N TQ N RAB TƏL L Y . Íèòã ïðîñåñèíäÿ ÿýÿð ñþçëÿð éåðëè-éåðèíäÿäèðñÿ, cöìëÿëÿð äöçýöí ãóðóëìóøñà,
ìþâçó ðàáèòÿëè, ÿëàãÿëè øÿêèëäÿ øÿðù îëóíóðñà, äåìÿëè, èíôîðìàñèéà âåðÿí èôàäÿ åòäèéè ôèêðè éàõøû áèëèð, îíóí
ìàùèééÿòèíè ùÿðòÿðÿôëè äÿðê åäèð. Áu âàõò ùàäèñÿíèí, ôàêòûí èçàùîëóíìà àðäûcûëëûüû ìÿíòèãÿ ÿñàñëàíûð.
Öìóìèééÿòëÿ, àðäûcûëëûãëà øÿðù îëóíàí ìàòåðèàë éàõøû àíëàøûëûð, ìÿíèìñÿíèëèð.
Natiq fikrini sərbəst, aydın, ardıcıl, yığcam və təsirli ifadə edə bilmək üçün ədəbi tələffüz qaydalarını
gözləmək, cümlələri düzgün qurmaq, sözləri yerli-yerində işlətməklə yanaşı, nəzərdə tutduğu məzmunu
özünəmüvafiq forma ilə ifadə etməyi də bacarmalıdır. Başqa sözlə, nitq həm də rabitəli olmalıdır.
Nitqin rabitəliliyi üçün aşağıdakılara əməl edilməlidir:
1. Nitq məzmunca dolğun olmalıdır. Bunun üçün natiq nitqin predmetini –haqqında danışacağı (və ya
yazacağı) əşyanı, hadisəni, əhvalatı və s.-ni yaxşı mənimsəməli, onun mahiyyətini hərtərəfli dərk etməlidir. Əgər
şə
rhçi beynəlxalq aləmdə baş verən hadisəni, onu doğuran səbəbləri özü yaxşı bilmir, aydın təsəvvür etmirsə,
həmin hadisənin nə ilə nəticələnəcəyi proqnozunu verə bilmirsə, onun söhbəti, şübhəsiz ki, dinləyici üçün
qənaətləndirici ola bilməz. Başqa bir misal. Əgər müəllim təhlil edəcəyi bədii əsəri oxumayıb, onun haqda
başqalarının fikirləri əsasında təhlil aparır, rəy söyləyirsə, bu, lazımi effekti verə bilməz.
137
2. Hər hansı bir məsələ barəsində danışılarkən (və ya yazılarkən) müəyyən məntiqi ardıcıllığa riayət olunmalıdır.
Başqa cür desək, fikrin izah olunması ardıcıllığı məntiqə əsaslanmalıdır. Məsələn, tutaq ki, mühazirəçi
Azərbaycan dilinin orfoqrafiyası barədə danışmağı (yazmağı) planlaşdırmışdır. O, fikirlərini belə bir ardıcıllıqla
şə
rh etməlidir.
1) Orfoqrafiya haqqında məlumat, orfoepiya anlayışı
2) Orfoqrafik qaydalara əməl olunmasının vacibliyi.
3) Orfoqrafiyanın orfoepiya ilə əlaqəsi. Onların oxşar və fərqli cəhətləri.
4) Azərbaycan dili orfoqrafiyasının tarixi, onun formalaşması və inkişafı.
5) Müasir Azərbaycan dili orfoqrafiyasının əsas qaydaları:
a) saitlərin təsnifatı;
b) samitlərin təsnifatı;
c) bəzi qrammatik formaların yazılış qaydaları.
Belə bir ardıcıllıqla şərh olunan material, söylənilən fikir yaxşı dinlənilir, asan başa düşülür. Əks halda
nitqdə rabitə pozulur, fikirdə ümumi bir qarışıqlıq yaranır, deyilənlər çətin anlaşılır, yadda qalmır.
3. Danışan (yazan) əsas və ikinci dərəcəli məsələləri bir-birindən ayırmağı bacarmalıdır. Natiq şərhində əsas
məsələ üzərində xüsusi dayanmalı, söhbətin mahiyyətini dinləyiciyə çatdırmalıdır. Onun nəzərində tutduğu
məsələdə ikinci dərəcəli fikirlər əsas fikrin izahına, anlaşılmasına kömək etməlidir. Amma bəzən nitqdə bu tələb
gözlənilmir. Danışan mövzuda az əhəmiyyətli məsələlər üzərində daha çox dayanır, uzunçuluğa yol verir ki, belə
nitqdə fikir zəif və natamam ifadə olunur. Əsas fikri çatdıra bilməyən natiqin nitqi, şərhi maraqsız olur, dinləyici
belə söhbətdən tez can qurtarmağa çalışır.
4. Natiq öz sözü, cümləsi, düşüncəsi, üslubu ilə danışmalıdır. Özgə dili ilə, hazır cümlələrlə danışmaq nitqin
keyfiyyətini aşağı salır, onu canlılıqdan məhrum edir. Natiq məlum olanları şərh etdikdə belə onları öz dili –
ifadə tərzi ilə daha bitkin, daha maraqlı bir formada dinləyicilərə çatdırmağı bacarmalıdır.
138
N TQ N OR J NALLIĞI. Nitqin məziyyətlərindən biri onun orijinallığıdır. Bu, nitqdə özünəməxsusluqdur,
bir şəxsin başqalarından fərqli danışması və yazmasıdır. Nitqin orijinallığı bir neçə cəhətdən özünü göstərir ki,
bunlardan birincisi fərdi tələffüz tərzidir. Nitqin tələffüz baxımından fərqlənməsi, nəzərə çarpması aşağıdakı
amillərlə daha çox bağlı olur:
1. Səslərin, sözlərin aydın diksiya ilə tələffüzü.
2. Söz və qrammatik formaların orfoepik qaydalar əsasında tələffüzü.
3. Bir qədər ucadan, aramla danışmaq və oxumaq.
4. Bir qədər astadan danışmaq, nitq fasilələrində daha münasib sözlər fikirləşib tapmaq və nitqini davam
etdirmək.
5. Danışıq və xüsusən oxu prosesində intonasiya çalarlarından daha bacarıqla, məzmuna uyğun şəkildə
istifadə edə bilmək.
6. Danışanın səciyyəvi söz, ifadə, sitat, sintaktik konstruksiyalar, frazeoloji ifadələr, aforizmlər, atalar sözü,
zərb-məsəllər və s. işlətməsi, nitqin xüsusi tərzdə qurulması.
Nitqin orijinallığını təmin edən vasitələrdən biri də bədii təsvir vasitələridir. Bədii təsvir vasitələrindən
(məcazi mənada işlədilən söz və ifadələr, təşbeh, metafora, mübaliğə və s.; müxtəlif üslubi priyomlar – sözlərin
təkrarı və ya buraxılması, inversiya, ritorik-natiqanə suallar və s.) yerində, həm də uyarlı bir şəkildə istifadə nitqi
təsirli, parlaq, obrazlı etməklə bərabər, ona orijinallıq da gətirir. Həmin vasitələrdən nitqdə istifadə bacarığına
yiyələnmək üçün natiq müntəzəm olaraq bədii əsərləri mütaliə etməli, yazıçı və şairlərin dilindəki natiqlik sənəti
baxımından daha yararlı və münasib söz və ifadələrə, digər təsvir vasitələrinə diqqət yetirməli, onlardan yeri
gəldikcə istifadə etməyə çalışmalıdır. Volterin təbirincə desək, “adamlar yaxşı yazıçıları mütaliə etdikcə, yaxşı
danışmağa vərdiş edirlər”.
139
N TQ N EKSPESS VL Y VƏ EMOS ONALLIĞI. Ekspressivlik (mənalılıq, təsirlilik, ifadəlilik) nitqin
obrazlığı, emosional keyfiyyəti, təsirliliyi deməkdir. Emosionallıq (həyəcan) emosiyanın ifadə edilməsi, emosiya
ilə dolu olan, həyəcanlı, tez təsirlənən, tez mütəəssir olan mənadır.
Ekspressivlik, emosionallıq və obrazlılıq bir-bir ilə əlaqədardır, onlar birgə təzahür edir. Emosionallıq ancaq
patetik çıxışlarda, qızğın və coşqun nitqlərdə, məntiqi ardıcıllıq və təmkinlə söylənilən mühazirələrdə özünü
göstərir.
Ekspressivlik dilin bütün səviyyələrində müxtəlif vasitələrin köməyi ilə əldə edilir: fonetika, intonasiyanın
ünsürləri (ton, vurğu, temp, fasilə və s.); leksika (sinonim, antonim, frazeologizm və s.); morfologiya (zaman, növ,
şə
kil, nida və s.); sintaksis (nəqli, əmr, elliptik, ritorik sual və s. cümlələrlə); ekspressivliyə xidmət edən vasitələrlə.
Emosionallıq yaradan başlıca dil vahidləri bunlardır: 1) hiss adları olan sözlər (təəssüf, kinayə, sevinc və s.);
2) deyilən fikrə danışanın emosional münasibətini ifadə edən səciyyələndirici sözlər (alçaq, şərəfsiz, dələduz,
fırıldaq, əziz); 3) neytral sözlərdə emosional qiymətləndirici sinonim kimi işlənən sözlər (qaçmaq-əkilmək, getmək
- sürüşmək, ölmək-gəbərmək, cəhənnəmə vasil olmaq və s.); 4) məcazi mənalı sözlər və birləşmələr; 5) sintaktik və
morfoloji ekspressiv vasitələr (ritorik fiqurlar, emosional qiymətləndirici şəkillər və s.; 6) emosional nidalar və
ə
datlar (heyhat, əfsus, yazdı ki, ay gəldi ha). Emosional boya əlavə məna çalarıdır. Emosional boya dil faktı, dil
hadisəsidir. Emosionallığın “rəngli” növləri üslubi cəhətdən neytral olan nitq fonunda təzahür edir. Sözün bütün
emosional boyalarını iki böyük qrupda əks etdirmək olar: a) müsbət çalarlı emosional boyalar (təntənəli, dəbdəbəli,
adi və s.); b) mənfi çalarlı emosional boyalar (etinasızlıq, dolama, həqarət və s).
140
N TQ MƏDƏN YYƏT N N BAŞQA ELMLƏRLƏ ƏLAQƏS
Hər bir insana bəllidir ki, yaşad
ığımız dünya keşməkeşli hadisələrlə dolu bir aləmdir. Maddi aləmin bu
m
ürəkkəb proseslərini elm sahələri araşdırır, müəyyən nəticələr əldə edir. Maddi aləmin müxtəlifliyi, elmlərin
də m
üxtəlif şaxələrə bölünməsinə gətirib çıxarır. Nitq mədəniyyəti də bu elmlərdən biridir. Başqa elm
sahələrində olduğu kimi, bu sahədə də cəmiyyətin tələblərindən doğan zəruri məsələlər diqqət mərkəzində
durmal
ıdır. Cəmiyyətin inkişafı ilə bərabər inkişaf edib bu günümüzə gəlib çatan bir çox elmlər kimi, nitq
mədəniyyəti elmində də həllini g
özləyən məsələlər mövcuddur. Çünki nitq mədəniyyəti uzun illər başqa
elmlərin tərkibində formalaşm
ışdır. Qədim Yunanıstandan tutmuş bir çox dünya ölkələrində təşəkkül tapmış
nitq mədəniyyəti bu g
ün də müxtəlif elmlərlə əlaqəli şəkildə inkişafını davam etdirir. Nitq mədəniyyətinin
aşağ
ıdakı elmlərlə əlaqəsi mövcuddur:
1.
Dilçilik
2.
Ədəbiyyat
3.
Üslubiyyat
4.
Psixologiya
5.
Pedaqogika
6.
Tarixlə
7.
Etika
8.
Estetika
9.
Fiziologiya
10. Məntiq və s.
141
Qeyd edək ki, bu b
ölgü şərti xarakter daşıyır. Burada əsas elmlər nəzərdən keçirilir. Siyahıya fəlsəfəni,
mətnş
ünaslığı, ədəbiyyatşünaslığı, fizikanı, hətta riyaziyyatı da əlavə etmək olar.
Nitq mədəniyyətinin b
ütün elmlərin açarı olan dillə əlaqəsi haqqında I fəsildə ətraflı məlumat vermişik.
Onun ədəbiyyatla əlaqəsindən dan
ışanda birinci növbədə yadda saxlamalıyıq ki, ədəbiyyat həyatı bədii
obrazlarla əks etdirən s
öz sənətidir. Deməli, həm nitqin, həm də ədəbiyyatın materialı sözdür. Ədəbiyyat xalq
aras
ında ən geniş yayılmış elm sahələrindən biridir. Bu sənət hamının (qocaların, cavanların, ziyalıların,
uşaqlar
ın, böyüklərin və başqalarının) diqqətini cəlb edib. Ədəbiyyat böyük auditoriyanı əhatə edir. Ona görə
də şair və yaz
ıçılarımız əsəri yazarkən, hər bir söz haqqında, cümlə haqqında dərindən düşünüb, ona yeni
rəng,
çalar, məna verib sonra işlədirlər. Beləliklə, yazıçı özü bilmədən, natiqlik sənətinə xidmət edir. Yəni
nitqin g
özəlliyinə xidmət edən bu ifadələr bədii təsvir və ifadə vasitələrinin, bədii üslubun yaranmasına,
inkişaf etməsinə gətirib
çıxarır. Bədii ədəbiyyatda istifadə olunan məcazi mənalı sözlər, sinonimlər, cinas
qafiyənin yarad
ılmasında işlənən omonimlər və s. nitqin qurulmasında mühüm rol oynayır. Bədii əsərlərin
dilinin tədqiqində dil
çi dil vahidlərini təhlil edərkən yazıçının nitq qabiliyyətini, dildən istifadə yollarını
ayd
ınlaşdırmağa çalışır. Bu da ədəbiyyatın nitq mədəniyyəti ilə əlaqəsi, elmi nailiyyətlərin qarşılıqlı
istifadə olunmas
ı nəticəsində əldə edilir.
Nitq mədəniyyətinin
üslubiyyatla əlaqəsi daha geniş şəkildə özünü göstərir. Belə ki, hər bir yaradıcı
adam nitqini
öz səviyyəsinə uyğun qurur, müvafiq funksional üsluba müraciət edir. Üslubiyyat nitqin bütün
məna
çalarlarını, fonetik, leksik, qrammatik cəhətlərini əhatə edir. Üslubiyyat həm də kamil nitqin
prinsiplərini araşd
ırır, təhlil edir. Üslubiyyat elmi varlığını nə qədər gec təsdiq etsə də, müstəqil elm kimi çox
geniş şəkildə təbliğ olunmaqdad
ır. Bu haqda alimlərin (prof. Ə. Dəmirçizadə, prof. A.Qurbanov) dəyərli
tədqiqat işləri, kitablar
ı, məqalələri diqqəti cəlb edir.
Ümumiyyətlə, üslubiyyat dilin təzahürü olan nitqi hərtərəfli öyrənib tədqiq edir.
Nitq mədəniyyətinin psixologiya ilə əlaqəsi də araşd
ırılmağa ehtiyacı olan problem kimi öz həllinin
təhlilini g
özləyir. Psixologiya insan xarakterlərini, hər bir xarakterin spesifik xüsusiyyətlərini öyrənir.
Professor A.Qurbanov yaz
ır: «Bu mexanizmlər içərisində nitq, ünsiyyət və təfəkkür proseslərinin tədqiqi
dil
çilik və psixologiya elmlərini hansı nöqtədə isə birləşdirir və əlaqələndirir». Fikrini davam etdirən
142
professor A.Qurbanov daha sonra yaz
ır: “Bu tədqiqatlarda nitq fəaliyyəti, nitq və qavrayış, nitq mexanizmi,
radio verilişlərində nitqin mənimsənilmə x
üsusiyyətləri, vurğunun mənimsənilməsi, danışıq səsləri etalonları,
qrammatik kateqoriyalar
ın mənimsənilməsi, qrammatik təhlillərin patologiyası, daxili nitq fasiləsinin
mənimsənilməsi, nitq ax
ınında sözün quruluşu və s. məsələlər araşdırılır. Dilçi alimlərin öz tədqiqatlarında
psixolinqvistikan
ın əldə etdiyi nəticələrdən istifadə etməsi, şübhəsiz ki, onların işinə müsbət təsir göstərir.
Nitqin daxili cəhətini
öyrənən dilçi müəyyən psixoloji hadisələrdən yan keçə bilməz. Məsələn, nitqin növləri
həm dil
çini, həm də psixoloqu maraqlandırır».
Gətirdiyimiz sitatdan ayd
ın olur ki, nitq insan psixologiyası ilə daim sıx əlaqədə inkişaf edir. nsan
psixologiyas
ı onun nitqi ilə ayrılmaz tellərlə bağlıdır. Bəzən natiqlər çıxış edərkən həyəcanlanır və bir müddət
özlərini ələ ala bilmirlər. Keçirilən gərginlik nitqin gözəl ifadə olunmasına (dəqiq, faktlarla, səlis, aydın,
ard
ıcıl və s.) maneçilik törədir. Ona görə də natiq düşdüyü vəziyyətdən çıxmaq üçün psixi cəhətdən hər hansı
maneəyə qalib gəlməyi, əsəblərini cilovlamağ
ı bacarmalıdır. nsan psixologiyasının müxtəlifliyi onun nitqində
əks olunur.
Natiq nitqini şərh edərkən, ona psixoloji cəhətdən tam haz
ır olmalıdır. Onun nitqinin gözəl olması üçün
psixoloji haz
ırlıq olduqca faydalı və məqsədəuyğundur.
Nitq mədəniyyətinin pedaqogika ilə əlaqəsi uzun bir tarixə malikdir. Qədim Yunan
ıstanda, xüsusilə
Afinada yetişən ritorlar natiqlik sənətinin sirləri ilə bərabər, təlim, tərbiyə, təhsil haqq
ında da məlumat verir
və tədris prosesində nitqlə bərabər pedaqogika elmini də inkişaf etdirirdilər. Tədris prosesi ilə s
ıx şəkildə
bağl
ı olan pedaqogika natiqlik sənəti ilə qarşılıqlı şəkildə müəyyən prinsiplərin, problemlərin həllində
m
ühüm əhəmiyyət kəsb edir.
Pedaqogika elmi tədris prosesində, nitqin qurulmas
ında və şifahi şərhdə əsas rol oynayan konkretliyin,
bəzən
ümumiliyin rolunu müəyyənəşdirir. Pedaqogika həm də nitq zamanı natiqə özünü aparmaq
qaydalar
ını öyrədir. Yersiz hərəkətləri, jestləri, «deməli», «mənə elə gəlir», «filan», «alimlərin dediyinə görə»
və s. kimi ifadə və s
özləri lüzumsuz olaraq işlətməkdən çəkindirir.
Pedaqogika natiqlik sənətinin əsas prinsiplərinin, nitqin qurulmas
ı yollarının, elmi-nəzəri biliklərin,
mənbələrdən d
üzgün istifadə olunmasında natiqə istiqamət verir.
143
Ümumiyyətlə, natiqlik sənəti ilə pedaqogikanın əlaqəsi özünü həm təlim-tərbiyə prosesində, həm də
tədqiqat işinin apar
ılmasında göstərir.
Nitq mədəniyyətinin tarixlə əlaqəsi. Tarix cəmiyyətin yaranmas
ını, inkişafını öyrənən bir elmdir. Tarix
b
ütün elmlərlə əlaqəli şəkildə öyrənilir. Hər bir elm yarandığı gündən öz tarixini yaşadır. Natiqlik sənəti, nitq
mədəniyyəti də belə elmlərdən biridir. Yarand
ığı gündən bu günümüzə qədər müəyyən inkişaf mərhələləri
ke
çmiş cəmiyyət həyatında,məişətində baş verən hər hansı bir dəyişikliyi tarixin yaddaşına həkk edir. Bu
qədim abidələrin, salnamələrin -məxəzlərin vasitəsi ilə bug
ünkü tədqiqatçılar xalqın keçmişinə aid
m
ülahizələr, mühakimələr yürüdə bilir. Natiqlik sənəti də məhz, belə bir tarixi yol keçmiş, tədqiq olunmuş,
m
üəyyən müvəffəqiyyətlər əldə etmişdir. Natiqlik sənətinin ilk rüşeymlərini araşdırmaq, tədqiq etmək üçün
onun tarixinə nəzər salmaq laz
ımdır. Məhz, məsələyə bu baxımdan yanaşdıqda nitq mədəniyyətinin tarixi,
s
öz yaradıcılığı, sözə verilən qiymət haqqında mütəxəssis fikirləri əsas götürülür.
Nitq mədəniyyətinin tarixlə əlaqəli inkişaf etməsinin əsas amillərindən biri budur ki, s
özlərin mənasının
daralmas
ını və ya genişlənməsini, yeni semantik məna kəsb etməsini, arxaikləşməsini müəyyənləşdirir.
Ümumiyyətlə, bu bir həqiqətdir ki, nitq mədəniyyəti ilə tarix elmi bir-biri ilə sıx şəkildə əlaqədardır.
Tarix
çi əldə etdiyi nəticəni nitq vasitəsi ilə (istər yazılı, istərsə də şifahi yolla) şərh edir. Belə şərh faktlarla,
m
ülahizələrlə, sübutlarla, dəlillərlə, əşyalarla bağlı şəkildə edilir. Bu da nitq mədəniyyətinin əsas prinsiplərini
m
üəyyənləşdirir.
Nitq mədəniyyətinin etika ilə əlaqəsindən dan
ışarkən birinci növbədə rus xalq məsəlini xatırlamaq
yerinə d
üşərdi: «Ruslar qonağı geyiminə görə qəbul edir, ağlına görə yola salır». Hər bir şəxsin özünü necə
maskalamas
ından asılı olmayaraq, nitqi ağlını əks etdirir. Natiq olmaq istəyən hər bir şəxs bütün etik
normalara riayət etməlidir. Natiq dan
ışarkən səsinə münasib tembr seçməli, jestlərdən düzgün istifadə etməli,
mimika ilə mənalar ifadə etməlidir.
Natiq olmaq istəyən şəxs b
ütün davranış qaydalarını gözəl mənimsəməlidir. Natiqin yerişi, baxışı,
hərəkəti, geyimi, nəzakəti,
üzünün ifadəsi dinləyicidə ona qarşı rəğbət hissi oyatmalıdır. Bəzi natiqlər etik
normalara d
üzgün əməl etmədiyi üçün dinləyicilərin rəğbətini qazana bilmir. Məsələn, bəzən elə olur ki, üzü
t
üklü, kostyumları standarta uyğun gəlməyən natiq yorğun halda tribunaya doğru yaxınlaşır. Bu hər bir
144
dinləyicidə natiqə qarş
ı mənfi hisslər oyadır. Bəzən də natiq həddindən artıq bər-bəzəyə aludə olur. Belə
vaxtda dinləyici onun nitqindən
çox, bər-bəzəyinə diqqət edir. Natiq fikirləşməlidir ki, mən auditoriya ilə
necə
ünsiyyət yaradım, nitqimi necə başlayım? Olduqca həssas və tələbkar dinləyicilər natiqin səsinin
titrəməsini, həyəcanlanmas
ını, bir an çaşıb qaldığını da duyub hiss edirlər. Təcrübəli natiqlər isə belə
momentləri nitqlərində etdikləri pauza ilə az da olsa aradan qald
ırırlar.
Natiqlər
çıxış edərkən qalstukunu, pencəyinin düyməsini, əlindəki təbaşiri və yaxud qələmi oynada-
oynada fikrini ifadə edir. Etika nitqin şərhi zaman
ı göstərilən bu nöqsanların aradan qaldırılmasına
k
öməklik göstərir. Bir anlığa məşhur natiq Demosfenin natiqlik sənətinə gəlişini xatırlamağa ehtiyac
duyulur. Həqiqətən, etika ilə nitq mədəniyyətinin əlaqəsi vacib məsələdir.
Nitq mədəniyyətinin estetika ilə əlaqəsi. Nitqin g
özəl ifadəsi dedikdə gözəllik, ülvilik, faciəvilik,
komiklik - estetikan
ın əsas kateqoriyaları yada düşür. Bizi əhatə edən obyektiv varlığın dərk edilməsində
(estetikan
ın mühüm rolu vardır. Estetik kateqoriya olan gözəllik yalnız insanlara məxsusdur. Estetik gözəllik
insana məxsus olduğu kimi, dil də, nitq də, nitq mədəniyyəti də insana məxsusdur. Həyatda baş verən hər bir
hadisəni estetik surətdə dərk edib qavrayan insan, əsasən, bədii dil və sənətkarl
ıq, nitq, habelə estetik zövq,
bədii obraz, bədii ustal
ıq kimi estetik kateqoriyaların tədqiqində özünü göstərir.
Hələ qədim yunan filosofu Aristotel «Poetika» əsərində bir s
ıra dil qanunauyğunluqlarını estetikanın
kateqoriyalar
ı baxımından şərh edir. «... ifadələri bir-birinə nə isə xüsusi bir tərzdə qataraq istifadə etmək
laz
ımdır ki, qlossa, metafora, zinət və digər bu kimi başqa növlər nitqin təravət və ucalığını aşağı endirib
y
ıpranmış hala salmasın, ümumən işlənən sözlər isə nitqə aydınlıq gətirsin. fadənin aydınlığına, səlisliyinə
s
özlərin uzadılması, qısaldılması və dəyişdirilməsi az təsir etmir, sözlər yeni şəkildə səsləndiyindən nitqi
təravətləndirir».
Bu g
özəllik qanununa əsaslanıb dilin ahəngdarlığına, zərifliyinə, musiqililiyinə və başqa estetik
keyfiyyətlərinə dair maraql
ı əsər yaradır.
Həmin əsərlərdə klassiklərimizin yarad
ıcılığında dilimizin gözəlliyini əks etdirən poetik ifadələr, bədii
vasitələr, qanadl
ı sözlər, onların rəngləri, məna çalarları, zövqü oxşayan müasir şəxs adları, yer adları və s. öz
əksini tapm
ışdır».
145
Gətirilən sitatlardan da ayd
ın olur ki, natiqlik sənəti, nitq mədəniyyəti nə qədər estetikaya yaxın bir
elmdir. Estetikan
ın əsas kateqoriyalarından biri olan gözəllik ən ümumi və geniş anlamdır. Estetik
qiymətləndirmə isə insan təfəkk
ürünün məhsuludur. Bu əsas şərtdir. Nitqin qurulmasında qeyd olunan bu
prinsiplər m
ühüm rol oynayır. Gözəl nitq dinləyiciyə estetik zövq və ləzzət verir. Auditoriyanı məftun edir,
dinləyicilərin fəall
ığını artırır. Estetik kateqoriya olan «gözəllik kateqoriyası daxilində qəşənglik, gözəllik,
incəlik, heyranl
ıq kimi bölgülər», dərəcələr və rənglər tapmaq olar. Habelə komiklik kateqoriyasında gülüş,
rişxənd, istehza, ifşa, yumor, satira, parodiya kimi m
üxtəlif münasibət dərəcələri və boyaları vardır.
Bunlardan başqa fəlsəfə elminin bir s
ıra kateqoriyaları (mündəricə, forma, materializm, idealizm, ideyalılıq
və s.) estetika elmində də işlənməkdədir. Bu elmin incəsənətə aid bəhsində sənətş
ünaslıq məfhumlarından,
d
üstur və istilahlarından da istifadə olunur. Əlbəttə, canlı həyat və incəsənət hadisələri, insanların estetik
fəaliyyəti bu d
üsturların, istilah və kateqoriyaların hamısından zəngin və rəngarəngdir. Amma, hər halda bu
kateqoriyalar həyat
ın estetik təzahürlərinin tipik və ümumi cəhətlərini əhatə və ifadə edə bilir».
Deməli, estetika elə bir elmdir ki, onu həyat
ın bütün sahələrinə şamil etmək mümkündür. O ki qaldı nitq
mədəniyətinə, natiqlik sənətinə və incəsənətin digər n
övlərinə, estetika onlarla nəinki əlaqədə, hətta birgə
inkişaf edir. Nitq mədəniyyətinə xas olan m
üəyyən prinsiplər, qanunauyğunluqlar, mündəricə, forma və
məzmun, ideyal
ılıq və s. məsələlər həm də estetikanın tədqiq obyektidir. Gözəlliyə, gözəllərin tərifinə yüksək
qiymət verən b
öyük Azərbaycan şairi Nizami Gəncəvi «Leyli və Məcnun» poemasında Leyli surətini estetik
bir dil zənginliyi ilə belə ifadə etmişdir:
Murad dastan
ının ilk səhifəsi,
G
özəllik mülkünün baş sərkərdəsi,
Yeddi ulduz kimi g
özəl camallı,
O g
öylər duruşlu, göylər cəlallı,
G
özəl cəlalına ay həsəd çəkən,
H
üsnüylə sərvin də bağrını sökən.
146
Ümidi, qorxunu mat qoyan hünər,
O, aydan, g
ünəşdən irs alan dilbər,
O, b
ütpərəstlərin səcdə mehrabı.
O, saray qəndili, g
ülşən gülabı...
H
üsnün, gözəlliyin ziynət mayəsi
Şəkər dillilərin naz sərmayəsi...
B
öyük şairin bu kəlamından sonra gözəlliyi, sözü, söz sənətini ifadə etmək üçün yeni bir söz deməyə
s
özün qüdrəti çatmadı.
Nitq mədəniyyətinin əlaqədə olduğu elmlərdən biri də fiziologiyad
ır. Nitqin əmələ gəlməsində
orqanizmin bir s
ıra üzvləri iştirak edir. Nitqin əmələ gəlməsində fiziologiyanın tədqiq obyekti olan danışıq
üzvləri (ağ ciyər, boğaz, qırtlaq, ağız boşluğu, burun boşluğu, dilçək, üst damaq, alt çənə, dil, diş, dodaqlar),
əsəb sistemi m
ühüm rol oynayır. nsan nitqinin əmələ gəlməsində və öyrənilməsində fiziologiyanın əvəzsiz
xidməti vard
ır. Nitq prosesində fəaliyyət göstərən səslər ictimai mənası olan səslərdir.
Əgər normal insan
ın «nitq prosesində fəaliyyət göstərən üzvlər»i möhkəm və mürəkkəb sistem
hal
ındadırsa, bunların birinin zədələnməsi nəticəsində nitq prosesində müəyyən çatışmazlıq, anormallıq
əmələ gələ bilər. Məsələn, beyinin zədələnməsi nitq fəaliyyətinin pozulmas
ına səbəb olur. nsan beyninin
m
üəyyən hissələrinin zədələnməsi nəticəsində nitq fəaliyyətində bu və ya başqa qüsurlar yaranır. Belə ki,
xəstələrin bəzisi s
özləri tələffüz edə bilmir, digəri dərketmə qabiliyyətini itirir və s. Nitq fəaliyyətinin
pozulmas
ına səbəb olan başqa faktlar da vardır. Məsələn, insanda ciddi yorğunluq, sarsıdıcı qorxu, gərgin
əsəbilik nəticəsində də nitqin pozulmas
ı halları baş verə bilər.” (A.Qurbanov)
Nitqin əmələ gəlməsində iştirak edən dan
ışıq üzvlərindən hər birinin möhkəm və sağlam olması əsas
şərtdir. Bu
üzvlərdən birinin anormallığı mütləq nitqə qüsur gətirir. Məsələn, dilin böyüklüyü səslərin düzgün
tələff
üz olunmasına (r səsi l kimi, ş səsi s kimi, j səsi z kimi tələffüz olunur) mane olur. Nitqin səlis ifadə
olunmas
ında, səs tembrlərindən düzgün istifadə edilməsində eşitmə üzvünün də mühüm rolu vardır.
147
Son vaxtlar natiqlik sənəti cəmiyyətin inkişaf
ı ilə əlaqədar bir çox nailiyyətlər əldə etmişdir. Son dövrün
məhsulu olan kibernetika da nitq mədəniyyəti ilə əlaqəli xassəyə malikdir. Kibernetikada istifadə olunan
rabitə və informasiya sistemi natiqlik sənətində, x
üsusilə də nitqin hazırlanmasında istifadə olunur. Bundan
əlavə, kibernetik maş
ınların köməyi ilə sözlərin işlənmə tezliyi, lüğət tərkibinə daxil olan sözlərin təhlili,
səslərin və fonemlərin tədqiqi, c
ümlədə söz sırası, mətnlərin tərcümə olunması və s. məsələlər öz həllini tapır.
Kibernetik maş
ınlar həm də nitqə xidmət edən bir sıra amilləri özündə birləşdirir. Məsələn, yazılmış
nitqin məzmununu olduğu kimi yaddaş
ına köçürür. stənilən vaxt həmin nitqi bu maşın vasitəsi ilə əldə
etmək olar. Beləliklə, natiq yaz
ılı nitqin üzünün koçürülməsini, dinləyicilərə çatdırılmasını tezləşdirir və
səliqəyə sal
ır.
ndi kibernetik maş
ınlar vasitəsilə natiqlik sənətinin son nailiyyətləri tədqiq olunur, öyrənilir.
Nitq mədəniyyəti eyni zamanda fəlsəfə ilə də əlaqəlidir. Fəlsəfə insanlarda m
üəyyən bir dünyagörüşü
yarad
ır, həm də obyektiv gerçəklikdə onun yerini müəyyənləşdirir. nsan onu əhatə edən aləmdə nə
qazan
ırsa, fəlsəfənin dialektik qanunları ilə əlaqələndirir. Bu dərketmə istər yazılı nitqlə, istərsə də şifahi
nitqlə reallaş
ır. Hətta fəlsəfənin bəzi prinsipləri, nitqin prinsipləri ilə üst-üstə düşür.
Nitq mədəniyyəti ilə daha geniş şəkildə əlaqədə olan elmlərdən biri də məntiqdir. Məntiq təfəkk
ür
qanunlar
ından bəhs edir. Ona görə də nitq mədəniyyəti ilə sıx şəkildə bağlıdır. Məntiq elminin əsas tədqiqat
obyekti və predmeti təfəkk
ür prosesidir. Nitq mədəniyyətinin əlaqədə olduğu digər elmlərdən fərqli olaraq,
məntiq bizi əhatə edən obyektiv ger
çəkliyin dərk olunmasını tədqiq edir. Bu xüsusiyyət onu digər elmlərdən
fərqləndirir və d
üzgün təfəkkürün formalarını, qanunlarını, həyatı dərk etmə yollarını öyrənir. Dil təfəkkürün
maddi formas
ı kimi fəaliyyət göstərir. Nitq isə dilin cilalanmış, rəngə, boyalara salınmış təzahür formasıdır.
Natiq dilin b
ütün incəliklərindən istifadə edir. Nitqini qurarkən bir çox çətinliklərlə üz-üzə qalır.
Nitqimi necə qurum, fikrimi necə ifadə edim? Faktlar
ı, dəlilləri dinləyici ilə necə bölüşüm?-kimi suallar ilə
qarş
ılaşır. Bu zaman natiqin köməyinə məntiqi qanunlar gəlir. Natiq məntiqin vasitələrindən zərgər dəqiqliyi
ilə istifadə edir. Bu da təbii bir prosesdir.
Çünki məntiq şüurumuzla birbaşa bağlıdır. Məntiq şüurla bağlı
olduğu
üçün, nitqlə də qırılmaz tellərlə bağlıdır. Əgər məntiqin qanunlarından düzgün istifadə etməsək,
nitqimiz dolğunluğunu, zənginliyini, d
üzgünlüyünü itirər. Çünki məntiq fikrin təzahür formalarını öyrənir.
148
Bunlar
ı vəhdət halında qəbul edən natiq dolğun və zəngin nitq yaratmağa nail olur. Hər bir məntiqi
kateqoriyan
ın araşdırılmasında, onun mahiyyətinin açılmasında nitq xüsusi rol oynayır. Natiq nitqin gözəl
aş
ılanması üçün düzgün təfəkkürə meyl etməlidir. Məhz, düzgün təfəkkür dəqiq nəticələr əldə etməyə imkan
verir. Bura s
übutları, mühakimələri, mülahizələri də əlavə etmək olar. Bundan əlavə nitqin əsas
prinsinlərindən olan və onun əsas
ını təşkil edən fonetik (bura intonasiya, vurğu, sözlərin düzgün
hecalanmas
ı), leksik, morfoloji, semantik, sintaktik sistemin öyrənilməsində də məntiqi kateqoriyalar mühüm
rol oynay
ır. Onu da qeyd edək ki, məntiq həmişə filologiya elmləri ilə sıx əlaqədə olub və onların
öyrənilməsində, araşdırılmasında, müəyyən nəticələr əldə etməyə imkan və şərait yaradıb. Çünki düzgün və
məntiqi təfəkk
ür olmadan elmdə heç bir nailiyyət əldə etmək olmaz. Əslində məntiq bütün elmlərin
tədqiqində istifadə olunan bir
üsuldur. Bütün elmlər ümumidən xüsusiyə və ya əksinə, xüsusidən ümumiyə
gedən tarixi yolu ayd
ınlaşdırır.
«Tarix
çox böyük ölçüdə ümumi və təkcə, zəruri və təsadüfi, başlıca və ikinci dərəcəli və i.a. hadisələrin
qəribə bir
çulğaşmasıdır. Tarixi proseslər müxtəlif nöqteyi-nəzərdən, müxtəlif üsullarla öyrənilir. Bunlardan
biri tarixi
öyrənərkən hadisələrin bütün təfərrüatını, bütün rəngarəngliyini nəzərdə tutur. Bu tarixi tədqiqat
üsuludur. Digəri tarixi prosesdə təkrarlanan ümuminin öyrənilməsini nəzərdə tutur. Bu artıq məntiqi
üsuldur. Məntiqi üsul əslində tarixi üsuldur, lakin çoxlu təfərrüatdan, təsadüflərdən, təfsilatdan təmizlənmiş
halda olan tarixi
üsuldur.
Tarix və məntiqi tədqiqat
üsulları vəhdət halındadır, axı bunların köməyi ilə eyni bir predmetin
meydana gəlməsi və inkişaf
ı öyrənilir. Bunlardan birinin unudulması və ya digərinin mütləqləşdirilməsi
nəzəriyyədə və praktikada ciddi səhvlərə gətirib
çıxarır. Tarixi üsula laqeydlik göstərilməsi subyektivizmə,
predmetsiz nəzəriyyəbazl
ığa, real tarixi proseslə əlaqələndirilməyən məntiqi mülahizələrə gətirib çıxarır.
Məntiqi metodun unudulmas
ı isə bu prosesi ümumilikdən, daxili əlaqədən məhrum olan emprik faktorlar
y
ığını kimi təsəvvür etməyə gətirib çıxarır.
Predmeti onun hərəkəti və inkişaf
ı halında, onun daxili əlaqələri halında tədqiq etmək üçün daha bir
üsul abstraktdan konkretə yüksəltməkdir». (A.Afanasiyev)
149
Sitatdan bəlli olur ki, məntiqi və tarixi idrak
üsulları nitqdə aparılan ümumiləşdirmələr və konkretləşmə
fikrin ifadəsinə (istər zəif fikrin, istərsə də dolğun fikrin) xidmət edir. Ona g
örə də filosoflar məntiqi fikri
ifadənin təzah
ür forması kimi qəbul edirlər ( stər formal məntiqi, istərsə də dialektik məntiqi). Fikrin
dolğunluğu, zənginliyi, elmiliyi hələ nitqin qəbul olunmas
ı demək deyildir. Nitqdə qoyulan elmi məsələ
(m
übahisə də demək olar) əsaslı surətdə faktlarla, sübutlarla təsdiq olunmalıdır. Məhz, bu mərhələdən sonra
məntiqi şəkildə dinləyiciləri raz
ı salmaq olar.
Ümumiyyətlə, hər hansı bir elmi kəşf, irəli sürülən fikir, ixtira təcrübədən və sınaqdan keçirilir, sonra
ona m
üəlliflik şəhadətnaməsi verilir. Bu yenə də məntiqi təfəkkürə əsaslanır. Məntiqi təfəkkür isə öz
n
övbəsində yüksək inandırıcılıq qabiliyyətinə malik olur.
Natiq nitqini qurarkən (m
övzusundan asılı olmayaraq) məntiqi təfəkkürün qanunlarını dərindən bilməli
və fikrini ş
üurlu surətdə ifadə etməlidir. Bu nitq mədəniyyətinin əsas amillərindən biridir. Qeyd edək ki, bəzi
natiqlər bu qanunauyğunluqlara məntiqin qanunlar
ını bilmədən əməl edirlər. Bu nitq mədəniyyətinin
məntiqi təfəkk
ürlə nə qədər yaxın olduğunu sübut edir.
Məntiqi qanunlar
ın nitq üçün nə qədər əhəmiyyətli olduğunu aydınlaşdırmaq üçün bir anlığa fikirləşək
ki, hər hans
ı bir mövzuda nitq hazırlayırıq və bu nitqdə məntiqi təfəkkürə aid qanunları, normaları
işlətməyib, onlar
ın üstündən sükutla keçirik. Əvvəla, nə qədər çalışsaq da, bu mümkün deyil. mkan
daxilində məntiqi təfəkk
ürə xas olan qanun və normalardan az istifadə edək. Sonra yazdığımız nitqi oxuyaq.
Hər halda (əgər buna nitq demək m
ümkünsə) özümüz nitqin ilk tənqidçisinə çevriləcəyik. Deməli, nitq
mədəniyyətini məntiqi təfəkk
ürdən ayırmaq qeyri-mümkündür.
Nitqin ayd
ın, məntiqi olmasının xüsusi əhəmiyyəti vardır. Bunun üçün hər hansı bir obyektin,
məfhumun, əşyan
ın hissələrini əks etdirən ən sadə, elementar anlayışdan, getdikcə daha mürəkkəb anlayışa,
elmi nəzəriyyəyə, sistemə doğru hərəkət etmək laz
ımdır. Ona görə də məntiqi təfəkkürün müxtəlif forma və
qanunlar
ı vardır. Bunlardan dörd əsas qanunu nəzərdən keçirək:
1. Eyniyyət qanunu
2. Ziddiyyət qanunu
3.
Üçüncünü istisna qanunu
150
4. Kafi - əsas qanunu
Öz üzərində çalışan, natiq olmaq istəyən hər bir şəxs bu dörd əsas qanunu dərindən bilməlidir.
Eyniyyət qanunu əsas qanunlardan biridir. Bu qanunun x
üsusiyyəti ondan ibarətdir ki, hər hansı bir
predmet, əşya, məfhum, obyekt hal
ında yürüdülən fikir (burada mübahisə də, mühakimə də ola bilər) eyni,
birmənal
ı olmalıdır. Buradan elə bir nəticə çıxmamalıdır ki, natiqin nitqində şərh etdiyi hər hansı predmet
ətalətdədir. Predmet də, həyat da inkişaf edir, dəyişir. Natiq təsvir etdiyi predmeti daha dərində
öyrənir və
birmənal
ı şəkildə mövzusunda əks etdirdiyi məfhuma münasibətini bildirir. Natiq nitqində təyin etdiyi
predmeti pərakəndəlikdən qurtar
ır. Eyni zamanda ona birmənalı yanaşır və müəyyən nəticələr əldə edir.
Əlimizdə olan materiallar
ın bolluğundan istifadə edib belə bir nəticəyə gəlirik ki, eyniyyət lap qədim
d
övrlərdən, şifahi xalq ədəbiyyatından bu günümüzə qədər yazılmış hər hansı bir ədəbi növdə, məqalədə,
rəydə və s. janrlar
ın yaranmasında özünə möhkəm yer tutmuşdur. Eyniyyət hər yerdə- cəmiyyətlə insanlar,
təbiətlə canl
ılar arasında yaranıb inkişaf etmişdir. Buna görə qədim insanlar təbiətlə öz aralarında bir
yax
ınlıq, eynilik hiss edirdi. Ona görə də qədim xalqların yaratdığı hər hansı bir abidənin kökü eynidir, lakin
bu eynilik sonralar insanlar
ın təxəyyülünə, təfəkkürünə təsir edib fərqlənmişdir. Mirəli Seyidova istinad edən
.Musayev yaz
ır:
«Hər bir xalq
ın şifahi yaradıcılığı orijinaldır, doğmadır, özünəməxsusdur. Bununla belə, həmin
yarad
ıcılıq prosesi müəyyən yad təsirlərə də məruz qalmışdır. Belə ki, xalq istilalara məruz qaldıqca onun
yaddaş
ına hücumlar edilib, lakin onu tamamilə dağıtmaq, yox etmək heç kəsə müyəssər olmayıb.»
Təbiəti dərketmədəki oxşarl
ıq, bəlkə də eynilik xalqların təfəkkür tərzində, düşüncəsində oxşarlıq
yaratm
ışdır. Bu oxşarlıq həm də xalqların həyat tərzindəki yaxınlıqla bağlıdır.
Məşhur Amerikal
ı türkoloq - alim (şumerşünas) S.N.Kramerə istinad edən .Musayev yazır: «Şumer
atalar s
özü ən azı üç min beş yüz il bundan əvvəl yazıya alınmışdır ki, bunların da əksəriyyəti yəqin daha
qədimlərdə yaranm
ış, şifahi şəkildə nəsildən-nəslə keçərək yaşamışdır. Bunlar bizdən hər cəhətcə fərqli bir
xalq tərəfindən yarad
ılmışdır. Bu xalqın öz dili, öz coğrafi mühiti, öz adət-ənənəsi, öz dini, öz siyasi və
iqtisadi prinsipləri olmuşdur. Lakin b
ütün onlarla birlikdə qədim Şumer atalar sözü heyrətamiz dərəcədə
151
bizimkinə yax
ındır. Biz onlarda da öz arzu və ümidlərimizin, öz zəiflik və çətinliklərimizin, öz görüşlərimizin
inikas
ını çox aydın bir şəkildə görməkdəyik».
Deməli, b
ütün xalqlar ayrı-ayrılıqda eyni nəticələrə gəliblər. Axı bütün xalqların bioloji kökü birdir.
Bioloji k
ökü bir olanların düşundükləri və təsəvvürlərinin kökü də bir olmalıdır. Belə olan halda, hansısa
xalq d
üşüncə tərzini hansısa xalqdan götürüb - konsepsiyası kökündən yanlışdır. Çünki bu cür yanaşma
xalqlar
ın kökünə ayrılıq salır, bəzi xalqların qədim, bəzilərinin törəmə olduğu ideyasını yaradır və nəticədə
əsass
ız mübahisələr və lazımsız müharibələr üçün bəhanə yaradır.
Eyniyyət qanununun əsas x
üsusiyyətlərini, cəmiyyətin və təbiətin inkişafında nə kimi rol oynadığını
natiq nəzərdən qa
çırmamalıdır.
Ziddiyyət qanunu. Bu qanun da natiq
üçün əhəmiyyət kəsb edir. Natiq bu qanunu da dərindən
öyrənməli və nitqində yerli-yerində istifadə etməlidir. Bu qanun söylənilən zidd fikrə münasibəti ifadə edir.
Hər hans
ı bir predmetə, hadisəyə münasibət bildirən şəxslərin dünyagörüşü müxtəlif olduğu üçün, onların
irəli s
ürdüyü konsepsiya da rəngarəng olur. Yəni fikirlərin biri düzgün, o biri yanlış ola bilər. Bu, nitqin
m
übahisəli, canlı ifadə olunmasına şərait yaradır və düzgün yeridilən fikri müdafiə edir. Ziddiyyət qanunu
irəli s
ürülən iki zidd fikrin birini təsdiq, o birini təkzib edir. Yəni fikirlərdən biri düzdür. Lakin onu yaddan
çıxarmaq olmaz ki, bu prinsip predmetin müəyyənliyinə, onun varlığına arxalanır. Məsələn, tutaq ki, «bu
gələn mənim dostum Akifdir», eyni zamanda «bu gələn mənim dostum Akif deyil» fikrini iddia edə bilərik.
Ona g
örə ki, bu fikirlərin yalnız biri doğru ola bilər. Məntiqi ziddiyyət qanunu belə fikirlərin işlənməsinə yol
vermir. Ziddiyyət qanunu elmi nəzəriyyələrin, s
ınaqdan çıxmış ixtiraların, düsturların, təriflərin ifadə
olunmas
ında nitqə daxil edilir. Məsələn, hamı bilir ki, isim əşyanın adını bildirir, sifət əşyanın əlamət və
keyfiyyətini bildirir və yaxud atalar s
özü, zərbi-məsəllərin bu qanuna heç bir ehtiyacı yoxdur. « gidin igiddən
ehtiyat
ı artıqdır», «Saxla samanı, gələr zamanı», «Mərdi qova-qova namərd edir» və s.
Bəzən elə hallar da olur ki, y
ürüdülən fikirlərin heç biri düz olmur. Ziddiyyət qanunu hər iki fikrin səhv
olduğunu ayd
ınlaşdırır və düzgün hökm çixarılmasına imkan və şərait yaradır. Deməli, ziddiyyət həm
həyatda, həm də s
özdə özünü göstərir. Ona görə də işi ilə əməli düz gəlməyən adamlara ziddiyyətli adam kimi
qiymət verirlər. S
özü ilə əməli, işi düz gəlməyən natiqlər müəyyən yığıncaqlarda, elmi-nəzəri konfranslarda,
152
m
üzakirələrdə çıxış edərkən müvəffəqiyyət qazana bilmir, uğursuzluğa düçar olur. Ziddiyyət qanunu həyatın
b
ütün sahələri kimi nitq mədəniyyəti ilə də əlaqəli şəkildə inkişaf edir və müxtəlif elmlər bu ziddiyyətlərlə
məşğul olur. Ziddiyyətlər həm daxili, həm də xarici olur.
M
üxtəlif elmlərin bu ziddiyyətləri müəyyən predmetin, məfhumun biri o birinə təsir göstərdiyi əks
tərəflərin qarş
ılıqlı mübarizəsindən doğur, yaranır.
Xarici ziddiyyətlər isə m
üəyyən predmeti, məfhumu əhatə edən mühitlə, bu mühitin predmetlərlə
ziddiyyətli m
ünasibətlərindən irəli gəlir. Ziddiyyət qanunu əməli fəaliyyətin mühüm tələblərindən biridir.
Ziddiyyət qanunu hadisələrin təhlil edilməsinə, fikirlərin s
übut olumasına, idrak prosesinə də aiddir. Həyatın
əsas qanunlar
ının şərhi məhz ziddiyyətdən başlayır.
Üçüncünü istisna qanunu iki fikrin birinin doğru, digərinin yalan olduğunu isbat edir. Üçüncü hökm və
ya fikir ola bilməz. Yaln
ız düzgün təfəkkürdə bu qanun özünə yer tapır. Bəzi xüsusiyyətlərinə görə ziddiyyət
qanununa oxşay
ır, lakin ondan fərqlənir. Bu fərq ondan ibarətdir ki, nitq zamanı ortaya çıxan mübahisədən
ayd
ın olur ki, fikirlərdən biri doğrudursa, şübhəsiz ki, digəri yalan olacaq, üçüncü fikir ola bilməz. Bu
üçüncünü istisna qanunudur. Üçüncünü istisna qanunu həmişə zidd fikirlərə aid olur. Məsələn, Əli vaxtında
gəldi. Əli vaxt
ında gəlmədi. Bu cümlələrdə biri doğru, o biri yanlışdır. Qıraqdan kimsə söhbətə qoşulub təkid
etsə ki, vaxt
ında gələn Əli yox, Akifdir. Bu hökm yenə də Əlinin vaxtında gəlmədiyi hökmünü ifadə edir.
Üçüncü orta bir fikir yoxdur. Üçüncünü istisna qanunu fikrin ümumi və xüsusi formalarını da ifadə edir. Bu
zaman yenə də fikirlərdən biri yalan, digəri isə m
ütləq doğru olmalıdır. Üçüncü ola bilməz. Tutaq ki, natiq
belə bir ziddiyyətli h
ökm irəli sürür.
1) Meydana toplaşan camaat
ın hamısı şairə rəğbət hissi ilə baxırdı.
2) Meydana toplaşan camaat
ın bəzisi şairə rəğbət hissi ilə baxırdı.
Yenə də
üçüncü hökm ola bilməz.
Onu da qeyd edək ki, natiq nitqində ziddiyyətli fikir s
öyləyirsə, üçüncünü istisna qanunundan istifadə
edirsə, təsdiq ilə inkar aras
ında orta bir şey olmadığını, qeyri-müəyyənliyi dəqiqləşdirməli, bu problemi
aradan qald
ırmalı, fikrin yalanlığını açıb göstərməlidir. Bəzi natiqlər hiss etmədən bu prinsipin üstündən
153
s
ükutla keçir. Lakin dinləyicilər tələbkar olduqda natiq çıxılmaz vəziyyətdə qalır. Belə olan halda natiqə
üçüncünü istisna qanunu kömək edir.
Bəzən də elə olur ki, natiq məsələnin mahiyyətinə diqqət vermədən fikrin birinin doğru, digərinin yalan
olduğunu təsdiq edir. Bu məsələnin həlli demək deyildir. Hətta dinləyicilərdə də m
ücərrəd bir anlayış yaradır.
Buna g
örə natiq hökmü predmetin, məfhumun və ya hadisənin dərindən öyrənilməsi yolu ilə verə bilər.
Üçüncünü istisna qanunu həm natiqin, həm də nitqin prinsipial olması, hadisənin düzgün şərhi üçün ən gözəl
vasitədir. Natiq nitqini haz
ırlayarkən, fikrin gerçəkliyini, şəxsi biliyini, müşahidə və mülahizələrini gərgin
əməyi nəticəsində başqa fikir və m
ülahizələrlə əlaqələndirməlidir.
Kafi əsas qanunu. Bu qanunun əsas x
üsusiyyəti ondan ibarətdir ki, yürüdülən fikir dəqiq faktlara
əsasland
ırılmış olsun. Kafi əsas qanunu gerçəklikdə əks olunan fikirləri və müddəaları başqa bir fikirlə
əsasland
ırır. Kafi əsas qanunu məntiqi cəhətdən əsaslandırılmamış hər bir fikri rədd edir. Natiq nitqini
qurarkən belə bir m
üddəa irəli sürə bilər ki, dünyada ilk yaşayış yeri, qədim insanların məskəni
Azərbaycand
ır. Bu fikri təsdiq edən heç bir fakt, dəqiq məlumat, sübut yoxdur. Ona görə də kafi əsas
qanunu pozulur, bu c
ümlədəki fikir başqa bir fikirlə əlaqələnə bilmir.
Yaddan
çıxarmaq olmaz ki, nitq elə qurulmalıdır ki, hər bir fikrin, konsepsiyanın, müddəanın məntiqi
əsasland
ırılması nitqi məntiqsizliyə aparmasın, mövzunun məqsəd və vəzifəsi, məzmun və forması, ideyası
m
üəyyən faktlara söykənmiş olsun. Məsələn, Bakı Azərbaycanın paytaxtıdır. Mən Bakı şəhərində yaşayıram.
Azərbaycan şairlər diyar
ıdır və s. belə cümlələrdə kafi əsas qanununa heç bir ehtiyac hiss olunmur. Fikrin
məntiqi cəhətdən doğruluğu he
ç bir şübhə yaratmır.
Deməli, nitqi qurarkən və yaxud şərh edərkən faktlara tez-tez m
üraciət düz deyil və buna heç ehtiyac da
yoxdur. Təcr
übə göstərir ki, hər bir faktı nitqə gətirmək onun şərhini çətinləşdirir. Natiq ümumi biliyi,
konsepsiyan
ı kənarda qoyur, tək-tək predmetlər, hadisələr haqqında fikir yürüdür. Məsələn, bütün metallar
qiymətlidir. Fikir belə ifadə olunur, metallar qrupuna aid olan mis, q
ızıl, aliminium, bürünc, gümüş və s. bu
ümumi fikirdə əks olunur. Lakin qızıl qiymətli metaldır - dedikdə, xüsusi bir metaldan söhbət getdiyi
oxucuya və ya dinləyiciyə dərhal ayd
ın olur.
154
Kafi əsas qanunu təfəkk
ür prosesi ilə bağlı olduğundan, fikrin düzgünlüyü, əsaslandırılması üçün,
gətirilən faktlara, dəlillərə, h
ökmlərə söykənir. Buna məntiqi əsas deyilir. Bu da həmişə real əsasla bağlı olur
və əlaqə yarad
ır. Natiq kafi əsas qanunundan yerli-yerində istifadə etməlidir. Faktları əsaslandırmaq üçün
natiqə həmişə m
üəyyən sübutlar lazımdır. Bəs sübut nədir? Sübutun xarakterinə, xüsusiyyətlərinə keçməzdən
əvvəl bir məsələni nəzərdən ke
çirmək məqsədəuyğundur. Natiq nitqini qurarkən, hökmən sınaqdan
çıxarılmış, təcrübədən keçmiş, elmi dəlillərlə ifadə olunmuş hökmləri üstün tutmalıdır. Əgər natiq bu
konvensiyan
ı əsas götürməsə, onda nitqin məntiqi qanunlardan kənarda qalacağı şübhə doğurmur. Məsələn,
natiq he
ç bir elmi əsasla əlaqələnməmiş fikirləri nitqə daxil edibsə, onda o, fakt qarşısında aciz qalacaq və ya
fikrini əsasland
ırmağa dəlil, sübut tapa bilməyəcək. Məsələn, sağ gözün səyriməsi xoş xəbərdən, sol gözün
səyriməsi pis xəbərdən məlumat verir. Qaş
ığın yerə düşməsi qadın, bıçağın yerə düşməsi kişi qonağın
gələcəyindən xəbər verir. Faktlara s
öykənməyən belə fikir və mülahizələri kafi əsas qanunu rədd edir. Odur
ki, natiq bir məsələdən digərinə ke
çərkən fikirdə qırıqlıq hiss olunmamalıdır. Nitqdə irəli sürülən fikir
əsasland
ırılmış şəkildə olmalıdır. Fikirdəki mülahizələr həyati faktlara əsaslanmalı, aydın, konkret, səlis
olmal
ıdır. Nitqin hər bir müddəası düzgün və sərrast nəticə ilə qurtarmalıdır. Natiq irəli sürdüyü hər bir
konsepsiyan
ı sübuta yetirməlidir. Fikri sübuta yetirmək üçün məntiqi priyomlarından və üsullarından düzgün
istifadə etməlidir. S
übut üç hissədən ibarət olur.
1. Tezis
2. Əsas (dəlil)
3. S
übutetmə
Tezis həqiqətə uyğun olmal
ıdır. Tezis gələcəkdə görüləcək işlərin həqiqi yolunu təmin edir. Lakin son
vaxtlar natiqlik sənətinə uyğun gəlməyən, həqiqətdən uzaq tezislər də yaz
ılır. Onu da qeyd edək ki, tezis
b
ütün elmləri əhatə edə bilmir. Həyat hadisələrini əks etdirən tezislər bəzən özünü doğrulda bilmir. Məsələn,
uzun illər təbliğ olunan d
ünya sosializm sistemi, bərabərlik, qardaşlıq və s. tezislər özünü doğrultmadı.
Əsas (dəlil). Elm aləmində təsdiq olunmuş, təcr
übədən, sınaqdan çıxmış hər hansı bir əsas (dəlil)
s
übutun tərkib hissəsidir. Əsas, obyektiv gerçəklikdə məntiqi qanunların ən düzgün ifadə olunmasında
155
m
ühüm rol oynayır. Əsas tezisə məxsus olan (həqiqətdən ibarət olan tezisdən söhbət gedir) fikir və iddiaların
ən d
üzgün və doğru əsaslarla ifadəsi deməkdir.
S Dostları ilə paylaş: |