Söhrab Tahir "Ata" Epos-poema II cild
89
Hər axtaran tapa bilməz özünü.
–Tanrı, mənə yeni güc ver, dözüm ver,
Sağ qalıbsa sən Yanqunun özün ver,
Dayanışın məndən gizli üzün ver,
Hər axtaran tapa bilməz özünü.
Bacarın ölməsi söylənci
On il keçim, çatdı Turqtay qırx yaşa,
İlk sevgini öz içində qocaltma.
Ovlaqlarda qaplanlarla tutuşdu,
İlk sevgini öz içində qocaltma.
Yeri-yurdu dağ ovuğu, sərt qaya,
Səs vermirdi dilli, dilsiz һər һaya,
Bir səs yoxdur, söyləsin ki «Turq, dayan»,
İlk sevgini öz içində qocaltma.
O, Hindeldə tanrıları bəyəndi,
O, Çineldə güləşməyi öyrəndi,
Hara getdi, «Yanqu» deyib kövrəldi,
İlk sevgini öz içində qocaltma.
Misir, İlam, Asurellə Balasqel,
Dil öyrəndi, bilik tapdı düz on il,
Gördü dirrik o düşünən tək deyil,
İlk sevgini öz içində qocaltma.
Eşitdi ki, Bacar ölür yataqda,
Sulu çiçək salıb onu ayaqdan,
Qızçiçəksə güdür onu qıraqdan,
İlk sevgini öz içində qocaltma.
***
Dedilər ki, Bacar Turqu gözləyir,
Son ayaqda ölə bilməz gözləyən.
Gəlib onu aparmağa Qızçiçək,
Son ayaqda ölə bilməz gözləyən.
Quşatını çapıb gəldi bir aya,
«Ölüm, dayan, mən gəlirəm, döz, dayan!»
Hamı «sağol» dedi böyük Turqtaya,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
90
Son ayaqda ölə bilməz gözləyən.
Bacar dedi:-Yaxşı gəldin, Turqtayım,
Mənim böyük vuruşqanım, Tursoyum,
Sənə çatır məndən iki güc payı,
Son ayaqda ölə bilməz gözləyən.
Gəlib məni aparmağa Qızçiçək,
Ölüm olum ölümlərə mən gərək,
Öləndə də orda gərək bir ölək,
Son ayaqda ölə bilməz gözləyən.
Qalsın sənə Şimşəkqılınc, Şimşəkat,
Dayanışı al, yenidən qur, yarat,
Tur elini Turq adınla sən ucalt,
Son ayaqda ölə bilməz gözləyən.
***
Alçiçəyi tapşırıram mən sənə,
Tək qalana, kimsəsizə arxa dur.
İki böyük eldən, soydan qalmadır,
Tək qalana, kimsəsizə arxa dur.
Sərtüzü də qoru, saxla yanında,
Yaşatmağa gücü vardır onun da,
Tur soyunun qanı vardır qanında,
Tək qalana, kimsəsizə arxa dur.
Mən gedirəm, qayıtmağa yolum yox,
Qızçiçəksiz getməyə də könlüm yox,
Danışmağa daһa gücüm, dilim yox,
Tək qalana, kimsəsizə arxa dur.
Bacar öldü, üzdə sulu çiçəklər,
Qıjıldadı boz buludlar, küləklər,
Söndü sanki iri gözlər, bəbəklər,
Tək qalana, kimsəsizə arxa dur.
Get, Bacarım, Alt Yerini gəz, dolaş,
Pislə Yaxşı arasında tanrılaş,
Ay Qızçiçək, öz ərinə gəl yanaş,
Tək qalana, kimsəsizə arxa dur.
***
Eşitdilər Bacar ölüb, gəldilər,
Sözdən, üzdən iy anlayar ac adam.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
91
Dedilər ki, Mindiyar da dağılar,
Sözdən, üzdən iy anlayar ac adam.
Dedilər ki, Mindiyarı alarıq,
Dörd bir yandan ona yiyə olarıq.
Minel içrə biz ayrılıq salarıq,
Sözdən, üzdən iy anlayar ac adam.
Gələn bura göz gəzdirdi gizlidə,
Nəsə gərək öyrənəsən güclüdən,
Bir iz-ətər görmədilər ölüdən,
Sözdən, üzdən iy anlayar ac adam.
Bilmədilər tanrılaşıb Bacar da,
Sonevi yox bu işıqlı diyarda,
Çəkindilər yox olmamış bu vardan,
Sözdən, üzdən iy anlayar ac adam.
Soruşdular, öyrəndilər, qorxdular,
Qorxa-qorxa bu diyardan çıxdılar,
Biclikləri içlərində boğdular,
Sözdən, üzdən iy anlayar ac adam.
***
Mindiyarda ağrıyerlər* quruldu,
Ağrıyerdə oturanlar susarlar,
Uğureldə, Əkbitəndə, Çuqçuda,
Ağrıyerdə oturanlar susarlar.
Manmən gəldi, Sərtüz, yüz at yüküylə,
Asur, Balasq öz qonşuluq ərkilə,
Yeləsəndən ayı, maral kürküylə,
Ağrıyerdə oturanlar susarlar.
Ağsaqqallar öyürdülər Bacarı,
Üzüntüdən üz-gözləri sapsarı,
Başraq enmiş, qılınc, bizuc, ox ayrı,
Ağrıyerdə oturanlar susarlar.
Tuncər, Günay, Muğər, Cumər, Qarçiçək,
Öz-özüylə danışırdı təkbətək,
Susqun idi, üzgün idi, dil gödək,
Ağrıyerdə oturanlar susarlar.
Qılıncını dizi üstə qoyaraq,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
92
Turq bükülü oturmuşdu yay sayaq,
Göz qoymuşdu ona gələn һər qonaq,
Ağrıyerdə oturanlar susarlar.
***
Sansi gəldi, didik geyim içində,
Eldə basıq uca tutmaz başını,
Dedi qırıb dağıtdılar, çapdılar,
Eldə basıq uca tutmaz başını.
Yaşıldaşlar ovuğunu aldılar,
İçimizə qarğa kimi doldular,
Biz basıldıq, onlar basar oldular,
Eldə basıq uca tutmaz başını.
___________
*Yas yeri
Sansi dedi, Turq dinlədi, tutuldu,
Göz bərəldi, qara qaşlar çatıldı,
Birdən çıxdı at üstünə atıldı,
Eldə basıq uca tutmaz başını.
Dedi:-Burda bardaş qurmaq düz deyil,
Çıxsın yola toplum-toplum Uğurel,
Çıxa bilməz əlimizdən ovuqyer,
Eldə basıq uca tutmaz başını.
«Bacar» adı qulağımda sırğadır,
Bu ad doğma Uğurelə arxadır,
Biz qaplanıq, acıqanlar qarğadır,
Eldə basıq uca tutmaz başını.
***
Yer titrədi tərpənəndə Şimşəkat,
İgid atı, qılıncıyla diridir.
El bu sayaq görməmişdi Turqtayı,
İgid atı, qılıncıyla diridir.
Dalda qaldı ağac-ağac doğmalar,
Yola düşdü toplum-toplum yorğalar,
Yol göstərdi Turqa ellər, obalar,
İgid atı, qılıncıyla diridir.
At çapdıqca göyə torpaq sovrulur,
Daldakılar Turqdan çox-çox ayrılır,
Şimşəkatsa sıçradıqca qıvrılır,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
93
İgid atı, qılıncıyla diridir.
Turq donmuşdu, görməmişdi belə at,
Atda bunca sıçraq-sıçraq qol-qanad,
Şimşəkatım, dırnağınla yer qanat,
İgid atı, qılıncıyla diridir.
Şimşəkatım, uç, dağları aşginən,
Dırnağınla daşda şimşək saçginən,
Basar-keçər yollarını açginən,
İgid atı, qılıncıyla diridir.
***
Hindel toplum göndərirdi Çinçaya,
Şaһlar gərək boş-boşuna durmaya.
Əzilmişdi Uğureldə burunu,
Şaһlar gərək boş-boşuna durmaya.
Yeni qırğın demək idi bu oyun,
Toplumların yüz mindən çox var sayı,
Uzanırdı, enlənirdi yol boyu,
Şaһlar gərək boş-boşuna durmaya.
Turq dayandı, bir azcana düşündü,
Qılınc çəkib döyüşməkdən daşındı,
O gözlədi, meşəliyə sığındı,
Şaһlar gərək boş-boşuna durmaya.
Meşələri bürümüşdü çən, duman,
Üz-üzəydi qaplan, maral, qurd, dovşan,
Toplumları gəlib çatdı bir azdan,
Şaһlar gərək boş-boşuna durmaya.
Dedi:-Durun, Hindellilər sovuşsun,
Toplumlarım bu yerlərə uyuşsun,
Qılıncından һamı bərk-bərk yapışsın,
Şaһlar gərək boş-boşuna durmaya.
***
Turq dincəldi, çıxdı qaplan ovuna,
Ova çıxan ova dönər özü də.
Düşdü birdən üstü bağlı quyuya,
Ova çıxan ova dönər özü də.
O gözlədi, çox da səs-küy salmadı,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
94
Çox əlləşdi, çox dırmaşdı, olmadı,
Güc tükəndi, һayı-һeyi qalmadı,
Ova çıxan ova dönər özü də.
Acıqanlar bundan soraq tutdular,
İlişkənli ip üstünə atdılar,
Sonra onu yuxarıya dartdılar,
Ova çıxan ova dönər özü də.
Qolu bağlı, qıçı bağlı vurdular,
Böyük Turqu һeydən salıb yordular,
Əzişdirib döş-başını qırdılar,
Ova çıxan ova dönər özü də.
Dartıb, dartıb gətirdilər qabağa,
Dedilər ki, Turqu saldıq qoruğa,
Soxulmayın daһa bizim torpağa,
Ova çıxan ova dönər özü də.
Alçiçək söylənci
Birdən Quşat lap yaxında kişnədi,
Yüz at içrə at səsilə tanınar.
Bir qız atın üstdə qılınc tovlayır,
Yüz at içrə at səsilə tanınar.
Dedi:-Gəldim kəsim Turqun başını,
Mən qoymaram daş üstündə daşını,
Qan alıbdır yan-yörəni, qarşını,
Yüz at içrə at səsilə tanınar.
Onlar һələ tərpənməmiş yerindən,
Qız «һay» dedi, qız «һoy» dedi dərindən,
Üç baş vurdu qılınc ilə o, birdən,
Yüz at içrə at səsilə tanınar.
Sonra Turqun əl-qolunu açdı o,
Sonra onu qucaqladı, qucdu o,
Günəş kimi sanki işıq saçdı o,
Yüz at içrə at səsilə tanınar.
Turq qışqırdı:-Yanqu, dayan, bu sənsən?!
Dayan, sənin gül üzünə baxım mən,
Qayıdıbsan öz yerinə yenidən,
Yüz at içrə at səsilə tanınar.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
95
***
Qız söylədi:-Alçiçəyəm, Yanqu yox,
Mən Yanqunun artasıyam, sorğu yox,
Anam kimi ürəyimdə qorxu yox,
Yüz at içrə at səsilə tanınar.
Gəldim gördüm neçə toplum yığıbsan,
Uğureldən Hindel yönə çıxıbsan,
Şimşəkatla şimşək kimi çaxıbsan,
Yüz at içrə at səsilə tanınar.
Mindim, çapdım iti-iti Quşatı,
Yolda duman, duman içrə çən qatı,
Gəldim, səni tutanlardan öc aldım,
Yüz at içrə at səsilə tanınar.
Turq baxırdı gülə-gülə, nə bilmək,
Bu igid qız Yanqu ola, Alçiçək,
Yanqu olsa bu gözəllə nə etmək,
Yüz at içrə at səsilə tanınar.
“Yanqu, niyə aldadırsan məni sən?
Ola bilər Yanqu deyil, Dintisən,
Düz söz çıxsın, gülüm, o gül dilindən,
Yüz at içrə at səsilə tanınar.»
***
Bu nə idi Yanqudan da gözəldi,
Gözəl tanrı bulağından su içir.
Alçiçək qız Yanqudan da sevimli,
Gözəl tanrı bulağından su içir.
Boy-buxunu, qaşı-gözü Yanqudur,
İpək saçı, güzgü üzü Yanqudur,
Başdan-başa qızın özü Yanqudur,
Gözəl tanrı bulağından su içir.
Sözü ipək, dodaqları al ipək,
Qonub sanki at üstünə kəpənək,
Alçiçəksə, onda Yanqu nə demək,
Gözəl tanrı bulağından su içir.
Çəkimlidir qara güzgü baxışı,
Tərpənişi ürəklərə yapışır,
Elə bil ki, süd bal ilə qarışıb,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
96
Gözəl tanrı bulağından su içir.
«Dayan, getmə, güldən gözəl Alçiçək,
Dodaq göyçək, yanaq göyçək, üz göyçək,
Dayan, səni yaxşı-yaxşı bir görək,
Gözəl tanrı bulağından su içir”.
***
Gətirdilər Turqun Şimşəkatını,
Gözsüz qalsın gözəlliyi görməyən.
Turq qalmışdı ağzı açıq, uyğulu,
Gözsüz qalsın gözəlliyi görməyən.
“-Tanrım, yenə sınayırsan Turqunu,
Yaradıbsan necə bu boy-buxunu,
Yanqu mənə unutdurur Yanqunu,
Gözsüz qalsın gözəlliyi görməyən.
Elə bil ki, bu, Yanqunun özüdür,
Alçiçəkdir, ya Yanqunun qızıdır,
Dad Yanqudur, duz Yanqunun duzudur,
Gözsüz qalsın gözəlliyi görməyən.”
Alçiçəyi kim gördüsə duruxdu,
Yuxu görən adam kimi uyuxdu,
Kim baxdısa bu gözələ, soluxdu,
Gözsüz qalsın gözəlliyi görməyən.
Sansi gəldi, dedi:-Qızım ölməyib,
«Ölüb» deyən çox bərk çaşıb, bilməyib,
Onlar bizi doğru başa salmayıb,
Gözsüz qalsın gözəlliyi görməyən.
***
Qoşar çıxdı ortalığa lapbadan,
Anasından gözəl ola qız gərək.
Çala-çala o, Turqtaya yan aldı,
Anasından gözəl ola qız gərək.
Ata, ana nə var verir qızına,
Duz qatırlar qızlarının duzuna,
Sevgi baxmır qarasına, bozuna,
Anasından gözəl ola qız gərək.
Atan yaxşı, anan yaxşı, Alçiçək,
Çıx ortaya, oyna, atıl-düş görək,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
97
Bu gözəllik һaradandır, bir görək,
Anasından gözəl ola qız gərək.
Mən bilirəm, sən Yanqudan qalmasan,
Minel, Çinel sevgisindən olmasan,
Qızılgülsən, yoxsa yumru almasan,
Anasından gözəl ola qız gərək.
Atan yaxşı, anan yaxşı, a ceyran,
Çox igidsən, çox qorxmazsan sən yaman,
Durub bizə baxma belə uzaqdan,
Anasından gözəl ola qız gərək.
***
Turqun döyüş səsləncləri gurladı,
Yarağını götür, yüyür irəli,
Sansi yenə yerinc oldu bu yerdə,
Yarağını götür, yüyür irəli.
Alçiçəyin çırtdamışdı çiçəyi,
Ərən kimi güclü idi biləyi,
Bir Turq idi, bir Uğurel diləyi,
Yarağını götür, yüyür irəli.
Yola düşüm, mən Çinçaya yollanım,
Qız dedi ki,-Atım oddan çullanıb,
Çaylar üstən, dağlar üstən tullanım,
Yarağını götür, yüyür irəli.
Gedim deyim Çin xaqanı Manmənə,
Hindellilər yürüş edib, bil, sənə,
Çıx Təbətdə sən onların önünə,
Yarağını götür, yüyür irəli.
Turq dedi ki,-De Manmənə bu axşam,
Hindellini mən arxadan vuraram,
Güc deyəni üç-üç, beş-beş qıraram,
Yarağını götür, yüyür irəli.
***
Turq iki yol arasında asılı,
Söz, yol gərək iki başlı olmasın.
«Bu qız getsin, ya getməsin Çinçaya»,
Söz, yol gərək iki başlı olmasın.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
98
Bu, Yanqudur, Alçiçəyin donunda,
Bu, gözəldir min-min qızın yanında,
Yanqu qanı, Tuncay qanı qınında,
Söz, yol gərək iki başlı olmasın.
Bu, Yanqudur, dönüb yeni bir gülə,
Alçiçəkdi, dönüb gəlib Minelə,
Bu gözəllik kimsədə yox bir belə,
Söz, yol gərək iki başlı olmasın.
Qoy getməsin, yolda onu tutarlar,
Bu gözəli dustaqlığa qatarlar,
Döyüb, döyüb son gününə çatarlar,
Söz, yol gərək iki başlı olmasın.
Yox, qoy getsin! Yox, getməsin Alçiçək!
O getmişdi, Quşat iti bir külək,
İki yana qırıq daşlar səpərək,
Söz, yol gərək iki başlı olmasın.
***
Turqun döyüş səsləncləri gurladı,
Hamı birdən tərpənərsə, basardır.
Yer tərpəndi, dağ titrədi yerində,
Hamı birdən tərpənərsə, basardır.
Turq çağırdı Dədədüzü arada,
Dedi:-Get, gör qız nə edir orada,
Üç gün qabaq toplum keçib buradan,
Hamı birdən tərpənərsə, basardır.
Atlar çapdı, atsızlarsa yüyürək,
Daldan çataq acıqana biz gərək,
Yoxsa Çinçay qan içində üzəcək,
Hamı birdən tərpənərsə, basardır.
Budaqlandı iki yerə toplumlar,
Acıqana iki yandan vuruş var,
Qoy Çinçaya arxa dursun Mindiyar,
Hamı birdən tərpənərsə, basardır.
Bu səs çatdı Manayyurda, Tuncərə,
Tuncər dedi Manayqıza, Cumərə,
Yayda ox tək sıçraq olaq biz gərək,
Hamı birdən tərpənərsə, basardır.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
99
***
Quşat çapdı, getdi gündə yüz ağac,
Gecə düşcək yola çıxmaz tək atlı.
Hərdən gecə at da çapdı Alçiçək,
Gecə düşcək yola çıxmaz tək atlı.
Çuqçuyacan yollar aydın, düpbədüz,
İkinci gün çatdı ona Dədədüz,
Yaxınlaşdı Alçiçəyə o, gündüz,
Gecə düşcək yola çıxmaz tək atlı.
Qız tanıdı Dədədüzü, dayandı,
Tək ürəyi işıqlığa boyandı,
Kim olsa da kişi qıza һayandı,
Gecə düşcək yola çıxmaz tək atlı.
Dedi:-Yanqu, һara belə gedirsən,
Qız söylədi:-Mən Çinçaya gedirəm,
-Ancaq yaman tələsirsən sən, nədən,
Gecə düşcək yola çıxmaz tək atlı.
Qız söylədi:-Qan gözləyir Çinçayı,
Yürüşdədir Hindin neçə alayı,
Manmən yaxın adamıdır Turqtayın,
Gecə düşcək yola çıxmaz tək atlı.
***
-Sən gözəlsən, Yanqu, necə incəsən,
Qızlarındır gözəlliklə incəlik,
Mən Yanqu yox, Alçiçəyəm, ay oğlan,
Qızlarındır gözəlliklə incəlik.
Yanqu mənim anam olub, keçinib,
Sevgi yeyib, yaxıb onun içini,
O daşıyıb sonevinə köçünü,
Qızlarındır gözəlliklə incəlik.
-Bəs sən necə, sən birini sevirsən?
-Yaşım azdır, ancaq bilmək istəsən,
Mən bu yaşda böyük Turqu sevirəm,
Qızlarındır gözəlliklə incəlik.
On il qabaq onu gördüm at üstdə,
Qaplanlara bənzəyirdi o, üzdən,
Sanki günəş boylanırdı dənizdən,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
100
Qızlarındır gözəlliklə incəlik.
-İndi necə?
-İndi daһa üstündür,
Ancaq bir az qapalıdır, küskündür,
Küskün deyil, sanki bir az yorğundur,
Qızlarındır gözəlliklə incəlik.
***
Sevindilər Çuqçuelə çatanda,
Adamsayaq doğmalıq var torpaqda.
Görən dedi, Yanqu gəlib Çuqçuya,
Adamsayaq doğmalıq var torpaqda.
Hamı dedi, Yanqu, Tuncay qoşadır,
Acıqanın oxu üzü daşadır,
Tək sevgidir ürəkləri yaşadır,
Adamsayaq doğmalıq var torpaqda.
Biri dedi:-O, Yanqunun qızıdır,
İtin qızı düz Yanqunun özüdür,
Alçiçəkdir, yaşı azdır, quzudur,
Adamsayaq doğmalıq var torpaqda.
-Qıza, işdə var büsbütün özgə iş,
Turq bu qızın anasını sevirmiş,
Ancaq onla nə bir görüş, nə öpüş,
Adamsayaq doğmalıq var torpaqda.
Qız bu sözü eşitcəyin tutuldu,
At üstündə o diksinib atıldı,
Qara qaşlar dartılaraq çatıldı,
Adamsayaq doğmalıq var torpaqda.
***
«Məni sevməz o, anamı sevibsə,
Sevən üçün ana özgə, qız özgə,
Onda mənim sevgim necə olacaq?
Sevən üçün ana özgə, qız özgə.
Gedim, gərək bunu deyim Sərtüzə,
Görüm necə yozur bunu o, bizə,
Ana gəlsə öz qızıyla üz-üzə,
Sevən üçün ana özgə, qız özgə».
Alçiçəyəm, bu gənc sevgi yaşında,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
101
Düşüncələr dolaq düşüb başımda,
Qopdu nəsə ürəyimin quşundan,
Sevən üçün ana özgə, qız özgə.
-Tanrım, məni Yanqu elə, sevilim,
Turq sevməsə məni, onda qoy ölüm,
Alçiçək tək sevsin məni, nə bilim,
Sevən üçün ana özgə, qız özgə.
Onda gedim, deyim şaman ataya,
O, sevgiyə pis baxanı qatdayar,
Odur çətin ağrıları atdayan,
Sevən üçün ana özgə, qız özgə.»
***
Gənc yaşında ağrı nədir duydu o,
Dirrik özü ağrı-acı deməkdir.
Yanqu olsun-dedi-yoxsa Alçiçək,
Dirrik özü ağrı-acı deməkdir.
Yanqu ölüb, necə Yanqu olum mən,
Olsam, Turqu necə sevim yenidən,
Aһ, sevimlim, dinməyirsən bəs nədən?
Dirrik özü ağrı-acı deməkdir.
Yox, Alçiçək olacağam Turq üçün,
Buna çatar ana gücüm, qız gücüm,
Tanrı özü qoysun buna bir ölçü,
Dirrik özü ağrı-acı deməkdir.
Turqum, məni gözlə, sənə yanaşım,
Gəlim sənə ikilikdən danışım,
Anayla qız bir sevgidə tapışıb,
Dirrik özü ağrı-acı deməkdir.
Turqum, məni öz başına dolandır,
Mən Yanquyam, yox, Alçiçək yalandır,
Alçiçəyəm, Yanqu mənim balamdır,
Dirrik özü ağrı-acı deməkdir.
Dostları ilə paylaş: |