. 

 

Ancaq üç şey var ki, ərki çoxdur, çox, 



Hər üçü də satallarda yoxdur, yox, 

Ac gözlərdə yeri hər an toxdur, tox. 

Alver üstə durub qoca dolanış 

 

Bir anadır, bir bayraqdır, bir torpaq, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

516 


 

Bu üçlükdən durub alver çox uzaq, 

Alver dolan dolan gedir bu sayaq, 

Alver üstə durub qoca dolanış. 

 

     Ana Qurd söylənci 

 

Ana doğur körpəsini yol üstə, 

Ana ata doğuş ilə ölməzdir. 

Ağlayırdı, qışqırırdı ağrıdan, 

Ana ata doğuş ilə ölməzdir. 

 

Bir çaqqal da gözləyirdi doğuşu, 



Körpə yemdir ona yaş yaş yapışıq, 

Oxuyurdu quşlar mahnı qarışıq, 

Ana ata doğuş ilə ölməzdir. 

 

Gözləyirdi həm də bulud, dağ, meşə, 



Göz qırpmadan baxırdılar bu işə, 

Gəlmişdilər körpə ilə görüşə, 

Ana ata doğuş ilə ölməzdir. 

 

Turq eşitdi səsi, bir an dayandı, 



Ana görüb üzü ala boyandı, 

Dedi, qartal, bura hara, hayandı, 

Bura dolu quşdur, qurddur, qabandı, 

Ana ata doğuş ilə ölməzdir. 

Ana doğdu, öz gücünü itirdi, 

Ana öldü doğuşunu bitirdi, 

Qartal endi o körpəni götürdü, 

Ağlar-ağlar Turq ataya yetirdi, 

Ana ata doğuş ilə ölməzdir. 

 

Bələklədi Turq, körpəni hovladı, 



Daş götürüb çaqqalları qovladı, 

Yardımına qurdu, quşu hayladı, 

Ana ata doğuş ilə ölməzdir. 

 

Iri idi körpə, dolu, sümüklü, 



Çığır – bağır, küylü, ağır təpikli, 

Qadın görkəmliydi, kişi ilikli, 

Ana ata doğuş ilə ölməzdir. 

 

Bir gün keçdi, südsüz körpə ağladı, 



Qışqıraraq ürəkləri dağladı, 

Bir yol gəzdi hamı, susdu, dığladı, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 


Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin