Söhrab Tahir "Ata" Poema-epos


Söhrab Tahir                                "Ata" Epos-poema II cild



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə30/69
tarix17.04.2017
ölçüsü6,34 Mb.
#14318
1   ...   26   27   28   29   30   31   32   33   ...   69

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

374 


 

 

Atar baxdı, acığından  qıvrıldı, 



Tunqa qarşı acıqana çevrildi, 

Hər baxanda bir də öldü, dirildi, 

Sevənləri izləməkdən yoruldu, 

Sevgi yaşa, işə, gücə baxmayır. 

 

Bir gün güddü, qulağını şəklədi, 



Tunqu ovda yavaşcadan təklədi, 

Busqu qurdu, ordan başın diklədi, 

Sevgi yaşa, işə, gücə baxmayır. 

 

 



Oxu qoydu, yayı çəkdi, buraxdı, 

Qorxusundan bir az çaşdı, karıxdı, 

Ox dəymədi, atar lapdan duruxdu, 

Sevgi yaşa, işə, gücə baxmayır. 

 

Tunqər döndü, çapdı ona çaparı, 



Qılınc vurdu, yerə sərdi Atarı, 

Yüzbaşını qan götürüb apardı, 

Sevgi yaşa, işə gücə baxmayır. 

 

Tunqər dedi:-Daldan vurma iyidi, 



Bir də ovu, acıqanı at, iti, 

Sən kiminin gövdəsində ox bitir, 

Mənim isə bu qılıncım çox iti, 

Get özünü Yerincevə tez yetir, 

Sevgi yaşa, işə, gücə baxmayır. 

 

                    ***  

Atar öldü, başsız qaldı var-yoxu, 

Başa çatmır var, yer güdən sevgilər. 

Atar üçün ağı dedi Elçiçək, 

Başa çatmır var, yer güdən sevgilər. 

 

Sevgililər qırx  gün qaldı küsülü, 



Ayrılıban görüşləri kəsilir, 

Sevgilər var el obadan asılı, 

Kəbinləri öncə göydə kəsilir, 

Başa çatmır var, yer güdən sevgilər. 

 

Ağı yeri, alaçıqlar yığıldı, 



O ayrılıq, küsülülük dağıldı, 

Sevgiləri sanki bir də doğuldu, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

375 


 

Başa çatmır var, yer güdən sevgilər. 

 

Yenə ovlar, alaçıqlar, aullar. 



Gəldi yola ayrı düşən o yollar, 

Ova getdi sevgililər, oğullar, 

Başa çatmır var, yer güdən sevgilər. 

 

   Hindellə Uğurel Söylənci 

 

Sevgililər dağda, düzdə  ovdaydı, 

Hər bir şeyi kəsi vermə sevgiyə. 

Yerincyeri özbaşına qalmışdı, 

Hər bir şeyi kəsi vermə sevgiyə. 

 

Hindel Turqun yer-yurdunu nə bildi, 



Yaraqlısı Uğurelə təpildi, 

Ac qurd kimi kənd-kənd evə səpildi, 

Hər bir şeyi kəsi etmə sevgiyə. 

 

Basmarlayıb dağıtdılar, soydular, 



Yeyib, içib gərnəşməkdən doydular, 

Özlərini basar-kəsər saydılar, 

Hər bir şeyi kəsi vermə sevgiyə. 

 

Tunqər dedi: -Yerinc, Balaşq, Eldəbir, 



Uğureldə qan tökülür,var gedir, 

Özünüzü qancıllara  yetirin, 

Vurun, yıxın, işlərini bitirin, 

Hər bir şeyi kəsi etmə sevgiyə. 

 

Qalxdı böyük Mindiyarın başrağı, 



Turqər böyük Uğurelin dayağı, 

Qaldırdılar yuxarıya başrağı. 

Axdı körpə göz yaşının bulağı, 

Yandırdılar dağ başında ocağı, 

Yöndəm oldu döyüş,vuruş sınağı, 

Hər bir şeyi kəsi etmə sevgiyə. 

 

Tunqər göydə qılıncını hərlədir, 



Topbuzunu, biucunu fırladır, 

Dağ titrədən gur səsini gurladır, 

Hər bir şeyi kəsi etmə sevgiyə. 

                  *** 

Tunqun döyüş səsləncləri gurladı, 

Basar olur böyük inam yiyəsi, 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

376 


 

Oxlar gəlir Tunqərdən yan sovuşur

Basar olur böyük inanc yiyəsi. 

Yürüşdədir yüz min atlı, yaraqlı, 

Əyinlərdə tunc toxunma sırıqlı, 

Hamısı da tüklü, dəri papaqlı. 

Hindellinin alt geyimi balaqlı, 

Çoxu  çılpaq, çoxu yalın ayaqlı, 

Gələn görüb Tunqu, qollu-budaqlı, 

Yox oldular sanki əlli-ayaqlı, 

Basar olur böyük inam yiyəsi. 

 

Oxlar gəlir Tunqərdən yan sovuşur, 



İki toplum bir-birinə qarışır, 

Minellilər hindellilər qarpışır, 

Dəli kimi bir-birinə sarmaşır, 

Tunqər qılınc, topbuz ilə savaşır, 

Basar olur böyük inam yiyəsi. 

 

Birdən birə bir səs gəlir yovuqdan, 



Başçı olmaz hər bir qorma-qoduqdan, 

Öc alaram Tunq deyilən yoluqdan, 

Kumar, Daryaş  qalıb orda tutuqda, 

Tutuq kimi onlar durub qulluqda, 

Basar olur böyük inam yiyəsi. 

 

Tunqər dedi:-Sən də tutuq düşərsən, 



Qumu, yeri burnun ilə eşərsən, 

Ac-acına su içməkdən şişərsən, 

Gün altında ağnayarsan, bişərsən. 

Basar olur böyük inam yiyəsi. 

 

Minbaşılar bir-birilə üzləşir, 



Vuruşaraq  söyüşləşir sözləşir, 

Eniş, yoxuş ayaq altda düzləşir, 

Basar olur böyük inam yiyəsi 

 

Yelləndirir Başrağını Mindiyar, 



Ağızlaşır göydə iti qılınclar, 

Al  boyanır qanlı yerdə nə ki var, 

Yara üstdən gəlir yeni yaralar, 

Yaralıdır hər yaraqlı, hər çapar, 

Basar olur böyük inam yiyəsi. 

                 *** 

Yaralanır, düşür Balaşq, Eldəbir, 

Qanlı döyüş durum, dözüm istəyir. 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

377 


 

Hindellilər bu döyüşdən qaçırlar 

Qanlı döyüş durum, dözüm istəyir. 

 

Bizuc olur hər ölənin baş daşı, 



Yaralanır bu vuruşda minbaşı, 

Enir köksü üzərinə dik başı, 

Ağız burun bir-birinə qarışır, 

Əl uzadır o,Tunqərdən yapışır, 

Qanlı döyüş durum, dözüm istəyir. 

 

Deyir:-Məni, böyük Tunqər öldürmə, 



Hindellini mən yazığa güldürmə, 

Tutuq elə, ancaq bunu bildirmə, 

Qanlı döyüş durum, dözüm istəyir. 

 

Tunqər deyir:- Burax məni, çök yerə, 



Yoxsa qanın sovrulacaq göylərə, 

Qancıl gərək ayaq altda gəbərə, 

Qanlı döyüş durum, dözüm istəyir. 

 

Kumar səndən dözümlüdür döyüşdə, 



Duydum bunu mən Parseldə döyüşdə

Onun kimi sən də çəkin bu işdən, 

Qanlı döyüş dözüm, durum istəyir. 

 

Döyüş çəkdi burda üç gün, üç gecə, 



Uğurelə Tunqər, Basar dönüncə 

Eşitdi ki, ox dəyibdir Yerincə, 

Qanlı döyüş dözüm,durum istəyir. 

 

Tunqər tapdı Elçiçəyi yataqda, 



Uzanmışdı tunc geyimdə yataqda, 

Öpüş aldı o, saralmış yanaqdan, 

Qanlı döyüş dözüm, durum istəyir. 

 

 



Dedi:-Gözəl, keçib gedər yaralar, 

Ancaq qoyma mən sevgidən saralam, 

Toy çaldırıb mən də səni alaram, 

Qanlı döyüş dözüm, durum istəyir. 

 

Yerinc dedi:-Anam bilsə yaxşıdır, 



Alçiçəkdir, toy-düyünə qarşıdır, 

Turq yox olub, onun gözü yaşlıdır, 

Qanlı döyüş dözüm, durum istəyir. 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

378 


 

 

Tunqər bir az yığışdırdı özünü, 



Söyləmədi daha o, toy sözünü, 

Qız önündə yerə qoydu dizini, 

Üç yol öpdü Elçiçəyin gözünü, 

Qanlı döyüş dözüm, durum istəyir. 

 

                    *** 

Turq yox olub, gəlir ildə bir kərə, 

Tanrılıqdır üzdə gözdən yayınmaq. 

Tanrı ona tanrı dedi, ucaltdı, 

Tanrılıqdır üzdə gözdən yayınmaq. 

 

Qocalmışdı əl-ayağı əsirdi, 



Hərdən-birdən öz-özündən küsürdü, 

Olacaqlar qabağında susurdu, 

Tanrılıqdır üzdə gözdən yayınmaq. 

 

Ana Qurdun sonevində görünür, 



Görünəndə çöl işıga bürünür, 

Qurdlar, atlar dörd yanında sürünür, 

Tanrılıqdır üzdə gözdən yayınmaq. 

 

Turqız, Yanqu, Odərboydan, Alçiçək, 



Bu yerlərə o baş vurur təkbətək, 

Bu yerlərdə nə güıərdir,nə kövrək, 

Tanrılıqdır üzdə gözdən yayınmaq. 

 

Hərdən-birdən Odərpayı səsləyir, 



O, səsini səslilərdən gizlədir, 

Öz içində bir susqunluq bəsləyir, 

Tanrılıqdır üzdə gözdən yayınmaq. 

Alçiçəyin kəsik qalmış tay qolu, 

O gözlərdə, gilələrdə yaş dolu, 

Bunlar Turqun üz-gözündə duyulur, 

Tanrılıqdır üzdə gözdən yayınmaq. 

 

Tunqun toyu, yurd, elatlar çox oldu, 



On gün çəkdi, çoxluq, bolluq ağ oldu, 

Turq göründü, sonra lapdan yox oldu, 

Tanrılıqdır bunca gözdən yayınmaq. 

 

Toya gəldi az oturdu Alçiçək, 



Alçiçək yox, gözü dolu ağbiçək, 

Bu yaşda da o çevikdir, o göyçək, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

379 


 

Tanrılıqdır bunca gözdən yayınmaq. 

 

Toyda Tunqər bir şahsayaq geyimdə, 



Sərtüz sayaq bir sallanma çiynində, 

Duru daşlar parıldayır əynində, 

Tanrılıqdır bunca gözdən yayınmaq. 

 

Dəyişmişdi çöl üzünü Mindiyar, 



Lovğalıydı toyda qonaq olanlar, 

Deyinirdi hər gün toydan qalanlar, 

Çoxalmışdı lovğalıqlar, yalanlar, 

Tanrılıqdır bunca gözdən yayınmaq. 



    

             XX QAPI  

    Daryaş  Balaşq söylənci  

 

Parsel birdən qalxdı, durdu ayağa, 



Yerinc yıxır, şah devirir el gücü. 

Daryaş, Kumar sıralardan qovuldu, 

Yerinc yıxır, şah devirir el gücü. 

 

Vergi, bir də ölkələnmək istəyi, 



Yoxsa boldur əti, suyu, çörəyi, 

Kimdir bu yol tərpənişin dirəyi, 

Yerinc yıxır, şah devirir el gücü. 

 

At səyirtdi üç gün Tunqər durmadan, 



Balaşq burdan, Eldəbir də o yandan, 

Çəkil çiskin, çəkil bulud, sıx duman, 

Yerinc yıxır, şah devirir  el gücü. 

 

Beş yüz atlı gecə çatdı  Parselə, 



Çuqçular da qayıtmışdı bir belə, 

Qız toplumu yayılmışdı hər yerə, 

Yerinc yıxır, şah devirir el gücü. 

 

Yerincevi çevirdilər dustağa, 



Çuqçubaşı əl atmadan yarağa, 

Yerincevdən durdu getdi qırağa, 

Yerinc yıxır, şah devirir el gücü. 

 

Darvidel də qoşulmuşdu Parselə, 



Vergi sözü bir də düşdü hər dilə

Boz başraqdır döngələrdə yüksələn, 

Yerinc yıxır, şah devirir el gücü. 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

380 


 

 

Ağüzərin gəlib çatır çaparı, 



Deyir,Tunqər, atan səni axtarır, 

Deyir, ad qoy ora Parsel diyarı, 

Yerinc yıxır, şah devirir el gücü. 

 

Deyir, özü durub gəlsin bu yana, 



Hayan yeydir qoy getsinlər o yana, 

Görək gedir Parseldiyar hayana, 

Yerinc yıxır, şah devirir el gücü. 

 

Hamı susur, baxır Tunqa dolayı, 



Tunqər isə yeni bir yol arayır, 

O çağırır yaraqlanan alayı, 

Yerinc yıxır, şah devirir el gücü. 

 

Tunqər deyir:- Hamı evə çəkilsin, 



“Ək” çağıdır, arpa, buğda əkilsin, 

Parsdiyarda yeni evlər tikilsin, 

Yerinc yıxır, şah devirir el gücü. 

Mən Balaşqam, Balasqeldən gəlmişəm 

Çevik olur ordan, burdan gələnlər. 

Mən Parseli dönmə, qancıl sayıram, 

Çevik olur ordan, burdan gələnlər. 

 

-Mən Daryaşam, ölməmişəm acından, 



Beş yol ölüb dirilmişəm azından, 

Doğulmuşam Parseldiyar qızından, 

Çevik olur ordan, burdan gələnlər. 

 

-Mən Balaşqam, Tunqam, Turqun oğluyam, 



Minel Turan, Mındiyara bağlıyam, 

Pars önündə çətin çökəm, laxlayam, 

Çevik olur ordan, burdan gələnlər. 

 

-Mən Daryaşam, el demişəm çöllərə, 



Basılmışam Turqa azı dörd kərə, 

Elim ilə dilim düşüb dillərə, 

Çevik olur ordan, burdan gələnlər. 

 

-Mən Balaşqam, beş yüz atlım, yaraqlım, 



Tur gözəli, qızı qaymaq dodaqlım, 

Çinar boylu ərəm, kövrək budaqlı, 

Çevik olur ordan, burdan gələnlər. 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

381 


 

-Mən Daryaşam, qovulmuşam Hindeldən, 

Yer-yurd saldım, doğmalaşdım Mineldə, 

Mən qorxuram ancaq Darvidellidən, 

Çevik olur ordan, burdan gələnlər. 

 

Mən Balaşqam, Turqsoy adı almışam, 



Gəlib burda mən də yuva salmışam, 

Vuruşqanlar içrə ərən olmuşam, 

Çevik olur ordan, burdan gələnlər. 

 

Mən Daryaşam, Hindel soyam, sınığam, 



Öz yerimdən, öz yurdumdan atığam, 

Öz-özümdən, Mindiyardan yanığam, 

Çevik olur ordan, burdan gələnlər. 

 

Mən Turqsoyam, mən Tursoyam yenilməz, 



Özgə eldən gələn  burda sevilməz, 

Yurd atana burda kişi deyilməz 

Çevik olur ordan, burdan gələnlər. 

 

-Mən Parssoyam, burda uğur  tapmışam, 



İlk  yurdumdan qovulmuşam, sapmışam, 

Bu yerləri Mindiyardan qapmışam, 

Çevik olur ordan, burdan gələnlər. 

 

                   *** 

Üzləşmələr, deyinmələr, küsüllər, 

Deyinəndə güləşçilər üzülər. 

Balaşq, Daryaş özlərini öyürdü. 

Deyinəndə güləşçilər üzülər. 

 

Güləşçilər ağızlaşıb durdular. 



Deyinərək özlərini yordular, 

Olan qalan bağları da qırdılar, 

Deyinəndə güləşçilər üzülər. 

 

Tunqər dedi:-İndi durun, güləşin, 



Bu yer-yurdun torpağına bələşin, 

Basıq olsaz, basar olsaz birləşin, 

Deyinəndə güləşçilər üzülər. 

 

Balaşq, Daryaş iki qaplan,iki kəl, 



Qurşaqlaşıb güləşdilər əlbəəl, 

Dildən düşdü çox acılıq, çox əngəl, 

Deyinəndə güləşçilər üzülər. 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

382 


 

 

Qollardakı tunc dartımlar  çəkildi. 



Yerin bağrı, yurdun döşü söküldü, 

Köküslərdən tər su kimi töküldü, 

Deyinəndə güləşçilər üzülər. 

 

Qıçdan tutma, boyun burma, bel sıxma, 



Süpürləşmə, qarmalaşma, qol yığma, 

Dizə çöküb  eşələnmə, karıxma, 

Deyinəndə güləşçilər üzülər. 

Ay güləşçi, qıçdan-mıçdan tutdu yox, 

Başdan tutdu, baş, qulağı dartdı yox, 

“Dincəl” deyib ağzı üstə yatdı yox, 

Acıqlanıb birdən əl-qol atdı yox. 

Deyinəndə güləşçilər üzülər. 

 

Sıyrılmışdı  budlar, dizlər, dirsəklər, 



Cırmaqlanmış üzlər, döşlər, göbəklər, 

Od alırdı, qor tökürdü bəbəklər, 

Deyinəndə güləşçilər üzülər. 

 

Açılmışdı, tökülmüşdü qurşaqlar, 



Qurumuşdu susuzluqdan dodaqlar, 

Titrəyirdi yorğunluqdan ayaqlar, 

Deyinəndə güləşçilər üzülər. 

 

Güləşirdi Parsel ilə Mindiyar, 



Güləşdilər, tutaşdılar o ki var, 

Nə o basıq oldu, nə də bu basar, 

Deyinəndə güləşçilər üzülər. 

                

                *** 

Dağılışıb hamı getdi evinə, 

Bicləmədir güc sınamaq, baş qatmaq. 

Tunqər bunu öyrənmişdi, bilirdi, 

Bicləmədir güc sınamaq, baş qatmaq. 

 

Daryaş dedi:-Bunu belə qoymaram, 



Mən güləşə, yağlı dilə uymaram, 

Qan tökərəm, qan içərəm doymaram, 

Bicləmədir  güc sınamaq, baş qatmaq. 

 

On min ildir at oynadır Mindiyar, 



Bax, mənim də belə oynaq suçum var, 

Qoy dəyişsin olacaqlar, olanlar, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

383 


 

Bicləmədir güc sınamaq, baş qatmaq. 

 

Üstün olmaq istəyənə güc gərək, 



Dağıtmağa, uçurmağa öc gərək, 

Heçdən basar olmaq üçün bic gərək

Bicləmədir  güc sınamaq, baş qatmaq. 

-Parsellilər, çox getməyin  uzağa, 

Hər gün üç yol siz toplaşın ocağa, 

Yiyələnin bicləməyə, yarağa, 

Bicləmədir güc sınamaq, baş qatmaq. 

 

Bundan sonra hamı məni eşitsin, 



Ürəyində buzlaq varsa əritsin, 

Acığını vuruşmada  öyütsün 

Bicləmədir güc sınamaq, baş qatmaq. 

 

Ağüz bizə diyar adı veribdir, 



O anlaqlı gələcəyi görübdür, 

O qocalıb öz kefini sürübdür, 

Bicləmədir güc sınamaq, baş qatmaq. 

        

      Ata  öyüdü  söylənci 

 

Balaşq, Daryaş dayandılar üz-üzə, 



Üz-üzəlik gücləndirir başçını. 

Turqər getdi Əkbitənə gecəykən, 

Üz-üzəlik gücləndirər başçını. 

 

Ağüz toya getməmişdi susurdu, 



Minbaşılar  başbaşını büsürdü, 

Soyuq yellər aralıqda əsirdi, 

Üz-üzəlik güc gətirər başçıya. 

 

Tunq sıçraqlı qaynaq, qaynar ər idi, 



Onda iri, oynaq qırtlaq var idi, 

İşdə, gücdə, vuruşmada  qor idi, 

Üz-üzəlik güc gətirər başçıya. 

 

               *** 

(On min ildir bu yollardan keçirik 

Yol gedənlər yolu, yalı dindirin. 

Ata yolu, ana yolu bir olub, 

Yol gedənlər, yolu, yalı dindirin. 

 

Tunq “günaydın” səsləndirdi dağ,düzə, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

384 


 

İki “sağol” dedi gecə gündüzə, 

Əkbitəndə o baş əydi ağüzə, 

Yol gedənlər yolu, yalı dindirin. 

Dedi: -Ata, bir də məni bağışla, 

Məni nə öy, nə döy, nə də alqışla, 

Yağsın Parsel üzərinə qarğışlar, 

Yol gedənlər, yolu, yalı dindirin. 

 

Diyar adı verdin ona çəkinmə, 



Görək necə dolanırlar əkinlə, 

Parsel bizə yapıq deyil kəbinlə, 

Yol gedənlər, yolu, yalı dindirin. 

 

               ***  

-Ata, elə sən deyənlər doğrudur

Keçmiş soydur gələcəyi görənlər. 

Mindiyarsız Parsel  boşdur, maraqsız, 

Keçmiş soydur gələcəyi görənlər. 

 

Ac qalacaq, gedə bilməz səpinə, 



Batacaqdır yoxsulluğun dibinə, 

Düşəcəkdir çoxlu-çoxlu çətinə, 

Keçmiş soydur gələcəyi görənlər. 

 

Yaraqlımız iki mindir orada, 



Balaşq gəlib Balasqeldən arada, 

Diyar hara, Darvid, Parsel harada, 

Keçmiş soydur gələcəyi görənlər. 

 

Ac qalarsa bunu bizdən biləcək, 



Tək qalanda o özünə gələcək, 

Darvidellə torpaqları böləcək, 

Ayıq olaq, sayıq olaq, biz gərək, 

Keçmiş soydur gələcəyi görənlər. 

 

Ağüz dedi:-Yaman artıb, dolubsan, 



Qancıllardan vergi yox, öc alırsan, 

Sən bu gündən Minminbaşı olursan. 

Keçmiş soydur gələcəyi görənlər. 

 

Özbaşına olma, belə yaramaz, 



Özünə gəl, oğul bala sən bir az, 

Sənin əlin altındadır, bil,az-maz, 

Uğurellə, Muğel, Çinçay, Buzboğaz, 

Keçmiş soydur gələcəyi görənlər. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

385 


 

Tunqər bir az bürmələnib qısıldı. 

Yaxşı ata əl çatmayan zirvədir, 

Elçiçəklə toy düyündən utandı 

Yaxşı ata əl çatmayan zirvədir. 

 

Hər dikbaşlıq yekəbaşlıq gətirər, 



El içində ad-sanını itirər, 

Azğın edər, düşgünlüyə ötürər, 

Yaxşı ata əl çatmayan zirvədir. 

 

Tunq başını lap-lap saldı aşağı, 



O belindən açdı ağır yarağı, 

Qoydu yerə yazıq-tutuq sayağı, 

Yaxşı ata əl çatmayan zirvədir. 

 

Ata durdu öz oğlunu yanladı, 



Dedi:-Oğul,yaxşı məni anladın, 

Öz içində öz-özünü danladın, 

Yaxşı ata əl çatmayan zirvədir. 

 

Götür gəzdir Eldəbiri yanında, 



Turqsoyluğun  soykökü var qanında, 

Utancaqdır, üzü yoxdur onun da, 

Üzü qara olub ana yanında, 

O ərəndir, ancaq ana donunda, 

Yaxşı ata əl çatmayan zirvədir. 

 

Nə edirsən mənə də de, mən bilim, 



Pis ayaqda yardımına mən gəlim, 

Gərək olsa vuruşaraq lap ölüm, 

Yaxşı ata əl çatmayan zirvədir. 

 

Saxla, yedirt üç yol yüz min toplumu, 



Məndən, ondan öyrən bunun yolunu, 

Daha bunlar sənə uspurd olunur. 

Yaxşı ata əl çatmayan zirvədir. 

 

Tunq, Eldəbir Uğurelə çapdılar, 



Harda olsa sevgi çəkir sevəni, 

Boylu idi gözəl Yerinc Elçiçək, 

Harda olsa sevgi çəkir sevəni. 

Görüşdülər, sevişdilər, daşdılar, 

Sel-su olub dağı-daşı aşdılar, 

Dinc günlərin  axarında çaşdılar, 

Harda olsa sevgi çəkir sevəni. 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

386 


 

 

Ataroğlu Eldəbiri yanladı, 



Toyuq kimi qırıq-qırıq banladı, 

O,Tunqəri, Elçiçəyi danladı, 

Harda olsa  sevgi çəkir sevəni. 

      


     Ana  öyüdü  söylənci 

 

Anasından yuxu gördü Eldəbir, 

Ata, ana qoşa tanrı deməkdir. 

Dedi “-Oğlum, sən də evlən ata ol”, 

Ata, ana qoşa tanrı deməkdir. 

 

“Bir qız vardır, oğlum”-dedi- “mən adda”, 



“O yoxsuldur, qoyma onu it-batda

Get sev onu, qabağında diz qatda, 

Ata, ana qoşa tanrı deməkdir. 

 

Dedi : “oğlum, məni axtar, məni an, 



Mən buludam, mən çiçəyəm, mən duman, 

Yaradıbdır məni belə yaradan, 

Ata, ana qoşa tanrı deməkdir. 

 

Duman səni gəzər, tapar, yoxlayar, 



Yara alsan bulud onu bağlayar, 

Yazıq olsan çiçək sənə ağlayar, 

Ata, ana qoşa tanrı deməkdir” . 

 

Oğul dedi: - ana, məni bağışla, 



Ana dedi: “Çaysan, selsən, alışqan, 

Qoy tutmasın səni sellər, qarğışlar, 

Ata, ana qoşa tanrı deməkdir”. 

 

“Ana” deyib o yuxudan ayıldı, 



“Ana” deyib o yenidən bayıldı, 

Ürəyindən ağrı, acı yuyuldu, 

Ata, ana qoşa tanrı deməkdir. 

Getdi bunu Dəmirqıza danışdı, 

Dəmirqız da bu yuxuya qarışdı, 

Gəzib-gəzib  bir yoxsuldan yapışdı, 

Ata, ana qoşa tanrı deməkdır. 

 

Anasının adındaydı “Qızana” , 



Dedi:-Qızım, kimdir atan, kim anan, 

Səni gözəl yaradıbdır yaradan, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 


Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin