Söhrab Tahir "Ata" Poema-epos


Söhrab Tahir                                "Ata" Epos-poema II cild



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə23/69
tarix17.04.2017
ölçüsü6,34 Mb.
#14318
1   ...   19   20   21   22   23   24   25   26   ...   69

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

284 


 

At ürəyi o gur yanan ocağa

Nədən sevgi gənc yaşlarda tələsir. 

 

Eldəbirin əli əsir, yox deyir, 



Ürək deyir, qorxma, oğul, Eldəbir! 

Belə sevgi ələ düşər mindəbir, 

Nədən sevgi gənc yaşlarda tələsir. 

 

*** 



Üzay gəlir, alır ondan ürəyi, 

Ürək közdür, od-alova alışqan. 

O tullayır od içinə ürəyi, 

Ürək közdür, od-alova alışqan. 

 

Bir səs gəlir yana-yana ürəkdən: 



-Niyə belə acıqlısan, qız, nədən!? 

Sən də ana olacaqsan, ay nənəm! 

Ürək közdür, od-alova alışqan. 

 

Üzay dedi:-İnanıram indi mən, 



Bir igidsən, sən Üzayı sevirsən! 

Bir diləyim qalır, igid, yenidən, 

Ürək közdür, od-alova alışqan. 

 

Sevgim artdı, Eldəbirim, bil, sənə, 



Görəcəyin ağ günlərin yerinə, 

Bacının da ürəyini ver mənə, 

Ürək közdür, od-alova alışqan. 

 

Düşünmədən, daşınmadan Eldəbir, 



Yolu dala qayıdaraq birbəbir, 

O özünü bacısına yetirir, 

Ürək közdür, od-alova alışqan. 

 

*** 



Deyir:-Bacı, çat haraya, yardıma! 

Bacı gərək qardaşına yaraya!  

Ürəyini ver aparım Üzaya! 

Ürək közdür, od-alova alışqan. 

 

Bacı baxır, görür, o çox tələsir, 



Dəli olub qardaş, sevgi dəlisi, 

Deyir, hələ görünməyib beləsi, 

Ürək közdür, od-alova alışqan. 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

285 


 

Deyir:-Təki sən çıxasan ağ günə, 

Kəsi olsun bacın dəli sevginə, 

Qoy bu sevgi dolaşmasın düyünə, 

Ürək közdür, od-alova alışqan. 

 

Gözlə burda, ürəyimi gətirim,  



Onu sənə, onu sənə yetirim, 

Yolun üstən çətinliyi götürüm, 

 Ürək közdür, od-alova alışqan. 

 

Bacı getdi, gözü-izi itirdi, 



Qoyun kəsdi, ürəyini gətirdi, 

Dəliləşmiş qardaşına yetirdi, 

Ürək közdür, od-alova alışqan. 

 

*** 



Çox sevindi, aldı, qaçdı Eldəbir, 

Belə sevgi dəlilikdir, gülüncdür. 

Yolda güldü bu sevgiyə çoxları, 

Belə sevgi dəlilikdir, gülüncdür. 

 

Ah, necə də doğru olub yalanlar! 



Güldü ona quşlar, cinlər, qaplanlar, 

–Dayan!-Deyir ona yerdə qalanlar, 

Belə sevgi dəlilikdir, gülüncdür. 

 

Üzay aldı, baxdı, dedi:-Eldəbir, 



Bu lap qoyun ürəyinə bənzəyir, 

At ocağa, bu ürəkdir, hər nədir! 

Belə sevgi dəlilikdir, gülüncdür. 

 

Üzay atdı o ürəyi ocağa, 



Baxdı, baxdı, sonra durub ayağa, 

Gəldi, gəldi, bir də baxdı qonağa, 

Belə sevgi dəlilikdir, gülüncdür. 

 

Dedi:-Kimsən qalmayıbdır, ay dəbək, 



Kim sevdiyin qıza elçi gələcək!? 

Kimin qaldı, kimliyindən, de, görək, 

Belə sevgi dəlilikdir, gülüncdür. 

 

Birdən bir səs eşidildi arxadan, 



İkisi də dümdüz qaldı qorxudan. 

Sarsıldılar bu biclikdən, qurqudan, 

Belə sevgi dəlilikdir, gülüncdür. 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

286 


 

 

*** 



-Mənəm!-dedi-Eldəbirin bacısı! 

Boş başlara baxıb gülür dolanış.  

Sanma mənim qardaşımı kimsəsiz, 

Boş başlara baxıb gülür dolanış.  

 

Qız deyilsən, sən dəlisən, öc alan! 



Başdan-başa sevgin, sözün yapyalan! 

Al, bu qılınc, bu da ölüm, bu qalxan! 

Boş başlara baxıb gülür dolanış.  

 

Bacı qılınc qaldıranda Üzaya, 



Atılaraq qardaş girir araya, 

Yara dəyir yara üstən yaraya, 

Boş başlara baxıb gülür dolanış.  

 

Üzay vurdu Eldəbiri, saxladı, 



O titrədi, dəniz kimi çağladı, 

Bacısını qucaqlayıb ağladı, 

Boş başlara baxıb gülür dolanış.  

 

Üzay qaçdı, o qaçandır, yox olub. 



Deyirlər ki, o, Xruşdan yer alıb, 

Qorxu çəkib, sir-sifəti saralıb, 

Boş başlara baxıb gülür dolanış.  

 

*** 



Qulaq asdı bu söyləncə Elçiçək, 

Yanır, sonda külə dönür sevgilər. 

Dedi:- Hanı Eldəbirin bacısı, 

Yanır, sonda külə dönür sevgilər. 

 

-Mənəm!-dedi-Eldəbirin bacısı! 



Keçib gedib o illərin acısı, 

Qalıb qardaş yaraları, sancısı, 

Yanır, sonda külə dönür sevgilər. 

 

-Adın nədir? İgid bacı, söylə bir, 



Ölüb, qalıb o dəlisov Eldəbir? 

-Adım Demriz, qardaşımsa sağ deyil, 

Yanır, sonda külə dönür sevgilər. 

 

Axtarıram tapım onu, Xruşu, 



Onlar ilə bir döyüşdə görüşüm, 

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

287 


 

Dəyişdirim bu yalançı duruşu, 

Yanır, sonda külə dönür sevgilər. 

 

-Demriz sənsən, demək-deyir Elçiçək, 



Başevə gəl, biz yaxşıca görüşək, 

Bir qoruyaq ölkəmizi biz gərək! 

Yanır, sonda külə dönür sevgilər. 

           XVII QAPI 

    

       Dəmirqız söylənci 

 

Turqun yaşı üç yüz ilə çatırdı, 



Yaş göstərir kimliyini adamın. 

At çapırdı ovlaqlarda, çöllərdə, 

Yaş göstərir kimliyini adamın. 

 

Bir azcana şişmiş idi qıçları, 



Ağarmışdı kirpikləri, qaşları, 

Pambıq idi haçalanmış saçları, 

Yaş göstərir kimliyini adamın. 

 

Çox dadlara, duyğulara uymadı, 



Anasının düz yolundan caymadı, 

Yersiz-yersiz sevgiləri saymadı, 

Yaş göstərir kimliyini adamın. 

 

Şimşəkatı kişnəyirdi yaylaqda, 



Şimşəkqılınc şütüyürdü ovlaqda, 

O baxırdı öz-özünə qıraqdan, 

Yaş göstərir kimliyini adamın. 

 

Soyuyurdu vuruşlardan ilbəil 



Parsel, Muğel, Çinel, Hindel, Asurel, 

Dincəlirdi torpaq, yaraq, dəniz, göl, 

Yaş göstərir kimliyini adamın. 

 

*** 



Təkcə Parsel vergilərdə batmışdı, 

Diləkləri tarım çəkən vergidir. 

Darvideldə yenə vuruş gedirdi, 

Diləkləri tarım çəkən vergidir. 

 

Darvideli qatmaq üçün Parselə, 



Üzay ilə Xruş verdi əl-ələ, 

Kələzdənib dirənirdi el elə, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

288 


 

Diləkləri tarım çəkən vergidir. 

 

Cümər öldü, Manayqız da dul qaldı, 



Qardaşına qayğıları azaldı, 

Xruş ona arxa oldu, güc oldu, 

Diləkləri tarım çəkən vergidir. 

 

Xruş onu pişim-pişim bəslədi, 



Hərdən onu Manayşah da səslədi, 

Bic-bic gülüb, gizli-gizli gözlədi, 

Diləkləri tarım çəkən vergidir. 

 

Turqla Manay bir-birini yanladı, 



Bir-birini orda, burda danladı, 

Xruş isə yerli, yersiz banladı, 

Diləkləri tarım çəkən vergidir. 

   


*** 

Xruş çoxdan susamışdı şahlığa, 

Qan istəyir qanlı biclik, yüksəliş. 

Manayı da bunca kəsi edirdi, 

Qan istəyir qanlı biclik, yüksəliş. 

 

Xruş dedi:-Mindiyarı tutaram, 



Parseli də Mindiyara qataram. 

İstəyimə, diləyimə çataram, 

Qan istəyir qanlı biclik, yüksəliş. 

 

 



Turqu, bir də Alçiçəyi daşlaram, 

Çox işləri yavaş-yavaş boşlaram, 

“Ölkə-ölkə” oyunumu başlaram, 

Qan istəyir qanlı biclik, yüksəliş. 

 

 

Mənim ola gərək böyük Mindiyar, 



Mənim ola bu ölkədə nə ki var, 

Saxlancıma qızıl, gümüş qalanar, 

Qan istəyir qanlı biclik, yüksəliş. 

 

 



Turq Tanrının öyüdünü anırdı, 

Mindiyara onu başraq sanırdı, 

Ancaq hərdən alışırdı, yanırdı, 

Qan istəyir qanlı biclik, yüksəliş. 

 

 

*** 



İncimişdi o, bacısı Manaydan, 

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

289 


 

Bacı gərək qardaşını atmaya. 

Gedib bacı oturmuşdu Parseldə, 

Bacı gərək qardaşını atmaya. 

 

O bilmirdi bu inciklik nədəndi, 



Bu deyirdi, bu ayrılıq səndəndi, 

O deyirdi, bu çəkişmə səndəndi

Bacı gərək qardaşını atmaya. 

 

Xruş tez-tez yollanırdı Arana, 



Göz dikmişdi Qobuçölə, Muğana, 

O  yerlərdi burda bolluq yaradan, 

Bacı gərək qardaşını atmaya. 

 

Yerinc qoymaq istəyirdi Manayı, 



Bir də gizli saxlayırdı Üzayı, 

Yüyən etmək Mindiyara cüt çayı, 

Bacı gərək qardaşını atmaya. 

 

Axmaqdaydı ürəyindən Kür, Araz, 



Diləyində bu qoşa çay göy qotaz, 

Ancaq özü bu çaylardan çox dayaz, 

Bacı gərək qardaşını atmaya. 

 

*** 



Ağüz gəldi Odərboya toplumla, 

Hər bir şeyi öncə bilən Tanrıdır. 

Odərboyu Odərboydan elədi, 

Hər bir şeyi öncə bilən Tanrıdır. 

 

Boyük Turq da yarıtanrı sayılır, 



Dedikləri el içində yayılır, 

Üz-gözündə ay işığı duyulur, 

Hər bir şeyi öncə bilən Tanrıdır. 

 

O bilirdi, bir gün Ağüz gələcək, 



Odərboydan danışacaq, deyəcək, 

Oğlu üçün ağlayacaq Alçiçək, 

Hər bir şeyi öncə bilən Tanrıdır. 

Ancaq Ağüz Pars elindən danışdı, 

“Manay, Xruş” sözü sözə qarışdı, 

Turq da elə bu sözlərdən yapışdı, 

 Hər bir şeyi öncə bilən Tanrıdır. 

 

Dedi:-Oğlum, Ağüz, başın qarışıb, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

290 


 

Sənsən indi toplumumda minbaşı, 

Sənsən  mənə Odərboyun qardaşı, 

Hər bir şeyi öncə bilən Tanrıdır. 

 

*** 


Get Muğelə, Uğurelə, Çinçaya, 

Başçı gərək ipi əldən verməsin. 

Ölkənin də ipi-sapı yollardır, 

Başçı gərək ipi əldən verməsin. 

 

Get Parselə, duruş yarat, yerinc ol, 



Manayqıza arxa dayan, görünc ol, 

Bu gəlişlə Mindiyara qorunc ol, 

Başçı gərək ipi əldən verməsin. 

 

Ağüz dedi:-Böyük Turqa mən kəsi, 



Minel ilə Mindiyarın zirvəsi! 

Çəkilməsin üstümüzdən kölgəsi! 

Başçı gərək ipi əldən verməsin. 

 

Mən Xruşu vurdum, əzdim, dağıtdım, 



Al qanını sarı quma axıtdım, 

Ölən yerdə, ölüm ilə qorxutdum, 

Başçı gərək ipi əldən verməsin. 

 

O ölməyib, yaralanıb, sən demə, 



Sonra durub yenə gedib Parselə, 

Verib Manay Üzay ilə əl-ələ, 

Başçı gərək ipi əldən verməsin. 

            

*** 

Mən demirəm o satqındır, bu satqın, 



Satqınlığın izi üzdən bəllidir. 

O, şahlığa hazırlayır Manayı, 

Satqınlığın izi üzdən bəllidir. 

Eşitmişəm ona Manayşah deyir, 

Bilmirəm ki, bu Xruşa nə deyim, 

Xruş nədir, qoyunboğaz, tuncgeyim, 

Satqınlığın izi üzdən bəllidir. 

 

Ağüz dedi:-Öldürəndə onu mən, 



“Əkbitəni-dedi-yaxan mənəm, mən”, 

“Bil, Cuməri öldürən də mənəm, mən”, 

Satqınlığın izi üzdən bəllidir. 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

291 


 

Gülüncdür o, tez-tez bərkdən ulayır, 

Bu ölkəni o ölkəyə calayır, 

Ancaq üzdə Xruş kasa yalayır, 

Satqınlığın izi üzdən bəllidir. 

 

İzn verin, mən bu işə qarışım, 



Gedib orda Manayqızdan soruşum, 

Orda gedir qanlı ölüm, barışıq, 

Satqınlığın izi üzdən bəllidir. 

 

*** 



Turq söylədi:-Manay ona aldanmaz, 

Düyün düşər iş iş üstə qalansa. 

Çox işləri buraxmışıq başına, 

Düyün düşər iş iş üstə qalansa. 

 

Deyən, Manay unudubdur özünü, 



Şahlıq yeri tutub qızın gözünü, 

Doğru sanıb o, Xruşun sözünü, 

Düyün düşər iş iş üstə qalansa. 

 

Bir öyrən, gör, Üzay kimdir, nəçidir, 



Hansı elin, hansı soyun köçüdür, 

Hansı yurda o qız ölçü-biçidir, 

Düyün düşər iş iş üstə qalansa. 

 

Bir də öyrən, nə istəyir o harın, 



Sevgi olmaz, biclik olar bu andır, 

Yaş toqquşu çox böyükdür onların, 

Düyün düşər iş iş üstə qalansa. 

 

Ağüz dedi:-Tək çıxaram bu yola, 



Odərboyda başçı yerim boş qalar, 

Yoxsa onun ayaqları yer alar, 

Düyün düşər iş iş üstə qalansa. 

 

 



           Ağüzün Parselə  

        yollanması söylənci 

 

Turq söylədi:-Şimşəkatı götür, min, 



Ata inan, ona güvən, onu sev. 

Şimşəkatda tanrı gücü var hələ, 

Ata inan, ona güvən, onu sev. 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

292 


 

Atla yolun iki gündür, üç gecə, 

Çatan kimi Darvideldə düş öncə, 

Manayı gör, danış mənim dilimdən, 

Ata inan, ona güvən, onu sev. 

 

Götürüldü yellər kimi Şimşəkat



Şimşəkqılınc güc artırdı neçə qat, 

Ağüz oldu dəmirköküs, yelqanad, 

Ata inan, ona güvən, onu sev. 

 

Öncə gizli Manay ilə görüşdü, 



Ondan Cumər, Parsa, Turqu soruşdu, 

Manayqızın alnı, üzü qırışdı, 

Ata inan, ona güvən, onu sev. 

 

Dedi:-Səni Şimşəkatdan tanıdım, 



Ağüz ola gərək igid, ər adın, 

Mənsə ərə getməmişdən dul qadın, 

Ata inan, ona güvən, onu sev. 

 

*** 



Manay dedi:-Gözləyirdim Turqu mən, 

Bacı-qardaş arasına girməyin. 

Bu, dönüklük deyil, biclik sayılır, 

Bacı-qardaş arasına girməyin. 

 

Manay dedi:-Anlayıram, Ağüz, mən, 



Sən bu yerə nə suç ilə gəlibsən, 

Bu ellərə gəlməmişdir Turq nədən, 

Bacı-qardaş arasına girməyin. 

 

Mən Xruşu öyrənirəm bir ildir, 



O siz deyən, bilən Xruş deyildir, 

Üzayisə bicdir, içi çil-çildir, 

Bacı-qardaş arasına girməyin. 

 

O istəyir mən – dul qadın yolu ilə, 



Parselə yox, Mindiyara şah olam, 

Sanır mənlə əl-ələdir, qol-qola, 

Bacı-qardaş arasına girməyin. 

 

O deyir ki, Turq qocalıb, sən şah ol



Məni yoxa sürükləyir, düzə yox, 

Mənə inan, sən qayıt get, ay oğul, 

Bacı-qardaş arasına girməyin. 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

293 


 

 

*** 



Qardaşıma de ki, küskün olmasın, 

Uduzarsan gizli işdə tələssən. 

Xruş Hindel, Asurelə söykənir, 

Uduzarsan gizli işdə tələssən. 

 

Mən Xruşu sona kimi ötürrəm, 



Onu birdən mən aradan götürrəm, 

O satqını ilim-ilim itirrəm, 

Uduzarsan gizli işdə tələssən. 

 

Ona de ki, mən edənlər oyundur, 



De ki, Xruş quş yox, qanlı quzğundur, 

Qardaş, bacı Tanrıdan da yaxındır, 

Uduzarsan gizli işdə tələssən. 

 

Gözləyirəm sona kimi küyləsin, 



Qanlı-qanlı istəyini söyləsin, 

Hər işində məni əlbir eyləsin, 

Uduzarsan gizli işdə tələssən. 

 

Qız toplumu burda mənə arxadır, 



Turqun sözü qulağımda sırğadır, 

Xruşunsa atı axsaq-yorğadır, 

Uduzarsan gizli işdə tələssən. 

 

*** 



Bu sözləri deyib Manay qayıtdı, 

Lap dolaşar çəkişmələr gizlidə. 

Ancaq Ağüz qayıtmadı, gözlədi, 

Lap dolaşar çəkişmələr gizlidə. 

 

O düşündü, Manayı tək qoymaram, 



Bu gözəlin sözlərinə uymaram, 

Mən Hindeli, Asureli saymaram, 

Lap dolaşar çəkişmələr gizlidə. 

 

Döyüşlərdə Manay igid olsa da, 



Gizli işdə o saralıb solsa da, 

Quzğun Xruş önündə tək qalsa da, 

Lap dolaşar çəkişmələr gizlidə. 

 

O gizləndi, Darvideldə gözlədi,  



Addım-addım o, Xruşu izlədi, 

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

294 


 

Hərdən “Manay” çağıraraq səslədi, 

Lap dolaşar çəkişmələr gizlidə. 

 

Gecə ikən Qızay ilə yan-yana, 



Xruş beş min toplum çəkdi Muğana

Qalxdı bu səs, getdi çatdı hər yana, 

Lap dolaşar çəkişmələr gizlidə. 

 

                         

  Muğanda vuruş söylənci 

 

Öc almağa yollanırdı Qızay da, 

Qadın öcü ağır kişi öcündən. 

Eldəbirin bacısıydi qanlısı, 

Qadın öcü ağır kişi öcündən. 

 

Demriz yenə başçı idi elində, 



Dinclik vardı dağ-daşında, çölündə, 

Dedi, Xruş basqısını biləndə, 

Qadın öcü ağır kişi öcündən. 

 

-Çıxın iki çay arası, yaraqlı, 



Əli yalın çıxın, əli çomaqlı, 

Acıqanın qabağında başraqlı, 

Qadın öcü ağır kişi öcündən. 

 

Geydi döyüş geyimini əyninə, 



Çıxdı gələn toplumların önünə, 

Batdı qatı seyrək güney çəninə, 

Qadın öcü ağır kişi öcündən. 

 

Araz üstə gəlib durdu acıqan, 



Gördü ona qarşı durub çox adam, 

Gördü burda nərildəyir dağ, aran, 

Qadın öcü ağır kişi öcündən. 

 

*** 



Gördü biri qapı-qapı bağırır, 

-Vuruş günü kiçik, böyük olmayır!  

Xruş dedi:-Kimdi elə bağıran?! 

-Vuruş günü kiçik, böyük olmayır!  

 

Üzay dedi:-Odur, Demriz dəlisoy, 



Ağ başrağı uca, özü ortaboy, 

Bu ellərdə odur başçı, od-aloy, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

295 


 

-Vuruş günü kiçik, böyük olmayır!  

 

Odur mənim yaralayan qolumu, 



O kəsmişdir mənim sevgi yolumu, 

Odur mənim ağı edən balımı, 

-Vuruş günü kiçik, böyük olmayır!  

 

Qoyma onun daş üstündə daşını, 



O kəsmişdir çay üstündə qarşını, 

Ver Üzaya onun kəsik başını, 

-Vuruş günü kiçik, böyük olmayır!  

 

Xruş dedi:-Qan qan üstən salaram, 



Diri-diri onu tutuq alaram, 

Başın kəsib, saçlarını yolaram, 

-Vuruş günü kiçik, böyük olmayır!  

 

*** 



Yaraqlılar çaya enib durdular, 

Çay löhməsə, demək burdan sel keçib. 

Neçəsini süpürləyib apardı, 

Çay löhməsə, demək burdan sel keçib. 

 

Xruş dedi:-Ağac kəsin, budayın, 



Bərələrə minib çayı addayın, 

O Demrizi yaxalayın, oddayın, 

Çay löhməsə, demək burdan sel keçib. 

 

Sal düzəldib, yaraqlılar mindilər, 



Qorxa-qorxa löhmə çaya endilər, 

Az keçmədi, ətə, leşə döndülər, 

Çay löhməsə, demək burdan sel keçib. 

 

Hər gün, hər gün sal qayıqlar tikildi, 



Su üstündən qalın iplər çəkildi, 

Vuruşlarda onlar çaya töküldü, 

Çay löhməsə, demək burdan sel keçib. 

 

Bir səs qalxdı, titrək, qorxunc o taydan, 



Səs çıxmadı bu taydakı alaydan, 

Xruş nəsə soruşmaqda Üzaydan, 

Çay löhməsə, demək burdan sel keçib. 

 

*** 



Qızay dedi:-Odur, Demriz bağırır, 

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

296 


 

Səs titrədir hərdən qancıl ürəyi. 

Odur, səni başrağıyla qorxudur, 

Səs titrədir hərdən qancıl ürəyi. 

 

Demriz deyir:-Ahay, Xruş, yekəbaş! 



Bu vuruşda sən yavaş ol, çox yavaş! 

Buralarda nə tutuq var, nə daş-qaş! 

Səs titrədir hərdən qancıl ürəyi. 

Sən buradan öz yerinə dön, Xruş! 

Yoxsa sənə sonev olar bu duruş, 

Bu, Muğandır, sıra-sıra dağ, vuruş! 

Səs titrədir hərdən qancıl ürəyi. 

 

Mən dəliyəm, səni yaxıb əzərəm! 



Hər bir yandan yollarını kəsərəm, 

Boş başını quş başı tək üzərəm! 

Səs titrədir hərdən qancıl ürəyi. 

 

Mənəm yazıq Eldəbirin bacısı, 



Mindiyarın qız balası, carçısı! 

Qanlı dimdik quzğunların ovçusu, 

Səs titrədir hərdən qancıl ürəyi. 

 

*** 



Çox əlləşdi Xruş keçsin o taya, 

Çayın səsi, seli-suyu qorxulu. 

Keçənləri vurub çaya tökdülər, 

Çayın səsi, seli-suyu qorxulu. 

 

Gecə idi, bir səs qalxdı o taydan, 



Bu səs güclü bağırtıdan, haraydan, 

-Bu nə səsdir? – O soruşdu Üzaydan, 

Çayın səsi, seli-suyu qorxulu. 

 

Üzay dedi:-Bu, Demrizdir, bağırır, 



Səni geri qayıtmağa çağırır, 

Pis olacaq-deyir-sənin axırın, 

Çayın səsi, seli-suyu qorxulu. 

 

Xruş bir də yürüş edir o taya, 



O göstəriş verir yorğun alaya, 

Tökülsünlər sıra-sıra bu çaya, 

Çayın səsi, seli-suyu qorxulu. 

 

Deyir:-Gedin, vurun, qırın, dağıdın! 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 


Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin