Söhrab Tahir "Ata" Epos-poema II cild
723
Sevgi daha yanqı olur uzaqdan.
Mindiyarın şahı Tunqər alpandır,
Qabağında Basar, güclü yalandır,
Sonbeşiyi sizin şahız Çatandır,
Sevgi daha yanqı olur uzaqdan.
Mindiyara Misir olsun bir dayaq,
Bundan sonra yaxın olaq, bir olaq,
Biz sizlərdən pambıq alaq, duz alaq,
Sizdə bizdən ipək, göy daş, qarayağ,
Sevgi daha yanqı olur uzaqdan.
Hamı gəldi söz eşitdi, danışdı,
Bir-birinin əl qolundan yapışdı,
Güləşçilər qucaqlaşdı, barışdı,
Sanki Misir Mindiyara qarışdı,
Sevgi daha yanqı olur uzaqdan.
Birdən Turpar soraqladı ananı,
O düşündü, niyə gözəl Sonanı,
Atdım-atdım gəzdi, gördü hər yanı,
Gördü Sona ondan üstün dayanır,
Sevgi daha yanqı olur uzaqdan.
“Qayıdaram Sonam mənim, biryolluq,
Sənlə anam bir də Turpar bir olluq,
Bizdən uzaq olsun Alpis biryolluq,
Ölkə bizə arxalansın qoy artıq”,
Sevgi daha yanqı olur uzaqdan.
XXXI QAPI
Buzər söylənci
Sona oğlan paltarında gəzirdi,
Oğlan qıza, qız oğlana oxşayar.
Nə olaydı mən də oğlan olaydım,
Oğlan qıza, qız oğlana oxşayar.
Buzər hər gün düşünürdü Sonanı,
“Görüşdürüm Sona ilə anamı,
Salım işə, açım çox-çox yalanı,
Daryaş gedən yolu, olan-qalanı,
Oğlan qıza, qız oğlana oxşayar.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
724
Yaxınlaşım Sona ilə Turpara,
Ikisinə vurum lapdan bir yara,
Bu yaradan birini də Besyara,
Oğlan qıza, qız oğlana oxşayar.
Mən onları Turqa qarşı yollayım,
Üçünü də yalan ilə çullayım,
Mən onları sonda yana tullayım,
Şah atımı yəhərləyim, yallayım,
Onu qızıl nallar ilə nallaym,
Oğlan qıza, qız oğlana oxşayar.
Düşünürdü Buzər hər gün bax belə,
Iki adam göndərmişdi Minelə,
Ancaq Sona görünmürdü, yox hələ,
Oğlan qıza, qız oğlana oxşayar.
Hərdən özü cındır geyib gedirdi,
Uzaq-uzaq kənd yerində itirdi,
Axtarırdı qızı, yollar bitirdi,
O Sonanın yanından da ötürdü,
Oğlan qıza, qız oğlana oxşayar.
Bilməyirdi ki, lap yaxında dayanan,
Qız deyildir, lap Sonadır bu oğlan,
Buzər bunu nə biləydi, haradan,
Oğlan qıza, qız oğlana oxşayar.
Bir gün Buzər bir oğlanla görüşdü,
-:Burda Sona adlı qız var?- soruşdu,
Oğlan baxdı ona, üzü dəyişdi,
Oğlan qıza, qız oğlana oxşayar.
Oğlan dedi:-Vardır, bizə yaxındır,
Ancaq o qız çox üzlüdür, çılğındır,
O qız deyil, dava-dalaş, qırğındır,
Oğlan qıza, qız oğlana oxşayar.
Buzər dedi:-Elə odur, düz dedin,
Hələ onda olanları az dedin,
Bir yol göstər, o qız gilə mən gedim,
Oğlan qıza, qız oğlana oxşayar.
Yola düşdü, oğlan Buzər dalınca,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
725
O gəzdirdi onu, gücdən salınca,
Buzər əzgin, bənzər boş bir balınca,
Oğlan qıza, qız oğlana oxşayar.
Öz evinə gətirdi o, qonağı,
Daldan vurdu peysərindən çomağı,
Yapdı onu yerə təzəksayağı,
Oğlan sardı onun əlin-ayağın,
Oğlan qıza, qız oğlana oxşayar.
Dedi:-Mənəm sən axtaran Sona, mən,
Parsdiyara şah olmazsan bir də sən,
Tərpənmirsən burda Buzər, yerindən,
Daryaş öldü, o dirildi yenidən,
Istəyirsən sən də diril, öl hərdən,
Oğlan qıza, qız oğlana oxşayar.
Buzər dedi:- Turpar sağdır, ay yazıq,
Misireldən qayıdıbdır o artıq,
Götür onu gəl Parselə bir aylıq,
Qarşılaram onu şahtək, bir olluq,
Keçər gedər bu ayrılıq, uzaqlıq,
Oğlan qıza, qız oğlana oxşayar.
Sona çaşdı, inanmadı Buzərə,
Turpar deyə, soraq verdi hər yerə,
O əl atdı yerə, göyə, gör-görə,
Dop-dolaşıq söyləyirdi söz hərə,
Oğlan qıza, qız oğlana oxşayar.
Ancaq sözü Buzər şahın düz oldu,
Sona çaşdı bir sevgisi yüz oldu,
O gözlədi, çox yollara göz oldu,
Qara günü işıqlandı, yaz oldu,
Oğlan qıza, qız oğlana oxşayar.
***
Iki atlı lapdan durdu üz-üzə,
Tanrı gücü verib ölməz sevgiyə.
Atlar durdu, biri birini tanıdı,
Tanrı gücü verib ölməz sevgiyə.
Bir-birini tanımadı atlılar,
Kimdir bunlar, bu Sonadır, bu Turpar,
Mindiyarda üzü yanıq biri var,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
726
Üz örtüyü dalından da tanınar,
Sona dedi:-Sən Turparsan ay oğlan,
Turpar dedi:-Sən Sonasan ay oğlan,
Yaxınlaşıb dayandılar yanbayan,
Öpüşdülər üz örtüyü dalından,
Tanrı gücü verib ölməz sevgiyə.
Sürtüşdülər, iyləşdilər atlar da,
Bunlar harda, tanrım söylə sən harda,
Bunlar sevgi içindədir, şah darda,
Tanrı gücü verib ölməz sevgiyə.
Sona dedi:-Turpar, sənə nə olub,
Üzün yanıb çapıqlaşıb, az solub,
Nə olubsa yaraşığın yey olub,
Görkəmini bir xoş görüş, zəhm alıb,
Tanrı gücü verib ölməz sevgiyə.
Sona dedi:- At örtüyü, aç, görün,
Sənin artıb, çoxalıbdır ər yerin,
Yeydir mənə, mən beləcə üz görüm,
Tanrı gücü verib ölməz sevgiyə.
Turpar atdı üz örtüyü üzündən,
Çox sevindi qızın igid sözundən,
Aldı öpdü qızın qara gözündən,
Tanrı gücü verib ölməz sevgiyə.
***
Tunqər bildi, çağırtdırdı onları,
Başçı gərək üzüyola olmaya.
Dedi:-Oğlum, qızım, doğmam, sevimlim,
Başçı gərək üzüyola olmaya.
Necə gündür Buzər gedib, yox olub,
Yerinc yeri Parsdiyarda boş qalıb,
O yerləri qıtlıq alıb, vay alıb,
Başçı gərək üzüyola olmaya.
Düş qabağa, toy günləri gələcək,
Besyar ana sevinəcək, güləcək,
Nəvə görüb özün nənə biləcək,
Başçı gərək üzüyola olmaya.
Parsdiyarda Buzər yerinc olammaz,
Olsa bir ay heç yerində qalammaz,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
727
Ölkə belə bicləməylə dolanmaz,
Başçı gərək üzüyola olmaya.
Parsdiyarda yerinc yeri sizindir,
O yer, o yurd, o dağ, oylaq bizimdir,
Bilin bu da mənim köklü sözümdür,
Başçı gərək üzüyola olmaya.
Sona dedi:-Buzər məndə tutuqdur,
Əl-ayağı bağlı, ağzı yumuqdur,
Gözü başı, qarnı şişib tuluqdur,
Bicləmədə şah deyildir, yoluqdur,
Başçı gərək üzüyola olmaya.
-Bunu hələ gətirməyin siz dilə,
İş başına keçməyimiz var hələ,
-Qorxuram ki, ac qalaraq o ölə,
Başçı gərək üzüyola olmaya.
-Alıb onu gecə sallıq dustağa,
O çəkilər bicləmədən qırağa,
Qalar-qalar dönər dərin battağa,
Başçı gərək üzüyola olmaya.
Parsel indi Darvideli bəyənir,
Bicləmədə Balasqelə güvənir,
O Hind, İlam, Asurellə öyünür,
Başçı gərək üzüyola olmaya.
Ayıq olmaq gərək vergi işində,
Ağrı olub vergi elin döşündə,
Bicləmədən tutuq bir iş düşəndə,
Başçı gərək üzüyola olmaya.
Indi ölkə dolandırmaq ağırdır,
Ad qazanmaq yerinc üçün uğurdur,
Uğursuz şah, yerinc, başçı sağırdır,
Başçı gərək üzüyola olmaya.
Indi gedin ananızla görüşün,
Çox işlər var, bollu, ondan soruşun,
Siz qayıdın o anaya qarışın,
Acıqan var üzüyola, barışın,
Başçı gərək üzüyola olmaya.
***
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
728
Besyar öncə qucaqladı Sonanı,
Evi, üzü gülləndirən qonaqdır.
Dedi:-Qızım, sən Turpardan qocaqsan,
Evi, üzü gülləndirən qonaqdır.
Göz yaşıdır hər görüşdə yaraşıq,
Ana bala oldu iki sarmaşıq,
Ev gülləndi iki sevgi qarışıq,
Evi, üzü gülləndirən qonaqdır.
Ana üç yol balasını yaladı,
Üzərlikdən qalın tüstü qaladı,
Dörd yanına bulaq suyu tulladı,
Evi, üzü gülləndirən qonaqdır.
Çöldən bir səs eşidildi, xarıltı,
Sonra göydə, buludlardan gurultu,
Sonra sözlər eşidildi dilaltı,
Evi, üzü gülləndirən qonaqdır.
-Ahay Sona söylə Buzər hardadır?!
Zarıldayır, sanki başçı dardadır,
Deyən burda gizlədibsən, burdadır,
Evi, üzü gülləndirən qonaqdır.
Mən Alpisəm, qorxur məndən yaranış,
Yaxşıyla pis arasında yox barış,
Yoxdur yerdə yaranmışa qurtuluş,
Evi, üzü gülləndirən qonaqdır.
Mən sevirəm səni, bunu bilirsən,
Sən get-gedə mənə yaxın gəlirsən,
Mən yaşayır, sənsə hər gün ölürsən,
Evi, üzü gülləndirən qonaqdır.
Sona dedi:-Bu Alpisdir, qabırğa,
Turpar cumdu, gördü çöldə qasırğa,
Bir yiyəsiz atdır gələn, at yorğa,
Evi, üzü gülləndirən qonaqdır.
Dedi:-Alpis mən Turparam, yanığam,
Üz-göz, gövdə başdan başa çapığam,
Ancaq Sona sevgisində ayığam,
Bu sevgidə mən tanrıdan qoruğam,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
729
Evi, üzü gülləndirən qonaqdır.
Mən Turparam, qalır ağır çəkərim,
Yammayıbdır köksüm, qolum, təpərim,
Yana-yana getdim gördüm Altyeri,
Yoxdur sənin Altyer, Üstyer dəyərin,
Evi, üzü gülləndirən qonaqdır.
En atından, görün gözə, vuruşaq,
Qılınc, bizuc, yaydan oxdan yapışaq,
Altyer, Üstyer deyib burda çarpışaq,
Ayaq üstə yaxalaşaq, çapışaq,
Evi, üzü gülləndirən qonaqdır.
Alpis getdi, qasırğa da dalınca,
At üstündə lap kimsəsiz, yalıncaq,
O qayıtdı sevgisiylə utancaq,
Evi, üzü gülləndirən qonaqdır.
Besyar çıxdı ona qayıt, get dedi,
Bu yerlərdən, Mindiyardan it dedi,
Yanlarını basa-basa yort dedi,
Evi, üzü gülləndirən qonaqdır.
Alpis getdi, sevgisindən utandı,
Nə oldusa dizi, dili qatlandı,
Ancaq yandı Sona üçün odlandı,
Evi, üzü gülləndirən qonaqdır.
Sona göyə tutmuş idi üzünü,
Bağlamışdı, qapamışdı gözünü,
Tanrılara çatdırırdı sözünü,
Evi, üzü gülləndirən qonaqdır.
Qonşu söylənci
Parsdiyarı qızışdıran qonşular
Sənə yaxın, üzügülər qonşudur.
Hindel idi, Balasqellə, Asurel,
Sənə yaxın, üzügülər qonşudur.
Bilmişdilər Buzər itib, üç aydır,
Parsdiyarda gündə neçə yas, toydur,
Turpar sağdır, o da köklü Parssoydur,
Sənə yaxın, üzügülər qonşudur.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
730
Gəlirdilər Mindiyarı çapmağa,
Mal-qaranı sürü-sürü qapmağa,
Əldən, evdən çörək, buğda tapmağa,
Adamları qul edərək satmağa,
Sənə yaxın, üzügülər qonşudur.
Unudurdu onlar, bir də qalanlar,
Bu ölkədə Alan, Sayan, Çatan var,
Bir də dönməz, dizçökməzdir bu diyar,
Sənə yaxın, üzügülər qonşudur.
Turqər, Tunqər, Dəmirqızı var hələ,
Eldəbirdən, Yüzdəbirdən yüz belə,
Saysan sənə yüz beləsi tuş gələr,
Sənə yaxın, üzügülər qonşudur.
Qonşu bilir kim varlıdır çəkimdə,
Parsdiyarsa yoxsul idi kökündən,
Var yox idi onun bunun bərkində,
Yağ yox idi dərisində, tükündə,
Su az idi quyuların təkində,
Sənə yaxın, üzügülər qonşudur.
Odur onlar yığışılıb durmuşdu,
Qonşuluqda yaxınlığı qırmışdı,
Yoldaşlıqda son cizgiyə varmışdı,
Aradakı ölkəliyi yarmışdı,
Sənə yaxın, üzügülər qonşudur.
Ancaq onlar gecikdilər arada,
Eşitdilər Turpar şahdır orada,
Bunla birgə durub Tunqər sırada,
Sənə yaxın, üzügülər qonşudur.
Mindiyara orda sevgi dərindir,
Tunqərəsə batmaq çox-çox çətindir,
Bu bölgüdə yerinc təzə gəlindir,
Ona qarşı Parsdiyarlı sərindir,
Sənə yaxın, üzügülər qonşudur.
Buzərşahı gəzdi tapsın acıqan,
Buzər idi döyüşlərdə çalağan,
O götürə bilər Tunqu aradan,
Sənə yaxın, üzügülər qonşudur.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
731
Turqər isə bu bölgünü bilmirdi,
Çoxdan idi bu yanlara gəlmirdi,
Mindiyardan bir səs-soraq gəlmirdi,
Odur, bunca o da deyib gülmürdü,
Sənə yaxın, üzügülər qonşudur.
Soraq çatdı Mindiyara, ellərə,
Acıqanlar yayılıbdır çöllərə,
Səs salıblar, söz qoyublar dillərə,
Biz basarıq döyüşlərdə çox kərə,
Parsdiyardan almalıyıq yer hərə,
Sənə yaxın, üzügülər qonşudur.
Soraq çatdı Mindiyara, ellərə,
Acıqanlar yayılıbdır çöllərə,
Səs salıblar, söz qoyublar dillərə,
Biz basarıq döyüşlərdə çox kərə,
Parsdiyardan almalıyıq yer hərə,
Sənə yaxın, üzügülər qonşudur.
Acıqanlar söz yaymışdır yalandan,
Bu toplumda bir alay var qaplandan,
Arvad-uşaq çox öləcək bu qanda,
Soraq çatdı Mindiyara, ellərə,
Acıqanlar yayılıbdır çöllərə,
Sənə yaxın, üzügülər qonşudur.
Səs salıblar, söz qoyublar dillərə,
Biz basarıq döyüşlərdə çox kərə,
Parsdiyardan almalıyıq yer hərə,
Sənə yaxın, üzügülər qonşudur.
Qurdər gəldi, yardım olsun Turpara,
Başçı oldu Qurdər üç min çapara,
Mindiyardan iki toplum “diyara”,
Sənə yaxın, üzügülər qonşudur.
Eldəbirdi başçı bu gənc yaşında,
Dayanmışdı toplumların başında,
Acıq vardı üz-gözündə, qaşında,
Birləşmişdi Balasqellə Asurel,
Onlar əlbir olurdular ilbəil,
Bu birlikdə güc yox idi elə bil,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
732
Bunu yaxşı anlamışdı Eldəbir,
Sənə yaxın, üzügülər qonşudur.
***
Dəmirqız da at səyirdib gəlirdi,
Öndəkilər arxalanır arxaya.
Uğureldə atlı alay yürüşdə,
Öndəkilər arxalanır arxaya.
Turparərin üz örtüyü var idi,
Tunc toxunma köynək ona dar idi,
Qılıncından qalxan işıq qor idi,
Öndəkilər arxalanır arxaya.
Yaraqlılar qorxurdular Turpardan,
Sağ əlində qılınc, soldasa qalxan,
Atı oynaq, atı yorğa, çapağan,
Öndəkilər arxalanır arxaya.
Gedə-gedə sıraları yarırdı,
Vurub, yıxıb hərdən səssiz dururdu,
Kimi qılınc arxasıyla vururdu,
Kimini də vura-vura yorurdu,
Öndəkilər arxalanır arxaya.
Acıqanın başçıları arxada,
Onlar hərdəm üzə çıxır arada,
Gözləyirlər Turpar çıxsın sıradan,
Çəkinillər bu gənc, atı yorğadan,
Öndəkilər arxalanır arxaya.
Parsdiyara onlar yürüş ediblər,
Bu diyardan şahlıq yeri güdüblər,
Ancaq batıb bir tərslikdə itiblər,
Öndəkilər arxalanır arxaya.
Görüblər ki əlbir olub sıralar,
Parsdiyara yardımçıdır Mindiyar,
O Qurdərdir, bu Sonadır, bu Turpar,
Qarışıqdır bu iş, burda nəsə var,
Öndəkilər arxalanır arxaya.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
733
Qurdər, Sona vuruşurlar yanaşı,
Biri yerinc, o birisi Minbaşı,
Yaraqlılar güdür bacı, qardaşı,
Öndəkilər arxalanır arxaya.
Turpar vurur acıqana bizucu,
Başçılara doğru belə yol açır,
Yaralının tükənəndə son gücü,
Elə bil ki, ağac qopur, dam uçur,
Öndəkilər arxalanır arxaya.
Başçılarsa donub qalıb yerində,
Mindiyarı bu döyüşdə görəndə,
Düşünürlər, udqunurlar dərindən,
Öndəkilər arxalanır arxaya.
Səs yayılır Turqər gəlib döyüşə,
Asur, Balasq üz turşudur bu işə,
Qorxurlar ki, gücün yönü dəyişə,
Öndəkilər arxalanır arxaya.
Bu başçılar güdükçülər kim ola,
Kim olsa da yeriyirlər dal dala,
Ayrı ayrı qaçışırlar sağ sola,
Deyirlər ki, qarışıbdır yol yola,
Öndəkilər arxalanır arxaya.
Yaraqlılar bunu görüb gedirlər,
Başçıların gözlərindən itirlər,
Gedib kolluq arxasında bitirlər,
Öndəkilər arxalanır arxaya.
Vuruşaraq bağırırdı Sona da,
Tərs baxırdı yaraqlılar ona da,
Deyirdilər, bu qız çıxdı haradan,
O qız belə doğulmuşdur anadan,
Vuruşaraq bağırırdı Sona da,
Öndəkilər arxalanır arxaya.
Hərdən-birdən çağırırdı Turparı,
Üzüntüsü üz tutanda yuxarı,
Saç pırtlaşıq, üz büstbütün, sapsarı,
Qoruyurdu iki böyük diyarı,
Öndəkilər arxalanır arxaya.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
734
Dörd bir yanda haray, həşir, gurultu,
Tutaqlardan qopan ağır xarıltı,
Yaralıdan qırıq-qırıq zarıltı,
Qaralırdı gözlərdəki parıltı,
Öndəkilər arxalanır arxaya.
Tunqər girdi döyüşlərə,-vur!-dedi,
Yer tutmağa gələnləri qır!-dedi,
-Üz bağrını, qov buradan,-yor!-dedi,
Nə dedisə hamısını gur dedi,
Öndəkilər arxalanır arxaya.
Acıqanlar başladılar qaçmağa,
Vuruşlardan geriyə yol açmağa,
Qalanlarsa boş torpağı qucmağa,
Öndəkilər arxalanır arxaya.
Alpisin sevgi söylənci
Buzər qaçdı gizli gəldi Parselə,
Qaçmaq yeni yaşamaqdır, sən demə.
Gördü hamı öz işində, döyüşdə,
Qaçmaq yeni yaşamaqdır, sən demə.
Gördü bütün dəyişilib yerinclik,
Gördü burda nə qorxu var, nə dinclik,
Tutub yurdu dolaşıqlıq, girinclik,
Qaçmaq yeni yaşamaqdır, sən demə.
Dedi:-Mənəm burda başçı, Turpar yox,
Yerinc mənəm burda Sona, Besyar yox,
Mənimkidir Parsdiyarda bu var-yox,
Qaçmaq yeni yaşamaqdır, sən demə.
Dünənkilər dörd yanına yığıldı,
Bir çuxura qaçdı, evə soxuldu,
Biri dindi, biri susdu boğuldu,
Buzər dindi qorxu, ürkü dağıldı,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
735
Danışdıqca yeni inam doğuldu,
Qaçmaq yeni yaşamaqdır, sən demə.
Buzər dedi:-Gəlin ölkə quraq biz,
Yerinc olun, başçı olun hərəniz,
Mən olmasam olun burda başçı siz,
Qaçmaq yeni yaşamaqdır, sən demə.
Yekta, Dota, Seta dönsün işinə,
Mən iş verim üç-dördünə, beşinə,
Vurmaz Turpar şahlıq daşı döşünə,
Qaçmaq yeni yaşamaqdır, sən demə.
Tunqər gəlsə vuruşaram onla mən,
O ölkədə, biz olmayaq bəs nədən,
Qoy əl çəksin çıxıb getsin bu yerdən,
Ulamasın Mindiyara o hərdən,
Ta deməsin başlarbaşı mənəm, mən,
Qaçmaq yeni yaşamaqdır, sən demə.
Biri dedi:-Olar bir söz soruşum,
Onlar niyə bizim üçün vuruşur,
Buzər onun sözlərinə qarışıb,
Deyir:-Onlar qurur yeni duruşu,
Sanki Parsel Mindiyarla barışıb,
Qaçmaq yeni yaşamaqdır, sən demə.
Biz ölkəyik, daha diyar deyilik,
Diyar nədir, köləçilik, köləlik,
Biz dözsək də bu duruma hələlik,
Dilənçilik, yoxsulluqdur beləlik,
Qaçmaq yeni yaşamaqdır, sən demə.
Yığıldılar, danışdılar, durdular,
Özlərini inandırıb yordular,
Bir gündəcə böyük ölkə qurdular,
Qaçmaq yeni yaşamaqdır, sən demə.
Gedən toplum basar döndü Parselə,
Gərək onun qabağına el gələ,
Turpar, Sona, Qurdər necə, nə bilə,
Buzərçilər gizli verib əl-ələ,
Gələnləri qıracaqlar ox ilə,
Dönəcəkdir qanaxmaza, qangölə,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Dostları ilə paylaş: |