Söhrab Tahir "Ata" Poema-epos


Söhrab Tahir                                "Ata" Epos-poema II cild



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə34/69
tarix17.04.2017
ölçüsü6,34 Mb.
#14318
1   ...   30   31   32   33   34   35   36   37   ...   69

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

426 


 

 

Enir göydən şaxta, külək, qar, sazaq, 



Udur şaxta yaralını busaraq, 

Gələnləri o dondurur bu sayaq, 

Olay yeydir gözlənilməz olanda. 

 

Tək Dəmirqız, Balaşq, Sanna sağ qalır, 



Daryaş atın quyruğundan güc alır, 

Acığından düşüncəsi qaralır, 

Olay yeydir gözlənilməz olanda. 

 

Sanna deyir:-Yığaq çubuq, ot, alaq, 



Daşı daşa sürtüb ondan od alaq, 

Bu şaxtadan, bu sazaqdan qorunaq, 

Olay yeydır gözlənilməz olanda. 

Alpis gedir, ötür şaxta, qar, sazaq, 

Axır yenə neçə-neçə çay, bulaq, 

Daryaş döyüş görməmişdi bu sayaq, 

Yaralıdır, çapır atı qaçaraq, 

Olay yeydir gözlənilməz olanda. 

 

Tunqər gəlir, durur vuruş önündə, 



Sak dağına çatır bu yay günündə, 

Tunc toxunma geyimi var əynində, 

Olay yeydir gözlənilməz olanda. 

 

Deyir:-Alpis burda olub deyəsən, 



Solub burda meşə,otlaq,çöl,çəmən, 

Bu döyüşə gecikmişəm mən deyən, 

Olay yeydir gözlənilməz olanda. 

                    *** 

Yürüş etdi Parsdiyara Alp Tunqər, 

Hər döyüşdə neçə qanlı ölüm var. 

Dörd öğlu da at səyirdir yanında. 

Hər döyüşdə neçə qanlı ölüm var. 

 

Alan,Sayan, Qaplan, Çatan ayıqdır, 



Döyüşlərdə, yürüşlərdə sayıqdır, 

Hər bir sözə, hər baxışa duyuqdur, 

Hər döyüşdə neçə qanlı ölüm var. 

 

Parsdiyara axşam üstü çatırlar, 



Sıralanır yaşıl boya çadırlar, 

Gənc oğullar baş qoyaraq yatırlar, 

Hər döyüşdə neçə qanlı ölüm var. 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

427 


 

 

Gecə ikən Tunqər çıxır yürüşə, 



O başlayır Daryaş ilə döyüşə, 

Daryaş yoxdur, gedib ellə görüşə, 

Hər döyüşdə neçə qanlı ölüm var. 

 

Axtarırlar, tapmayırlar Daryaşı, 



Tunqər bunca hamı ilə dalaşır, 

O danlayır Sanna, Çuqçu, Balaşqı, 

Hər döyüşdə neçə qanlı ölüm var. 

     Dörd qardaş  söylənci 

 

Gecə keçdi, işıqlandı dan yeri, 

Gündüz yeni başlanqıcdır gecəyə. 

Bu gecədən yuxu dərdi qardaşlar, 

Gündüz yeni başlanqıcdır gecəyə. 

 

Dörd qardaşı Sanna gördü, qımışdı, 



Qardaşların gözü yandı, alışdı, 

Dördünün də ğözü sanki qamaşdı, 

O gözəllə hamı yayqın danışdı, 

Gündüz yeni başlanqıcdır gecəyə. 

 

Sanna qızı gözəl gördü dördü də, 



Gizli ona könül verdi dördü də, 

Onu sevdi, sinə gərdi dördü də, 

Gündüz yeni başlanqıcdır gecəyə. 

 

Yaddan çıxdı ata, ana, döyüş, el, 



Axtardılar qızı gizli yerbəyer, 

Tanrı,bu gənc qardaşlara dözüm ver, 

Gündüz yeni başlanqıcdır gecəyə. 

 

                    *** 



Ana deyib döndü evə qardaşlar, 

Sevə bilməz bir gözəli dörd qardaş. 

Ayrı-ayrı söz açdılar anaya, 

Sevə bilməz bir gözəli dörd qardaş. 

 

Hər bir qardaş anasıyla görüşdü, 



Sanna qızı anasından soruşdu, 

Gizli sözlər bir-birinə qarışdı, 

Sevə bilməz bir gözəli dörd qardaş. 

 

Dörd qardaşda sevgi tək,tək doğuldu, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

428 


 

Bu kal sevgi gündən günə coxaldı, 

Aradakı döğmalıq da yoxaldı, 

Sevə bilməz bir gözəli dörd qardaş. 

Ana gördü onlar düşüb qadaya, 

Dörd oğulu vurulubdur Sannaya, 

Bu sevgilər gülünc gəldi anaya, 

Sevə bilməz bir gözəli dörd qardaş. 

 

Dedi:-Niyə üzün belə solubdur, 



Qardaşların kaldır, subay qalıbdır, 

Nə sevgidir səni çaşqın salıbdır, 

Sevə bilməz bir gözəli dörd  qardaş. 

 

Ana qorxdu,tez-tez çökdü diz üstə, 



Dedi:-Tanrım, oturmuşam köz üstə, 

Yalvarıram uzanaraq üz üstə, 

Qorxuram ki savaşalar qız üstə, 

Döyüşələr kobud-kobud söz üstə, 

Necə sevib bircə qızı dörd qardaş, 

Sevə bilməz bir gözəli dörd qardaş. 

 

Tunqər ata bunu bildi soluxdu, 



Elçiçəklə ağızlaşdı, doluxdu, 

Düşünərək hərdən-birdən karıxdı, 

Sevə bilməz bir gözəli dörd qardaş. 

 

Dedi:-Yoxsa bu, Alpisin işidir, 



Bu iş deyən Mindiyara qarşıdır, 

Dörd oğlum var, adlarını eşidib, 

Qoy sevgidən-deyib-bir aş bişirim, 

Dördünü də ağılayım, aşırım, 

Sevə bilməz bir gözəli dörd qardaş. 

 

Gedib gəldi, Çil-çil düşdü ayaqdan, 



O, Sannaya bir də baxdı qıraqdan, 

Gözəl idi Sanna üzdən, yanaqdan, 

Necə ala bilər qızı dörd qardaş, 

Sevə bilməz bir gözəli dörd qardaş. 

                 *** 

Tunqər dedi atasına bunları, 

Doğru danış, yalan çıxsın ortaya. 

Atasına o hər şeyi danışdı, 

Doğru danış, yalan çıxsın ortaya. 

Ağüzər şah dedi:-Oğlum, ayıq ol, 

Sevgi işi qolay işdir, sayıq ol, 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

429 


 

Duyuq olur sevən,sən də duyuq ol, 

Doğru danış, yalan çıxsın ortaya. 

 

Bir də Sanna ərə getsə yaxşıdır, 



Həm yerincdir, həm də toplumbaşıdır, 

O qız bizə orda atmac daşıdır, 

Doğru danış, yalan çıxsın ortaya. 

 

Oğlum,bu da baş tutmasa,onda sən 



Gərək ağır bir qatlağa gedəsən, 

Al onları, ayır biri birindən, 

Doğru danış, yalan çıxsın ortaya. 

 

Hərəsini göndər getsın bir yana, 



Harda olsa Mindiyara dayanar, 

Gedər, baxar, görər, artar, oyanar, 

Doğru danış, yalan çıxsın ortaya. 

 

Yoxsa onlar bir-birini qırarlar, 



Sevgi üstə qırıb, çatıb, vurarlar, 

Həm də gəlib bizə qarşi durarlar, 

Doğru danış, yalan çıxsın ortaya. 

 

Tunqər yaxşı başa düşdü atanı, 



Alpis idi bunu atıb tutanı, 

O, olmuşdu indi sevgi xortdanı, 

Doğru danış, yalan çıxsın ortaya. 

 

Alp Tunqərin könlü başı titrəkdir, 



Oğul atmaq, nədir, bu nə deməkdir, 

Buna böyük ürək-dirək gərəkdir, 

Bu oğullar min-min içrə tək təkdir, 

Oğul, ana, qız ataya dirəkdir, 

Doğru danış, yalan çıxsın qrtaya. 

 

Bu qardaşlar qalsaydılar burada, 



Sevgi üstə döyüşərdi arada, 

Bu gilinci ancaq Alpis yaradar, 

Haradasan, tanrım, böyük yaradan, 

Yardım elə gənclər çıxsın aradan, 

Doğru danış, yalan çıxsın ortaya. 

 

 



                 Ağüzlə  Daryaşın vuruşması  söylənci 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

430 


 

Daryaş girdi Əkbitənə toplumla, 

Vergi, sıxı Başbaşevdən gələndir. 

Dedi:-Bizim olacaqdır Əkbitən, 

Vergi, sıxı Başbaşevdən gələndir. 

 

Dedi:-Yaxşı yaraqlanıb Parsdiyar, 



Çıxsın mənim qabağıma oğullar, 

Uğureldə dördün birdən doğurlar, 

Vergi, sıxı Başbaşevdən gələndir. 

 

Tutulmuşdu Əkbitənin yarısı, 



At yolunun,ev yolunun hamısı, 

Ona yardım olub Alpis tanrısı, 

Döyülməkdə Ağüz şahın qapısı, 

Vergi, sıxı Başbaşevdən gələndir. 

 

Hanı, çıxsın ortalığa Başbaşı, 



Oğulları soylarıyla yanaşı, 

Sanna qıza sevgiləri qarışıb, 

Sevib qızı alçaltdılar balaşqı, 

Dörd qardaşlar bir-biriylə dalaşır, 

Vergi, sıxı Başbaşevdən gələndir. 

 

At çapırdı Daryaş basarsayağı, 



Yerlilərsə alıb daşı, çomağı, 

Daşlayırdı çağrılmamış qonağı, 

Alpis isə görünməzdir, bayağı, 

Yandırırdı qorla evi ocağı, 

Vergi, sıxı Başbaşevdən gələndir. 

 

Şimşəkquyruq od tökürdü yollara, 



Daryaş isə kül səpirdi yallara, 

Od vururdu ağaclara, kollara, 

Yazqabağı çiçəklənən xollara, 

Vergi, sıxı Başbaşevdən gələndir. 

 

Çıxdı Ağüz nərildədi bağırdı, 



Yaraqlanan el-obanı çağırdı, 

Dedi:-Bunlar toplum deyil,naxırdı, 

Acıq onu boğazlayıb boğurdu, 

Əkbitəndə bağırtılar doğurdu, 

Vergi, sıxı Başbaşevdən gələndir. 

 

Ağüz,Daryaş qılınclaşdı iki gün, 



Alpis saldı çox işlərə sap, düyün, 

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

431 


 

Çay, bulaqlar qurudular büs-bütün, 

Vergi, sıxı Başbaşevdən gələndir. 

 

Turqla  Alpisin vuruşu söylənci 

 

Bir kişnərti səsi gəldi uzaqdan, 



Kişnərtidə bir toplumun gücü var. 

Ağüz dedi:-Hər at belə kişnəməz, 

Kişnərtidə bir toplumun gücü var. 

 

Turq atadır,Şimşəkatdır deyən bu, 



Bu kişnərti ayıqlıqdır, ya yuxu, 

Aldı  bütün Parsdiyarı bir qorxu, 

Kişnərtidə bir alayın gücü var. 

 

Birazdan da Şimşəkquyruq kişnədi, 



Bir doğmalıq tapdı, duydu at, nədi, 

Doğmalıqdan çox ürəklər göynədi, 

Kişnərtidə bir toplumun gücü var. 

 

Açıqana düşdü qorxu, hay-haray, 



Döndü şimşək görüşünə bu olay, 

Yarağını yerə qoydu üç alay, 

Kişnərtidə bir alayın gücü var. 

Öncə atlar birbirini iylədi, 

Daryaş güldü, basarlıqdan küylədi, 

-Turq dirisən, ya ölüsən?-söylədi, 

Kişnərtidə bir alayın gücü var. 

 

Bunu görüb Turqər onu saymadı, 



İtələdi, heç yaxına qoymadı, 

Artıq sözü mənliyinə qıymadı, 

Kişnərtidə bir toplumun gücü var. 

 

Dedi:-Alpis, ey pisliklər tanrısı, 



Ötüb deyən tanrılığın yarısı, 

Lillənibdir gözlərinin sarısı, 

Artıb yenə ürəyinin ağrısı, 

Kişnərtidə bir alayın gücü var. 

 

Görüşmüşdük çox-çox qabaq Altyerdə, 



Görüşürük Əkbitəndə biz bir də, 

Küsülüsən, didərginsən o yerdən, 

Kişnərtidə bir toplumun gücü var. 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

432 


 

Yaxşı olub sən gəlibsən Üstyerə, 

Gəl, üzülüş pis işlərlə son kərə, 

Verək burda işdə-gücdə əl-ələ, 

Kişnərtidə bir alayın gücü var. 

 

Qoy yox olsun qıtlıq, aclıq, quraqlıq, 



Yanğın, çovğun, döyüş, vuruş, çolaqlıq, 

Qoy yox olsun ölüm, itim, uzaqlıq, 

Kişnərtidə bir alayın gücü var. 

 

                  *** 



Alpis dedi:-Mən tanrıyam yenə də, 

Yaxşı pislə, pis yaxşıyla paylaşır. 

Parçalanıb bölünübdür tanrılıq, 

Yaxşı pislə, pis yaxşıyla paylaşır. 

 

Tanrılıq da çətin işdir bilirsiz, 



Vardır onun iki üzü, yaxşı,pis, 

Nə olsun ki burda sizsiz, orda biz, 

Yaxşı pislə, pis yaxşıyla paylaşır. 

Yaxşılığı böyüdürəm pisliklə, 

Pis düzəlir yaxşı olur düzlüklə, 

Yaxınlaşa bilməyirik biz hələ, 

Yaxşı pislə, pis yaxşıyla paylaşır. 

 

Tunqər dedi:-Sən pislikdə tanıqsan, 



Min-min ildir yaxşılıqdan yanıqsan, 

Pisdə bütöv, yaxşılıqda qırıqsan, 

Yaxşı pislə, pis yaxşıyla paylaşır. 

 

-O at mənim atım olub minibsən, 



-Sən basılıb atdan düşüb,enibsən, 

İndi küsüb Altyerdən də dönübsən, 

Yaxşı pislə, pis yaxşıyla paylaşır. 

 

Tutuşdular Turqla Alpis adbaad, 



İki idi Şimşəkqılınc, Şimşəkat, 

İki ərdə dəmir kimi qol, qanad, 

Yaxşı pislə, pis yaxşıyla paylaşır. 

 

Tanrı ilə yarıtanrı güləşir, 



Vurnuxmalar gedişində dilləşir, 

Tər,qan axır yerdə sanki selləşir, 

Yaxşı pislə,pis yaxşıyla paylaşır. 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

433 


 

Hamı qulaq asır acı sözlərə, 

Ancaq Alpis görünməyir gözlərə, 

Qorxu, ürkü qonur sanki üzlərə, 

Yaxşı pislə, pis yaxşıyla paylaşır. 

 

Görmürdülər Turqər kimlə vuruşur, 



Görünmürdü görünməzin duruşu, 

Deyirdilər Turq cinlərlə döyüşür, 

Yaxşı pislə, pis yaxşıyla paylaşır. 

 

Ancaq səs-küy eşidirdi baxanlar, 



Qalxıb enir qılınc, topbuz, qalxanlar, 

Bu görümdən çoxalırdı qorxanlar, 

Yaxşı pislə, pis yaxşıyla dilləşir. 

Tunqla  Alpisin vuruşu söylənci 

 

 

Tunqər gəldi,yolda qırx min yaraqlı, 



Ağır olur ata-oğul nisgili. 

Acıqlıydı, küsülüydü özündən, 

Ağır olur ata-oğul nisgili. 

 

Onu görüb Alpis geri oturdu, 



Mindi atı yürüyünü artırdı, 

O, Turq ilə döyüşünü qurtardı, 

Ağır olur ata-oğul nisgili. 

 

Daryaş mindi,çapdı Şimşəkquyruğu, 



Qaldı yerdə toplumunun qalığı, 

Tunqər çapdı, tutsun sırtıq yoluğu, 

Gözlərində ata-oğul nisgili. 

 

Tunqər çapdı,tutdu onu arxadan, 



Bir səs qopdu o yekəbaş lovğadan, 

Gizlənmişdi yarğansayaq çalada, 

Gözlərində basıqlığın nisgili. 

 

Dedi:-Məni Alpis tanrı aldadıb, 



Ələ alıb qanığımı qaraldıb, 

Dilə  tutub məndən qancıl yaradıb, 

Pis ayaqda hamımızı o atıb, 

Gözlərində basıqlığın nisgili. 

 

Mən qaçmırdım, aldadırdım səni mən, 



Çox da böyük, lap böyüksən, hər nəsən, 

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

434 


 

Öpməlisən burda mənim əlimdən, 

Gözlərində basıqlığın nisgili. 

 

Gözləmədi, çapdı Şimşəkquyruğu, 



Şimşək çaxdı  onun ipək quyruğu, 

Çil-çilatın  yandı yalı, çulluğu, 

Gözlərində basarlığın nisgili. 

 

 



Tunqər ona qoşa-qoşa ox atdı, 

Atıb onun yalmanını qanatdı, 

Kəsdi qaçmaq yollarını daraltdı, 

Gözlərində ata-oğul nisgili. 

Gəlib onu şəlitdədi götürdü, 

Bu döyüşü Tunqər belə bitirdi, 

O, Daryaşı Əkbitənə gətirdi. 

Gözlərində ata-oğul nisgili. 

 

                 *** 



Böyük tanrı baxır bizə ucadan, 

Pis ayaqda tanrılardan yapışın. 

Alpis bezdi, döndü yenə Altyerə, 

Pis ayaqda tanrılardan yapışın. 

 

Oğul gərək bir inanca inansın, 



Döyüşlərdə, vuruşlarda sınansın, 

Öymələnsin, yaxşılıqla qınansın, 

Pis ayaqda tanrılardan yapışın. 

 

Dörd oğlunu Tunqər qatdı sınağa, 



Yola saldı dağa, daşa, çaylağa, 

Ata, deyib onlar getdi uzağa, 

Yaxın-yaxın, uzaq-uzaq torpağa, 

Pis ayaqda tanrılardan yapışın. 

 

Ana dedi:-Tanrı sizi qoruyar, 



İnanc sizə hər bir yerdə yarayar, 

Gəncliyiniz yaxşı yolda qarıyar, 

Pis ayaqda tanrılardan yapışın. 

 

Odərpayın üztutması, kəsisi, 



Pis ayaqda tanrılardan yapışın. 

Dörd qardaşı tanrılara tapşırdı, 

Pis ayaqda tanrılardan yapışın. 

 

Dedi:-Tanrım, dörd qardaşı Qam elə, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

435 


 

Ovsunlanmış sevgilərdən yan elə, 

Sevgiləri qarışmasın qan ilə, 

Pis ayaqda tanrılardan yapışın. 

 

Dedi, tanrım, anaları bağışla, 



Pis ayaqda tanrılardan yapışın, 

Tanrılıqdır dörd ər doğan ana da, 

Pis ayaqda tanrılardan yapışın. 

Sevgilim yox, oğlum, qızım da yoxdur, 

Yanan  Ocaq mənə isti, soyuqdur, 

Yer üzündə artarlarım nə çoxdur, 

Pis ayaqda tanrılardan yapışın. 

 

  Tunqərin öyüd söylənci 



 

Tanrım, bizə  güc veribsən, bir də ver, 

Bu dolanış əkənindir, biçənin. 

Tunq adımı alıb Turan qoyaram, 

Bu dolanış əkənindir, biçənin. 

 

Tunqər dedi:-Oğullarım, tələsin, 



Nə qədər ki qıy qanadlı gəncsiniz, 

Dolanışı qamarlayıb alın siz, 

Bu dolanış əkənindir, biçənin. 

 

Çil-çilatı qotaz, ipək çulladı, 



Dörd yan-yönə dörd ox atdı, tolladı, 

Dörd oğlunu dörd yan-yönə yolladı, 

Bu dolanış əkənindir, biçənin. 

 

Tunqər dedi:-Dörd yan-yönə yol çəkin, 



Uca-uca boy dayanan ev tikin, 

Düzənlikdə quyu qazın,yer əkin, 

Bu dolanış əkənindir, biçənin. 

 

Kim olsa da yoxsullara əl tutun, 



Çox işləyin, az istəyin, az yatın, 

Hər bir yaxşı istəyizə tez çatın, 

Bu dolanış əkənindir, biçənin. 

 

Hər oğlumdan yeddi oğul doğulsun, 



Acıq, küsü içinizdə boğulsun, 

Sizə qarşı nə vardırsa dağılsın, 

Bu dolanış əkənindir, biçənin. 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

436 


 

Harda olsa dilləndirin dilləri, 

Tutun sizə uzadılan əlləri, 

Qoruqlayın çörək verən çölləri, 

Bu dolanış əkənindir, biçənin. 

Var, gəliri ev-ev, əl-əl paylayın, 

Dargözlüyü, qısmırlığı tollayın, 

Pisə qarşı tanrıları haylayın, 

Bu dolanış əkənindir, biçənin. 

 

Başraqlayın Mindiyarı,Turanı 



Yığın otu, arpa, buğda, samanı, 

Qovun pisi, düşərliyi, yalanı. 

Bu dolanış əkənindir, biçənin. 

 

Bəbəkləyin atı, otu, ananı, 



Yaxın bilin qanmayanı, qananı, 

Uca tutun yazı-pozu, inamı, 

Bu dolanış əkənindır, biçənin. 

 

Boş əl ilə qayıtmayın o yerdən, 



Ürəyiniz yuxa olsun dəmirdən, 

Uca olun, ayıq olun təpərdə, 

Bu dolanış əkənindir, biçənin. 

 

Dörd qardaşlar at çapdılar, getdilər, 



Yeli, yalı dalda qoyub ötdülər, 

Gözlərini silib gözdən itdilər, 

Bu dolanış əkənindir, biçənin. 

 

        Sayanər  söylənci 



 

Getdi Sayan Hindelyana,Təbətə, 

Tanrı özü verir sənə uğuru. 

Axşam üstü o bir kəndə yetişdi, 

Tanrı özü verır sənə uğuru. 

 

Ev yiyəsi yemək verdi qonağa, 



Sonra onu çəkdi yüngül sınağa, 

-Suyumuz yox, qızım gedib bulağa, 

Tanrı özü verir sənə uğuru. 

 

Qız gəlsəydi sənə qulluq edərdi, 



Sən yatanda qoruyardı, güdərdi, 

Sən haraya getsən sənlə gedərdi, 

Tanrı özü verir sənə uğuru. 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

437 


 

Qocalmışam,suya gedə bilmirəm, 

Sürünürəm bunca,ancaq ölmürəm, 

Gəl deyirəm, ölüm deyir gəlmirəm, 

Tanrı özü verir sənə uğuru. 

 

Sayan dedi:-Bulaq burdan uzaqdır, 



Ata dedi:-Yolu tikan, alaqdır, 

Ancaq qızım igid qızdır, qıvraqdır, 

Tanrı özü verir sənə uğuru. 

 

Sayan dedi:-Mən gedərəm yardıma, 



Qız tuş gələr birdən meşə qurduna, 

Həm də sərin su verərəm atıma, 

Tanrı özü verir sənə uğuru. 

 

                   *** 



Gəldi, gördü qız danışır bulaqla, 

Suyun dili, qulağı var deyəsən. 

Bulaq deyir, gir qoynuma, sərinlə, 

Suyun dili, qulağı var deyəsən. 

 

Qız deyir ki, su dərindir, bataram, 



Mən boğulsam hardan, nədən tutaram, 

Bulaq deyir harayına çataram, 

Suyun dili, qulağı var deyəsən. 

 

Bulaq deyir:-Qorxma,Tan-tan, gəl bəri, 



Mən ilığam, həm də sərin, lap sərin, 

Atan məni Buzbulağa döndərib, 

Suyun dili, qulağı var deyəsən. 

 

Sayan gülür, qıza neçə söz deyir, 



-Ay qız, atan səni çoxdan gözləyir, 

Diksinərək, çəkinərək qız deyir: 

-Ah, sən kimsən?! 

-Mən atanın qonağı. 

-Qoy gözləsin, mən sevirəm bulağı, 

-Çox gözəlsən dolu üzün, yanağın, 

Suyun dili, qulağı var deyəsən. 

-Yox-yox qızlar oğlan sevir, bulaq yox, 

-Düz deyirəm, o oğlandır, bulaq yox, 

Dili vardır onun, ancaq dodaq yox, 

Suyun dili, qulağı var deyəsən. 

 

Uşağıydıq, oynayırdıq durmadan, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

438 


 

Atam gördü, dedi, kimdi bu oğlan, 

Dedim, məni çox-çox sevir bu oğlan, 

Suyun dili, qulağı var deyəsən. 

 

Çay qurudu, göl qurudu, quraqlıq, 



Nə bir meşə, nə uçarsu, nə bağlıq, 

Tək var idi bizdə dəli uşaqlıq, 

Suyun dili, qulağı var deyəsən. 

 

Çox axtardıq, nə su tapdıq, nə bulaq, 



Tanrı bizə sevgi verdi busayaq, 

Mən qız oldum, bu oğlansa Buzbulaq, 

Suyun dili, qulağı var deyəsən. 

 

                   *** 



Sayan dedi:-Düz deyirsən, gözəl qız, 

Tanrı gücdür, sudur, oddur, ocaqdır. 

Sayan dedi:-Ver götürüm tuluğu, 

Sən götürsən sınar qolun, topuğun, 

Mən qorxuram bu bulaqdan açığı, 

Tanrı gücdür, sudur, oddur, ocaqdır. 

 

Tuluq yaman ağır gəldi Sayana, 



Sayan çəkdi onu o yan-buyana, 

Lakqıldadı, o güc gəldi oğlana, 

Tanrı gücdür, sudur, oddur, ocaqdır. 

 

Bunu görüb qız əl atdı tuluğa, 



Çəkdi, vurdu o tuluğu qoltuğa, 

Girdi iti atdımlarla otluğa, 

Tuluq döndü qoltuqaltı yasdığa, 

Tanrı gücdür, sudur, oddur, ocaqdır. 

 

Ata dedi:-Mənim qızım oğlandır, 



Qoldan, qıçdan o güclüdür, sağlamdır, 

O qız deyil, mənim oğul balamdır, 

Tanrı gücdür, sudur, oddur, ocaqdır. 

 

Sayan dedi:-O, bulağla danışır, 



Bulaq ondan, o bulaqdan yapışır, 

Qız əyilir hərdən onla öpüşür, 

Tanrı gücdür, sudur, oddur, ocaqdır. 

 

Ata dedi:-Onlar uşaq olublar, 



Oynayıblar, birgə yaşa dolublar, 

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 


Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin