Söhrab Tahir "Ata" Epos-poema II cild
684
Birdən Buzər çıxdı Tunqun önünə,
Saldı onu üç tərəfdən düyünə.
Ovçuları bir-bir «neynim» gölünə,
Böyük işi hər ötənə tapşırma.
Tunq Buzəri ata kimi yanladı.
Öyüd verdi, ara-sıra danladı.
Buzər susdu, sanki Tunqu anladı.
Böyük işi hər ötənə tapşırma.
Dedi:- Gedim, yerinc qoyum səni mən,
Bir iş gəlmir Qurdər şahın əlindən,
İşləyərsən yerinc kimi bir az sən,
Danışarsan Qurdər şahın dilindən,
Böyük işi hər ötənə tapşırma.
Buzər dedi:- İndi elə şaham mən,
Hər bir iş də gəlir mənim əlimdən,
Danışıram mən Parselin dilindən,
Yaxşı olar, öz yerinə qayıt sən,
Böyük işi hər ötənə tapşırma.
Cumub lapdan Tunqər qılınc sıyırdı,
Vurdu, Buzər qoyun kimi böyürdü,
Lomba-lomba o qan qusdu, gəyirdi,
Böyük işi hər ötənə tapşırma.
At götürüb onu çapdı Parselə,
Yaralandı yaraqlısı yüz belə,
Yerdə qalan Tunqla verdi əl-ələ,
Ovçularla üz qoydular Parselə.
Böyük işi hər ötənə tapşırma.
Başev çıxıb qarşıladı Tunqəri,
Dedilər ki, yox Buzərin dəyəri,
Şah olanmaz, yoxdur gücü, təpəri,
Böyük işi hər ötənə tapşırma.
Tunqər dedi:- Şahlıq yerinc sayılsın,
İki bacı burda yerinc qoyulsun,
Qoy bir daha Parsellilər ayılsın.
Yerincliyi hər ötənə tapşırma.
Ağsaqqallar dedi:- Yardım edərik,
Bacıların dediyilə gedərik,
Əkibitənin sayın- soyun güdərik,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
685
Yerincliyi hər gələnə tapşırma.
Tunqər dedi:- Buzərləri itirin,
Bacıları yerincliyə gətirin,
Şah adını Parsdiyardan götürün,
Çevrilişi, çağırışı bitirin,
Yerincliyi hər ötənə tapşırma.
Balaşq olsun Parsdiyarda başbaşı,
Qaratel də onun ilə yanaşı,
Döyüş, vuruş çəmi ona yaraşır,
Qancıllarla o ürəkdən çarpışır,
Yerincliyi hər gələnə tapşırma.
Geyindirib gətirdilər qızları,
Qızarmışdı, gülər idi üzləri,
Yerinclikdə belə oldu sözləri,
Yerincliyi hər gələnə tapşırma.
-Biz bacılar and içirik Tunqərə,
Mindiyarla birgə girrik çəpərə,
Qurunc olluq, yardım olluq ellərə,
»Minel« deyib səs salarıq hər yerə,
Yerincliyi hər gələnə tapşırma.
***
Tunqər dedi:- Parsellilər, eşidin,
On ildən bir gərək başçı dəyişsin.
Hər gələnə inanmayın, uymayın,
On ildən bir gərək başçı dəyişsin.
Çoxdandır ki, siz Hindeldən gəlibsiz,
Mindiyarda yer ayırıb bölübsüz,
Siz Hindeli ürəyizdən silibsiz,
Mindiyarı öz ölkəniz bilibsiz,
Bu ölkədə yaşayıbsız, ölübsüz,
Öncə gəlmə, indi diyar olubsuz,
On ildən bir gərək başçı dəyişsin.
Keçmişlərim sizə qulluq ediblər,
Gününüzü yarı bolluq ediblər,
Bacardıqca çoxu çoxluq ediblər,
Sizlə birlik, yaxın sıxlıq ediblər,
On ildən bir gərək başçı dəyişsin.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
686
Siz də bizə arxaydınız hər işdə,
Əkin-biçin işlərində, döyüşdə,
Çox görmüşük yardım, tanış-bilişdən,
Öpüşmüşük, toyda, yasda, görüşdə,
Ancaq indi utanırıq hamımız,
Gözlənilməz çevrilişdən, dönüşdən,
On ildən bir gərək başçı dəyişsin.
Biz hər şeydə birik, təkcə dil ayrı,
Bir sümükdən, bir qan, bir üz, bir tanrı,
Qoruyuruq bir ölkə, bir diyarı,
On ildən bir gərək başçı dəyişsin.
Mən dünəncə quş ovuna çıxmışdım,
Ovçuları dörd yanıma yığmışdım,
Dan yerinə çiskin yağış yağmışdı,
Kəhlik ürküb başın qara soxmuşdu,
Qar içindən sanki günəş doğmuşdu,
On ildən bir gərək başçı dəyişsin.
Kəhliksayaq gördüm iki qız qaçır.
Onlar, ilə birgə neçə quş uçur,
Quşlar içrə gizlənmişdi cüt bacı,
On ildən bir gərək başçı dəyişsin.
İndi onlar yerinc olub, şah olub,
Yerincliyi məndən onlar pay alıb,
Çox qancıllar yuxudaydı, ayılıb,
On ildən bir gərək başçı dəyişsin.
Qurdər gəlsə qoy o gəlsin Ur yerə,
Ancaq orda Qurdər qalxar, yüksələr,
Ucalmağa çox-çox ellər var hələ,
On ildən bir gərək başçı dəyişsin.
***
Yekta, Dota yerincliyə oturdu,
Adam var ki, öz- özünə inanmır.
Başlarını itirdilər sevincdən,
Adam var ki, öz- özünə inanmır.
Hərdən durub düşündülər Qurdəri,
Sevirdilər subay qalmış o nəri,
Sonrası gün yana düşdü əlləri,
Adam var ki, öz- özünə inanmır.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
687
Dedilər ki, dəyişilib bu varlıq,
Gələr, gedib qulluğunda qalarıq,
Gələr, ondan biz buyruq alarıq,
Deyərik ki, dəyişilib şah artıq,
Sən şah olsan, biz də yerinc olarıq,
Adam var ki, öz- özünə inanmır.
Ancaq Qurdər qayıtmadı Parselə,
Göstərişlə o yollandı Uryerə,
Tunqər ona yol göstərdi son kərə,
Adam var ki, öz- özünə inanmır.
Yavaş-yavaş öyrəndilər bu işə,
Parsdiyarda Tinqər qoyan gedişə,
Üzdə dadlı sözə, dalda söyüşə,
Adam var ki, öz- özünə inanmır.
Buzər isə döndü yersiz qaçağa,
Yarasını aldı qaçdı uzağa,
Döndü təzə paltar üstə yamağa,
Öz içində açılmayan yumağa,
Adam var ki, öz- özünə inanmır.
Qurdər, Sona, Seta çatdı Uryerə,
Başçı var ki, öz- özünə inanmır.
Çox yer sökük, çoxu köçüb, adam az,
Başçı var ki, öz- özünə inanmır.
Qurdər incik, dodaq sallaq, üz sarı,
Gəzir bir-bir sökük – salxaq yolları.
Iki yandan sallaq qalıb qolları,
Başçı var ki, öz- özünə inanmır.
Seta baxıb düşgünlüyü görürdü,
O Qurdərə tez-tez öyüd verirdi,
Qabağında qulluqçutək dururdu,
Başçı var ki, öz- özünə inanmır.
Sona isə incimişdi Tunqərdən,
Söz atırdı Tunqər şaha o hərdən,
Deyirdi ki, «görüm səni öləsən»,
«Bunu deyim lap özünə gərək mən»,
Başçı var ki, öz- özünə inanmır.
Toplantı söylənci
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
688
Əkbitənə yığıldılar qırx önər,
Düz danışıq işdə düyün açandı.
Turqər, Tunqər, Ağüz, Qurdər, Dəmirqız,
Düz danışıq işdə düyün açandı.
Danışdılar, deyişdilər birbəbir,
Elçiçəklə Yekta, Dota, Eldəbir,
Balaşq, Sanna, Sona, Muğər, Gücdəbir,
Hərə qalxıb öz yerindən söz deyir,
Danışanlar tək-tək, ancaq yüzdəbir,
Düz danışıq işdə düyün açandı.
Gəlmişdilər çox yaxınla, çox uzaq,
Danışdılar, çox acıqlı, yumuşaq,
Danışanlar, başçı, öndər, çox qonaq,
Cırmaqlaşdı varyeyliklə sərt qınaq,
Toplum, savaş, buğda, arpa, ot, otlaq,
Əkin-biçin, yağış, şaxta, çay, bulaq,
Satal, sürü, ilxı, naxır, yal-yaraq,
Yazı, oxu, ipək, göy daş, qarayağ,
Düz danışıq işdə düyün açandı.
Dedilər ki, ölkə artıb, böyükdür,
Səpələnib, el-el, bölük-bölükdür,
Çatmaq olmur, çoxu bizdən incikdir,
Parsel, Muğel Mindiyardan dönükdür,
Acıqanlar acdır, toxdan çevikdir,
Arpa, buğda çörək olmur, çürükdür,
Yollarımız eniş-yoxuş, sökükdür,
Başev uçur, çox yerləri tökükdür,
Kənddə işçi bir dəri, bir sümükdür,
Qadınların işdən beli bükükdür,
Bolluq yorğa, qıtlıq isə yürükdür,
Düz danışıq işdə düyün açandı.
Ağüz dedi:- Qocalmışam, gücüm yox,
Gövdəm vardır, pota, ancaq içim yox,
Öz başına olub çoxu, biçim yox,
Şahla yerinc üzə durur ölçü yox,
Şah qocalıb yeni şaha seçim yox,
Düz danışıq işdə düyün açandı.
Tunqər Alpan burdan çox söz anladı,
Bunca onun dağ ürəyi qanadı,
Ağüz şahı ata kimi qınadı,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
689
Artdı onun burda şahlıq inadı,
Üç dördündən sındı uçar qanadı,
Şah olmağa neçə adı sanadı,
Düz danışıq işdə düyün açandı.
***
Sonda dedi toplantıya Turq ata,
-Gözlənilməz günü durub gözləmə.
Çıx irəli, çətinliyi qabaqla,
Gözlənilməz günü durub gözləmə.
Böyük olan adınızdan qorxmayın,
Düyün düşmüş çətinliyə baxmayın,
Ağır işdə özünüzdən çıxmayın,
Dörd yanıza xırdalığı, yığmayın,
Bulud-bulud yağış olub yağmayın,
Bacarığı, dili, sözü boğmayın,
Hər olana şimşək olub çaxmayın,
Tikin, hörün, siz ev, daxma yıxmayın,
Gözlənilməz günü durub gözləmə.
Mindiyardır Fərat, Dəclə, Buzboğaz,
O boyuyur, böyükülükdən usanmaz,
Yeniseydir, Ceyhun, Seyhun, Kür, Araz,
Çinçay vardır, Qobu çöl də var bir az,
Ölkə boyu ağ başraq var, al qotaz,
Gözlənilməz günü durub gözləmə.
Çox danışdı, öyüd verdi Turq belə,
Diyar adı verin- dedi hər elə,
Sayğı olsun hər elata, hər dilə,
Günə görə ad-san verin hər ilə,
Gözlənilməz günü durub gözləmə.
Hər söz üstə döyüş - vuruş olmasın,
Su saxlayın qıtlıq yurdu almasın,
Ürəyizdə öclə acıq qalmasın,
Gözlənilməz günü durub gözləmə.
Döyüş - vuruş tanrıları incidir,
Tanrıların könlü tükdən incədir,
Acıqan bir, yaxşı adam mincədir,
Gözlənilməz günü durub gözləmə.
Qardaş olun, bacı olun qonşuya,
Qan-qadağa qoy çıxmasın qarşıya,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
690
Ölkə gərək acıqansız yaşaya,
Oğul odur çətin yükü daşıya,
Gözlənilməz günü durub gözləmə.
Turq ataya hamı durub baş əydi,
Gələn öydü- gedən, qalan çox öydü,
Ağüz, Tunqər onu böyük şah saydı,
Gözlənilməz günü durub gözləmə.
Dedilər ki, sözü el-el yayılsın,
Mindiyarda qoy Turq yenə şah olsun,
Dedilər ki, bir-bir saya sayılsın,
Hər bir şeyə, işə ölçü qoyulsun,
Gözlənilməz günü durub gözləmə.
Ancaq Turqər ata idi hamıya,
Baş vururdu hər ölkəyə, qapıya,
O dönmüşdü böyük yarı tanrıya.
Gözlənilməz günü durub gözləmə.
Sona və ana söylənci
Uryer adı döndü oldu Urdiyar,
Hər şey bunca yavaş-yavaş dəyişir.
Turqər gəldi Urdiyara yenə də,
Hər şey bunca yavaş-yavaş dəyişir.
Gördü Seta, Sona bir az tutqundur,
Yanaqları qış gülü tək solğundur,
Dedi:-Qurdər, qızlar niyə dalğındır,
Dedi, qızlar arasında qırğındır,
Biri deyir, Buzər, Parsel satqındır,
Biri deyir Tunqər Alpan azğındır,
Qızlar deyən ikisi də yorğundur,
Hər şey bunca yavaş-yavaş dəyişir.
Buzər gedib oğurlayıb anamı,
İstəyirəm başa salıb Sonanı.
Getsin gizli araşdırsın hər yanı,
Mənə desin harda, necə olanı,
Vurum ona yara üstən yaranı,
Gedim tapım qancıl gözü dombanı,
Hər şey bunca yavaş-yavaş dəyişir.
Sona kişi geyimində, papaqlı,
Xurcun, çarıq, patavalı, çomaqlı,
Altdan isə qalın qıvraq yaraqlı,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
691
Yola düşdü atla gizli maraqlı,
Qurdər getdi arxasınca yerbəyer,
Başı, boynu, üzü, köksü sarıqlı,
Hər şey bunca yavaş-yavaş dəyişir.
Sona dedi:- «buzər deyən ölübdür,
Buzər adda bir başqası gəlibdir,
Deyən yeni dəyişiklik olubdur»,
Hər şey bunca yavaş-yavaş dəyişir.
O ananı kənd-kənd, yurd-yurd, gəzirdi,
Ev-eşiyi altdan–altdan sezirdi,
Pıçıltıya gizli qulaq asırdı,
Hərdən kənddə, yurdda, yolda azırdı,
Hər şey bunca yavaş-yavaş dəyişir.
Sizə xurma gətirmişəm, deyirdi,
Sizə alma gətirmişəm, deyirdi,
Armud, heyva gətirmişəm, deyirdi,
Mən anamı itirmişəm, deyirdi,
Mən balamı itirmişəm deyirdi,
Hər şey bunca yavaş-yavaş dəyişir.
Bir döngədə ona dedi bir qarı,
Bax, bu evdən get iki ev yuxarı,
Orda qalır qoca təhər bir qarı,
Deyir, Buzər gözlərimi çıxarıb,
Yeddi günə saçım belə ağarıb,
Hər şey bunca yavaş-yavaş dəyişir.
Qurdər şahın anasını gördü qız,
Oturmuşdu tək bir evdə, o yalqız,
Qarışmışdı bir-birinə göz, ağız,
Hər şey bunca yavaş-yavaş dəyişir.
Dedi:- Ana, mən Sonayam, Uryerdən,
Dur qaçırım səni, ana, bu yerdən,
O Buzəri öldürərəm bu gün mən,
Dur yapışım, dur yapışım əlindən,
Hər şey bunca yavaş-yavaş dəyişir.
Ana dedi:- Gözüm yoxdur, tökülüb,
Paltarlarım cırıq-cırıq sökülü,
Əyilmişəm, qolum, belim sökülü,
Hər şey bunca yavaş-yavaş dəyişir.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
692
Buzər gəldi, dedi:- Kimsən gözəlçə,
Bu geyimdə çinar boysan, bel incə,
Mənə qonaq qalmalısan bu gecə,
Hər şey bunca yavaş-yavaş dəyişir.
Qılıncını çəkdi Sona qınından,
Dedi:- sənsən bizə qancıl, acıqan,
Sən Turparı yaraladın, ay qaban,
Onu vurmaq, istəyəndə qız bu an,
Qurdər evə atılaraq bacadan,
O Buzərlə durdu birdən yanbayan,
Hər şey bunca yavaş-yavaş dəyişir.
Qılınclaşıb bir-birini yıxdılar,
Qılınclaşıb onlar çölə çıxdılar,
Qan gölündən boylandılar, qalxdılar,
Şimşək olub qaranlıqda çaxdılar,
Hər şey bunca yavaş-yavaş dəyişir.
Qaranlıqda bir səs sap tək qırıldı,
Eşidildi sonra qanlı hənirti,
Buzər mal-tək baxdı, başı yarıldı,
Hər şey bunca yavaş-yavaş dəyişir.
Ana, bala qucaqlaşdı, öpüşdü,
Sona, Qurdər bir-birilə görüşdü,
Göz yaşları bir-birinə qarışdı,
Hər şey bunca yavaş-yavaş dəyişir.
***
Sona dedi:- Sən nə bildin burdayam,
Bil tanrıdan sonra gələn anadır.
Qurdər dedi:- İzləyirdim mən səni,
Bil tanrıdan sonra gələn anadır.
Onlar durub yerincyerə gəldilər,
Yekta, Dota bu olayı bildilər,
Gözlərini gizli-gizli sıldılər,
Bil tanrıdan sonra gələn anadır.
Anasından Qurdər çox şey soruşdu,
Ana bir-bir olanları danışdı,
Göz yaşları bir-birinə qarışdı,
Hamı ona anası tək yanaşdı,
Bil tanrıdan sonra gələn anadır.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
693
Dota, yekta baş əydilər Qurdərə,
Dedilər ki, and içirik yüz kərə,
And içirik biz tanrıya, görgörə,
Sizə görə biz gəlmişik bu yerə,
Bil tanrıdan sonra gələn anadır.
Qurdər dedi:- Mən hər şeyi bilmişəm,
Buna görə yerincliyə gəlmişəm,
Elə bilib Tunqər ki, mən ölmüşəm,
Işi verib məndən də çox bilmişə,
Bil tanrıdan sonra gələn anadır.
Ağsaqqallar gəldi, bu iş iç oldu,
Acıq, küsü, «mənəm mənəm» heç oldu,
Şah bacılar bir neçə qat güc oldu,
Yola düşdü Qurdər getdi köç oldu,
Üra gedən yaraqlılar üç oldu,
Bil tanrıdan sonra gələn anadır.
***
Orda bunu görən durdu, söylədi:
Bil tanrıdan sonra gələn anadır.
Dedi bunu yerinclikdə, baş evdə,
Bil tanrıdan sonra gələn anadır.
Turq ata da baş əyərək anaya,
«Sağ ol« dedi neçə kərə Sonaya,
Öyüd verdi ata kimi Setaya,
Dedi:- İndi mən, girirəm araya,
«Barış» deyə qızlar çıxsın ortaya,
Bil tanrıdan sonra gələn anadır.
Sona, Seta Turqa qulaq asdılar,
Barışdılar, qucaqlaşıb susdular,
And içdilər, közə barmaq basdılar,
Bil tanrıdan sonra gələn anadır.
Urdiyarda tanrı yeri ocaqdır,
Turqər kimi bunlar öcdən uzaqdır,
Beş gündən bir Anni burda qonaqdır,
Şamxat yenə öz yurduna dayaqdır,
Burda öyüd, danlaq iti yaraqdır,
Burda hamı yarı tanrı sayaqdır,
Arvad, kişi hamı tüklü papaqdır,
Tanrılıqdır, hamı burda qoçaqdır,
Bil tanrıdan sonra gələn anadır.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
694
Burda hamı tanrılara bəllidir,
Burda çoxu havalıdır, yellidir,
Beli tüklü, alnı, boynu qıllıdır,
Qadınları od-alovdur, dillidir,
Kişiləri işcil, əli bellidir,
Atı-iti saçaqlıdır, tellidir,
Bil tanrıdan sonra gələn anadır.
Burda Sıdır meşələri gül dadır,
Sıdır ancaq Uruyerdə kök atır,
Bu dağlıqda buludlara əl çatır,
Burdakılar sevməkdə də çox qatı,
Bu yerlərdə gün ortada gün batır,
Buna görə burdakılar çox yatır,
Bil tanrıdan sonra gələn anadır.
Turqər deyir:- Urdiyardır baş evim,
Burda mənim çay daşından daş evim,
Yaylaq yerim qışlaq yerim, qış evim,
Qıvır-zıvır yaraşıqdan boş evim,
Bil tanrıdan sonra gələn anadır.
Burdan gedir, bura dönür Turq ata,
Hər bir yerə o baş çəkir arada,
Yarıtanrı qoyub onu yaradan,
O ölkənin hər işinə əl qatar,
O hamıya ürək verər, əl tutar,
Bil tanrıdan sonra gələn anadır.
Neçə ildir Elçiçəkdən uzaqdır,
Şimşəkatla ölkələrə qonaqdır,
Hər öyüdü, sözü elə dayaqdır,
Acıqanı döyüş, vururş, yaraqdır,
Varla quruş Turq ataya yasaqdır,
Bil tanrıdan sonra gələn anadır.
Bir qızı var, üc anası ürəkdə,
Yorulmayır o «Qurd anam» deməkdən,
Körpələri min-min yatır bələkdə,
Kirpikləri, saçı, üzü ipəkdən,
Bil tanrıdan sonra gələn anadır.
Dümağ söylənci
Verib uca qarlı dağlar, dal dala,
Söylənci var bil ki, söylənc olanın.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
695
Qalanıbdır kəndlər dağın döşünə,
Söylənci var bil ki, söylənc olanın.
Döyüşlərdən qaçan dağa dırmaşır,
Küsülülər meşələrə sarmaşır,
Malqarasa yaylaqlara daraşır,
El görgörə, görgör elə yaraşır,
O qışlağa, bu yayalağa qarışır,
Söylənci var bil ki, söylənc olanın.
Yaylaq, qışlaq Dümağ qızın ləllisi,
Mindiyarın minellinin ellisi,
Qoyun - quzu döyüş güləş dəlisi,
Yer-yurdunun, el - obanın yellisi,
O, oynamaq, mahnı demək ölüsü,
Söylənci var bil ki, söylənc olanın.
El Dümağı tanıyırdı bu sayaq,
Üzü köyçək , qolu güclü, bel oynaq,
Sevilirdi bu gül dodaq, gül yanaq,
Onu görcək udqunurdu çox qonaq,
Söylənci var bil ki, söylənc olanın.
O Urəri sevməsə də, sayırdı,
O azacıq sevgi nədir duyurdu,
Sevgi bilib bunu elə yayırdı,
Üz- gözünü göz yaşıyla yuyurdu,
O özünü Turq yerinə qoyurdu,
Söylənci var bil ki, söylənc olanın.
Utanmağı, qısqanmağı yox idi,
Ərk etməyi, küskünlüyü çox idi,
Ona buna atmacası lağ idi,
Elə bil ki, o hər şeydən tox idi,
Söylənci var bil ki, söylənc olanın.
Şamxat ondan tanrı kimi küsmüşdü,
Bu güləşkən qızdan əlin üzmüşdü,
O güləşdə tanrı qızı basmışdı,
Söylənci var bil ki, söylənc olanın.
Odur Dümağ sevgisində kal idi,
Buna görə yanaqları al idi,
Kallığı turş, sevgisisə bal idi,
Sevgi Şamxat qızdan keçən yol idi,
Söylənci var bil ki, söylənc olanın.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
696
***
Gördü Dümağ yol üstündə Urəri,
Hər kəs gərək öz tayıyla görüşə.
Dedi:- Urər, hara belə, sevgilim,
Hər kəs gərək öz tayıla görüşə.
Atdan düşdü Urər, öpdü Dümağı,
Pörtdü qızın ağdan da ağ yanağı,
Sanki qopdu yerdən onun ayağı,
Hər kəs gərək öz tayıyla görüşə.
Urər dedi:- Yerinc, axşam gərək sən,
Yerincliyə gecikmədən gələsən,
Ikilikdə görüşərik, sənlə mən,
Aman köçüb gələnlərin əlindən,
Hər kəs gərək öz tayıla görüşə.
Keyləşmişdi Dümağ sanki öpüşdən,
Nə duymuşdu bu təkbətək görüşdə,
Utanrıdı Dümağ tanış – bilişdən,
Hər kəs gərək öz tayıyla görüşə.
Urər minib atı çapdı, durmadan,
Qızdan gələr gəlməzini sormadan,
Dümağ güldü saymazlığa varmadan,
Sevgisinə inamını qırmadan,
Hər kəs gərək öz tayıyla görüşə.
Axşam düşcək yerincliyə getdi qız,
Urər olan yerdə durub bitdi qız,
Sevgisində, inamında itdi qız,
Üra baxdı, utanaraq pörtdü qız,
Hər kəs gərək öz tayıla görüşə.
Oturanlar baxdı qıza qımışdı,
Maraq hamı üzdə, gözdə sayrışdı,
Urər durdu qaçqınlardan danışdı,
Səs-küy qalxdı, ara bir az qarışdı,
Hər kəs gərək öz tayıla görüşə.
-Deyirəm ki, qardaş niyə gəlibsən,
Sən buranı doğma yerin bilibsən,
Arvad, uşaq acdır, özün solubsan,
Hər kəs gərək öz tayıla görüşə.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Dostları ilə paylaş: |