Söhrab Tahir "Ata" Epos-poema II cild
671
Mən güclüyəm vuruşmada, dözümdə,
Qaça bilməz Alpis mənim gözümdən,
Şamxatı da mən taparam izindən,
Qorun, gizli qaraltıdan, kölgədən.
Urər dedi:- Apar məni özünlə,
Mən çıxmaram böyük Turqun sözündən,
Mən güclüyəm vuruşmada, dözümdə,
Şamxatı da mən taparam izindən,
Qaça bilməz Alpis mənim gözümdən,
Qorun, gizli qaraltıdan, kölgədən.
Qurdər bildi, sağollaşdı anayla,
Yola düşdü Turq dalınca Sonayla,
Getdi o da sağollaşdı Setayla,
Qorun, gizli qaraltıdan, kölgədən.
Parsdiyarı o tapşırdı Buzərə,
Buzər çökdü üz tutaraq göylərə,
Düz olmağa o and içdi üç kərə,
Bu söz, bu iş getdi çatdı çox yerə,
Qorun, gizli qaraltıdan, kölgədən.
Təkcə gedib o, Şamxata çatmadı,
O yurdunu, anasını tapmadı,
Bu, Alpisin ürəyinə yatmadı,
Alpis onu tanrılara qatmadı,
Onun işi bununla da artmadı,
Qorun, gizli qaraltıdan, kölgədən.
Qızçiçəktək ipə sardı Şamxatı,
Şamxat oldu Üstyer üçün qaraltı,
O bir ayda heyva kimi saraldı,
Altyer, Üstyer gözlərində qaraldı,
Dörd yanını dəniz aldı, qar aldı,
Yanağını şimşək vurdu, qor aldı,
Ürəyində »ana« sözü daraldı,
Qorun, gizli qaraltıdan, kölgədən.
***
Dedi:- Ana, mən Şamxatam, dardayam,
Belə gündən ölmək daha yaxşıdır.
Alpis məni dara çəkib Altyerdə,
Belə gündən ölmək daha yaxşıdır.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
672
Sən tanrıya lap yaxınsan, ana sən,
Qurtar məni, çıxart məni Altyerdən,
Atım, sevgim, könlüm qalıb Urərdə,
Belə gündən ölmək daha yaxşıdır.
Mən tanrıydım, indi adam olmuşam,
Adam içrə yarım yalan olmuşam,
Oğurlanıb qapan-qapan olmuşam,
Belə gündən ölmək daha yaxşıdır.
Eşidildi anasının harayı:
“Altyer tərsdir, ora gücüm çatmayır,
Alpis daşdır, ona söz-möz batmayır,
Üstyer artır, Altyer, Alpis artmayır,
Buna görə ora gücüm çatmayır,
Belə gündən ölmək daha yaxşıdır.
Turq Ur, Dümağ, sənə yardım gələcək,
Qurdər, Sona göz yaşını siləcək,
Böyük tanrı bu işləri biləcək,
Qan-qan deyən çox tanrılar öləcək,
Belə gündən ölmək daha yaxşıdır.
Ey Mindiyar sevgisinin tanrısı,
Minellinin sevincinin yarısı.
Bulaqların çox sulusu, durusu,
Sevgilərin ən ötgəmi, dirisi,
Döz bir az da, ol dözümün tanrısı,
Belə gündən ölmək daha yaxşıdır”
Şamxat susdu, xısın-xısın ağladı,
Külək əsdi, çay, göl, bulaq çağladı,
Altyer sanki lap dibindən laxladı.
Sanki tanrı gəldi, qızı yoxladı,
Dedi:- «Bundan ölmək daha yaxşıdır.
Dedi: «- Qızım, sevimli ol, düz yaşa,
Tanrılığa qayıt bir də, yüz yaşa,
Tanrı oldun, ərə getmə, qız yaşa,
Sevgidə də tanrı olmaq yaxşıdır».
***
Turq Altyerin yollarını bilirdi,
Elə yol var adam qorxur, at ürkür.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
673
Ot basmışdı Qızçiçəyin sonevin,
Elə yol var adam çaşır, at ürkür.
Güllər solub, daşlar aşıb tökülüb,
Şamxat orda oturmuşdu bükülü,
Üstyer, Altyer yolu bir-bir sökülüb,
Yoxdur bircə daxma, koma, tikili,
Elə yer var adam çaşır, at ürkür.
Dedi:- Şamxat, niyə belə dolubsan,
Niyə belə arıxlayıb solubsan,
Sən Alpisə sanki tutuq olubsan,
Elə yer var adam çaşır, at ürkür.
Şamxat dedi:- «Ata, yaman qurtardım,
Tanrı mənə tanrılığı qaytardı,
Bu Altyerdə yoxsa, itib batardım,
Elə yer var adam çaşır, at ürkür.
Qurdər gəldi, Sona, Seta yan-yana,
Səs yayıldı çölə, dağa, ormana,
Birdən Şamxat döndü qatı dumana,
O yox oldu, yayılaraq dörd yana,
Elə yer var adam çaşır, at ürkür.
Hamı qaçıb lap yaxına gəldilər,
Baş tanrının soy gücünü bildilər,
O gün Alpis, İblis üç yol öldülər,
Elə yer var adam çaşır, at ürkür.
***
Bir domba göz gəldi, şişman, dodaqsız,
Göz güzgüdür, nə var səndə göstərir.
Durub Turqa göz - qaşım oynadır,
Göz güzgüdür, nə var səndə göstərir.
Dedi: «- Alpis gözəl bir qız seçibdir,
Mən o qızı axtararm, qaçıbdır,
Bir quş olub o Altyerdən uçubdur,
Sizdən bizə, bizdən sizə köçübdür,
Bunca o qız yeni bir yol açıbdır,
Göz güzgüdür, nə var səndə göstərir.
Dümağ dedi:- O qız mənəm, gəzmə çox,
Oynaş olub qaş-gözünü süzmə çox,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
674
Diş qıcıdıb ürəyimi üzmə çox,
Göz güzgüdür, nə var səndə göstərir.
Dümağ üstə cumdu birdən dombagöz,
Hopbanaraq durdu onla üzbəüz,
Dümağ dedi:- Sən nəçisən, dələduz,
Qamarladı yıxdı onu düpbədüz,
Göz güzgüdür, nə var səndə göstərir.
Osa dedi: «- Mən yıxılmaq bilmərəm,
Yıxılsam da ipə-sapa gəlmərəm,
Mən öskürərək, tanrısıyam, ölmərəm,
Göz güzgüdür, nə var səndə göstərir.
Durdu, qaçdı, çatar-çatmaz Altyerə,
Dönüb güldü o Turqərə, Qurdərə,
Gülüş səsi düşdü bərkdən Üstyerə,
Göz güzgüdür, nə var səndə göstərir.
Bir ox atdı Qurdər, dəydi boynuna,
Aşdı, torpaq aldı onu qoynuna,
Tüstüləndi, döndü yoğun oduna,
Çatdı o da pis yolunun sonuna,
Göz güzgüdür, nə var səndə göstərir.
Yol gələnlər ağıyeri qurdular,
Qızçiçəyin başı üstə durdular,
Bir gecəlik orda çadır vurdular,
Göz güzgüdür, nə var səndə göstərir
***
Hamı qaçır sanki yanğı sevgidən,
Sevgidəki sonsuz qorxu, ürküdən,
Yaranışdan, doğuluşdan, itgidən,
Ancaq yoxdur sevgisini tərgidən,
Göz güzgüdür, nə var səndə göstərir.
Sevgi eli yerə, yurda bağlayır,
Üstyeri də, Altyeri də, saxlayır.
Sevgidəndir adam gülür, ağlayır.
Sevgi yazıq ürəkləri oxlayır,
Göz güzgüdür, nə var səndə göstərir.
Bir yol sevir hər kəs uşaq olanda,
Bir də uşaqlıqdan uzaq olanda,
Sevgi küsür evə dayaq olanda,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
675
Küsür ona beş gün qonaq olanda,
Bir də üzdə çox-çox boyaq olanda,
Göz güzgüdür, nə var səndə göstərir.
Sevgi qalır, kim yerini düz seçir,
Ö özünə oğlan seçir, qız seçir,
Böyük sevgi yalanlardan vaz keçir,
O sınaqdan, çətinlikdən az keçir,
O tanrıya, öz-özünə and içir,
Göz güzgüdür, nə var səndə göstərir.
***
Urər, tanrı sevgisində itibdir,
İlk sevgisi Şamxat qaçıb gedibdir,
Tanrı yaşı onun deyən ötübdür,
Sevgi qalıb, ancaq görüş bitibdir,
Dümağ indi istəyinə yetibdir,
Göz güzgüdür, nə var səndə göstərir.
Qurdər isə sevgi nədir, dadmayıb,
O zirvəyə gənc şah hələ çatmayıb,
Sevgidəki üzüntüyə batmayıb,
Bal yesə də balı bala qatmayıb,
Göz güzgüdür, nə var səndə göstərir.
Tanrım, çörək, bir də sevgi çox olsun,
Sevgi alıb satanlarsa yox olsun,
Sevənlərlə-sevimlilər sıx olsun,
Sevgidə ac, tamahlıqda tox olsun,
Sevgisində, dözümündə dağ olsun,
Göz güzgüdür, nə var səndə göstərir.
Tanrım, böyük Ürərə də sevgi ver,
Sevgi yurdu olsun gərək Qobuyer,
Tanrıların yurdu olsun qoy Urel,
Yenə artsın qoy Mindiyar, qoy Minel,
Göz güzgüdür, nə var səndə göstərir.
XXIX QAPI. Turqla Alpis vuruşu söylənci
Birdən ürkdü, şıllaq atdı Şimşəkat,
Kölgə kimi gəlir hərdən acıqan.
Turq qışqırdı:- Ahay, Alpis yaxın gəl!
Kölgə kimi gəlir hərdən acıqan.
Bu an günün, parlaq üzü tutuldu,
Buludların buz qaşları çatıldı,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
676
Alpis gəldi, ortalıqa atıldı,
Kölgə kimi gəlir hərdən acıqan.
Dedi: «Turqər, sən qapıma gəlibsən,
Sən özünü, yazıq, ölməz bilibsən,
Sən mənimçün, ölməz, çoxdan ölübsən,
Kölgə kimi gəlir hərdən acıqan.
Şamxat sənə şanşan verib yeməkdə,
Sanki səni qurtarıbdır ölməkdən,
Indi nədir suçun bura gəlməkdən,
Yaranışı iki yerə bölməkdən,
Son ev üstə yeyib içib gülməkdən,
Kölgə kimi gəlir hərdən acıqan.
-Ölməzliyi mənə tanrı veribdir,
O Turqərin kimliyini görübdür,
Şamxat bizim aramıza giribdir,
Kölgə kimi gəlir hərdən acıqan.
-Mənəm böyük yertitrəmə, suəsmə,
Mən səni də əsdirərəm, tələsmə,
Nəyə gərk bu gileylik, bu küsmək.
Gizlin gəlib bu qapıda yol kəsmək,
Kölgə kimi gəlir hərdən acıqan.
-Mən gəlmişdim Şamxat qızı qurtarım,
Gəlməmişdim yaşıma yaş artırım.
Ölməz olum, ad-sanımı itirim,
Kölgə kimi gəlir hərdən acıqan.
Sən ölməzsən, sənin min-min yaşın var,
Səndən gəlir, qasırğalar çovğunlar,
Nələr çəkib səndən Minel, Mindiyar,
Kölgə kimi gəlir hərdən acıqan.
Mən ağlaram sənin qara gününə.
Pis tanrısan qılınc batmır gönünə,
Ölməzlikdən, tanrılıqdan kimə nə,
Dolaşdırdın, bizi saldın düyünə.
Yandırırsan uzununa, eninə,
Kölgə kimi gəlir hərdən acıqan.
Şimşəkatla Şimşəkquyruq döş-döşə,
Az qalır ki, dırnaqlaşa, didişə.
Biri lütdür, biri batıb gümüşə,
At da qanır, qulaq asır söyüşə.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
677
Kim girəcək görən öncə döyüşə,
Bulud durub, göz dikibdir gedişə,
Kölgə kimi gəlir hərdən acıqan.
Alpis göydən od ələyir, qar tökür.
Şimşəkatsa dırnağıyla yer sökür,
Tanrı göydən ölməzlərə göz dikir,
Damlar, yollar, çaylar göllər səf çəkib,
Ölməz Ərlər yerə ölüm, qan əkir,
Kölgə kimi gəlir hərdən acıqan.
Qılınc göydə şütüyərək oynayır,
Qanla gözlər, öclər qızıb qaynayır,
Qan sıçrayır, bulud döşü qanayır,
Atın başı, döşü qana boyanır,
Kölgə kimi gəlir hərdən acıqan.
Qor, qar göydə bir-birini udurlar,
Şaha qalxıb atlar əl-qol atırlar.
Bir-birini Ərlər oxa tutular,
Eşib yeri atlar yerə batırlar,
Kölgə kimi gəlir hərdən acıqan.
Turqər deyir:- Qamarlaram gövdəni,
Tutdum, daha buraxmaram mən səni,
Alpis Turqa tez-tez şimşək ötürür,
Əli- qolu Turqun suluq götürür,
Alpisin də üz-gözü şiş götürür,
Kölgə kimi gəlir hərdən acıqan.
Heç görünməz Alpis birdən görünür,
Yerə yatıb o uzanır, sürünür,
Yerdə ikən od alova bürünür,
Kölgə kimi gəlir hərdən acıqan.
Turqər vurur, qılınc ilə doğrayır.
Sürütdəyib tikə-tikə darayır,
O yox olur, Turqər onu arayır,
O görünməz kişnəyərək ulayır,
Sonra durub Turqa quyruq, bulayır,
İtə dönür, Turqu tez-tez yalayır,
Kölgə kimi gəlir hərdən acıqan.
Tökülüşüb gəlir dibdən qırıqlar,
Gözdən, başdan, döşdən çapıq çapıqlar,
Üstyer, Altyer qarqışından qopuqlar,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
678
Ana-bala olmaq üçün yanıqlar,
Əyri-üyrü, içdən, çöldən sınıqlar,
Kölgə kimi gəlir hərdən acıqan.
Ancaq onlar ölüşgəyib bükülüb,
Baş-qulaqdan, əl-ayaqdan tökülü,
Turqu görüb bir-bir ordan çəkilir,
Kölgə kimi gəlir hərdən acıqan.
Yelkənqanad Qızıl quş söylənci
Qurdər görür göydə Qartal millənir,
Nə var görür yelkənqanad, qızıl quş.
Dedi:- Qartal gəlib yenə, Turq ata,
Nə var görür yelkənqanad, qızıl quş.
Birdən yerə yuvarlanıb enir o,
Şimşəkatın yalmanına qonur o,
Turq anlayan quş dilində dinir o.
Nə var görür yelkənqanad, qızıl quş.
Gah qıy vurur, gah şığıyır, tələsir,
Deyir: «-Öndə zolaq-zolaq yol kəsib»,
Qırıq-qırıq olub batır quş səsi,
Qalxır göyə tutur yolu kölgəsi,
Nə var görür yelkənqanad, qızıl quş.
Turq tanıyır zolaq-zolaq Qaplanı.
Qaya üstə yuva salıb dayanıb,
Tutur çayla o yoldakı aranı,
Nə var görür yelkənqanad, qızıl quş.
Gedib, gedib ora gəlib çatırlar,
Qayaların arxasında yatırlar,
O Qaplana birdən beş ox atırlar,
Nə var görür yelkənqanad, qızıl quş.
Qaplan gəlir, daşdan-daşa sıçrayır,
Ox atanı kol-kol, yer-yer arayır,
Caynağıyla kolluqları darayır.
Qalxır göyə nəriltisi, harayı,
Nə var görür yelkənqanad, qızıl quş.
Qurdər çıxır qabağına Qaplanın,
Qaplan onun üzərinə tullanır,
Quş onların başı üstə dolanır,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
679
Nə var görür yelkənqanad, qızıl quş.
Qaplan kəsir yaraqlının yolunu,
Qamarlayıb, gəmiritdəyir qolunu,
Qan boyayır onun qalın yalını,
Gəmirtdəyir nə var sağı, solunu,
Nə var görür yelkənqanad, qızıl quş.
Qartal birdən yumalanır aşağı,
Vurur onun bir gözünü çıxarır,
Birdən qalxıb o, millənir yuxarı.
Nə var görür yelkənqanad, qızıl quş.
Turq söyləyir:- Dəli olub bu nədən,
Bu Qaplanın balası var deyəsən,
Gəl dəyişək yolumuzu bu yerdən,
Nə var görür yelkənqanad, qızıl quş.
Yol dəyişib başqa yola gedirlər,
Sıx-sıx qalın meşələrdə itirlər,
Çayı, gölü, kolluqları ötürlər,
Nə var görür yelkənqanad, qızıl quş.
Xallı Qaplan çıxır birdən qabağa,
Turq əl atır lapdan iti yarağa,
O xallını sıxışdırır bucağa,
Vurun, deyir, Qaplan dönsün yumağa,
Bu Alpisdir, dönüb xallı sayağa,
Ona dəyən oxlar dönsün darağa,
Nə var görür yelkənqanad, qızıl quş.
Alpis qaçır, duman bulud çəkilir.
Dağ dalında al dan yeri sökülür,
Gümüş şehlər damla-damla tökülür,
Nə var görür yelkənqanad, qızıl quş.
Göydə Qartal, yerdə yorğun atlılar.
Üç güm gedib bir komaya çatdılar,
Yorğun qızlar oturdular, yatdılar,
Şirin-şirin yuxulara batdılar,
Nə var görür yelkənqanad, qızıl quş.
Oturaraq bir daş üstə Turq ata,
Düşünürdü «Alpis bir də qayıdar,
Gərək gecə nə göz yumam, nə yatam,
Nə var görür yelkənqanad, qızıl quş.
***
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
680
Uzaq-uzaq, dərin-dərin meşələr,
Nə gözəldir, nə ağırdır dolanış.
Yaşıl-yaşıl, sərin-sərin meşələr,
Nə gözəldir, nə ağırdır dolanış.
Ey şellənən oynaq, sallaq yarpaqlar,
Yarpağını günə verən budaqlar,
Gecə-gündüz mahnı deyən bulaqlar,
Ey sürüşgən yarğanlarla, ovuqlar,
Göm-göy otlar, otdan uzun alaqlar,
Ovluqlarda geniş-geniş oylaqlar,
Nə gözəldir, nə ağırdır dolanış.
Ey buludlar, hara belə gedirsiz,
Gah görünür, gah da gözdən itirsiz,
Uca dağlar zirvəsindən ötürsüz,
Siz harada dincəlirsiz, yatırsız,
Əskilmədən elə qat-qat artırsız,
Hamı yerə, hamı yurda çatırsız,
Nə gözəldir, nə ağırdır dolanış.
Göydə ulduz saysız–soysuz sayrışır,
Gecə olcaq ayla, günlə qarışır,
Dağ buludla, bulud dağla qarmaşır,
Üç yol küsür, dörd yol gündə barışır,
Birə olub ulduz yerə daraşır,
Yer-göy, göy-yer bir-birinə yaraşır,
Nə gözəldir, nə ağırdır dolanış.
Böyük tanrı, niyə bizi yaratdın,
Gülər üzlə günümüzü qaraltdın,
İli, ayı, günü, yaşı daraltdın,
Sevməyən heç, sevənləri saraltdın,
Nə gözəldir, nə ağırdır dolanış.
Böyük tanrı, gileyliyim böyükdür,
Mən sağlamam, döşüm sökük – sökükdür,
Gözüm də var, göz deyildir, dəlikdir,
Küsüm odla alovlanan körükdür,
Udduğumuz, yediyimiz köpükdür,
Çatmaq olmur yaranışa, yürükdür,
Əlimizdə yaraq deyil, çəlikdir,
Nə gözəldir, nə ağırdır dolanış.
Buzər söylənci
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
681
Boş görmüşdü Buzər şahlıq yerini,
Dolu gözlər hər gün boş yer axtarır.
Çulğamışdı onu şahlıq istəyi,
Dolu gözlər hər gün boş yer axtarar.
O gecələr el-obaya çıxırdı,
Toplumuna yaraqlılar yığırdı,
Gəlməyəni öldürürdü, boğurdu,
Dolu gözlər hər gün boş yer axtarır.
Deyirdi ki, Daryaş işi aşırıb,
O ölərkəni, işi mənə tapşırıb,
Ölkə batıb, it-pişik də qapışır,
Hamı acdır, öz-özüylə qarpışır,
Evlər, yurdlar bir-birilə çarpışır.
Dolu gözlər hər gün boş yer axtarır.
Deyir, indi girəvədir, yığışaq,
Hamı birgə yeincyerə axışaq,
Birləşərək bir yumruğa sığışaq,
Qurdər ilə, Tunqər ilə boğuşaq,
Biz son qoyaq gileyliyə, qarqışa,
Qurdər ilə qılınclaşıb toqquşaq,
Dolu gözlər hər gün boş yer axtarır.
Çoxu onu qovur, saya salmayır,
Dediyini heç vecinə almayır.
Bunca toplum takım-takım dolmayır,
Dolu gözlər hər gün boş yer axtarır.
Yekta deyir:- Qurdər yaxşı oğlandır.
Ona qarşı duran itdir, qabandır,
Sənin sözün, dediklərin yalandır,
Beş ildir ki, dincəlmişik, amandır,
Dolu gözlər hər gün boş yer axtarır.
Dota deyir:- Buzər, əl çək bu işdən,
Sən bu qancıl işlərinə girişmə,
Çox çəkmişik yersiz deyiş-döyüşdən,
Qurtarmışıq qanlı-qanlı döyüşdən,
Dolu gözlər hər gün boş yer axtarır.
Deyir, Buzər, sən Turparı öldürdün,
Anasını sən didərgin saldırdın,
Bu ölkəni sən özünə güldürdün,
Dolu gözlər hər gün boş yer axtarır.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
682
Buzər dönüb şəlitləyir onları,
Bacıların qanlı üzü sapsarı.
Tutuq kimi yerincliyə aparır.
Ələ alsın deyə şahdan diyarı,
Yola düzür yaraqlını, çaparı,
Dolu gözlər hər gün boş yer axtarır.
Buzər deyir:- Əkbitəni tutaram,
Mindiyarı Parsdiyara qataram,
Yoxsulluğun dağarçığın ataram,
Bacıları tutuq kimi sataram,
Dolu gözlər hər gün boş yer axtarır.
Başev susur, qorxur Tunqər Alpandan,
Çevrilişi alqışlayır yalandan,
Çoxu qaçır, daxmalanır ormanda,
Üz döndərir ondan, olan- qalanda,
İri gözlər hər gün boş yer axtarır.
İki bacı şəlitlidir dustaqda,
Yaş gözləri yollardadır, sorağda.
Eşələnib ağlayırlar bucaqda,
İri gözlər hər gün boş yer axtarır.
Yekta deyir:- Gəl aldadaq Buzəri,
Biz barışaq onun ilə küsəri,
Yardım edək ona üzdə ötəri,
Sonra qaçaq, aşaq yolu, çəpəri,
Gedək gəzək yurd-yurd tapaq Qurdəri,
Yada gedək başa salaq Tunqəri,
İri gözlər hər gün boş yer axtarır.
Bir yaraqlı, neçə yerdən yaralı,
Bacılara yardım edir qapalı,
Qollarından açır ipi, qandalı,
İri gözlər hər gün boş yer axtarır.
Iki bacı dustaqlıqdan qaçırlar,
Əkbitənə qoğru qanad açırlar,
Ata minib yolda quştək uçurlar,
İri gözlər hər gün boş yer axtarır.
Gecə qaçıb ora, bura girirlər,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
683
Yolda Tunqun toplumunu görürlər,
Olanlardan şaha sorağ verirlər,
İri gözlər hər gün boş yer axtarır.
Tunq dəyişir Üra gedən yolunu,
Qamarlayır ağ Çilçilin yalını,
Yara-yara dağın buzlu yelini,
İki günə keçir kolluq çölünü,
Parsdiyara o çatdırır əlini,
İri gözlər hər gün boş yer axtarır.
Buzər çıxır qabağına Tunqərin,
O qaldırır şaha qarşı hər yeri,
Çomaq ilə yaraqlanmış Ərləri,
Özü durur topumundan az bəri,
Qorxusundan əsir onun əlləri,
İri gözlər hər gün boş yer axtarır.
***
Tunq düşündü, Çilçilatı qovaraq,
Böyük işi hər ötənə tapşırma.
Yenə gedib, hara gedib bu Qurdər.
Böyük işi hər ötənə tapşırma.
Özbaşına olub Qurdər, cayıbdır,
Parsdiyarı başbaşına qoyubdur,
Nə şahlığı, nə də məni sayıbdır.
Görünür o öz işindən doyubdur,
Böyük işi hər ötənə tapşırma.
Buzər bilir, deyən yerinc işini,
O da bizə qıcıdıbdır dişini,
Yoxdur deyən ölçü-biçi arşını,
O Qurdərdən yaxşı görür qarşını,
Böyük işi hər ötənə tapşırma.
Mən Buzəri burda yerinc qoyaram,
Parsdiyarı şahlıq yeri sayaram,
Bu acığı Darvidilə yayaram.
Vuruşdurram, qanı qanla yuyaram,
Böyük işi hər ötənə tapşırma.
Düşünürdü Tunqər Alpan, bax belə,
«Bacıları yerinc qoysam Parselə,
Onda hamı ipə-sapa tez gələr»,
Böyük işi hər ötənə tapşırma.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Dostları ilə paylaş: |