Söhrab Tahir "Ata" Poema-epos


Söhrab Tahir                                "Ata" Epos-poema II cild



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə59/69
tarix17.04.2017
ölçüsü6,34 Mb.
#14318
1   ...   55   56   57   58   59   60   61   62   ...   69

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

749 


 

Ata baxsan, yel nədir ki, ox olar. 

-Mən Qardanağ, sevdim səni Şamxatım, 

Tanrı olsan, ya olmasan, boş addı, 

Sənə kəsi həm Qardanağ, həm atı, 

Ata baxsan, yel nədir ki, ox olar. 

 

Şamxat dedi:-Gedək Turqa söyləyək, 



Nə buyurur bu sevgiyə o görək, 

İzin versə doğmalaşaq biz gərək, 

Ata baxsan, yel nədir ki, ox olar. 

 

-Anam deyir, get tap onu, Turqər ol, 



Çətin yoldur, dolanbacdır bu düz yol, 

Turqər kimi sən hər işdə ayıq ol, 

Ata baxsan, yel nədir ki, ox olar. 

 

Qaşqa atı qovur oğlan çaparı, 



Sevincindən gənc ürəyi qabarır, 

Bu sevgidir, onu hara aparır, 

Ata baxsan, yel nədir ki, ox olar. 

 

                 *** 



 

Bir səs gəldi, meşə susdu bu səsdən, 

Tanınmazlar səsdən, dildən tanınar. 

-Ahay, dayan üzü yanıq, sən kimsən? 

Tanınmazlar səsdən, dildən tanınar. 

 

-Mən Turparam, de sən kimsən yaraqlı? 



-Mən Qardanağ, bu gözələ adaxlı, 

Hər ikimiz Turq ataya tutaqlı, 

Tanınmazlar səsdən, dildən tanınar. 

 

Şamxat dedi:-Gedək, göylər qarışır, 



Gedək, sənə bu Turpardan danışım, 

Necə olub, o Tunqərlə barışıb, 

Tanınmazlar səsdən, dildən tanınar. 

Sevgililər atdandılar yəhərə, 

Sağollaşıb üz tutdular Uryerə, 

Duman çökdü, elə bil ki, yer-yerə, 

Tanınmazlar səsdən, dildən tanınar. 

 

Gedək tapaq Turqu, Turqa yaxını, 



Turqdu kəsir qabağını qırğının, 

Qovur qanlı quraqlığı, çovqunu, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

750 


 

Barışdırır qoğu, kalı, çılğını, 

Tanınmazlar səsdən, dildən tanınar. 

 

Mənə doğru yol göstərən Turqərdir, 



Turq döyüşə qan-qadaya çəpərdir, 

O, Bacardır, Düzər, Qızbax, Gücərdir, 

Tanınmazlar səsdən, dildən tanınar. 

 

                   



 

     Daşhörmələr söylənci 

 

Turq gedirdi, Şimşəkatı çaparaq, 



Nə istəsən yolda, yalda taparsan. 

İki toplum yürüməkdə Çinelə, 

Nə istəsən yolda, yalda taparsan. 

 

Turqa soraq gətirmişdi Qızılquş, 



Acı qana göstərməkçin daş duruş, 

Qaldırılır daş hörmələr min qarış, 

Keçilməzdir burda eniş, həm yoxuş, 

Nə istəsən yolda, yalda taparsan. 

 

İşlədillər burda Hindel qulunu, 



Saymır heç kəs işdə yağış selini, 

Gecə yatır bürünərək çulunu, 

Hörmələyir dağın döşü, yalını, 

Kəsir onlar Acıqanın yolunu, 

Nə istəsən yolda, yalda taparsan. 

Daş daş üstə qoyur, qalxır buluda, 

Hər atdımda bir qalaça, bir ada, 

İşlədilir arvad, uşaq, gənc, qoca, 

Nə istəsən yolda, yalda taparsan. 

 

Bu hörmələr qalxır göylə dirəşir, 



Bulud gəlir hörmə üstən sürüşür, 

Yoxdur qapı, heç bir yerdən girişi, 

Pozulubdur Acıqanın yürüşü, 

Nə istəsən yolda, yalda taparsan. 

 

Çinel harda, Minel, Muğel hardadır, 



Daş hörmələr çinelliyə arxadır, 

Yaraqlılar acdır, günü qaradır, 

Acıqanın içi, çölü yaradır, 

Nə istəsən yolda, yalda taparsan. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

751 


 

 

Toplumların qabağını aldı Tur, 



Soruşdu ki:-Siz kimsiniz? 

-Biz muğuq. 

-Hara belə? 

-Biz Çinelə cumuruq. 

Turq söylədi:-Çinel indi bir qoruq, 

Nə istəsən yolda, yalda taparsan. 

 

-Biz bilirik onlar hasar çəkillər, 



Muğel boyu qalaçalar tikillər

Daşarası daş sürtüyü töküllər, 

Nə istəsən yolda, yalda taparsan. 

 

Bu andaca qalxdı coşdu sərt külək, 



İki toplum dağdan endi yüyürək, 

Tapdalandı ayaq alta biçənək, 

Danqıldadı qılınc, çomaq, dəyənək, 

Nə istəsən yolda, yalda taparsan. 

 

Turq bağırdı, atlar urkdü, dayandı, 



Yaraqlılar Turqa sarı boylandı, 

Çinel, Muğel boyu bu səs dolandı, 

Çay diskindi, quş üst-üstə qalandı, 

Nə istəsən yolda, yalda taparsan. 

 

Turqər dedi:-Nə baş verib doğuda? 



Niyə belə dəlisovsuz doğrudan? 

Əl götürün  qan-qan deyən uyğudan, 

Nə istəsən yolda, yalda taparsan. 

 

Tanrı məni göndərərək buyurub, 



O hərəyə paylıq torpaq ayırıb, 

Qan yox, əkin ac qalanı doyurub, 

Nə istəsən yolda, yalda taparsan. 

 

Biz tanrının yaratdığı dilliyik, 



Bir oraqlı, bir günlüklü, elliyik, 

Ağır işdə yurdumuza bəlliyik, 

Ancaq üstün olmağıyçün yelliyik, 

Nə istəsən yolda, yalda taparsan. 

 

Tanrı deyir:-Qoyun yerə yarağı, 



Alın ələ beli, xışı, orağı, 

Əkin, biçin, pay verirəm torpağı, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

752 


 

Çəkin, için arxı çayı, bulağı, 

Südlə dolu qzançanı, bardağı, 

Nə istəsən yolda, yalda taparsan. 

 

Sizi gözlər arvad-uşaq, qız, ana, 



Dönün, baxın yaxşı-yaxşı o yana, 

Qoymayın ki, inam, anlaq dayana, 

Süd körpələr öz qanına boyana, 

Nə istəsən yolda, yalda taparsan. 

 

 

-Qoca, sənin bu sözlərin nə demək, 



Ac gəlmişik, evə necə ac dönək? 

Buyur görək, biz burada nə yeyək, 

Nə istəsən yolda, yalda taparsan. 

 

-Buyur,-dedi-Turqər o çay, o balıq, 



Hər bir yandan yararlıdır bu varlıq, 

-Qoca, burda çay dərindir, bulanlıq, 

Yoxdur bizim başçılarda adamlıq, 

Biz yaraqlı, o yanlıqıq, bu yanlıq, 

Nə istəsən yolda, yalda taparsan. 

 

Biri çıxdı dedi:-Qoca düz deyir, 



Sən az danış, az vəngildə, az böyür, 

Çörək ilə samanlığı seç, ayır, 

Nə istəsən yolda, yalda taparsan. 

 

Toplumbaşı çıxdı dedi:-Ay dədə, 



Sən nəçisən, kimsən, söylə bu yerdə

Toplumları laxladırsan dibindən, 

Nə istəsən yolda, yalda taparsan. 

 

-Mən Turqərəm, Mindiyarın atası, 



-Mən də sənin Muğərinəm, qadası, 

Sənsən bizim Mindiyarın qafası, 

Bir yara var Muğla Çinel arası, 

Bu quraqlıq, aclıq, qıtlıq yarası, 

Tanrı bilər, nə olacaq sonrası, 

Nə istəsən yolda, yalda taparsan. 

 

Turqər dedi:-Deyən Muğel dardadır, 



Bəs Mindəbir, niyə yoxdur, hardadır? 

-Harda yem var, yeməli var ordadır, 

Muğel acdır, el qıtlıqda, dardadır, 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

753 


 

Nə istəsən yolda, yalda taparsan. 

 

Çinellilər çoxiydilər, bir yüzə, 



Sanki bulaq qarışmışdır dənizə, 

Vuruş deyə durmadılar üz-üzə, 

Ayrıldılar onlar gecə, gündüzə, 

Nə istəsən yolda, yalda taparsan. 

 

                    *** 



 

Turq söylədi:-Ay yaraqlı, Minellı, 

Döyüş deyil, iş yaşadır adamı. 

Gəlin Çinə yardım edək, əl tutaq, 

Döyüş deyil, iş yaşadır adamı. 

 

Yaraqlılar, qoyun yerə yarağı, 



Bir-birinə tikin daşı, torpağı, 

Bəsləyillər burda işlək qonağı, 

Döyüş deyil, iş yaşadır adamı. 

 

Hamı baxdı biri-birinə dayandı, 



Urəyində yeni varlıq oyandı, 

Çoxu gəlib tikintiyə boylandı, 

“İş, iş” dedi, ilk sırada dayandı, 

Döyüş deyil, iş yaşadır adamı. 

 

Çinellilər çəkildilər qırağa, 



Yol verdilər işə gələn qonağa, 

Yer qalmadı daha gücə, yarağa, 

Döyüş deyil, iş yaşadır adamı. 

 

Turq Çinelli başçılarla görüşdü, 



Muğellitək o da işə girişdi, 

O yan bu yan bir-birinə qarışdı, 

Bunla sanki, iki toplum barışdı, 

Döyüşdə yox, işdə, gücdə yarışdı, 

Döyüş deyil, iş yaşadır adamı. 

 

                   ***  



Qızıl quşun səsi gəldi yaxından, 

Nə olaydı insan quştək uçaydı. 

Çıxdı yola Turqər, quşu çağırdı, 

Nə olaydı insan quştək uçaydı. 

 

Gördü Şamxat, yanında da bir oğlan, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

754 


 

Dedi:-Ellim, siz gəlirsiz hayandan, 

Nə baş verib, nə səs-səmir oradan, 

Mən də burda işləyirəm arada, 

Nə olaydı insan quştək uçaydı. 

 

Şamxat dedi:- Böyük ata, bağışla, 



Yol gəlmişik bir ay qarda, yağışda, 

Dayanmada heç, çökəkdə, yoxuşda, 

Nə olaydı insan quştək uçaydı. 

 

Biz gəlmişik səndən “həri” almağa, 



Qardanağla ilk ər-arvad olmağa, 

Sizə yaxın Uryerdə yurd salmağa

Nə olaydı insan quştək uçaydı. 

 

Qardanağ da gəlib səni görməyə, 



Gəlib sənə el borcunu verməyə, 

Gəlib burda toy çiçəyi dərməyə, 

Nə olaydı insan quştək uçaydı. 

 

Mən Şamxatam, ilk balamı doğaram, 



Ərə getsəm, tanrılıqdan çıxaram, 

Qarlayaram, yağış kimi yağaram, 

Nə olaydı insan quştək uçaydı. 

 

Şamxat dedi:-Bu Dümağın oğludur, 



Ana, bala bunlar sənə bağlıdır, 

Bizim kimi o Alpisdən dağlıdır, 

Nə olaydı insan quştək uçaydı. 

Turqər dedi:-Tanrı sizi saxlasın, 

Olağızı bir-birinə bağlasın, 

Turq da gəlsin sizi hərdən yoxlasın, 

Tanrı gülsün, ancaq Alpis ağlasın, 

Altyer uçsun, lap dibindən laxlasın, 

Nə olaydı insan quştək uçaydı. 

 

Baş əyərək Turqa dedi Qardanağ: 



-Biz gəlmişik qulluğuzda dayanaq, 

Atasayaq, oğulsayaq, qızsayaq, 

Nə olaydı insan quştək uçaydı. 

 

                     *** 



 

Turq düşündü, düz gəlməyir yaşları, 

Hər yaşda var, sevgi yaşı saymayır. 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

755 


 

Dedi, Şamxat ondan çox-çox yaşlıdır, 

Hər yaşda var, sevgi yaşı saymayır. 

 

Hamı sevir, ölənəcən sevgi var, 



Yeniyetmə, gənc, yaşlıyla qocalar, 

Eləsi var sevir hər il dalbadal, 

Hər yaşda var, sevgi yaşı saymayır. 

 

Lal sevgi var, küskün, üzlü, utancaq, 



Var tərsinə, sancaqlama, ağyamaq, 

Eləsi var, süpürləmə, şapalaq, 

Var sevgiyə uyuşmayan qanacaq, 

Var tələsən, var yerində çaparaq, 

Hər yaşda var, sevgi yaşı saymayır. 

 

Niyə belə saralıbsan, ay bala, 



Bir dərisən, bir sümüksən, az qala, 

Sevirsənsə, çap atını dördnala, 

Kim geciksə, evlənmədən dul qalar

Hər yaşda var, sevgi yaşı saymayır. 

Səslə onu, sevgi tanrı payıdır, 

Doğru sevgi, ata olmaq toyudur, 

Təklik şahsa, həm də dayaz quyudur, 

Hər yaşda var, sevgi yaşı saymayır. 

 

                   *** 



 

Şamxat getdi çayqırağı bulağa, 

Sevgi səni çəkər dönməz düzlüyə. 

Əllərini tutdu göyə, ağladı, 

Sevgi səni çəkər dönməz düzlüyə. 

 

-İştar tanrı, məni bir də bağışla, 



Ərə getdim, məni bunca alqışla, 

Ta qurtardı doğru, yalan qarğışlar, 

Həm də yalan inamlarla uçuşlar, 

Sevgi səni çəkər dönməz düzlüyə. 

 

Tapşırmışdın Mingəsoyu aldadım, 



Getdim onun sürüsüylə otdadım, 

Onla neçə döyüşlərdən adladım, 

Ovuşdurdum, dağ gücünü qatdadım, 

Sevgi səni çəkər dönməz düzlüyə. 

 

Dedim, sevgi tanrısıyam yalandan, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

756 


 

Tanrılaşdım, qucaqlandım hər yanda, 

Söz eşitdim hər çaqqaldan, qabandan, 

Sevgi səni çəkər dönməz düzlüyə. 

 

Günüm, ayım aldanışsız ötmədi, 



Aldansam da mən pis yola getmədim, 

Nə çox sevdim, sevgi tağım bitmədi, 

Ancaq sənə bacı sevgim itmədi, 

Sevgi səni çəkər dönməz düzlüyə. 

 

Qızım olsa adın İştar qoyaram, 



Oğlum olsa, adın Qoşqar qoyaram, 

Hara getsəm səni tanrı sayaram, 

Keçmişimi bu günümlə yuyaram, 

Sevgi səni çəkər dönməz düzlüyə. 

 

“Qızım” deyir Turqər Şamxat yazığa, 



O, kül basır içimdəki yanığa, 

Sən də əl tut, mən küskünə, atığa, 

Qoy öc olsun bu çox ağzı yırtığa, 

Sevgi səni çəkər dönməz düzlüyə. 

 

Tanrı dedim mən özümə, yanıldım, 



Şamxat deyil, İştar kimi anıldım, 

Sevgilərim boşa çıxdı, danıldı, 

Ancaq sonra çox işlərim qanıldı, 

Sevgi səni çəkər dönməz düzlüyə. 

 

Tanrı sənsən, mənsə sənin tutuğun, 



Günəş sənsən, mənsə sənin qopuğun, 

Gözəl sənsən, mənsə sənin topuğun, 

Zirvə sənsən, mənsə sənin ovuğun

Sevgi səni çəkər dönməz düzlüyə. 

      

                   *** 



 

 -Ana tanrı Ana, məni bağışla, 

Bağışlamaq öc almaqdır deyillər. 

Tapşırdığın işlər məni ucaltdı, 

Bağışlamaq öc almaqdır deyillər. 

 

Aldın məndən sevmək, doğmaq suçunu, 



Verdin məndən vurmaq, yıxmaq gücünü, 

Mən itirdim qadın olmaq ölçünü, 

Bağışlamaq öc almaqdır deyillər. 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

757 


 

 

Qaytar mənə gənclik, dinclik yaşımı, 



Uca tutum ər yanında başımı, 

Qoy ortaya doğru ölçən arşını, 

Onda Alpis kəsə bilməz qarşımı, 

Bağışlamaq öc almaqdır deyillər. 

 

Yalvarıram, sıtqayıram önündə, 



Yardım elə mənə bu dar günümdə, 

Əl tut, göstər mənə bu sərt dönümdə, 

Bağışlamaq öc almaqdır deyillər. 

 

Diz çökərək Şamxat iç-iç mələdi, 



Tanrısına yalvar, yaxar elədi, 

O hıçqırdı, tez-tez üstut söylədi, 

Bağışlamaq öc almaqdır deyillər. 

 

O bükülüb qaldı bulaq başında, 



İşıq vardı çayın çil-çil daşında, 

“Qıy” qopurdu Turqun qızılquşundan, 

Bağışlamaq öc almaqdır deyillər. 

 

Bulud sıx-sıx, yağış gur-gur yağırdı, 



Şamxat durdu Qardanağı çağırdı, 

Gəldi gördü, o sarsıldı, bağırdı, 

Gəldi gördü Şamxat gözəl qız olub, 

Solğun üzü güzgü kimi üz olub, 

Gözlər par-par parıldayan köz olub, 

Bağışlamaq öc almaqdır deyillər. 

 

Dedi:- Ay qız bu gözəllik haradan, 



Suyun tanrı gücü vardır  burada, 

Qaytarıbdır gəncliyini yaradan, 

Bağışlamaq öc almaqdır deyillər. 

 

Öpüşdülər, yalaşdılar yüz kərə, 



Sonra durub üz tutdular Uryerə, 

Qaşqa atı səyirtdilər hər yerə, 

Bağışlamaq öc almaqdır deyillər. 

                *** 

Çapa-çapa Şamxat çox-çox danışdı, 

Gələcək ol, keçmişini uca tut.  

Nə olmuşdu, nə görmüşdü büstbütün, 

Gələcək ol, keçmişini uca tut.  

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

758 


 

Qardanağdan Şamxat bərk-bərk yapışdı, 

Bir-bir ona keçmişini danışdı, 

Yerdə qalan biri-birinə qarışdı, 

O nə dedi, əri onla barışdı, 

Gələcək ol, keçmişini uca tut.  

 

Dedi:-Şamxat, yapış məndən, atımdan, 



Çox özünü öymə tanrı adından, 

Qurdalasan çox iş çıxar qadından, 

Axsamasın qoy at mənim altımda, 

Gələcək ol, keçmişini uca tut.  

 

Dedi:-Sözdə arı olaq, işdə düz, 



Bir yerdəyik, bir yoldayıq indi biz, 

Ağır gündə üstün olluq ikimiz, 

Gələcək ol, keçmişini uca tut.  

 

Sən yenidən doğulubsan elə bil



Yaçayarıq, çoxalarıq ilbəil, 

Qoy bəzəsin bizi düzlük, şirinlik, 

Gələcək ol, keçmişini uca tut.  

 

Çapa-çapa uçmaqdaydı Qaşqaat, 



Şamxat deyib danışırdı adbaad, 

Gizliləri açmaqdaydı o qat-qat, 

Gələcək ol, keçmişini uca tut.  

 

 



           

        XXXII  QAPI 

 

     Gecə vuruş söylənci 

 

Əkbitənin səsləncləri gurladı, 

Gələn, gedən, yanqın, basqın nəsə var... 

Tunq toplumla Misirelə gedirdi, 

Gələn, gedən, yanqın, basqın nəsə var... 

 

Mal buynuzu səsləncində səs ötkəm, 



Bu səs çılğın, diskintili, döyüşgən, 

Basar olur çarpışmada o hərdən, 

Gələn, gedən, yanqın, basqın nəsə var... 

 

Misireldə üz vermişdi qan-qada, 



Efiopi yürüşdəydi Elata, 

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

759 


 

Öz oğluna yardım gedir Tunq ata, 

Gələn, gedən, yanqın, basqın nəsə var... 

 

Dalğalanır ön sırada başraqlar, 



Titrəyişdə al ipəkdən saçaqlar, 

Gün altında parıldayır yaraqlar, 

Bir az solğun görünürdü yanaqlar, 

Gələn, gedən, yanqın, basqın nəsə var... 

 

Tunq qabaqda tunc iplikdən çuxası, 



On min atlı yaraqlısı, atlısı, 

Atlarının oynağanı, yorğası, 

Parıldayır qayışının toqqası, 

Gələn, gedən, yanqın, basqın nəsə var... 

 

Lap öndəcə gözətçilər, busqular, 



Lap arxada ikiatlı qoşqular, 

Yelləməkdə ağ başraqlı asqılar, 

Xarıldayır dörd təkərli qurqular, 

Gələn, gedən, yanqın, basqın nəsə var... 

Dörd göy salğı içindəsə Elçiçək, 

Dörd bir yanı sarı ipək, al ipək, 

Boşqablarda ərik, alma, çiyələk, 

Hər qulluqçu durub baxır kölətək, 

Gələn, gedən, yanqın, basqın nəsə var... 

 

Çil-çil atsa oynaqlayır, döş gərir



Göz oxşayır daş-qaş içrə yəhəri, 

Ortülüdür yalmanının üzəri, 

Gələn, gedən, yanqın, basqın nəsə var... 

 

               *** 



 

Tunqər oğlu Çatan şahı düşünür, 

Necə şahlı ölkədir Mindiyar. 

Tunqər isə şahlarşahı sayılır, 

Necə şahlı ölkədir Mindiyar. 

 

Düşünür ki, Misireli alaram, 



Yurdu firon şahlıqından salaram, 

Çatan dönər, mən orada qalaram, 

Lap Nil boyu nə vardırsa talaram, 

Necə şahlı ölkədir Mindiyar. 

 

Gözətçilər soraq tutub hər işdən, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

760 


 

Dedilr ki Tunqər düzdə, örüşdə, 

Beş toplum var, Misrə sarı yürüşdə, 

Dən vurular qanqadadan, döyüşdən, 

Biz çəkindik onlar ilə görüşdən, 

Necə şahlı ölkədir Mindiyar. 

 

Danışırlar, biz Fironu tutarıq, 



Çatanını dustaqlığa atarıq, 

Bu ölkəni allıq, qana qatarıq, 

Sürüyərik, ölkəmizə qatarıq, 

Necə şahlı ölkədir Mindiyar. 

Tunq gözlədi qap-qaranlıq gecəni, 

Misireli arşın - arşın ölçəni, 

Dedi gecə onlar yatıb dincəlir, 

Seçdi gecə gözü yaxşı görəni, 

Necə şahlı ölkədir Mindiyar. 

 

Dedi:-Toplum iki yerə bölünsün, 



Acıqanın lapdan önü alınsın, 

Arxadan da hərləməyə salınsın, 

Necə şahlı ölkədir Mindiyar. 

 

Gecə toplum atsız, səssiz yürüşdə, 



Çığırtılar, bağırtılar, təpişdə, 

Hamı pərtdir bu bicləmə gedişdən, 

Hamı bilir sağ çıxammaz döyüşdən, 

Necə şahlı ölkədir Mindiyar. 

 

Qaranlıqda döyüşçülər qısılıb, 



Bütün yollar hər bir yandan kəsilib, 

Acıqanlar sanki sapdan asılı, 

Çoxu gecə tutuq düşüb, basılıb, 

Necə şahlı ölkədir Mindiyar. 

 

Acıqanın baş önəri çılğındır, 



İşi-gücü dağıtmaqdır, qırğındır, 

Səsi kobud, nəriltisi yoğundur, 

Döyüşlərdə leş yeyəndir, quzqundur, 

Necə şahlı ölkədir Mindiyar. 

 

-Ahay kimsən, gələn toplum, qorxaxsan, 



Gecəquşu, sən işığa yamaqsan, 

Sən içiboş yar-yaraqlı papaqsan, 

Gündüz topal, gecə isə çolaqsan, 

Necə şahlı ölkədir Mindiyar. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

761 


 

 

 



Tunqər dedi:-Çıx qabağa deyim mən, 

Qaranlıqda vayzaqlama, öyünmə, 

Nağaratək danqıldanma, döyünmə, 

Necə şahlı ölkədir Mindiyar. 

 

Bu gecənin qaranlığı qapqatı, 



İki qılınc göydə küt-küt parladı, 

Bir-birinə baxdı ərlər gözaltı, 

Çox gözlərdə qılınclardan parıltı, 

Bir birinə yaxınlaşan qaraltı, 

Necə şahlı ölkədir Mindiyar. 

 

Çaqqıldadı, şaqqıldadı qılınclar, 



Qarşılaşdı, Efiopi  Mindiyar, 

Topbuz səsi guruldadı dalbadal, 

Bağırtıdan, səsdən batdı qulaqlar, 

Səsdən başqa bu gecədə heç nə var

Necə şahlı ölkədir Mindiyar. 

 

Yanır gecə ulduzları, sayrışır, 



Yaraqlılar biri-birinə daraşır, 

Çaşıb çoxu kölgəsiylə çarpışır, 

Necə şahlı ölkədir Mindiyar. 

 

Gecə baxdı, qorxdu, yumdu gözünü, 



Gün göründü, göylər açdı üzünü, 

Ölənləri saydı, yüzdə yüzünü, 

Çılğın önər susdu, kəsdi səsini, 

Necə şahlı ölkədir Mindiyar. 

 

Birdən Çatan toplumayla yetişir, 



Atasının toplumuna bitişir, 

Qalanlarla vuruşaraq didişir, 

Necə şahlı ölkədir Mindiyar. 

 

               



                  *** 

 

Çatan dedi:-Kəsi olum Tunq ata, 



Yol var sanki ürəklərdən ürəyə.  

Bu döyüşdə sən basarsan, oğlun yox, 

Yol var sanki ürəklərdən ürəyə.  

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 


Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin