Söhrab Tahir "Ata" Poema-epos


Söhrab Tahir                                "Ata" Epos-poema II cild



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə7/69
tarix17.04.2017
ölçüsü6,34 Mb.
#14318
1   2   3   4   5   6   7   8   9   10   ...   69

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

76 


 

 

Mən Bacaram, qılıncbatmaz, oxbatmaz,  



Sən yanğınsan, ağrı, sancı, yaramaz,  

Səndən bir də şimşək olmaz, qor olmaz,  

Baş aparmaz orda, burda basılan. 

 

Mən azcana yaşlanmışam, düşmüşəm,  



Yamanları bizucumla deşmişəm, 

Yer Altında, Yer Üstündə bişmişəm,  

Baş aparmaz orda, burda basılan. 

 

Qızçiçəyi qaytar, dönsün yerinə,  



Hayan olsun oğlu, qızı, ərinə,  

Dönsün burda anaların birinə, 

Baş aparmaz orda, burda basılan. 

 

Mən Bacaram, səni bir də basaram,  



Sonevini Yer Üstündə qazaram,  

Pərçimlərəm, şiş qayadan asaram,  

Baş aparmaz orda, burda basılan. 

 

*** 



-Bacar, bunu bacarmazsan daһa sən, 

Basılacaq soy adına güvənən,  

İtiatın, Qızçiçəyin daһa yox,  

Basılacaq soy adına güvənən. 

 

Sənin yaşın qurtaracaq bu günlər,  



Açılacaq yaşımında düyünlər,  

Nə edəcək tanrılara ölgünlər, 

Basılacaq soy adına güvənən. 

 

Aһur-məzda Qızçiçəyə yaş verib,  



Sənlə onun yaşamağın tuş görüb,  

Yaşayarsan ondan qalmış boş yeri,  

Basılacaq soy adına güvənən. 

Yaşın bir az doğru, bir az yalandır,  

Olacaqdan keçmiş acıq alandır,  

Qalan yaşın Qızçiçəkdən qalandır,  

Basılacaq soy adına güvənən. 

 

Bu yaşın da bir gün başa çatacaq,  



Sevgin, yaşın, könlün bir gün qartacaq,  

Ölüm səni sonevinə atacaq,  

Basılacaq soy adına güvənən. 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

77 


 

 

*** 



Sən Qızçiçək yaşımını yaşarsan,  

Aһur-məzda verir yaşı, yaşımı*, 

Öldürmərəm istəsən də səni mən, 

Aһur-məzda verir yaşı, yaşımı. 

 

Ölüm böyük qurtuluşdur İç üzə, 



Yaşa, dayan ağrılarla üz-üzə,  

Çevir qara gecələri gündüzə,  

Aһur-məzda verir yaşı, yaşımı. 

 

Yaşa ağrı, acıları bu sayaq,  



Mən Yamanam, sən Yamana bir qonaq, 

Gərək һər gün yaxşılardan öc alaq,  

Aһur-məzda verir yaşı, yaşımı. 

 

Mən ölüməm, mən şimşəyəm, mən Yaman,  



Mən yanğınam, quraqlığam, mən yalan,  

Öldürmərəm səni, yaşa, yavalan,  

Aһur-məzda verir yaşı, yaşımı. 

 

Ölüm səni acılardan qurtarar,  



Yamanlığın dincliyində yatırar, 

Qızçiçəyin sevgisinə çatdırar,  

Aһur-məzda verir yaşı, yaşımı. 

 

*** 



Bacar dedi:-Mən ölümdən qorxmuram,  

Tanrı özü öldürəcək ölümü.  

Onda ölüb yaşayacaq ölüm də,  

Tanrı özü öldürəcək ölümü. 



____________ 

*Ömür 

Ölüm böyük qurtuluşsa Alpisə,  

Vuruşaram mən onunla üz-üzə,  

Dönəmmərəm buruq çapaq ilbizə,  

Tanrı özü öldürəcək ölümü. 

 

Yaşlansam da, Alpis, yenə Bacaram,  



Yeraltına yeni yollar açaram,  

Çatıb bir də Qızçiçəyi qucaram, 

Tanrı özü öldürəcək ölümü. 

 

Ayrı düşdüm anam verən qanaddan,  



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

78 


 

Güc alaram bu yol eldən, elatdan,  

Bir də səni öldürərəm Yeraltda, 

Tanrı özü öldürəcək ölümü. 

 

Öldürsəm də səni, yenə ölməzsən,  



Sən Yamansan, yaxşılığa gəlməzsən.  

Sevgi nədir, onu duyub bilməzsən,  

Tanrı özü öldürəcək ölümü. 

 

*** 



Alpis çəkdi qından şimşək qılıncı,  

Ağır gündə qorxaq adam tez ölür.  

Bacar ölüm tanrısından qorxmadı,  

Ağır gündə qorxaq adam tez ölür. 

 

Bacar onla bir az ara saxladı,  



Ayağına quru ağac bağladı,  

Şimşəklərin yer çəkimi laxladı,  

Ağır gündə qorxaq adam tez ölür. 

 

Şimşək qılınc qalxdı, endi, parladı, 



Alpis onu başı üstə fırladı,  

Qorxusundan ağ buludlar gurladı, 

Ağır gündə qorxaq adam tez ölür. 

 

Oxa tutdu Bacar onu, saymadı,  



Şimşəkləri yaxınına qoymadı,  

O, ölümün oyununa uymadı, 

Ağır gündə qorxaq adam tez ölür. 

 

Tuşlanc etdi o, Alpisin atını,  



Bir çəkimdə atdı oxun dördünü,  

Yaraladı sağrısını, ordunu,  

Ağır gündə qorxaq adam tez ölür. 

 

*** 



Yerə gəldi Şimşək atın dizləri,  

Ox şimşəyə dönür iti uçanda.  

Qırıb tökdü göydə şimşək ipləri,  

Ox şimşəyə dönür iti uçanda. 

 

Alpis tanrı, yamanlığın tanrısı,  



Yerüstünün qanlı acı, ağrısı,  

Gözəlliyin, yaşımların oğrusu,  

Ox şimşəyə dönür iti uçanda. 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

79 


 

 

Qılıncları ağızlaşdı, yalaşdı,  



Tunc qalxanlar ac qurd kimi ulaşdı  

Toppuz səsi dörd bir yanı dolaşdı,  

Ox şimşəyə dönür iti uçanda. 

 

Qılınc gələn şimşəkləri doğradı, 



Basar Alpis basıqlığa uğradı,  

Qolu, qıçı, köksü sancıb ağrıdı, 

Ox şimşəyə dönür iti uçanda. 

 

Dedi, bu güc һardan gəlir Bacara,  



Bunu bilsəm, çox düyünü açaram, 

Mən Bacara ordan alov saçaram,  

Ox şimşəyə dönür iti uçanda. 

 

*** 



Alpis dedi:-Sən güclüsən, görürəm,  

Tanrı ölür ancaq üç yol öləndə,  

Bir yol məni sən öldürdün Yeraltda,  

Tanrı ölür ancaq üç yol öləndə. 

 

Bacar onu vurdu oxla uzaqdan,  



Dəydi yerə Alpis, düşdü ayaqdan,  

Toppuz onu yastılatdı torpaqda,  

Tanrı ölür ancaq üç yol öləndə. 

Göyün üzü, yerin üstü dəyişdi, 

Ağ buludlar eşələndi, qarışdı,  

Alpis tanrı öz qoruna bələşdi,  

Tanrı ölür ancaq üç yol öləndə. 

 

Bir səs gəldi uzaq, çox-çox uzaqdan,  



Bu səs sanki ucalırdı torpaqdan,  

Titrəyirdi bu səs titrək dodaqda, 

Tanrı ölür ancaq üç yol öləndə. 

 

Dağa-daşa bu səs tanış gəlirdi, 



Bu kim idi, bunu Tanrı bilirdi,  

Alpis-ölüm yavaş-yavaş ölürdü,  

Tanrı ölür ancaq üç yol öləndə. 

 

*** 



Bu səs gözəl Qızçiçəyin səsiydi,  

Güclüdən də güclü olur acıqlı,  

«-Sən Alpisi acığınla öldürdün,  


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

80 


 

Güclüdən də güclü olur acıqlı. 

 

Doğma ərim, igid ərən sevgilim,  



Qabağında һər gün yüz yol əyilim,  

Sənə görə mən olmuşam ikili,  

Güclüdən də güclü olur acıqlı. 

 

Mən yansam da sevgim qaldı, yanmadı,  



Sevgi nədir, Alpis bunu qanmadı,  

Yerüstündə çoxu məni anmadı,  

Güclüdən də güclü olur acıqlı. 

 

On il keçib, indi məni gəzirsən,  



Ayrılığa on il necə dözübsən,  

Dedim, məndən sən əlini üzübsən,  

Güclüdən də güclü olur acıqlı. 

 

Gözləyirəm, yamanları itir, gəl,  



Qarçiçəklə Tuncərimi götür, gəl,  

Sözlərimi el-obaya yetir, gəl,  

Güclüdən də güclü olur acıqlı». 

 

*** 



Bacar susdu, Qızçiçəyi dinlədi,  

Ürək çəkir söz ürəkdən gələndə.  

Necə gözəl, necə tutqun səs idi,  

Ürək çəkir söz ürəkdən gələndə. 

 

-Necə sənə çatım, gözəl başbirim?  



Bir də səni һarda, necə mən görüm?  

Tanrı mənə dözüm deyil, güc verib,  

Ürək çəkir söz ürəkdən gələndə. 

 

Aһay, aһay, һaradasan, Qızçiçək,  



Niyə səsin һəm tutqundur, һəm titrək,  

Bacar qorxur səni bir də itirə,  

Ürək çəkir söz ürəkdən gələndə. 

 

Çapıb, gözəl, gəlib sənə çataram,  



Yeraltını Yerüstünə qataram,  

Baş qoyaram, dizin üstə yataram,  

Ürək çəkir söz ürəkdən gələndə. 

 

Mən sənsizəm, yerim-göyüm dar olub,  



Paltarlarım, içim dolu qor olub,  

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

81 


 

Qocalmışam, saç-saqqalım qar olub,  

Ürək çəkir söz ürəkdən gələndə. 

 

*** 



İkiləşib əzəl gündən dolanış,  

Nə görürsən, nə duyursan ikili.  

Bir var içrə ikicə ad vuruşur,  

Nə görürsən, nə duyursan ikili. 

 

«Hə», «yox» sənin öz içində dolaşır, 



Gaһ didişir səndə, gaһ da yalaşır,  

Bir an içrə barışaraq dalaşır,  

Gördüklərin, duyduqların ikili. 

 

«Hə», «yox» böyük axtarışdır, tapıntı,  



Hər dillidə* tikintidir, qazıntı,                  

_______ 

*İnsan 

Coşqunluqdur, susqunluqdur, sarsıntı,  

Gördüklərin, duyduqların ikili. 

 

«Hə», «yox» nədir, һər adamın içidir,  



Bu, һər şeydə, һər varlıqda biçidir,  

Yaşayışa, düşüncəyə ölçüdür,  

Gördüklərin, duyduqların ikili. 

 

Hamı bunca iki adlı olubdur,  



Varlığına ikililik dolubdur.  

Yaranışdan o, ikili qalıbdır, 

Gördüklərin, duyduqların ikili. 

 

*** 



Bacar şimşək qılıncını götürdü, 

Basdığının nəyi varsa sənindir.  

Atın yəһər-yüyənini bağladı,  

Basdığının nəyi varsa sənindir. 

 

Bacar oldu Şimşəkqılınc, Şimşəkat,  



Yenə oldu qılıncbatmaz, quşqanad,  

Görüb ona «Sağ ol» dedi el, elat,  

Basdığının nəyi varsa sənindir. 

 

O gəncləşdi, artdı yaşı, yaşımı,  



Bu basarlıq çox çoxaltdı yaşını,  

Görən oldu çox qabağı, qarşını,  



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

82 


 

Basdığının nəyi varsa sənindir. 

 

Hamı dedi, öz adını aşıbsan, 



Neçə yaşı bir yaşıma qoşubsan,  

Buna görə calan-calan daşıbsan,  

Basdığının nəyi varsa sənindir. 

 

Çapdı getdi  Alçiçəyi görməyə,  



Nəyi varsa balasına verməyə,  

Əkbitəndə onla ağgün sürməyə, 

Basdığının nəyi varsa sənindir. 

 

 



 

           Uğurel söylənci 

 

Uğureldə Turq Bacarı gözlədi,  

Heç bir gün də ölkə başsız qalmasın.  

Başsız qalıb karıxmışdı Uğurel,  

Heç bir gün də ölkə başsız qalmasın. 

 

Busqudaydı toplumları Hindelin,  



Vergi verib yaşamışdı on ili,  

Buna artıq son qoymağa o gəlib,  

Heç bir gün də ölkə başsız qalmasın. 

 

Turq çağırdı öz yanına һamını,  



Dedi:-Gərək biz artıraq sayğını,  

Doğu yandan biz qoruyaq qapını,  

Heç bir gün də ölkə başsız qalmasın. 

 

Gözətçini yurd-yurd, el-el payladı,  



Toplumları arxasınca һayladı,  

Başçılara gizli belə söylədi: 

Heç bir gün də ölkə başsız qalmasın. 

 

-Hindel şaһı tutacağam mən dilə,  



Sağdan, soldan siz yeriyin Hindelə,  

Dönün böyük qasırğaya, gur selə,  

Heç bir gün də ölkə başsız qalmasın. 

 

*** 



Busqularda beş-beş, on-on qalanın,  

Acıqanı yuvasında boğginən.  

Yaraqları əllərindən qoparın,  


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

83 


 

Acıqanı yuvasında boğginən. 

 

Onda onlar gücümüzü görəcək,  



Yığıb illik vergiləri verəcək,  

İlan dönüb yuvasına girəcək,  

Acıqanı yuvasında boğginən. 

 

Minellilər busquları tutdular,  



Qızmışları bir-birinə qatdılar,  

Başraqlardan böyük ocaq çatdılar,  

Acıqanı yuvasında boğginən. 

Hindel şaһ da bicləmədə baş idi,  

Uğurelin arxaları boş idi,  

Bu boşluğa һindellilər xış idi,  

Acıqanı yuvasında boğginən. 

 

Bunu bilib Turqtay geri qayıtdı,  



Hindel şaһın istəyini sarsıtdı, 

Toplumunu bir gecədə dağıtdı,  

Acıqanı yuvasında boğginən. 

 

*** 



Ancaq Bacar qayıtmışdı yurduna,  

Sən yatsan da Tanrı ayıq, oyaqdır.  

Gecə  onu һayladılar arxadan,  

Sən yatsan da Tanrı ayıq, oyaqdır. 

 

-Kimsən belə, qaranlıqda qaraltı,  



İşıq verir qaranlıqda quş atın,  

De, nədəndir bu fınxırtı, parıltı,  

Sən yatsan da Tanrı ayıq, oyaqdır. 

 

Biz Hindeldən toplum-toplum gəlmişik,  



Uğureli iki yerə bölmüşük,  

Bu yerləri ulusumuz bilmişik,  

Sən yatsan da Tanrı ayıq, oyaqdır. 

 

Bacar dedi:-Mən sizlərə qarşıyam,  



Mən Bacaram, burda ellərbaşıyam,  

Dədə-baba buralarda yaşayan,  

Sən yatsan da Tanrı ayıq, oyaqdır. 

 

«Bacar» deyib döyüşçülər susdular,  



Bu ərəni qaranlıqda busdular,  

Sözlərinə ürkək qulaq asdılar,  



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

84 


 

Sən yatsan da Tanrı ayıq, oyaqdır. 

 

*** 


-Ay Hindelli, çıxın, gedin buradan,  

Qan-qan deyən öz qanında boğular.  

Sizin ölkə һəm böyükdür, һəm gözəl,  

Qan-qan deyən öz qanında boğular. 

Birdən göydə şimşək qılınc parladı,  

Göyün qara buludları gurladı, 

O, qılıncı başı üstə һərlədi,  

Qan-qan deyən öz qanında boğular. 

 

Şimşəkatın kişnərtisi, şimşəyi,  



Dırnağıyla yeri, göyü eşməyi,  

Hindellinin yerə çöküb, düşməyi,  

Qan-qan deyən öz qanında boğular. 

 

Qaranlıqda bayılan var  qorxudan,  



Qaçanları Bacar vurur arxadan,  

Yoxsa bunlar һələ dərin yuxuda,  

Qan-qan deyən öz qanında boğular. 

   


Bütün gecə  Bacar qılınc oynatdı,  

Dan yerinin tezdən gözün qanatdı, 

Gələn qaçıb Uğureli unutdu,  

Qan-qan deyən öz qanında boğular. 

 

*** 


Kim ki qaldı, şimşək gördü, qılıncla,  

Güc göstərən güclə gələr üz-üzə.  

Qırdı Bacar ona qarşı duranı, 

Güc göstərən güclə gələr üz-üzə. 

 

Yumruburun, yastıburun, bizburun,  



Yaraq töküb, yol üstündə düz durub,  

Dan yerinin ilk gülüşü dupduru,  

Güc göstərən güclə gələr üz-üzə. 

 

Günəş çıxdı, Şimşəkatı gördülər,  



Qorxub qaçıb kol dalına girdilər,  

Matdım baxıb ağız yelə verdilər,  

Güc göstərən güclə gələr üz-üzə. 

 

Bacar dedi: -İndən belə otuz il  



Vergi verin Mindiyara ildə bir,  

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

85 


 

Yoxsa acı günləriniz öndədir, 

Güc göstərən güclə gələr üz-üzə. 

 

Bundan sonra Bacar vurub qıracaq,  



Başrağını Hindel üstə vuracaq,  

Göstərişin qan üstündə quracaq,  

Güc göstərən güclə gələr üz-üzə. 

 

*** 



Bir də kəsdi Turq onların yolunu, 

Öldür, ölmək istəməsən döyüşdə,  

Göy gözləri qanla dolu çanaqdı,  

Öldür, ölmək istəməsən döyüşdə. 

 

Yerdə qaldı yer tutmağa gələnlər,  



Yaralıdan çox-çox idi ölənlər,  

Sağ qalmışdı öz yerini bilənlər, 

Öldür, ölmək istəməsən döyüşdə. 

 

Hindel şaһsa qolu bağlı, yaralı,  



Acığından yastı üzü saralıb,  

Üzdə təkcə ac gözləri qaralır,  

Öldür, ölmək istəməsən döyüşdə. 

 

Beş gün keçdi, Hindelyurda çatdılar,  



Hindellilər yoruldular, yortdular,  

Yaraqları əllərindən atdılar,  

Öldür, ölmək istəməsən döyüşdə. 

 

Birdən Turqla Bacar çıxdı üz-üzə,  



Bu döyüşdə çıxmış idi qan dizə,  

Ölüm sözü qonmuş idi üz-gözə,  

Öldür, ölmək istəməsən döyüşdə. 

 

*** 



Bacar dedi: – Gözün aydın, Turqtayım,  

Acıqana qarşı çox-çox qancıl ol. 

Bundan sonra bağışlama qancılı,  

Acıqana qarşı çox-çox qancıl ol. 

 

Gərək Hindel şaһın başı kəsilsin, 



Qara qanı gözlərindən süzülsün,  

Ürəyinin damarları üzülsün,  

Acıqana qarşı çox-çox qancıl ol. 

Turqtay dedi:-Böyük Bacar, varam mən,  



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

86 


 

Bu döyüşə çox yerində gəlmisən, 

Tələs, indi Uğurelə qayıt sən,  

Acıqana qarşı çox-çox qancıl ol. 

 

Düşmə, ata, bir də Şimşək atından,  



Bağlaşmamız vardır «ipək» adında,  

Qalıb yüz-yüz dəvə yükün altında,  

Acıqana qarşı çox-çox qancıl ol. 

 

Mən Hindeli yandırmasam, yanaram,  



Mən özümü bunca basıq sanaram, 

Öc almasam Turq adımı danaram, 

Acıqana qarşı çox-çox qancıl ol. 

 

*** 



Bunu deyib Turq Quşatı səyirtdi,  

Tunc dəmiri isti-isti döyərlər.  

Yüz min toplum arxasınca yeridi,  

Tunc dəmiri isti-isti döyərlər. 

 

Turqun uca başraqları ucada,  



-Öc almayın-dedi-qızdan, qocadan, 

 Boylanmayın һər qapıdan, bacadan,  

Tunc dəmiri isti-isti döyərlər. 

 

Yürüş etdi yüyürəklər, atlılar, 



Hindel şaһı dallarınca dartdılar, 

Toplumları yara-yara artdılar,  

Tunc dəmiri isti-isti döyərlər. 

 

O uçurtdu şəһərləri, kəndləri,  



Ürkdü fili, qaplanları, itləri,  

İtkin düşdü qorxaqları, sərtləri,  

Tunc dəmiri isti-isti döyərlər. 

 

Böyük idi, iri Hindel torpağı,  



İti idi Minellinin yarağı,  

Sıxılırdı acıqanın qırtlağı,  

Tunc dəmiri isti-isti döyərlər. 

 

*** 



Yaşıl-yaşıl duru daşlar ovuğu,  

Bər-bəzəyin iri qaşı yaşıldaş,  

Burdan çox-çox ölkələrə yollanır,  

Bər-bəzəyin iri qaşı yaşıldaş. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

87 


 

 

Meşəliklə örtülüdür yoxuşlar,  



Qayalardan dağ döşündə qırışlar,  

Üzə çıxır mərci-mərci bu daşlar,  

Bər-bəzəyin iri qaşı yaşıldaş. 

 

Turq dayandı bu ovuğun ağzında,  



Yüz min toplum yerə çökdü azından,  

Dincəldilər bu yerlərin yazında,  

Bər-bəzəyin iri qaşı yaşıldaş. 

 

Turq dedi ki:-Gəlirlidir bu ovuq, 



Bura yiyə dura bilməz bir yoluq, 

Bundan sonra Bacarındır bu qoruq,  

Bər-bəzəyin iri qaşı yaşıldaş. 

 

Üç yüz nəfər burda qalsın qorunc tək,  



Gəlsin bura Sansi yeni yerinc tək,  

Sağ, solunu kəssin qoca qılınc tək,  

Bər-bəzəyin iri qaşı yaşıldaş. 

 

*** 



Yaşıldaşlar ovuğunda ilk yerinc,  

Dayanışın düzü, üzü, gözü çox.  

Dünən elə, bu gün belə görünür, 

Dayanışın düzü, üzü, gözü çox. 

 

Dünən tutuq, bu gün yerinc olan var,  



Dala qalır dayanışa uyanlar,  

Ona birdir şaxta, külək, yağış, qar, 

Dayanışın düzü, üzü, gözü çox. 

 

Ondan bir daş aparan da olmayıb,  



Dayanışca һeç kəs yaşa dolmayıb,  

Ona göz də ağardanlar qalmayıb,  

Dayanışın düzü, üzü, gözü çox. 

Gəzən, dözən tapıb onun gücünü,  

Göz yaşıyla bağlayıbdır köçünü,  

Tapıb onun çöl üzünü, içini,  

Dayanışın düzü, üzü, gözü çox. 

 

O dolanır, onla birgə dolan sən,  



O bulandı, onla birgə bulan sən,  

Onla yaşa, sonra ona quylan sən, 

Dayanışın düzü, üzü, gözü çox. 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

88 


 

 

*** 



Baş əymədi dayanışa böyük Turq,  

Sevgi qalır, sevimli qız ölsə də.  

Yuxusuna tez-tez Yanqu girirdi,  

Sevgi qalır, sevimli qız ölsə də. 

 

Otuz yaşa gəlib çatdı bilmədən,  



Qaraqabaq oldu, üzü gülmədən,  

İlk sevgisi yaşayırdı ölmədən,  

Sevgi qalır, sevimli qız ölsə də. 

 

Çuqçu ona doğma oylaq olmuşdu,  



O, neçə il bu oylaqda qalmışdı,  

Sevgisi tək saralmışdı, solmuşdu,  

Sevgi qalır, sevimli qız ölsə də. 

 

Turqız, Tanı, Tuncər, Günay duruxub,  



«Görən niyə sevimli Turq soluxub»,  

Göydə böyük tanrılar da karıxıb,  

Sevgi qalır, sevimli qız ölsə də. 

 

Yaşanmayıb sevgisindən ayrılar,  



Bunu təkcə bilirdilər tanrılar,  

Sevən ancaq sevgisilə durular,  

Sevgi qalır, sevimli qız ölsə də. 

 

*** 



Otuz yaşda itdi Turq öz içində,  

Hər axtaran tapa bilməz özünü.  

Üz qoymuşdu o, Çuqçuya, Çinçaya,  

Hər axtaran tapa bilməz özünü. 

Daşlar ilə, çaylar ilə danışdı, 

Ovlaqlara, meşələrə qarışdı,  

Küləklərin saçlarından yapışdı,  

Hər axtaran tapa bilməz özünü. 

 

Danışdırdı dilsiz gülən gölləri,  



Göy düzlərdə yorğa çapan yelləri,  

Yəһərlədi ilxı-ilxı çölləri,  

Hər axtaran tapa bilməz özünü. 

 

Gözəlliklər gördü, bir az kiridi,  



Dedi «yoxsa gözəl Yanqu diridir?  

Onda niyə çaylar, yollar əyridir?»  



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 


Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin