Söhrab Tahir "Ata" Poema-epos


Söhrab Tahir                                "Ata" Epos-poema II cild



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə19/69
tarix17.04.2017
ölçüsü6,34 Mb.
#14318
1   ...   15   16   17   18   19   20   21   22   ...   69

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

232 


 

Əl atanda Ağüz birdən yarağa

Xruş qorxub ondan qaçdı qırağa, 

İlk vurumdan asur düşdü qırağa, 

Yüz  ildən bir gediş gərək dəyişsin. 

 

Əlli asur girdi birdən döyüşə, 



Səpələnib bölündülər beş-beşə, 

Ağüz ilə dayandılar döş-döşə, 

Yüz  ildən bir gediş gərək dəyişsin. 

 

Ağüz çıxıb beş-beşlərə yanaşdı, 



Sıyrılanda qılınc, gözlər qamaşdı, 

Hər vurumda beş-beş qana bulaşdı, 

Yüz  ildən bir gediş gərək dəyişsin. 

 

-Getdim,-dedi Əlruş – ucuz ölümə, 



O sıçradı boz atının belinə, 

At səyirtdi isti  qumsal çölünə, 

Yüz  ildən bir gediş gərək dəyişsin. 

 

*** 



-Hara qaçdın?- asurlular söylədi, 

El vuruşmaz başçı qorxub qaçanda, 

Ağüz dedi:- Siz oturun gözləyin, 

El vuruşmaz başçı qorxub qaçanda. 

      

Ağüz çapdı atı onun dalınca, 



Durdu ona otuz addım qalınca, 

Hər ikisi əl atdılar qılınca, 

El vuruşmaz başçı qorxub qaçanda. 

      


Şahə qalxıb dırnaqlaşdı kəhərlər, 

Ağızlaşdı qılınclarla təpərlər, 

Əlruş dedi:-Gərək səni gəbərdəm, 

El vuruşmaz başçı qorxub qaçanda. 

  

Ağüz dedi:- Mindiyarın satqını, 



Ölkələrin beşyeyəni, qurdunu, 

Sən yaratmaq istəyirdin qurğunu, 

El vuruşmaz başçı qorxub qaçanda. 

 

Əlruş dedi:-Alacağam öcümü, 



Qırdırsam da Arielli köçünü, 

Göstərərəm sənə şahlıq gücünü, 

El vuruşmaz başçı qorxub qaçanda. 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

233 


 

   


Ağüz dedi:-Özbaşına şah olmaz, 

Kök olmasa heç bir ağac ucalmaz, 

Boğazında qalar, yavaş ol bir az, 

El vuruşmaz başçı qorxub qaçanda. 

     

*** 


Qor sıçradı qılıncların ağzından, 

Haçan isə qardaş olub qanla qor

Batıq-batıq, dəlik-dəlik tutaqlar, 

Haçan isə qardaş olub qanla qor. 

Bir yüngülcə qılınc dəydi boynuna, 

Aldı onu qızmar qumsal qoynuna, 

Son qoyuldu qaçdı-tutdu oynuna, 

Haçan isə qardaş olub qanla qor. 

 

Ağüz düşdü, baxdı ona ötəri, 



Elə bildi Əlruş artıq gəbərdi, 

Gördü hələ əl-qol atır, dəbərir, 

Haçan isə qardaş olub qanla qor. 

 

Dedi:- Gəlin bu satqını götürün, 



Onu böyük Turqa tezcə yetirin, 

Asurları burdan qovun, itirin, 

Haçan isə qardaş olub qanla qor. 

 

Əlruş dedi:-Mən ölürəm, qoy ölüm, 



Burax məni, Turq bu işi nə bilir, 

Üzü belə iki toplum yol gəlir, 

Haçan isə qardaş olub qanla qor. 

 

Asur burdan, Hindel isə o yandan, 



Mən onları inandırdım yalanla, 

Təki yeni şahlıq qurum aranda, 

Haçan isə qardaş olub qanla qor. 

 

 



 

      Amenexotip söylənci 

 

Busquçular getdi, Ağüz qaldı tək, 



Göz ağardar sənə hamı, tək olsan. 

Körfəz yandan yüz-yüz qayıq göründü, 

Göz ağardar sənə hamı, tək olsan. 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

234 


 

Dedi:-Asur kəsə yolu seçibdir, 

O, Misiri, Həbəşeli keçibdir, 

Yolu Əlruş arşın-arşın ölçübdür, 

Göz ağardar sənə hamı, tək olsan. 

 

Gələnlərsə ayaqyalın, başaçıq, 



Bizucları kimi qora, apaçıq, 

Qollar güclü, qıçlar iti, döş batıq, 

Göz ağardar sənə hamı, tək olsan. 

 

Gələn cumdu Ağüz üstə bizucla, 



O, Asuru qarşıladı bizuc, qılıncla, 

Sağ-solunda iki yorğun qoruncla, 

Göz ağardar sənə hamı, tək olsan. 

 

Dedi: –Asur gəlmə bura, yazıqsan, 



Sən döyüşdə qaçaraqsan, qızıqsan, 

Əlruş kimi sən qaçmaqla tanıqsan, 

Göz ağardar sənə hamı, tək olsan. 

 

Gələnlərsə sıralanıb durdular, 



Dağ heybətli Ağüzərə vardılar, 

Yaxınlaşıb onlar nəsə sordular

Göz ağardar sənə hamı, tək olsan. 

 

*** 



Anlamadı dillərini Ağüzər, 

Dil hər bir yerdə, hər bir yerə açardır, 

Əl-qol ilə danışdılar, olmadı, 

Dil hər bir yerdə, hər bir yerə açardır. 

 

Dillərində “Turel,” ”Tureb” sözləri, 



Parıldayır qara kömür gözləri, 

Danışanda hərdən gülür üzləri, 

Dil hər bir yerdə, hər bir yerə açardır. 

 

Biri durdu Ağüz ilə üz-üzə, 



O, yüngülcə baş da əydi Ağüzə, 

Dedi:-Ərən, nə deyirsən sən bizə, 

Dil hər bir yerdə, hər bir yerə açardır. 

 

Ağüz dedi:-Mindiyardır bu torpaq, 



Siz kimsiniz-acıqansız ya qonaq? 

Asurluya oxşadınız siz bayaq, 

Dil hər bir yerdə, hər bir yerə açardır. 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

235 


 

 

-Yox, biz Asur toplumları deyilik, 



Biz toplum yox, böyük Misir eliyik, 

Nil adıyla ölkələrə bəlliyik, 

Dil hər bir yerdə, hər bir yerə açardır. 

 

Mindiyarı tanıyırıq, çox ulu, 



Gəlib Qızbax, qırx il bizdə şah olub, 

İpək yolu, dağ yoludur, var yolu, 

Dil hər bir yerdə, hər bir yerə açardır. 

 

*** 



Qılıncını Ağüz qoydu qınına, 

İnandırar yalnız özü inanan, 

Ağüz dedi:-Bura niyə gəlmisiz? 

İnandırar yalnız özü inanan. 

 

Dedilər ki, qaça-qaça tələsik, 



Darvideli qorumağa gəlmişik

Bir toplumuq, yüz mincəyik hələlik, 

İnandırar yalnız özü inanan. 

 

-Darvideli qorumuşuq on min il, 



Sizin bura gəlməyiniz düz deyil, 

Üstümüzə gəlir Hindel, Asurel, 

İnandırar yalnız özü inanan. 

 

Biri ordan gəlir, biri buradan, 



Darvideli çıxardırlar sıradan, 

Yardım olsun qoy sizə də yaradan, 

İnandırar yalnız özü inanan. 

 

Yardım üçün gəlibsizsə, buyurun, 



Bizimlə bir Darvideli qoruyaq, 

Bu döyüşdə siz də bizə yarıyın, 

İnandırar yalnız özü inanan. 

 

Biz çıxmışıq asurlarla vuruşa, 



Onlar gəlib yardım etsin Xuruşa, 

Xuruş kimdir el işinə qarışa, 

İnandırar yalnız özü inanan. 

 

*** 



Misirelli qucaqladı Ağüzü, 

Qoy hamının işi belə tuş olsun. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

236 


 

Dedi:-Qardaş, sən də qoşul bizlərə, 

Qoy hamının işi belə tuş olsun. 

 

Asurları üç gün qabaq qırmışıq, 



Önümüzə qatıb, qovub qırmışıq, 

Toplum-toplum gəlib burda durmuşuq, 

Qoy hamının işi belə tuş olsun. 

 

Birdən Turqun toplumları göründü, 



Qumsallıqlar dumanlığa büründü, 

Kişnərtilər buludlara dirəndi, 

Qoy hamının işi belə tuş olsun. 

 

Turq qabaqda, başraqçılar arxada, 



Döyüşçülər min-min dəmir sırada, 

Qız toplumu at səyirdir ortada, 

Qoy hamının işi belə tuş olsun. 

 

Turq soruşdu:-Bunlar kimdir, nəçidir, 



Hansı eldən, hansı yurddan elçidir, 

Bura böyük Mindiyarın içidir, 

Qoy hamının işi belə tuş olsun. 

 

Ağüz dedi:-Misirdəndir qayıqlar, 



İçlərində Arielə acıq var, 

Bunlar üçün çox doğmadır Mindiyar, 

Qoy hamının işi belə tuş olsun. 

 

*** 



Misirelli baş əyərək söylədi

Tanrı verir hər bir elin yerini, 

Asurları üç gün qabaq qırmışıq, 

Tanrı verir hər bir elin yerini. 

 

Biz onları yoxlamışdıq İlamda, 



Dedilər ki, biz ovdayıq, yalandan, 

Yüz min toplum busqudaydı, dumanda, 

Tanrı verir hər bir elin yerini. 

Bizim başçı Amenexot, Atona 

Ov edərək çıxmışdılar ormana, 

Toplumları gəlirdilər bu yana, 

Tanrı verir hər bir elin yerini. 

 

Amenexot dedi çıxıb qabağa, 



-Ey asurel, sarınaraq yarağa, 

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

237 


 

Gedirsiniz Darvideli qırmağa, 

Tanrı verir hər bir elin yerini. 

 

Biz qoymarıq, burdan geri qayıdın, 



Gedin Xruş yapalağı ovudun, 

Su çiləyin üzərinə, ovudun, 

Tanrı verir hər bir elin yerini. 

 

İki yandan qılınc par-parparladı, 



Döyüş, vuruş səsləncləri gurladı, 

İki başçı atlarını hərlədi, 

Tanrı verir hər bir elin yerini. 

 

*** 



O söylədi:- Biz bir yolun üstəyik, 

Biz yaxşıyıq, siz yaxşısız, nə yaxşı. 

Böyük Turqa, Mindiyara baş əyin, 

Biz yaxşıyıq, siz yaxşısız, nə yaxşı. 

 

Böyük gəmi gəldi, sular yol oldu, 



Misirelin başraqları ucaldı, 

Amenexot gəlib Turqa yan aldı, 

Biz yaxşıyıq, siz yaxşısız, nə yaxşı. 

 

Dedi:-Sizə iki günlük qonağıq, 



Biz ürəkdən yaxın, yoldan uzağıq, 

Biz də siz tək döyüşlərdə qoçağıq, 

Biz yaxşıyıq, siz yaxşısız, nə yaxşı. 

 

Asurları vurduq, yıxdıq, dağıtdıq, 



Üç gün qanı sular kimi axıtdıq, 

Darvideli başlarından çıxartdıq, 

Biz yaxşıyıq, siz yaxşısız, nə yaxşı. 

 

Siz varsınız, biz buradan dönərik, 



Acıqanlıq, cin atından enərik, 

İki qonşu ölkə kimi dinərik, 

Biz yaxşıyıq, siz yaxşısız, nə yaxşı. 

 

Darvideli qoy Turq özü qorusun, 



Darvidelin qırılıbdır yarısı, 

Qoy onların yarasını sarısın, 

Biz yaxşıyıq, siz yaxşısız, nə yaxşı. 

 

*** 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

238 


 

Atdan düşüb Turq qonağa yan aldı, 

Doğma olur qonaq çox-çox doğmadan, 

O əl tutdu, qucaqladı qonağı, 

Doğma olur qonaq çox-çox doğmadan. 

 

Dedi:-Misir şahı Amenexotip 



Mindiyara çox yerində düz gəlib, 

Turelyurdu Darvidelli yer bilib, 

Doğma olur qonaq çox-çox doğmadan. 

 

Darvidelli Mindiyar tək uludur, 



O, Minelin ulu-ulu qoludur, 

Yer-yurdları Ariellə doludur, 

Doğma olur qonaq çox-çox doğmadan. 

 

Hindel gəlib hərdən onu qırmağa, 



Arielə orda şahlıq qurmağa, 

Ancaq ağzı keçib onun qırmağa, 

Doğma olur qonaq çox-çox doğmadan. 

 

*** 



Arielli arxalanıb Hindelə, 

Turelyurda özlərini şah bilər, 

Qoymamışıq Darvidelə güc gələ, 

Doğma olur qonaq çox-çox doğmadan. 

 

Arielin son başçısı Xruşdur, 



Çılğınlıq həm yersizdir, həm boşdur, 

Onun işi onla, bunla boğuşdur, 

Doğma olur qonaq çox-çox doğmadan. 

*** 


Asureli o çağırıb yardıma, 

Öz yurdunda özgəsinə söykənmə. 

O, çox yeri çıxmaq istər adına, 

Öz yurdunda özgəsinə söykənmə. 

 

-Asurel də aldadıbdır Xruşu, 



Toplumları neçə-neçə yurd aşıb, 

Misirelin yerlərinə daraşıb, 

Öz yurdunda özgəsinə söykənmə. 

 

Odur biz də tez-tələsik yüyürdük, 



Çoxlarını İlamyurdda bəyirtdik, 

Tüklərindən dəri şanlar əyirdik, 

Öz yurdunda özgəsinə söykənmə. 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

239 


 

 

Biz də çıxdıq qarşısına Asurun, 



Busquladıq burda dağı, çuxuru, 

Aparıblar bizdən neçə naxırı, 

Öz yurdunda özgəsinə söykənmə. 

 

Turq sizləri böyük qonaq sanıbdır, 



Başımıza qızıl qartal qonubdur, 

Nə olsun ki, Başevimiz yanıbdır, 

Öz yurdunda özgəsinə söykənmə. 

 

-O yanğıya çox yanmayın yox, nədən, 



O Başevi biz tikərik yenidən, 

Qonaq gəlləm Aton ilə bura mən, 

Öz yurdunda özgəsinə söykənmə. 

 

*** 



Qısa dinclik səsləncləri gurladı, 

Hərdən dönsün qan-qadalar toy olsun. 

Tüstüləndi orda-burda ocaqlar, 

Hərdən dönsün qan-qadalar toy olsun. 

 

Misir şahı Turqa baxıb güvəndi, 



Turq onunla əl tutaraq öyündü, 

Dağ ürəklər köks-köks döyündü, 

Hərdən dönsün qan-qadalar toy olsun. 

*** 


Aton gəldi, bər-bəzəklər içində, 

Misirelin gözəlləri biçimdə, 

Yeri-göyü qabağında kiçildən, 

Hərdən dönsün qan-qadalar toy olsun. 

 

-Çəkimlidir-dedi-bu yer, bu torpaq, 



Biz burada ayaqüstü bir qonaq, 

Gələk burda evcik quraq, yurd salaq, 

Hərdən dönsün qan-qadalar toy olsun. 

 

Amenexot yorğun düşüb, yorulub, 



Döyüş-vuruş ucbatından saralıb, 

Gün altında kömür kimi qaralıb, 

Hərdən dönsün qan-qadalar toy olsun. 

 

Getməliyik, Başev bizi gözləyir



Yolumuzu cığır-cığır izləyir, 

Hər bir işdə bizə ümid bəsləyir, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

240 


 

Hərdən dönsün qan-qadalar toy olsun. 

 

*** 


Yola saldı Turq onları gəmiyə, 

Hər bir görüş dönür qat-qat anıma. 

O, söz verdi Darvidelə əl tuta, 

Hər bir görüş dönür qat-qat anıma. 

 

Turq toplumu böldü iki bölümə, 



Biri Asur, biri Darvidelinə, 

Çapıb, capıb döndü dəniz yelinə, 

Hər bir görüş dönür qat-qat anıma. 

 

Dedi:-Ağüz, bu yerlərdə sən dayan, 



Mən gedirəm Hindel yana durmadan, 

Yardım olsun sənə böyük yaradan, 

Hər bir görüş dönür qat-qat anıma. 

 

Xruş dəmir barmaqlıqdan baxırdı, 



Boğazını acıq alıb çıxırdı, 

Elə bil ki, kimsə onu boğurdu, 

Hər bir görüş dönür qat-qat anıma. 

Öz içində danışırdı elə bil, 

“Ey Turq, məni tutuq etmək düz deyil, 

Qovma məni ölkə-ölkə, elbəel, ” 

Hər bir görüş dönür qat-qat anıma. 

 

Mən səni də öldürərəm, qoymaram, 



Qanını da içsəm belə doymaram, 

Mən Darvidel, Turel nədir, saymaram,» 

Hər bir görüş dönür qat-qat anıma. 

 

 



    Tuncər-Samdi söylənci 

 

Hindel çəkdi Mindiyarı sınağa, 



Hara getsən öncə örgən oranı. 

Daşdı çaylar, ellər, sular-yağışlar, 

Hara getsən öncə örgən oranı. 

 

Axdı sellər, atdı dala Tuncəri, 



Su apardı çayda neçə önəri

Batdı suda qoşquların təkəri, 

Hara getsən öncə örgən oranı. 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

241 


 

Onlar qaldı on gün yağış altında, 

Yaraqlılar, atlar palçıq altında, 

İsindilər gecə çör-çöp oduna, 

Hara getsən öncə örgən oranı. 

 

Tuncər dedi:-Gəz hər yanı, araşdır, 



Zığdan ip al, ağac qayıq quraşdır, 

Su üstündə durmaq üçün yer aç-dur, 

Hara getsən öncə örgən oranı. 

 

Bir ay çəkdi, sellər, sular, yağışlar, 



Göyə qalxdı yerli-yersiz qarğışlar, 

Göz bərəltdi gözlənilməz yanlışlar, 

Hara getsən öncə örgən oranı. 

 

Günəş çıxdı dağılışdı buludlar, 



Sıçrayaraq çıxdı sudan ac atlar, 

Oldu ata, yaraqlıya yem otlar, 

Hara getsən öncə örgən oranı. 

*** 


Hind toplumu tanıyırdı yurdunu, 

Sel-su ilə, daşqın ilə oynama. 

Dik yerlərdə oturmuşdu, güdürdü, 

Sel-su ilə, daşqın ilə oynama. 

 

Günəş çıxcaq onlar çıxdı busqudan, 



Yola düşdü hündür, yüngül qoşquda, 

Yaraqlılar az-çox yoxsul qayğıda, 

Sel-su ilə, daşqın ilə oynama. 

 

Üzləşdilər “Köçyer” adlı düzəndə, 



Aclıq, darlıq ac atları üzəndə, 

Yaraqlılar başçılardan küsəndə, 

Sel-su ilə, daşqın ilə oynama. 

 

Mindiyarın başrağını görəndə, 



Tox atları üstlərinə sürdülər, 

Düşkünlərə qanlı öyrənc verdilər, 

Sel-su ilə, daşqın ilə oynama. 

 

Tuncər meşə qatlarında gözlədi, 



Addım-addım Hindelini izlədi, 

Göz yaşları yora-yora sızladı, 

Hara getsən öncə örgən oranı. 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

242 


 

Basılmışdı Hindelə yox, gör-görə, 

Dağılmışdı toplumları bir kərə, 

Yol axtarır, əl atırdı hər yerə, 

Hara getsən öncə örgən oranı. 

 

*** 



Ey yaraqlı, ucalıq var adında, 

Qoru bütün el-obanı, özünü. 

Səni deyib yatır dinc-dinc körpələr, 

Qoru bütün el-obanı, özünü. 

 

Dirsəyinlə ölç azlığı, çoxluğu, 



Qumsallığı, meşəliyi, dağlığı, 

Yaşat dəmir köküsündə sağlığı, 

Qoru bütün el-obanı, özünü. 

Tuncər belə düşünürdü gedəndə, 

Hər busqunun qabağından ötəndə, 

Turq gözünün qabağında bitəndə, 

Qoru bütün el-obanı, özünü. 

 

-Görən onlar anırlarmı bizləri, 



Nə olacaq görən bizə sözləri, 

Ah, qatdanma, ah, qatdanma, dizlərim, 

Qoru bütün el-obanı, özünü. 

 

Tuncər gedir, basıqlar da dalınca, 



Gedir, gedir o, aclıqdan solunca, 

“Görən gücüm çatacaqmı qılınca?” 

Qoru bütün el-obanı, özünü. 

 

Yol üstündə bir yaralı ölürdü, 



Ölə-ölə göz yaşını silirdi, 

O, Əlruşdan nələr-nələr bilirdi, 

Qoru bütün el-obanı, özünü. 

 

*** 



O, Hindelin bir yaraqlı ərəni, 

Aldanmaq var aldatmaqdan daha pis. 

-Biz aldandıq,  bizdən qaçın qırağa, 

Aldanmaq var aldatmaqdan daha pis. 

 

-Bizi Əlruş yerimizdən oynadıb, 



Qanlı sözdən burda qazan qaynadıb, 

Sizi bizə acıqan tək tanıdıb, 

Aldanmaq var aldatmaqdan daha pis. 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

243 


 

 

Biz gedirik Mindiyarı tutmağa, 



Ölkəni biri-birinə qatmağa, 

Beş min illik arzumuza çatmağa, 

Aldanmaq var aldatmaqdan daha pis. 

 

Tuncər dedi:-Yaralını götürün, 



Onu Hindel toplumuna yetirin

Ordan mənə yeni xəbər gətirin, 

Aldanmaq var aldatmaqdan daha pis. 

 

Tuncərgilə yol göstərdi yaraqlı, 



Ağrı içrə o, ölümə adaxlı, 

Onun üçün Tuncər, Minel maraqlı, 

Aldanmaq var aldatmaqdan daha pis. 

 

Tuncər dedi:-Kimdi burda başçınız, 



Kimdir sizin təpərliniz, qoçunuz, 

Nə sayaqdır sizin döyüş ölçünüz, 

Aldanmaq var aldatmaqdan daha pis. 

 

*** 



Tuncər ondan acıqanı öyrənir, 

Öyrənməsən əyləncəyə dönərsən. 

Bildi Samdi toplumlara başçıdır, 

Öyrənməsən əyləncəyə dönərsən. 

 

Dedi:-Gedib onu boğaq biz gərək, 



Yaralının pal-paltarın geyərək, 

Başçılarla biz vuruşaq təkbətək, 

Öyrənməsən əyləncəyə dönərsən. 

 

Deyin, Xruş asurlara satılıb, 



Buna görə o, Körfəzdə tutulub, 

Əlruş dəmir barmaqlığa atılıb, 

Öyrənməsən əyləncəyə dönərsən. 

 

Tanıyanda Samdi igid Tuncəri, 



Qorxusundan əsdi başı, əlləri, 

Tuncər dedi:-Yaralını çək bəri, 

Öyrənməsən əyləncəyə dönərsən. 

 

Tuncər dedi, Samdi yerdən dəbərdi, 



Yavaş-yavaş tuluq kimi köpürdü, 

Yaralı da hind dilinə çevirdi, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

244 


 

Öyrənməsən əyləncəyə dönərsən. 

 

Samdi dedi:- Əlruş bizi aldadır, 



Bizim səkkiz toplumumuz daldadır, 

Əlruşun çox bicliyi yoldadır, 

Öyrənməsən əyləncəyə dönərsən. 

 

*** 



Minellilər Mindiyara çatdılar, 

Deyən hamı öz yurdunda güclüdür, 

Hindellinin yürüşünü güddülər, 

Deyən hamı öz yurdunda güclüdür. 

 

Minellilər yenə toplum oldular, 



Doğma yerdən sanki dirrik aldılar, 

Yer qazdılar, busqulara doldular, 

Deyən hamı öz yurdunda güclüdür. 

 

Sağaldılar, yaralılar, düşüklər, 



Öz yerində durdu  yenə bölüklər, 

Önə çıxdı sağlam ərlər, yüzüklər, 

Deyən hamı öz yurdunda güclüdür. 

 

Gözlədilər ölüm-dirim döyüşü, 



Bilmədilər Samdi dönüb, dəyişib, 

Yolda durub bir-biriylə deyişir

Deyən hamı öz yurdunda güclüdür. 

 

On gün keçdi, hindellilər göründü, 



Bulud olub dumanlığa büründü, 

Döyüşlərə girmək üçün ərindi, 

Deyən hamı öz yurdunda güclüdür. 

 

Samdi çıxdı irəliyə, söylədi: 



-Biz Xaqandan son göstəriş dilərik, 

O da bunu başdansovdu elədi, 

Deyən hamı öz yurdunda güclüdür. 

 

*** 



Turq dayandı yetişərək Turelə, 

Dözümlüdən güclü olur acıqlı. 

İki yandan başçıları çağırdı, 

Dözümlüdən güclü olur acıqlı. 

 

Dedi, bura nə gözəldir, nə dincdir, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 


Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin