Söhrab Tahir "Ata" Poema-epos


Söhrab Tahir                                "Ata" Epos-poema II cild



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə58/69
tarix17.04.2017
ölçüsü6,34 Mb.
#14318
1   ...   54   55   56   57   58   59   60   61   ...   69

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

736 


 

Qaçmaq yeni yaşamaqdır, sən demə. 

 

Qurdər nə isə bu qurğunu duymuşdur, 



Yollar boyu gözətçilər qoymuşdur, 

 

Bunu toplum içrə gizli yaymışdır, 



Qaçmaq yeni yaşamaqdır, sən demə. 

 

Neçə takım qıvrağ getdi qabaqda, 



Busqudakı Buzərçilər uzaqdan, 

Gordülər ki, takım gəlir yaraqda, 

Qorxub, qaçıb onlar düşdü ayaqdan, 

Boş qalmışdır qazmaları bayaqdan, 

Qaçmaq yeni yaşamaqdır, sən demə. 

 

Buzərçilər yayılmışdı yollara, 



Sığınmışdı dağlardakı yallara, 

Təpilmışdi dalda gizli dallara, 

Qaçmaq yeni yaşamaqdır, sən demə. 

 

Oturmağa yeri yoxdu Turparın, 



Saraydakı yerlər boş-boş, yapyalın, 

Dildən qopan çox yaralı söz qalın, 

Qaçmaq yeni yaşamaqdır, sən demə. 

 

Turpar qoydu boşluqları yerinə, 



O tapşırdı çox işləri birinə, 

Çevrilmişdi işlər alın tərinə, 

Qaçmaq yeni yaşamaqdır, sən demə. 

 

Turpar Buzər görüşdülər sarayda, 



Düşüncələr dəyişmişdir bir ayda, 

Dəyişmişdi biri-birini olaylar, 

Dəyişmişdi pis, pisdikli, qolayda, 

Qaçmaq yeni yaşamaqdır, sən demə. 

 

                      *** 



 

-Mən Buzərəm, yol kəsənəm, biləsən, 

Şah olmağa çox kiçiksən hələ sən, 

Şah olsan da öz sevginə köləsən, 

Qorxuram ki, bu duruşda öləsən, 

Sevgi nədir, çoxu bunu dadmayıb, 

Dadan varsa istəyinə çatmayıb.  

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

737 


 

Mən Buzərəm, Alpisim var, gücüm var, 

Sən yazıqsan, çıx get burdan a Turpar, 

Yoxsa səni ağır günə qoyallar, 

Sevgi nədir, çoxu bunu dadmayıb, 

Dadan varsa istəyinə çatmayıb.  

 

Gecə yatdı Turpar, bezə büründü, 



Alpis şaha yuxusunda göründü, 

Yerdə atı, boz kölgəsi süründü, 

O Turparla vuruşmağa ərindi, 

Sevgi nədir, çoxu bunu dadmayıb, 

Dadan varsa istəyinə çatmayıb.  

 

Dedi:-Sənə toxunmuram, anan var, 



Ilk sevgimin şahlar şahı Sonan var, 

Sevgi vardır, ona məntək yanan var, 

Sevgi nədir, çoxu bunu dadmayıb, 

Dadan varsa istəyinə çatmayıb.  

 

Sona gərək tanrı ola Altyerdə, 



Mənlə ola, mənlə qala Altyerdə, 

Ana ola, yuva sala Altyerdə, 

Qızçiçəktək yaşa dola Altyerdə, 

Sevgi nədir, çoxu bunu dadmayıb, 

Dadan varsa istəyinə çatmayıb.  

 

Turpar dedi:-Gözəl Sona mənimdir, 



O, Altyerə, sənə qarşı qənimdir, 

Qadın deyil, o oğlana dönümdür, 

Sona mənim ay-ulduzum, günümdür, 

Sevgi nədir, çoxu bunu dadmayıb, 

Dadan varsa istəyinə çatmayıb.  

 

Alpis dedi:-Gəl oturaq danışaq, 



Bu Üstyerdə iki kişi barışaq, 

Istəyirsən lap vuruşaq, yarışaq, 

Biz Sonadan, kimi sevir, soruşaq, 

Üçlük quraq, biz Altyerə qarışaq, 

Sevgi nədir, çoxu bunu dadmayıb, 

Dadan varsa istəyinə çatmayıb.  

 

Mən Alpisəm, bir də ölüb, doğulmam, 



Gedək mənlə, bu  Üstyerdə boğulma, 

Sən yanıqsan, orda, burda yıxılma, 

Tunq yandırıb səni, mənə ağ olma, 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

738 


 

Sevgi nədir, çoxu bunu dadmayıb, 

Dadan varsa istəyinə çatmayıb.  

 

-Sən Sonadan əl çək, o qız gəlindir, 



Bir könlü var, dənizlərdən dərindir, 

Sənə qarşı dəmir kimi sərindir, 

Ilk sevgimiz bizə dönməz kəbindir, 

Sevgi nədir, çoxu bunu dadmayıb, 

Dadan varsa istəyinə çatmayıb. 

 

Şimşəkquyruq gözdən itdi bir anda, 



Alpis güldü, həm ağladı yalandan, 

O yapışdı yenə yaxşı, yamandan, 

Istədi ki qıtlıq sala hər yanda, 

Sevgi onu süpürlədi yamanca, 

Sevgi nədir, çoxu bunu dadmayıb, 

Dadan varsa istəyinə çatmayıb.  

 

Dedi:-Onu sən sevirsən beş ildir, 



Sənin sevgin bütöv sevgi deyildir, 

Sevgi qandan, oddan uzaq bir güldür, 

Sevgi nədir, çoxu bunu dadmayıb, 

Dadan varsa istəyinə çatmayıb.  

 

Sevirsənsə get Üstyerdə yuva qur, 



Çovğun, yanğın, seldən, yeldən uzaq dur, 

Sevgi olmaq, sevgi qurmaq bax, budur, 

Sevə bilməz qızı, yurdu hər qotur, 

Sevgi nədir, çoxu bunu dadmayıb, 

Dadan varsa istəyinə çatmayıb.  

 

Alpis yenə sevgisindən utandı, 



Utanaraq boynu, beli qatlandı, 

Birdən atın lüt belinə atlandı, 

Sevgi nədir, çoxu bunu dadmayıb, 

Dadan varsa istəyinə çatmayıb.  

 

Buna görə sevə bilmir böyüklər, 



Sevə bilmir içəridən çürüklər, 

Soyuq gözlər, soyuq əllər, bəbəklər, 

Sevgi nədir, çoxu bunu dadmayıb, 

Dadan varsa istəyinə çatmayıb.  

 

Alpis getdi, ta dönmədi Parselə, 



Sevgi onu yontaladı bax, belə, 

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

739 


 

Döndü sevgi yollarında əfələ, 

Sevgi nədir, çoxu bunu dadmayıb, 

Dadan varsa istəyinə çatmayıb.  

 

El şah seçdi üzüyanıq Turparı, 



Şah yey tutdu yoxsul, əli qabarı, 

Beli əyən vergi yarı, yapyarı, 

Yanaqlar al, təkcə çorək sap-sarı, 

Sevgi nədir, çoxu bunu dadmayıb, 

Dadan varsa istəyinə çatmayıb.  

 

 



       

 

 

         Qardanağ söylənci 

 

Dümağ doğdu, oğlu oldu ağappağ, 



İlk sevginin ilk beşiyi gözəldir. 

Ad qoyuldu bu körpəyə Qardanağ, 

İlk sevginin ilk beşiyi gözəldir. 

 

Urər çox da sevinmədi uşaqla, 



Baş qarışdı yemək, içmək qonaqla, 

Bir il susdu Dümağ, soldu yanaqlar, 

İlk sevginin ilk beşiyi gözəldir. 

 

Doğdu qızlıq, köpük atdı Dümağın, 



O unutdu güləşməyi, yarağı, 

Batdı səsi, ancaq doldu qucağı, 

O unutdu mal-qaranı, otlağı, 

İlk sevginin ilk beşiyi gözəldir. 

 

İldən-ilə böyüdükcə Qardanağ, 



Çəkdi onu öz qoynuna dağ, oylaq, 

Köksü sağlam, qolu güclü, başı sağ, 

Adı qaldı dağlar oğlu Qardanağ, 

İlk sevginin ilk beşiyi gözəldir. 

 

O görmədi ata, ana marağı, 



Urel dedi, qalxdı, endi qırtlağı, 

Qucaqladı kolu, otu, alağı, 

Sevdi qışda qışlağ, yayda yaylağı, 

İlk sevginin ilk beşiyi gözəldir. 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

740 


 

Bir gün gördü bir qurd bərkdən ulayır, 

Getdi ona yandan baxdı, dolayı, 

Onu görcək qurd quyruğun bulayır, 

Balasını alıb tez-tez yalayır, 

İlk sevginin ilk beşiyi gözəldir. 

 

Yaralı qurd sanki düşüb ölürdü, 



Axan qanı balasına silirdi, 

Qurd elə bil öldüyünü bilirdi, 

Sürünərək ona yaxın gəlirdi, 

İlk sevginin ilk beşiyi gözəldir. 

 

Gördü gendən baxır qurda yapalaq, 



Eşələnir sıçramağa qurdsayaq, 

Qurd öləntək bala qurdu udacaq, 

Aldı, qaçdı bala qurdu o qıvraq, 

Ilk sevginin ilk beşiyi gözəldir. 

 

Bunu gördü, dinclik tapdı qurd nədən, 



Silkələndi, güclə qalxdı yerindən, 

Ancaq yerə sərələndi o birdən, 

İlk sevginin ilk beşiyi gözəldir. 

 

Balaca qurd Qardanağa sarmaşdı, 



Ana bilib qucaqına dırmaşdı, 

Zingildədi, Qardanağla qarmaşdı, 

İlk sevginin ilk beşiyi gözəldir. 

 

O bala qurd evdə artdı, böyüdü, 



Dümağ ilə, Qardanağla uyudu, 

Çoxu dedi. Bu qurd deyil, ayıdır, 

Ilk sevginin ilk beşiyi gözəldir. 

 

Dümağ dedi:-Min atını, çap, oğul, 



Böyük baban Turqdur, onu tap, oğul, 

Dediyini, bildiyini yay, oğul, 

Get bacarsan, Turqbaba ol, ay oğul, 

Onun kimi qurda sayınsay oğul, 

İlk sevginin ilk beşiyi gözəldir. 

 

Urel, Uryer köçərilər yurdudur, 



Gəlib  gedən ötərilər yurdudur, 

Bura çoxdan təpərlilər yurdudur, 

İlk sevginin ilk beşiyi gözəldir. 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

741 


 

Urər gəlib burda yeni yurd salıb, 

Dümağ kimi bir basılmaz qız alıb, 

Sonra urlar axıb bura, lap dolub, 

Gələn daha qayıtmayıb, çox qalıb, 

İlk sevginin ilk beşiyi gözəldir. 

 

Turqər deyib, Uru başev edəcək, 



Əkbitənin başevliyi bitəcək, 

Döyüş-vuruş, çarpışmalar ötəcək, 

İlk sevginin ilk beşiyi gözəldir. 

 

Qurdər Urda yerinc oldu otuz ay, 



Qapı açdı satallığa taybatay, 

Buradadır isti qışla, sərin yay, 

Ərik, üzüm, alma, armud, limu, çay, 

İlk sevginin ilk beşiyi gözəldir. 

 

Mindiyarın ilk beşiyi Qılqamış, 



İldə beş yol qar var, qırx yol gur yağış, 

Çaylarıyla guruldayır dolanış, 

Odur burda toxdaq olub yaşayış, 

Oncə burda başlamışdır yaranış, 

İlk sevginin ilk beşiyi gözəldir. 

 

Turqər durub tanrılarla yanaşı, 



Burda olub dillilərə başbaşı, 

Şamxat qızı Turq Şamxatın qardaşı, 

Başev olmaq burda buna yaraşır, 

İlk sevginin ilk beşiyi gözəldir. 

 

Çayı, gölü, axmazı var buranın, 



Turqər kimi atası var buranın, 

Minçiçəyi, boyası var buranın, 

Ani kimi anası var buranın, 

Orayla az arası var buranın, 

İlk sevginin ilk beşiyi gözəldir. 

 

                 *** 



 

Bir Qaşqa at verdi ata oğluna, 

Tez unudar oğul ata verəni. 

Şıllaq atıb oynaqladı Qaşqa at, 

Tez unudar oğul ata verəni. 

 

Qılınc verdi, qalxan verdi, bizuc, ox, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

742 


 

“Sağol” dedi, ancaq üzdə sevinc yox, 

Anasını çox sevirdi, daha çox, 

Tez unudar oğul ata verəni. 

 

Bir il döyüş çəmi keçdi Qardanağ, 



Vuruşlarda sındı, düşdü çox yaraq, 

Yaralandı döş-baş, köküs, əl-ayaq, 

Hər bir çəmi o öyrəndi beşsayaq, 

Tez unudar oğul ata verəni. 

 

Ata dedi:-Bacın olub, gözlə sən, 



Qırxı çıxsın, sonra toxdaq gedərsən, 

Çox ayıq ol, hər bir kəndən keçərsən, 

Bir də ayıq öz-özündə itərsən, 

Harda qorxsan çağır məni, gəlim mən, 

Tez unudar oğul ata verəni. 

   


Dedi:-Ata, körpə uşaq deyiləm, 

Mən ağacda sallaq budaq deyiləm, 

Mən oğulam, sınıq-salxax deyiləm, 

Tez unudar oğul ata verəni. 

 

Qırxı çıxdı qızın, adı Ağdanağ, 



Qardaşına baxdı, güldü kök uşaq, 

Bacısını öpdü, getdi  Qardanağ, 

Tez unudar oğul ata verəni. 

Şamxat gördü Qardanağı ötəri, 

O adladı görünmədən çəpəri, 

Urər duydu bunu girdi içəri, 

Yoxdu daha onçun sevgi dəyəri, 

Tez unudar oğul ata verəni. 

 

Şamxat bir gənc Urər gördü burada, 



Son sevgisi dindi, durdu burada, 

Qardanağa könül verdi burada, 

Tanıdığı evə girdi burada, 

Tez unudar oğul ata verəni. 

 

Şamxat onda bərk sevirdi Urəri, 



Burda onun alçalmışdı dəyəri, 

Yox olmuşdur tanrılığın kəsəri, 

Ayrılmışdır burdan incik, küsəri, 

Tez unudar oğul ata verəni. 

 

Qardanağı gördü Şamxat dayandı, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

743 


 

Əski sevgi diksinərək oyandı, 

Urər deyil, Qardanağı bəyəndi, 

Üzü sevgi işığına boyandı, 

Tez unudar oğul ata verəni. 

 

Gənc Qardanağ sanki gənc Urərdi, 



Onda Şamxat ona köküs gərərdi, 

Sevgi əkdi onda Şamxat, nə dərdi, 

Tez unudar oğul ata verəni. 

 

Ata Şamxat sevgisini duymadı, 



Üz döndərdi, onu evə qoymadı, 

Urər sevgi tanrısını saymadı, 

Gələn Şamxat tanrısına uymadı, 

Tez unudar oğul ata verəni. 

 

 

Urdiyara gəldi Şamxat birbaşa, 



Ona indi belə sevgi yaraşar, 

Bu oyun da bənzəyirdi “beşdaşa”, 

Tez unudar oğul ata verəni. 

 

Bər-bəzəklə yeniyetmə qız oldu, 



Yanqı gözlər, cüt dodaqlar köz oldu, 

İpək idi, boyaqlandı bez oldu, 

Getdi inam, bu sevgidə buz oldu, 

Tez unudar oğul ata verəni. 

 

              *** 



Ora yaxın bir kənd vardı, dağınıq, 

Yoxsul kəndin varı-yoxu otlaqdır. 

Otlaqlarda bir qız düşüb qalmışdır, 

Yoxsul kəndin varı-yoxu otlaqdır. 

 

Üzüqoylu ağlayırdı ürəkdən, 



Uşaq ağlar ancaq belə bələkdə, 

Saçlarında toxunma börk, çiçəkdən, 

Yoxsul kəndin varı-yoxu otlaqdır. 

 

Yaxınlaşdı qızdan “kimsən” soruşdu, 



Gördü onu, ala gözlər sayrışdı, 

Bir də baxdı, bu yol üzü qırışdı, 

Yoxsul kəndin varı-yoxu otlaqdır. 

 

-Nənəm məni qovub evdən təpiklə, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

744 


 

Deyir, gərək sən  gəzəsən örtüklə, 

Necə gəzim mən, örtüklə, ələklə, 

Yoxsul kəndin varı-yoxu otlaqdır. 

 

Oğlan baxdı bu gözəlin üzünə, 



O inandı ağlar qızın sözünə, 

Durub qıvraq, qız oturdu tərsinə, 

Yoxsul kəndin varı-yoxu otlaqdır. 

-Sən gözəlsən, yerə yatma busayaq, 

Gedək sizi barışdırım, alyanaq, 

Qalar qallam sizə gecə mən qonaq, 

Yoxsul kəndin varı-yoxu otlaqdır. 

 

Gedək, səni  mən aparram Ura mən, 



Sonra hara istəyərsən, ora mən, 

İstəməsən ayrılaram sonra mən, 

Yoxsul kəndin varı-yoxu otlaqdır. 

 

Qız söylədi:-Mən qorxuram, ay oğlan, 



Sən həm igid, həm gözəlsən, həm aslan, 

Tək-təkinə at çapırsan haradan, 

Yoxsul kəndin varı-yoxu otlaqdır. 

 

-Mən Ureldən at çapıram Uryerə, 



Igid gərək iş axtara, iş görə, 

Mən vurğunam bir də geniş Görgörə, 

Yoxsul kəndin varı-yoxu otlaqdır. 

 

-Al tərkinə, məni apar özünlə, 



Mən çıxmaram sənin heç bir sözündən, 

Qurtararam qarı nənə üzündən, 

Yoxsul kəndin varı-yoxu otlaqdır. 

 

-Gedək, öncə ağbirçəyi görüm mən, 



Nənəmizin qulluğunda durum mən, 

Alıb sənə özgə yuva qurum mən, 

Yoxsul kəndin varı-yoxu otlaqdır. 

 

Elə bu an bir səs gəldi uzaqdan, 



Bir atlıydı, əli iti yaraqda, 

Qız çəkilib durdu bir az qıraqda, 

Yoxsul kəndin varı-yoxu otlaqdır. 

 

 



-Nə durubsan, ahay oğlum, Qardanağ? 

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

745 


 

Kim yolunu kəsib, hansı yapalaq? 

O Alpisdir, o Şamxatdır dur uzaq, 

Yoxsul kəndin varı-yoxu otlaqdır. 

 

                 *** 



Dümağ idi, Qardanağın anası, 

Yuxuda da ana gəzir balanı. 

O yuxuda ağlar gördü oğlunu, 

Yuxuda da ana gəzir balanı. 

 

Dümağ dedi:-Hara qaçdı o şırtı? 



Sevgi deyib bu yollarda o qartıb, 

Hər iyidi  öz qoynuna o dartır, 

Ondan sevgi, bundan ərlik o qırtır, 

Yuxuda da ana gəzir balanı. 

 

Dümağ çapıb, qıvraq gəlib çatmaqda, 



Qız yox idi, yox olmuşdur otlaqda, 

O baxırdı Qardanağa uzaqdan, 

O qorxurdu iyid ana Dümağdan, 

Yuxuda da ana gəzir balanı. 

 

Qardanağ da dedi:- Ana yazıqsan,  



Ayıqlıqda sən quşdan da ayıqsan, 

Sən hamıdan, sən məndən də duyuqsan, 

Yuxuda da ana gəzir balanı. 

 

Nə bilirsən o qız pisdir, pozuqdur, 



O gözəldir, gözəl ağzı yumuqdur, 

Nənəsylə araları qırıqdır, 

Elə demə, dediklərin artıqdır, 

Yuxuda da ana gəzir balanı. 

 

-O Şamxatdır, oğlum, sevgi tanrısı, 



Ancaq yoxdur sevgi ilə arası, 

Odur, çıxıb baxır bizə qarısı, 

Yoxdur onun əri, evi, qapısı, 

Yuxuda da ana gəzir balanı. 

 

-Kim olsa da ana, o çox duyuqdur, 



Qız ürəyi onun ovuq-ovuqdur, 

Onu sevmə, o kimsəsiz yazıqdır, 

Yuxuda da ana gəzir balanı. 

 

Ana çaptı atı qızın yönünə, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

746 


 

Qarı çıxdı birdən onun önünə, 

Qız büründü qatı meşə çəninə, 

O qayıtdı yenə təklik gününə, 

Yuxuda da ana gəzir balanı. 

 

-Gördün oğlum, tanrılaşdı qız, nənə, 



Çəkildilər deyən yerin dibinə, 

Öyrənc olsun bu olaylar qoy sənə, 

Mən anayam, bala inan sən mənə, 

Yuxuda da ana gəzir balanı. 

 

Acıqlandı anasına Qardanağ, 



Dedi:-Ana qopuq olma busayaq, 

Sən anasan, sən kötüksən, mən budaq, 

Qayıt, səni səslər bacım Ağdanağ, 

Yuxuda da ana gəzir balanı. 

 

Bunu deyib o at qovdu o yana, 



Girdi seyrək çənə, qatı dumana, 

Dümağ soldu, döndü sarı samana, 

Heç bilmədi atı çapsın hayana, 

Yuxuda da ana gəzir balanı. 

 

                *** 



Tanrı, nə güc buyurubsan sevgiyə, 

Sevgi ilə hər bir ürək uçardır. 

Ata, ana çox üz vurma çəkil get, 

Sevgi ilə hər bir ürək uçardır. 

 

Tanrım, bax gör hara çapır Qardanağ? 



Çapır qızın arxasınca çaparaq, 

Bu sevgidir, ya qırıcı yatalaq, 

Sevgi ilə hər bir ürək uçardır. 

 

Nə dərindir bunun kökü, meynəsi, 



Bu sevgiyə ata, ana neynəsin, 

Tanrım, qoyma ana konlü göynəsin, 

Qoy düzünü tanrı özü söyləsin, 

Sevgi ilə hər bir ürək uçardır. 

 

Gözəl Şamxat, sevirsənsə ərə get, 



Hər yerə yox, səni sevən yerə get, 

Get, ayrılmış sevgiləri seyrə get, 

Hara getsən sən yaxşılıq törə, get, 

Sevgi ilə hər bir ürək uçardır. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

747 


 

 

Qoy sevgiyə ölçü, sevgi tanrısı, 



Sil üzlərdən ayrılığın sarısın, 

İlk sevgi ol, ta olmasın ayrısı, 

Hamı olsun ilk sevginin durusu, 

Sevgi ilə hər bir ürək uçardır. 

 

Sevgi öyrət, sevilməyi hamıya, 



Sevgi apar hərbi evə, qapıya, 

Sevgi anlat ağsaqqala, qarıya, 

Sevgi ilə hər bir ürək uçardır. 

 

                *** 



 

Qardanağın Qaşqa atı yel idi, 

Ata baxsan, yel nədir ki, ox olar. 

Dedi:-Qaşqa, məni çatdır o qıza, 

Ata baxsan, yel nədir ki, ox olar. 

Dedi:-O qız ürəyimi aparıb, 

Qaşqa atım, bir az da tez çaparım, 

Qaçan qızı axtararım, taparım, 

Ata baxsan, yel nədir ki, ox olar. 

 

Qaşqa atım, qop torpaqdan, dön yelə, 



Çap Ureldən, gedək çataq Uryerə, 

Hara çatdı, harda qaçdı qız görən, 

Ata baxsan, yel nədir ki, ox olar. 

 

Qaşqa ata nə səs çatdı, nə də yel, 



Dalda qaldı neçə oba, neçə el, 

Alammadı qabağını nə çay, sel, 

Ata baxsan, yel nədir ki, ox olar. 

 

Bir qız gördü, su çəkirdi quyudan, 



Dedi, durum, içim bir az o sudan, 

Çıxım bir az yorğunluqdan, uyğudan, 

Mənim anam nə deyirdi, doğrudan, 

Ata baxsan, yel nədir ki, ox olar. 

 

Qız su verdi Qardanağa tuluqda, 



Su dişini gizildətdi soyuqdan, 

Dedi:-Ay qız, görübsənmi yovuqdan, 

Bir gözəl qız toxunma ot papaqda, 

Ata baxsan, yel nədir ki, ox olar. 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

748 


 

-O qız mənəm, bər-bəzəyi atmışam, 

Mən Turqərin düz yolunu tutmuşam, 

Yer üzünün hər dadını dadmışam, 

Öz yolumu doğru yola qatmışam, 

Ata baxsan, yel nədir ki, ox olar. 

 

Mən Şamxatam, dönük sevgi tanrısı, 



Dolanışın tutumunun yarısı, 

Mənəm uçar düşüncələr pərisi, 

Mənəm süzmə pətək balın arısı, 

Ata baxsan, yel nədir ki, ox olar. 

 

Məni sevmək, sevib qalmaq çətindir, 



Mənim sevgim axmazlardan dərindir, 

Sevən çoxdur, sevməyənlər min-mindir, 

Şamxat isə sevgisində yetimdir, 

Ata baxsan, yel nədir ki, ox olar. 

 

Tanrı deyil, tanrılıqda ögeyəm, 



Qıvraqlıqda, işdə həm yer, həm göyəm, 

Üzdə tanrı, öc almaqda mən böyəm, 

Sevməkdə yox, sevilməkdə mən keyəm, 

Ata baxsan, yel nədir ki, ox olar. 

 

Doğru sevgi tanrısı var, İştardır, 



O, üzərdir, çapar, köçər, uçardır, 

İştar bilir dolanışda nə vardır, 

Tanrılıq var, bizim böyük diyardır, 

Ata baxsan, yel nədir ki, ox olar. 

 

Ana sevgi, mən sevdiyim o qadın, 



Yaxınlaşdı mənə hər gün bir addım, 

Tapşırdı ki, Yengisoyu aldadım, 

Ata baxsan, yel nədir ki, ox olar. 

 

Sonra Turqər, sonra Alpis, sonra mən, 



Anan bilir, deyən sən də bilirsən, 

Mən bu sayaq qopdum tanrı yerimdən, 

Belə oldum öz-özümə tanrı mən, 

Ata baxsan, yel nədir ki, ox olar. 

 

İndi isə gördüyün mən bir qızam, 



Turqdan sonra çətin bir də yol azam, 

On ildən bir dəyişilir hər adam, 

İndi daha öz-özümə mən yadam, 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 


Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin