Söhrab Tahir "Ata" Epos-poema II cild
840
Bu torpağa göndərişəm, sağam mən,
Bura vətən, vətənimə tağam mən,
Məni gəzin, meyvə dolu bağam mən,
Şagird gərək ustasından zor ola.
Harda ölsəm, məni burda basdırın,
Bu torpaqda sonevimi qazdırın,
Qancılları burdan qovun, azdırın,
“Avestamı” qızıl pulda yazdırın,
Şagird gərək ustasından zor ola.
Ya da mənim sonevimi itirin,
Qazın, məni sonevimdən götürün,
Məni böyük yaradana yetirin,
Şagird gərək ustasından zor ola.
Ağsaqqalım-oğlum olsun Turq ata,
O qaytara bilər məni həyata,
Tək yazıma, harayıma o çatar,
Şagird gərək ustasından zor ola.
Başev susdu, sanki batdı kədərə,
Dönüb baxdı hamı böyük Turqərə,
Dua etdi ona-buna min kərə,
Şagird gərək ustasından zor ola.
***
Turqla Sərtüz gəzdi neçə ölkəni,
Niyə yaşam çətin, ölmək asandır?
Hara getdi, “oddan qorxuram” dedi
Niyə yaşam çətin, ölmək asandır?
Yaranmışam oddan, oddan qorxuram,
Oda niyə düşmən kimi baxıram,
Onun üstə yağış olub yağıram,
Niyə yaşam çətin, ölmək asandır?
Mən od-ocaq Sərtüzüyəm, kahinəm,
Bu dünyaya təzə gələn bir dinəm,
Axır odda yanacağam, əminəm,
Niyə yaşam çətin, ölmək asandır?
***
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
841
Od tanrısı, niyə oddan qorxuram,
Yaxşı baxsan ölümüdür su odun.
Sevgililər, bacı-qardaş olanlar,
Yaxşı baxsan gəlinidir su odun,
Tərsə baxsan ölüsüdür od suyun.
Yuxu gördüm, göydən quşlar endilər,
Oda düşüb, yanıb, oda döndülər,
“Yandım” deyib külləşdilər, söndülər,
Yaxşı baxsan gəlinidir su odun,
Tərsə baxsan ölüsüdür od suyun.
Yandırırlar ölüləri Hindlilər,
Toyda odla oynayırlar kəndlilər,
Onlar oda, suya, yerə bənddilər,
Yaxşı baxsan gəlinidir su odun,
Tərsə baxsan ölüsüdür od suyun.
Danış görüm, oddan qalan daş kömür,
Hamı niyə oddan qorxur, baş əyir,
Hamı niyə oda qoyun, at kəsir,
Yaxşı baxsan gəlinidir su odun,
Tərsə baxsan ölüsüdür od suyun.
Hamı qorxur, qorxu vardır hamıda,
Onun üçün hamı qorxur tanrıdan,
Hamı qorxur öz günahı sarıdan,
Yaxşı baxsan gəlinidir su odun,
Tərsə baxsan ölüsüdür od suyun.
Aman, ocaq, yandır pisin damını,
Aman, ocaq, isit, yaşat hamını,
Aman, tanrı, yandır evin şamını,
Yaxşı baxsan gəlinidir su odun,
Tərsə baxsan ölüsüdür od suyun.
***
Turqər getdi Sərtüz ilə Muğelə,
Çəkir səni təməl daşın özünə.
-Nə dağınıq, nə gözəldir vətənim,
Çəkir səni təməl daşın özünə.
Hamı gəlib tamaşaya durdular,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
842
Axşam olcaq od bayramı qurdular,
Oynadılar, özlərini yordular,
Çəkir səni təməl daşın özünə.
Turq:
-Ey yenilməz, qoçaq, güclü Mindəbir,
Burda hər şey gülməlidir, tərsədir,
Gül kolları burda hörmə-hörmədir,
Yollar dolu peyin, təzək, gərmədir,
Çəkir səni təməl daşın özünə.
Sərtüz:
-Buradadır, dədəm, babam, əcdadım,
Muğel, sənsiz keçib mənim həyatım,
Yoluq olub sənsiz qolum, qanadım,
Çəkir səni təməl daşın özünə.
Doğulmuşam Subölündə anadan,
Anam mənə çox danışıb buradan,
Tək sayıldım elə əzəl binadan,
Yetim qaldım uşaqlıqda anadan,
Çəkir səni təməl daşın özünə.
***
Mindəbiri qocaltmışdı ağır iş,
Yaxşı işlə, işdən adam qocalmaz.
Yoxdur rəsmi oturumu, Başevi,
Yaxşı işlə, işdən adam qocalmaz.
Sərtüz:
-Parsayerdə türklər farsdan çoxdular,
Başçıları, işçiləri muğdular,
Oturumda, başçılıqda sıxdılar,
Işdə muğlar farslardan da çoxdular,
Yaxşı işlə, işdən adam qocalmaz.
Parsa Başev, Parsel İran olubdur,
Muğ tərəzi, Farssa batman olubdur,
Balasq yandan İran talan olubdur,
Yaxşı işlə, işdən adam qocalmaz.
Başev muğdan alır fərman, gösdəriş,
Muğdur burda işdə-gücdə tərpəniş,
Asılıdır muğdan sanki hər bir iş,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
843
Yaxşı işlə, işdən adam qocalmaz.
Ahur sizə yardım olar, çağırsaz,
O burdadır, burda yağış yağırsa,
O burdadır, qoyun, inək doğursa,
Yaxşı işlə, işdən adam qocalmaz.
Qurban kəsin, tez-tez dua oxuyun,
Üç yol döğar onda inək, mal, qoyun,
Sözdən yazı, yundan paltar toxuyun,
Yaxşı işlə, işdən adam qocalmaz.
Böyük ocaq evi tikin Muğeldə,
Siz “Odinam” olmusunuz əzəldən,
Od bayramı üç yol olur bir ildə,
Yaxşı işlə, işdən adam qocalmaz.
***
Sərtüz tez-tez tanrılıqdan danışır,
Yazan gedir, əl yazması yaşayır.
Yazıları iki ata yük olub,
Yazan gedir, əlyazması yaşayır.
Sərtüz Muğdan gəlmə-dönmə Türk idi,
Qaralama yazıları çirk idi,
Belə yazar Turan boyu tək idi,
Hərflər xırda, muncuqsayaq tük idi,
Yazan gedir, əlyazması yaşayır.
Sərtüz çıxdı səfərlərə arada,
Yazıları qaldı Tusda, Parsada,
Az qaldı ki, it-bat olsun burada,
Yazan gedir, əlyazması yaşayır.
Yazıları Tus oxuya bilmirdi,
Fars dilinə onlar uyğun gəlmirdi,
Çox yazını heç oxumaq olmurdu,
Yazan gedir, əlyazması yaşayır.
Ov söylənci
Uruyerin səsləncləri gurladı,
El çağırsa, dala baxma, get, tələs.
Çiçaylılar hücum çəkib Muğelə,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
844
El çağırsa, dala baxma, get, tələs.
Dörd min ağac yoldur, çoxdur, hər nədir,
Tunq Muğelə beş min atlı yeridir,
Sonra müdhiş səslə deyir, əmr edir:
-Mindəbirə yardım getsin Eldəbir,
El çağırsa, dala baxma, get, tələs.
Elçiçəyin tez-tez halı dolaşır,
Hərdən-birdən ürəyi də bulaşır,
Dinmir, ancaq öz içində alışır,
El çağırsa, dala baxma, get, tələs.
Tunq deyir ki, çıxaq ova, çap-çapa,
Yolda, yalda, cığırlarda at çapaq,
Meşəlikdə maral güdək, ov tapaq,
El çağırsa, dala baxma, get, tələs.
Yalvar-yaxar axlamsınıb Elçiçək,
Deyir:-Gedək biz Alana baş çəkək,
Şah olsa da ona arxa, el gərək,
El çağırsa, dala baxma, get, tələs.
Unutmuşuq biz Alanı büstbütün,
Istəyirsən yola düşək lap bu gün,
Pay aparaq, sovqat, qızıl, onunçun,
El çağırsa, dala baxma, get, tələs.
Yollarda da ov var, ovlaq, od-ocaq,
Maral, ceyran, nə istəsən olacaq,
Belə səfər, ərim, yadda qalacaq,
El çağırsa, dala baxma, get, tələs.
-Gedsək əgər, yol dolanbac, yol uzaq,
Bu ölkəni onda kimə tapşıraq,
Düşmən bilib ölkə üstə çapacaq,
El çağırsa, dala baxma, get, tələs.
Eldəbiri göndərmişəm Muğelə,
Əl çəkməyib o yerlərdən Çin hələ,
Mindəbirlə verəcəklər əl-ələ,
Acqanı da döndərərlər çoçilə,
Son qoyarlar oralarda müşkülə,
El çağırsa, dala baxma, get, tələs.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
845
***
Ov geyimi geydi, çıxdı Elçiçək,
Gözəl itir gözəlliklər içində.
Götürmədi Turqər ağır yaraqlar,
Gözəl itir gözəlliklər içində.
Ov səsləyib, ov qovanlar sırada,
Qurddan dönmə itlər səpik burada,
Xalça, cecim yükü gedir arada,
Hazır yemək, qıyma ətdən, çolpadan,
Tunq, Elçiçək at səyirdir ortada,
Gözəl itir gözəlliklər içində.
Dərin dərə, yastı təpə, sıx meşə,
Çıxır ordan, burdan kəndli görüşə,
Itlər cumur quş, quzuya, çəpişə,
Gözəl itir gözəlliklər içində.
Səhər tezdən günəş hələ doğmayıb,
Qurd-quş hələ yuvasından çıxmayıb,
Ovalıqda hələ səs-küy qalxmayıb,
Gözəl itir gözəlliklər içində.
Tunqər:
-Elçiçəyim, bəlkə qalıb yadında,
Yuxuluydun, çaya düşdün atından,
Biz isindik, yatdıq çırpı odunda,
Yataq otdan, mitəkkəmiz odundan,
Gözəl itir gözəlliklər içində.
***
Ürkmüş maral birdən yola sıçradı,
Arvad ilə çıxma ova, bacarsan.
Oxla vurdu Tunq maralı əlbəhəl,
Arvad ilə çıxma ova, bacarsan.
Maral yola çırpılaraq helləndi,
Gördü bunu arvad, başı hərləndi,
At üstündə ağac kimi yelləndi,
Arvad ilə çıxma ova, bacarsan.
Qulluqçular qaçıb ona çatdılar,
Elçiçəyi at üstündən dartdılar,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
846
Atdan aşan zaman onu tutdular,
Arvad ilə çıxma ova, bacarsan.
Dedi:-Maral ovu yaman ağırdır,
Maral gözəl, həm də çox-çox ağırdır,
Son nəfəsdə sanki məni çağırdı,
Arvad ilə çıxma ova, bacarsan.
Tunq dedi ki, Elçiçəyim sarsılıb,
Qız ürəyi onun tükdən asılı,
O həmişə icəliyə qısılıb,
Hər canlıya tale bir cür yazılıb,
Arvad ilə çıxma ova, bacarsan.
Qorxu hissi Elçiçəkdə artırdı,
Bu hiss onu haralara dartırdı,
Kölgə olub onla birgə yorturdu,
Arvad ilə çıxma ova, bacarsan.
Sonra duydu bir üzüntü özündə,
Çəkilmədi ölən maral gözündən,
Öc var idi o heyvanın səsində,
Arvad ilə çıxma ova, bacarsan.
Axşamacan hay-küy, səs-küy, bəyirti,
Dörd bir yanda eşidilən nərilti,
Bir də ölgün, qırıq-qırıq inilti,
Göydə süzən, oxdan qalxan vıyıltı,
Arvad ilə çıxma ova, bacarsan.
Turparın ölüm söylənci
Tusər yeni böhtan atdı Turpara,
Dadsız, rəngsiz, iysiz, zəhər böhtandır.
Dedi, Turpar Seta ilə sevişib,
Dadsız, rəngsiz, iysiz, zəhər böhtandır.
Sona gəldi, söydü, döydü Setanı,
Doğru sandı cavan ana böhtanı,
Bu, pis günə qoydu Besyar ananı,
Dadsız, rəngsiz, iysiz, zəhər böhtandır.
Turpar şahı alışdırdı bu böhtan,
Kar vermədi yal-yalvarış, and-aman,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
847
Pişikgözlə Tus çıxmışdı aradan,
Dadsız, rəngsiz, iysiz, zəhər böhtandır.
Bir gün Turpar zəhərləndi yeməkdən,
Kimsə ona zəhər verdi xörəkdə,
Oğlu hələ çıxmamışdı bələkdən,
Dadsız, rəngsiz, iysiz, zəhər böhtandır.
Qusa-qusa şah əridi, çöp oldu,
Barmaqları, damarları sap oldu,
Ağzı, gözü qanla dolu qab oldu,
Dadsız, rəngsiz, iysiz, zəhər böhtandır.
Qırx gün döş-baş, ağız, yanaq söküldü,
Göz yaşları bulaq-bulaq töküldü,
Sonda hamı öz yerinə çəkildi,
Dadsız, rəngsiz, iysiz, zəhər böhtandır.
Tus söylədi:-Sona, otur yerində,
Şahlıq yeri çatır sənə ərindən,
Biz qurtaraq bəlkə qancıl şərindən,
Dadsız, rəngsiz, iysiz, zəhər böhtandır.
Sona dedi:-Mən şah ollam, sən getsən,
Öz öcündə, qəzəbində sən itsən,
Acığını öz içində kiritsən,
Dadsız, rəngsiz, iysiz, zəhər böhtandır.
Təkcə Besyar qalmalıdır mənimlə,
Pişikgöz də getməlidir səninlə,
Əlbir olar burda ana gəlinlə,
Dadsız, rəngsiz, iysiz, zəhər böhtandır.
Besyar dedi:-Mən dönürəm Turana,
Ana ollam mən öz nəvəm-oğlana,
Son qoyaram, sonsuz yalan, böhtana,
Dadsız, rəngsiz, iysiz, zəhər böhtandır.
Böyüdərəm, nəvəm çatar şahlığa,
Iran, Turan bir gün yetər şadlığa,
Şah bazarda ta qoyulmaz satdığa,
Dadsız, rəngsiz, iysiz, zəhər böhtandır.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
848
Qardanağ söylənci
Tus Parsada müvəqqəti şah oldu,
Şah həmişə müvəqqəti olubdur.
Şahlar güləş yarışında seçilib,
Şah həmişə müvəqqəti olubdur.
Gedib çatdı Qardanağa bu xəbər,
Şamxat ilə bu ölkəyə gəldilər,
Qardanağla Tus güləşdi bu səfər,
Şah həmişə müvəqqəti olubdur.
Çox fənn, çox çəm bilməyirdi Qardanağ,
Beli sıxmaq, qol qaharmaq, baş-ayaq,
Güləşirdi Tusər ilə bu sayaq,
Şah həmişə müvəqqəti olubdur.
Tusər onu üzüquylu yıxırdı,
Sıçrayaraq kürəyinə çıxırdı,
Qardanağsa dincəlib, güc yığırdı,
Şah həmişə müvəqqəti olubdur.
O Tusəri sağa, sola hərlədir,
Tutur onu tov eləyir, fırladır,
Atır, tutur, yorur onu, çərlədir,
Şah həmişə müvəqqəti olubdur.
Birdən sanki o gücünü yoxladı,
Tusu alıb başı üstə saxladı,
Vurdu yerə, Tus içindən laxladı,
Şah həmişə müvəqqəti olubdur.
Dedi:-İndi şah kim olsun, sən ya mən?
Hamı dedi, Qardanağ, şah sən ol, sən,
Şamxat dedi:-Şahlıq düşüb hörmətdən,
Şah həmişə müvəqqəti olubdur.
Şamxat dedi:-Biz gəlmişdik görüşə,
Gəlməmişdik biz yarışa, güləşə,
Mat qalmışıq başdan-başa bu işə,
Bir güləşlə kor şahlıqa yetişər,
Şah həmişə müvəqqəti olubdur.
Dedilər ki, bizdə qayda belədir,
Başbaşılıq, şahlıq pillə-pillədir,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
849
Şah özü də öz xalqına kölədir,
Şah həmişə müvəqqəti olubdur.
Şamxat dedi:-İşləyərik, bilərik,
Urueldən köçüb bura gələrik,
Çox işləri xalq içində bölərik,
Şah həmişə müvəqqəti olubdur.
Qardanağ:
-Mən bilmirəm, bu şah nəyə gərəkdir,
Şahlıq nədir, başdan-başa kələkdir,
Çörək deyil, təntənəli bəzəkdir,
Şah həmişə müvəqqəti olubdur.
***
Şamxat dedi:-Sona, Besyar, nəvə var,
Bəxt yazılıb hər adamın alnında.
Tus dedi ki, onda mən şah olaram,
Bəxt yazılıb hər adamın alnında.
Dedi, oğlan, sən başbaşı olarsan,
Köçüb gəlib sən Parsada qalarsan,
Sən Tusərdən hər gün fərman alarsan,
Bəxt yazılıb hər adamın alnında.
Şamxat dedi Qardanağın dilindən:
Dil bilmirəm burda Parsa elində,
-Türklər çoxdu burda, tutar əlindən,
Bəxt yazılıb hər adamın alnında.
Başevdəki Muğlar, Saklar qıvraqdır,
Məna, hesab işlərində yaraqdır,
Onlar İran torpağına dayaqdır,
Bəxt yazılıb hər adamın alnında.
Tanıyırlar sözü, izi, kolgəni,
Onlar açır sual-cavab-bəlkəni,
Yayda yaşıl otdur, qışda səməni,
Bəxt yazılıb hər adamın alnında.
Sən də gəlib qarışarsan onlara,
Bəlkə sənlə düzələcək əhd, ara,
Sərtüz kimi çevrilərsən yazara,
Bəxt yazılıb hər adamın alnında.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
850
-Türkdür, de ki, yarıdan çox bu diyar,
Onda sənə necə dözür bəs onlar,
Bilmədiyim, gör, dünyada nələr var,
Bəxt yazılıb hər adamın alnında.
***
Qardanağı “ağ” çağırdı çoxları,
Ad dəyişir, insan adla dəyişmir.
Anlamırdı çoxu onun adını,
Ad dəyişir, insan adla dəyişmir.
Tusər şahdı, “Ağ” da onun başbaşı,
Addımladı şah onunla yanaşı,
Turan, İran, Türklər, Farslar barışır,
Iki kökdür, bir ağacda qarışıb,
Ad dəyişir, insan adla dəyişmir.
Dinclik, düzlük, bolluq alır İranı,
Hamı işlə, zəhmət ilə dolanır,
Zəhmət artır, pul üst-üstə qalanır,
Ad dəyişir, insan adla dəyişmir.
Turan, İran versələr də əl-ələ,
Başbaşıyla barışmayıb Tus hələ,
O axtarır bir bicləmə, bir kələk,
Tez-tez deyir, “yoxa çıxsın Tunq gərək”,
Ad dəyişir, insan adla dəyişmir.
Deyir, gülür ancaq üzdə, el kimi,
Gah yumulur, gah açılır gül kimi,
Gah düzəlir, gah burulur yol kimi,
Ad dəyişir, insan adla dəyişmir.
Pişikgözdən əlac yolu gözləyir,
Tanrıya yox, ona ümüd bəsləyir,
Şah olsa da “Ağı” hər gün izləyir,
Ad dəyişir, insan adla dəyişmir.
-Əlac elə, mən öc alım, Pişikgöz,
-Əlac vardır, Tusər, ancaq bir az döz,
Tunqər qaçır, duracayıq üzbəüz,
Ad dəyişir, insan adla dəyişmir.
-Yerbəyer et Turqu, Tunqu, Sərtüzü,
Xilas olsun bu üçlükdən yer üzü,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
851
-Batammaram bu üçlüyə mən düzü,
Bu üçlüyə dirəş, giriş sən özün,
Ad dəyişir, insan adla dəyişmir.
***
Iran, Turan qardaşlaşdı, bir oldu,
Bir olanda qanlı gözlər bərəlir.
Qonaq gəldi Parsa Tunqər, Elçiçək,
Bir olanda qanlı gözlər bərəlir.
Tunq şad gündə sanki özün itirir,
Pişikgözə, Tusa inanc gətirir,
Tus onlara acı xəbər yetirir,
“İran, Turan Turparını itirib”,
Bir olanda qanlı gözlər bərəlir.
Tunq deyir ki, gedək ona baş vuraq,
Sonevinin üzərində ev quraq,
Ov eyləyək, qurd uladaq, at qovaq,
Bir olanda qanlı gözlər bərəlir.
Turqu ova dəvət edir Pişikgöz,
Elçiçəyi sanki üzür bu üç söz,
Deyir:-Getmə, sarsılırıq ovda biz,
Bir olanda qanlı gözlər bərəlir.
Tunq baxmayır, gedir, bilmir heç hara,
Həm də gedir təzim etsin Turpara,
Unudulsun köhnələşən çox yara,
Bir olanda qanlı gözlər bərəlir.
Sonevüstə Tunq ağladı bilmədən,
O hönkürdü, gözlərini silmədən,
Dedi:-Gərək öldürəsən, öləsən,
Turpar öldü, bir yol yola gəlmədən,
Bir olanda qanlı gözlər bərəlir.
Tunqun ölüm söylənci
Tus dedi ki:-Çıxaq ova bu gecə,
Səhər tezdən ovu axtar yuvada.
Ovda Tunqa zəhər verdi Pişikgöz,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
852
Səhər tezdən ovu axtar yuvada.
Tunq zəhərdən qusdu, qusdu bayıldı,
O bir daha axşam çağı ayıldı,
Xəbər getdi uzaqlara yayıldı,
Səhər tezdən ovu axtar yuvada.
Tus söylədi:-Tunqər, səndən öc aldım,
Yaxşı oldu indi özün ayıldın,
Buraxıram səni, çıx get, zay oldun,
Səhər tezdən ovu axtar yuvada.
Tunq dinmədi, durdu qaçdı axmaza,
Zəhər çıxdı su qarışıq boğaza,
Üzdü, üzdü birdən çıxdı dayaza,
Səhər tezdən ovu axtar yuvada.
Suqıraqda dayanmışdı yaraqlı,
Gözləyirdi o, qılınclı, tutaqlı,
Yox etməyə Tunqu əlli-ayaqlı,
Səhər tezdən ovu axtar yuvada.
Zəhərlənmiş Tunq üzərək yarıcan,
Çıxdı sudan yarıhuşsuz, ölücan,
Qorxmasa da onu güdən qancıldan,
O yıxıldı ona dəyən qılıncdan,
Səhər tezdən ovu axtar yuvada.
***
Tunqsuz qaldı Turan, İran, Qobuçöl,
Tez inanan, tez aldanan, tez gedir.
Tus, Pişikgöz öc aldılar Turandan,
Tez inanan, tez aldanan, tez gedir.
Külək əsir, dolu yağır, qar düşür,
Bir-birindən hamı tez-tez soruşur,
Tunqər niyə kiçiklərlə dirəşib?
Tunqər niyə al qanına bələşib?!
Tez inanan, tez aldanan, tez gedir.
Qara geydi Turan, İran, Ekbatan,
Sevinirdi Balasq, Çin, Hind çox güman,
“Tunq ölübdür, Tunq gedibdir dünyadan”,
Tez inanan, tez aldanan, tez gedir.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Dostları ilə paylaş: |