ÜNS YYƏT MƏDƏN YYƏT , ДАНЫШЫГ ЕТИКАСЫ VƏ MÜRAC ƏT FORMALARI
ДАНЫШЫГ ЕТИКАСЫ ВЯ НИТГ ЕТИКЕТЛЯРИ
ÜNS YYƏT N TQ MƏDƏN YYƏT N N FORMALARINDAN B R K M
Ünsiyyət dedikdə biz nitq və nitqdənkənar təsirin köməyi ilə həyata keçirilən qarşılıqlı münasibəti nəzərdə
tuturuq. Ünsiyyət insanlar arasında təmasın yaranması və inkişafı prosesi kimi meydana çıxır. Heç bir insan birliyi
oradakı adamlar arasında təmas yaradılmadan birgə fəaliyyəti həyata keçirə bilməz və qarşılıqlı anlaşma baş
verməz. Ünsiyyət insanlar arasında birgə fəaliyyət tələbatından doğan təmasın çoxplanlı inkişaf prosesidir. Başqa
sözlə, ünsiyyət iki və daha çox insanın münasibətləri aydınlaşdırmaq və ümumi nəticə əldə etmək məqsədilə öz
səylərini əlaqələndirməyə və birləşdirməyə yönəlmiş qarşılıqlı təsirə deyilir.
Ünsiyyət müxtəlif vasitələrlə həyata keçirilir. Onların içərisində nitq xüsusi yer tutur. Ünsiyyətin ekspressiv
mimik vasitələri də mühümdür: təbəssüm, tərs baxış, mimika, əl və bədənin ifadəli hərəkətləri, vokal mimikası -
bunlardan hər birinin ünsiyyət prosesində öz yeri vardır.
Ünsiyyət prosesində insanlar nəinki mühit haqqında məlumat əldə edir, eyni zamanda müxtəlif adət və ənənələrə
yiyələnir ki, bunlar da real varlığın dərk edilməsinə xüsusi istiqamət verir. Deməli ünsiyyət hər şeydən əvvəl
obyektiv varlığın dərk edilməsini təmin edən əsas şərtdir. Həyati faktlar göstərir ki, ünsiyyət eyni zamanda psixi
proseslərin təzahüründə özünəməxsus tərzdə iştirak edir. Ünsiyyət psixi proseslərin dinamikasına, təzahürünə təsir
göstərir və onları daha da mütəhərrik edir. Ünsiyyət eyni zamanda şəxsiyyətin formalaşmasına da müəyyən tərzdə
istiqamət verir. Şəxsiyyətin təşəkkülü ünsiyyət prosesinin məhsuludur. Belə ki, ünsiyyət sayəsində insan
keyfiyyətcə dəyişir, onun hərtərəfli, ahəngdar inkişafı mümkün olur, o, müəyyən ictimai vəzifəni yerinə yetirir,
sosial rolu ifa edir, zəruri rəftar və davranış normalarına, praktik fəaliyyət vərdişlərinə yiyələnir, ətraf aləmə fəal
surətdə təsir göstərməyə can atır.
Ünsiyyətin vasitəli və vasitəsiz növləri vardır. Vasitəsiz ünsiyyət həm verbal, həm də qeyri-verbal ola bilər.
177
Vasitəsiz ünsiyyətdə nitq mühüm rol oynayır. Elmi- texniki tərəqqi nəticəsində meydana çıxmış mükəmməl texniki
vasitələr insanlar arasında ünsiyyət tərzinin yaranmasına səbəb olmuşdur. Belə ünsiyyət “vasitəli ünsiyyət”
adlanır.
Kollektiv əmək fəaliyyətinin planlaşdırılması və tənzim edilməsini təmin etmək ünsiyyətin yerinə yetirdiyi ən
başlıca sosial funksiyadır. Ünsiyyət eyni zamanda idarəetmə və ictimai nəzarətetmə funksiyasını yerinə yetirir.
Yəni ünsiyyətin xüsusən də nitqin köməyilə cəmiyyət öz üzvlərinə bu və ya digər davranış və rəftar normalarını
yayır, onun mənafeyinə zidd olanları isə pisləyir. Ünsiyyət vasitəsilə qruplararası qarşılıqlı təsir təmin edilir.
Ünsiyyət informasiya mübadiləsi dedikdə informasiyanın iki tərəfi fərqləndirilir. Birinci, kommunikator -
informasiyanı verən, ikincisi resipient -informasiyanı qəbul edən.
nsanlar ünsiyyət prosesində bir- birlərinin fikirləri, ideyaları, hissləri və s. ilə tanış olurlar. Onlar keçmişdə baş
vermiş müxtəlif hadisələr haqqında bir-birinə məlumat verir, ayrı-ayrı məsələlər barəsində bir-birlərinin rəyini və
mülahizələrini öyrənirlər. Bu baxımdan kommunikasiya prosesi informasiya mübadiləsi kimi təhlil oluna bilər.
Kommunikasiyanın iki tipini fərqləndirmək olar: verbal və qeyri-verbal kommunikasiya.
Verbal kommunikasiya. Ünsiyyət prosesində nitq mühüm rol oynayır. nsan istər onu əhatə edən mühit, istərsə də
keçmiş və gələcək barədə hər cür məlumatı əsasən yazılı və şifahi nitq vasitəsilə alır. Nitqin əsas struktur vahidi
olmaq etibarilə söz çox böyük qüvvəyə malikdir. .P.Pavlovun sözləri ilə desək, «Söz fırtına kimi insanın
orqanizminin ən etibarlı hesab edilən psixofizioloji prosesləri belə dağıda bilər, tərsinə çevirər, hətta yox edər və ya
dəyişə bilər». Söz yalnız pozan, dağıdan deyil, eyni zamanda müsbət təsirə malik ən qüvvətli qıcıqlandırıcıdır. Ən
çətin şəraitdə deyilən bircə kəlmə söz belə insanda ruh yüksəkliyi yaradır, onda müsbət emosiyaların baş
qaldırmasına, nəcib əxlaqi keyfiyyətlərin yaranmasına, təzahürünə, həmçinin formalaşmasına istiqamət verə bilər.
Burada əsl məsələ hər sözdən yerində istifadə etmək, bununla da ünsiyyətə düzgün qiymət verməkdir.
Nitqin müxtəlif funksiyaları var. Onlardan bəzilərini qeyd edək:
•
Nitq insanın intellektual fəaliyyətinin əsas silahıdır;
•
Ictimai- tarixi şərait haqqında məlumatı nitq vasitəsilə alınır;
•
Nitq ümumbəşəri təcrübənin mövcudluğunu təmin edir;
•
Nitq milli mədəniyyətin inikas vasitəsidir;
178
•
Nitq idrak alətidir.
Nitqin əsas funksiyası ilə yanaşı, köməkçi funksiyaları da mövcuddur: a) nitqin emotiv funksiyası ( danışanın
emosiyasını, hisslərini ifadə etməsi); b) nitqin poetik, yaxud da estetik funksiyası; j) nitqin nominativ funksiyası; ç)
nitqin yardımçı funksiyası ( məs: allo); d) nitqin fərqləndirmə (diakritik) funksiyası; ə) nitqin interdiktiv
(qadağanedici) funksiyası və s.
Kütləvi informasiya prosesi 4 tərkib hissədən ibarətdir: kommunikator, resipient, verilən məlumat, informasiyanın
verilməsini və qəbulunu təmin edən vasitələr.
Kommunikator. Adi kommunikasiya prosesində kommunikator konkret fərddir. Burada isə məlumatı verən
müəyyən kollektiv və ya qrupdur. Daha doğrusu, verilən məlumat konkret fərdin adından yox, hər hansı kollektiv
adından verilir.
Resipient. Kütləvi informasiya prosesində adətən müəyyən ixtisas sahibləri və ya hər hansı yaş qrupunu təmsil
edən adamlar resipient rolunda çıxış edirlər.
Verilən məlumat. Kütləvi informasiya prosesində veriləcək məlumatın düzgün seçilməsi vacib məsələlərdən
biridir. Bu baxımdan, hansı tipli məlumatlar necə və kimlərin fəal iştirakı ilə çatdırılmalıdır, qeyri-verbal ünsiyyət
vasitələrindən nə şəkildə istifadə edilməlidir və s. kimi məsələlərin düzgün həlli ciddi əhəmiyyət kəsb
edir. nformasiyanın verilməsini və qəbulunu təmin edən vasitələr. Bu vasitələrin düzgün müəyyənləşdirilməsi
kütləvi informasiya prosesinin əsas şərtlərindən biridir. Bununla əlaqədar olaraq aşağıdakı məsələlərin
aydınlaşdırılması zəruridir: hansı kanallar vasitəsilə verilən məlumatları kimlər daha asan, düzgün qavraya bilər, nə
tipli məlumatlar hansı kanallar vasitəsilə verilsə, daha təsirli olar və s.
Qeyri-verbal kommunikasiya vasitələrinin müxtəlif tipləri var. Bu baxımdan aşağıdakılar xüsusi olaraq qeyd
olunur:
1. Mimika sifət əzələlərinin dinamik ifadəsi kimi özünü göstərir. Qaş, göz, yanaq, dodaqlar və s. sifətin bu və ya
digər dərəcədə lokal mimika sahələridir.
Son zamanlar vizual ünsiyyət- «gözlərin təması» problemi diqqəti daha çox cəlb edir. Anatomik baxımdan gözlər
nə qədər müxtəlif olsa da, onların kodları, başqa sözlə, psixosemantikası baxışların, necə deyərlər, rəqsində
açıqlanır.
179
2. ntonasiya ünsiyyətin başlıca akustik vasitəsidir. Ünsiyyət prosesində kommunikatorun resipientə münasibəti
bilavasitə onun intonasiyasında əks olunur. Onun ekspressiv- emosional funksiyası önəmlidir. ntonasiyanın bu
funksiyası xüsusi məntiqi vurğu, pauza və s. kimi akustik vasitələrlə qaynaqlanır.
3. Kinesika «bədən hərəkətlərinin dili» kimi meydana çıxır. nformasiya mübadiləsində onun kodları jestlər
vasitəsilə açıqlanır.
Nitq ünsiyyətinin növləri
nsanlar aras
ında xoş münasibətin yaranmasında gözəl nitq mühüm rol oynayır. Nitq ünsiyyəti üç
formada baş verir:
1) Monoloq və ya monoloji nitq,
2) Dialoq və ya dialoji nitq,
3) Poliloq və ya poliloji nitq.
Yunan mənşəli olan monoloq (monos bir, logos nitq) bir insan
ın, şəxsin və ya adamın nitqi deməkdir.
Monoloji nitq hər yerdə ola bilər. Ailədə, idarələrdə, səhnədə, məktəbdə və s. nsan
öz-özünə monoloq
s
öyləməz, Lakin səhnə adamlarının, müəllimlərin, tələbələrin və başqa ixtisas sahiblərinin məşqi və yaxud hər
hans
ı bir çıxışa hazırlaşmaları (mühazirəyə, dərsə, çıxışa) zamanı işlənə bilər. Monoloji nitq müxtəlif
qruplara b
ölünür:
1) M
ühazirə,
2) Məruzə
3)
Çıxış
4) Nitq
Ali məktəblərdə m
üəyyən mövzu üzrə professor və ya dosentinin şifahi şərhi mühazirə adlanır.
Əvvəlcədən işlənib haz
ırlanmış hər hansı mövzuya məruzə deyilir. Məruzənin üç növü qeyd olunur:
1. Hesabat məruzəsi
180
2. Elmi məruzə
3. Siyasi məruzə
Onu da qeyd etmək laz
ımdır ki, məruzəni müzakirə edirlər, mühazirəni isə yox. Mühazirədə yalnız sual
verilə bilər.
Daha
çox iclaslarda, yığıncaqlarda söylənilən nitqə çıxış deyilir. Çıxışda natiq irad və təkliflərini ifadə
edir.
Çıxış həm elmi, həm siyasi, həm də ictimai xarakterli olur.
Nitq siyasi, ictimai-siyasi və s. şəkildə olur. Bu bax
ımdan nitqin aşağıdakı növləri var:
1. ctimai-siyasi nitq,
2. ttiham nitqi,
3. M
üdafiə nitqi.
4. M
üttəhimin son sözü
Bunlar haqq
ında ayrı-ayrı bölmələrdə daha ətraflı məlumat veriləcək.
Dialoq yunan s
özü (dialogos) olub, iki nəfərin arasında olan söhbət deməkdir.
S
öhbətdə bir neçə adamın iştirak etməsinə isə poliloq deyilir. Poly loqos yunanca (poly - çox, loqos -
nitq)
çoxlu adamın iştirak etdiyi nitq deməkdir. Belə nitq özünü daha çox dram əsərlərində göstərir.
Nitq ünsiyyətinin formaları
Nitq m
üxtəlif formalarda təzahür edir, Nitqin müxtəlifliyi, təzahür formaları a) ifadə yoluna görə və b)
ifadə nizam
ına görə müəyyənləşir.
a) fadə vasitəsinə g
örə nitq iki cür olur:
1. Şifahi nitq.
2. Yaz
ılı nitq.
Şifahi nitqin material
ı sözlər, onların ifadə olunması, tələffüz edilməsidir. Yazılı nitqin materialı hərfi
işarələrdir və onlar
ın vasitəsilə yaranan yazıdır. Şifahi nitqdə səsin ahəngdarlığı, tembr, melodiya, mimika,
jest, d
üzgün tələffüz, emosionallıq, yığcamlıq, səlistlik, aydınlıq və s. nəzərə alınır. Yazılı və şifahi nitqdə
181
monoloqdan, dialoqdan və poliloqdan istifadə edilir. Bəzən isə məruzələr, m
ühazirələr, çıxışlar, hətta bədii
əsərlər (pyeslər, dram əsərləri) yaz
ılı şəkildə verilməsinə baxmayaraq, xalqa, kütləyə daha yaxşı çatdırılmaq
üçün şifahi şəkildə təqdim olunur. Çünki yazılı nitqin imkanları məhduddur.
b) fadə nizam
ına görə də nitq yenə də iki cür olur:
1. Mənsur nitq və ya nəşr şəklində ifadə olunan nitq;
2. Mənzum nitq və ya nəzm şəklində ifadə olunan nitq.
Nəsrlə ifadə olunan nitq roman, povest, n
övella, məqalə, oçerk, reportaj, nağıl, dastan və s. şəklində ola
bilər.
Nəzm əsərlərində isə heca, ahəngdarl
ıq, qafiyə, şerin təqti forması və s. əsas götürülür. Mənzum nitq
nizama sal
ınmış nitqdir, burada kənara çıxmaq mümkün olmur. Nəsr də, nəzm də, həm yazılı, həm də şifahi
ola bilir. Lakin son d
övrlərdə yazılı mənzum nitq yalnız bədii ədəbiyyatda işlədilir. Əvvəllər isə bu nitqdən
riyaziyyat, fəlsəfə, qrammatika və hətta l
üğətlərin yazılmasında istifadə olunur.
Onu da qeyd edək ki, hər bir şəxsin xarakteri, ağl
ı, dünyagörüşü, düşünmə qabiliyyəti müxtəlif olduğu
kimi, nitqi də başqalar
ından fərqlənir. Bu fərq isə fərdi üslubların yaranmasına səbəb olur.
ДАНЫШЫГ ЕТИКАСЫ ВЯ НИТГ ЕТИКЕТЛЯРИ
fadə olunan bu və ya digər fikir nitq mədəniyyətinin tələbləri baxımından düzgün, aydın, məntiqi, yığcam,
səlis, zəngin, canlı, ahəngdar, sadə, dəqiq və anlaşıqlı olmalıdır. Dilin ifadə imkanları o qədər zəngin və o qədər
rəngarəngdir ki, söz və söz formaların hansı sintaktik birləşmədə, hansı mətndə necə işlənməsi haqqında konkret
resept vermək mümkün deyil. Buna görə də eyni dildə danışan hər fərdin öz danışıq tərzi, öz ifadə üsulu var. Lakin
dilin müqəddəsliyini qorumaq, onun ədəbi dil kimi daha da püxtələşməsi və səlisləşməsi naminə yazıda və nitq
prosesində heç kəs ədəbi dilin müəyyən edilmiş normalarından kənara çıxmamalıdır və bu normalara əməl etmək
hamının şərəfli vəzifəsidir.
Məlum olduğu kimi, insanlara məxsus ümumi mədəniyyət müxtəlif komponentlərin məcmusundan ibarətdir.
Mədəniyyətin ən vacib və aparıcı tərkib hissələrindən biri də nitq mədəniyyətidir. Biz nitq mədəniyyəti anlayışına
182
danışıq mədəniyyəti ilə yanaşı, yazı mədəniyyətini də daxil edirik. Əgər hər hansı bir şəxs öz fikrini nitq
mədəniyyətinin yuxarıda sadalanan on bir komponentinin dialektik vəhdəti əsasında ifadə edə bilmirsə, həmin
şə
xsin özünü mədəni adam adlandırmağa heç bir mənəvi haqqı yoxdur.
Hər bir xalqın cəmiyyət üzvləri arasındakı müraciət etiketləri həmin xalqın ümumi mədəniyyətinin bir
hissəsidir.
nsanlar arasındakı ünsiyyət bir-birinə müraciətdən başlanır. Müraciət forması isə müraciət edənlə müraciət
olunan arasındakı münasibətdən asılıdır. Hətta bu asılılıq o dərəcədədir ki, ünsiyyətin başlanması və inkişafı
müraciətlə müəyyənləşir.
Mədəni nitqin etiketləri
Adamlar onları əhatə edənlərlə ünsiyyətdə müxtəlif məqsədlərlə əksəriyyətin işlətdiyi bir sıra ifadələrdən
istifadə edirlər ki, onların böyük bir qismini mədəni danışığın etiketləri təşkil edir. Vaxtilə monarx saraylarında,
diplomatik dairələrdə və s. davranış qaydaları “etiket” adlanırdı. Hal-hazırda hər hansı bir cəmiyyətdə qəbul
edilmiş davranış və nəzakət formalarına da “etiket” deyilir. Xalqımızın milli təfəkkürünə, etnoqrafiyasına,
ə
nənələrinə uyğun işlənilən bu ifadələr, hazır nitq modelləri bütün hallarda adamları razı salır, onlarda xoş ovqat
yaradır, müsahibin fəaliyyətini istiqamətləndirir, qarşılıqlı anlaşmanı təmin edir. Dilimiz belə ifadələrlə zəngindir.
Adamların gündəlik nitq fəaliyyətində onların dünyagörüşü, savad dərəcəsi, dilə şüurlu münasibətindən irəli gələn
rəngarəng ifadələr tez-tez işlədilir.
Elmi dilçilikdə sözün bir neçə vəzifəsi olduğu göstərilir: a) adlandırma (nominativ); b) ünsiyyət
(kommunikativ); v) müraciət (apelyativ).
Öz tarixi inkişafına görə müraciət növlərini belə qruplaşdırmaq olar: a) ailə-qəbilə daxilində müraciətlər; b)
xalq dilində müraciətlər, milli dildə müraciətlər.
Nitqlə
ünsiyyətə başlamazdan əvvəl natiq müraciət etiketlərindən istifadə edir. Bunu nəzərə alaraq,
ümumiyyətlə, Azərbaycan dilinin ədəbi müraciət, danışıq etiketləri haqqında bir neçə söz demək lazım gəlir:
1.
Kömək etmək, qulluq göstərmək məqsədilə: cazə verin kömək edim;
183
Siz əziyyət çəkməyin, bunu mən edərəm; Qulluğunda olum; Sizə kömək etmək lazımdır?; Köməyə ehtiyacınız
varmı?; Mən sizi eşidirəm; Cavab verməyə tələsməyin, bir qədər fikirləşin; Sizi narahat edən nədir?; Sizə nə
kömək edə bilərəm?; Nə buyurursunuz? və s.
2.
ş
gördürmək, soruşmaq, üzrxahlıq etmək məqsədilə: nciməyin,
sizə zəhmət verəcəyəm; əgər mümkünsə;
zəhmət olmasa; Buyruq olmasın; vaxtınız varsa; imkanınız olsa; Sizə əziyyət olacaq; Sizi yormayım; Rica edirəm
danışın; Lütfən söyləyin; Üzr istəyirəm; Əvvəlcədən minnətdarlığımı bildirirəm və s.
3.
Məmnun olmaq məqamında: Razıyam; Etiraz etmirəm; Sizinlə şərikəm; Xoşuma gəlir; Çox şadam;
Minnətdaram; Məmnuniyyətlə; Xoşdur; baş üstə; göz üstə; Arxayın olun; Sizi unutmaram; Sizinlə işləmək mənim
üçün böyük şərəfdir; Allah köməyin olsun; Tanrı sənə yar olsun.
4.
Etiraz etmək, razılıq verməmək məqamında: Bu, məni təmin etmir;
Etirazımı bildirirəm; Etiraz edirəm; Sizin
fikrinizlə şərik deyiləm; Mən başqa cür düşünürəm; Bağışlayın, bu məsələdə sizinlə razı deyiləm; Bu, mənim
xoşuma gəlmir; Belə etməyin; Bu, ürəyimcə deyil və s.
5.
Təskinlik vermək, razı salmaq məqamında: Bir qədər ətraflı düşünün; Əsəbiləşməyin; Darıxmayın; cazə
verin danışım; mkan verin fikrimi izah edim; Özünüzü ələ alın; Səbr edin; Bir qədər səbrli olun; Nə etmək olar,
qismət belə imiş və s.
6.
ntizama dəvət, məzəmmət etmə: Sizdən bu hərəkəti gözləməzdim;
Belə hərəkət sizə yaraşmaz; Siz adınıza
layiq hərəkət etməlisiniz; Danışığınıza fikir verin; Allah xatirinə razı olun; Nəzakətli olun; Çalışın ki, başqaları
sizdən razı qalsın; Bir qədər səmimi olun, səhvinizi etiraf etməkdən çəkinməyin və s.
7.
Qarşılama məqamında: Xoş gördük; Nə gözəl təsadüf; Xoş gəlmişsiniz; Lap vaxtında gəlmişsiniz; Həmişə
siz gələsiniz; Sizin gəlişinizə şadam; Sizi arzulayırıq; Səni çoxdan gözləyirdim; Gələn qədəmləriniz var olsun və s.
8.
Dəvət etmək məqsədilə: Xoş gəlmisiniz; Buyurun qonağımız olun və s.
184
9.
Vidalaşma məqamında: Sizi səbirsizliklə gözləyirik; Salamat qalın;
Zəhmət çəkdiniz; Sizə əziyyət verdik;
Gecəniz xeyrə qalsın; Yuxunuz şirin olsun; Allah amanında; Eviniz abad olsun; Həmişə şadlığa gələk; Sizləri bir
daha evimizdə görsək, şad olarıq; Allah yolunuzu açıq eləsin, işinizi xeyrə calasın və s.
10.
Görülən işin müqabilində razılıq, rəğbətləndirmə: Afərin; Əhsən;
Minnətdaram; Hər şey üçün minnətdaram;
Təşəkkür edirəm; Sizə zəhmət verdim; Sizə borcluyam; Zəhmət çəkmə; Narahat olma; Sağ olun; Allah sizdən razı
olsun; Allah köməyin olsun; Biz bundan məmnun olduq; Sizin əl qabiliyyətinizə heyranam; Sizə qibtə edirəm; Çox
sağ olun; Afərin, mərhaba; Allah səni dərd-bəladan uzaq eləsin; Allah ürəyinizə görə versin; Allah sizi bizə çox
görməsin; Qəm, kədər sizdən uzaq olsun; Səni Allah saxlasın və s.
11.
crası hər hansı bir səbəbdən mümkün olmayan işin müqabilində:
Çox sağ olun; Sizə zəhmət verdim;
Ə
ziyyət çəkdiniz; Nə etmək olar, siz bacardığınızı etdiniz və s.
12.
Arzu-istək və təbrik etmək məqamında: Yaxşı yol; Sağlıqla qalın;
Uğur olsun; Xoşbəxt olun; şiniz avand
olsun; Allah işinizə fərəc versin; Allah sənə yar olsun; Ürəyincə ömür sürəsən; Min bir budaq olun; Var olasan;
Gözünüz aydın olsun; Yolunuz uğurlu olsun; Bayramınız mübarək; Ad gününüz mübarək; Yeni dərs iliniz mübarək;
Həmişə şənlikdə; Halal olsun; Xeyirli olsun; Allah balalarını saxlasın; Allah köməyin olsun; Allah səni ümid yeri
eləsin; Allah imdadına çatsın; Ananın südü sənə halal olsun; Əlin-qolun var olsun; Üzün ağ, başın uca olsun;
Bərəkətli olsun; Göz dəyməsin; Ömrün uzun olsun; Allah iltifatını artıq eləsin; lahi, mərhəmətinə min şükür və s.
13.
Hal-əhval tutmaq məqamında: Əhvalınız necədir? Necə dolanırsınız?;Güzəranınız necədir?; Xanımınız
necədir?; Həyat yoldaşınız necədir?; Özünüzü necə hiss edirsiniz? və s.
14.
Öyrənmək məqsədilə verilən suala cavab məqamında: Buyurun, soruşun; Lütfən buyurun; Sizə
məmnuniyyətlə cavab verməyə hazıram; Bu mənim üçün xoşdur; Bu, mənim vəzifə borcumdur; Bu dəqiqə öyrənib
sizə deyərəm; Bir dəqiqə gözləyin, öyrənim; Cavabım sizi qane etdimi? Daha nəyi bilmək istəyirsiniz?; Bağışlayın,
bu barədə məlumatım azdır (yoxdur); Xeyr, tanımıram; Yaxşı tanımıram; Xeyr, bilmirəm.
185
15.
Əzizləmə, yalvarış məqsədilə: “Canım qurban”, “baş üstə”, “Göz
üstə yerin var”, “qurban olum”,
“quzum”, “sonam”, “dilbərim”, “ağrın alım”, “canım qurban”, “başına dönüm” və s.
16.
Danışmağa başlamaq məqamında: cazənizlə fikrimi bildirim. Mənə söz verdiyiniz üçün minnətdaram. Məni
dinlədiyiniz üçün təşəkkür edirəm və s.
17.
Deyilənlərlə razılaşmaq, mübahisədən imtina etmək məqamında: Bu məsələyə hazır deyiləm. Sizin fikrinizə
şə
rikəm. Məsələ mənə aydındır. Bu barədə söhbət açmağa ehtiyac duymuram.
18.
Məsləhət vermək məqamında: Bunları nəzərə alsanız, yaxşı olar. Bu, sizin xeyrinizədir. Bu, sizə başucalığı
gətirər. Çalışın müsahibinizi axıra qədər dinləyə biləsiniz və s.
19.
Məsləhəti qəbul etmək məqamında: Dediklərinizlə razıyam. Bunlar mənim xeyrimədir. Faydalı məsləhətiniz
üçün çox sağ olun. Sizin bu xeyirxah məsləhətinizi heç vaxt unutmaram. Sizin təklifinizi qəbul edirəm. Çalışacağam
ki, dediklərinizə əməl edim. Sizin üçün bu işi etməyə çox şad olardım və s.
20.
Telefonla danışanda; Zəng edəndə: Alo, sabahınız (axşamınız, hər vaxtınız) xeyir olsun. Bağışlayın, mən
kiminlə danışıram? Sizi narahat edən Kamilədir. Bilmək istəyirəm... Fikrimi sizə çatdıra bildimmi? Çox sağ olun.
Bağışlayın, vaxtınızı aldım. Deyəsən, sizi yordum. Təşəkkür edirəm. Minnətdaram. Zəngə cavab verəndə: Alo,
salam, eşidirəm sizi. Buyurun. Zəhmət olmasa bir qədər ucadan danışın. Bağışlayın, zəng edən kimdir? Xoşdur. Bu
saat çağıraram. Mütləq yetirərəm. Arxayın olun! Sağ olun!
21.
Süfrə etiketləri: “Bismillah”, “Bərəkətli olsun”, “Allah bol eləsin”, “Nuş olsun”, “Buyurun”, “Çox sağ
olun”.
Íèòã åòèêåòëÿðè þç íîðìàëàðû äàõèëèíäÿ èíêèøàô åäèð, òÿêìèëëÿøèð. Áóýöíêö ýÿíж íÿñèë ìöðàжèÿò
ãàéäàëàðûíà, ìöõòÿëèô õàðàêòåðëè õÿáÿðëÿðè ÷àòäûðìà, äèíëÿìÿ, ñîðóøìà, жàâàá âåðìÿ âÿ ñþùáÿòÿ ãîøóëìà
ìÿäÿíèééÿòèíÿ äÿðèíäÿí éèéÿëÿíìÿëèäèð. Ýÿíжëÿð ùÿìèøÿëèê éàääà ñàõëàìàëûäûðëàð êè, öíñèééÿòÿ ýèðìÿê,
186
èíôîðìàñèéà âåðìÿê âÿ àëìàã íèòã ìÿäÿíèééÿòèíèí, èíñàíûí öìóìè ìÿ-äÿíèééÿòèíèí òÿðêèá ùèññÿñèäèð, áóíëàðû áèëìÿê
âÿ ðèàéÿò åòìÿê ùÿð áèð øÿõñèí áîðжóäóð.
187
N TQ VƏRD ŞLƏR VƏ BACARIQLARI
Ünsiyyət aktının iştirakçılarının vərdiş və bacarıqlar sistemini «sosial-
psixoloji göstəricilər», bəzən isə «kommunikativ səlahiyyətlilik» adlandırırlar.
Ekvivalentlik təşkil edən bu iki anlayışın başlıca mahiyyəti ünsiyyət prosesində
qarşı tərəfi duymaq, onun emosional durumuna və davranış tərzinə uyğun ünsiyyət
formaları seçmək yolunun müəyyənləşdirilməsidir.
Nitq bacarığı, yəni insanın öz nitqini sərbəst qurması və onu idarə edə
bilməsi özbaşına baş verən proses deyildir. Nitq bacarığı ardıcıl şəkildə və
məqsədyönlü formada, planlı qaydada və özü də bütün istiqamətlərdə inkişaf
etdirilməlidir. Bu o deməkdir ki, nitq bacarıqlarının formalaşması da prosesdir.
Özü də çoxpilləli prosesdir. Bu proses məktəb skamyasından, qrammatik və leksik
bilgilərin qazanılmasından başlanıb nitq mədəniyyəti səviyyəsində gerçəkləşir.
Odur ki, nitq bacarığı linqvistik və ekstralinqvistik faktorların təsiri altında
formalaşan bacarıq (qabiliyyət) formasıdır.
Beləliklə, nitq fəaliyyətini bacarıqda axtarırıqsa, bilməliyik ki, hər bir
bacarığın əsasında vərdiş və yaxud vərdişlər durur. Vərdişlər və bacarıqlar
qarşılıqlı bağlılığı olan anlayışlardır.
188
189
190
Dostları ilə paylaş: |