Söhrab Tahir "Ata" Poema-epos


Söhrab Tahir                                "Ata" Epos-poema II cild



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə31/69
tarix17.04.2017
ölçüsü6,34 Mb.
#14318
1   ...   27   28   29   30   31   32   33   34   ...   69

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

387 


 

Ata, ana qoşa tanrı deməkdir. 

 

Dedi:-Səni sevir  mənim qardaşım, 



O, hündürboy, çevik, tez-tov, qaraşın, 

Yaşayarsız, qocalarsız yanaşı, 

Ata, ana qoşa tanrı deməkdir. 

 

Baş əyərək, ağlayaraq  ğözəl qız, 



Dedi:- Sizi tanıyıram, Dəmirqız, 

Necə gəlib bu yerləri tapıbsız, 

Ata, ana qoşa tanrı deməkdir. 

 

Dedi, mən də inanıram Yerincə, 



Öz özümü tapdım sizi görüncə, 

Kimsəsizdim, indi kimli, sevincək, 

Ata, ana qoşa tanrı deməkdir. 

 

                 *** 

Ana bulud, şehli çiçək, ağ duman, 

Toy bir evin qurumudur, dib daşı, 

Gəl oğlunu, gəlinini toyda gör, 

Toy bir evin qurumudur, dib daşı. 

 

Ağüz,Tunqər, Balaşq  Muğər toydadır, 



Hamı sanki bir görkəmdə, boydadır, 

Hamı coşqun  hay-harayda, hoydadır, 

Toy bir evin qurumudur, dib daşı. 

 

Atlı gəldi Uğurelə Duzdağdan, 



Dedi: -Sanki Turqu gördüm ovlaqda, 

O, baxırdı toy yerinə uzaqdan, 

Toy bir evin qurumudur, dib daşı. 

Hamı çıxdı böyük Turqu görməyə, 

Tanrısına öz borcunu verməyə, 

Turq adına toy çələngi hörməyə, 

Toy bir evin qurumudur, dib daşı. 

 

Ahay, Qızay, Eldəbirdən uzaq ol, 



Ana bulud, gəl bu toya qonaq ol, 

Tanrım, yoxsul sevgilərə dayaq ol, 

Toy bir evin qurumudur, dib daşı. 

 

                 *** 

Dəmirqızın səsləncləri gurladı, 

Səslənc toya, lova, anda çağırış. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

388 


 

Balasqeldən bir toplu da gəlmişdi, 

Səslənc toya, lova,anda çağırış. 

 

Bu toplum da üz döndərib Balasqdan, 



Çox yol gəlib, yaman düşüb ayaqdan, 

Tivi kəndi bunları da qonaqla, 

Yedirt, içirt, bəslə əski sayaqca, 

Səslənc toya, lova, anda çağırış. 

 

Bu toplumda yaraqlılar basardır, 



Bunlar Parsel küsüsünə açardır, 

Acıqana  qarşı çatlı çapardır, 

Səslənc toya, lova, anda çağırış. 

 

Min yaraqlı Parsdiyira yetişdi, 



Balasqlılar birləşərək qatışdı, 

Balaşq  yenə  Daryaş ilə tutaşdı, 

Səslənc toya, lova, anda çağırış. 

 

Daryaş  yenə eldə hay-küy yaratdı, 



Yeni gəlmiş qonaqlara əl  atdı, 

Neçəsinin üz-gözünü qanatdı, 

Səslənc toya, lova, anda çağırış. 

 

Balaşq gəldi, itələdi Daryaşı, 



Bürmələdi yıxdı yerə dikbaşı, 

Başladılar qılınc ilə savaşı, 

Səslənc toya, lova, anda çağırış. 

Qılınclaşma ağır oldu, qan-qada, 

Daryaş başdan yaralandı arada, 

Yüngül yara onu aldı sıradan, 

Səslənc toya, lova, anda çağırış. 

 

Daryaş dedi: -Yaraqlılar çoxalır, 



Bəlli deyil bunlar kimdir, haralı, 

Gündən günə Parsel bizə daralır, 

Biz düşürük bir-birindən aralı, 

Səslənc toya, lova, anda çağırış. 

 

Balaşq dedi: -Parsel  olub Parsdiyar, 



Parsel demə, bundan sonra söz olar, 

“Ölkə, diyar” deyirdiniz, o da var, 

Səslənc toya, lova, anda çağırış. 

 

Vergiləri yığın, qalsın özüzə, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

389 


 

Toxluq gəlsin aclıq çəkən gözüzə, 

Yardım edin artıq indi siz bizə, 

Səslənc toya, lova, anda çağırış. 

 

Bu vuruşma qaldı belə yarımçıq, 



Daryaş sındı, Daryaş hovçu, yalançı, 

Güldü ona doğma, yerli, yabançı, 

Səslənc toya, lova, anda çağırış. 

 

                 *** 

Çökdü, qaldı öz içində Parsdiyar, 

Dikbaşlıqla “ölkə, diyar” yaranmaz, 

Dilə tutdu üz döndərmiş Kumarı, 

Dikbaşlıqla “ölkə, diyar” yaranmaz. 

 

Göydən qar yox, sanki qıtlıq yağırdı, 



Mal-qara da tez-tez ölü doğurdu, 

Ölkə qurub el saxlamaq ağırdır, 

Dikbaşlıqla “ölkə, diyar” yaranmaz. 

 

Balaşq, Kumar, qız toplumu, minbaşı, 



Bubirliklər aldı yurdu, dağ-daşı, 

Darvidel də Mindiyarla yanaşı, 

Dikbaşlıqla “ölkə, diyar” yaranmaz. 

Çuqçubaşı Darvideli sınadı, 

Gümüşqızın el-obasın qınadı, 

Gah ürəyi, gah da gözü qanadı, 

Dikbaşlıqla “ölkə, diyar” yaranmaz. 

 

Daryaş idi Darvideli çaşdıran, 



Mindiyara qarşı qoyub coşduran, 

El-obanı eşələyən, daşdıran, 

Dikbaşlıqla “ölkə, diyar” yaranmaz. 

         

     Qaratel söylənci 

 

İlişmişdi ortalıqda Darvidel, 



Ortadakı iki yandan döyülür. 

Nə durubsan yazıq-yazıq ortada, 

Ortadakı iki yandan döyülür. 

 

Çuqçubaşı  Darvideli sınadı, 



Bu ellərin tərsliyini qınadı, 

Qınadıqca könlü, gözü qanadı, 

Ortadakı iki yandan döyülür. 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

390 


 

 

Dedi:-Sizi tutaq edib bu Daryaş, 



Heç bilinmir nə istəyir bu külbaş, 

Hara gedib çıxacaqdır bu savaş, 

Ortadakı iki yandan döyülür. 

 

Gümüşqızın kötükçəsi Qaratel, 



Qarateli yurd-yurd sevir Darvidel, 

Gözəldirsə gözü yaynıq qız deyil, 

Ortadakı iki yandan döyülür. 

 

Darvidelə tez-tez gəlir Balaşq da,  



Dilə tutur Qarateli yavaşdan, 

Toy-düyündən o, söz açır bu yaşda, 

Ortadakı iki yandan döyülür. 

 

Deyir:-Mən də Balasqeldən  gəlməyəm, 



Oraları buralardan bilənəm, 

Qoymadılar məni bir yol dillənəm, 

Ortadakı iki yandan döyülür. 

Qarateli çoxdur sevən bu yaşda, 

Onu sevir gizli-gizli Balaşq da, 

Qız çoxunu ovsunlayıb göz-qaşla, 

Ortadakı iki yandan döyülür. 

 

                *** 

Darvidel də küsülüdür hamıdan, 

Çatmazlığa üstün gəlir bacarıq. 

Elə bilir onu soyan, qırtan var, 

Çatmazlığa üstün gəlir bacarıq. 

 

Balaşq burda çox işlərə qarışır, 



Tez-tez gəlib Qaratellə görüşür, 

Ondan, bundan Qarateli soruşur, 

Çatmazlığa üstün gəlir bacarıq. 

 

Dil tapırlar Balaşq ilə Qaratel, 



Qaratelə çox inanır Darvidel, 

Burda nə çay, nə axmaz var, nə də göl, 

Çatmazlığa üstün gəlir bacarıq. 

 

Bir topluda qız söyləyir ellərə, 



Mal-qaramız çıxır otsuz çöllərə, 

Daryaş bizi verir quru yellərə, 

Çatmazlığa üstün gəlir bacarıq. 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

391 


 

 

Nəyi var ki,  bizə verə, yaşayaq, 



Əldə paya, bıçaq, kotan, ox, çomaq, 

Onlar otdur bu torpaqda, biz alaq, 

Çatmazlığa üstün gəlir bacarıq. 

 

Balaşq deyir:-Əkək, biçək, yaradaq, 



Şumlamasaq basar yeri ot, alaq, 

Ağır gəlir Darvidelə bu qınaq, 

Çatmazlığa üstün gəlir bacarıq. 

 

Biri deyir, biz Misirlə birləşək, 



Gedək orda sulu yerdə yerləşək, 

Misirellə Efiopla  elləşək, 

Çatmazlığa üstün gəlir bacarıq. 

Qarateli yanlayırdı qoçular, 

Ovlamağa gəlmişdilər ovçular, 

Qoçuları hərləyirdi çuqçular, 

Çatmazlığa üstün gəlir bacarıq. 

 

Qaratelin səsi gəldi, danışdı, 



İki elin bu günündən yapışdı, 

Hay, hay, səs-küy bir-birinə qarışdı, 

Çatmazlığa üstün gəlir bacarıq. 

 

Deyinən çox, işləyən az,nə işdir, 



Çoxu getdi, yenə gəldi, nə işdi, 

Əski, yeni gündə üç yol döyüşdü. 

Çatmazlığa üstün gəlır bacarıq. 

 

   

                       

                           Sanna-Qaratel  söylənci 

 

Qaratelin səsi incə, çəkimli, 

-Hamı gərək borclu bilsin özünü, 

Danışırdı çəkinmədən, qorxmadan, 

Hamı gərək borclu bilsin özünü. 

 

Gənc olsam da inciməyin sözümdən, 



Biz tutuğuq  bu çöllüklər düzündə, 

Mən heç nəyəm, yükəm mən öz gözümdə, 

Hamı gərək borclu bilsin özünü. 

 

Dörd bir yanda gəlin birlik yaradaq, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

392 


 

Ayrı olsaq biz gedərik aradan, 

Duraq işdə bir yerdə, bir sırada, 

Hamı gərək borclu bilsin özünü. 

 

Balaşq ona vurğun-vurğun dalmışdı, 



Gözəlliyə uyub uyuq qalmışdı, 

Sevgi ondan ayıqlığı almışdı. 

Hamı gərək borclu bilsin özünü. 

 

Qarateli eşidirdi Daryaş da, 



O görürdü sevincəkdi Balaşq da, 

Doymamışdı öcdən, dava-dalaşdan, 

“ İkisi də yox olacaq yavaşca 

Ya öldürrəm, ya ölərəm savaşda”, 

Hamı gərək borclu bilsin özünü. 

 

Qız  onu da oynatmışdı yerindən, 



Sancı kimi öc də yeyir ürəyi. 

O deyirdi “Mən bu qızı boğaram”, 

Sancı kimi öc də yeyir ürəyi. 

 

Bir ay güddü Qarateli, o hər gün, 



Öc işinə qurşanmışdı büs-bütün, 

Günlərini saymaqdaydı qaragün, 

Sancı kimi öc də yeyir ürəyi. 

 

Çıxdı gecə “ölüm” sözü dilində, 



Bir torbaydı bir də bir ip əlində, 

Bir qılıncla bir balta da belində. 

Sancı kimi öc də yeyir ürəyi. 

 

Daryaş çatdı qıza günəş batanda, 



Boğazına daldan ipi salanda 

Dedi:-Yazıq, ta sağollaş ananla, 

Sancı kimi öc də yeyir ürəyi 

 

Onda kimsə onu daldan girlədi, 



Qaranlıqda iti qılınc hərlədi, 

O, Daryaşı alıb göydə hərlədi, 

Qılınc onun başı üstə parladı, 

Birdən qızın boğuq səsi gurladı, 

Sancı kimi öc də yeyir  ürəyi. 

 

Balaşq idi, dedi:-Qanlı qaraça, 



Mən güdürdüm çoxdan səni, adamcıl, 

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

393 


 

Niyə qızı öldürürsən, a qancıl, 

Dar gözləri qanla dolu yabançı, 

Dedigilə düz gəlməyən yalançı, 

Sancı kimi öc də yeyir ürəyi. 

Yaralandı Daryaş, düşdü torpağa, 

Sonra durdu, qaçdı ordan uzağa, 

Qorxusundan əl atmadı yarağa, 

Sancı kimi öc də yeyir ürəyi. 

                   

                    *** 

Dağ başında günəş batdı, tutuldu, 

Günəş görür çox işləri ucadan. 

Daryaş, Balaşq, iplə torba, Qaratel, 

Günəş görür çox işləri ucadan. 

 

Qaratelin boğazında ip yeri, 



O gəzirdi Balaşq ilə elləri, 

Yuva qurub ev etmişdi çölləri, 

Günəş görür çox işləri ucadan. 

 

Öyrənirdi ox atmağı Balaşqdan, 



Qılınc vurmaq bacarığı savaşda, 

Yaşamağı meşəlikdə, dağ-daşda, 

Günəş görür çox işləri ucadan. 

 

İstəyirdi acıqandan öc ala, 



İstəyirdi dağdan-daşdan güc ala, 

O, köçlərə qoşularaq köç ola, 

Günəş görür çox işləri ucadan. 

 

İstəyirdi ox-yay kimi dartıla, 



Döyüşlərə, yürüşlərə atıla, 

Qız toplumu sırasına qatıla, 

Günəş görür çox işləri ucadan. 

 

                  *** 



Toplum yığdı Daryaş Parseldiyarda, 

Gücün artar, öz gücünə inansan. 

Hindel, Balasq ona yardım elədi, 

Gücün artar, öz gücünə inansan. 

 

Yaraq verdi, öyrənc verdi qonşular, 



Dedilər ki, çöksün böyük Mindiyar, 

Mindiyara qarşı dursun Parsdiyar, 

Gücün artar, öz gücünə inansan. 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

394 


 

Daryaş dedi:-Əkbitəni tutaram, 

Darvideli Parsdiyara qataram, 

Sak dağına yürüş edib çataram, 

Gücün artar, öz gücünə inansan. 

 

Daryaş dedi:-Mənim olar Əkbitən, 



Mindiyarı oynadaram yerindən, 

Ona son ev qazdıraram dərində, 

Gücün artar, öz gücünə inansan. 

 

Mən Daryaşam, Əlvənd boyda öcüm var, 



Toplumum var, yenilməyən gücüm var, 

Minə qədər yaraqlanmış gəncim var, 

Gücün artar, öz gücünə inansan. 

 

Soraq aldı bir basırıq görüşdə, 



Tunqər öndə gözlənilən yürüşdən, 

Çatdı ona sonra yazı-yetişmə, 

Gücün artar, öz gücünə inansan. 

 

Yazı yazdı:-“Mən gələnə Çuqçular 



Basıb alsın Daryaşərdə nə ki var, 

Öcdən, gücdən uzaqlaşsın Parsdiyar,” 

Gücün artar, öz gücünə inansan. 

 

Ağüz dedi:-Oğlum doğru buyurur, 



Yığışdırın iki yanlı oyunu, 

Uca tutun Minel, Parsel soyunu, 

Verin ağzıəyrilərin payını, 

Çox azaldın yaraqlının sayını, 

Gücün artar, öz gücünə inansan. 

 

Yerinc yerə çatdı yazı-yetişmə, 



Başlamışdı onda yeni tutaşma, 

Neçə yerdə qızışmışdı vuruşma, 

Burda barışmaydı, orda alışma, 

Gücün artar, öz gücünə inansan. 

                 

 

                   *** 



Çuqçubaşı Daryaş ilə üz-üzə, 

Gülümsəyib öc baxmaqda qıraqdan. 

Çuqçubaşı yaralıydı, çökürdü, 

Gülümsəyib öc baxmaqda qıraqdan. 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

395 


 

Çuqçuların çatmaqdaydı sonları, 

Daryaş vurub aşırırdı onları, 

Geyimlərə hopmaqdaydı qanları, 

Gülümsəyib öc baxmaqda qıraqdan. 

 

Bir qız səsi eşidildi yaxında, 



Bir atlıydı, qu lələyi alnında, 

At çapırdı Kumar onun yanında, 

Gülümsəyib öc baxmaqda qıraqdan. 

 

Qanlı qılınc sağa, sola enirdi, 



Daryaşlılar geri-dala dönürdü, 

Yıxılanlar haray çəkib sönürdü, 

Gülümsəyib öc baxmaqda qıraqdan. 

 

Qız deyirdi:-Mən Sannayam, onbaşı, 



Axtarıram iki üzlü Daryaşı, 

O bit kimi, Parsdiyara daraşıb, 

Gülümsəyib öc baxmaqda qıraqdan. 

 

Daryaş atı çapdı, çıxdı qabağa, 



Hər ikisi əl atdılar yarağa, 

Daryaş döndü qorxusundan yaltağa, 

Dedi:-Qurban gözə, qaşa, yanağa, 

Mən dönərəm yolun üstə alağa, 

Gülümsəyib öc baxmaqda qıraqdan. 

  

Qılınc endi, Daryaş yerə oturdu, 



Bir də endi, tunc qalxanı batırdı, 

Bir də vurdu, onu yerə yatırtdı, 

Gülümsəyib öc baxmaqda qıraqdan. 

 

-Sanna, səni tanıyıram, yaraqlı, 



Sanna deyil, Qaratelsən, acıqlı, 

Acıqlısan, ancaq yenə yapıqlı, 

Həm gözəlsən, döyüşçüsən, qılıqlı, 

Gülümsəyib öc baxmaqda qıraqdan. 

 

Qız toplumu gəlib girdi araya, 



Kəsərlidir qız hikkəsi, qız ərki, 

Keçdiyi yer yaralıyla qalandı, 

Kəsərlidir qız hikkəsi, qız ərki. 

 

Birləşmişdi iti qılınc, incə səs, 



Acıqana oxdur sanki bircə səs, 

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

396 


 

Göyərçin səs, qartal, bayquş, sərçə səs, 

Kəsərlidir qız hikkəsi, qız ərki. 

 

Qızlar çatıb birləşdilər Sannaya, 



Bənzəmirdi onlar daha sonaya, 

Bənzəmirdı toplum-toplum durnaya, 

Bənzəyirdı qan-qan deyən anaya, 

Kəsərlidir qız hikkəsi, qız ərki. 

 

Balaşq, Kumar güc artırdı onlara, 



Əllər, üzlər incə, ancaq qap-qara, 

Qızlar qaplan doğumudur diyara, 

Kəsərlidir qız hikkəsi, qız ərki. 

 

Daryaş qalxdı, o əl atdı qılınca, 



Çapdı getdi o, Sannanın dalınca, 

Gəzdi onu vuruşmalar boyunca, 

Kəsərlidir qız hikkəsi, qız ərki. 

 

Çatdı ona, bizuc atdı arxadan, 



“Öc alıram bu gün”-dedi Sannadan. 

Qız qıvrıldı belindəki yaradan, 

Kəsərlidir qız hikkəsi, qız ərki. 

 

Balaşq dedi:-Alçaq, yenə durubsan, 



Qızı gəlib sən arxadan vurubsan, 

Hələ gəlib burda ölkə qurursan, 

Kəsərlidir qız hikkəsi, qız ərki. 

Bunu deyib o, Daryaşı izlədi, 

Bir də onu döyüşməyə səslədi, 

Sonra durdu, o Sannanı gözlədi, 

Kəsərlidir qız hikkəsi, qız ərki. 

 

Yaralı qız döyüşürdü yenə də, 



Birdən durub valayladı yerində, 

Çatdı Balaşq ona bunu görəndə. 

Kəsərlidir qız hikkəsi, qız ərki. 

 

                  *** 



Tunqər gəldi Eldəbirlə, toplumla, 

Vuruşmadan sonra barış olmalı. 

Yerinc gəlib öz yerini görməyə, 

Vuruşmadan sonra barış olmalı. 

 

Daryaş yoxdur boğazından yapışsın, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

397 


 

Ağsaqqallar yoxdur gedib barışsın, 

İşlər bitib, hansı işə qarışsın, 

Kimsə yoxdur ondan bir söz soruşsun, 

Vuruşmadan sonra barış olmalı. 

 

Soraq çatdı bütün tanış-bilişə, 



Çuqçu, Balaşq, Kumar gəldi görüşə, 

Dedi:-Öncə kim başladı döyüşə? 

Vuruşmadan sonra barış olmalı. 

 

Daryaş,Balaşq,Kumar,Sanna-dedilər, 



-Hər iki el batdı qana, -dedilər, 

Olmuşları açıb ona dedilər, 

Vuruşmadan sonra barış olmalı. 

 

Tunqər dedi:-Sanna kimdir,nəçidir, 



Balaşq dedi:-Darvidelin gəncidir, 

İşdə işlək, sözdə ölçü-biçidir, 

İnanılmış söykənəcək, elçidir, 

Vuruşmadan sonra barış olmalı. 

 

 

-Bir adı da Qarateldir, vuruşqan, 



Sözdə ötkəm, döyüşlərdə alışqan, 

İşdə-gücdə, zəmilərdə çalışqan, 

Vuruşmadan sonra barış olmalı. 

 

Tunqər dedi:-Yerinc qoysaq, necədir? 



Deyirsiniz döyüşkəndir, nərçədir. 

-Bu, onunçun ağır olar, incədir. 

Vuruşmadan sonra barış olmalı. 

 

Balaşq, Kumar bu deyimi bəyəndi, 



Döyüşkən qız Sanna ilə öyündü, 

İkisi də bir ürəkdən sivindi, 

Vuruşmadan sonra barış olmalı. 

 

Sannanın   qaçırılması  söylənci 

 

Dolanışı başa düşmək olmayır, 



Çox qışqırıb, səsi batıb torpağın. 

Göy gurlayır, şimşək çaxır arabir, 

Çox qışqırıb, səsi batıb torpağın. 

 

Yerin səsi gedib göyə çatmayır, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

398 


 

Bulud daha yerə qaş-göz atmayır, 

Ay yatsa da hərdən, günəş yatmayır, 

Çox qışqırıb, səsi batıb torpağın. 

 

On min ildir Tur,Bax köçüb gediblər, 



Torpaq olub dolanışda, itiblər, 

Çiçək olub yerdə, suda bitiblər, 

Çox qışqırıb, səsi batıb torpağın. 

 

Gücər hanı, Bacar hanı, Qayaquş, 



Fırlan-fırlan yeniləşir quruluş, 

Dayanışla, yaranışla, dolanış. 

Çox qışqırıb, səsi batıb torpağın. 

 

Dəyişməyən bir sevgidir, bir tanrı, 



Dəyişməyən  iri göllər axarı, 

Dəyişməyən  böyük turqlar diyarı, 

Dolan-dolan kim nə sayaq bacarır. 

Çox qışqırıb, səsi batıb torpağın. 

Tanrı bilir Sərtüz bir yox, ikidir, 

Onun yolu tanrılara sevgidir, 

Yazıları yaranışa vergidir, 

Hamı onla pis işlərin tərgidib, 

O, tanrılar elçisinin ilkidir, 

Öyüdləri, inanışı bərkidib, 

Çox qışqırıb, səsi batıb torpağın. 

 

                 *** 



Tunq düşünür, sanki görür bunları, 

Bir-birindən güclü gəlir gələnlər. 

Balaşq kimdir, Kumar kimdir, Sanna kim, 

Bir-birindən güclü gəlir gələnlər. 

 

O söyləyir, gedin deyin yerincə, 



Sanna qorxur göstərişi biləndə, 

Yaralıdır, ağrı çəkir, gəlincə... 

Çıxır evdən, düşür yeni gilincə, 

Bir-birindən güclü gəlir gələnlər. 

Ad-san qoyur, yol-yurd qoyur gedənlər. 

 

Kimsə daldan torba salır başına, 



Çəkir onu atın yəhər qaşına, 

Atlı çapır, dönür Humay quşuna, 

Bir-birindən güclü gəlir gələnlər, 

Ad-san qoyur, yer-yurd qoyur gedənlər. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

399 


 

 

Nə səs-səmir, nə qışqırıq, nə görən, 



Kimdir belə qız qaçıran bu ərən, 

Kimdir belə at səyirdən, at sürən, 

Bir-birindən güclü gəlir gələnlər, 

Ad-san qoyur, yer-yurd qoyur gedənlər. 

 

Sanna dedi:-Burax məni, yaramaz! 



Gətirdiyin bu, xurcundur, ya palaz? 

Səni yaxşı tanıyıram, dap-dayaz, 

Bir-birindən güclü gəlir gələnlər, 

Ad-san qoyur, yol-yurd qoyur gedənlər. 

 

Sən Daryaşsan, o gün qaçdın döyüşdən, 



Yalançısan, qaçarısan hər işdə, 

Üz döndərdin Tunqər qoyan gedişdən, 

Bir-birindən güclü gəlir gələnlər, 

Ad-san qoyur, yol-yurd qoyur gedənlər. 

 

-Düz tapıbsan, mən Daryaşam, gözəlim, 



Deyən sənlə işlərimiz düzəlir, 

Ancaq gərək çətinliyə dözəlim, 

Bir-birindən güclü gəlir gələnlər. 

Ad-san qoyur, yol-yurd qoyur gedənlər. 

 

Bizi Balasq atlıları gözləyir, 



Arxadan da yaraqlılar izləyir, 

Balasqel də Mindiyarı pisləyir, 

Bir-birindn güclü gəlir gələnlər, 

Ad-san qoyur, yol-yurd qoyur gedənlər. 

 

-Yenə niyə sən çıxıbsan özündən, 



Burax məni, itil mənim gözümdən, 

Qışqıraram, tanıyarlar səsimdən, 

Bir-birindən güclü gəlir gələnlər, 

Ad-san qoyur, yol-yurd qoyur gedənlər. 

 

-Balasqelin atlıları qabaqda, 



Parsel uzaq, uzaq səsdən, soraqdan, 

Əl ataraq  Sanna tutur yaraqdan, 

Bir-birindən güclü gəlir gələnlər, 

Ad-san qoyur, yol-yurd qoyur gedənlər. 

 

                  *** 



Tunqər deyir:-Sanna niyə gəlmədi? 

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 


Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin