www.kitabxana.net
Milli Virtual Elektron Kitabxana
"Gənclərin Virtual Multikulturalizm Mərkəzi"
N 29 (93 - 2016)
Söhrab Tahir
"Ata"
Poema-epos
İki cildə. II cild
YYSQ - Milli Virtual-Elektron Kitabxananın e-nəşri
YYSQ – 2016
Yeni Yazarlar və Sənətçilər Qurumu
www.yysq.org
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
2
www.kitabxana.net
Milli Virtual-Elektron Kitabxana
"Gənclərin Virtual Multikulturalizm Mərkəzi"
Elektron kitab N 29 (93- 2016)
Bu elektron nəşr Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun (
#AzGF
)
maliyyələşdirdiyi, Yeni Yazarlar və Sənətçilər Qurumunun həyata keçirdiyi "Gənclərin Virtual
Multikulturalizm Mərkəzi" kulturoloji-intellektual layihəsi çərçivəsində
www.kitabxana.net
- Milli
Virtual-Elektron Kitabxana tərəfindən nəşrə hazırlanıb və yayılır.
Kulturoloji layihənin bu hissəsini qismən maliyyələşdirirlər:
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu:
http://youthfoundation.az
Yeni Yazarlar və
Sənətçilər Qurumu: h
ttp://www.yysq.org
Söhrab Tahir
"Ata"
Poema-epos
II cild
Azərbaycan tarixi-multikultural dəyərlərin poetik ensiklopediyası
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
3
YYSQ tərəfindən e-nəşrə hazırlanıb. Milli Virtual-Elektron Kitabxananın e-nəşri. Bakı - 2016
Virtual redaktoru və e-nəşrə hazırlayanı: Aydın Xan (Əbilov), yazar-kulturoloq
Xalq şairi Söhrab Tahir AzərAzər. "Ata". Poema-epos. II cild. Azərbaycan tarixi-
multikultural dəyərlərin poetik ensiklopediyası... Azərbaycan ədəbiyyatında ən iri həcmli
poetik əsər hesab edilən "Ata" poema-eposu qoşma şəklində yazılmış və çoxsaylı
bölmədən ibarətdir. Əsər sadə xalq danışıq dilində olduğundan ərəb və fars sözlərindən
istifadə edilməmişdir.
"Gənclərin Virtual Multikulturalizm Mərkəzi" silsiləsindəki e-kitablarla buradan tanış
olun:
http://kitabxana.net/?oper=e_kitabxana&cat=174
Feysbuk səhifəmiz:
Sosial şəbəkələrdə Azərbaycan multikulturalizminin və tolerantlığının təbliği ilə bağlı
fəaliyyətlərin genişləndirmək, bu sahələr üzrə İnternet resurslarımızı - elmi-intellektual
sərvətlərimizi, araşdırma, tədqiqat işlərini təbliğ etmə üçün ayrıca virtual resurs
burada:
https://www.facebook.com/YeniYazarlar
Bakı, YYSQ - 2016
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
4
DİQQƏT!
Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq
sənədlərə uyğun qorunur. Müəllifin və resurs yaradıcılarının razılığı olmadan kitabın bütöv
halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında,
İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və
tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
5
(Poema-epos)
(İki cilddə)
II cild
Azərbaycan Respublikasının
Milli Ordusuna və onun Ali Baş Komandanı
Respublika Prezidenti
İlham Heydər oğlu Əliyev
cənablarına ithaf edirəm.
Müəllif
Bakı-2015
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
6
Redaktoru və tərtib edəni: Tahir Söhraboğlu
Nəşriyyat redaktoru: Musa Ələkbərli
Söhrab Tahir “Ata (poema-epos)” II cild Bakı, “Zərdabi LTD” 2015, 1016 səh.
Elmi rəyçilər: Ə.Əlizadə, fil. elm. dok.
Gölxani Pənah,
fil. elm. nam.
O taylı bu taylı Azərbaycanımızın bütövlük nəğməkarı, sevimli xalq şairimiz Söhrab Tahirin
“Ata” poema-eposu həm həcminə, həm də poetik dəyərinə görə çağdaş poeziyamızda xüsusi çəkisi
olan, alternativsiz bir əsərdir.
Xalqımızın ən qədim dövrlərinə baş vuran tədqiqatçı şair bu xalqın təşəkkül tarixinin
poeziyamızda uğurlu, orijinal ifadəsinə nail olmuş, çoxillik ağır zəhməti hesabına müqəddəs Ata
adına ədəbi bir abidə yaratmışdır.
2015
0103
57
4705120494
©
Söhrab Tahir,2015
S
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
7
MÜƏLLİFDƏN
Az
ə
rbaycan
ə
d
əbiyyatında ə
n iri h
ə
cmli poetik
ə
s
ə
r hesab edil
ən “Ata” poema
-eposunu
1991-ci ild
ə
n q
ə
l
ə
m
ə
almağa başlamışam. Azərbaycanın ə
n q
ədim şeir forması–qoşma şə
klind
ə
on min il
ə
vv
əl Yaxın, Orta, Uzaq Şərq genişliklə
rind
ə
yaşayan, yaradan, dəyişib varlığını və
l
ə
yaq
ə
tini isbat ed
ən türkdilli qə
bil
ə
, tayfa v
ə
xalqların, xüsusilə
Az
ərbaycan xalqının eramızın
ə
vv
ə
ll
ə
rin
ə
q
ə
d
ə
rki h
ə
yat v
ə
m
əişə
tinin b
ə
dii-
tarixi lövhə
l
ə
rd
ə
t
ə
svirini
ə
hat
ə
edir. “Ata” sadə
xalq danışıq dilində
yazıldığı üçün burada demə
k olar ki, fars v
ə
ə
r
əb sözləri iş
l
ə
nm
əmişdir.
Ə
s
ə
rd
ə
Az
ərbaycan, Orta Asiya, Tü
rkiy
ə, Rusiya, İran, Ərəb ölkə
l
əri, İngiltə
r
ə
, Almaniya, v
ə
s.
Avropa aliml
ə
rinin tarixi s
ə
n
ə
dl
ə
r
ə
, tarixi h
ə
qiq
ə
tl
ə
r
ə
uyğun fikirlə
ri
əsas götürülmüşdür.
Çoxdandı ki, xarici ölkə
l
ə
rd
ə
yaşayan soydaşlarımız xalqımızın varlığı, mənşəyi, yaşadığı
ə
razi, q
ə
dim h
ə
yat t
ə
rzi, dili v
ə
q
ə
hr
əmanlıqları ilə
maraqlanır,
b
ə
zil
ə
ri is
ə
m
ə
n
ə
bu haqda, m
ə
k-
tub yazır, bu sahə
d
ə
ortalığa ciddi suallar qoyurdular.
Son 20 ild
ə
Az
ərbaycan xalqının varlığı, etnogenezi ilə
ə
laq
ədar elmi kitablarla yanaşı,
şamanizm, zə
r
düştizm haqqında kitablar, ə
satir,
ə
fsan
ə, dastan, nağıl, deyim və
söylə
nc
ə
l
ə
r
oxu
yurdum. Xalqımın qədim varlığını, adını, qə
hr
əmanlıqlarını gös
t
ə
r
ə
n s
ə
n
ə
dl
ə
ri, abid
ə
l
ə
ri
dağıdıb, yandırıb mə
hv ed
ən düş
m
ə
nl
ə
rin q
əddarlığının qanlı izinə
düşüb, yavaş
-y
avaş dünyanın
ə
n q
ə
dim,
ə
n n
ə
cib,
ə
n d
əyişkə
n,
ə
n l
ə
yaq
ə
tli v
ə
şücaətli xalqları olan türkdilli ellə
rin, o
cümlə
d
ən xalqımızın ə
n q
ə
dim tarixinin monumental m
ə
nz
ə
r
ə
l
ərini aydın şə
kild
ə
görmə
y
ə
başladım.
Az
ə
rbaycanda istiqlal h
ə
r
əkatı başlarkən bu mövzuda böyük bir ə
s
ər yazmaq imkanı reallaşdı:
Bir gün yas mə
clisind
ə
Moskvadan yenic
ə
qayıtmış elimizin ağsaqqalı,
böyük rə
hb
ə
ri Heyd
ə
r
Əliyev xalqımızın tarixinin müxtəlif dövrlə
rind
ən söhbət açaraq üzünü mə
n
ə
tutaraq m
ə
clisd
ə
oturan alim v
ə
yazıçılara xit
ab
ən dedi: “Bu xalqın tarixini siz yazmasanız bəs kim yazacaq?!”
M
ən xalqımızın böyük oğlu Heydər Əliyevin bu haqlı tə
l
ə
binin t
əsiri altında “Ata” poema
-
eposunu yazmağa başladım...
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
8
İпəк сöyлəнcи
Ипəк gəлди, Əкбитəни бəзəди,
Göзü чəкəн göзəлликдир, бəзəкдир.
Инcə-инcə боyанмышды тохулар,
Göзü чəкəн göзəллiкдир, бəзəкдир.
Гыз, gəлини göзə чəкди ал ипəк,
Варлыларда дəбə дüшдü бəр-бəзəк.
Гыз, гадынлар ал дон gеyди, ал əтəк,
Göзü чəкəн göзəлликдир, бəзəкдир.
Sallamalar, döşənəklər dəyişdi,
İpək üstdə ana, bala deyişdi,
Gözəlləşib gənclər-qızlar dəyişdi,
Gözü çəkən gözəllikdir, bəzəkdir.
Əkbitəndə yazı, oxu dəb oldu,
İpək gəldi toxu oldu, sap oldu,
Daş-qaş ilə bəzədilən qab oldu,
Gözü çəkən gözəllikdir, bəzəkdir.
Tanı dedi:-Turqtay oğlum sağ olsun,
Qoy һər yerdə onun üzü ağ olsun,
“Aldım ipək, satdım qarayağ” olsun,
Gözü çəkən gözəllikdir, bəzəkdir.
***
Tanı dedi:-Yola gəlsə çinelli,
Alver ilə gəl-get, barış var olar.
Suburunda tuluqlansın qarayağ,
Alver ilə gəl-get, barış var olar.
Mərmər, qızıl, göydaş, aldaş, durudaş,
Dəvəgözü, bayan, pambıq, bez, qumaş,
Yaxınlaşaq, qardaşlaşaq, a qardaş,
Alver ilə gəl-get, barış var olar.
Mindiyarım, Minellimlə Turqtayım,
Bu alveri uluslarda siz yayın,
Bundan sonra Turqtayı da şaһ sayın,
Alver ilə gəl-get, barış var olar.
Turqız dedi:-Dönsün evə Manayqız,
O, yetkindir, doğruçudur, çalarsız,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
9
Qalıb Turel boğuşunda o yalqız,
Alver ilə gəl-get, barış var olar.
Turel daһa boğuşmadan çıxıbdır,
Cumər çox-çox boğazları sıxıbdır,
Bir-birini qorxudanlar qorxubdur,
Alver ilə gəl-get, barış var olar.
***
Əkbitənin səsləncləri gurladı,
Yeniliklə pardaqlanar baxışlar.
Doldu boyal* ipəklərlə satallar,
Yeniliklə pardaqlanar baxışlar.
İlam, Asur, Balasq gəldi alverə,
Misirlilər daraşdılar bu yerə,
«İpək, ipək» səsi qalxdı göylərə,
Yeniliklə pardaqlanar baxışlar.
Yelçəkənə axdı Çinel ipəyi,
Satallara səpdi gülü, çiçəyi,
Oldu bütün toxuların göyçəyi,
Yeniliklə pardaqlanar baxışlar.
Batılılar Əkbitənin qonağı,
İpək görüb qaçdı solğun dodağı,
İpəklənib satdı, atdı yarağı,
Yeniliklə pardaqlanar baxışlar.
Gündən-günə genişləndi satallar**,
Ağız-buğuz dolub getdi çuvallar,
Düşdü işə iri-iri xarallar,
Yeniliklə pardaqlanar baxışlar.
***
Qoşar dedi:-Ala, ipək baxışlar,
İpək, köksü ipəklərə yaraşır.
___________
*Rəngbərəng
**Bazarlar
Gözəl də var istidildir, soyuqsöz,
İpək, köksü ipəklərə yaraşır.
İpək paltar köksü, döşü basdırır,
Titrəyişi kişiləri qızdırır,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
10
Bu gözəllik çox yolsuzu azdırır,
İpək, köksü ipəklərə yaraşır.
Qancıl qızı, sənin saçın ipəkdir,
Baxışların yuxa, yalçın ipəkdir,
Kirpiklərin, qaşın qırçın ipəkdir,
İpək, köksü ipəklərə yaraşır.
Boya-boya ipək gəlsin Çineldən,
Getsin yonuq durudaşım Mineldən,
Qoy gözəllik sözü olsun һər dildə,
İpək, köksü ipəklərə yaraşır.
Çox gözlədim səni, gülüm, mən dünən,
Gəl, ipəkdə evyolumdan* keçginən,
Soyuyubsan al ipəyi geyəndən,
İpək, köksü ipəklərə yaraşır.
***
Qoşar dedi:-Çox oynatma döş-başı,
Sarı ağa, göy qaraya yaraşır.
Mən gedirəm sənə ipək gətirim,
Sarı ağa, göy qaraya yaraşır.
Geyib çıxsan çölə, düzə, düz yanar,
Bu geyimdə söz söyləsən söz yanar,
Düzün qızı, sənə baxan göz yanar,
Sarı ağa, göy qaraya yaraşır.
Gəl dik üstə, görüm incə boyunu,
Qılınc qaşın, o sıyırma yayını,
Söylə özün, һaçan çalım toyunu,
Sarı ağa, göy qaraya yaraşır.
Elə geyin, bizdə söz-möz olmasın,
Sənə baxan bir vurğun göz olmasın,
_____
*Küçə
Görünməsin, gəl-gedin tez olmasın,
Sarı ağa, göy qaraya yaraşır.
Qar əriyib, çöl, düz, yamac güllənib,
Ürəyimdə gizli sevgim dillənir,
İstəklərim, baxışlarım sellənir,
Sarı ağa, göy qaraya yaraşır.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Dostları ilə paylaş: |