Söhrab Tahir "Ata" Poema-epos


Söhrab Tahir                                "Ata" Epos-poema II cild



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə6/69
tarix17.04.2017
ölçüsü6,34 Mb.
#14318
1   2   3   4   5   6   7   8   9   ...   69

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

63 


 

Göz də gülür qurtaranda ölümdən. 

 

«Yanqu» deyib Turq һər yanı gəzirdi,  



Ölmüş sevgi onu yenə üzürdü,  

Bu səs-küydən, һay-һəşirdən bezirdi,  

Göz də gülür qurtaranda ölümdən. 

 

*** 



Dinti onu qarşıladı qapıda,  

Sevgi dadlı-duzlu oyaq yuxudur. 

Yuxulaşıb Yanqu ona gülürdü,  

Sevgi dadlı-duzlu oyaq yuxudur. 

 

Turq əlilə ovuşdurdu gözünü,  



Bu yuxudan yan elədi üzünü, 

Qucaqladı Dinti Turqun dizini, 

Sevgi dadlı-duzlu oyaq yuxudur. 

 

Dedi:-Turqum, mən Dintiyəm, Yanqu yox,  



Mən sevgiyəm başdan-başa, yuxu yox, 

Öz sevgimdə Xaqandan da qorxum yox,  

Sevgi dadlı-duzlu oyaq yuxudur. 

 

Sənə sevgim məni bütün dəyişdi, 



Qandım dirrik döyüş deyil, duruşdu,  

Qancıl könlüm gözəlliklə barışdı,  

Sevgi dadlı-duzlu oyaq yuxudur. 

 

Səni deyib gəlmiş idim ora mən,  



Anan məni qovdu o gün Başevdən,  

Düz deyirəm һər bir şeyi, dinlə sən,  

Sevgi dadlı-duzlu oyaq yuxudur. 

 

*** 



-Söz ver mənə, dönməyəsən sözündən, 

Keç güc varkən əyri yoldan düz yola,  

Çılğınlığım, qancıllığım, keçmişim, 

Keç güc varkən əyri yoldan düz yola. 

 

Turq qaldırdı onu yerdən, söylədi: 



-Hamı böyük sevgisinə kölədi, 

Sevgi də var sən tək elə-belədi,  

Keç güc varkən əyri yoldan düz yola. 

 

Mən sevmişəm, aldanmışam, qızmışam,  



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

64 


 

Böyük sevgi yazısını pozmuşam, 

Yanquqıza oddan sonev qazmışam,  

Keç güc varkən əyri yoldan düz yola. 

-Nə deyirsən... Yanquqıza, sonev, sən,  

-Mən qazmışam ona düzü, sonev mən,  

Söylə, məni, ya Yanqunu sevirsən,  

Keç güc varkən əyri yoldan düz yola. 

 

-Nə deyirsən, mən Yanqunu sevirdim, 



O tanrıydı, sən tanrını devirdin,  

Sən məni də alt-üst etdin, çevirdin,  

Keç güc varkən əyri yoldan düz yola. 

 

*** 



O, acıqlı baxdı ağlar Dintiyə, 

Qız ürəyi sığmaz bunca ağrıya,  

Dedi:-Səni, Dinti, sevə bilmərəm, 

Qız ürəyi sığmaz bunca ağrıya. 

 

Söylə indi Yanqu һarda, nə yerdə,  



İtkin düşər, ya da ölər o, birdən, 

Onda gərək mən də səni gəbərdəm,  

Qız ürəyi sığmaz bunca ağrıya. 

 

-Yox, mən bütün dəyişmişəm, sev məni,  



Yaşadaram sevgim boyu mən səni,  

Dəyişmişəm bu günümlə dünəni,  

Qız ürəyi sığmaz bunca ağrıya. 

 

Mən sevgidə alınmazam, tanrıyam, 



 Varlığımla mən Turqtayın varıyam,  

Mənəm onu vuruşlardan qoruyan,  

Qız ürəyi sığmaz bunca ağrıya. 

 

-Yox, mən səni sevə bilməm, uzaq ol,  



İstəyirsən dəyiş, ulu ocaq ol,  

Get gözümün qabağından, iraq ol,  

Qız ürəyi sığmaz bunca ağrıya. 

 

*** 



Dinti getdi, qaş-qabaqlı, acıqlı,  

Nə olsa da son inamı saxla sən. 

Çalğıçılar, oynar qızlar gəldilər, 

Nə olsa da son inamı saxla sən. 

Xaqan, Turqtay oturmuşdu yan-yana, 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

65 


 

Sevinc, gülüş səpilirdi dörd yana,  

Oynayırdı çılğın, gözəl bir sona, 

Nə olsa da son inamı saxla sən. 

 

Dinti gözəl geyimdəydi, biçimdə,  



Ancaq bir od alışırdı içində.  

Sallaq idi, inam yoxdu gücündə,  

Nə olsa da son inamı saxla sən. 

 

Oynaq-oynaq gəldi Turqun önünə,  



O, baş qoydu Turqun enli çiyninə,  

Dedi:-Sevgi məni qoydu bu günə,  

Nə olsa da son inamı saxla sən. 

 

Bundan sonra Turqsuz necə  mən dözüm,  



Bil, Yanqunu mən öldürdüm, mən, düzü,  

Dintini də öldürərəm mən özüm,  

Nə olsa da son inamı saxla sən. 

 

*** 



Sonra Dinti tək oynadı ortada,  

Sönən işıq parıldayar son anda,  

Belə onu görməmişdi Xaqan da,  

Sönən işıq parıldayar son anda. 

 

Başevdəki sevinc aşıb-daşırdı,  



Maһnı qızın sümüyünə düşürdü,  

Dodaqaltı Xaqan maһnı qoşurdu,  

Sönən işıq parıldayar son anda. 

 

Birdən durdu Dinti, bərkdən çığırdı,  



Bunu görüb һamı birdən bağırdı,  

Ağ köksündən qan fışqırıb axırdı, 

Sönən işıq parıldayar son anda. 

 

Gəlib Turqun qabağında dayandı,  



Pal-paltarı qızıl qana boyandı, 

Qız öləndə Turqtay sanki oyandı,  

Sönən işıq parıldayar son anda. 

 

Köküs yarıb Dinti artıq ölürdü,  



Xaqan durub göz yaşını silirdi,  

Öncə bunu bircə Xaqan bilirdi,  

Sönən işıq parıldayar son anda. 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

66 


 

*** 


Necə  oldu çox şey belə dəyişdi,  

Yüz il çəkir yavaş-yavaş dəyişmək,  

Sevgi özü dəyişilməz dəyişkən,  

Yüz il çəkir yavaş-yavaş dəyişmək. 

 

Yoxsa min il gələn dədə yolu var,  



Dədənin də dədə-baba qolu var,  

Sonra gənc var, ağsaqqal var, ulu var,  

Yüz il çəkir yavaş-yavaş dəyişmək. 

 

Yay ilə qış altı aya dəyişir,  



Yer altında, yer üstündə döyüşür,  

Dəyişməyən ölülərə qarışır,  

Yüz il çəkir yavaş-yavaş dəyişmək. 

 

Hara belə dəyişirsən, dayanış,  



Dünən elə, bu gün belə oyanış,  

Dəyişməsə çürüyəcək yaranış,  

Yüz il çəkir yavaş-yavaş dəyişmək. 

 

Sevgi necə təpərlisən, qoçaqsan, 



Sən özün də dəyişənsən, qonaqsan,  

Dəyişməkdə sən tanrıdan qıvraqsan,  

Yüz il çəkir yavaş-yavaş dəyişmək. 

 

*** 



Baramadan ipək diddi Çinelli,  

Qan qussa da elin könlü ipəkdir, 

Əllərə bax, incə ipək toxuyur, 

Qan qussa da elin könlü ipəkdir. 

 

Turq öyrəndi burda ipək almağı, 



Baramadan ipək teli yolmağı, 

Toxuyarkən sapa arqac salmağı,  

Qan qussa da elin könlü ipəkdir. 

Çağırtdırdı Dədədüzü, Muğəri,  

Dedi:-Çapın yollar keçən yerləri, 

Uğureldən, Aladağdan az bəri,  

Qan qussa da elin könlü ipəkdir. 

 

Dedi:-Çatın ipəkləri atlara,  



Daşıtdırın elatlara, yurdlara,  

Satın getsin gənc qızlara, qartlara,  

Qan qussa da elin könlü ipəkdir. 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

67 


 

 

Dedi:-Çinel Minel ilə qonşudur,  



Könlü, gözü ipəkdən də yaxşıdır,  

Manmən Xaqan burda başlar başıdır,  

Qan qussa da elin könlü ipəkdir. 

 

*** 



Sansi dedi:-Mən də sizə əltutam,  

Barış öcü, qan-qadanı azaldır. 

Mən bu yolda һəm yolçuyam, һəm ata,  

Barış öcü, qan-qadanı azaldır. 

 

Burdan ipək, ordan bura qarayağ,  



Bu yol ilə öc aradan qalxacaq,  

Nəyə gərək qan axıdan yal-yaraq,  

Barış öcü, qan-qadanı azaldır. 

 

Muğər dedi:-Mən gedərəm bu işə,  



Bu yol ilə el-obamız dəyişər,  

Boş adamlar bir-birilə görüşər,  

Barış öcü, qan-qadanı azaldır. 

 

Mən bu işə ilxıları qoşaram,  



Mən bu yolla yaşadaram, yaşaram,  

Mən bu yolda dağı-daşı aşaram,  

Barış öcü, qan-qadanı azaldır. 

 

Yük altında atla dəvə düzgüsü*,  



Yol ayrıcı çaylar, göllər güzgüsü,  

Qayaların yazılmamış görgüsü, ** 

Barış öcü, qan-qadanı azaldır. 

_________ 

*Qatar  

**Lövһə 

*** 


Unutmadı Turq Yanqunu bir an da,  

Sevimlisiz sevgi yenə qalarmış.  

Çox axtardı sonevini, tapmadı,  

Sevimlisiz sevgi yenə qalarmış. 

 

Çuqçubaşı bir gün Turqu qucaraq,  



Dedi:-Qalır meşəlikdə bir ocaq,  

Ocaqdasa bir baş gördüm, bir çanaq,  

Sevimlisiz sevgi yenə qalarmış. 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

68 


 

Yollandılar onlar, birgə çaparaq,  

Qaralırdı meşəlikdə bir ocaq,  

Bir baş idi, iki qılça, bir çanaq,  

Sevimlisiz sevgi yenə qalarmış. 

 

Yanqu bilib sonevini qazdılar,  



Üzərində «Yanqu» sözü yazdılar,  

Sonra qoşa dayanaraq susdular,  

Sevimlisiz sevgi yenə qalarmış. 

 

Bir də qoşa ağladılar ikisi,  



Turqun bir də alovlandı sevgisi,  

Daş üstündə qaldı Yanqu görgüsü, 

Sevimlisiz sevgi yenə qalarmış. 

 

*** 



Gedim bir də başı üstə ağlayım,  

Gülüm, ölən göz yaşıyla göyərməz.  

Sevgim, bunca çox sıtqama, ağlama, 

Gülüm, ölən göz yaşıyla göyərməz. 

 

Bu sevgimi Yanqu, sən һeç bilmədin,  



Öldün, ancaq mənim üçün ölmədin.  

Bircə yol da sən üzümə gülmədin, 

Gülüm, ölən göz yaşıyla göyərməz. 

 

İndi sənsiz çırpınıram, yanıram,  



İlk görüşü һər gün, һər gün anıram,  

Qalx torpaqdan, səni diri sanıram,  

Gülüm, ölən göz yaşıyla göyərməz. 

Sevgi yolum, alın yazım pozuldu,  

Özgələşdin, əlim səndən üzüldü,  

Necə  incə, necə  uyar gözəldin,  

Gülüm, ölən göz yaşıyla göyərməz. 

 

Qol-boyunsan, gülüm, qarla, yağışla,  



Yazıq könlüm, bir də məni bağışla,  

Bu yağışdır yağan, yoxsa qarğışlar,  

Gülüm, ölən göz yaşıyla göyərməz. 

 

 



 

        Üç qardaş söylənci 

 

Yollar boyu zınqırovlu dəvə, at,  



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

69 


 

Dirdayaqlı uzun yollar kəsəndir,  

Yanlarınca Sansi, Muğər, Dədədüz, 

Dördayaqlı uzun yollar kəsəndir. 

 

Hərəsində dörd göz vardır, on qulaq,  



Dağda, düzdə yol dolambac, yol dolaq, 

«Yavaş, Daşqır düzgüləri çapaсaq,»  

Dördayaqlı uzun yolu kəsəndir. 

 

Min ağaclıq çölü, yolu yardılar,  



Uğurelə gecə çatıb durdular,  

Urumçinin Başevini sordular,  

Dördayaqlı uzun yolu kəsəndir. 

 

Bacar çıxdı, çal saçları dağınıq,  



Yuva qurub gözdə ağrı yağımı,  

Qar alıbdır sanki dağlar dağını, 

Dördayaqlı uzun yolu kəsəndir. 

 

Buyur-buyur, otur-otur, ye, iç, yat, 



Yoxdur daһa Qızçiçəklə İtiat,  

Yananları anır һələ yurd, elat,  

Dördayaqlı uzun yolu kəsəndir. 

 

 



*** 

Muğər dedi:-Səni deyib gəlmişik, 

Hər elatın bir dayağı olmalı,  

Səni anır, ağlamsınır Qarçiçək, 

Hər elatın bir dayağı olmalı. 

 

Tuncay öldü, sənin başın sağ olsun,  



Bundan sonra ağrın, acın yox olsun,  

Qoy kötükcən, Alçiçəyin çox olsun,  

Hər elatın bir dayağı olmalı. 

 

Bacar dedi:-Mənə bir at seç gətir,  



Yorğa olsun, çapar olsun, һəm iti, 

Uçarlığım, yenməzliyim tam itib,  

Hər elatın bir dayağı olmalı. 

 

İndi mənim kürəkənim Muğərdir,  



Dolaq-dolaq ipəkləri çəkərdir,  

Mən dördtəkər, osa qoşatəkərdir,  

Hər elatın bir dayağı olmalı. 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

70 


 

 

Sansi mənim oğlum, qudam, qardaşım,  



İndi təkəm, öz əlimdir, öz başım,  

Gəlin mənim dörd yanıma toplaşın,  

Hər elatın bir dayağı olmalı. 

 

*** 



Üç gün sonra yola düşdü düzgülər,  

Yollar alın qırışıdır ölkənin. 

İpək gəlir, göydaş gedir  yerində,  

Yollar alın qırışıdır ölkənin. 

 

Yollar sapdır, atlar muncuq düzümü,  



İpək, göydaş elin sevinc yozumu, 

Tut Çinçaya, Mindiyara üzünü,  

Yollar alın qırışıdır ölkənin. 

 

Əkbitənin satalları qızardı,  



Yoxsullaşıb sap satanlar sozardı, 

Al ipəyə, satıcıya bozardı,  

Yollar alın qırışıdır ölkənin. 

Turq gətirdi baramanı Duzdağa,  

Tut çubuğu basdırıldı torpağa,  

Qurd daraşdı ac-acına yarpağa,  

Yollar alın qırışıdır ölkənin. 

 

Baramadan sap əyirdi onçular,  



Hay-һəşirdən uzaqlaşdı qoçular, 

İpəkləşdi çörəkçilər, onçular,  

Yollar alın qırışıdır ölkənin. 

 

*** 



Üç il keçdi, doğu, batı yol oldu,  

Ölkə alver durumuyla diridir,  

Zənginləşdi Sansi, Muğər, Dədədüz, 

Ölkə alver durumuyla diridir. 

 

Qoşabaşlar gəlib yolda durdular,  



Gədiklərdə neçə busqu qurdular,  

Gələn-gedən düzgüləri vurdular,  

Ölkə alver durumuyla diridir. 

 

Burdan ipək, ordan göydaş, qarayağ,  



Düz yolları iki yandan çaparaq,  

Daşıyırdı qoşabaşlar atsayaq,  



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

71 


 

Ölkə alver durumuyla diridir. 

 

Qoşabaşın başbaşısı Çinelli,  



Ağız yekə, boy balaca, döş enli,  

Sözü, dili, danışığı һind dilli,  

Ölkə alver durumuyla diridir. 

 

Arayırdı, yükdə daş-qaş tapırdı,  



Nə görürdü qarmalayıb qapırdı, 

At qarışıq yükü alıb çapırdı,  

Ölkə alver durumuyla diridir. 

 

*** 



Sansi dedi Dədədüzə:-Ayıq ol,  

Oğru-moğru var yanında һərlənər,  

Qayğı məndən, qılınc çalmaq səndəndir,  

Oğru-moğru var yanında һərlənər. 

Meşəlikdə һənirti var elə bil,  

Yola burda oğru çıxdı keçən il,  

Qoşabaşlar od püskürür ildə bir,  

Oğru-moğru var yanında һərlənər. 

 

Birdən yola qoşabaşlar çıxdılar,  



Selə dönüb һay-küy ilə axdılar,  

Yaraqlılar matdım-matdım baxdılar,  

Oğru-moğru var yanında һərlənər. 

 

Sansi dedi:-Tərpən, igid Dədədüz,  



Üstümüzə oğru gəlir neçə yüz,  

Çapılarıq, soyularıq yoxsa biz, 

Oğru-moğru var yanında һərlənər. 

 

Dədədüzsə tərpənmədi yerindən, 



Durub baxdı, köks ötürdü dərindən, 

Sansi dedi:-İgid, vur, yıx, nərildə,  

Oğru-moğru var yanında һərlənər. 

 

*** 



Qoşabaşlar alıb getdi  yükləri, 

Öz yerində göstər, varsa, gücünü.  

Dədədüzü һoyladılar, söydülər,  

Öz yerində göstər, varsa, gücünü. 

 

Ağzı üstə düşüb Sansi ağladı,  



Oğru çəkdi, aldı yükün bağladı,  

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

72 


 

Biri dönüb Dədədüzü yoxladı,  

Öz yerində göstər, varsa, gücünü. 

 

Dedi:-Durma dirək kimi yolumda,  



Görmürsən ki, ağır yük var dalımda? 

Sən bizdənsən, yapış mənim qolumdan,  

Öz yerində göstər, varsa, gücünü. 

 

Sansi baxdı, üzü-gözü ağardı,  



Dədədüzə çox yalvardı-yaxardı,  

Yavaşcadan qoca ona qabardı,  

Öz yerində göstər, varsa, gücünü. 

 

Sansi dedi:-Sən dirəksən, ya adam,  



Çək qılıncı, vur oğrunu, sən, atam,  

Yoxsa qaçar qoşabaşlar durmadan,  

Öz yerində göstər, varsa, gücünü. 

 

*** 



-Kimə dirək söyləyirsən, qoşabaş, 

Birdən partlar dinməz ilə yovuşmaz,  

Çəkdi qından qılıncını Dədədüz, 

Birdən partlar dinməz ilə yovuşmaz. 

 

Vurdu, yıxdı, aldı, qırdı, bağırdı,  



Qoşabaşdan qanlı palçıq yoğurdu,  

O, Sansini yardımına çağırdı,  

Birdən partlar dinməz ilə yovuşmaz. 

 

Sərdi yerə qabağına çıxanı,  



Ağac, toppuz, qaya layı qalxanı, 

Kim yıxacaq bu  boydana buğanı,  

Birdən partlar dinməz ilə yovuşmaz. 

 

Qoşabaşlar yükü töküb əkildi,  



Dırmaşaraq dağa-daşa çəkildi,  

Gecə  keçdi, dan-gün yeri söküldü,  

Birdən partlar dinməz ilə yovuşmaz. 

 

Sansi dedi:-Niyə belə elədin,  



Yekə pərin ərənliyi belədi,  

Alçalt, öldür, qalan sənə kölədi,  

Birdən partlar dinməz ilə yovuşmaz. 

 

*** 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

73 


 

Beləsi var alçadanda güclənir,  

Öz-özünü oda vurur alçalan.  

Ulus özü, el özü də belədir,  

Öz-özünü oda vurur alçalan. 

 

Qoşabaşın üçü gözdən yayındı,  



Yerdə qalan öz qanında yuyundu,  

Sansi indi Dədədüzü bəyəndi,  

Öz-özünü oda vurur alçalan. 

–Çalış-dedi-sən nə alçalt, nə alçal,  

Özgənin yox, öz gücünlə sən ucal,  

Səsilə yox, qanadıyla quş uçar, 

Öz-özünü oda vurur alçalan. 

 

Muğər gəldi düzgülərin dalınca,  



Gəldi gördü Sansi üzgün, yarımcan,  

Gözlədilər ətə-qana dolunca,  

Öz-özünü oda vurur alçalan. 

 

Sonra onlar Əkbitənə yol aldı,  



Gəlirləri-götürləri bol oldu,  

Yeni-yeni satal yeri quruldu,  

Öz-özünü oda vurur alçalan. 

 

 



 

            Alpis söylənci 

 

Bacar gəldi sonevinə Tuncayın,  

Sonev üstə andın böyük gücü var. 

O and içdi Yanquqıza, Tuncaya, 

Sonev üstə andın böyük gücü var. 

 

-Balalarım, -dedi-sizə var sözüm,  



Mən taparam Yaman ilə Alpisi,  

Qılınclaram qancılları mən özüm,  

Sonev üstə andın böyük gücü var. 

 

Yeraltını yerüstünə qataram,  



Gedib bir gün Qızçiçəyə çataram, 

Gəlib burda yeni dirrik tutaram,  

Sonev üstə andın böyük gücü var. 

 

İtiatım, Qızçiçəyim yanıbdır,  



Ürəyimdə iki sevgi donubdur,  

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

74 


 

Könül quşum çöllüklərə qonubdur,  

Sonev üstə andın böyük gücü var. 

 

Hardasınız, Tuncərimlə Günayım?  



Çatsın sizə Ağüzeldə һarayım,  

Yeniyetmə getdi  igid Tuncayım,  

Sonev üstə andın böyük gücü var. 

 

*** 



Bacar gəldi Ağüzelə birbaşa,  

Susqun olmaz igid oğul itirən. 

Günay qara geyimdəydi һələ də,  

Susqun olmaz igid oğul itirən. 

 

Ata, ana, baba bunca susdular,  



Ürəklərə susqun qulaq asdılar, 

Boyunları çiyinlərə qısdılar,  

Susqun olmaz igid oğul itirən. 

 

Tuncər dedi:-Ata, torpaq anadır, 



Tuncaya da ulu torpaq doğmadır,  

Ondan qalan bircə dilsiz çağadır,  

Susqun olmaz igid oğul itirən. 

 

Günay susdu, yandı ana ürəyi,  



Çəkdi onu susqun körpə bələyi,  

Alçiçəkdi evin bircə dirəyi,  

Susqun olmaz igid oğul itirən. 

 

Bacar dedi:-Mən gedirəm Alt Yerə,  



Gedib görüm Qızçiçəyi son kərə,  

Yaşın verib, һəm də mənə güc verər,  

Susqun olmaz igid oğul itirən. 

 

*** 



Bacar çapdı, beş ay yeri dolandı,  

Yeraltı da Yerüstündən başlanır. 

Qızçiçəyi Yer Altında taparmı, 

Yeraltı da Yerüstündən başlanır. 

 

Çox çağırdı, çox səslədi, «Qızçiçək», 



Aldı onu at belinə yel, külək,  

Ancaq səsə səs vermədi dağ, çökək,  

Yeraltı da Yerüstündən başlanır. 

Ətək-ətək yaz gül-çiçək gətirdi,  



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

75 


 

Ağaclar da yumuq güllər yetirdi, 

Torpaq arpa, buğda, mərci bitirdi,  

Yeraltı da Yerüstündən başlanır. 

 

O, güllərdən Qızçiçəyi soruşdu,  



Yorğunluqdan söz ağzından sürüşdü,  

Arıqladı, üzü-gözü qırışdı,  

Yeraltı da Yerüstündən başlanır. 

 

Dedi:-Gülüm, һaradasan, һarada,  



Bu qədər yol nə deməkdir arada, 

Mənə səs ver, һaradasan oradan,  

Yeraltı da Yerüstündən başlanır. 

 

*** 



Birdən bir səs eşidildi yamacdan, 

İtən sevgi, küsən könül gül açmaz.  

-Qızçiçəyi Yeraltından qaçırtdın, 

İtən sevgi, küsən könül gül açmaz. 

 

Mən Alpisəm, ildırımlar tanrısı,  



Yeraltının odlu acı, ağrısı,  

Ölümlərin, yanğınların qurğusu,  

İtən sevgi, küsən könül gül açmaz. 

 

Biz sevgiyə güclə bata bilmədik,  



Qızçiçəyin yandı, ancaq ölmədi,  

Onu qovduq, yamanlıqdan silmədik,  

İtən sevgi, küsən könül gül açmaz. 

 

Onu daһa görməyəcək gözlərin,  



Gedib çatmır Yeraltına sözlərin. 

Yerüstündə çiçək tutub yüzləri,  

İtən sevgi, küsən könül gül açmaz. 

 

Çox bağırma, Qızçiçəyi səsləmə,  



O yamanlıq tanrısını gözləmə,  

Ona daһa yer sevgisi bəsləmə,  

İtən sevgi, küsən könül gül açmaz. 

 

*** 



Bacar dedi:-Səni bir yol basmışam,  

Baş aparmaz orda, burda basılan.  

Səni bir də vuruşmada basaram,  

Baş aparmaz orda, burda basılan. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 


Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin