Söhrab Tahir "Ata" Poema-epos


Söhrab Tahir                                "Ata" Epos-poema II cild



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə55/69
tarix17.04.2017
ölçüsü6,34 Mb.
#14318
1   ...   51   52   53   54   55   56   57   58   ...   69

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

697 


 

Deyir:- Uryer tanrıların yeridir, 

Ordakılar sanki yarı diridir, 

Göydəkindən ora bir az bəridir

Işsizlikdir, adamları əridir, 

Hər kəs gərək öz tayıla görüşə. 

                   *** 

Hələ kalsan dedi ona, çoxları, 

Böyük sevgi göydən gəlmə sevgidir. 

Oğurlayıb Şamxat sənin sevgini, 

Böyük sevgi göydən gəlmə sevgidir. 

 

Sən güclüsən, sevgi gücü saymayır, 



Sevgi vara, gözəlliyə uymayır, 

Yalançını heç yaxına qoymayır, 

Sevgi toxdur, tək öpüşdən doymayır, 

Böyük sevgi göydən gəlmə sevgidir. 

 

Səndən qaçır, çünki onu yıxıbsan, 



Səndən küsüb, ona ucuz baxıbsan, 

Onun incə ürəyini yaxıbsan, 

Böyük sevgi göydən gəlmə sevgidir. 

 

Dedilər ki, min atını çapginən, 



Dedilər ki, get Şamxatı tapginən, 

Ondan sevgi soy payını qapginən, 

Gizli sevgi göydən gəlmə sevgidir. 

 

Deyiləni o Urərə danışdı, 



Deyilənə Urər soyuq yanaşdı, 

Hələ qıza azacıq da sataşdı, 

Dümağ onla deyişərək tutaşdı, 

Gizli sevgi göydən gəlmə sevgidir. 

O, düz saydı el-obanın sözünü, 

Tutdu Şamxat tanrısına üzünü, 

Vurdu dağa daşa, suya özünü, 

Getdi tapsın deyilənin düzünü, 

Getdi tapsın o tanrının izini, 

Yerə qoysun qarşısında dizini, 

Yox eləsin aradakı küsünü, 

Gizli sevgi göydən gəlmə sevgidir. 

 

Hara getdi o, Şamxatı soruşdu, 



Kim eşitdi üzü, alnı qırışdı, 

Sorğu artdı bir-birinə qarışdı, 

Gizli sevgi göydən gəlmə sevgidir. 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

698 


 

 

Biri dedi:- Görməmişəm Şamxatı, 



Mən ilkiyəm, eşidirəm bu adı, 

Söylə, ay qız, o kişidir, ya qadın, 

Gizli sevgi göydən gəlmə sevgidir. 

 

Çox axtardı Dümağ qaldı arada, 



Şamxat kimdir, o yaşayır harada, 

«Sevgi harda, get, Şamxat da orada» 

Gizli sevgi göydən gəlmə sevgidir. 

 

Qabağına çıxdı yolda bir qarı, 



Dedi:- Gəzmə daha diyar - miyarı, 

Eşitmişəm, vardır elə bir tanrı, 

O dalınca səni çəkib aparır, 

Gizli sevgi göydən gəlmə sevgidir. 

 

Mən üç ərdə sevgi nədir bilmədim, 



Sevgi-mevgi sorağıma gəlmədi, 

Neçə uşaq doğdum öldü, ölmədi, 

Yüz yaşım var, hey ağladım, gülmədim, 

Gizli sevgi göydən gəlmə sevgidir. 

 

 

Sevgi yoxdur, bala, çalış get ərə, 



Ərlə uşaq dirisidir bil, hərə, 

Onlar uçub gedir səndən son kərə, 

Tüpür belə dolanışa, gör-görə. 

Gizli sevgi göydən gəlmə sevgidir. 

 

Dümağ susdu, dodaqları büzüldü, 



Sevgisindən əli bir də üzüldü, 

Ürəyində acı ağrı sezildi, 

Gözünə yaş kirpik-kirpik düzüldü, 

Gizli sevgi göydən gəlmə sevgidir. 

 

-Bacım hər gün »vay« deməkdən yorulub, 



Sevgidəndir ürək yanıb qovrulur, 

İlbiz kimi burum-burum qıvrılır, 

Sevgidəndir çox ev göyə sovrulur

Gizli sevgi göydən gəlmə sevgidir. 

 

O sevmişdi bir sevimli kişini, 



O görürdü evin hər bir işini, 

O qıcıdıb hər gün ona dişini, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

699 


 

Bunu atdı, sonra aldı beşini, 

Gizli sevgi göydən gəlmə sevgidir. 

 

Tək-tək olur sevgi, o da  üç dörd il, 



Bu il varsa, üç il sonra var deyil, 

Çalış sevmə, ancaq çalış sən sevil, 

Gizli sevgi göydən gəlmə sevgidir. 

 

Get, Şamxatı tap, nə olar, qam etsin, 



Qoy içində o buzları əritsin, 

Ürəyinə göy sevgisi yeritsin, 

Qoy mənim də o, sevgimi diriltsin, 

Od-alovlu sevgiləri kiritsin, 

Gizli sevgi göydən gəlmə sevgidir. 

 

Dümağ susdu, düşgünləşdi, dinmədi, 



Ancaq inam zirvəsindən enmədi, 

O getdiyi öz yolundan dönmədi, 

Gizli sevgi göydən gəlmə sevgidir. 

                *** 

Dümağ keçdi Altay ilə Çinçayı 

Yoxa qarşı acıq artar bir az da. 

O Şamxatı gəzdi-gəzdi tapmadı, 

Yoxa qarşı acıq artar bir az da. 

 

Suyabaxan, düyün açan bir qarı, 



Dedi ona yoxdur belə bir tanrı, 

Tək məndədir sevgilərin açarı. 

Yoxa qarşı acıq artar bir az da. 

 

Suya baxdı, göyə baxdı, tas atdı, 



O, Dümağda güclü inam yaratdı, 

Hörüyündən tutdu qızın o dartdı, 

Yudu südlə üz-gözünü, ağartdı, 

Yoxa qarşı acıq artar bir az da. 

 

Dedi:- Geyin bu çuxanı əyninə, 



Gətir onu gözlərinin önünə, 

Qam gələcək ürəyinə, beyninə, 

Gün düşəcək sənin qara gününə

Yoxa qarşı acıq artar bir az da. 

 

Dümağ dedi:-Adı onun Urərdir, 



Aramızda sevgi yoxdur, çəpərdir, 

Sevgisi var, ancaq soyuq təhərdir, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

700 


 

Yoxa qarşı acıq artar bir az da. 

 

Qarı dedi:- Qayıt, ancaq il boyu, 



Üz- gözünü hər gün, hər gün südlə yu, 

Saxla evdə iki inək, üç qoyun, 

Aldatmasın səni hər söz, hər oyun, 

Yoxa qarşı acıq artar bir az da. 

 

Bir gün onu görəcəksən yuxuda, 



Çıxacaqsan utanmaqdan, qorxudan, 

Görəcəksən, sevəcəksən doğrudan, 

Yoxa qarşı acıq artar bir az da. 

Dümağ güldü, qarı qıza inandı, 

Gördü qarı çox şeyləri qanandı, 

Gördü buna o ürəyi yanandı, 

Gördü sevgi ağır işdi, yamandı, 

Yoxa qarşı acıq artar bir az da. 

 

O Çinçaydan yolu döndü geriyə, 



Yolu saldı Uğureldən bəriyə, 

Atlar girdi çox naxıra, sürüyə, 

O baxmadı hər ölüyə, diriyə, 

Sevgi doğdu onda tək-tək hərəyə, 

Yoxa qarşı acıq artar bir az da. 

 

                   *** 



Bir obada atdan düşdü, dincəldi, 

Yaranışın ilk anası sevgidir. 

Eşitdi ki, buradadır Turq ata, 

Yaranışın ilk anası sevgidir. 

 

Gəldi onun qabağında diz çökdü, 



Dedi, dedi, Turq ataya dil tökdü

Sonra onu sevgi çəkdi, söz çəkdi, 

Yaranışın ilk anası sevgidir. 

 

Dedi:-Ata, sevinmirəm, gülmürəm, 



Bəyənmişəm, ancaq sevə bilmirəm, 

Onunla da mən elbirəm, dilbirəm, 

Yaranışın ilk anası sevgidir. 

 

Hamı sevir, mən qalmışam ortada, 



Kimsəsizəm mən atadan, anadan, 

Niyə sevgi vermir mənə yaradan, 

Soruşuram yarıtanrı atadan, 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

701 


 

Yaranışın ilk anası sevgidir. 

 

Turqər baxdı, o tanıdı Dümağı, 



Dilə tutdu bu sevimli qonağı, 

Həm sıxıldı, həm də qaçdı dodağı, 

Dedi:-Mənim, ürəyimin dayağı, 

Sevə bilməz qızlar, oğlan sayağı, 

Yaranışın ilk anası sevgidir. 

Tanrı qızı özü belə yaratdı, 

Qız, oğlana ölçü qoyub gözaltı, 

Oğlan solğun, qız üzündə qızartı, 

O gül yanaq, oğlan solğun, sarımtıl, 

Yaranışın ilk anası sevgidir. 

 

Qız oğlan tək sevsə eldə vay olar, 



Yolun azar, dəlilərə tay olar, 

Evlənsə də gündə evdə hay olar, 

Qızğın sevgi dönər qanlı toy olar, 

Yaranışın ilk anası sevgidir. 

 

Ərə getdi, qız sevgisi artacaq, 



O sevgidə balasına çatacaq, 

«Bala» deyib hər ağrını udacaq, 

Bax beləcə sevgi itib batacaq, 

Yaranışın ilk anası sevgidir. 

 

Dümağ dedi:- Onu gendən sevirəm, 



Belə çıxır, onda mən də sevirəm, 

Mən Urəri lap ilk gündən sevirəm, 

Yaranışın ilk anası sevgidir. 

 

Turqər dedi:- Qızım, düzdür, doğrudur, 



Doğru sevgi böyük toydur, ağrıdır, 

Mənim kimi o da yarıtanrıdır, 

Yaranışın ilk anası sevgidir. 

 

  Ağüz, Dəmirqız söylənci 



 

Ağüz dedi:- Çətinləşib yaşayış, 

Böyük ölkə dolandırmaq çətindir. 

Iş çoxalır, yem azalır ölkədə, 

Böyük ölkə dolandırmaq çətindir. 

 

Buzboğaza çapar çatır bir aya, 



Çatmaq olmur çox istəyə, haraya, 

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

702 


 

Səs, hənirti çatmır Çinə, Altaya, 

Böyük ölkə dolandırmaq çətindir. 

Ölkələrə bölünərsə Mindiyar, 

Yaxşılaşar, iş-güc bir az azalar, 

Yola düşər, tez qayıdar hər çapar, 

Böyük ölkə dolandırmaq çətindir. 

 

Mindiyarı böyütləmək düz deyil, 



Ölkə artır, genişlənir ilbəil, 

Ölkə olsun Parsdiyarla, Qobuçöl, 

Böyük ölkə dolandırmaq çətindir. 

 

Oğuzel də Darvidel də bu sayaq, 



Hər diyardan yeni ölkə yaratmaq, 

Hər ölkədən vergi alaq biz ancaq, 

Böyük ölkə dolandırmaq çətindir. 

 

Hər ölkənin öz başrağı, öz adı, 



Öz toplumu, öz başbaşı, öz andı, 

Belə olsa böyük ölkə qalandır, 

Böyük ölkə dolandırmaq çətindir. 

 

Dəmirqızın çatma qaşı çatıldı, 



Əyri qaşlar ox yayıtək dartıldı, 

Buludlandı üzü, gözü tutuldu, 

Böyük ölkə dolandırmaq çətindir. 

 

Dedi:-Ərim, niyə belə deyirsən, 



Belə olsa təklənərəm orda mən, 

Unudarsan arvadını onda sən, 

Böyük ölkə dolandırmaq çətindir. 

 

İstəyirsən diyar olsun, ya ölkə, 



Başçı gərək hər bir yerə baş çəkə, 

Nə ev qala, nə yurd qala, nə döngə, 

Başçı gərək hər bucağa baş çəkə, 

Böyük ölkə dolandırmaq çətindir. 

 

Ərlə arvad üç gün belə deyişdi, 



Düşüncələr gərginləşdi, dəyişdi, 

İti sözlər qılıncsayaq döyüşdü, 

Böyük ölkə dolandırmaq çətindir. 

Bununla da o, araya söz atdı, 

El-obada dedi - qodu yaratdı, 

Çox yerlərdə ürəkləri qanatdı, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

703 


 

Böyük ölkə dolandırmaq çətindir. 

 

Ölkə boyu orda-burda yığıncaq, 



Yığıncaqdan bir səs gəldi «yox» -ancaq, 

«Nəyə gərək parçalanma yaratmaq», 

Bunu dedi ölkə boyu el, oymaq, 

Böyük ölkə dolandırmaq çətindir. 

 

Parsdiyarda bu söz az-çox yayıldı, 



Ölkə deyib yatanlar da ayıldı, 

Tək Parsdiyar bunca ölkə sayıldı, 

Böyük ölkə dolandırmaq çətindir. 

 

Turq ata da, Odərpay da «yox» dedi, 



Parçalanma yaratmaqdan qorx, dedi, 

Mindiyara «başrağınla qalx» dedi, 

«Ağ başrağı uca qaldır!» Turq dedi, 

Böyük ölkə dolandırmaq çətindir. 

 

Dedilər ki, Ağüz qartıb, yaşlanıb, 



Qocalıqdan gələn qorxu başlanıb, 

Şahlıq onda aşıb daşıb daşlanıb, 

Böyük ölkə dolandırmaq çətindir. 

 

Deyən Ağüz öz-özünə qarşıdır, 



Deyən Ağüz öz işində naşıdır, 

Tunq şahlıqda qalsa yenə yaxşıdır, 

Böyük ölkə dolandırmaq çətindir. 

 

Bunla ellər, yurdlar, çöllər sırası, 



Buzboğazla Dəclə Fərat arası, 

Oldu böyük Mindiyarın yaylası, 

Turq da böyük bir ölkənin atası, 

Böyük ölkə dolandırmaq çətindir. 

Tunqər Alpan yenə böyük şah oldu, 

Çox diyara yeni yerinc qoyuldu, 

Burda hamı dincəl yatdı, ayıldı, 

Böyük ölkə dolandırmaq çətindir. 

 

Tanrı baxdı, dedi:- Belə yaxşıdır, 



Tanrı qanlı vuruşlara qarşıdır, 

Ta dincəlyer Mindiyara qonşudur, 

Mindiyarın yaşı tanrı yaşıdır, 

Böyük ölkə dolandırmaq çətindir. 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

704 


 

Dedi:- Qayıt, get yenə də Elata, 

Üztut elə hər gün böyük Şamxata, 

Gələr sizi toyunuza Turq ata

Böyük ölkə dolandırmaq çətindir. 

                    *** 

Turq danışdı, öyüd verdi Dümağa, 

Sevgi birlik anasıdır, inamdır. 

Dümağın da yanaqları qızardı, 

Sevgi birlik anasıdır, inamdır. 

 

Yola düşdü, getdi çatdı Urelə, 



Sevinc oldu Dümağ, qondu hər dilə, 

Dedi, gərək oğlan sevə, qız bilə, 

Oğlan sevə, qızlar isə sevilə, 

Oğlan sevsə qız da dönər al gülə, 

Sevgi birlik anasıdır, inamdır. 

 

Urər gəldi, qarşıladı Dümağı, 



Gördü qızın qızarıbdır yanağı, 

Güzgüləşib gözlərinin bulağı, 

Dedi:- Çıxart gəzdirdiyin yarağı, 

Gəl ol mənim evciyimin çırağı, 

Ört başına bu gün gəlin duvağı, 

Yansın evdə sevgimizin ocağı, 

Sevgi birlik anasıdır, inamdır. 

 

Urər dedi:- Mən sevirdim, susurdum, 



Şamxat bizi hər gün hər gün büsürdü, 

Yerincliyə gəlib qulaq asırdı, 

Sevgimizə gülüb dodaq buzurdu, 

Tanrı kimi o bunlara dözürdü, 

Acığından əli-qolu əsirdi, 

Sevgi birlik anasıdır, inamdır. 

 

Toy çaldırdı Urər yazın sonunda, 



Dümağ çıxdı üzə gəlin donunda, 

İki inək, üç qoyun da yanında, 

Sevgi birlik anasıdır, inamdır. 

 

Turqər, Qurdər, Urər onla yanaşı, 



Hamı dedi, toy Dümağa yaraşır, 

Bu toyda da küsülülər barışır, 

Sevgi, istək bir-birinə qarışır, 

Sevgi birlik anasıdır, inamdır. 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

705 


 

Dedi, gəzir yer üzünü Turq ata, 

Sevgi birlik tanrısıdır, inamdır. 

O son qoyur hər gilincə, dolağa, 

Sevgi birlik tanrısıdır, inamdır. 

 

Dedi:- «Turqər yarıtanrı atadır» 



Dedi:- «Anni yer üzünə anadır, 

Şamxat sevgi tanrısıdır, Sonadır, 

Turq öyüdü qulağında sırğadır 

Sevgi birlik tanrısıdır, inamdır.» 

 

  Turqun Qızılquş söylənci 

 

Harda ağlar göz görünsə de mənə, 

Dəmir caynaq, yelkən qanad qızıl quş. 

Gedək silək dolub yağan gözləri, 

Dəmir caynaq, yelkən qanad qızıl quş. 

 

Gərək yerdən köçüb gedə yazıqlıq, 



Ac gözlüklə gedə gözü qıpıqlıq, 

Ürəklərdə kök salmaya sınıqlıq, 

Gərək arta yaxşılıqla, ayıqlıq, 

Dəmir caynaq, yelkən qanad qızıl quş. 

 

Gərək yerdə qırğın, qan, öc olmaya, 



Gücsüzləri qatlayan güc olmaya, 

Əltut ola, o da çox borc olmaya, 

Dəmir caynaq, yelkən qanad qızıl quş. 

 

Sən görürsən göydən bütün bunları, 



Yerli, yersiz axıdılan qanları, 

Mənə göstər yanda qalan yanları, 

Dəmir caynaq, yelkən qanad qızıl quş. 

 

Səndən qanad, məndən ayaq, uç gedək, 



Meşələri düzənləri biz ötək, 

Qan-qan deyən güclüləri biz didək, 

El içində həm görünək, həm itək, 

Dəmir caynaq, yelkən qanad qızıl quş. 

 

Qızıl quşa sanki yeni güc gəldi, 



O üç kərə doğuyana dikəldi, 

Birdən üçdü, buludlara yüksəldi, 

Dəmir caynaq, yelkən qanad qızıl quş. 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

706 


 

Sanki bunu gözləyirdi Şimşəkat, 

Oda qalxdı ucalara neçə qat, 

Turq baş vurdu dumanlığa bathabat, 

Dedi:- Tanrım bizə yenə əl uzat, 

Mən də olum Qartal kimi cüt qanad, 

Dəmir caynaq, yelkən qanad qızıl quş. 

 

Yeri göyə, göyü yerə qatdılar, 



Meşələrdə üç yol itib batdılar, 

Sonra gəlib bir Başevə çatdılar, 

Yığışılıb bir bucaqda otdular, 

Dəmir caynaq, yelkən qanad qızıl quş. 



  Turqun and söylənci 

 

Niyə belə acıqlısan, gülərsən, 

Tanrı böyük dayanışdır, yaranış. 

Öc alırsan, sonra sevinc verirsən, 

Tanrı böyük dayanışdır, yaranış. 

 

Tanrı sizi yekə ağız yaratdı, 



Onda niyə gözünüzü daraltdı, 

Günü verdi, gecənizi qaraltdı, 

Tanrı böyük dayanışdır, yaranış. 

 

Niyə biri yoxsul oldu, şirşindir, 



Niyə biri zəngin oldu, mində bir, 

Ortaqlar da yazıq orta gündədir

Tanrı böyük dayanışdır, yaranış. 

 

Niyə qoyub adamları üz-üzə, 



Hər bir yanda dirənmişdir göz-gözə, 

Yeri burub bənzətmişdir ilbizə, 

Tanrı böyük dayanmışdır, yaranış. 

 

Şahlıq nədir, dilənçilik nə demək, 



Biri çinar, o birisi göbələk, 

Öz yoluna qoysun bunu şah gərək, 

Tanrı böyük dayanışdır, yaranış. 

 

Bir boyada olsa dirrik, nə olar, 



Onda dilli, dilsiz qoşa balalar, 

Onda adam göyərdəcək tarlalar, 

Tanrı böyük dayanışdır, yaranış. 

 

Tanrı, sənin sözün nədir bu işə, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

707 


 

Hamı gəlib dayanışda döş-döşə, 

Gedir dirrik oyanışa, dönüşə, 

Tanrı böyük dayanışdır, yaranış. 

                  

                   *** 

Gələcəyi Turq bu sayaq görürdü, 

Gələcəyi yaxşı görən tanrıdır. 

Tunqər isə başqa yolu seçmişdi, 

Gələcəyi yaxşı görən tanrıdır. 

 

Düşünürdü, «Mısıreli alaram, 



Elçiçəklə orda yer-yurd salaram, 

Çatanıma bir az yaxın olaram, 

Gələcəyi yaxşı görən tanrıdır. 

 

Alan mənim, Təbət mənim, Çin mənim, 



Həbəş mənim, Asur mənim, Hind mənim

Dolanışda əzəl mənim, son mənim, 

Gələcəyi yaxşı görən tanrıdır. 

 

Öyüd ollam Parsdiyara son kərə, 



Altyer, Üstyer ayrı olmaz bir belə, 

Mən olaram başçı bütün ellərə, 

Başlar başı, şahlar şahı, hər yerə, 

Gələcəyi yaxşı görən tanrıdır. 

 

Yarıtanrı ollam bu yer üzündə, 



Böyük qurqu yaradaram özümdən, 

Ölməzliyə mən çataram azından, 

Gələcəyi yaxşı görən tanrıdır. 

 

Mən Alpisə son qoyaram, basaraq, 



Yığışılar döyüş, vuruş bu sayaq, 

Çovğun, qıtlıq, ölüm adlı yatalaq, 

Gələcəyi yaxşı görən tanrıdır. 

 

                    *** 



Elçiçək də düşünürdü: « Şah ollam, 

Şahın gəzib dolanmaqdır çox işi. 

Gedib tez-tez uşaqları görərəm, 

Şahın gəzib dolanmaqdır, çox işi. 

 

Uğurelin döşənəyi, palazı, 



Xalçasının qırağında qotazı, 

Üzərində gölü, çayı, axmazı, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

708 


 

Sularının ən dərini, dayazı, 

Döşənəyin çiçəklisi, sayası, 

Şahın gəzib dolanmaqdır, çox işi. 

 

Tanrı mənə bir də bir qız verəydi, 



Oğulların şahlığını görəydim, 

Qarıyaydım, sonevimə girəydim, 

Şahın gəzib dolanmaqdır, çox işi. 

 

Xalçaların dəyərləri yuxarı, 



Burda güllər nə solur nə ağarır, 

Onu Çinə, Hində, Misrə çıxarım, 

Şahın gəzib dolanmaqdır, çox işi. 

 

Düşünürdü, düşünürdü Elçiçək, 



Yanaqları yetişməmiş çiyələk, 

Solğun güldür, yüngüllükdə kəpənək, 

Diləkləri uçar quşdur, ağ lələk, 

Şahın gəzib dolanmaqdır, çox işi. 

 

Tanrı baxıb yuxarıdan gülürdü, 



Kimin necə olacağın bilirdi, 

Hamı gəlib yaşayırdı, ölürdü, 

Şahın gəzib dolanmaqdır, çox işi. 

 

                   *** 



Tanrı isə dodaq dəyməz deyirdi: 

«Hamı gedir, qalır təkcə dolanış. 

Dolanışı siz üzü ağ yaşayın, 

Hamı gedir, qalır təkcə dolanış. 

 

Sizdən sonra çox oğullar gələcək, 



Onlar sizdən daha artıq biləcək, 

Sonra hamı, hamı tək-tək öləcək, 

Hamı gedir, qalır təkcə dolanış. 

Sizdən sonra Sərtüz bir də gələcək

İnancları birləşdirə biləcək, 

Suböləndə doğulacaq, öləcək, 

Dolanışı iki yerə böləcək, 

Hamı gedir, qalır təkcə dolanış. 

 

Sizdən sonra gələcəkdir İskəndər, 



Olacaqdır böyük Dara dərbədər, 

Alpis susub yaşayacaq bir təhər, 

Böyüyəcək kiçik kəndlər, şəhərlər, 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

709 


 

Hamı gedir, qalır təkcə dolanış. 

 

O Mineli Atrapatan edəcək, 



Parsdiyarın Alpisliyi bitəcək, 

Yüz illiklər, minilliklər ötəcək, 

Inam getsə tanrılar da gedəcək, 

Sevgi itsə onda bəşər itəcək, 

Hər şey ölüb sonluğuna yetəcək, 

Sonra hər şey yeni üzdə bitəcək, 

Hamı gedir, qalır təkcə dolanış. 

 

Yerdə təkcə Turan, İran qalacaq, 



Ikisi də doğma qardaş olacaq, 

Hormuz yenə böyük tanrı olacaq, 

Hamı gedir, qalır təkcə dolanış. 

 

 



 

 

 



 

 

 



 

 

 



Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin