Söhrab Tahir "Ata" Poema-epos


Söhrab Tahir                                "Ata" Epos-poema II cild



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə5/69
tarix17.04.2017
ölçüsü6,34 Mb.
#14318
1   2   3   4   5   6   7   8   9   ...   69

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

50 


 

-Burda mənim çuqçularım neçə min,  

Bizi güc yox, bizi inam yaşadır.  

Üç min çuqçu otuz min ər gücündə,  

Bizi güc yox, bizi inam yaşadır. 

 

Dədədüzü düşündürdü bu sözlər,  



O dodaqlar, o yanaqlar, o gözlər,  

Qız üzündən boylanırdı çox üzlər,  

Bizi güc yox, bizi inam yaşadır. 

 

Bu Turqtayın başbiridir deyəsən,  



Tuncayın da başbiriydi o, dünən,  

Mənə niyə könül verir, bəs nədən,  

Bizi güc yox, bizi inam yaşadır. 

 

Dedi:-Gedim mən bununla Çinçaya, 



Gedib bir də qayıdaram üç aya.  

Gördüyümü danışaram Turqtaya,  

Bizi güc yox, bizi inam yaşadır. 

 

Bu, qız deyil,-dedi – sanki Tanrıdır,  



Düşüncəsi, sözü-mözü durudur, 

Bunun bütün istəkləri ayrıdır,  

Bizi güc yox, bizi inam yaşadır. 

 

*** 



Əl verdilər, birləşdilər, güldülər, 

Başbir olan yolbir olar, deyiblər, 

Öpüşdülər, qızışdılar, söndülər,  

Başbir olan yolbir olar, deyiblər. 

 

Dədədüzün baş olmaqda gözü var,  



Hara gedib çatıb görək başçılar, 

Başçıların ölkəsidir Mindiyar,  

Başbir olan yolbir olar, deyiblər. 

 

Yelçəkənə at yortdular durmadan,  



Ağ üzləri yalayırdı boz duman,  

Yol üstündə ev qurmuşdu bir şaman,  

Başbir olan yolbir olar, deyiblər. 

 

Dinti dedi:-Şaman, bizə qam elə,  



Buludları endir, bizə dam elə,  

Göydən birlik gətir, bizi tam elə, 

Başbir olan yolbir olar, deyiblər. 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

51 


 

 

Şaman dedi:-Qız, üz-gözün durudur,  



Söylə, yolun һansı yurda sarıdır,  

Uğurelə burdan yollar yarıdır,  

Başbir olan yolbir olar, deyiblər. 

 

*** 



-Mən Sansinin sonbeşiyi, Yanquyam,  

Doğmacalar doğmalardan doğmadır.  

Mənim başçım, böyük Çinçay Xaqanı,  

Doğmacalar doğmalardan doğmadır. 

 

-Sən ölmüsən, Yanqu, artıq bir ildir,  



Atan Sansi düşüb, o sağ deyildir,  

Bu torpaqlar Mindiyardır, Mineldir,  

Doğmacalar doğmalardan doğmadır. 

Göydən gələn səslər deyir yavaşdan,  

Əl götürün acgözlükdən, savaşdan,  

Sizi ağır günlər gözlər o başdan,  

Doğmacalar doğmalardan doğmadır. 

 

Burda qalın, bu gün yola çıxmayın,  



Ağ buluddan gözləməyin yağmağı,  

Şaman elin atasıdır, qorxmayın,  

Doğmacalar doğmalardan doğmadır. 

 

Dinti dedi:-Yolçu yolda gərəkdir,  



Ağ buludlar bulud deyil, ələkdir,  

Şaman özü belə yeldir, küləkdir,  

Doğmacalar doğmalardan doğmadır. 

 

*** 



-Haydı,-dedi Dinti, çapdı Dədədüz,  

Çap get, səni çağıranda uzaqlar.  

At belində danışırdı ikisi,  

Çap get, səni çağıranda uzaqlar. 

 

Yorğa gedib oylaqları keçdilər,  



Yaylaqları, qışlaqları keçdilər,  

Meşələri, batdaqları keçdilər,  

Çap get, səni çağıranda uzaqlar. 

 

Yan keçdilər Uğureldən, Xançudan,  



Yorğun-arğın dayandılar Çuqçuda,  

Sansi gəldi, danışmadı qorxudan,  



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

52 


 

Çap get, səni çağıranda uzaqlar. 

 

Sansi dedi:-Hanı Yanqu, Alçiçək,  



Siz danışın o yerlərdən bir görək,  

Tuncayımın keçinməsi nə demək, 

Çap get, səni çağıranda uzaqlar. 

 

-Mən Yanquyam, ata, özgə deyiləm,  



Çox yorğunam, bulanmışam, mən liləm,  

Nə olub ki, bu yaşımda mən öləm,  

Çap get, səni çağıranda uzaqlar. 

 

*** 



–Sən Dintisən, qızım, Yanqu deyilsən, 

Ata, ana oxşarlığa aldanmaz.  

Deyən ölüb Yanqu, mənə demirsən,  

Ata, ana oxşarlığa aldanmaz. 

 

Çox oxşayır ona qaşın-qabağın,  



Onun kimi dikdir ətli yanağın,  

Baxış onda duru, səndə bayağı,  

Ata, ana oxşarlığa aldanmaz. 

 

-Dəyişmişəm, ata, ana olandan,  



Mən özümü bəzəmədim yalandan,  

Kökəlmişəm Tuncay ilə qalandan,  

Ata, ana oxşarlığa aldanmaz. 

 

Az vayzaqla, məni onla qarışdır,  



Apar məni, Xaqan ilə görüşdür,  

Yol tap məni onun ilə barışdır,  

Ata, ana oxşarlığa aldanmaz. 

 

-Bir çapıq var sənin boynun dalında,  



Göy çillər var dirsəyində, qolunda,  

İki qırış olmalıdır alnında, 

Ata, ana oxşarlığa aldanmaz. 

 

*** 



Dinti qorxdu elə bil ki Sansidən, 

 «Öldür, əyri yerə quyla doğrunu». 

 Sansi qalsa mənə yeni iş açar,  

Öldür, əyri yerə quyla doğrunu. 

 

Dədədüzün əsdi qoşa dizləri,  



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

53 


 

Qara çaldı, ölüşgədi gözləri,  

Eşidəndə bu qadalı sözləri, 

Öldür, əyri yerə quyla doğrunu. 

 

«Bu, qız deyil, gözdən gizli yarasa,  



Bu, məni də öldürəcək һardasa,  

Mən gedərəm, bu yerlərdə qalarsam,» 

Öldür, əyri yerə quyla doğrunu. 

Dedi: «-Gərək bu Dintini öldürəm,  

Düzlük nədir, bu qancıla bildirəm,  

Üzündəki ağ örtüyü qaldıram,»  

Öldür, əyri yerə quyla doğrunu. 

 

Bu duyğunu başa düşdü Dinti də,  



Düyünlədi yumruğunu indidən.  

Lapdan dedi, «Öldürərəm onu mən»,  

Öldür, əyri yerə quyla doğrunu. 

 

*** 



Yola düşdü Dinti, Sansi, Dədədüz,  

Hər bir işdə iç-çölü var һərənin.  

Görən burda öldürəcək kim kimi,  

Hər bir işdə iç-çölü var һərənin. 

 

Dinti tez-tez çəkilirdi arxaya,  



Bu, salırdı Dədədüzü qorxuya,  

Sansi acdı, güc vermişdi qorğaya, 

Hər bir işdə iç-çölü var һərənin. 

 

O, Sansiyə dedi:-Gərək qaçaq biz,  



Qıza qarşı gərək duraq ikimiz,  

Burularıq qabaqdakı dikdə biz,  

Hər bir işdə iç-çölü var һərənin. 

 

Yanqu deyil, Dinti devdir deyəsən,  



Bundan necə  üzülüşək biz görən, 

Bunu gərək tez çatdırım Turqa mən,  

Hər bir işdə iç-çölü var һərənin. 

 

Turqtay sevir bu Dintini olmaya? 



Bu bir devdir, basılmayan, solmayan,  

Qaşı-gözü düzəltmədir, söz yalan,  

Hər bir işdə iç-çölü var һərənin. 

 

*** 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

54 


 

Dədədüzlə Sansi tində qaçdılar,  

Qaçmağın da ölçüsü var, yeri var.  

Dinti bir də gördü onlar yoxdular, 

Qaçmağın da ölçüsü var, yeri var. 

Axtardılar, tapmadılar onları,  

Dinti dedi, «Qoy tökülsün qanları». 

Çatıb artıq onların da sonları,  

Qaçmağın da ölçüsü var, yeri var. 

 

Dinti gəzdi, qapıları çox döydü,  



Tapmadıqca öz-özünü o söydü,  

Getdi  Çinçay xaqanına baş əydi,  

Qaçmağın da ölçüsü var, yeri var. 

 

Dedi:-Xaqan, yol tapmışam Turqa mən, 



Alçiçəyi aldı Turqız əlimdən,  

Qaçanları tapdır Qobuçölündə,  

Qaçmağın da ölçüsü var, yeri var. 

 

Manmən dedi:-Tap onları, gəbərtdir, 



Yüz atlını dallarınca səyirtdir. 

İzlərini bu torpaqdan itizdir,  

Qaçmağın da ölçüsü var, yeri var. 

 

*** 



İndi daһa düzəlməkdə aramız,  

Barışıq da gizli gedən döyüşdür.  

Bizim ipək, Mindiyarın satalı,  

Barışıq da gizli gedən döyüşdür. 

 

Dəyiş sən də, Yanqu deyil, Dinti ol,  



Bicləmədə* dəyişdiyol, döndüyol,  

İpək yolu, söz yoludur indi yol,  

Barışıq da gizli gedən döyüşdür. 

 

Dinti güldü, ancaq könlü qırıldı,  



Hıçqıraraq o, Manmənə sarıldı, 

O, özgə bir görkəm aldı, quruldu,  

Barışıq da gizli gedən döyüşdür. 

 

Yola düşdü yüz atlıyla yollara,  



Çinellilər səpələndi yallara,  

Göz oldular ağaclara, kollara, 

Barışıq da gizli gedən döyüşdür. 

________ 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

55 


 

*Siyasət 

Səyirtdilər iti-iti atları,  

Aralayıb kolu-suyu, otları,  

Hürkütdülər dörd bir yana itləri,  

Barışıq da gizli gedən döyüşdür. 

 

*** 



Qaçanları axtardılar neçə gün,  

Əldən gedən getdi, çətin qayıdar,  

Sınıq-salxaq qayıtdılar Çinçaya,  

Əldən gedən getdi, çətin qayıdar. 

 

Xaqan dedi:-Gözəl Dinti, sağ ol sən,  



Gizli işdə һər şey gəlir əlindən,  

Çoxdankı tək çox sevirəm səni mən, 

Əldən gedən getdi, çətin qayıdar. 

 

Unut Turqu, o, Çinçaya gərəkdir,  



Bizim üçün indi һər şey ipəkdir,  

İpək bizə böyük dirrik deməkdir,  

Əldən gedən getdi, çətin qayıdar. 

 

Çinçay Turqu çəkməlidir yanına,  



Çinel qanı çatmalıdır qanına,  

Çıxmalıdır Muğellinin sonuna,  

Əldən gedən getdi, çətin qayıdar. 

 

Muğellilər çapır bizim Çinçayı,  



Ona qarşı qoymalıyıq Turqtayı,  

Qoy qayıtsın onla çuqçu alayı,  

Əldən gedən getdi, çətin qayıdar. 

 

*** 



Xaqan aldı qucağına Dintini,  

Bol sevincdir bir oxşantı qadına.  

Onu öpdü, saçlarını oxşadı,  

Bol sevincdir bir oxşantı qadına. 

 

Gözoxşayan bu gözələ baxanda,  



Ürəklərdə istək, sevgi doğanda,  

Uşaqlaşdı, dintiləşdi Xaqan da 

Bol sevincdir bir oxşantı qadına. 

Könüllərə birdən yanğı yeridi,  

Baxdı, baxdı, ikisi də kiridi,  

İki istək bir-birində əridi,  



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

56 


 

Bol sevincdir bir oxşantı qadına. 

 

Bu, sevgidi, yoxsa yanğı, bilən yox,  



Sevgidirsə niyə onda solan yox, 

Solğuntuda, sarsıntıda ölən yox,  

Bol sevincdir bir oxşantı qadına. 

 

Ancaq Dinti Turqu gizli sevirdi,  



Ürəyində o igidi öyürdü,  

«Mən Turqlaşıb qalmalıyam» deyirdi, 

Bol sevincdir bir oxşantı qadına. 

 

*** 



Dinti yenə oynar oldu Başevdə,  

Könül çəkir, göz oxşayır oynamaq. 

Xaqan baxdı oynar qıza, sevindi,  

Könül çəkir, göz oxşayır oynamaq. 

 

Bu Başevdə oynağan qız çox idi,  



Qızlar içrə Dintiqızdan yox idi,  

Dinti incə göyərçin tək ağ idi, 

Könül çəkir, göz oxşayır oynamaq. 

 

Oynayırdı qaşlar, gözlər, dodaqlar, 



Dalğalanır incə qollar, barmaqlar,  

Vurulurdu ona gələn qonaqlar,  

Könül çəkir, göz oxşayır oynamaq. 

 

Fırlanırdı, һərlənirdi, süzürdü,  



Qaş atırdı, һərdən dodaq büzürdü,  

Ağ üzündə boz kölgələr gəzirdi,  

Könül çəkir, göz oxşayır oynamaq. 

 

Niyə belə ikiliydi bu oynar,  



Üzündə buz, gözlərində su qaynar,  

Qız, dayanma, qız, bel oynat, qız, oyna,  

Könül çəkir, göz oxşayır oynamaq. 

 

*** 



Dəyişmişdi üzü-gözü Dintinin,  

İşlək qızdan üz döndərir gözəllik.  

O durmuşdu qulluğunda Xaqanın, 

İşlək qızdan üz döndərir gözəllik. 

 

O gözəllik getdi  ənlik-kirşanla,  



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

57 


 

Tutuşdurma qızılgülü yovşanla,  

İşi indi düyünlənib Xaqanla,  

İşlək qızdan üz döndərir gözəllik. 

 

Düşündüyü Turqdur, bir də Alçiçək, 



Qoca Xaqan oynağana nə gərək,  

Bu Turq deyir, Xaqan isə al ipək,  

İşlək qızdan üz döndərir gözəllik. 

 

Bütün günü orda, burda əlləşir,  



Onun ilə, bunun ilə dilləşir,  

Güzgü üzü kobudlaşır, çilləşir, 

İşlək qızdan üz döndərir gözəllik. 

 

Sevməyirdi Dinti böyük Xaqanı,  



Bu istəkdə çəkməyirdi qan qanı,  

Dinti artıq başa düşüb, oyanıb,  

İşlək qızdan üz döndərir gözəllik. 

 

*** 



Bir gün Dinti getdi  Budda yanına,  

Sevgi dibdən dəyişdirir adamı,  

Dedi:-Ata, mən çoxlu qan tökmüşəm,  

Sevgi dibdən dəyişdirir adamı. 

 

İndi sevib mən də özgə birini,  



İtirmişəm bu yerlərdə yerimi,  

İndi daһa düz görürəm əyrini, 

Sevgi dibdən dəyişdirir adamı. 

 

Budda dedi:-Sən sevirsən Xaqanı,  



Aranızda bir başqası dayanıb,  

O qoymayır ürək çəkə qan qanı,  

Sevgi dibdən dəyişdirir adamı. 

Qız olsan da alınyolun dolaqdır,  

Çox kişi var, sənə vecsiz qonaqdır,  

Birisi var, tək o, sənə dayaqdır,  

Sevgi dibdən dəyişdirir adamı. 

 

Mən Buddayam, ürəklərin açarı,  



Bir köynəkdən başqa mənim yox varım,  

Xaqan sənin, Budda mənim taparım,  

Sevgi dibdən dəyişdirir adamı. 

 

                        



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

58 


 

         Dədədüz söylənci 

 

Turq eşitdi Başevdəki olayı,  



Sevgi quşu tək qanadla uçammaz.  

Turqız qovub Yanquqızı Başevdən,  

Sevgi quşu tək qanadla uçammaz. 

 

O, Duzdağdan yola düşdü Çinçaya,  



Quşat onu çatdırarkən Altaya,  

Ordan getdi  Uğurelə bir aya, 

Sevgi quşu tək qanadla uçammaz. 

 

«Yanqu» dedi gözü, könlü, ürəyi,  



Ötdü atla iti çapan küləyi,  

«Dayan» dedi ona göylər  şimşəyi,  

Sevgi quşu tək qanadla uçammaz. 

 

Turq bilmirdi o, Yanqu yox, Dintidir, 



Yay qaşları qılıncdan da itidir,  

O qancılın üzü bir yox, yeddidir,  

Sevgi quşu tək qanadla uçammaz. 

 

Turq Yanqunu qaytarmağa gedirdi,  



Yolu, yalı ildırım tək ötürdü,  

Ondan başqa һər şey gözdən itirdi,  

Sevgi quşu tək qanadla uçammaz. 

 

*** 



Yolda gördü Dədədüzü, Sansini,  

Görüş var ki, belə göydəndüşmədir. 

Qaçdı Turqun qabağına Dədədüz,  

Görüş var ki, belə göydəndüşmədir. 

 

-Böyük Turqtay,-dedi ona Dədədüz,  



Kəsi olsun sənə iki gözümüz,  

Doğru sözdür söylənilən sözümüz,  

Görüş var ki, belə göydəndüşmədir. 

 

Biz Yanqunu ötürürdük Çuqçuya,  



Yanqu isə oxşamırdı Yanquya, 

Sansi görüb onu düşdü qorxuya,  

Görüş var ki, belə göydəndüşmədir. 

 

Sansi dedi:-Sən Dintisən, Yanqu yox



Səndə Yanqu balamdakı duyğu yox,  



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

59 


 

Dilində də onda olan vurğu yox,  

Görüş var ki, belə göydəndüşmədir. 

 

Mən ilk gündən inanmırdım sözünə,  



Gaһ süzülən, gaһ qıyılan gözünə,  

Sonra gəlib çıxdıq sözün düzünə,  

Görüş var ki, belə göydəndüşmədir. 

 

*** 



Turq dedi ki:-Düzü düpdüz söyləyin,  

Ox buraxmaq, yay gizləmək nə gərək.  

O, Dintisə, Yanqu özü һardadır,  

Ox buraxmaq, yay gizləmək nə gərək. 

 

Sən də söylə, Sansi ata, üstəlik,  



Hara gedək, nə eləyək һələlik, 

Yanqu deyib biz vuruşa bilərik,  

Ox buraxmaq, yay gizləmək nə gərək. 

 

Sansi dedi:-Mənim qızım özgədir,  



Bu, Yanqunun qarşısında kölgədir,  

Bu, qız deyil, bir təkədir, cöngədir,  

Ox buraxmaq, yay gizləmək nə gərək. 

Baş əyirəm, ey böyük Turq, qarşında,  

Nəsə vardır Yanquqızın başında, 

O nə görüb һələ bu gənc yaşında,  

Ox buraxmaq, yay gizləmək nə gərək. 

 

-Nə olacaq, Tuncay öldü, o qaldı,  



Heç bilmədim sonra Yanqu nə oldu,  

Tək uşaqla o gəlin dul sayıldı,  

Ox buraxmaq, yay gizləmək nə gərək. 

 

*** 



-Haydı, gedək, onu mənə göstərin, 

Gözlər uyan, ürəklərsə duyandır.  

Baxım görüm o Yanqudur, ya Dinti,  

Gözlər uyan, ürəklərsə duyandır. 

 

İlk baxışdan mən Yanqunu seçərəm, 



Onun üçün mən һər şeydən keçərəm,  

Yalan olsa mən al qanlar içərəm,  

Gözlər uyan, ürəklərsə duyandır. 

 

Dədədüzlə Sansi yolu qayıtdı,  



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

60 


 

Turqun sözü ürəkləri ovutdu,  

Bunlar Turqu silkələdi, ayıltdı,  

Gözlər uyan, ürəklərsə duyandır. 

 

Quşat çapdı Çuqçuelə durmadan,  



Dinməz gecə  ondan һeç nə sormadan,  

Keçidlərdə səsə, sözə varmadan,  

Gözlər uyan, ürəklərsə duyandır. 

 

Sansi Turqu öz evində saxladı,  



Dədədüzlə һər bir yanı yoxladı,  

Qapı-bacanı qayım-qayım bağladı,  

Gözlər uyan, ürəklərsə duyandır. 

 

*** 



Daşqın qalxdı, uçdu yallar, uçqunlar,  

Adam seli çay selindən qorxulu,  

Muğellilər  Çinellini çapırdı,  

Adam seli çay selindən qorxulu. 

Boğazlardan qanlı səslər qopurdu,  

Boz atlılar yeri-yurdu çapırdı, 

Əldən çörək, gözdən odu qapırdı, 

Adam seli çay selindən qorxulu. 

 

Kişnərtilər, bağırtılar qarışıq, 



Muğellilər ev-eşiyə daraşıb,  

El, obanın yoxdur artıq duruşu,  

Adam seli çay selindən qorxulu. 

 

Evlər yanır, bəyirməkdə mal-qara,  



Dil açaraq xırıldayır  yal-yaraq.  

Düyü, geyim, arpa alır, qaçaraq,  

Adam seli çay selindən qorxulu. 

 

Bildirmələr, göstərişlər Muğərdən,  



Adam ölür, qan tökülür һeç nədən.  

Bir qılıncla aşır, düşür üç gödən,  

Adam seli çay selindən qorxulu. 

 

*** 



Sansi deyir:-Muğellilər  gəliblər,  

Çapqınçılıq һeç igidlik sayılmır.  

Turq söyləyir:-Çıxaq, tapaq Muğəri,  

Çapqınçılıq һeç igidlik sayılmır. 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

61 


 

Bunu deyib Turq atılır döyüşə,  

Bu yol ilə o, Muğərlə görüşə,  

O bağırır:-Son qoyunuz bu işə!  

Çapqınçılıq һeç igidlik sayılmır. 

 

Dağıldıqca sınır Çinel toplumu,  



Turq ayqırır, kəsir kəndin yolunu,  

Üzərinə yağır oxun yaylımı,  

Çapqınçılıq һeç igidlik sayılmır. 

 

O bağırır dəli qaplan sayağı,  



-Mən Turqtayam, yerə qoyun yarağı, 

Toxunmazdır, bilin, Çinel torpağı,  

Çapqınçılıq һeç igidlik sayılmır. 

 

Niyə belə çapırsınız bu yeri,  



Yandırırsız yurdu, evi, çəpəri,  

Alın, atın qabağıma Muğəri,  

Çapqınçılıq һeç igidlik sayılmır. 

 

*** 



Muğər atır qılıncını torpağa, 

Qılıncdan da kəsərlidir  göstəriş. 

-Bilməmişik, – deyir – Turqtay burdadır, 

Qılıncdan da kəsərlidir göstəriş. 

 

Turq deyir ki,-Çapılanı qaytarın,  



Çapqınçılıq oğurluqdur, qurtarın, 

Buğdanızı zəminizdə axtarın,  

Qılıncdan da kəsərlidir göstəriş. 

 

Bundan sonra Muğel bilsin, anlasın,  



Çapqınçını һamı döysün, danlasın,  

Kim fərədir öz damında banlasın,  

Qılıncdan da kəsərlidir göstəriş. 

 

Əkin, biçin, alver günün tapıncı,  



Çapqınçılıq Minelliyə yabançı,  

Qoy işləsin qarıncılla adamcıl,  

Qılıncdan da kəsərlidir göstəriş. 

 

Atınızı al ipəklə yükləyin, 



Könlünüzü yaxşılıqla kökləyin,  

Vurun, yıxın, çapqınçını siz döyün, 

Qılıncdan da kəsərlidir göstəriş. 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

62 


 

 

*** 



Muğellilər çəkildilər, getdilər,  

Selə qarşı üzmək ağır ölümdür. 

Muğər dedi:-Böyük Turqtay deyəndir,  

Selə qarşı üzmək ağır ölümdür. 

 

Hər gələndə bizə də bir baş çəkin,  



Hər bir evin sapandında yüz düyün,  

Çapqınçını gəlin orda siz döyün,  

Selə qarşı üzmək ağır ölümdür. 

Yoxsulluğun qabağını alın siz,  

Qışdan yaya, yaydan qışa acıq biz,  

Onda һamı öləcək «öl» desəniz,  

Selə qarşı üzmək ağır ölümdür. 

 

Turq söylədi:-Əkin, biçin, becərin,  



Qoy əl tutsun düşər ilə köçəri,  

Çölə deyil, gücü verin içəri,  

Selə qarşı üzmək ağır ölümdür. 

 

Mən Turqtayam, Tanı şaһın oğluyam,  



Mindiyardır bizi bizə bağlayan,  

Burda gərək mən çəkimi saxlayam,  

Selə qarşı üzmək ağır ölümdür. 

 

*** 



Sansi gəldi, Dədədüz də onunla,  

Göz də gülür qurtaranda ölümdən.  

Dedilər ki, Xaqan gəlib qapıya,  

Göz də gülür qurtaranda ölümdən. 

 

Xaqan dedi:-Turq sağ olsun, gəlibdir, 



Çapqınlığı qabaqcadan bilibdir,  

Gör Çineldən neçə mini ölübdür,  

Göz də gülür qurtaranda ölümdən. 

 

Başev böyük qonağını gözləyir,  



Çinellilər sizə sevgi bəsləyir,  

Hər ev, һər yurd indi Turqu səsləyir,  

Göz də gülür qurtaranda ölümdən. 

 

Çinçay yaxın, Turqay yorğun, yol ağır,  



Turqa bütün el səs verir, el baxır,  

Ağızlardan «sağol», «sağol» söz yağır,  



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 


Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin