Söhrab Tahir "Ata" Epos-poema II cild
866
Görəcəksiz İskəndərin gücünü,
O alacaq atasının öcünü,
Görəcəksən çox ölkənin köçünü,
Yiyəcəksən acığından içini,
Dəyişilir dünya özü bilmədən.
Dedi:-Anam buralıdır, Mariya,
Yüz beş olub yaşı, dönüb qarıya,
Sən düşübsən çəpər kimi araya,
Dəyişilir dünya özü bilmədən.
İskəndər söylənci
Çıxdı ordan tərmə-tələs Anakar,
Bəzən söz də dönüb olur əmanət.
Çatmalıydı deyilən söz Turana,
Bəzən söz də dönüb olur əmanət.
İskəndərin yürüşləri ardıcıl,
Vurdu, qırdı on minləri bu qancıl,
Ölkələri aldı ələ yabançı,
Bəzən söz də dönüb olur əmanət.
Hələ gəlib çatmamışdı Turana,
Şair bunu xəbər verdi dörd yana,
Öz qardaşı onu çəkdi meydana,
Bəzən söz də dönüb olur əmanət.
Dedi:-Qardaş, sən az qabart Yunanı,
Bir azcana tərif elə Turanı,
Çevir bir az bizə tərəf sükanı,
Bəzən söz də dönüb olur əmanət.
Ana orda, biz burada doğmayıq,
Biz Turanda yerbəyerik, yığmayıq,
Dayaz gölük, biz buluddan yağmayıq,
Bəzən söz də dönüb olur əmanət.
Dedi:-İran, Turan, Yunan bir eldir,
Bizi bircə ayıran var,o, dildir,
Döyüş, vuruş gəlib keçən bir seldir,
Bir-birindən insan ayrı deyildir,
Bəzən söz də dönüb olur əmanət.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
867
Çox dedilər, eşitdilər, durdular,
Çəngələşib Anakarı yordular,
Daldan gəlib onu oxla vurdular,
Yıxıb, vurub baş-gözünü yardılar,
Ürək sapdır, ipək sapı qırdılar,
Bəzən söz də dönüb olur əmanət.
O öləndə, dedi, dünya uçacaq,
Hamı qaçsa cəhənnəmə qaçacaq,
Quştək uçub dünya qanad açacaq,
Bəzən söz də dönüb olur əmanət.
***
Bir qəbir var, yoxdur onun döş daşı,
Əbədidir hər yazılan baş daşı.
Qoymadılar sonevinə daş, qaya,
Əbədidir hər yazılan baş daşı.
Qərib qaldı neçə fəsil o məzar,
Ana orda xiffət çəkdi, intizar,
Ata burda çox eşitdi yozmalar,
Ölüb dərddən qurtarmışdı Anakar,
Əbədidir hər yazılan baş daşı.
Şeirləri ələk-vələk olundu,
Adı, sözü qadağaya alındı,
Qəbr evi iki yerə bölündü,
Iki yanda dustaqlığa salındı,
Əbədidir hər yazılan baş daşı.
Bir gün onun yazısını gördülər,
Gətirdilər onu Turqa verdilər,
Yazıları qəbr üstünə sərdilər,
Əbədidir hər yazılan baş daşı.
İskəndərin yürüş söylənci
Keçdi illər, səs çıxmadı qəbirdən,
Daş ağırdır, o heç zaman danışmaz.
Çəkic döydü, danışdırdı dəmiri,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
868
Daş ağırdır, o heç zaman danışmaz.
Yürüşdədir Filip oğlu İskəndər,
Döyüşlərdə yüz-yüz ölür hər səfər,
Yaraqlıdır, yaraqsızdır ölənlər,
Daş ağırdır, o heç zaman danışmaz.
Altı atlı qoşqu canlı divardır,
Min-min uzun nizə dəmir hasardır,
Atlı alay, bölük qatar-qatardır,
Daş ağırdır, o heç zaman danışmaz.
Qəm dolmuşdu İran boyu gözlərə,
Qəm qonmuşdu ləkə-ləkə üzlərə,
Yayılmışdı qurd-quş, çaqqal düzlərə,
Daş ağırdır, o heç zaman danışmaz.
Turqər dedi:-Yaraqlılar, irəli!
Qazılacaq Balasqelin təməli,
Girə bilməz bu ölkəyə hər dəli,
Daş ağırdır, o heç zaman danışmaz.
Yaraqlılar cərgə-cərgə yürüşdə,
Ancaq hələ xəbər yoxdur döyüşdən,
Heç kəs yaxşı baş çıxartmır bu işdən,
Daş ağırdır, o heç zaman danışmaz.
Filip oğlu çaş-baş qalıb sən demə,
O, İrana girib, Turan yerinə,
Durub gedən dalır döyüş seyrinə,
Daş ağırdır, o heç zaman danışmaz.
Örgənib ki, Muğlar dolu İranda,
Muğ rəhbərdir işdə-gücdə, hər yanda,
Fars dolaşır, orda, burda yalandan,
Daş ağırdır, o heç zaman danışmaz.
İskəndərlə Qardanağın döyüş söylənci
Çıxdı üzə toplumuyla Qardanağ,
Sən qorxudan qorxma, yoxsa batarsan.
Filip oğlu qorxu-ürkü salmışdı,
Sən qorxudan qorxma, yoxsa batarsan.
Filip oğlu Qardanağı yanlayır,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
869
Onun cavan olduğunu anlayır,
Öz dilində Qardanağı danlayır,
Sən qorxudan qorxma, yoxsa batarsan.
Dedi:-Başçı, siz Filipi döyübsüz,
Döyüşlərdə təhqir edib, söyübsüz,
Siz Filipə gülüb, ağız əyibsiz,
Sən qorxudan qorxma, yoxsa batarsan.
Deyir:-Sərtüz haradadır, de mənə,
Yazıları haradadır, de mənə,
Öz yanımda məqam verrəm, yer sənə,
Sən qorxudan qorxma, yoxsa batarsan.
Sən Yunanda başlarbaşı olarsan,
Ya istəsən öz yerində qalarsan,
Məndən böyük-böyük töhvə alarsan,
Sən qorxudan qorxma, yoxsa batarsan.
Qardanağa ağır sözlər toxunur,
Gözlərində lənət, nifrət oxunur,
Dediyi söz heyran qoyur çoxunu,
Sən qorxudan qorxma, yoxsa batarsan.
Deyir:-Utan, Filip oğlu, sözündən,
Bac almağa gəlməmişəm bura mən,
“Avesta”dır səni bura gətirən,
Sən qorxudan qorxma, yoxsa batarsan.
İranda yox, Turandadır “Avesta”,
Qızıl mıxla yazılmışdır o hətta,
Onu yığıb, toplamışdır Turq ata,
Sən qorxudan qorxma, yoxsa batarsan.
Filip oğlu deyir:-Onu get gətir,
Nə istəsən xəzinədən gəl, götür,
“Avesta”nı gətir, mənə sən yetir,
Sən qorxudan qorxma, yoxsa batarsan.
Ancaq gecə o yolladı yüz atlı,
Dedi:-Gedin, Ekbatana qanadlı,
Qırın, vurun, yaxın güclü, inadlı,
Sən qorxudan qorxma, yoxsa batarsan.
Hər cildini yük eyləyin bir ata,
Yoxdur orda Tunq, Dəmirqız, Turq ata,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
870
Gətiriniz, ataq onu gur oda,
Sən qorxudan qorxma, yoxsa batarsan.
Qızıl mənim, tüstü-alov, od sizin,
İran bizim, Turan bizim, Hind bizim,
Gərək gedim Çineli də mən gəzim,
Sən qorxudan qorxma, yoxsa batarsan.
Heyran qaldı göstərişə çoxları,
Kim yığacaq görən qızıl mıxları,
Düşgünləşdi, sallaq qaldı bığları,
Sən qorxudan qorxma, yoxsa batarsan.
Qardanağın göyə qalxdı toppuzu,
On ox dəydi gövdəsinə ən azı,
O itirdi at üstündə tarazı,
Sən qorxudan qorxma, yoxsa batarsan.
Dedi:-Yağlı söz verirdin sən mənə,
Bəxş edirdin Filip oğlu xəzinə,
Tüpürürəm ey yalançı mən sənə,
Sən İranı niyə qoydun bu günə,
Sən qorxudan qorxma, yoxsa batarsan.
Turq-Filip söylənci
On min atlı, beş min qıvraq piyada,
Döyüşlərdə aldatmaqdan yararlan.
Turq getmişdi Filip üstə Yunana,
Döyüşlərdə aldatmaqdan yararlan.
Afinada Turq nər kimi bağırdı,
Iskəndəri vuruşmağa çağırdı,
Yolda durub Filip ona baxırdı,
Döyüşlərdə aldatmaqdan yararlan.
Filip artıq qocalmışdı, əsirdi,
Əsa ilə ayaq üstə gəzirdi,
Yürüşünə Turqun dodaq büzürdü,
Döyüşlərdə aldatmaqdan yararlan.
Dedi:-Turqər, gəldin mənə baxmağa,
Ya qarətlə xalqdan sərvət yığmağa,
Bəlkə məndən yersiz əvəz çıxmağa,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
871
Döyüşlərdə aldatmaqdan yararlan.
Indi Yunan yiyəsizdir, kralsız,
Yunan xalqı indi təkdir, macalsız,
Afina da İskəndərsiz, Calalsız,
Döyüşlərdə aldatmaqdan yararlan.
Yürüşdədir indi oğlum İskəndər,
Alıb keçib ölkələri nə qədər,
Bu fatehdən xəbərsizsən sən məgər,
Döyüşlərdə aldatmaqdan yararlan.
Mən qocayla vuruşursan, vuruşaq,
Qan axıdaq, toz-torpağa qarışaq,
Ya gəl otur, ye-içməkdə yarışaq,
Döyüşlərdə aldatmaqdan yararlan.
Turq dayandı, Filip tir-tir əsirdi,
Əsa ilə ayaq üstə gəzirdi,
Yürüşünə Turqun dodaq büzürdü,
Döyüşlərdə aldatmaqdan yararlan.
Dedi:-Filip, yaxşı girdin araya,
Aldanmışam, mən gəlmişəm buraya,
Aldanmışam, boş-boşuna, haraya,
Döyüşlərdə aldatmaqdan yararlan.
Tunqər ordan döndü birbaş Turana,
Dedi:-Çıxım Kür boyunca Muğana,
Ordan qovum İskəndəri Yunana,
Döyüşlərdə aldatmaqdan yararlan.
Qeysər çıxdı qabağına Turqərin,
Biz almışıq-dedi-bu boş yerləri,
Yer bizimdir, sən buradan dön geri,
Döyüşlərdə aldatmaqdan yararlan.
Qeysər idi, İskəndərin sağ əli,
O tutmuşdu Gürcüeli beş əlli,
Köküs iri, dil söyüşkən, baş yelli,
Döyüşlərdə aldatmaqdan yararlan.
Turqər dedi:-Qabağımdan çəkil sən!
Yoxsa Qeysər, qurtarmazsan əlimdən,
Çəkilməsən, öldürərəm səni mən,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
872
Döyüşlərdə aldatmaqdan yararlan.
Qeysər dedi:-Yava-yava danışma,
Iskəndərin işlərinə qarışma,
Ölməmişdən çıx get, bizlə çarpışma,
Döyüşlərdə aldatmaqdan yararlan.
Şimşəkqılınc sıyrılanda qınından,
Iki qancıl qaldı yerdə yanbayan,
Qeysər aşdı, yaralandı alnından,
Döyüşlərdə aldatmaqdan yararlan.
Gedə-gedə-dedi-getmə, ay yazıq,
Biz İranı tamam kamal almışıq,
“Avesta”nı yandırmışıq biz artıq,
Döyüşlərdə aldatmaqdan yararlan.
Turqun birdən yerə endi qılıncı,
Gözlərindən qopdu iki qığılcım,
Qaldı onun bu yürüşü yarımçıq,
Döyüşlərdə aldatmaqdan yararlan.
***
Turq gedirdi yardım etsin İrana,
Ağır gündə doğma, özgə nə demək.
Iskəndərlə vuruşmağa gedirdi,
Ağır gündə doğma, özgə nə demək.
Qeysər döndü, yürüş etdi bizucla,
Turqər ona cavab verdi qılıncla.
Sonra dedi, öz-özünə pıç-pıçla,
Ağır gündə doğma, özgə nə demək.
“Avesta”nın bir üzü də məndə var,
Yalançıydı Tusərdəki olanlar,
O qalacaq gələcəyə yadigar,
Ağır gündə doğma, özgə nə demək.
Vurdu Turqər, yarıb keçdi onları,
Çöllər oldu qıp-qırmızı, sap-sarı,
Qaçan tək-tək, yerdə yüz-yüz yaralı,
Ağır gündə doğma, özgə nə demək.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
873
Yaxın gəldi benterklərin başçısı,
Dedi:-Sərtüz peyğəmbərdir yazıçı,
Məndə qalır onun türkçə yazısı,
Ağır gündə doğma, özgə nə demək.
Yara-yara, qıra-qıra keçdilər,
Yunanları sarı ot tək biçdilər,
Bentürklər də Turqu ata seçdilər,
Tanrı deyib, Turqərə and içdilər,
Ağır gündə doğma, özgə nə demək.
***
Turqər keçdi Sukarina elindən,
Qan yerində sabah lalə bitəcək;-
Bu ellərin qıpqırmızı laləsi,
Qan yerində sabah lalə bitəcək;-
Gürcüelin yaşıl-yaşıl bağları,
Onun bol-bol qızıl payız çağları,
Bentürklərin qarlı-qala dağları,
Qan yerində sabah lalə bitəcək;-
Bu lalələr şəhidlərin ürəyi,
Şəhidlərin qanlı kəfən bələyi,
Lalələrdir dadlandıran çörəyi,
Qan yerində sabah lalə bitəcək;-
Tanrı dedi, Turq, sən deyən olacaq,
Bəşər sənin xislətini alacaq,
Dünya elə boşalacaq, dolacaq,
Qan yerində sabah lalə bitəcək;-
***
Tanrı dedi, sən ata ol dünyaya,
Əbədidir ağla, sevin dünyası.
Adam çoxdur, ancaq mənə əzizdir,
Əbədidir ağla, sevin dünyası.
Tanrı dedi, Sərtüz qalır, bir də sən,
Göydə mənəm dünya boyu, yerdə sən,
Bir sağaltsan ən əlacsız dərdə sən,
Əbədidir ağla, sevin dünyası.
Nəfəs alır sənlə doğu, həm batı,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
874
Sən tək özün qazanmısan bu adı,
Çox şirindir, qoru şirin həyatı,
Əbədidir ağla, sevin dünyası.
Dünya hələ min-min illər duracaq,
Qırx yol onda Turan şahlıq quracaq,
Qırx yol turqluq yer üzünü saracaq,
Əbədidir ağla, sevin dünyası.
Ağalığı başlayacaq dəmirin,
Olacaqdır insan çörək əsiri,
Unudacaq çoxu dua, nəziri,
Əbədidir ağla, sevin dünyası.
Pul, üstünlük ağalığı başlayar,
Hamı pulu, ağalığı xoşlayar,
Xoşlayanlar ar-namusu boşlayar,
Əbədidir ağla, sevin dünyası.
“Sağol” deyib kim bal verən arıya,
Daş atacaq yerdəkilər tanrıya,
Su düşəcək az-az, yarı-yarıya,
Əbədidir ağla, sevin dünyası.
Odərboydan Atrepatan olacaq,
Atrepatan Azərbaycan olacaq,
Artıb İran Yarı Turan olacaq,
Əbədidir ağla, sevin dünyası.
Öldürdülər yenə Sərtüz babanı,
Indi sənə tapşırıram dünyanı,
Sərtüz sansın qoy xalq Turqər atanı,
Əbədidir ağla, sevin dünyası.
Tanrı dedi, öz yeri var Türklərin,
Atillası doğulacaq Türkyerin,
Mete, Kürxan, Çingiz, Teymur, Gültəkin,
Əbədidir ağla, sevin dünyası.
***
Tələsirdi Turq Parsaya çatmağa,
Az qazanır, çox itirir tələsən.
O, İrana kömək üçün can atır,
Az qazanır, çox itirir tələsən.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
875
Deyir orda ölüm-dirim savaşdır,
Muğlar, Saklar, Türklər döğma qardaşdır,
Turpar oğul, Besyar bizə Anaşdır,
Nec olsa da İran bizə qardaşdır,
Az qazanır, çox itirir tələsən.
Deyir, gedib İskəndəri qovaram,
Güc göstərsə gözlərini ovaram,
Bizuc ilə mıxlayaram divara,
Az qazanır, çox itirir tələsən.
“Avesta”nı yandırmayıb bəlkə də,
Onu bəlkə o qaçırır ölkədən,
Bəlkə şişib paxıllıqdan, hikkədən,
Afinaya pay aparır bəlkə də,
Az qazanır, çox itirir tələsən.
Yadımdadır nə deyirdi Anakar,
“Axtarandır, öyrənəndir Yunanlar,
Buna alim babalarda həvəs var”,
Az qazanır, çox itirir tələsən.
“Avesta”nı yandırıbsa o sərsəm,
Mən onsuz da onu əzbər bilirəm,
Haram olsun ona, o ad, o görkəm,
Az qazanır, çox itirir tələsən.
Gecikmişəm bu vuruşa deyəsən,
Şimşəkatım, uç, küləklə, yürü sən,
Iranlıya kömək, yardım olum mən,
Az qazanır, çox itirir tələsən.
Tələsirdi Turqər qəsddən yürüşdə,
Axşam üfüq rəng götürür gümüşdən,
Turq diskinir gözlənilməz görüşdən,
Az qazanır, çox itirir tələsən.
***
Iskəndərdir, çapan toplum önündə,
Ya ucalır, ya da ölür öndəki.
Turqər deyir:-Kimsən gələn, nəçisən?!
Ya ucalır, ya da ölür öndəki.
Qılıncını parıldadır İskəndər,
Deyir:-Kimdir yol üstündə, nə xəbər?!
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
876
Mənimkilər hardan belə gəlirlər?
Ya ucalır, ya da ölür öndəki.
Turqər deyir:-Səninkilər yox daha,
Qeysər ayaq üstə durmaz bir daha,
Burda yürüş qismət deyil hər şaha,
Ya ucalır, ya da ölür öndəki.
Bura Turan, mən də Turqam, biləsən,
Afinada axtarırdım səni mən,
Filip dedi, yürüşdəsən dünəndən,
Ya ucalır, ya da ölür öndəki.
Iskəndər:
-Eşitmişəm, hörmətim var bu ada,
Nə yaxşı ki biz görüşdük Turq ata,
Ya ucalır, ya da ölür öndəki.
Səni burda böyük xaqan edərəm,
Səni yeni Atrepatan edərəm,
Iranı da böyük Turan edərəm,
Ya ucalır, ya da ölür öndəki.
Turq:
-Eşitdim ki yandırılıb “Avesta”,
-“Avesta”mız dünən getdi it-bata,
-İt-bat olmaz, onu əzbər bilirəm,
Sənə qarşı onu sipər bilirəm,
“Avesta”nı ölməz əsər bilirəm,
Ya ucalır, ya da ölür öndəki.
***
Gülə-gülə Turqa dedi İskəndər:
-Ölməz heç nə yoxdur, bunu biləsən.
Sənin belə danışmağın hədərdir,
-Ölməz heç nə yoxdur, bunu biləsən.
-Get, aparma “Avesta”nı Yunana,
Qaytar onu lap indicə Turana,
Yoxsa tamam batacaqsan al qana,
-Ölməz heç nə yoxdur, bunu biləsən.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
877
Iskəndərin ala gözü qaynadı,
Lüt qılıncı başı üstə oynadı,
Turqun qalxan tutan əli qanadı,
-Ölməz heç nə yoxdur, bunu biləsən.
Neçə addım Turq çəkildi geriyə,
Bir minbaşı bu an çıxdı bəriyə,
Turqa tərəf o yeriyə-yeriyə,
-Sən qocasan, vayzaqlama çox deyə,
-Ölməz heç nə yoxdur, bunu biləsən.
Şimşəkqılınc yardı onun üzünü,
Lap ağzında qoydu hərzə sözünü,
Turq çatdırdı İskəndərə özünü,
-Ölməz heç nə yoxdur, bunu biləsən.
Vurdu, onun böyrü soldan söküldü,
Qan fışqırdı, riyə-riyə töküldü,
Parıltılar gözlərindən çəkildi,
Turq:
-Get, “Avesta” hara, yazıq, sən hara,
Çox dərindir böyründəki o yara,
Səni qəbrə aparacaq o yara,
-Ölməz heç nə yoxdur, bunu biləsən.
Yardı keçdi Turq bir neçə sıranı,
Iskəndərlə o saxladı aranı,
O, susmaqda gördü deyən çaranı,
-Ölməz heç nə yoxdur, bunu biləsən.
Gürcü, Bentürk gəldi Turqa əltuta,
Yürüş etdi acıqana Turq ata,
Döşdöşəydi ərən ərə, at ata,
-Ölməz heç nə yoxdur, bunu biləsən.
Üç gün çəkdi Sarkinuda bu döyüş,
Iskəndəri susqun qoydu bu dönüş,
Artdı hər gün geriləmə, tökülüş,
-Ölməz heç nə yoxdur, bunu biləsən.
O gizlətdi yarasını hamıdan,
Əlacsızdı yara dərman, sarğıdan,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
878
O inlədi gizli kəskin ağrıdan,
-Ölməz heç nə yoxdur, bunu biləsən.
Dedi,”Gedim Hində, Çinə, Təbətə,
Oralarda mən başlayım qarətə,
Qarət məni qaldıracaq hörmətə,
-Ölməz heç nə yoxdur, bunu biləsən.
Deyən, yaram sağalacaq o vaxta,
Yoxsa burda düşəcəyəm ayaqdan,
Hədələyir məni ölüm qabaqda,
-Ölməz heç nə yoxdur, bunu biləsən.
Turq düz dedi, tələsmişəm, gərək mən,
Aparaydım “Avesta”nı bu yerdən,
Yandırmışam o əsəri mən nədən,
Səhv etmişəm, günahkaram mən deyən,
-Ölməz heç nə yoxdur, bunu biləsən.
At üstündə oturmuşdu İskəndər,
Gözləyirdi yıxılmasın, birtəhər,
Daim yürüş edən beş min fateh ər,
Dönüb geri qayıdırdı bu səfər,
-Ölməz heç nə yoxdur, bunu biləsən.
***
Bu əsəri mən yazaraq qurtardım,
Həm tarixdir, həm dastandır bu əsər.
Qızıl, gümüş, kərpiç evdir tikilib,
Həm tarixdir, həm dastandır bu əsər.
Qaldı neçə əsərlərim yarımçıq,
Qocalmışam, üzülmüşəm, mən artıq,
Mənə baxıb gülür yorğun qocalıq,
Həm tarixdir, həm dastandır bu əsər.
Heydər ata, sənə rəhmət min kərə,
Bu əsəri sən bəxş etdin ellərə,
Kitab yatdı, ürəklərə, dillərə,
Həm tarixdir, həm dastandır bu əsər.
***
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Dostları ilə paylaş: |