Söhrab Tahir "Ata" Epos-poema II cild
336
Saуınızla tuşlaşıbdır ulduzlar,
Qoу böуüsün, kiçilməsin uluslar,
Qoу səslənsin һər bir уerdə qopuzlar,
Toplu olun, dağılmasın sıranız.
Turq başçıdır, özünüzə «Turq» deуin,
Yaman gəlsə, nə söуləsə, «уox» deуin,
Ac olanda özünüzə «tox» deуin,
Toplu olun, dağılmasın sıranız.
Mənim ilkin balalarım, ərlərim,
Buzboğazdan Körfəzəcən уerləri
Yamanlara уer verməуin, döş gərin,
Toplu olun, dağılmasın sıranız.
Qabaqdadır altı böуük inanış,
Qabaqdadır һələ neçə oуanış,
İnanışla dolanacaq daуanış,
Toplu olun, dağılmasın sıranız.
Ağır gündə məni deуin, səsləуin,
Mən arxaуam, mənə inam bəsləуin,
Hər bir уerdə, işdə ölçü gözləуin,
Toplu olun, dağılmasın sıranız.
***
Turq düşündü:-Bunlar qızıl öуüddür,
Hər barışda gərək olur qılınc da.
Çox da olma bunca tükü уumuşaq,
Hər barışda gərək olur qılınc da.
Körfəz-Çinçaу boуu təkşaһ olaram,
İki ölkə boуu уollar salaram,
Mən qaraуağ verib ipək alaram,
Hər barışda gərək olur qılınc da.
Hələ qalır üç уanımda acıqan,
Tanrı olmaq nəуə gərək уalandan,
Nə tanrılıq, уerdə Yaman qalanda,
Hər barışda gərək olur qılınc da.
Gərək gedəm, Yeraltına addaуam,
Çəkəm уaman tanrıları ortaуa,
Məni görcək bağırları çatdaуa,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
337
Hər barışda gərək olur qılınc da.
Çinçaу ilə gərək bir də barışaq,
Bu ölkəуə bir su olub qarışaq,
Bir ağaca iki уandan уapışaq,
Hər barışda gərək olur qılınc da.
Yerdə Minel, göydə Tanrı başrağım,
Doğu-Batı mənim qızıl qurşağım,
Odərpayla Sərtüz yanar ocağım,
Hər barışda gərək olur qılınc da.
VI B
ölmə
, XIX QAPI
Yay gedirdi, qış gəlirdi bir ildə
Qolboyundu yaranışla dolanış.
Əkin-biçin, ölüm-itim yan-yan
Qolboyundu yaranışla dolanış.
Buz salxımlar çaylaqların əmziyi,
Döyəc külək sovururdu çəltiyi,
Yer, göy, su, yel-tanrıların birliyi,
Qolboyundu yaranışla dolanış.
Pislik solub hamılıqla pislənir,
Yaxşılığın tanrı payı gözlənir,
İkisi də varlıq kimi səslənir,
Qolboyundu yaranışla dolanış.
Yoxsul oldun sən utanma, sıxılma,
Sırtıq üzlə hər bir yerə soxulma,
Aclıq, toxluq qabağında yıxılma,
Qolboyundu yaranışla dolanış.
Bil ki, tanrı səni gizli sınayır,
O bu sayaq varlıları qınayır,
Dan yerinin gözü bundan qanayır,
Qolboyundu yaranışla dolanış.
Yoxsul çoxdur, o, tanrıya yaxındır,
Yoxsul saysız, varlı təkbir yığındır,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
338
Bu yan susqun, o yan küydür, çovqundur,
Qolboyundu yaranışla dolanış.
Varlıq iki qıçı üstə dayanıb,
Hər yer göyə, yaşıllığa boyanıb,
Bizlə su da, daş da yatıb oyanır,
Qolboyundu yaranışla dolanış.
Ər-arvaddır yer ilə göy əzəldən,
Biri yağır, biri yığır deyəsən,
Boğuşurlar, barışırlar yenidən,
Qolboyundu yaranışla dolanış.
***
Ağüzərin ilk artası Tunq idi,
Unudulmur ilk beşiklə son beşik.
Tunq böyüdü, çatdı onbeş yaşına,
Unudulmur ilk beşiklə son beşik.
İkiliyin ilk sevgili uşağı,
İnanc oldu ilk sevginin sınağı,
Qulaqlardan gəlməkdəydi sorağı,
Unudulmur ilk beşiklə son beşik.
On yaşında oxdan, yaydan yapışdı,
Qurdlar ilə, ayılarla tapışdı,
Aslanlarla üzləşəndə qapışdı,
Unudulmur ilk beşiklə son beşik.
Ağüz hərdən balasını izlədi,
Onu qorxunc yırtıcıdan gözlədi,
Tanrıları yardımına səslədi,
Unudulmur ilk beşiklə son beşik.
Şaxta, külək, duman, yağış, bürkülər,
Nəriltilər, ulaşmalar, ürkülər,
Uyuşmuşdu ona qurdlar, tülkülər,
Unudulmur ilk beşiklə son beşik.
Axmazlardı parıldayan güzgüsü,
Göyqurşağı çaylar üstdən körpüsü,
Buludlarsa güzgülərin silgisi,
Unudulmur ilk beşiklə son beşik.
Atdan düşüb hərdən ayı minirdi,
Meşəlikdən düzənliyə enirdi,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
339
Yağışlarda şıdırğıya dönürdü,
Unudulmur ilk beşiklə son beşik.
Tunq meşənin, dağın, çölün yiyəsi,
Tunq küləyin, qar-çovğunun şəpəsi,
Tunq sel-suyun, qasırğanın löhməsi,
Unudulmur ilk beşiklə son beşik.
O gedirdi öz başına hər yerə,
Ağüz onu tapşırmışdı gör-görə,
Itirmişdi onu ata üç kərə,
Unudulmur ilk beşiklə son beşik.
***
Ululardan danışırdı oğluna,
Gücər,Turər,Üstüağla,Turq,Tanı,
Qızağ, Mindon,Turqız, Bacar, Qızçiçək,
Gücər,Turər, İşdayaqla Turq,Tanı,
Buzboğazdan Cütçayadək Mindiyar,
Minel idi, Muğel ilə Onçular,
Danışırdı öz oğluna, nə ki var,
Gücər, Ərtur, Qızağ, Düzər, Turq,Tanı.
O deyirdi, Minel tanrı dayağı,
Minel basmaz özgə qonşu torpağı,
Acıqana qarşı tutar yarağı,
Gücər,Turər,Qızağ,Bacar,Turq,Tanı.
Pis ayaqda tanrısını səsləyər,
Dinclikdə də at, mal-qara bəsləyər,
Qıtlıqlarda ad-sanını gözləyər,
İşdayaqla, Üstüağla, Turq, Tanı.
Ata dedi:-Döyüşlərdə ayıq ol,
Ölkədəsə doğmalardan sayıq ol,
Uluların kimi yurda duyuq ol,
Ağqurd Alpan, Manay, Günay, Turq, Tanı.
Döyüş, vuruş minellilər kimi sən,
Vermə Minel başrağını əlindən,
Acıqanı susdur, sonra vur birdən,
Odərboydan, Tuncər, Qaraş, Cumərtək.
Qorxudmasın səni sıxma-boğmalar,
Dörd yanında yığmalardan yığmalar,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
340
Sənə yaxın olacaqdır doğmalar,
Qayaquşla, Ağquş, Bozqurd, Turq,Tanı.
Bil ki, bunlar ölüblərsə qalıblar,
Oğul, bunlar belə ad-san alıblar,
Hamı tanrı görkəmində olublar,
Muğər, Tuncay, Arıq, Qızay, Turq, Tanı.
Basılmayıb acıqana, qancıla,
Qalıb Gümüş Çevrəsində yazılar,
O çevrədən bizə işıq saçılar,
Bölgəmiçlə, Ərqayayla, Turq, Tanı.
Sevgisiylə, qılıncıyla ad qoyub,
Bicləməni, aldanmanı tez duyub,
Özlərini Mindiyarda var sayıb,
Yanqu, Sansi, Alçiçəklə, Turq, Tanı.
Oğul bala, yenilməz ol, Turq kimi,
Yaşad, yaşa artan kimi Tunq kimi,
Keç qancılın ürəyindən ox kimi,
Sənə baxır Qarbaş, Qızod, Turq, Tanı.
Başev söylənci
Mindiyarda üçyüz mindən çox olub,
Dolaqlılar, yaraqlılar, atlılar.
Gözləritək qoruyublar ölkəni,
Dolaqlılar, yaraqlılar, atlılar.
Sən yaşdaydı Odərboydan öləndə,
Hamı ondan çəkinirdi gələndə,
Minel çökdü öldüyünü biləndə,
Dolaqlılar, yaraqlılar, atlılar.
Tunq söylədi:-Ata,bu, bir yarışdır,
Çoxdan çoxu savaş ilə barışdır,
Bu, ölkəyə dəmir-dözüm duruşdur,
Dolaqlılar, yaraqlılar, atlılar.
Məni apar döyüşlərə özünlə,
Görüm vuruş yerlərini gözümlə,
Yox, ər olmaz sənin yağlı sözünlə,
Dolaqlılar, yaraqlılar, atlılar.
Mən oxşamaq istəmirəm onlara,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
341
Ad-san gərək boyanmasın qanlara,
Qızıl, gümüş sovrulmasın yanlara,
Dolaqlılar, yaraqlılar, atlılar.
***
Ağüz dedi:-Mən boşluyam Turqərə,
Borcu gərək qaytarasan üzüağ.
Əkbitəni gərək bir də tikək biz,
Borcu gərək qaytarasan üzüağ.
Turqər məni öz yanına gətirdi,
Minbaşıydım, min-minbaşı götürdü,
Bununla da şahlığını bitirdi,
Borcu gərək qaytarasan üzüağ.
Turqu gərək sevindirək bu sayaq,
Onu gərək yenə böyük şah sayaq,
Tikintiyə ayıq-sayıq göz qoyaq,
Borcu gərək qaytarasan üzüağ.
Başev olar yenə əski Əkbitən,
Turq qayıdar şahlıq edər yenidən,
Utanmaqdan qurtararam onda mən,
Borcu gərək qaytarasan üzüağ.
***
Mindiyarın baş-baş evi Əkbitən,
El-obadır başevləri yaşadan.
Təkcə Başev dağılmışdı, yanmışdı,
El-obadır başevləri yaşadan.
Mindiyarda uca qarlı bir dağ var,
Qayalıqdır yatım-yatım yamaclar,
Nə közərir, nə də yanır qayalar,
El-obadır başevləri yaşadan.
Ağüz gəzdi, çökən uçan yerləri,
İşə qoşdu tutuqları, ərləri,
Alınlarda muncuq-muncuq tərləri,
El-obadır başevləri yaşadan.
Yanmaz daşlar Suböləndən gəlirdi,
Bu daşların Ağüz yerin bilirdi,
Tunq baltayla kəsib, yonub dəlirdi,
El-obadır başevləri yaşadan.
Sal daş, süd daş, qızılı daş, dağıntı,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
342
Riyə-riyə, çil-çil, üzdə parıltı,
Qalxmaqdaydı dağlar boyu xarıltı,
El-obadır başevləri yaşadan.
Tikilirdi, ucalırdı dayaqlar,
Suvanırdı dərin-dərin çatdaqlar,
Çəkilirdi göz oxşayan boyaqlar,
El-obadır başevləri yaşadan.
Şahın böyük Oturağı o başda,
Dayaqların üzlükləri sudaşdan,
Yanmaz, aşmaz yanqınlarda savaşda,
El-obadır başevləri yaşadan.
İpək, qırçın sallantılar dalğalı,
Qulluqçular durub gümüş toqqalı,
Neçə yerdə od-ocağı, tonqalı,
El-obadır başevləri yaşadan.
On il çəkdi quruculuq, tikinti,
Görünmədi gözə uçuq, söküntü,
Uçuntular, aşıntılar tükəndi,
El-obadır başevləri yaşadan.
Turq görəndə Başevini diskindi,
Çoxu parlaq gözəllikdən səksəndi,
Göz oxşadı Başev ilə Başkəndi,
El-obadır başevləri yaşadan.
***
Dedi:-Sağ ol Ağüz, sağ ol, Alp Ər Tunq,
Düzlük gəlib öz yerini tutacaq.
Yanmış Başev yaman məni qocaltdı,
Düzlük gəlib öz yerini tutacaq.
Xruş bura od vurmuşdu acıqdan,
Başçı olmaz elə döşü batıqdan,
Bütöv çıxmaz elə ağzı yırtıqdan,
Düzlük gəlib öz yerini tutacaq.
Sənin oğlun, Ağüz deyən igiddi,
O gözümün ağrısını əritdi,
Dediyini sona kimi yeritdin,
Düzlük gəlib öz yerini tutacaq.
Mən andımda, istəyimdə durmuşam,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
343
Mən özümü döyüşlərdə yormuşam,
Bunca səni min-minbaşı qoymuşam,
Düzlük gəlib öz yerini tutacaq.
Yerli, yersiz işlər məni qocaltdı,
Əkbitəni sən bir daha ucaltdın,
Gördüm sizi ürəyimdə güc artdı,
Düzlük gəlib öz yerini tutacaq.
Bu Başevdə oturaram bircə ay,
Sonra sənin olacaqdır bu saray,
Köçürərsən Əkbitənə on alay,
Düzlük gəlib öz yerini tutacaq.
Mən də sizə ata ollam qıraqdan,
Hərdən səsim eşidilər uzaqdan,
Qocalaram, dura bilməm yataqdan,
Düzlük gəlib öz yerini tutacaq.
***
Ağüz dedi:-Ey basılmaz Turq ata,
Başçı qoca eldə çox-çox gərəkdir.
Əkbitənə göz dikənlər hələ var,
Başçı qoca eldə çox-çox gərəkdir.
Muğel, Duzdağ bizdən əltut gözləyir,
Bu əltutu neçə el, yurd gözləyir,
Çinçay, Parsel bizdən öyüd gözləyir,
Başçı qoca eldə çox-çox gərəkdir.
Göstəriş ver qancıllardan öc alaq,
Başçılıq et səndən yeni güc alaq,
Nərildəyib uzaqlara səs salaq,
Başçı qoca eldə çox-çox gərəkdir.
Turq söylədi:-Yollan, durma,dayanma,
Bu işləri yoluna qoy, yubanma,
Bundan sonra izn istəmə, usanma,
Başçı qoca eldə çox-çox gərəkdir.
***
Ağüz, Tunqər yollandılar Duzdağa,
Göstərişi yoluna qoy, yubanma.
Batmamışdı dağ başında gün hələ,
Göstərişi yoluna qoy, yubanma.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
344
Ağüz öndə, Tunqər dalda, gedirdi,
Hərdən Tunqər atasını ötürdü,
Hərdən Çil-çil qatı çəndə itirdi,
Göstərişi yoluna qoy, yubanma.
Manayqız söylənci
Ağüz, Ağat vermişdilər baş-başa,
Çap, ayağın yerdən qopsun, dədəm at.
Baş qoymuşdu Ağüz atın yalına,
Çap, ayağın yerdən qopsun, dədəm at.
Parsel təkdir, Manayqız da tək qalıb,
Ağrı onun ürəyinə iz salıb,
Gözlərinə yaş yerinə buz dolub,
Çap, ayağın yerdən qopsun, dədəm at.
Gendir burun pərələri Ağatın,
İpək yalın dalğasında ağ yatım,
Yol dolanbac, dağ qorxulu, çən qatı,
Çap, ayağın yerdən qopsun, dədəm at.
Əl çatmazdır Mindiyarın ölkəsi,
Dolambacdır yollarının döngəsi,
Enir, qalxır atlıların kölgəsi,
Çap, ayağın yerdən qopsun, dədəm at.
Manayqızın ala gözü qızarıb,
Yanaqları tək qalmaqdan sozarıb,
Göz yaşıdır təkcə onun bol varı,
Çap, ayağın yerdən qopsun, dədəm at.
***
Düz duymuşdu Manayqızı Ağüzər,
Olmuşların ilk duyumu duyğudur.
Son illərdə o, pis günə qalmışdı,
Olmuşların ilk duyumu duyğudur.
Parsel vergi verməyirdi, beş ildi,
Bunu Manay gec anladı, gec bildi,
Cümər öldü, Parsa öldü, Xruş yox,
Olmuşların ilk duyumu duyğudur.
Qocalmışdı öz içində dul yerinc,
Yerinclikdə nə dinclik var, nə sevinc,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
345
Ən yaxını bir qalxandı, bir qılınc,
Olmuşların ilk duyumu duyğudur.
Çuqçu başı qarşıladı Ağüzü,
Parsellidən açıq dedi hər sözü,
Danışdıqca ağlamsındı o özü,
Olmuşların ilk duyumu duyğudur.
***
Ağüz dedi:-Çuqçuları götür get,
Axtarmaqla tapmaq olar itəni.
Gəz hindeli, Misireli büs-bütün,
Axtarmaqla tapmaq olar itəni.
Mənim oğlum Tunqər burda qalacaq,
Hələlik o burda yerinc olacaq,
Darvideli, Körfəzeli alacaq,
Axtarmaqla tapmaq olar itəni.
Min yaraqlı göndərərəm buraya,
Qız toplumu gəlsin dursun sıraya,
Onlar el-el, yurd-yurd girsin araya,
Axtarmaqla tapmaq olar itəni.
Bu itgiyə bir aydınlıq gətirin,
Olanları yazın, mənə yetirin,
Qancılların işlərini bitirin,
Axtarmaqla tapmaq olar itəni.
Başev yenə Əkbitəndir, əzəldən,
Bu işlərə mən baxıram, təkcə mən,
Burda Yerinc Tunqər olur, bir də sən,
Axtarmaqla tapmaq olar itəni.
Tunqər dedi:-Mən gedərəm Hindelə,
Ağüz dedi:-Burada qal sən hələ,
Darvideli yola gətir, tut dilə,
Axtarmaqla tapmaq olar itəni.
***
Çuqçubaşı Tunqər ilə bir oldu,
Ağır gündə birlik çatar haraya.
Ağır işdən yapışmağa güc gərək,
Ağır gündə birlik çatar haraya.
Çuqçubaşı dedi:-Burda ayıq ol,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
346
Parslar yaraq oğurlayır, sayıq ol,
Həm bu yurda, həm özünə qoruq ol,
Ağır gündə birlik çatar haraya.
Tunqər dedi:-Özgə paltar geyərəm,
Soruşsalar, Hindeldənəm deyərəm,
Hindellini, Parsellini öyərəm,
Ağır gündə birlik çatar haraya.
İlk günlərdə belə etsən yaxşıdır,
Ev-ev gəzib, yol-yol getsən yaxşıdır,
Didik, qara çalma örtsən yaxşıdır,
Ağır gündə birlik çatar haraya.
Parsellilər soyuqdurlar, acıqlı,
Minellidən, Hindellidən yanıqlı,
Darvidelli qapalıdır, qılıqlı,
Ağır gündə birlik çatar haraya.
Tunq bağladı qara şalla belini,
Yamsıladı hərdən pars-hind dilini,
Hər qapıya bir-bir çəkdi əlini,
Ağır gündə birlik çatar haraya.
Beş gün gəzdi, düşdü Körfəz düzünə,
Düşənmədi Manayqızın izinə,
Altıncı gün bir ev dəydi gözünə,
Ağır gündə birlik çatar haraya.
Evin damı, qap-bacası tökülüb,
Əyri-üyrü çay daşından tikilib,
Qapı-baca, dam-daş uçub sökülüb,
Ağır gündə birlik çatar haraya.
Qulağına bir səs gəldi uzaqdan,
Yaxınlaşdı, qulaq asdı qıraqdan,
Bir dilənçi oturmuşdu bucaqda,
Ağır gündə birlik çatar haraya.
Tunqər gedib addımladı irəli,
Yaxaladı beş ər onu, on əlli,
Hamısı da Darvidilli, Parsdilli,
Ağır gündə birlik çatar haraya.
Birdən çomaq dəydi onun boynuna,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
347
Düşdü Tunqun key əlləri yanına,
O atıldı toküntülər qoynuna,
Ağır gündə birlik çatar haraya.
O yaxından bir inilti eşidir,
Bu, kim ola, bu qadındır, kişidir,
Deyən, bu da beş kişinin işidir,
Ağır gündə birlik çatar haraya.
***
-Səs yiyəsi, kimsən, bura, haradır,
Qaranlıqda çoxu səsdən tanınır.
-Mən Yerincəm, əlim, qıçım bağlıdır,
Qaranlıqda çoxu səsdən tanınır.
Bunlar məni daraçəkib döyürlər,
Hər gün gəlib alçaldırlar, söyürlər,
Parsellini, hindellini öyürlər,
Qaranlıqda çoxu səsdən tanınır.
-Mən yoxsulam, kimsəsizəm, yazığam,
Varda, gücdə, doğmalıqda qırığam,
Elə bil ki, bu yerlərdə artığam,
Qaranlıqda çoxu səsdən tanınır.
Dolaşıram boş-boşuna elləri,
Mən özümə yurd etmişəm çölləri,
Ac-yalavac, gecələrim, günlərim,
Qaranlıqda çoxu səsdən tanınır.
Mən bilirəm sən yerincsən, Manayqız,
Mənsə yoxsul bir kimsəsiz, bir yalqız,
Eşitmişəm sən qancılsan, amansız,
Qaranlıqda çoxu səsdən tanınır.
-Yox tərsinə, mən düz yoldan qalmadım,
Bu ellərdən beş il vergi almadım,
Elə qarşı məndə acıq olmadı,
Qaranlıqda çoxu səsdən tanınır.
Sən çox gəncsən, məni sonra qanarsan,
Başa düşüb sonra məni anarsan,
Tanıyarsan kimliyimi, yanarsan,
Qaranlıqda çoxu səsdən tanınır.
-Mən aclıqdan-Əkbitəndən gəlirəm,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
348
Tanıyıram səni, sənə gülürəm,
Sən Turq şahın bacısısan, bilirəm,
Qaranlıqda çoxu səsdən tanınır.
Mən gəlmişəm, bu el mənə yaxındır,
Könlüm bura, buralara vurğundur,
Parsam, Parsel acdır, coşqundur,
Qaranlıqda çoxu səsdən tanınır.
-Yox bunları tanımırsan hələ sən,
Unudulur, pislik olur yaxşılıq.
Qırx ildir ki, saxlayıram parseli,
Unudulur, pislik olur yaxşılıq.
Gəlib gizli məni lapdan tutublar,
Sürddəyib məni bura atıblar,
Yerinc deyib daş-kəssəyə qatıblar,
Unudulur, pislik olur yaxşılıq.
Verməyiblər vergi, yoldan azıblar,
“Turqa vergi verilmişdir” yazıblar,
Bunu alıb ordakılar susublar,
Unudulur, pislik olur yaxşılıq.
-Düz iş görüb Parsel səni susdurub.
-Susdurmayıb, o mənə qan qusdurub.
-Yaxşı səni bu dusdaqda basdırıb.
Unudulur, pislik olur yaxşılıq.
Bir səs gəldi:-Ay kimsəsiz gəl bəri,
Biz eşitdik danışdığın sözləri,
Tapşırırıq sənə bu gün bu yeri,
Unudulur, pislik olur yaxşılıq.
Parsellitək Tunq göstərdi özünü,
Tərsə dedi bilə-bilə sözünü,
Yalan ilə örtdü sözün düzünü,
Unudulur, pislik olur yaxşılıq.
Dostları ilə paylaş: |