Söhrab Tahir "Ata" Poema-epos


Söhrab Tahir                                "Ata" Epos-poema II cild



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə63/69
tarix17.04.2017
ölçüsü6,34 Mb.
#14318
1   ...   59   60   61   62   63   64   65   66   ...   69

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

801 


 

 

Əkbitəni, Uruyeri səs aldı, 



Yerdə nə var hər gün, hər an dəyişir. 

Tunqər gəlib oturmuşdu Başevdə, 

Yerdə nə var hər gün, hər an dəyişir. 

 

Düşünürdü, Turqər onu pisləyir



Yer üzünü barışığa səsləyir, 

Indi gedib o, Sərtüzü izləyir, 

Yerdə nə var hər gün, hər an dəyişir. 

 

Əkbitənə aman vermir Parsdiyar, 



Indi yeni Tusər adlı şahı var, 

Acıqana göz ol deyib atalar, 

Yerdə nə var hər gün, hər an dəyişir. 

 

Turq deyir ki, yersiz qana batmayın, 



Ayıq olun qancıllardan, yatmayın, 

Hər söz üstə işə yaraq qatmayın, 

Acıqanı dartışmağa dartmayın, 

Yerdə nə var hər gün, hər an dəyişir. 

 

Turq nə deyir, biz də onu edirik, 



Ata bilib arxasınca gedirik, 

Çox bicləmə üzərindən ötürük, 

Yavaş-yavaş unudulub, itirik, 

Yerdə nə var hər gün, hər an dəyişir. 

 

Hər savaşdan uzaq durmaq, nə demək, 



Hər vuruşda barış qurmaq, nə demək, 

Sağalt olub yara sarmaq, nə demək, 

Yaraqlını içdən qırmaq, nə demək, 

Yerdə nə var hər gün, hər an dəyişir. 

 

Bu, aparır bizi yazıq olmağa, 



Döyüşlərdə tez-tez basıq olmağa, 

Qorxaq, sısqa, gözüqıpıq olmağa, 

Öz yurdunda vecsiz, artıq olmağa, 

Boşalaraq içi ovuq olmağa, 

Yerdə nə var hər gün, hər an dəyişir. 

 

Düşünürdü, dişlərini qıcırdı, 



Qollarıyla yeri, göyü ölçürdü, 

Alıb yeni bicləmələr biçirdi, 

Basarlığa yeni yollar seçirdi, 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

802 


 

Yerdə nə var hər gün, hər an dəyişir. 

 

Dəyişilib yarıtanrı Turq ata, 



Barış deyə üz tutmuşdu, elata, 

Təki bir də baş verməsin qan-qada, 

Yerdə nə var hər gün, hər an dəyişir. 

 

Bunca qat-qat yırtıcılar artacaq, 



Barışçılar ləhləyəcək, yortacaq, 

Dəli alıb susqunları yırtacaq, 

Yerdə nə var hər gün, hər an dəyişir. 

 

Necə gedim, onu dilə tutum mən, 



Onu çəkim, vurhavura qatım mən, 

Ölkələri turanlğa qatım mən, 

Yerdə nə var hər gün, hər an dəyişir. 

 

Mənim olsun Şimşəkqılınc, Şimşəkat, 



Yerdə, göydə açım geniş qol-qanad, 

Gərək mənə uyuq olsun böyük ad

Yerdə nə var hər gün, hər an dəyişir. 

 

Mən tutmuşam yer üzünü, tutaram, 



Çini, Hindi alıb Türkə qataram, 

Mindiyarda turanlığa çataram, 

Günəş kimi doğularam, bataram, 

Yerdə nə var hər gün, hər an dəyişir. 

                   

                *** 

 

Parsdiyarın səsləncləri gurladı, 



Qan qoxusu duyur hər gün yer üzü. 

Tusər dedi, gərək Tunqdan öc alam, 

Qan qoxusu duyur hər gün yer üzü. 

 

Sıraladı Tusər on min yaraqlı, 



Hamısı da qıvraq, yüngül ayaqlı, 

Tunc çuxalı, qurşaq, enli balaqlı, 

Ayaq yalın, çəkməboğaz, çarıqlı, 

Qan qoxusu duyur hər gün yer üzü. 

 

Dedi, Xruş, Daryaş, Buzər and verir, 



Parsdiyara onlar “İran” ad verir, 

Ürəklərə sevgi, sevinc, od verir, 

Qan qoxusu duyur hər gün yer üzü. 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

803 


 

 

Mən onların almalıyam öcünü, 



Hər yaraqlı qoy göstərsin gücünü, 

Qoy öldürsün, gözləmədən ölçünü, 

Hər iranlı turanlının üçünü, 

Qan qoxusu duyur hər gün yer üzü. 

 

Gedək, min il tutuqluğa son qoyaq, 



Tanrı bizim arxamıza tunc dayaq, 

Gedək, Turan ölkəsindən yer alaq, 

Qan qoxusu duyur hər gün yer üzü. 

 

               



 

                 *** 

 

Əkbitənin səsləncləri gurladı, 



Kim nə bilir nə olacaq bir azdan. 

Dağ başında yandı bir-bir ocaqlar, 

Kim nə bilir nə olacaq bir azdan. 

 

Iran yürüş edir böyük Turana, 



Bu səs çatır Qobuyerə, Arana, 

Bu səs çatır öncə Tunqər Alpana, 

Kim nə bilir nə olacaq bir azdan. 

 

Iyirmi min toplum çıxır qabağa, 



Qalxır Qurdər Uruyerdə ayağa, 

Silkələnmə, sazaq düşür torpağa, 

Kim nə bilir nə olacaq bir azdan. 

 

Qarşılaşır iki toplum Sakresdə



Düzülüllər iki hündür yer üstə, 

Bir qorxu var, bir titrəyiş hər səsdə, 

Kim nə bilir nə olacaq bir azdan. 

 

Tusər deyir:-Tunqər yaxşı görüşdük, 



Öc günləri artıq gəlib yetişdi, 

İran, Turan adlarımız dəyişdi, 

Vergi vermək istəkləri ötüşdü, 

Kim nə bilir nə olacaq bir azdan. 

 

Istəyirsən öncə bir az güləşək, 



Bir-birinə qol-qıç ataq, əlləşək, 

Istəyirsən dinc dil ilə dilləşək, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

804 


 

Kim nə bilir nə olacaq bir azdan. 

 

Tunqər dedi:-Öc almağa gəlmisən? 



Sən İranı Turana tay bilmisən? 

Bu başdan bil, sən çoxdandır ölmüsən, 

Kim nə bilir nə olacaq bir azdan. 

Kimsə Tunqa gendən gizli ox atdı, 

Çil-çilatın sağrısını qanatdı, 

At sıçradı, sıraları daraltdı, 

Bu, toplumda qarışıqlıq yaratdı, 

 Kim nə bilir nə olacaq bir azdan. 

 

Tusər çapdı, Turqu vurdu arxadan, 



Tunc dəbilqə parçalandı ortadan, 

Qılınc sındı, o yapışdı baltadan, 

Iki ərən qalxıb durdu yanbayan, 

Kim nə bilir nə olacaq bir azdan. 

 

Tusər vurdu, balta yardı tutağı, 



Tunqun yerə yatdı iki ayağı, 

O söykədi yerə iti yarağı, 

Kim nə bilir nə olacaq bir azdan. 

 

Turpar atı birdən çapdı irəli, 



Qılıncını Tusər şaha dirədi, 

Şahın qaldı iki gözü bərəli, 

Kim nə bilir nə olacaq bir azdan. 

 

Dedi:-Tusər, mən Daryaşın oğluyam, 



Atama yox, mən Tunqərə bağlıyam, 

Gəldim səni güləşməkdə yoxlayam, 

Kim nə bilir nə olacaq bir azdan. 

 

-Soyun dəmir geyimini, ay qotur, 



Gəl, güləşək, kim güc gəldi, şah odur, 

Şah olmağın doğru yolu bax, budur, 

Kim nə bilir nə olacaq bir azdan. 

 

Tusər bunca üzə düşdü, soyundu, 



Güclə dolu içi bərk-bərk döyündü, 

Birincilik ad-sanıyla öyündü, 

Kim nə bilir nə olacaq bir azdan. 

-Gəl güləşək-dedi-Turpar, yanıqüz, 

Dedi-bilki, mən qaplanam, sən öküz, 

Basılaraq öləcəksən yüzdəyüz, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

805 


 

Kim nə bilir nə olacaq bir azdan. 

 

Güləşdilər iki qaplan, iki ər, 



Tunqər qalxdı öz yerindən birtəhər, 

Nələr olur, gör, bir anda, gör, nələr, 

Kim nə bilir nə olacaq bir azdan. 

 

Qollar dəmir məngənədir elə bil, 



Qıçlar yerdə girdənədir elə bil, 

Hər deyilən söz iynədir elə bil, 

Kim nə bilir nə olacaq bir azdan. 

 

Biri dedi, yanıqüzsən, yazıqsan, 



Biri dedi, beli boşsan, qopuqsan, 

Biri dedi, sən yel dolu qovuqsan, 

Biri dedi, sən Tunqərə tutuqsan, 

Kim nə bilir nə olacaq bir azdan. 

 

Dizə çökdü Turpar, ancaq aşmadı, 



Çiyni üstə düşdü, ancaq çaşmadı, 

O Tusərin qabağından qaçmadı, 

Kim nə bilir nə olacaq bir azdan. 

 

Birdən çıxdı o Tusərin əlindən, 



Qamarlayıb tutdu onun belindən, 

Sonra onu üzdü birdən yerindən, 

Bir söz çıxdı Tusər şahın dilindən

Kim nə bilir nə olacaq bir azdan. 

 

-Vurma yerə məni Turpar, qoy yerə, 



Tutuq ollam sənə hər gün yüz kərə, 

Şah olarsan, mən başbaşı ellərə, 

Kim nə bilir nə olacaq bir azdan. 

Turpar onu qoydu yerə, dayandı, 

Üzlər güldü, al çiçəyə boyandı, 

“Turpar” deyib sanki hamı oyandı, 

Kim nə bilir nə olacaq bir azdan. 

 

Tusər dedi:-Turpar bizə şah olsun, 



Onun adı “İran şahı” qoyulsun, 

Tusər onun şah başbaşı sayılsın, 

Kim nə bilir nə olacaq bir azdan. 

 

Tunqər tutdu iki gəncin qolundan, 



-Qardaş olun-dedi-birlik yolunda, 

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

806 


 

Turan durub İranelin dalında, 

Kim nə bilir nə olacaq bir azdan. 

 

                   *** 



 

Turan, İran, iki ölkə, iki yurd, 

Iki olmaq bir olmaqdan yaxşıdır. 

Hamı dedi, Turq, Tunq, Sərtüz söyləsin, 

Iki olmaq bir olmaqdan yaxşıdır. 

 

Besyar, Sona qaldı yenə Turanda, 



Üzüyanıq Turpar şahsa İranda, 

Tusər güldü, həm sevindi yalandan, 

Iki olmaq bir olmaqdan yaxşıdır. 

 

        Turpar şah söylənci 



 

Turpar şaha İran bütün baş əydi, 

Çox ayıq ol çətin işdən yapışsan. 

Hamı dedi, biz Turanla qardaşıq, 

Çox ayıq ol çətin işdən yapışsan. 

 

Turpar öncə Tunqər ilə görüşdü, 



Çox işləri Turan şahdan soruşdu, 

Küsülüydü, ata bala barışdı, 

Çox ayıq ol çətin işdən yapışsan. 

 

Besyar dedi:-Atan kimi olma sən, 



Sona dedi:-Şah yerində qalma sən, 

Özü dedi:-Üzüyola olma sən, 

Çox ayıq ol çətin işdən yapışsan. 

 

Çağırtdırdı öz yanına Qurdəri, 



Onun ilə gəzdi, gördü çox yeri, 

Çəpər çəkdi Turanyerdən az bəri, 

Çox ayıq ol çətin işdən yapışsan. 

 

Dedi, İran yeni ölkə biçimdə



Qan olmasın gərək ölkə içində, 

Dinclik olsun, yaylaq, qışlaq köçündə, 

Toplumları böyük tanrı gücündə, 

Çox ayıq ol çətin işdən yapışsan. 

 

Dedi, Turan qardaş deyil, atadır, 



Turpar isə bu ataya arxadır, 

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

807 


 

Kim yox desə o, arada baltadır, 

Çox ayıq ol çətin işdən yapışsan. 

 

Ölkələrlə əlbir olaq, hər nədir, 



Qonşu olağ, ana, qardaş, bacı bir, 

Düz əkilən bu torpaqda düz bitir, 

Çox ayıq ol çətin işdən yapışsan. 

 

Turpar-şaham-dedi-indi İranda, 



Qıraq dayan, ey iranlı, yamandan, 

Qalsın şahlıq ev-eşiyin amanda, 

Çox ayıq ol çətin işdən yapışsan. 

 

    



   

    Həbəş, Misir söylənci 

 

Uruyerin səsləncləri gurladı, 



İnam gücdür, ancaq o da azalır. 

Firon basıb dustaqlığa Catanı, 

İnam gücdür, ancaq o da azalır. 

 

Aldı Tunqər iyirmi min toplumu, 



Yardı isti çöllərdəki boş qumu, 

Dedi, mənəm Çatan şahın durumu, 

Dedi, mənəm Firon şahın ölümü, 

İnam gücdür, ancaq o da azalır. 

 

Firon Tunqdan ilk görüşdə ürkmüşdü, 



Yarıdolu tuluq kimi çökmüşdü, 

Çatan şaha yeni biclik çəkmişdi, 

İnam gücdür, ancaq o da azalır. 

 

O qorxmuşdu, Tunq ölkəni tutacaq, 



Onu böyük Turanına qatacaq, 

Onun Firon buyuruğu yatacaq, 

İnam gücdür, ancaq o da azalır. 

 

Düşünmüşdü, Turan bizə iş açar, 



Yaxşı olar bu Tunqərdən biz qaçaq, 

Tək Çatandır bu qapıya tək açar, 

İnam gücdür, ancaq o da azalır. 

 

Öncə onu götürərəm aradan, 



Sonra Tunqu çıxararam sıradan, 

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

808 


 

Qallam özüm basar kimi ortada, 

İnam gücdür, ancaq o da azalır. 

 

Tunq əl atsa bizə qarşı yarağa, 



Həbəşləri verrəm onda qabağa

 

Sonra Misri qaldıraram ayağa, 



Inam gücdür, ancaq o da azalır. 

 

Üztut ollam “Aman” tanrı adına, 



Döyüşərəm onla addım addıma, 

Çağıraram Balasqeli yardıma, 

Inam gücdür, ancaq o da azalır. 

 

Tunq çaparaq Çil-çilatı yormuşdu, 



Yolu üstə beş min Həbəş durmuşdu, 

Qabağına nə çıxmışdı, qırmışdı, 

Vurub çayı, gölü, çəni yarmışdı, 

Inam gücdür, ancaq o da azalır. 

 

Firon kəsdi qabağını Tunqərin, 



Ancaq nədən əsməkdəydi əlləri, 

Çıxdı Tunqun qabağına öndəri, 

Inam gücdür, ancaq o da azalır. 

 

Dedi:-Qayıt,tez ol burdan geriyə, 



Firon deyir, əgər gəlsə bəriyə, 

Nil Turanı qabağından kürüyər, 

Inam gücdür, ancaq o da azalır. 

 

Tunqər dedi:-Verin oğlum Çatanı, 



Yoxsa tutub yandıraram hər yanı, 

Mən saymaram sənin kimi qabanı, 

Inam gücdür, ancaq o da azalır. 

 

Bunu deyib Tunqər vurdu bizucu, 



Sora çəkdi qoşa tiyə qılıncı, 

Öndər qaldı at üstündə ölümcül, 

Inam gücdür, ancaq o da azalır. 

 

Firon çıxdı irəliyə acıqlı, 



Bir az kobud, bir azcana qılıqlı, 

Üzü soyuq, gözü parlaq-işıqlı, 

Inam gücdür, ancaq o da azalır. 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

809 


 

Dedi:-Oğlun Çatan Nildə boğulub, 

Yeri-yurdu, ev-eşiyi dağılıb, 

O şəhərdə şahlıq yeri yığılıb, 

Inam gücdür, ancaq o da azalır. 

 

Tunqər dedi:-Mənim oğlum dustaqdır, 



O, döyüşdə, Firon, səndən qoçaqdır, 

Sənin payın burda qandır, yaraqdır, 

Inam gücdür, ancaq o da azalır. 

 

Yenə çıxdı irəliyə bir öndər, 



Dedi:-Gündə bir dil bilən biləndər, 

Çatan şahdan soraq tutsun birtəhər, 

Inam gücdür, ancaq o da azalır. 

 

Tunqər daha gözləmədi, bağırdı, 



Toplumunu irəliyə çağırdı, 

Vurdu, öndər yerə yatdı, çığırdı, 

Inam gücdür, ancaq o da azalır. 

 

-Hara qaçdı-dedi-tutun Fironu, 



O düzəldib bu yalanı, oyunu, 

Ipə keçsin gərək onin boyunu, 

Inam gücdür, ancaq o da azalır. 

 

Iki toplum cumdu biri-birinə, 



Qan sıçradı üzə yağış yerinə, 

Qan laxtası döndü alın tərinə, 

Inam gücdür, ancaq o da azalır. 

 

“Vurun”-“qırın”, çığır-bağır, sızıltı, 



Son sızıltı, son söz, son səs, bağırtı, 

 

Yaralarda zoqquldayan gizilti, 



Inam gücdür, ancaq o da azalır. 

 

Tunq sıranı qılınc ilə darayır, 



Vurur, qırır, yarır, yorur, arayır, 

Qalxır göyə acıqanın harayı, 

Inam gücdür, ancaq o da azalır. 

 

Bundan bir-bir, ondan isə yüz ölür, 



Çoxu qaçır, haray çəkir,”Turq gəlir”, 

“Döyüş bəsdir” səsləncləri yüksəlir, 

Inam gücdür, ancaq o da azalır. 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

810 


 

 

Külək vurur, qanlı bığ, saç yellənir, 



Kəsik başlar, kəsik qollar hellənir, 

Dörd bir yanda ac qurd, tülkü sülənir, 

Inam gücdür, ancaq o da azalır. 

 

Firon qaçır, tapılmayır izi də, 



Qaçır gedir, toplumu da, özü də, 

Nələr olur, gör, yungülcə küsüdən, 

Inam gücdür, ancaq o da azalır. 

 

                  *** 



 

Firon yeni toplum qatır döyüşə, 

Yaraqlılar çatır sayda beş-beşə, 

Gəlir özü Tunqər ilə görüşə, 

Inam gücdür, ancaq o da azalır. 

 

Deyir:-Qayıt, götür, apar Çatanı, 



Sən düşübsən, o qorusun Turanı, 

Bundan artıq pozma bizim aranı, 

Inam gücdür, ancaq o da azalır. 

 

Toplumundan çox qırılıb, az qalıb, 



Sən də dincəl, üzün-gözün saralıb, 

Üç bir yandan qaçan yolun daralıb, 

Inam gücdür, ancaq o da azalır. 

 

Tunq bağırdı:-Bizimkilər, irəli! 



Beş öldürsün acıqandan hər dəli, 

Durun, yıxın qalsanız da təkəlli, 

Inam gücdür, ancaq o da azalır. 

 

O, dolaq ip atdı, tutdu Fironu, 



Keçdi ipə Firon şahın boyunu, 

Atdan yıxdı, o leş yeyən quzğunu, 

Inam gücdür, ancaq o da azalır. 

 

Turq atanın səsi gəldi uzaqdan, 



Tunqər yardım gözləyirdi bayaqdan, 

Toplum yenə bərk yapışdı yaraqdan, 

Inam gücdür, ancaq o da azalır. 

 

Tunq, Turq, bir də Şimşəkqılınc, Şimşəkat, 



Artdı yenə döyüş, vuruş, çathaçat, 

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

811 


 

Topuğacan qanlı palçıq, bathabat, 

Inam gücdür, ancaq o da azalır. 

 

Acıqanın sıraları yarıldı, 



Atlar, qıçlar, qollar, başlar yoruldu, 

Basar, basıq bir-birindən ayrıldı, 

Inam gücdür, ancaq o da azalır. 

 

                *** 



 

Tutuq Firon gətirildi Başevə, 

Qıvraq dünən dilənçiydi, bu gün şah. 

Düstaqlıqdan çıxartdılar Çatanı, 

Qıvraq dünən dilənçiydi, bu gün şah. 

 

Tunqər, Turqər oturmuşdu yanaşı, 



Firon isə qolubağlı evbaşı, 

Çoxunun da dəyişmişdi göz başı, 

Qıvraq dünən dilənçiydi, bu gün şah. 

 

Tunqər dedi:-Çatan burda şah olsun, 



Turqər dedi:-O, Firona tay olsun, 

Firon dedi:-O ikinci say olsun, 

Firon günəş, Çatan isə ay olsun

Qıvraq dünən dilənçiydi, bu gün şah. 

 

Tunqər dedi:-Çatan günəş, Firon ay, 



Bundan sonra Turanındır bu saray, 

Turanındır böyük Misir taybatay, 

Qıvraq dünən dilənçiydi, bu gün şah. 

 

Biri dedi, iki min il arası, 



Tutuq olub burda onun babası, 

Bu gün böyük başbaşıdır atası, 

Firon olsun Çatan şahın qudası, 

Qıvraq dünən dilənçiydi, bu gün şah. 

 

Çox dedilər, danışdılar, neçə gün, 



Düyün düşdü, açılmadı çox düyün, 

“Bu doğrudur, bu ayrıdır, bu düzgün”, 

Qıvraq dünən dilənçiydi, bu gün şah. 

 

Firon dedi:-Bəsdir, getmə dərinə, 



Mən batmışam utancaqlıq tərinə, 

Mən qoyaram beş il onu yerimə, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

812 


 

Qıvraq dünən dilənçiydi, bu gün şah. 

 

Tunqər dedi:-Güc veribsən yalana, 



Sən bizimlə gedəcəksən Turana, 

Pay verərsən orda olan qalana, 

Qıvraq dünən dilənçiydi, bu gün şah. 

 

 



                     *** 

 

Qızıl quşun səsi gəldi yaxından, 



Ağır gündə hamı doğma qardaşdır. 

Turqər çıxdı tər-tələsik qapıya, 

Ağır gündə hamı doğma qardaşdır. 

 

Turpar yazı göndərmişdi:-“Turq ata,  



Mən burdayam, ata, lap-lap yaxında, 

Tusər, beş min yaraqlı da yanımda, 

Ağır gündə hamı doğma qardaşdır. 

 

Eşitdik ki, döyüşdəsən, təklənib, 



Sənə qarşı Firon beş qat köklənib

Hərdən-birdən səni sancır, ərklənir, 

Ağır gündə hamı doğma qardaşdır. 

 

Gəldik bura toplumbaşı Tusərlə, 



Dayanmışıq arxanızda təpərlə, 

Üç min atlı, on təkərli çəkərlə”, 

Ağır gündə hamı doğma qardaşdır. 

 

Tunqər, Turqər çox üstünlük duydular, 



Bunu Tunqa böyük yardım saydılar, 

Çatan şahı burda Firon qoydular, 

Ağır gündə hamı doğma qardaşdır. 

 

Yazı yaman düşündürdü Tunqəri, 



Bir də bir il bundan qabaq ötəri, 

Öc almağa gələn güclü Tusəri, 

Ağır gündə hamı doğma qardaşdır. 

 

“Yaxşı olub, o, Tusəri gətirib, 



Yaxşı, İran bizə yardım yetirib, 

Öclü günü ondan qapıb götürüb”. 

Ağır gündə hamı doğma qardaşdır. 

              *** 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

813 


 

 

On iki il Firon oldu Çatan şah, 



Nə olsan da sən gərək ol ölkənə. 

Turon-Misir yolu doldu, boşaldı, 

Nə olsan da sən gərək ol ölkənə. 

 

Su üstünə on dörd bərə saldırdı, 



Suqırağı daş-tikinti qaldırdı, 

Bataqlığı daşla, qumla doldurdu, 

Nə olsan da sən gərək ol ölkənə. 

 

Suda balıq, çöldə maral, quş artdı, 



Sürü artdı, inək artdı, qoç artdı, 

Az yaşayan adamlarda yaş artdı, 

Yer becərən öküz artdı, xış artdı, 

Nə olsan da sən gərək ol ölkənə. 

 

 

     Deyişmə söylənci 



 

 

On gün qaldı Uruyerdə Turq ata, 



Iki başev ikiləşmə deməkdir. 

Əkbitəndə əsnəyirdi Ağüzər, 

Iki başev ikiləşmə deməkdir. 

 

Turqun burda azalmışdı çəkisi, 



Tunq, Turq burda deyişirdi ikisi, 

Deyişmə yox, ağızlaşma türküsü, 

Iki başev ikiləşmə deməkdir. 

 

O deyirdi:-Gözüm-başım sozarıb, 



Turanlının döyüş gücü azalıb, 

Tanrı sanki aramıza lov salıb, 

Iki başev ikiləşmə deməkdir. 

Turq deyirdi:-Bunlar səndə görünmür, 

Bizimkilər döyüşlərdə sürünmür, 

Ağır gündə yoldan dönmür, ərinmir, 

Iki başev ikiləşmə deməkdir. 

 

Tunq deyirdi:-Görüş, barış artıqdır, 



Yürüş gərək, görüş-mörüş artıqdır, 

Işdə-mişdə, yarış-marış artıqdır, 

Iki başev ikiləşmə deməkdir. 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 


Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin