Söhrab Tahir "Ata" Poema-epos



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə28/69
tarix17.04.2017
ölçüsü6,34 Mb.
#14318
1   ...   24   25   26   27   28   29   30   31   ...   69

                *** 

Bunu bilib dusdaqbaşı söylədi: 

Hər bir işdə ölçü-biçi gərəkdir. 

Eşitdim ki, təpinibsən yerincə, 

Hər bir işdə ölçü-biçi gərəkdir. 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

349 


 

Sən bizdənsən, biz də səndən, yaxşıdır, 

Minel, parsel bir-birinə qarşıdır, 

Indi burda yerinc çuqçubaşıdır, 

Hər bir işdə ölçü-biçi gərəkdir. 

Biz üç aydır ev-eşikdən ayrıyıq, 

Üç aydır ki, günü, ayı sayırıq, 

El içində yalan sözlər yayırıq, 

Hər bir işdə ölçü-biçi gərəkdir. 

 

Sən qal burda, gecə ona qorunc ol, 



Kimsə gəlsə aldat, ona görünc ol, 

Bir gecəlik gedək evə qayıdaq, 

Bir gecəlik sən də burda qal qonaq, 

Yemək-işmək dolu burda cağ-bacaq, 

Hər bir işdə ölçü-biçi gərəkdir. 

 

Tunqər baxdı, inanmadı, gülərək, 



Dedi:-Yerinc deyən bu gün öləcək, 

Gecə ikən basdırılsın o gərək, 

Hər bir işdə ölçü-biçi gərəkdir. 

 

Basdırarıq, təki ölsün, qalmasın, 



Yanında qal, haray-həşir salmasın, 

Sözə tut ki, səsi-küyü olmasın, 

Hər bir işdə ölçü-biçi gərəkdir. 

 

Belə dedi dusdaqbaşı Tunqərə, 



Dedi, birdən səs-küy salar ellərə, 

Bu səs düşər Mindiyarda dillərə, 

Hər bir işdə ölçü-biçi gərəkdir. 

 

                 *** 

Tunq gözlədi, Manayqıza yan aldı, 

Hərdən gücü doğru olur yalanın. 

Yalan dedi o, yaralı yerincə, 

Hərdən gücü doğru olur yalanın. 

 

Axşam düşdü, günəş batdı, saraldı, 



Gecə gəldi, yer-göy qat-qat qaraldı, 

Gör-görünclər, görünmələr daraldı, 

Hərdən gücü doğru olur yalanın. 

 

Tunqər getdi, girdi onun qoluna, 



Aldı ölgün gövdəsini dalına, 

O tələsik çıxdı Parsel yoluna, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

350 


 

Hərdən gücü doğru olur yalanın. 

Çuqçubaşı Tunqu görüb sevindi, 

Dedi:-Onun yer-yurdunu nə bildin, 

Bununla da ən böyük iş görüldü, 

Hərdən gücü doğru olur yalanın. 

 

Manayqızın üzü, başı yaralı, 



Düşüncəsi, göz bəbəyi daralıb, 

Ölü kimi üzü-gözü saralıb, 

Hərdən gücü doğru olur yalanın. 

 

O danışmaq istəyirdi olanı, 



Olanlardan doğru-doğru yalanı, 

Tunq deyirdi hərdən yerdə qalanın, 

Hərdən gücü doğru olur yalanın. 

 

Bir də Manay elə bil ki ölürdü, 



Tunqa baxıb hərdən azca gülürdü, 

Yalan san ki qulağını dəlirdi, 

Hərdən gücü doğru olur yalanın. 

 

Tunqər dedi:-Çuqçu başı, becid ol, 



Apar onu Əkbitənə, igid ol, 

Yolda ona arxa dayan, öyüd ol, 

Hərdən gücü doğru olur yalanın. 

 

Toplumunla gecə ikən çıx yola, 



Bu, Başevdə sevinc olar, toy olar, 

Qızı görcək çox gözlərə yaş dolar, 

Hərdən gücü doğru olur yalanın. 

 

Elə bu an elə girdi min atlı, 



Onlar çapıb gəlmişdilər qanadlı, 

Ağız odlu, baxış odlu, göz odlu, 

Hərdən gücü doğru olur yalanın. 

       

   Yerinc Tunqər söylənci 

 

Mindiyarın səsləncləri gurladı, 



Səslənc çox-çox yatanları ayıldır. 

Parsel san ki ayılaraq diskindi, 

Səslənc çox-çox yatanları ayıldır. 

Hamı gəldi yerincevə durmadan, 

Gəldi bir-bir qılınc vuran, ox atan, 

Gəldi bütün qışı yatan, yatağan, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

351 


 

Səslənc çox-çox yatanları ayıldır. 

 

Tunqər dedi:-Yerinc mənəm bu gündən, 



Gəldim sizi yoxlamağa yenidən, 

Ad çıxarın, əkin, biçin, səpində, 

Səslənc çox-çox yatanları ayıldır. 

 

Küsüb gedib Əkbitənə Manayqız, 



Gedib həm də qan-qadasız, olaysız, 

Biz qalmışıq daha burda Manaysız, 

Səslənc çox-çox yatanları ayıldır. 

 

Biri çıxır önə, deyir, mən başam, 



Manayqızla mən yaxınam, yoldaşam, 

Mənəm burda yerincliyə yaraşan, 

Səslənc çox-çox yatanları ayıldır. 

 

Tunqər deyir:-Kimsən, söylə, nəçisən, 



Darvideldən, ya Parseldən elçisən, 

Hindellisən, Parsellisən, kəndçisən, 

Səslənc çox-çox yatanları ayıldır. 

 

 



-Kim olsam da sənə qarşı qancılam, 

Sən at olsan mən də sənə ağ çulam, 

Gəldim ox tək gözlərinə sancılam. 

Səslənc çox-çox yatanları ayıldır. 

 

Acığından Tunqun gözü bərəlir, 



Çil-çil atdan düşür gəlir irəli, 

Bu Daryaşdır, qaşı-döşü gərilib, 

Səslənc çox-çox yatanları ayıldır. 

 

Köksü, başı, boynu ətli, iridir, 



Yekə burnu deyən bir az əyridir, 

Ancaq Daryaş əl-ayaqdan itidir, 

Səslənc çox-çox yatanları ayıldır. 

 

O əl atır, tunqu çəkir araya



Tunq silkənir lapdan çıxır ortaya, 

Yaraqlılar düzülübdür sıraya, 

Səslənc çox-çox yatanları ayıldır. 

 

Daryaş alır Tunqu göyə qaldırır, 



Bununla da o, gücünü bildirir, 

Yerə qoyub o hamını güldürür, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

352 


 

Səslənc çox-çox yatanları ayıldır. 

 

Tunq daryaşı süpürləyir, sürüyür, 



Yerdən üzür ayağını, kürüyür, 

Alır onu başı üstə, yürüyür, 

Səslənc çox-çox yatanları ayıldır. 

 

Atır onu gölməçəyə, qayıdır, 



Daryaş san ki beli sınmış ayıdır, 

Kimsə deyir, bu da yerinc payıdır, 

Səslənc çox-çox yatanları ayıldır. 

 

                   *** 

Daryaş Tunqu buyruxlayır güləşə, 

Kim üstündür, bunu güləş göstərər. 

Sayıqlayıb onu tutur söyüşə, 

Kim üstündür, bunu güləş göstərər. 

 

Deyir:-Kim güc gəlsə yerinc o olsun, 



Bu Parseldə basar başçı qoyulsun, 

Gənc olsa da o ağsaqqal sayılsın, 

Kim üstündür, bunu güləş göstərər. 

 

Yaxalaşıb  qurşaqlaşır iki ər, 



Tutaşırlar, biri buğa, biri nər, 

Çəkilibdir baxanlardan sıx çəpər, 

Kim üstündür, bunu güləş göstərər. 

 

Dirək qollar, güclü, dəmir çiyinlər, 



Dağ köküslər, üstün, qızmış beyinlər, 

Cırıq-cırıq olur qalın geyimlər, 

Kim üstündür, bunu güləş göstərər. 

Biri beldən, biri qıçdan yapışır, 

Iki kəldir, iki qurddur, qarpışır, 

Bir yer üçün iki yerinc çarpışır, 

Kim üstündür, bunu güləş göstərər. 

 

Tunq düşünür, “Boynun tutum, sıxım mən”, 



Daryaş deyir, “İtələyib yıxım mən”, 

Tunq düşünür,”Bürmələyim, boğum mən”, 

Kim üstündür, bunu güləş göstərər. 

 

Hey-hey, hay-hay, boğaz yırtan nərilti, 



Çəkişmədən qopan boğuq bəyirti, 

Boğazlarda qırıq-qırıq xırıltı, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

353 


 

Kim üstündür, bunu güləş göstərər. 

 

Köküslərdə axır tər su yerinə, 



Aman vermir kəllər biri-birinə, 

Tunq Daryaşın birdən girir böyrünə, 

Kim üstündür, bunu güləş göstərər. 

 

Tunq silkənib bərk yuxarı dartınır, 



Sıxır onun qoltuğunun altını, 

Kəsir onun uduğunu, hortunu, 

Kim üstündür, bunu güləş göstərər. 

 

Daryaş deyir:-Burax gözüm qaralır, 



Övkələnir üzü-gözü saralır, 

Valaylayır düşür Tunqdan aralı, 

Kim üstündür, bunu güləş göstərər. 

 

                  *** 



Yalan hərdən gərək olur doğruya, 

Çox qısqırtma yalan üstə doğrunu. 

Biri bulaq, biri sısqa-bir içim, 

Çox qısqırtma yalan üstə doğrunu. 

 

Yalan çatdı harayına yerincin, 



Doğru, yalan ayrıdırlar nə üçün, 

Biri bulaq, biri isə bir içim, 

Çox qısqırtma yalan üstə doğrunu. 

İkisi də aldatmağa boyludur, 

Biri dikdir, biri üzüquyludur, 

Biri susqun, o birisi küylüdür, 

Çox qısqırtma yalan üstə doğrunu. 

 

Biri sağda səndən, biri soldadır, 



Hamı yalan, hamı doğru yoldadır, 

Bunca hamı bir-birini aldadır, 

Çox qısqırtma yalan üstə doğrunu. 

 

Doğruluqdan hamı qaçır çəkinir, 



Dirrik yalan üstə qurub yükünü, 

Doğru ölmür, yavaş-yavaş tükənir, 

Çox qısqırtma yalan üstə doğrunu. 

 

Biz yalanla aldadırıq doğrunu, 



Biz yalanla azaldırıq ağrını, 

Çatdadırıq qancılların bağrını, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

354 


 

Çox qısqırtma yalan üstə doğrunu. 

 

Biz yalanı pisləyirik, söyürük, 



Doğruluğu pişim-pişim öyürük, 

Ancaq hər gün yalan çörək yeyirik, 

Çox qısqırtma yalan üstə doğrunu. 

 

Doğruluğu ovud, tut, al qucağa, 



Yalanısa çox da qovma uzağa, 

Bir də gördün gərək oldu qulluğa, 

Çox qısqırtma yalan üstə doğrunu. 

 

Kim desəki doğru gücdür, yalandır, 



Yalan ötən, doğru isə qalandır, 

İkisi də bir anadan olandır, 

Çox qısqırtma yalan üstə doğrunu. 

 

Pis ayaqda verir önə döşünü, 



Görür hərdən yüz toplumun işini, 

Yaz eyləyir sözlə qarın qışını, 

Çox qısqırtma yalan üstə doğrunu. 

 

O itildir, qılınc edir xışını, 



Qartal edir ölü serçə quşunu, 

O dirildir yaralının leşini, 

Çox qısqırtma yalan üstə doğrunu. 

 

                    *** 

Tunq söylədi:-Beş il vergi boşluyuq, 

Vergi dönür, el-obaya paylanır. 

Yoxsullara yardım olsun varlılar, 

Vergi dönür, el-obaya paylanır. 

 

Varlı, yoxsul bir-birinə arxadır, 



Yoxsul qayış, varlı isə toqqadır, 

Harda bu var, orda yoxsul azdır, 

Vergi dönür, el-obaya paylanır. 

 

Biri dedi sısqa səslə arada, 



-Parsellidən güclü toplum yaradaq, 

Səs-küy düşdü bu sözlərlə sırada, 

Vergi dönür, el-obaya paylanır. 

 

Bu ağır iş tapşırılsın Daryaşa, 



Sanıram ki, bu iş ona yaraşar, 

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

355 


 

Qoy o mənlə girsin böyük yarışa, 

Vergi dönür, el-obaya paylanır. 

 

         Daryaş söylənci 



 

Daryaş çıxdı ortalığa söylədi: 

-Yanılmışam, Tunqər, məni bağışla. 

Səndə böyük ürək vardır, Turqsayaq, 

Yanılmışam, Tunqər, məni bağışla. 

 

Parsel hər il korluq çəkir vergidən, 



Yardım görmür doğmasından, özgədən, 

Nə doğma var, nə yabançı ölkədə, 

Yanılmışam, Tunqər, məni bağışla. 

 

Bu böyüklük məni bütün dəyişdi, 



Yaxşılığa pislik etmək pis işdi

Bağışla ki, mən səninlə deyişdim, 

Yanılmışam, Tunqər, məni bağışla. 

                   *** 

Tunq Parselə bağışladı borcları, 

Bir bağışla dəyişilir acıqan. 

Parsel Tunqa boyun əydi, baş əydi, 

Bir bağışla dəyişilir acıqan. 

 

“Acıqan da demək olmaz Parselə, 



Həm qardaşığ, həm elliyik biz hələ, 

Tutacağam yurdu, eli mən dilə, 

Bir bağışla dəyişilir acıqan. 

 

Ağüzər də gərək bunla barışsın, 



Bu işlərə doğma kimi qarışsın, 

Bunu öncə yoxsullardan soruşsun, 

Bir bağışla dəyişilir acıqan. 

 

Gərək indi Darvidelə yol tapam, 



Küsülüdür, deyən, orda çox adam, 

Deyir, burda nə arpa var, nə saman, 

Bir bağışla dəyişilir acıqan. 

 

Hər iki el yeni bir yol seçəcək, 



Bu yol Hindel, Misireldən keçəcək, 

Tunq söz əkib, Tunq bicləmə biçəcək, 

Bir bağışla dəyişilir acıqan. 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

356 


 

Bicləmədir eli qoyur yoluna, 

O bənzəyir atın qulaq qılına, 

Çətin anda girir mənim qoluma, 

Bir bağışla dəyişilir acıqan. 

 

Qız toplumu az qalıbdır, çox azdır, 



Parsellilər  acıqlıdır, konazdır, 

Çayı, gölü, gölməçəsi dayazdır, 

Bir bağışla dəyişilir acıqan. 

 

Tanrı, mənə yardım elə, yol göstər, 



Yardım elə yağ düşməsin köz üstə, 

Var çoxalsın, çox da gəlsin az üstə, 

Bir bağışla dəyişilir acıqan. 

Mən Parseli, Darvideli qucaram, 

Satallara yeni yollar açaram, 

Mən Ağüzəm, Üstüağam, Bacaram, 

Bir bağışla dəyişilir acıqan.” 

                  *** 

Tunqər qısa yazı yazdı Başevə: 

“Başev hər gün bilməlidir hər şeyi. 

Parsel, Daryaş, Vergi, bir də Manayqız, 

Başev hər gün bilməlidir hər şeyi. 

 

Yazdı, ata, mən qalıram burada, 



Baş vur mənə, hərdən-birdəm, arada, 

Yardım olsun qoy Minelə yaradan, 

Başev hər gün bilməlidir hər şeyi. 

 

Bunlar bura “ölkə” adı qoyublar, 



El olmaqdan çiyriyiblər, doyublar, 

Başev, ölkə istəyinə dolublar, 

Başev hər gün bilməlidir hər şeyi. 

 

Mən burada yerinc kimi qalaram, 



Yellidirlər, yellərini alaram, 

Onlar Parsel, mən isə Minel olaram, 

Başev hər gün bilməlidir hər şeyi. 

 

“Başev”, “ölkə”, bu sözləri arayın, 



Tək bunlardır Parsellinin harayı, 

Yazı yazın hər günündə hər ayın, 

Başev hər gün bilməlidir hər şeyi”. 

 

Tunqər yazdı, ancaq soraq gəlmədi, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

357 


 

Başev boşdur, bunu Tunqər bilmədi, 

Turq yox oldu, tanrılaşdı, ölmədi, 

Başev hər gün bilməlidir hər şeyi. 



                  

                    *** 

Sak dağları dan yerinə boylanır, 

Gəl-gəl deyir dağlar ulu günəşə. 

Naxır, sürü, ilxı qalxır yaylağa, 

Gəl-gəl deyir dağlar ulu günəşə. 

Oynaqlayır, şıllaq atır dayçalar, 

Çiçəklərdən boya alır xalçalar, 

Dolub daşır fətir, külçə-xonçalar, 

Gəl-gəl deyir dağlar ulu günəşə. 

 

Quzu gəlib əmir dolu tuluğu, 



Yerə dəyir qoyunların quyruğu, 

Qızlar çəkir, süzmələyir qatığı, 

Gəl-gəl deyir dağlar ulu günəşə. 

 

Tüstülənir  təndir-odun  sobası 



Xurcunlarda gül-çiçəyin  boyası.  

Unudulub burda qişlaq şorbası,      

Gəl-gəl deyir dağlar ulu günəşə. 

 

Papaq qoyub ağ buluddan Sak dağı, 



Duman gəlir cizildadır ocağı. 

İki uşaq otarırlar bir atı,   

Gəl-gəl deyir dağlar ulu günəşə 

 

Parsel çıxıb oba-oba yaylağa. 



Səpələnib sürü, naxır otlağa 

Soyutma ət bişirirlər qonağa 

Gəl-gəl deyir dağlar ulu  günöəşə. 

 

Gözü yolda gözləyirlər Tunqəri  



Osa gəlir gəzə-gəzə hər yeri 

Öyünc olub yorulmayan dillərin 

Gəl-gəl deyir dağlar ulu günəşə.  

 

                    ***  

Tunq düşünür, çıxış yolu axtaraır, 

Birində güc birində öc güclüdür. 

Parsel, Daryaş öz yolundan dönməyir

Birində güc, birində öc güclüdür. 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

358 


 

Bunlar el yox, “ölkə” olmaq istəyir, 

Bunlar Minel, Mindiyarı pisləyir, 

“Xruş” deyib ona inam bəsləyir,  

Birində güc, birində öc güclüdür. 

Daryaş Xruş olmaq üçün atdanır, 

Ancaq “Minel” deyib üç yol qatdanır, 

Gizli vergi yığır, onla otlanır, 

Birində güc, birində öc güclüdür. 

 

Məndə güc var, onda öc var, nə olsun, 



Orda-burda qoy deyinib yorulsun, 

Lap Parselin adı “Ölkə” qoyulsun, 

Birində güc, birində öc güclüdür. 

 

 



“Ölkə” olsa aclarından ölərlər, 

Minel nədir, kimdir, onda bilərlər, 

Üstümüzə ac-yalavac gələrlər, 

Birində güc, birində öc güclüdür. 

 

                    ***  

Tunq düşünür, biləyində güc duyur, 

Güclü susur, arxayındır özünə. 

Deyir toplum, yaraq, Başev məndədir, 

Güclü susur, arxayındır özünə. 

 

Kim oynadır öz yerindən Parseli, 



Burda, deyən Hindelin də var əli, 

Yoxsa bizə kələzdənməz təkəlli, 

Güclü susur, arxayındır özünə. 

 

Göz qoydurram özlərindən Daryaşa, 



Daryaş kimdir, ev-ev düşüb soruşar, 

Belə getsə tez-tez ara qarışar, 

Güclü susar, arxayındır özünə. 

 

Var Darvidel,Qız toplumu, çuqçular, 



Bir söz desəm bu Parseli uçurar, 

Onda görər bu yerlərdə nələr var, 

Güclü susar, arxayındır özünə. 

 

Deyən bunlar arxayındır Asura, 



Parsel hara, Hindel hara, biz hara, 

Parsel olub Mindiyara bir yara, 

Güclü susar, arxayındır özünə. 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

359 


 

Bunca niyə mən də gedim uzağa, 

Belə getsə sarılaram silaha, 

Darvielli qaldıraram ayağa, 

Güclü susar, arxayındır özünə. 

 

Bir də vardır aldatmaqla bicləmə, 



Həm də hərdən pişim-pişim yelləmə, 

Bir də dibdən acıqanı belləmə, 

Güclü susar, arxayındır özünə. 

 

Yerinc evdə  oturmuşdu tək, yalqız, 



Düşünürdü,-daşınırdı dayaqsız, 

Öz-özüylə danışardı o yalnız, 

Güclü susar, arxayındır özünə.      

 

                    Daryaşın Hindelə getməsi söylənci 

 

Yol almışdı yoldaşlığa Daryaş da, 



Son tutacaq, əltut yeri uludur, 

O Hindelə yollanmışdı bir aydı, 

Son tutacaq, əltyt yeri uludur. 

 

Daryaş adlı döyüşərdi,güləşər, 



Yoxdu onda geridönmə, dönüşlər, 

Bir sınaqdı ona, qanlı döyüşlər, 

Son tutacaq, əltut yeri uludur. 

 

Kumar idi minbaşısı Hindelin, 



Adlı-sanlı bir əri var hər elin

Bir açarı, bir dili var hər dilin, 

Son tutacaq, əltut yeri uludur. 

 

Kumar ağır, kök, gödəkboy, qaraşın, 



Tanıyırdı on yaşından Daryaşa, 

-Sənsən yerinc -dedi ona minbaşı, 

Son tutacaq, əltut yeri uludur. 

 

Görüşdülər bağ evində Kumarın, 



Açıq idi qapıları komanın, 

Gül-çiçəkdi bu komanın hər yanı, 

Son tutacaq, əltut yeri uludur. 

Ha vaxt gəlsən bura sənin komandır, 

Mənim evim sənin doğma daxmandır, 

Doğmalarım dib daşındır, doğmandır, 

Son tutacaq, əltut yeri uludur. 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

360 


 

 

Mən də burdan köçüb gedən eldənəm, 



Siz aparan, siz danışan dildənəm, 

Çətin sizdən ya ayrılam,ya dönəm, 

Son tutacaq, əltut yeri uludur. 

 

Daryaş dedi:-Mən tutuğam bu yaşda, 



Öyünürəm sənin kimi qardaşla, 

Yardım elə, deyim elə bu başdan, 

Son tutacaq, əltut yeri uludur. 

 

Vergi bizi talayıbdır, soyubdur, 



El olmaqdan ellərimiz doyubdur, 

Turq indi də Tunqu yerinc qoyubdur, 

Son tutacaq, əltut yeri uludur. 

 

Bizə yaraq çox yaxşıdır komadan. 



Yaraq göndər, qoru bizi arxadan. 

Yaraq yaxşı, arxa yaxşı doğmadan, 

Son tutacaq, əltut yeri uludur. 

 

                    ***  

               Kumar getdi minminbaşı yanına, 

                         Minbaşıdan minminbaşı böyükdür. 

                         Dedi:-Başcım, Parsel yardım diləyir, 

                         Minbaşıdan minminbaşı böyükdür. 

 

Soldu onun dolu, titrək yanağı, 



Gümüşdəndi başındakı dolağı, 

Qızıldandı göz oxşayan yarağı, 

Minbaşıdan minminbaşı böyükdür. 

 

Dedi:-Qoşul özün ona, yola düş. 



Gizli yerdə başçıları gör, göreş, 

Nə istəyir Parsellilər, bir soruş, 

Minbaşıdan minminbaşı böyükdür. 

 

Bax, gör, öyrən, dedikləri düz olsa, 



Götür apar yaraqlını, nə varsa, 

Sən güləşər, sən döyüşkən caparsan

Minbaşıdan minminbaşı böyükdür. 

 

 



Güc gələrsən onlara mən biləni, 

Sən birləşdir bizə çılqın parseli, 

Xaqan bizə yardım edər beşəlli, 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

361 


 

Minbaşıdan minminbaşı böyükdür. 

 

Kumar gəldi, Daryaş döndü yaraqlı, 



Hindellilər ayaqyalın, balaqlı, 

Bizuc, qılınc, yay, ox, dəmir tutaqlı, 

Minbaşıdan minminbaşı böyükdür. 

 

Dağ dalında gilləndilər iki ay, 



Nə bir hay-küy eşidildi, nə haray, 

Könüllülər artdı oldu bir alay, 

Minbaşıdan minminbaşı böyükdür. 

 

Tunqər  bunu bildi, üzə vurmadı, 



Sıraları bərkişdirdi, durmadı, 

Çuqçuları tərpətmədi, yormadı, 

Minbaşıdan minminbaşı böyükdür. 

 


Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin