XI Bölmə XXX QAPI
Turpar söylənci
Uğureldə Elçiçəyi sevən çox,
Yaradandı,yaşadandı sevgilər.
Yerinc toxu, yonta, boya sevirdi,
Yaradandı, yaşadandı sevgilər.
Çox yığmışdı toxuntular, yontalar,
Gülüşürdü üzə-gözə xalçalar,
Sayrışırdı dörd bir yanda boyalar,
Yaradandı, yaşadandı sevgilər.
Bunlar evdə sahmanlaşıb düzülüb,
Biri yerdə, biri damdan asılı,
Hərəsinin adı üstə yazılı,
Yaradandı, yaşadandı sevgilər.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
710
O, sevmişdi adlı-sanlı Ağüzü,
Ağüz idi danışanda hər sözü,
Çən almışdı, tutulmuşdu üz-gözü,
Yaradandı, yaşadandı sevgilər.
Nə yamansan, nə güclüsən dolanış,
Həm enişsən, həm düzənlik, həm yoxuş,
O sevgidən daha alov qalmamış,
Yaradandı, yaşadandı sevgilər.
O, saymayır çox da yerinc olmağı,
O, sağaldır, gəzir eldə sorağı,
Sevir tez-tez, ölümdən öc almağı,
Yaradandı, yaşadandı sevgilər.
Hansı evə getsə ordan çor qaçır,
İtir, gedir əzgin-üzgün yalançı,
O varlığa, dolanışa yol açır,
Yaradandı, yaşadandı sevgilər.
Özününsə ağrıları yox olmur,
Dörd oğlundan çoxdandır ki hay almır,
Sağalt qızın öz yarası sağalmır,
Yaradandı, yaşadandı sevgilər.
Tək qalanda dörd oğluyçun mələyir,
Açıb öpür sonbeşiyin bələyin,
Yola salır sanki çapar küləyi,
Dörd qardaşa çatsın ana diləyi,
Yaradandı, yaşadandı sevgilər.
Qarqışlayır Ağüz oğlu Tunqəri,
Qardaşları o, yad yurda gondərib,
Görən necə yuvaları, yerləri,
Yaradandı, yaşadandı sevgilər.
“Niyə dördü bir gözələ vurulub,
Dolanışda çox iş belə qurulub,
Buna gorə göylər mənə daralıb,
Buna görə üzüm-gözüm saralıb,
Yaradandı, yaşadandı sevgilər.
Nə olsun ki Uğurelə yerincəm,
Düşüb şahlıq yollarıma düyünçə,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
711
“Tunqər səni bağışlamam ölüncə,
Yaradandı, yaşadandı sevgilər”.
Deyinirdi, mələyirdi bir ana,
Saç yolurdu, əl atırdı hər yana,
Bilməyirdi hansı yana yollana,
Yaradandı, yaşadandı sevgilər.
***
Birdən qapı döyülmədən açıldı,
Çətinlikdən qorxma, bir yol tapılar.
Kimsə dedi:-“Mən Turparam diriyəm,
Çətinlikdən qorxma, bir yol tapılar.
-Sizi şah yox bir sağalt qız bilmişəm,
Mən sağaltın qapısına gəlmişəm,
Elə bilir hamı yanıb ölmüşəm,
Çətinlikdən qorxma, bir yol tapılar.
Od sınağı ölümdən də yamandır,
Ondan keçmək, arı qalmaq yalandır,
Bu sınaqda odla, ölüm bir andır,
Od sönəndir, düz adamsa qalandır,
Çətinlikdən qorxma, bir yol tapılar.
Mən oddaykan göydə şimşək çaxırdı,
Kimsə mənə “qayıt” dedi bağırdı,
Birdən gördüm Turqər məni çağırdı,
Alov deyil, tüstü məni boğurdu,
Çətinlikdən qorxma, bir yol tapılar.
Ancaq mənim yanmış idi üz-gözüm,
Ürəyimdə nə güc vardı, nə dözüm,
Qatlanmışdı həm dirsəyim həm dizim,
Çətinlikdən qorxma, bir yol tapılar.
Yağış yağdı, tüstü qalxdı, çən-duman,
Sanki bir əl məni qapdı alovdan,
Sanki məni gördü böyük yaradan,
Çətinlikdən qorxma, bir yol tapılar.
Mən sınaqdan yanıq çıxdım dipdiri,
Gördüm Turqər alovumu söndürür,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
712
Ancaq mənim yanmış idi hər yerim,
Çətinlikdən qorxma, bir yol tapılar”.
Dedim:-Turqər mən yanmışam yapyarı,
Məni sənin kürəkənin yandırıb,
Sən özün də saralıbsan sapsarı,
Çətinlikdən qorxma, bir yol tapılar.
Dedi:-Tunqər səni geri çağırdı,
Onda Qaragölə yağış yağırdı,
Mən uzaqdan Turpar sənə baxırdım,
Çətinlikdən qorxma, bir yol tapılar.
Turqər məni öz kürkünə bürüdü,
Məni sudan, həm günəşdən qorudu,
Hər yaramı tez-tez açdı, sarıdı,
Çətinlikdən qorxma, bir yol tapılar.
-Get Uğurel, yerincini soraqla,
O, nəvəmdir, sənə baxar, sağaldar,
Yaraların qaysaqlanar, toxdayar,
Səni bəslər, oz yanında saxlayar,
Çətinlikdən qorxma, bir yol tapılar.
-Mən üç aya gəlib bura çıxmışam,
Yağış olub yana-yana yağmışam,
Gəlib sizə çox uzaqdan baxmışam,
Çətinlikdən qorxma, bir yol tapılar.
Gördüm siz də yaralısız, yanıqsız,
Siz də mənə neçə yara yovuqsuz,
Yerincliyə, üstünlüyə soyuqsuz,
Yerinc kimi siz çoxdandır ayıqsız,
Çətinlikdən qorxma, bir yol tapılar.
***
-Gəldim sizə yardım olum qonaq yox,
Yardim etmək çox ağrını toxdadar.
Yaralarım, yanıqlarım sağalıb,
Yardım etmək çox ağrını toxdadar.
-Turpar, oğlum, içəri gəl, bu sənsən?
Gəl içəri, öz oğlumu görüm mən,
Dörd oğlum var, beşinci də balam sən,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
713
Yardım etmək çox ağrını toxdadar.
Bir ər gördü qarşısında Elçiçək,
Bir ər idi üz örtüyü ağ ipək,
O sarsıldı,” Turpar ola bu gərək”,
Hündür, qıvraq, köküs iri, saç seyrək,
Yardım etmək çox ağrını toxdadar.
Dedi:-Götür üz gözündən örtüyü,
Görüm kimdir arxam, için, kötuyun,
Atam məni unutmuşdur büstbütün,
Sevindirib məni deyən, o bu gün,
Turpar açdı oddan yanmış üzünü,
O göstərdi iki yanıq gözünü,
Alnındakı çapıqların izini,
Yardım etmək çox ağrını toxdadar.
Elçiçəyin sanki axdı ürəyi,
Düşdü yerə sonbeşiyin bələyi,
Düşdü yerə başındakı örpəyi,
Yardım etmək çox ağrını toxdadar.
Dedi:-Tanrım, bu Turpardı elə bil,
Sanki yanmış kötüyüdür, o deyil,
Başında da nə tük qalıb, nə kəkil,
Turpar sanki qocalıbdır doxsan il,
Yardım etmək çox ağrını toxdadar.
Dedi:-Turpar, sən beşincim olarsan,
Lap istəsən burda mənlə qalarsan,
Lap bəyənsən burdan bir qız alarsan,
Oğlum olub burda yer-yurd salarsan,
Yardım etmək çox ağrını toxdadar.
İstəyirsən qoruqçu ol sən mənə,
Qal burada Besyar anan gələnə,
Önər, Bacar, qoçaq igid ol yenə,
Yardım etmək çox ağrını toxdadar.
-Mən gəlmişəm sizə yardım etməyə,
Dörd qardaşın yer-yurduna getməyə,
Ana-bala gorüşünə yetməyə,
Yardım etmək çox ağrını toxdadar.
-Öncə gedək ananı gör, qucaqla,
Doğmaları, tanışları soraqla,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
714
Düşmənlərin var-yoxunu ayaqla,
Sonra igid Önər kimi yaraqlan,
Bir gözəllə evlən, seviş, adaxlan,
Yardım etmək çox ağrını toxdadar.
-Anam sağdır görən?
-Sağdır, bilirəm,
-Nən anamçın bir də, bir də ölürəm,
Dirilirəm, bir də bura gəlirəm,
Yardım etmək çox ağrını toxdadar.
***
Danışdılar Turpar ilə Elçiçək,
Tez tapışar ağrı ilə ağrılı.
Doğmalardan yaxınlardan gileylər,
Tez tapışar ağrı ilə ağrılı.
Mindiyarın böyükləşmə qorxusu,
Ölkə-ölkə, diyar-diyar qurğusu,
Elçiçəyin ana-bala ağrısı,
Tez tapışar ağrı ilə ağrılı.
Turpar dedi:-Mən yansam da bütövəm,
Qılınc, oraq itildənəm, bülövəm,
Mindiyarlı, Minelliyəm, min evəm,
Tez tapışar ağrı ilə ağrılı.
Elçiçək də gileyləndi ərindən,
Dörd oğlunu o oynatdı yerindən,
O, kövrəldi, ağırlaşdı dərindən,
Tez tapışar ağrı ilə ağrılı.
Yerinc birdən yada saldı balanı,
Dedi:-Gedək sorağına Çatanın,
Nəvə doğan bir misirli ananın,
Tez tapışar ağrı ilə ağrılı.
Turpar dedi:-Bəyənirəm bu işi,
Bu işin var uzaq yolu, gedişi,
Bayram olar ana-bala görüşü,
Tez tapışar ağrı ilə ağrılı.
Çatan şahdır, sevimli şah Misirdə,
Firon ilə yan yanadır o yerdə,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
715
Gedək, firon olmasa bəs o birdən,
Tez tapışar ağrı ilə ağrılı.
-Eldəbiri özümüzlə götürək,
Özümüzü Çatan şaha yetirək,
Onu alaq öz yurduna gətirək,
Tez tapışar ağrı ilə ağrılı.
Eldəbiri çağırdılar, o gəldi,
Elçiçəyin istəyini o bildi,
Danışığa qarışaraq o güldü,
Tez tapışar ağrı ilə ağrılı.
Ancaq Tunqər bundan soraq tutmadı,
Misrə yola düşənlərə çatmadı,
Acığından neçə gecə yatmadı,
Bu işləri şah işinə qatmadı,
Çox deyindi, söz başına batmadı,
Tez tapışar ağrı ilə ağrılı.
O başladı Parsdiyara yürüşü,
Getdi alsın qabağını dönüşün,
Gördü yürüş işi daha toqquşub,
Darvidellə Parsel gizli görüşür,
Hələ pis-pis ağlaşaraq opüşür,
Tez tapışar ağrı ilə ağrılı.
Tez-tez gülüb o başını tovladı,
Ürəyindən acığını qovladı,
Dallarınca on yaraqlı yolladı,
Tez tapışar ağrı ilə ağrılı.
***
Parsdiyarı üzdü Tunqər yürüşü,
Hay-küy, yalan yeydir öncə yürüşdə.
Qaçan qaçdı, qalan qaldı vuruda,
Hay-küy, yalan yeydir öncə yürüşdə.
Buzər yığdı sıralara on bölük,
Geyimi yox, çiyin cırıq, diz sökük,
Yorğun atlar, bir dəridir, bir sümük,
Hay-küy, yalan yeydir öncə yürüşdə.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
716
Buzər yazı yola saldı Tunqərə,
“Niyə yenə buyurubsan bu yerə,
Buralarda qan tökübsən yüz kərə,
Qayıt, dəymə Parsdiyarda ellərə,
Hay-küy, yalan yeydir öncə yürüşdə.
Biz bir ölkə yaradırıq Darvidlə,
Sıralanıb ac yalavac igidlər,
Bəsdir daha gostərişlər, öyüdlər,
Dönmə, sən gəl bizuc, qılınc gəmirtlə”,
Hay-küy, yalan yeydir öncə yürüşdə.
-Çilçil atım, sıçra yerdən al məni,
Gəmirtdəmə ağzındakı yüyəni,
İndi Minel baxır bizə güvənir,
Hay-küy, yalan yeydir öncə yürüşdə.
Acıqanda acığa bax, sözə bax,
Çatdır məni o Buzərə çaparaq,
Keş dağları, uç göylərə quşsayaq,
Hay-küy, yalan yeydir öncə yürüşdə.
Yaraqlılar at belinə tullandı,
Kirpiklərdən öclə acıq sallandı,
Haydı, toplum Parsdiyara yollandı,
Oynaq atlar kişnərtiylə yallandı,
Hay-küy, yalan yeydir öncə yürüşdə.
Guruldadı bulud, endi aşağı,
Çən süzülüb tutdu yolu, otlağı,
Buzər yandan qarşıladı “qonağı”,
Birdən haray, hay-küy aldı ovlağı,
Hay-küy, yalan yeydir öncə yürüşdə.
Birdən Besyar çıxdı yoldan irəli,
Yaşlı, iri gözlər sanki bərəlib,
Qalxdı göyə titrək arıq cüt əli,
Hay-küy, yalan yeydir öncə yürüşdə.
Dedi:-Qardaş, birbirizi qırmayın,
Qılınclaşıb baş-gözüzü yarmayın,
Bəsdir bu qan, ta üz-üzə durmayın,
Hay-küy, yalan yeydir öncə yürüşdə.
Turpar sağdır, vuruşmayın boş yerə,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
717
Ancaq yanıb üzü dönüb kömürə,
Yanıq köksü bənzər qara dəmirə,
Qoy bu görüş barış olsun son kərə,
Hay-küy, yalan yeydir öncə yürüşdə.
Eldəbirlə Turpar çıxdı araya,
Qoşuldular yürüş edən sıraya,
Toplum döndü qışqırığa haraya,
Ana səsi hər bir yerdə yarayar,
Hay-küy, yalan yeydir öncə yürüşdə.
Buzər dedi:-Gizlədirsən düzlüyü,
Qoy götürsün Turpar üzdən örtüyü,
Üz döndərib o itirib bizliyi,
Hay-küy, yalan yeydir öncə yürüşdə.
Turpar dedi:-Mən ocaqda yansam da,
Sən söyləyən bizliyimi dansam da,
Öz anamı ana yurdum sansam da,
Anam kimi öz tanrımı ansam da,
Hay-küy, yalan yeydir öncə yürüşdə.
***
Anam desə, “oğul, get öl, ölərəm,
Yer üzünü qancıldan sil, silərəm,
Mən anamı ana tanrı bilərəm,
Analardan başlamışdır yaranış.
Biz üç atlı Misirelə gedirdik,
Anamızla bu yaxından ötürdük,
Toplumların yürüşünü görürdük,
Analardan başlamışdır yaranış.
Çatan orda baş şahbaşı olubdur,
Neçə ildir o şahlıqda qalıbdır,
Ancaq ana həsrətindən solubdur,
Analardan başlamışdır yaranış.
Başlamısız siz yenə də yürüşə,
Biz gedirik Çatan ilə görüşə,
Hərə gərək istəyinə yetişə,
Analardan başlamışdır yaranış.
Tunqər atdan düşdü gəldi qabağa,
Dedi:-Turpar dönüb tanrısayağa,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
718
Dedi:-dedi durun, əl atmayın yarağa,
Analardan başlamışdır yaranış.
Dedi:-Turpar, neçə kərə bağırdım,
Od-ocaqdan səni geri çağırdım,
Sənsə getdin, onda yağış yağırdı,
Yarıtanrı Turqər gendən baxırdı,
Analardan başlamışdır yaranış.
Demə Daryaş aldadırmış bizləri,
Sən bağışla oğlum, babam Tunqəri,
Demə, oddan sən çıxıbsan dipdiri,
Analardan başlamışdır yaranış.
Mən bilirəm ana yalan danışmaz,
Sən Turparsan, bu yürüşə qarışma,
Alpis ilə, Parsdiyarla barışma,
Analardan başlamışdır yaranış.
Eldəbirlə Uğurelə get indi,
Elçiçəyi götür, onu sevindir,
Çatan şaha tamarzımız dərindir,
Analardan başlamışdır yaranış.
Bu gün yürüş olmayacaq, axşamdır,
Buna gorə bu gün bizə bayramdır,
Turpar bunca yarıtanrı adamdır,
Analardan başlamışdır yaranış.
Iki toplum çəkildilər geriyə,
Tanrım, nədir, ana çıxar bəriyə,
Yanan, batan, ölən dönər diriyə,
Çox anasız, köksüz nə var, çürüyər,
Analardan başlamışdır yaranış.
Diri dilsiz, dilli durun sıraya,
Bir-bir hər gün siz baş əyin anaya,
Yoxsa tanrı bizdən küsər, qınayar,
Analardan başlamışdır yaranış.
Böyük tanrım, nə güc verdin qadına,
O hər yerdə cumur əl tut yardıma,
O ortaqdır sənin böyük adına,
Analardan başlamışdır yaranış.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
719
Ana, ana geyin şahlıq geyimi,
Dayan ərlər sırasında ər kimi,
İki yana göstər ana ərkini,
Sənlə hamı pisliyini tərgidir,
Analardan başlamışdır yaranış.
Çatan şah söylənci
Çatan şaha “muştuluq” ver dedilər,
Sevindirmək şahı çox-çox çətindir.
Mindiyardan anan gəlib dedilər,
Sevindirmək şahı çox-çox çətindir.
Sara tez-tez işə salıb yamanı,
Söyləyirdi, səninkilər bəs hanı,
Qurtarmadı sənin şahlıq yalanın,
Danlayırdı hər gün əri Çatanı,
Sevindirmək şahı çox-çox çətindir.
Bir soyuqluq yaranmışdı arada,
Ayırırdı Sara ağı qaradan,
“Necə oldu səninkilər, harada”,
Bu sözləri eşidirdi yaradan,
Sevindirmək şahı çox-çox çətindir.
Firon ona şah söylədi, şah oldu,
Çatan on il bunca soldu saraldı,
Gen saraylar gözlərində daraldı,
Sevindirmək şahı çox-çox çətindir.
Şah deyərək ona dodaq büzdülər,
Sonanılar ondan uzaq gəzdilər,
Kimsəlilər kimsəsizdən bezdilər,
Sara üçün onlar buna dözdülər,
Sevindirmək şahı çox-çox çətindir.
Çatan tez-tez dedi, Minel, Mindiyar,
İnanmadı buna böyük varlılar,
İnanırdı buna yerdə qalanlar,
Hərənin də burda özgə yeri var,
Sevindirmək şahı çox-çox çətindir.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
720
On il keçdi Çatan üçün bu sayaq,
İndi gəlib neçə atlı çaparaq,
Olub Çatan şaha yeni bir dayaq,
Sevindirmək şahı çox-çox çətindir.
Çatan görüb anasını kövrəldi,
Bir ox atan yaya döndü, gərildi,
Düşüb onun ayağına sarıldı,
Bunu görüb acı gözlər bərəldi,
Sevindirmək şahı çox-çox çətindir.
Üz örtüklü Turpar birdən ağladı,
Qaçıb şahı yerdən alıb haqladı,
Onun şahlıq vüqarını saxladı,
Bu, hamının ürəyini dağladı,
Saray bundan coşdu, daşdı, çağladı,
Sevindirmək şahı çox-çox çətindir.
Ana üzük bağışladı Saraya,
Üstəlik də almaz, qızıl, zərxara,
Sonra bağış, mal qarışdı var-vara,
Göz dirəndi parlaq ipək mallara,
Sevindirmək şahı çox-çox çətindir.
Çatan şahsa anasını tutmuşdu,
Göz yaşını göz yaşına qatmışdı,
Iki arzu biri-birinə çatmışdı,
Sevindirmək şahı çox-çox çətindir.
Eldəbirlə Turpar şaha baxırdı,
Şah çaşmışdı, bu, onları sıxırdı,
Burda hər söz, gülüş, baxış ağırdı,
Sevindirmək şahı çox-çox çətindir.
Turpar susur üz örtüyü dalında,
Bərk tuturdu Eldəbirin qolundan,
Yol olmuşdu ana bala yolunda,
Sevindirmək şahı çox-çox çətindir.
***
Düşünürdü Turpar gözəl Sonanı,
Sevgi daha yanqı olur uzaqdan.
Sanki o bərk gileyliydi hamıdan,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
721
Sevgi daha yanqı olur uzaqdan.
Eşitmişdi Sona Tunqu soyubdur,
Soyunaraq ər paltarı geyibdir,
“Məni Turpar siz çağırın” deyibdir,
Elçi gələn ərə ağız əyibdir,
Sevgi daha yanqı olur uzaqdan.
Söyləyirdi, Sonam sağam, ayığam,
Mən Turparam, hər bir yandan yanığam,
Hər bir yandan üz örtüklü qoruğam,
Mən güclüyəm, ancaq sənsiz yazığam,
Sevgi daha yanqı olur uzaqdan.
“Mən od-ocaq sınağından çıxmışam,
Şimşək olu öz-özümə çaxmışam,
Külü, odu öz üstümə yığmışam,
Sevgi daha yanqı olur uzaqdan.
Mən sən görən görkəmimi itirdim,
Tanrı verən yeni görkəm götürdüm,
O günləri dalda qoyub itirdim,
Elçiçəyi Çatanına yetirdim,
Sevgi daha yanqı olur uzaqdan.
Qayıdaram səni gəlib taparam,
Alpislərin tutuğundan qaparam,
Külək ollam sənə doğru çaparam”,
Sevgi daha yanqı olur uzaqdan.
Eldəbirə yaxınlaşıb təkbətək,
Biri ondan soruşurdu gülərək,
-Bu sarayda üz örtüyü nə gərək,
Bu örtükdü üzdə yoxsa kəpənək,
Sevgi daha yanqı olur uzaqdan.
Eldəbirsə dedi:-Üzü yanıqdır,
Üzü, alnı neçə yerdən çapıqdır,
Bu sarayda belə sorğu artıqdır,
Sevgi daha yanqı olur uzaqdan.
Bu sözləri Turpar gendən eşitdi,
Sanki yeldi, üz-gözünü şişirtdi,
Həm də sınıq ürəyini üşütdü,
Gəldi dedi:-sən bu işə qarışma,
Üz örtüyü hər adama yaraşmaz,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
722
Yoxsa qonaq səndən küsər barışmaz,
Ev yiyəsi gördüyünü soruşmaz,
Sevgi daha yanqı olur uzaqdan.
İstəyirsən üz-gözümü görəsən,
Gərək mənlə sən güləşə girəsən,
Bassan məni onda sorğu verəsən,
Sevgi daha yanqı olur uzaqdan.
Ev yiyəsi porsuq kimi kök idi,
Ayrılmışdı Sara gildən, tək idi,
Qulaqları xırda idi, şək idi,
Danışığı acı idi, bərk idi,
Sevgi daha yanqı olur uzaqdan.
Dedi:-Çox da qürrələnmə, qonaqsan,
Çox tutqunsan, sanki qəribsayaqsan,
Şahımızın anası ilə ayaqsan,
Bir güləşci vardır bizdə sənsayaq,
Mənlə deyil, onla güləş, qoçaqsan,
Sevgi daha yanqı olur uzaqdan.
Çağırdılar güləşçini, devsayaq,
Qıçlar kötük, gövdə iri, baş tabaq,
Göz qorxulu, üzü dolu, alyanaq,
Sevgi daha yanqı olur uzaqdan.
Hamı gəldi bu güləşlə görüşə,
Az qaldı ki, güləş donsün döyüşə,
Bu iş döndü üzdə acı gülüşə,
Sevgi daha yanqı olur uzaqdan.
Çox çəkmədi Turpar onu hərlədi,
Birdən tutdu ortasından, bellədi,
Başı üstə qaldıraraq yellədi,
Qoydu yerə, yavaşcadan hellədi,
Sevgi daha yanqı olur uzaqdan.
Turpar qoydu yerə iki dizini,
Üz örtüyün, çəkdi açdı üzünü,
Dedi, ancaq qaldırmadan səsini,
Sevgi daha yanqı olur uzaqdan.
-Mən Turparam, Mindiyarın oğluyam,
Anam-bacım Elçiçəyə bağlıyam,
Yersiz gülüb danışandan dağlıyam,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Dostları ilə paylaş: |